4. İşin yerinə yetirilməsi qaydası
4.1. P1-13 ölçü xəttinin bir tərəfinə ayırıcı attenyüator vasitəsi ilə Г3-30A İYT generatoru birləşdirməli.
4.2. Ölçü xəttinin digər tərəfinə qısaqapayıcı metalik lövhəni birləşdirməli.
4.3. Mikroampermetrin kabelini xəttin zond başlığının alçaqtezlikli tıxacına birləşdirməli.
4.4. Santimetrlik dalğalı rəqslər mənbəyi olan Г3-30A klistron generatorunu işə salmalı və zondun lazımı dərinliyini qoymalı.
4.5. Mikroampermetrin göstərişinin maksimumuna görə zond başlığının yuxarı kökləyici qaykası vasitəsi ilə zondun konturunu rezonansa kökləməli, sonra aşağı qayka vasitəsi ilə zond başlığının detektor konturunu rezonansa kökləməli. Konturların köklənməsini indikatorun göstərişinin maksimum olmasına qədər təkrar etməli.
4.6. (6.1) düsturuna görə dalğaötürəndə dalğa uzunluğunu təyin etməli.
4.7. Qısaqapayıcı lövhə tərəfindən durğun dalğanın birinci düyünün yerini təyin etməli.
4.8. Ölçü xəttinə tədqiq olunan nümunəli seksiyanı birləşdirməli.
4.9. (6.4) düsturuna əsasən - məsafəsini təyin etməli.
4.10. (6.5) düsturuna əsasən γ -nı hesablamalı.
4.11. Tədqiq olunan nümunənin dielektrik nüfuzluğunu (6.6) düsturuna görə hesablamalı.
Yoxlama sualları
1. Dalğaötürəndə durğun dalğa düyününün nümunə daxil edildikdə yerdəyişməsi nə ilə izah olnur?
2. - məsafəsi necə təyin olunur?
3. Tədqiq olunan nümunənin dielektrik nüfuzluğun qiyməti necə hesablanır?
LABORATORİYA İŞİ № 7
İFRAT YÜKSƏK TEZLİKLƏRDƏ MAYE DİELEKTRİKLƏRİN TƏDQİQİ
1. İşin məqsədi
İfrat yüksək tezliklərdə maye dielektriklərin kompleks dielektrik nüfuzluğun ölçülməsi.
2. Qurğunun quruluşu
Şək.7.1. Ölçü qurğusunun quruluşu.
1– dalğaötürən keçid; 2 – slyüda lövhəsi; 3 – tədqiq olunan maye; 4 – porşen; 5 – mikrometr.
Dostları ilə paylaş: |