Quraqlıq kənd təsərrüfatı və məşə təsərrüfatı, məişətdə və sənayedə su təchizatı, gəmiçilik və su elektrik stansiyalarının işi arzu olunmaz vacib hadisədir. Bu hadisə müxtəlif geofiziki göstəricilər üzrə, məsələn yağıntı defisitindon (miqdarına, müddetinə, miqyasına görə) başlamış mürəkkəb əmsalların hesablamasından müvafiq qaydada qiymətləndirilə bilər ki, buraya hava temperaturunun, yağıntıların, torpaqda rütubət ehtiyatının normadan fərqlənməsi dərəcəsi, eləcə də məhsul, elektrik istehsalı itkiləri və s. üzrə göstəricilər də daxildir. Adətən, bir ərazidə quraqlıq digər ərazidə yağıntıların artmasına səbəb olur.
Sel çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15% - dən artıq) bərk material (qum, çınqıl və s.) gətirən sıxlığı suyunkından 1,5-2 dəfə artıq olan axın; Sel, hündürlüyü 20÷40 sm olanda dalğa şəklində saniyədə 20-30 m (saatda 10-100 km) sürətlə bərəkət edir və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin həcmi bir neçə milyon kub metre çatır. "Sel ərəbcə "coşqun axın mənasındakı "Seyl sözündəndir. Dağlıq rayonlarda yaşayan bir çox xalqların dillərində həmin mənanı verən sözlər mövcuddur, məs.. yapon dilindəki "yamanasunami- "dağ dalğası kimi və s. Müasir elmi-texniki ədobiyyatda işlədilen “Sel axınları” ifadəsi çox geniş əhatəlidir, bu ifadə çoxlu yüngül materiallar gətirən daşqın suları axınından başlamış, leysan yağışlarının dağların yamaclarından qoparıb gətirdiyiini daş, qaya parçalarından ibarət kütləyə malik hər cür belə hadisələri əhata edir ("yamaç selleri). Bulanıq daşqın sularında bərk hissəciklərin miqdarı nadir hallarda 1-2% -dən artıq olur va axının hərəkətinin xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərə bilmir.
Daşqın - çayların adi səviyyədən artıq daşması nəticəsində ərazinin müvəqqəti olaraq su altında qalmasına deyilir. Çaylar adətən yazda-qarın əriməsi, payızda-leysan yağışları nəticəsində, eləcə də çayların buzu açılan dövrdə məcra buz qırıntıları ilə tutularkən (buz tıxacları yaranarkən) və külək dənizdən əsərkən daşır. Bunlardan başqa zəlzələ, dağ uçqunları ve sel nəticəsində çay yataqlarında təbii sədlər yaranarkən ətrafı su basa bilər. Daşqınlar vaxtı adamlar və heyvanlar üçün real təhlükə yaranır, qurğular ve kommunikasiyalar dağılır, avadanlıqlar sıradan çıxır, əkinlər, maddi sərvətlər tələf olur, çünki çayların suyu bir neçə dəfə qalxaraq ətrafda on kilometrlərlə əraziləri basır.
Dostları ilə paylaş: |