«Radioelektronika» kafedrası İyt elektronika laboratoriya işlərinin yerinə yetirilməsi üzrə metodik vəsait


İkirezonotorlu kistronun iş prinsipi



Yüklə 12,48 Mb.
səhifə5/19
tarix20.09.2023
ölçüsü12,48 Mb.
#145880
1   2   3   4   5   6   7   8   9   ...   19
IFRTATYUKSEK TEZLIKLER ELEKTRONIKASINDAN LAB.ISLERI(METODIKI VESAIT)

3. İkirezonotorlu kistronun iş prinsipi

Şək. 2.2- də K katoddan, SE sürətləndirici elektroddan, giriş modullaşdırıcı rezonatordan, DB dreyf borusundan, çıxış rezonatorundan və KL kollektordan ibarət iki rezonatorlu klistronun quruluşu verilmişdir. Katoda sabit mənfi gərginliyi verilir. Elektron selini fokuslaşdırmaq üçün dreyf borusunun oxu istiqamətində yönəlmiş fokuslayıcı sabit maqnit sahəsindən istifadə olunur. Uzununa sabit maqnit sahəsi solenoid və ya sabit maqnitlərdən ibarət xüsusi maqnit sistemi ilə yaradılır. Dreyf borusunun diametri çox kiçik götürülür.



Bunun nəticəsində dreyf borusunun kanalında yüksəktezlikli sahə olmayacaq və elektronlar sürətləndirici elektrodun sabit gərginliyi və rezonatorun yüksəktezlikli gərginliyin təsiri altında hərəkət edəcək.
Elektronların sürətlərə görə modulyasiyasının sıxlıqlara görə modulyasiyaya çevrilməsi prosesini izah etmək üçün fəza-zaman diaqramından istifadə etmək lazımdır (şək.2.3).


xətti, sürəti törəməsi, yəni absis oxuna meyl bucağı ilə təyin olunan ayrı-ayrı elektronların hərəkətini xarakterizə edir. Ordinat oxunun başlanğıcı yüksəktezlikli gərginliyin təsir etdiyi rezonatorun yarığının mərkəzində yerləşdirilir.
Yüksək tezlikli rəqslərin periodu müddətində müxtəlif zaman anlarında birinci rezonatora daxil olan elektronların qruplaşmasına baxaq. Şəkildən aydın olur ki, elektron sıxlıqların mərkəzi rezonatorun yarığını yüksəktezlikli gərginliyin istiqaməti tormozlayıcıdan sürətləndiriciyə keçmə anında uçan elektronlarıdır. Bu elektronların ətrafında rezonatorun yarığındakı elektrik sahəsinin tormozlandırıcı fazası ilə zəiflədilən və elektronları qruplaşır.
Beləliklə rezonatora elektronlar qalın sıxlıqlarla, birinci rezonatordakı rəqslərin perioduna bərabər vaxt intervalları ilə yaxınlaşır. Əgər ikinci rezonator həmin tezliyə köklənibsə, onun yarığında yüksəktezlikli gərginlik yaranacaq və elektron sıxlıqları tormozlayıcı yarımperiodun maksimumlarında olacaq. Şəkildən həmçinin görünür ki, modullaşdırıcı rezonatoru keçən elektronların hamısı sıxlıqlarda qruplaşmır. Məsələn, modullaşdırıcı gərginliyin sinusoidal formasında elektronları elektronları yüksəktezlikli sahənin tormozlayıcı yarımperioduna düşmür.
Beləliklə modullaşdırıcı gərginliyin sinusoidal formasında elektronların çox hissəsi ikinci rezonatorun yüksəktezlikli elektrik sahəsinin sürətləndirici yarımperioduna düşəcək və ondan elektromaqnit enerjisini alacaq. və elektronları rezonatorun sürətləndirici yarımperiodun maksimumlarına düşəcək və bu arzu olunmayan şərtdir.
Bu halda idarəedici gərginliyin maksimumunda konveksiya cərəyanının sıxlığı minimaldır. Konveksiya cərəyanın sıxlığının maksimumları tormozlayıcı yarımperiodların maksimumları ilə üst-üstə düşəcək. Buna görə də, elektron sıxlıqların ikinci rezonatorun yüksəktezlikli sahəsi ilə təsiri nəticəsində elektron selindən alınan enerji elektronların sürətlənməsinə sərf olunan enerjidən çoxdur.
İkinci rezonatorun rəqslərinin gücü giriş siqnalının gücündən kifayət dərəcədə artıq ola bilər ki, bu da gücləndirməni təmin edir. İkinci və birinci rezonatorlar arasında əks rabitə olduqda isə iki rezonatorlu klistronun öz-özünə həyəcanlanması yarana bilər.



Yüklə 12,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin