Radioprotektorların rolu


Atmosfer proseslərinin törətdiyi təhlükələr



Yüklə 0,54 Mb.
səhifə11/13
tarix30.12.2021
ölçüsü0,54 Mb.
#49073
1   ...   5   6   7   8   9   10   11   12   13
mülki müdafiə

Atmosfer proseslərinin törətdiyi təhlükələr .Atmosferada müxtəlif hava axınları nəticəsində yaranan təhlükələrdən ən başlıcası güclü küləklər və intensiv yağıntılardır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti olaraq ballarla belə ifadə edilir:

1 baldan kiçik, 18 32 m ÷ san-zəif dağıntılar törədə bilər; 1 bal, 33÷49 m/san-mülayim; 2 bal 50:69m/san-xeyli dağıdıcı; 3 bal 70÷92 m/san-güclü dağıdıcı; 4 bal 98÷116 m/san-dəhşətli dağıdıcı.

Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80 m/san (280 km/s), dağıntıların kəmiyyətinə görə hesablanmış sürəti isə 110 m/san-dən artıqdır (400 km/s). Burulğan zamanı isə küləyin ölçülmüş sürəti 115 m/sam (420 km/s), dağıntılarına görə hesablanmış sürəti isə 300 m/san-dən (1000 km/s-dan) artıqdır. Küləyin belə yüksək sürətə çatması üçün xüsusi yerli şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır.

Qasırğanın dağıdıcı təsiri küləyin sürəti ilə, eləcə də tufan və leysan yağışları sayəsində törəyən daşqınlarla müəyyən edilir. Birden-bire şiddetlənən qasırğa nəticəsində on minlərlə hektar sahələr də əkinlər məhv olar, onlarla ev və təsərrüfat tikililəri dağılar, bir dəfəlik ziyan bir neçə milyon manata çata bilər.

Yağıntıların ekstremal miqdarı ve müddəti öz-özlüyündə əhali və təsərrüfat üçün qorxu törətməklə yanaşı, digər növ təhlükələr də yaradır: intensiv qar yığını nəqliyyatın işini pozur, ağacların, elektrik xətlərinin, binaların zədələnməsinə, marxal və qar uçqunları əmələ gəlməsine səbəb olur, bir sıra hallarda kənd təsərrüfatına ciddi zərər yetirir, intensiv leysan yağışlanı daşqınlara, dağlarda torpağın erroziyasına, sellərə və sürüşmələrə səbəb olur, vaxtsız və uzun müddətli yağışlar məhsuldarlığa mənfi təsir göstərir, yağıntının ekstremal dərəcədə az olması quraqlığa səbəb olur, meşə yanğınları, çayların quruması təhlükəsini, gəmiçilik və su təchizatı üçün çətinliklər və s. törədir.

İldırım insanları, heyvanlan məhv edir, yanğınlar törədir. elektrik şəbəkələrini zədələyir və s. Ümumiyyətlə, dünyada tufanlardan və onların nəticələrindən ildə 10.000-a qədər adam məhv olur.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin