Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə9/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   56
mehtiyev (1) (2)

Mağlar. Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan magların təlimi mühüm yer tutur. E.ə. I minilliyisin birinci yarısında mağların dün­ya­görüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə – riya­ziyyat, astronomiya, təbabətə istinad edirdi. “Mag” an­la­mı ilə zərdüştiliyin təmsilçilərini, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tuturdular. Mağlar oda sitayiş edir­dilər və iki başlanğıcın işıq və zülmətin olmasını əsas götürürdülər. Mağlar atəşpərəstliyi yaratmş və bu dinin əхlaqi– еtik normalarını, insani müna­si­bət­lər haqqında başlıca prinsiplərini formalaşdırmışlar.
Mağların mürəkkəb ayin və mərasim sistemi mövcud ol­muşdur. Ölkəmizdə Muğan düzü, Muğan zonası an­la­yışları mövcuddur ki, bunun etimoloji əsaslarının mağ­lar­dan gəldiyi güman olunur.
Zərdüştün öz təlimini mağların adət və ənənələri əsa­sında yaratması kifayət qədər mənbə vardır.
Zərdüştlik b.e.ə. VII-VI əsrlərdə Azərbaycan və İran ərazisində yaranmışdı. Zərdüşt peyğəmbər bu dinin, həm də onun müqəddəs kitabı Avestanın əvvəlki his­sə­sinin yaradıcısı kimi qəbul olunur. Zərdüştün bir pey­ğəm­bər kimi emansipasiyasının məhz yaşadığı coğra­fi­yanın determinantları ilə müəyyənləşməsi şübhəsizdir. Belə ki, tarixən mürəkkəb və dramatik mübarizələrin get­diyi bu məkanda yeni fikrin, həyat tərzi formalaşdıracaq bir konsepsiyanın meydana gəlməsi məhz Zərdüşt pey­gəm­bər kimi bir ali şəxsiyyətin timsalında daha dolğun gö­rünürdü. Onun çağırışları bir növ yeni günün baş­lan­ma­sı ilə assosiasiya olunurdu. Yeni gün yeni ümidlər, da­ha ədalətli cəmiyyətin yaranmasına ümidlə bağlı idi.
Avesta mənəvi abidə kimi təkcə bu coğrafiyada ya­şayanların deyil, eləcə də bütün dünyada əxlaqi kredo rolunu oynamaqdadır. Təsadüfi deyil ki, Avestada təlqin olu­nan ideyalar digər xalqların folkloruna, gündəlik hə­yat tərzinə əhəmiyyətli təsir göstərmişdir. Onu da qeyd etmək lazımdır ki, bu təsir yalnız Şərq mədəniyyətinin daşıyıcılarının deyil, habelə Avropa fəlsəfi məktəblərinin bir sıra aparıcı nümayəndələri üçün ilham mənbəyi ol­muş­dur və olmaqda davam edir. Bu mənada Avesta həm də nəsillərarası bir mənəvi körpü kimi də qiymətli və diqqətəlayiqdir.
Əsas qayə Xeyrin Şər üzərində qələbəsidir. Belə ki, Avestada (zərdüştlükdə) Xeyir (Ahura Məzda) və Şər (Ahura Mənu) allahlarını qarşılaşdırılaraq qələbə Xeyirə ve­rilir. Buna görə də, dualist mübarizənin müşahidə olun­duğu bütün fəlsəfi konsepsiyalarda Xeyirin qələ­bə­sinin təntənəsinin ilk nümunəsini məhz bu əsər hesab etmək olar. Əsər üç hissədən ibarətdir ki, bunlardan bi­rin­cisi Vendidad, ikincisi Yasna, sonuncu isə Vispered ad­lanır. Vendidad və Yasna da olan mətnlər (himnlər) Zərdüştün lirikasını təşkil edir. Zərdüştə görə od – Günəş təmizlənmənin yeganə yoludur.
Azərbaycan xalqının məişətində bu gün də mühüm yer tutan bəzi rituallar məhz Zərdüştlüklə bağlıdır. Mə­sə­lən, Novruz şənliyi, odun üzərindən atlanmaq bizim məişətimizə Zərdüştlüyün mirası kimi gəlib çatmışdır.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin