Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə6/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56
mehtiyev (1) (2)

Aristotel (e.ə 384-322) Afinada məktəb yaratmış və onu Likey adlandırmışdır. O, etika, məntiq, psixologiya, siya­sət, poeziya, tarix başqa sahələrə dair əsərlər yaz­mışdır ki, bunlardan ən məşhur olanları «Fizika», «Me­ta­fi­zika», «Poetika», «Ritorika», «Orqanon»dur. O Meta­fi­zi­kanı birinci fəlsəfə adlandırmış, bunu ali, ilkin səbəblər haq­qında təlim hesab etmişdir. İkinci fəlsəfə isə digər elm­lərin, məsələn fizikanın əldə etdiyi biliklərdir.
Aristotelin mühüm xidmətlərindən biri kateqoriyalar haq­qında təlim yaratmasıdır. O, iki kateqoriyanı xüsusi fərq­ləndirirdi: mahiyyət və keyfiyyət. Aristotel ilk dəfə ma­teriya anlayışını işlətmişdir. Varlığın öyrənilməsini yal­nız məntiq vasitəsilə mümkün hesab edirdi. Onun eti­ka­sı Platonun idealist etikasını inkar edir. Belə ki, etika əx­laqi normaları əhatə edir. Qeyd edirdi ki, insanda hey­va­ni cisim və insani əql birləşib.
“Politika” əsərində Aristotel cəmiyyəti və dövləti bir-bi­rindən fərqləndirmiş, insanı siyasi heyvan hesab etmiş­dir.
Aristotel dövlətin altı tipini fərqləndirir: monarxiya, tiraniya, aristokratiya, ifrat oliqarxiya, oxlokratiya (küt­lə­nin hakimiyyəti, ifrat demokratiya), politiya (mötədil oli­qarxiya ilə mötədil demokratiyanın qarışığı). Aristotel “pis” (tiraniya, ifrat oliqarxiya və oxlokratiya) və “yaxşı” (mo­narxiya, aristokratiya və politiya) olaraq dövlət for­ma­­larını iki yerə bölür. Aristotelə görə ən yaxşı dövlət for­ması politiyadır.
Eradan əvvəl VI və V yüzilliklərdə Cənubi İtaliya­nın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət gös­tə­rən fəlsəfi məktəb Eleya məktəbi kimi fəlsəfə tarixinə da­xil olmuşdur. Eleya məktəbinə daxil olan filosoflar var­lıq haqqında, duyğuların mənbəyi, hərəkətverici qüvvə haq­qında fikirlər irəli sürmüşlər. Eleyalı Ksenofan dini və ta­nrını özünəməxsus tərzdə izah edirdi. O yunanların di­ni dünyagörüşləri ilə razılaşmayaraq qeyd edirdi kiTan­rı birdir və bölünməzdir, eyni zamanda, o dünyadan ayrı da deyildir. Başqa sözlə, Ksenofan Tanrını dünya ilə ey­ni­ləşdirmiş, onu təbiətlə vəhdətdə götürmüşdür. Bu ya­naş­masına görə, Ksenofan panteizmin əsasını qoyan filo­sof­lardan biri kimi qəbul olunur.
Parmenidə görə varlığı yalnız ağıl ilə dərk etmək müm­kündür. Parmenid həm nəzəriyyə, həm də praktik fəa­liyyət ilə məşğul olmuş, bir sıra qanunların yazıl­ma­sın­da iştirak etmişdir. Onun yerin kürə şəklində olması ba­rədə mülahizə yürüdən ilk filosoflardan biri olduğu gü­man edilir. Hər bir şeyin əbədi və sonsuz oduğunu de­yən bu alimə görə real olan varlıqdır, yoxluq isə olmayan bir şeydir. Duyğuları mötəbər hesab etməyən Parmenidə görə, yalnız ağıl hər cür biliyin mənbəyi ola bilər. Onun ideyaları müasir anlamda qnoseologiyanın, varlıq haq­qın­da təlimin ilkin rüşeymləri kimi qəbul olunur. Əsər­lə­rindən məlum olanı “Təbiət haqqında” adlı əsərdir.
Zenon Parmenidin şagirdi olmuş, eyni zamanda özün­­dən sonra yaranan fəlsəfi məktəblərin forma­laş­ma­sı­na mühüm təsir göstərmişdir. Zenon paradoksal müd­dəa­lar irəli sürmüşdür ki, onlar apriorlar adlanırdı. Onun apri­oriləri Aristotelin yaradıcılığında əks olunmaqla müa­sir dövrə qədər gəlib çatmışdır. Müasirlərinin məlu­ma­tına görə onun 40 apriorisi olduğu halda tarixdə yal­nız 9-u qalmışdır.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin