Radioprotektorların rolu



Yüklə 0,54 Mb.
səhifə10/13
tarix30.12.2021
ölçüsü0,54 Mb.
#49073
1   ...   5   6   7   8   9   10   11   12   13
mülki müdafiə

Təbii fəlakətlər

Elmi-texniki tərəqqinin nailiyyətinə baxmayaraq cəmiyyət üçün fəaliyyət təhlükəsi, o cümlədən də təbii fəlakətlərin törətdiyi təhlükə artmaqdadır. Təbii fəlakətlərdən zərər çəkənlərin sayı ildə təxminən 6% artır. Bu, əhalinin sür'ətli artımı və iri şəhərlərdə çox sıx halda məskunlaşması, ətraf təbii mühitin korlanması və təhlükəli kortəbii hadisələrin güclənməsinə imkan yaranması, eləcə də bir çox ölkələr arasında kommunikasiya və texnoloji əlaqələrin pozulması ilə izah edilir.

Ən çox iqtisadi itkilər törədən fəlakətlər subasma, quraqlıq və zəlzələdir, bunlar mövcud olan bütün fövqəladə hadisələrin müvafiq surətdə 32, 22 va 10 faizini təşkil edir. Ən təhlükəli fəlakətlər: zərərçəkənlərin sayına görə quraqlıq (30%) və subasma (32%), tələf olunanların sayına görə-subasma (26%), epidemiyalar (17%), zəlzələ (13%) hesab edilir.

Geoloji iqlim və relyef şəraitinin müxtəlifliyi ilə fərqlənən Azərbaycanın ərazisində 15-dən artıq növdə cürbəcür təhlükəli təbii hadisələr müşahidə edilir. Bunlardan ən dağıdıcı təsirə malik olanlar: subasma, daşqın, eroziya, zəlzələ, sürüşmə, sel, daş uçqunları, marxal (qar uçqunları), qasırğa, fırtına, burulğan və s-dir. Bu hadisələrin bəziləri gözlənilmədən baş verir və qısa müddətli olur (məs.. zəlzələ, sürüşmə, uçqun, çökmə, burulqan), lakin böyük maddi itkilər və insan tələfatı ilə nəticələnir. Digərləri, məsələn, daşqın, eroziya uzun müddət tədricən inkişaf edir, nadir hallarda insan tələfatına səbəb olur, lakin çox ağır iqtisadi itkilər törədir. Respublikamızda il ərzində 15-30 kortəbii təhlükəli hadisə baş verir.

Bütün kortəbii təhlükələri aşağıdakı növlərə aid etmək mümkündür :geofiziki, hidrometeroloji, geoloji təhlükəli hadisələr, infeksion (yoluxucu) xəstəliklər və təbii yanğınlar. Hidrometroloji hadisələrə ən əvvəl, daşqın, sel ve s. aiddir.

Atmosfer hadisələrindən ən çox zərər vuranları qasırğa, dolu, burulğan, güclü leysanlar, fırtına, güclü qar yağıntısı və s. Xəzər dənizində su səviyyəsinin qalxması nəticəsində respublikamız çox böyük maddi itkilərə məruz qalır.

Təbii fəlakətlərin çoxunun bir vaxtda baş verməsi, onların intensivliyi və müəyyən dövrlər ərzində təkrar olunması, günəşin aktivliyi ilə bilavasitə əlaqədə olur. Bizim respublikamızın bu va ya digər rayonu üçün ancaq təbii fəlakətlərin bəzi növləri xarakterikdir. Belə təbii proseslərin, xüsusən də kortəbii hadisələrin dövriliyinin öyrənilməsi, proqnozlaşdırılması ölkədə xeyli vəsaitlərə qənaət edilməsinə, insan həyatının qorunub saxlanmasına imkan yaradır. Təbii xarakterli FH-i törədən amilləri ayrı-ayrılıqda nəzərdən keçirək:

Zəlzələlər. Zəlzələnin: tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələ növləri olur.

Tektonik zəlzələ daha tez-tez baş verir. Tektonik zəlzələ - yer qabığının dərinliklərində litosfer tavalarda baş verən çatlar və yer dəyişmələr nəticəsində meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir. Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində ətrafa yayılır.

Yerin səthində zəlzələ enerjisinin intensivliyi on ballıq şkala üzrə ölçülür; gücünə (intensivliyinə göre) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən, çox zəif, zəif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli, məhvedici, fələkət, güclü fəlakət.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin