Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Təhsil problemləri institutu
Milli Aviasiya Akademiyası
«Radioelektronika» kafedrası
İYT ELEKTRONİKA
Laboratoriya işlərinin yerinə yetirilməsi üzrə metodik vəsait
Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki şurasının “Elektronika və rabitə” seksiyasının iclasında təsdiq olunmuşdur, protokol №02, 15 aprel 2004-cü il.
BAKI-2015
A.M. Paşayev, A.R. Həsənov, H.A. Hacıyev, R.A. Həsənov. İYT elektronika. /Laboratoriya işlərinin yerinə yetirilməsi üzrə metodik vəsait/. -B.: MAA., 2015, 100. səh.
Metodik vəsaitdə İYT elektronika fənni üzrə 8 laboratoriya işi verilmişdir. Hər bir laboratoriya işinə nəzəri hissə, işin aparılma ardıcıllığı və yoxlama sualları daxildir. Ədəbiyyat 11, şəkil 44, əlavə 1.
Resenzentlər:
BDU, “Fizika elektronikası” kafedrası, dos. Davudov B.B.
MAA, ETNAPİ, f.-r.e.n. Musayev A.A.
Redaktor: f.-r.e.n., dos. İsmayılzadə H.İ.
MÜNDƏRİCAT
|
Giriş..............................................................
|
4
|
Laboratoriya işi №1.
|
İYT elektromaqnit enerjisinin ötürülməsi xüsusiyyətlərinin öyrənilməsi......................
|
8
|
Laboratoriya işi №2.
|
İkirezanotorlu klistronun öyrənilməsi..........
|
25
|
Laboratoriya işi №3.
|
Əksetdirici klistronun öyrənilməsi...............
|
39
|
Laboratoriya işi №4.
|
İYT-də işləyən rezonatorların öyrənilməsi..
|
52
|
Laboratoriya işi №5.
|
P1-13 dalğaötürən ölçü xətti vasitəsilə dalğa uzunluğunun və durğun dalğa əmsalının ölçülməsi......................................................
|
65
|
Laboratoriya işi №6.
|
Bərk dielektriklərin ifrat yüksək tezliklərdə tədqiqi...........................................................
|
74
|
Laboratoriya işi №7.
|
İfrat yüksək tezliklərdə maye dielektriklərin tədqiqi..................................................
|
81
|
Laboratoriya işi №8.
|
Rupor antenaların tədqiqi.............................
|
87
|
|
Ədəbiyyat.....................................................
|
94
|
|
Əlavə. , və funksiyaları................................................................
|
95
|
GİRİŞ
İYT elektronikası üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə aid praktikum radio mühəndislər, pilotlar və şturmanların hazırlanması prosesində xüsusi fənlərin keyfiyyətli mənimsənilməsini təmin edir.
Mülki aviasiyada uçuşların idarə olunması üçün istifadə olunan radiolokasiya stansiyaların santimetrlik dalğalar diapazonunda işlədiyini nəzərə alsaq bu diapazonda işləyən radioelektron qurğuların iş prinsiplərinin öyrənilməsi zərurəti meydana çıxır. Bu məqsədlə metodiki vəsaitdə İYT diapazonunda dalğaötürənlər vasitəsi ilə enerjinin ötürülməsi, İYT rəqslərinin mənbəyi olan müxtəlif tip klistronların iş prinsipi, müxtəlif formalı dalğaötürənlərdə və həcmi rezonatorlarda yayılan elektromaqnit dalğaların növləri və yayılma prinsipləri və həmçinin materialların İYT-də dielektrik xassələrinin tədqiqi öyrənilir.
Metodiki vəsaitdə, nəzəri hissədən, işin yerinə yetirilməsi və materialın mənimsənilməsi üçün suallardan ibarət səkkiz laboratoriya işi verilmişdir. Bu işlər Milli Aviasiya Akademiyasının "Radioelektronika" kafedrasında radio-mühəndislərin, pilotların, şturmanların tədris hazırlığı prosesində yerinə yetirilir.
Laboratoriya işlərinin yerinə yetirilməsi tələbələrin mühazirə dərslərində aldığı nəzəri biliklərin daha yaxşı mənimsəməsini təmin edir.
Hər bir laboratoriya işini yerinə yetirməzdən əvvəl tələbə tədqiq olunan məsələnin nəzəriyyəsi, işin yerinə yetirilməsi qaydası və verilən işdə istifadə olunan ölçü qurğusunun iş prinsipi ilə tanış olmalıdır.
Hər laboratoriya işinin yerinə yetirilməsi üç mərhələdə aparılır: işə hazırlıq, təcrübi hissənin yerinə yetirilməsi, alınmış nəticələrin nəzəri araşdırılması və hesabatın tərtibatı.
İşə hazırlıq mərhələsində tələbələr laboratoriya işinin yazılışını diqqətlə oxumalı, əsas nəzəri məlumatları yada salmalı, tövsiyə olunan ədəbiyyatdan və uyğun mühazirələrin konspektlərindən istifadə edərək antena ölçmələrin metodlarını mənimsəməlidir. Tələbənin işə hazırlığını o vaxt bilmək olar ki, o işin gedişini və təcrübənin gedişində hansı nəticənin alınacağını tam təsvir edə bilsin. Verilən laboratoriya işinin yerinə yetirilməsi üçün natamam biliyə malik tələbələr işin yerinə yetirilməsinə buraxılmır və onlara müəllim tərəfindən təyin olunmuş təkrar vaxt verilir.
Təcrübi hissənin yerinə yetirilməsi iş yerində aparılır. İşin yerinə yetirilməsinə başlamazdan əvvəl iş yerinin və maketin vəziyyəti ilə tanış olmaq, lazımi ölçü cihazların və antenaların olmasını yoxlamaq, həmçinin təcrübi qurğunun normal vəziyyətdə olmasına əmin olmaq lazımdır. Bundan sonra verilmiş laboratoriya işinin metodiki göstərişinə əsasən təcrübənin yerinə yetirilməsinə başlamaq lazımdır .
Laboratoriya işinin yerinə yetirilməsi nəticəsində hər tələbə tərəfindən 210x297 mm ölçülü standart kağızlarda hesabat hazırlanır. İlkin hesabat tələbənin elmi hazırlıq dərəcəsini və iş üslubunu əyani əks etdirir. Hesabat qısa olmalı və səliqəli tərtib olunmalıdır. Hesabatın titul vərəqi aşağıda verilmiş nümunə üzrə tərtib olunmalıdır.
Hesabata daxil olunmalıdır: işin məqsədi, istifadə olunan qurğuların və elementlərin siyahısı, nəzəri hesablamaların nəticələri, tədqiq olunan qurğunun quruluş sxemi, tədqiq olunan antenaların sxemi, işin yerinə yetirilməsinin qısa ardıcıllığı, təcrübənin nəticələri, təcrübi və nəzəri hesablamaların qrafikləri, həmçinin iş haqqında qısa nəticələr.
Hesabatı dərsliklərdən götürülmüş nəzəri materiallarla, çox saylı cədvəllərlə doldurmaq arzu olunmazdır. Qrafiklər millimetrlik kağızda çəkilməli və hesabata yapışdırılmalıdır. Nəzəri hesablanmış qrafikləri təcrübi alınmış qrafiklərlə əyani müqayisə etmək üçün onlar adi və ya rəngli karandaşla qırıq xətlərlə və ya kompüter proqramları (MATHCAD, MATLAB və s.) vasitəsi ilə çəkilməlidir. Alınan nəticələrdə əks olunmalıdır: sxemin dəyişdirilən elementlərinin təsirinin izahı, alınmış asılılıqların qiymətləndirilməsi, nəzəri hesablamaların və təcrübi nəticələrin kritik müqayisəsi, həmçinin onların arasındakı fərqlərin elmi əsaslandırılması.
Növbəti laboratoriya işinin yerinə yetirilməsinə icazə müəllim tərəfindən əvvəlki işin təhvil verilməsindən sonra verilə bilər. Hesabat hər tələbə tərəfindən ayrıca verilir. Bütün kurs üzrə məqbul, proqramda nəzərdə tutulmuş laboratoriya işləri üzrə hesabatlar müəllimə təqdim olunduqda verilir. Laboratoriya işləri üzrə hesabatlar bir il müddətində saxladıqdan sonra məhv olunur.
Dostları ilə paylaş: |