«Radioelektronika» kafedrası İyt elektronika laboratoriya işlərinin yerinə yetirilməsi üzrə metodik vəsait



Yüklə 12,48 Mb.
səhifə12/19
tarix20.09.2023
ölçüsü12,48 Mb.
#145880
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
IFRTATYUKSEK TEZLIKLER ELEKTRONIKASINDAN LAB.ISLERI(METODIKI VESAIT)

4. İşin yerinə yetirilməsi qaydası

4.1. Xəttin bir tərəfinə ayırıcı attenyuator vasitəsilə İYT-li Г3-30 generatoru birləşdirməli. Ölçü dəqiqliyi (10-15) dB zəifləməyə malik ayırıcı attenyuator vasitəsilə təmin olunur.


4.2. Xəttin digər tərəfinə qısaqapayıcı metal lövhə birləşdirilir. Bütün yüksək tezlikli birləşmələr çox dəqiq yerinə yetirilməlidir, əks halda ümumi ölçmə xətasını artıran əlavə əks olmalar və traktda itkilər yaranır.
4.3. Mikroampermetrin kabelini xəttin zond başlığının alçaq tezlikli tıxacına birləşdirməli.
4.4. Santimetrlik dalğalar rəqslərini yaradan Г3-30A klistron generatorunu işə salmalı və zondun lazımi dərinliyini qoymalı. Zondun daxil edilməsi dərinliyinin seçilməsi traktda rəqslərin gücündən, istifadə olunan indikator qurğusunun həssaslığından asılıdır. Zondun maksimal daxil olma dərinliyi 1,2 mm təşkil edir.
4.5. İndikatorun göstərişinin maksimumuna görə zond başlığının yuxarı kökləyici qaykası vasitəsilə zondun konturunu rezonansa kökləməli, sonra isə aşağı qayka vasitəsilə zond başlığının detektor konturunu rezonansa kökləməli. Konturların kökləməsini indikatorun göstərişinin maksimum olmasına qədər təkrar etməli.
4.6. Aşağıdakı hallar müşahidə olunarsa xəttin işi normal sayılır:
- xətt boyunca zondun hərəkəti zamanı öz aralarında 4%- dən çox olmayaraq fərqlənən maksimumlar müşahidə olunursa;
- zond başlığının maksimuma kökləməsi zamanı maksimuma müxtəlif tərəflərdən yaxınlaşdıqda indikatorun göstərişinin stabilliyi dəyişmirsə.
4.7. DDƏ-nin “maksimum-minimum” üsulu ilə ölçülməsi şək.5.1-dəki quruluş sxemi ilə aparılır.

Əgər indikator cihazı kimi gərginlik və cərəyana görə dərəcələnmiş əqrəbli indikatordan istifadə olunursa (M-95 tipli indikator cihazı), onda DDƏ-nın ölçülməsi aşağıdakı kimi aparılır:


- karetkanı indikator əqrəbinin Imax qiyməti aldığı yerə qədər sürüşdürməli;
- karetkanı indikator əqrəbinin Imin qiyməti aldığı yerə qədər sürüşdürməli;
- DDƏ- ni detektorun xarakteristikası xəttidirsə DDƏ= Imax/Imin düsturu ilə hesablamalı, əgər xarakteristika kvadratikdirsə, düsturu ilə hesablanmalıdır, burada Imax, Imin indikator əqrəbinin uyğun olaraq maksimal və minimal meyl etməsidir. Detektorun xarakteristikasını çıxartmaq üçün əsasən aşağıdakı üsuldan istifadə olunur. Ölçü xətti axırda qısa qapanır, bunun nəticəsində xətt boyunca intensivliyin amplitudu sinusoidal paylanan durğun dalğa yaranır: , burada sürüşməsinin faza bucağı, x- isə düyündən hesablanan sürüşmədir. Bu vəziyyətdən istifadə edərək, yəni xətdə sahə intensivliyi amplitidunun paylanması qanunundan istifadə edərək, cihazın I göstərişinin faza bucağının sinus funksiyası asılılığı çıxarılır.
Əgər amplitud xarakteristikası xətti olarsa, I- nin E- dən asılılığı koordinat başlanğıcından keçən düz xətlə ifadə olunar. Ancaq qeyri-xətti elementlərin (detektor) olması IE arasındakı asılılığın xəttilikdən kənara çıxmasına gətirir (şək.5.4).


Analitik amplitud xarakteristikasını n- dərəcəli polinom şəklində təsvir etmək olar:


, (5.1)

burada -sabit əmsallardır. Bu asılılığın daha sadə formasını nəzərə alaraq, yəni




. (5.2)

Çıxardılan konkret xarakteristikaya görə ixtiyarı iki nöqtəni götürüb n- dərəcəni təyin etmək olar. Bu nöqtələrin hər biri üçün , yazmaq olar. nisbətini loqarifimləyərək n dərəcə üçün alarıq:




.

Əyri üzrə bir neçə cüt nöqtələri götürərək n üçün bir neçə qiymət almaq olar. Əgər n-in bütün qiymətləri üst-üstə düşərsə, deməli amplitud xarakteristikası (5.2) ifadəsi ilə ifadə olunur. Durğun dalğa əmsalının qiyməti




.

Burada və indikator cihazının durğun dalğanın qarın və düyün nöqtələrdəki göstərişləridir. DDƏ-nin 5-dən böyük qiymətlərini ölçmək üçün ədəbiyyatda “ikiləşmiş minimum” adlanan metoddan istifadə olunur. Bu halda:




.

Burada -indikator cihazının göstərişini onun düyündəki qiymətindən iki dəfə artıq göstərən nöqtə ilə düyün arasındakı məsafədir, isə və (şək. 5.5) koordinatlı simmetrik nöqtələr arasındakı məsafədir.





Şək. 5.5.

Xətdəki dalğa uzunluğu durğun dalğanın qonşu maksimum və minimumlar arasındakı məsafənin iki misli kimi hesablamaq olar. Bu qiymət





düsturundan hesablanmış qiymətlə müqayisə olunur: burada - sərbəst fəzadakı dalğa uzunluğu; - dalğaötürəndəki dalğanın kritik uzunluğudur.


Düzbucaqlı dalğaötürəndə dalğasının kritik uzunluğu (a- dalğaötürənin enli divarının uzunluğudur).
Dalğaötürəndə dalğa uzunluğu sərbəst fəzadakından həmişə böyükdür. Bu onunla izah olunur ki, elektromaqnit dalğaları dalğaötürəndə yayılarkən dalğaların divarlardan çoxlu miqdarda əks olunmalar hesabına elektromaqnit sahəsinin quruluşu dəyişir.
Ölçmələrin nəticələrini aşağıdakı cədvələ daxil edin.

№ s/s





Kdd







1



















2



















3



















4




















Yüklə 12,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin