Rabil Mehtiyev Fəlsəfə


Fəlsəfənin əsas cərəyanları



Yüklə 0,74 Mb.
səhifə3/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   56
mehtiyev (1) (2)

3. Fəlsəfənin əsas cərəyanları.
1. İdealizm
2. Materializm
İdealizmyunanca “idea” – fikir, təsəvvür deməkdir. İdealizm fəlsəfənin əsas cərəyanlarından biri olmaqla, həm də metoddur. İdealistlər ideyanı, ruhu, şüuru, bi­rin­ci, maddi olanı isə ondan törəmə hesab edirlər. Öz növ­bə­sində idealizmin iki növü var: obyektiv və subyektiv idealizm.
Materializm – latın sözüdür, “materia” – maddi olan de­məkdir. Materializm təbiəti, materiyanı ilkin başlanğıc ki­mi, şüuru, ideyanı, ruhu isə ikinci, ondan törəmə hesab edir.
Materializm də idealizm kimi bir çox növlərə ayrılır. Bunlar qədim dövrün sadəlövh materializmi, XVI-XVIII əsrin mexaniki-metafizik materializmi, dialektik və tarixi materializmdir.
Qədim dövrün sadəlövh materializminə antik fəlsə­fə­nin birinci mərhələsinin nümayəndələri – Fales, Anak­si­mandr, Anaksimen, yunan atomistləri aid edilir. Fales il­kin başlanğıc kimi suyu, Demokrit kainatın sonsuz­lu­ğu­nu qeyd etməklə materialist mövqedə dayanırdılar.
XVI-XVIII əsrin mexaniki-metafizik materializminin nü­mayəndələrindən Lametrini, Holbaxı, Deni Didronu və başqalarını qeyd etmək olar.


4. Fəlsəfənin əsas məsələsi.
Fəlsəfənin əsas məsələsi şüurun materiyaya, ruhun tə­biətə olan münasibətidir. Sadə deyilsə, yəni maddi olan birincidir, yoxsa ideal olan? Qeyd edək ki, istər mate­ria­lizm, istərsə də idealizm varlığın əsasında bir başlanğıcı qəbul edən monist (yunanca “monos” – bir deməkdir) tə­limlərdir. Varlığın əsasında iki başlanğıcı, yəni maddi və mənəvi substansiyaları (yunanca substansiya mahiyyət deməkdir) birlikdə qəbul edən dualist (ikili) fəlsəfi təlim də var. Bu fəlsəfi təlimin klassik nümayəndəsi Rene De­kart şüuru materiya ilə birlikdə ilkin başlanğıc kimi qə­bul etmişdir.
Fəlsəfənin əsas məsələsinin digər tərəfi idrak nəzəriy­yə­si və ya qnoseologiya (yunanca “gnosis” – bilik, “lo­gos” – söz, təlim deməkdir) adlanır. Bu insan şüurunun xa­rici aləmi dərk etmək qabiliyyətinə malik olub-olma­ması məsələsini müəyyən etmək deməkdir. Fəlsəfədə müx­təlif təlimlər, cərəyanlar insan biliyinin mənbəyi və hə­qi­qətin meyarı məsələsinə münasibət bildirirlər. Bun­lardan rasionalizm, empirizm və sensualizmi qeyd etmək olar. Rasionalizm — ağlı idrakın yeganə mənşəyi hesab edən fəlsəfi cərəyandır. Empirizm biliyin təməlində təc­rü­bənin, sensualizm isə hissi təcrübənin olduğunu əsas tu­tur.
Fəlsəfi təfəkkür artıq 2500 ildir insanlara yol gös­tər­məyə çalışır. Fəlsəfə bir elm olaraq daim axtarışdadır və vaxtı öt­müş ideyaları sərf-nəzər edərək elmi texniki tərəqqinin nai­liyyətlərini insanların ehtiyacları baxımından qiymət­ləndirməyə çalışır.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin