Radioprotektorların rolu



Yüklə 0,54 Mb.
səhifə6/13
tarix30.12.2021
ölçüsü0,54 Mb.
#49073
1   2   3   4   5   6   7   8   9   ...   13
mülki müdafiə

Sinir iflicedici ZM kimyəvi strukturuna görə fosforlu üzvi maddədir (FÜM). Belə maddələrə zarin, zoman və V qazı aiddir.

Zarin və zoman rəngsiz (və ya sarımtıl), səciyyəvi iyli mayelərdir. Bu maddələr üzvi həlledicilərdə, o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olur, havada tez bir zamanda ölümcül təsir göstərən yüksək konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini zarin damcıları 8 saata, zoman isə bir sutkaya qədər müddətə zəhərləyə bilər.

Zarinin buxarları havadan 4,77 dəfə, zomanınki isə 6,33 dəfə ağırdır. Zarinin ikinci buludunun zədələyici təsiri 4-7 saatadək davam edir. Suaxmazlarda zarinin zəhərləyici təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır.

V qazı suda zəif, üzvi həlledicilərdə, yanacaq, sürtgü materiallarında yaxşı həll olan rəngsiz mayedir. Rezin-texniki məmulatlara və lak-boyaq örtükləri yaxşı hopur. Yavaş buxarlandığı üçün (20C-də 10-3 mq/1) ərazidə uzun müddət qalır.

V qazı, zoman, zarin davamlı zəhərləyici maddələrdir.

Fosforlu üzvi zəhərli maddələr (FÜZM) tətbiq edilərkən zəhərlənmə, adətən, maye damcılarının dərini səthinə düşməsi hallarında, yaxud həmin ZM-in buxarları tənəffüs yollarından keçərkən baş verir.



Ümumzəhərləyici təsirli ZM əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir.

Zəhərləyici maddələrin bu qrupuna sianid turşusu və xlorsian aiddir. Son vaxtlar sianid turşusu güclü təsirli zəhərli maddələrə aid edildiyi üçün onun xassələri sonrakı paraqrafda nəzərdən keçiriləcəkdir.

Xlorsian kəskin iyli, sudan ağır, rəngsiz mayedir. Suda məhdud miqdarda (7%), üzvi həlledicilərdə (spirt, efir) yaxşı həll olur.

Xlorsian qıcıqlandırıcı təsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası 0,0025 mq/l, güclü yaşaxma və bəbəklərin spazmasına səbəb olan dözülməz konsentrasiyası 0,06 mq/l-dir .Bundan artıq konsentrasiyalar orqanizmin ümumi zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zəhərli maddədir.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin