3.2.2. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Mərkəzin Radiasiya gigiyenası şöbəsinin müdirinə ünvanlanır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. istifadəçi Mərkəzə müraciət edilməsi üçün müraciət formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir;
3.3.2.2. avtomatik rejimdə müraciət Mərkəzin Radiasiya gigiyenası şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur;
3.3.2.3. Mərkəzin Radiasiya gigiyenası şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır. Nəqliyyat vasitəsində sanitariya-radioloji müayinələr və ölçmələr aparılır və qeydə alınmış nəticələrə əsasən müvafiq akt tərtib olunur;
3.3.2.4. tərtib olunmuş akta əsasən sanitariya-epidemioloji rəyin verilməsi üzrə qərar qəbul edilir və rəy (əlavə № 2) ərizəçiyə birbaşa təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir həmçinin rəsmiləşdirilərək qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.
Dostları ilə paylaş: |