Yoxlama sualları
1. İYT-də dəqiq parametrlərə malik rəqs sistemlərinin istifadəsinin məqsədə uyğun olunmamağı nə ilə izah olunur?
2. Boş rezonatorlar hansı üstünlüklərə malikdir?
3. Boş rezonatorların keyfiyyəti necə təyin olunur?
4. Düzbucaqlı və silindrik rezonatorların məxsusi dalğaları necə hesablanır?
5. Düzbucaqlı və silindrik rezonatorların keyfiyyətini həndəsi ölçülərə görə necə qiymətləndirmək olar?
6. Rezonans əyrisinə görə rezonatorun keyfiyyəti necə təyin olunur?
LABORATORİYA İŞİ № 5
P1-13 DALĞAÖTÜRƏN ÖLÇÜ XƏTTİ VASİTƏSİLƏ DALĞA UZUNLUĞUNUN VƏ DURĞUN DALĞA ƏMSALININ ÖLÇÜLMƏSİ
1. İşin məqsədi
1.1. P1-13 Dalğaötürən xəttinin konstruksiyasının və iş prinsipinin öyrənilməsi.
1.2. Ölçü xəttində dalğa uzunluğunun, durğun dalğa əmsalının ölçülməsi.
2. Qurğunun quruluşu
Durğun dalğa əmsalının ölçülməsi üçün qurğunun quruluş sxemi aşağıda göstərilmişdir (şək. 5.1).
3. P1-13 Dalğaötürən ölçü xəttinin konstruksiyası və iş prinsipi
Əksər hallarda durğun dalğanın parametrləri ölçü xətti vasitəsilə ölçülür. Ölçü xətti, xətt boyunca onda yayılan elektromaqnit dalğaların intensivliyinin dəyişməsini qərarlaşdıran qurğuya deyilir. Ölçü xəttinin tərkibinə daxil olan əsas elementlər: əsas xətt ilə ayrıca birləşdirilən və uzununa yarığa malik dalğa ötürən hissə; ölçü xəttinin sahəsi ilə rabitə elementi olan zond (ölçü xəttində kiçik dərinliyə salınan); rabitə elementində ayrılan gərginliyi və ya gücü ölçən sahə indikatoru (gərginlik indikatoru əvəzinə detektor və mikroampermetr); zondlu indikator başlığının yarıq boyunca yerdəyişməsini təmin edən karetka; cihazın həssaslığını artırmaq məqsədilə zond və detektor arasında yerləşdirilmiş rəqs konturu. Ölçü xətlərinə aşağıdakı tələblər qoyulur:
xətt vasitəsilə ölçmələrin dəqiqliyi yüksək olmalıdır;
ölçü xətti, əsas ölçü xətti ilə uyğunsuzluq yaratmamalıdır, bunun üçün onun dalğa müqaviməti ölçü xəttinin dalğa müqavimətinə bərabər olmalıdır;
ölçü xəttinin çəkisi və ölçüləri minimal olmalıdır;
ölçü xəttinin işlədiyi dalğa diapazonu böyük olmalıdır;
ölçü xəttinin yaratdığı itkilər minimal olmalıdır;
ölçü xətti mexaniki möhkəm olmalıdır və dayanıqlı göstərişlər verməlidir.
P1-13 ölçü xəttinin konstruksiyasına və iş prinsipinə baxaq. Dalğaötürən P1-13 ölçü xətti, en kəsiyi 11x5 mm olan dalğaötürən traktlar əsasında yaradılmışdır və qurğunun durğun dalğaların parametrlərini ölçmək üçün tətbiq olunmuşdur. Xəttin iş prinsipi dalğaötürənin daxili boşluğuna yarıqdan daxil edilmiş zond vasitəsilə durğun dalğanın sahələrinin mənzərəsinin tədqiq edilməsindən ibarətdir.
Zond, köklənən ölçü zond başlığı ilə əlaqəlidir. Zond başlığı dalğa ötürən boyunca yerini dəyişən karetka üzərində bərkidilmişdir. Zond dalğaötürəndəki elektrik sahəsi ilə zəif əlaqə yaradır. EHQ- nin yaratdığı cərəyan zondun yerləşdiyi nöqtədəki elektrik sahəsinin gərginliyi ilə mütənasibdir. Cərəyan detektor tərəfindən düzləndirdikdən sonra indikator dövrəsinə daxil olur.
Ölçü başlığının maksimal həssaslığa köklənməsi dalğaötürəndə sahənin formasına təsir edən zondun keçiriciliyinin reaktiv toplananını kompensasiya etməyə imkan verir. Xətt boyunca zondun yerdəyişməsi xətdə sahə intensivliyinin maksimum və minimumların vəziyyətini və onların nisbi qiymətlərini təyin etməyə imkan verir.
Karetkanın və zond başlığının yerdəyişmə mexanizminin konstruksiyası 5.2 və 5.3 şəkillərdə göstərilmişdir.
Dostları ilə paylaş: |