Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə28/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   56
mehtiyev (1) (2)

3. İslam neoplatonizmi.
Neoplatonçuluq hər bir məqamda Allahın nuru ol­du­ğu­nu, hər şeyin ilahidən yarandığını iddia edən təlimdir.
Əgər müsəlmanların müqəddəs kitabı olan Quranda hər şeyin Allah tərəfindən xəlq edildiyi buyrulmuşdusa ni­yə müsəlman alimləri aləmin emanasiya yolu ilə ila­hi­nin özündən törədiyini deyən yunan mütəfəkkiri Platona istinad edirdilər? Bu təlimin tərəfdarı olan alimlərə görə, Allahın çoxluq təşkil edən gerçəkliyin səbəbi olduğunu sübut etmək məntiqi cəhətdən çətindir. Platona görə isə “tək” anlayışı bir sıra mərhələlərdə dünyadakı müx­tə­lif­li­yi emanasiya yolu ilə doğura bilir.
Bu baxımdan islam neoplatonizmində emanasiya an­la­­yışı mühüm səciyyə daşıyır.
İslam neoplatonçuları olan “Saflıq qardaşları” öz etik və psixoloji təlimlərini yaradanda Platon fəlsəfəsinə mü­ra­ciət etmiş, onun dörd xeyirxah əməl təliminin (müd­rik­lik, mərdlik, xeyirxah düşüncə, ədalət) “Dünya zəkasına” doğru irəliləməyin vasitələri olduğunu qəbul etmişlər.
«Saflıq qardaşları» təlimi IX əsrin ikinci yarısında İraq­da təşəkkül tapmışdır. Bir sıra məziyyətlərinə, mə­sə­lən struktura malik olmasına görə elmi mərkəz kimi də xarakterizə edilə bilər. Belə ki, şagirdlər müəyyən yaş qruplarına bölünmüş, onların valideynləri ilə müasir dil­də desək müqavilələr imzalanmışdı. Diqqətəlayiqdir ki, bəzi mənbələrdə Şərqin yeni platonçuları kimi də ad­lan­dı­rılırlar. Bu təlimin əsas özəlliyi müxtəlif elm sahələrinə da­ir məlumatları toplamaları və şərh etmələridir. Bu tə­limə görə din öz mahiyyətindəm özgələşib. Ona görə də, insanlığı xilas etmək üçün fəlsəfəyə müraciət etmək zə­ru­ridir. Bu təlimə görə, idrakın üç mərhələsi: hissi, rasional və intuitiv idrak var.
Tədqiq edilən və tədris olunan elmlərin əsas məqsədi insan ruhunun saflaşmasını təmin etmək və onu əbədi səa­dətə çatdırmaqdır. Bunun üçün insanlara olan mü­na­si­bətin də dəyişilməsi, ünsiyyət zamanı qarşılıqlı hörmət vacib sayılırdı.


4. İslam panteizmi.
Panteistlər Allahı təbiətlə eyniləşdirir, Allahın hər yer­də, hər şeydə təzahür etdiyini deyirdilər. Panteizm mən­şəcə yunan sözüdür, pan hər şey, theos Allah mə­na­sın­dadır. Bu təlimin əsas nümayəndələri əl-Kəşani, ər-Rəh­man Cami, Baba Kuhi Şirazidir.
Əl-Qəzaliyə görə, dünya öz quruluşuna görə üç mər­tə­bəlidir. Birinci, yəni aşağı mərtəbədə hissi qavrayışla dərk edilən predmetlərdir. İkinci mərtəbədə pred­met­lə­rin ideal surətlərindən ibarət olan ali dünya yerləşir. So­nuncu, üçüncü mərtəbədə isə mələklər aləmi yer alır. Onun əsas əsərləri «Filosofların məqsədləri», «Filo­sof­ların təkzibi», «Dini elmlərin dirçəlməsi»dir. Qəzaliyə gö­rə, allahın dərki daxili təcrübə sayəsində mümkündür.
Sufilikdə “Vəhdət-əl-vücud” və “Vəhdət-əl-şühud” tə­limləri əsas yer tutur ki, “Vəhdət-əl-vücud” Allahın öz ya­ratdığı ilə vəhdət təşkil etməsi deməkdir.
“Vəhdət-əl-şühud” sufi tərkidünyalığına alternativ bir mövqe tutan dini-fəlsəfi təlim idi ki, burada ilahi və in­sani başlanğıcın vəhdəti başlıca ideyadır. Yəni kamil in­sanda Allah və insan vəhdətdədir.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin