Radioprotektorların rolu


Radiasiya şəraitində M.M. – in xidmətləri



Yüklə 0,54 Mb.
səhifə13/13
tarix30.12.2021
ölçüsü0,54 Mb.
#49073
1   ...   5   6   7   8   9   10   11   12   13
mülki müdafiə

Radiasiya şəraitində M.M. – in xidmətləri

RƏD-burada daldalanan adamları ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmanın zədələyici təsirindən, işıq şüalanmasından və qismən də zərbə dalğasından mühafizə üçün nəzərdə tutulmuş mühafizə qurğusuna deyilir. Mühafizə əmsalına, yerinə və məqsədinə görə radiasiya daldalanacaqlarını qruplara ayırırlar.

Radiasiya əleyhinə daldalanacaqda adamların yerləşməsi və dincəlməsi üçün otağın hündürlüyündən asılı olaraq burada üç, iki və ya bir mərtəbəli taxtlar qoyulur, təbii və ya mexaniki sürətdə hərəkətə gətirilən ventilyasiya düzəldilir. Binaların yarımzirzəmi və birinci mərtəbələrində yerləşdirilən, həmçinin tutumu 50 nəfərdən az olan zirzəmi binalarda yerləşdirilmiş radiasiya əleyhinə daldalanacaqlarda təbii ventilyasiya düzəldilir. 50 nəfərdən artıq adam yerləşəcək yeraltı (zirzəmi) daldalanacaqlarda, həmçinin sülh dövründə istifadə şəraitinə görə belə ventilyasiyası olan binalardakı daldalanacaqlarda və ya təbii ventilyasiya üsulu ilə havanın dəyişdirilməsi təmin edilməyən hallarda mexaniki ventilyasiya düzəldilir, yəni hava kənar təzyiq altında dəyişdirilir.

Radiasiya daldalanacağı düzəldilən bütün otaqların divarlarında, tavan və döşəməsində, qapı və pəncərələrində hava keçə biləcək bütün deşik-bacaları, çatları müxtəlif üsullarla (suvaq çəkmək, əski tıxamaq, qalın kağız yapışdırmaq və s.) kipləşdirirlər. Qapı ilə çərçivə arasına keçədən, brezentdən araqat vurmaqla onun kip örtülməsinə nail olurlar. Burada adamların müəyyən müddət qala bilməsi üçün hər cür şərait yaradılır: oturmaq və uzanmaq üçün yerlər düzəldilir, ərzaq, su, dərman ehtiyatları yaradılır, başqa lazımi işlər görülür. Daldalanacağa təmiz hava verilməsi üçün burada havaverici və havasorucu borular düzəldilir.

Belə borular taxtadan düzəldilə və ya asbest-sement, saxsı ya da metal borular şəklində ola bilər, bunların daxili kəsimi 200-300 kv. sm olur. Boruların üstdən başlığı (çətir), aşağıdan (otağın içərisində) isə kip bağlanan siyirtmə (və ya dönən) qapağı olmalıdır. Havaverici borunun siyirtmə (dönən) qapaqdan aşağı hissəsində toz toplanan cib düzəldilməlidir. Hava sorulsun deyə havasorucu boru havaverici borudan 1,5-2 m yüksəkdə qoyulmalıdır. Mənzillərdə-tüstü bacalarından, digər kapital binalarda isə ventilyasiya kanallarından havasorucu boru kimi istifadə etmək mümkündür. 50 nəfərdən artıq adam yerləşən yeraltı daldalanacaqlarda hava təzyiq altında dəyişdirilməli, bunun üçün burada heç olmasa ən sadə ventilyasiya qurğusu düzəldilməlidir.

Sığınacaqlarda olduğu kimi, radiasiya əleyhinə daldalanacaqları düzəldərkən onların giriş yollarının avadanlığına xüsusi diqqət yetirirlər. Giriş yolu, adətən, daldalanacağın əsas otağına nisbətən 90 dərəcə, bucaq altında düzəldilir. O, kipləşdirilmiş dəhliz kimi düzəldilir, qapı çərçivəsi ilə divar arasındakı boşluqları cır-cındırla, mamırla tıxayıb bərkidirlər. Bayırdan dəhlizə və dəhlizdən əsas otağa giriş yerlərinə sıx materialdan düzəldilmiş pərdələr asırlar.

Radiasiya əleyhinə daldalanacağın daxili avadanlığı sığınacağın adamlar yerləşən otağında olduğu kimidir.

Evlərin zirzəmilərini, döşəməaltı boşluqları, ayrıca tikilmiş yeraltı anbarları, tərəvəz anbarlarını, yeraltı dağ-mədən sahələrini radiasiya daldalanacağı kimi düzəltmək mümkündür.

RƏD-in əsas otağında havanın dəyişdirilməsi üçün süzgəcli-sorucu tərtibat düzəldirlər. Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirirlər: bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını saxlamaq üçün sığınacağın divarlarında rəflər də düzəldirlər.

Sığınacaqlarda "hava həyəcanı" siqnalı verilərkən daldalanırlar. Adamları mühafizə qurğusunda ona xidmət edən manqanın, yaxud MM postunun nümayəndəsi yerləşdirir. Adamların hamısı içəriyə girən kimi bütün qapılar kip bağlanır.

Radiasiya daldalanacağının mühafizə xassələri - onun mühafizə əmsalı (M) və davam gətirdiyi izafi təzyiqlə müəyyən edilir. Mühafizə əmsalı nə dərəcədə yüksək olarsa, daldalanacaq bir o qədər etibarlı olur. Məsələn, əgər birmərtəbəli taxta evin altındakı zirzəminin mühafizə əmsalı 20-30-a bərabərdirsə, birinci mərtəbənin döşəməsi üzərində əlavə torpaq qatı tökmək, pəncərə yerlərini hermetik lazımi hallarda zirzəmi divarlarının yerdən yuxarı hissələrinin dibinə torpaq qalaqlamaqla onun mühafizə əmsalımı xeyli artırmaq mümkündür.



Xidmətçi heyətin icazəsi olmadan mühafizə qurğularından çıxmaq qadağandır. Ancaq "Hava həyəcanı qurtardı" siqnalına, yaxud komendantın sərəncamına əsasən daldalanma yerlərini tərk etmək olar.
Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin