Dəridə yaraçıxaran ZM elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilir.
Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli, şəffaf, yağlı, rəngiz mayedir. O, üzvi həlledicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif həll olur. Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklərinə, rezin-texniki məmulatlara asanlıqla hopur və onların uzun müddət zəhərli qalmasına səbəb olur. Ərazi uzun müddət-yayda 7 sutka, qışda bir neçə həftə zəhərli qalır. İprit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizləşir), qələvilərin təsirindən ipritin hidrolizi sürətlənir. Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez zəhərsizləşdirir. İprit kontakta olduğu orqanlara və toxumalara (tənəffüs yollarına, gözlərə, dəriyə, mədə-bağırsaq sisteminə) təsir edir, bədənin zədələnmiş yerindən qana sorulması nəticəsində isə ümumzəhərləyici təsir göstərir. Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir. 20-30 dəqiqə ərzində isə heç bir ağrı hissi törətmədən orqanizmdə tamamilə sorulur. İprit davamlı zəhərli maddədir.
Dostları ilə paylaş: |