Rasim Əliyevin Üstü Açılmamış Qətli Jurnalist Rasim Əliyevin qətli ilə bağlı müstəqil araşdırma



Yüklə 310,94 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix18.04.2017
ölçüsü310,94 Kb.
#14630
1   2   3   4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                           

1

 

https://www.youtube.com/watch?v=IQc5KqqW5p0



 

 

12 


JURNALİSTLƏRƏ  QARŞI  ZORAKILIĞIN  CƏZASIZ 

QALMASI 

 

Neftlə  zəngin  olan  keçmiş  Sovet  ölkəsi  Azərbaycan  narahatedici  insan  hüquqlarının  pozulması 



göstəricisinə  malikdir.  Azərbaycan  hakimiyyəti  özünü  "tolerant  ölkə"  adlandırmasına  baxmayaraq 

jurnalistləri  və  KİV  işçilərini  təqib  edir  və  öldürür,  müstəqil  KİV-ləri  və  hüquq  müdafiə  təşkilatlarını 

bağlayır, və digər hüquqları pozur.  

Jurnalistlərə və media işçilərinə qarşı zorakı hücumların tez-tez baş verməsi və günahkarların cəzasız 

qalması Azərbaycanda ifadə azadlığına ən böyük maneələrdən biri olaraq qalır.   

2005-ci ilin martında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov sifarişli hesab olunacaq qədər 

planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan jurnalist sonda Bakıda 

yaşadığı  binanın  pilləkənlərində  odlu  silahdan  açılan  atəşlə  öldürülüb.  Qətldən  on  ildən  də  çox  vaxt 

keçməsinə  baxmayaraq,  hökumət  bu  qətli  adekvat  şəkildə  araşdırmayıb  və  qətlə  görə  heç  kim 

məsuliyyətə  cəlb  olunmayıb.  Hüseynov  kəskin  araşdırmaları  ilə  tanınan  və  hakimiyyəti  sərt  tənqid 

edən  bir  jurnalist  idi.  Elmarın  qətli  Azərbaycanın  media  ictimaiyyətinə  araşdırmaçı  jurnalistikanın  nə 

qədər  cəsarət  tələb  etdiyini  və  bu  işdə  hansı  risklərin  olduğunu  xatırladaraq  dərin  rəmzi  mahiyyət 

qazanıb.  

Sonrakı illərdə, jurnalistlər Alim Kazımlı (19.06.2005) Novruzəli Məmmədov (17.08.2009), Rafiq Tağı 

(23.11.2011)  və  Rasim  Əliyev  (09.08.2015)  ifadə  azadlıqlarından  istifadə  etməyin  bədəlini  ən  ağır 

şəkildə ödədilər. Onlar təhdid və dözümsüzlük qarşısında azad sözün müdafiəsinə qalxmış insanlardır. 

Sonda isə onların prinsipial mövqeyi onlara həyatları bahasına başa gəlib. Bu dörd jurnalistin hər birinə 

bilərəkdən xəsarət yetirilib və onlar hakimiyyətin qəsdən laqeydlik göstərməsi nəticəsində xəstəxanada 

vəfat  ediblər  (Novruzəli  Məmmədov  məhbəs  xəstəxanasında  həbs  şəraitinin  pis  olması  və  tibbi 

yardımın göstərilməməsi səbəbindən vəfat edib). Lakin məsələyə aidiyyəti olan tibb işçilərinin heç biri 

məsuliyyətə cəlb olunmayıb

.   


Azərbaycanda  jurnalistlər  təkcə  öldürülməyib,  həm  də  vəhşicəsinə  döyülüb,  oğurlanıb,  bıçaqlanıb, 

intim video şantajına məruz qalıb. Hakimiyyət nə araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı şantaj və 

hədə-qorxu kampaniyasını, nə də jurnalist Bahəddin Həziyevin döyülməsini araşdırmayıb.  

Qətl və digər zorakı hücumlarla yanaşı, azərbaycanlı jurnalistlər və fəallar həbs yerlərində pis rəftara 

və  işgəncəyə  məruz  qalıblar.  2015-ci  ilin  may  ayında  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  media 

azadlığı fəalı Emin Hüseynovun Azərbaycanın hakimiyyət orqanları tərəfindən işgəncəyə məruz qalması 

faktını  tanıyıb.  Hakimlər  Hüseynovun  əsas  hüquqlarının  çoxsaylı  pozuntusuna  -  ona  qarşı  hücuma, 

lazımi  istintaqın  aparılmamasına,  və  ifadə  və  sərbəst  toplaşma  azadlığı  hüququnun 

məhdudlaşdırılmasına  görə  məsuliyyəti  hökumətin  üzərinə  qoyublar.  2008-ci  ilin  iyun  ayında  İlham 

Əliyev  ikinci  müddətə  namizədliyini  verməyə  hazırlaşdığı  bir  vaxtda,  Hüseynov  tutularaq  polis 

idarəsində  ağır  fiziki  təzyiqə  məruz  qalıb.  O,  rayon  polis  şöbəsindəki  hücum  zamanı  boynunun 

arxasından dəfələrlə vurulub və nəticədə travmatik beyin zədələnməsi ilə reanimasiyaya qəbul edilib. 

Hakimiyyət Hüseynovun sonradan verdiyi şikayəti araşdırmayıb.  

Bundan  başqa,  jurnalistlərə  qarşı  polis  zorakılığı  ilə bağlı  yüzlərlə  rəsmi  şikayətin  də  heç  bir  nəticəsi 

olmayıb. Heç kəs məsuliyyətə cəlb olunmayıb. Baxmayaraq ki, jurnalistlərin peşə fəaliyyətinə müdaxilə 

Azərbaycan  Konstitusiyasının  50-ci  (məlumat  azadlığı)  və  Avropa  Konvensiyasının  10-cu  (ifadə 

azadlığı)  maddələri ilə  təminat  verilən  məlumat əldə  etmək  hüququnun  pozulmasıdır.  Eyni  zamanda, 

jurnalistlərin  fəaliyyətinə  maneə  törədilməsi  Konstitusiyanın  163-cü  maddəsinə  əsasən  məsuliyyət 

yaradır.  

Hüquqları ciddi şəkildə pozulmuş jurnalistlər və media işçilərinin özləri üçün ədalətin təmin olunmasına 

və cavabdehin məsuliyyətə cəlb olunmasına nail olmaqda getdikcə daha çox çətinliklə üzləşirlər və bu, 

faktiki olaraq az qala qeyri-mümkün olur. 



 

13 


Ölkəni  sarmış  cəzasızlıq  mühiti  özünü-senzura  praktikasının  geniş  yayılmasına  səbəb  olub.  Bir  çox 

jurnalistlər prezident ailəsinin korrupsiya əməlləri və biznes maraqları kimi tabu mövzularda yazarkən 

müəyyən cizgiləri keçməyə qorxurlar.  

Azərbaycanda bu gün hakim olan düşmənçilik və dözümsüzlük mühiti jurnalistlərə xüsusilə mənfi təsir 

göstərir.  Jurnalistlər  öz  qanuniliyi  şübhə  altına  alınan  və  qanundan  kənar  elan  edilən  fəaliyyətlərini 

həyata  keçirərkən  böyük  maneələrlə  üzləşir,  təhdidlərə,  fəaliyyətlərinə  və  şəxsi  təhlükəsizliklərinə 

qarşı qəsdlərə məruz qalırlar. 

Tənqidi  səsləri  susdurmaq  üçün  hakim  maraqlara  "müdaxilə"  edən  jurnalistlərin  sui-qəsdə,  fiziki  və 

mənəvi hücumlara məruz qaldığı cəzasızlıq mühitinə görə məsuliyyət, təbii ki, hazırkı rejimin üzərinə 

düşür.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

14 


 

 

QƏTL 

HADİSƏLƏRİN XRONOLOGİYASI  

2015-ci ilin iyulu: İnternetdə gələn təhdidedici mesajlar  

2015-ci  il  iyulun  25-də  Rasim  Əliyev  öz  Facebook  səhifəsində  yazır  ki,  internetə  yüklədiyi  polis 

zorakılığı,  sosial  narazılıq,  məsələn  "İstefa"  sözü  yazılmış  baner  daşıyan  etirazçıların  şəkilləri  ilə 

əlaqədar  ona  təhdid  mesajları  gəlir.  Rasim  Əliyev  ona  "bu  fotolara  görə  cəzalanacaqsan"  mətnində 

təhdidin  gəldiyini  bildirir.  O,  2015-ci  il  iyulun  25-də  bu  təhdidi  ictimailəşdirir və  bununla  bağlı  polisə 

şikayət edir, lakin polis Rasim Əliyevi qorumaq üçün heç bir addım atmır.   

Eyni  gündə,  yəni  2015-ci  il  iyulun  25-də  Rasim  Əliyev  Daxili  İşlər  Nazirliyinin  102  xidmətinə  zəng 

edərək  təhdid  olunduğu  barədə  şikayət  edir.  Qaynar  xəttə  müraciətindən  qısa  müddət  sonra  Səbail 

Rayon  8-ci  polis  bölməsindən  zəng  edib  izahat  üçün  idarəyə  çağırırlar  və  Rasim  Əliyev  bölməyə 

gedərək izahat verir.  



7-8 avqust, 2015-ci il: Futbolçu Cavid Hüseynovla mübahisə  

7 avqust 2015-ci il tarixində, Rasim Əliyev öz Facebook profilində “Futbolçu Cavid Hüseynovdan kiprli 

jurnalistə  tərbiyəsiz  jest”  başlıqlı  xəbəri  paylaşıb  və  yazıb  ki,  “Bu  cür  əxlaqsız,  tərbiyəsiz  və  özünü 

idarə  etməyi  bacarmayan  bir  futbolçunun  məni  Avropada  təmsil  etməsini  istəmirəm”.  Növbəti  gün, 

yəni avqustun 8-də, Rasim Əliyevin yazdığı statusun altına şərhlər yazılır və şərh yazanlardan biri də 

Cavid  Hüseynovun  bibisi  oğlu  Elşən  İsmayılov  olur.  Təxribata  çəkici  ifadələrin  də  yer  aldığı  şərh 

sonradan Elşən İsmayılov tərəfindən silinir.  

Həmin  gün,  Rasim  Əliyevə  günorta  radələrində  zəng  gəlir

2

.  Zəng  edən  şəxs  Rasimi  ağır  söyüşlərlə 



təhqir  edərək  özünü  təqdim  etməsə  də,  istintaq  sonradan  onun  Cavid  Hüseynovun  bibisi  oğlu  Elşən 

İsmayılov  olduğunu  müəyyən  edir.  Bu  zəngdən  üç  dəqiqə  sonra  Qəbələ  FK-nın  oyunçusu  Cavid 

Hüseynov Rasim Əliyevə zəng edir və bildirir ki, o, kiprli jurnalisti təhqir etməyib. Rasim Əliyev Cavid 

Hüseynovla  danışığından  sonra  yenidən  Facebook-da  status  yazır  və  deyir:  "Cavid  Hüseynovla 



aramızda  söhbət  oldu  və  mənə  bildirdiyinə  görə,  bu  əl  hərəkətləri  heç  də  təhqiramiz  hərəkət  yox, 

Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, 

düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin".    

8 avqust 2015-ci il: Hücum 

Rasim  Əliyevin  mübahisənin  bitdiyinə  işarə  edən  bu  dostyana  Facebook  statusundan  sonra  Elşən 

İsmayılov  təxminən  günorta  saat  3  radələrində  Rasim  Əliyevə  zəng  edir  və  bildirir  ki,  Cavid 

Hüseynovla danışdım və Cavid deyir ki sənlə çay süfrəsi arxasında görüşüm və danışım. Rasim Əliyev 

məsələnin bitdiyini və buna ehtiyac olmadığını bildirir. Ancaq İsmayılov israr etdiyi üçün Rasim Əliyev 

bildirib  ki,  yaşadığı  ərazidə  görüşə  bilər  və  Bayıl  Qəsəbəsində  yerləşən  “Bayıl  Marketin”  qabağında  

görüş təyin edilir.   

Rasim Əliyev saat 16.20-də maşını ilə Bayıl marketin qarşısına gəlmiş və maşından düşərək marketin 

qarşısında  dayanan  Elşən  İsmayılov  və  Elşənin  yanında  olan  Kənan  Mədətovla  əl  uzadıb  salamlaşıb. 

Həmin  an  Elşən  İsmayılov  Rasimin  sinəsindən  təpiklə  bir  dəfə  vurmuş,  həmin  zərbənin  təsirindən 

Rasim yerə yıxılmış, bundan sonra yerdə Elşən İsmayılov və ona yaxın yerdə gözləyən digər iki dostu 

Camal Məmmədov və Arif Əliyev də Rasim Əliyevə təpik zərbələri endiriblər. Elşən İsmayılovun digər 

iki dostu Kənan Mədətov və Samir Mustafayev Rasimə zərbə endirməyiblər.          

Rasim  Əliyev  onların  əlindən  güclə  xilas  olub  marketin  qarşısında  olan  yolun  o  biri  tərəfinə  qaçır. 

Bundan sonra, Rasimi döyənlər də onun telefon və pulqabısını götürüb qaçırlar. Rasim Əliyev öz maşını 

                                                           

2

 Mənbə: istintaq sənədləri; Rasimin anası.  



 

15 


ilə Bayılda yerləşən təcili tibbi yardım stansiyasına gəlir və təcili yardım maşını ilə Rasim Əliyevi 1 saylı 

Şəhər Klinik Xəstəxanasına gətirirlər

3

.  


8-9 avqust 2015-ci il: 1 saylı Şəhər Klinik Xəstəxanasında ölüm 

Rasim  Əliyev  saat  17.15  radələrində  1  saylı  Şəhər  Klinik  Xəstəxanasına  gəlib.  Rasim  Əliyev  verdiyi 

müsahibədə də qeyd edir ki, həkim Babək Zeynalov onu müayinə edib və bir neçə qabırğasında sınıq 

olduğunu  bildirib.  Rasim  Əliyev  onu  da  deyir  ki,  sol  qulağı  eşitmir  və  xəstəxanada  qulaq  həkimi 

olmadığı üçün onun qulağını müayinə edən olmayıb

4

.   



Rasim  Əliyev  təxminən  saat  17.30  radələrində,  yəni  hadisə  baş  verəndən  qısa  müddət  sonra  Daxili 

Işlər Nazirliyinin 102 xidmətinə zəng edir və döyülməsi faktı ilə bağlı məlumat verir. Səbail Rayon Polis 

İdarəsinin 8-ci polis bölməsinin polis   əməkdaşları təxminən axşam saat 10 radələrində xəstəxanaya 

gəliblər  və  Rasim  Əliyev  ərizə  verərək  hadisə  barədə  məlumat  verib.  Polis  əməkdaşları  bildiriblər  ki, 

sabah gəlib geniş şəkildə izahat alacaqlar. Rasim Əliyev xəstəxanada olarkən futbolçu Cavid Hüseynov 

təxminən  axşam  saat  9  radələrində  Qəbələ  futbol  klubunun  meneceri  Səbuhi  Səfiyarlı  ilə  birlikdə 

xəstəxanaya gəlir. Rasim Əliyev baş verənləri ona bildirir və Cavid Hüseynov məsələni araşdıracağını 

və qohumları edibsə yoluna qoyacağını deyib.    



Rasimin dostları və ailəsinin ifadələri  

Jurnalist, videoblogger, Rasim Əliyevin dostu Mehman Hüseynov bunları deyib:  



"Gecə saat 23:40 radələrində Rasim Əliyevi xəstəxanada ziyarət etdim. Təxminən bir saat qaldıqdan 

sonra  saat  00:50  radələrində  xəstəxanadan  çıxdım.  Bir  saat  sonra  isə  Rasimin  vəziyyətinin  pis 

olduğunu və əməliyyata aparıldığını öyrəndim. Rasimi sonuncu dəfə görən mən olmuşam və o, yaxşı 

idi."   

Mehman  Hüseynov  xəstəxananı  tərk  etdikdən  qısa  müddət  sonra  Rasim  Əliyevin  anasına 

xəstəxanadan zəng edilir və deyirlər ki, vəziyyəti yaxşı deyil, əməliyyat ediləcək.   

Rasim Əliyevin anası Teyfurə Əliyevanın 22 yanvar 2016-ci il tarixində Bakı Ağır Cinayətlər 

Məhkəməsindəki ifadəsindən sitat:  

"Avqustun 9-a keçən gecə saat 1-ə qalmış Babək həkim (red: həkim Babək Zeynalov) zəng elədi, 

dedi  ki,  Rasimin  vəziyyəti  pisləşib,  əməliyyata  aparmalıyıq,  təcili  gəlin.  Tez  getdim.  Reanimasiyanın 

qarşısında Saday həkim (red: həkim Saday Əliyev, cərrah) dedi ki, qabırğaları hər iki tərəfdən sınıb, 

ciyəri dağılıb, dalaq yoxdur… Babək həkim də yanında idi. Babək həkimə dedim ki, nə üçün müayinə 

və  ondan  sonrakı  7-8  saat  ərzində  mənə  bu  barədə  deməmisiz.  Təxminən  yarım  saat  sonra  (red: 

təxminən gecə saat 1.30-da) xəstəxanaya çatmışdım və tibbi bacısı dedi ki, əməliyyat qurtarıb. Dedim, 

mənə  zəng  eləyəndə  bildirdiniz  ki,  əməliyyata  aparırıq,  bu  cür  ağır  əməliyyat  yarım  saata,  bir  saata 

necə qurtara bilər? Reanimasiyaya girdim, gördüm ki, ağzı aralı, gözü açıqdı, özüm də tibb işçisiyəm, 

başa  düşdüm  ki,  Rasim  artıq  yoxdur.  Ona  süni  nəfəs  aparatı  qoşmuşdular.  Rasim  cərrahiyyə 

əməliyyatı olunmadan ölmüşdü, həkimlər yalan deyirdilər. Ölmüş adamı xəstə adı ilə səhərə 

qədər saxlayıb bizi aldatdılar."

5

  

Həkimlər 9 avqust səhər saat 5 radələrində ailə üzvlərinə məlumat verirlər ki, Rasim Əliyev vəfat 

edib və Rasimin meyidi Respublika xəstəxanasına ekspertiza üçün göndərilir.   

9 avqust: Daxili İşlər Nazirliyi və Baş Prokuror tərəfindən birgə bəyanat 

9  avqust  2015-ci  il  tarixində  Daxili  İşlər  Nazirliyi  və  Respublika  Baş  Prokurorluğu  jurnalist  Rasim 

Əliyevin  ölümü  ilə  bağlı  məlumat  yayıb

6

.



  Hər  iki  qurumun  mətbuat  xidmətlərinin  birgə  yaydığı 

məlumatda deyilir:  

                                                           

3

 



https://www.youtube.com/watch?v=4gE26It8aRw

  

4



 Baxın: İstinad 3 

5

 



http://www.azadliq.info/115754.html

  

6



 http://www.mia.gov.az/ 

 

16 




Avqustun  8-də  saat  18.00  radələrində  Bakı  şəhər  sakini,  1984-cü  il  təvəllüdlü  Əliyev  Rasim 

Məmmədəli  oğlu  Səbail  rayonu,  Bayıl  qəsəbəsi  ərazisində  fəaliyyət  göstərən  “Bayıl  market” 

mağazasının  qarşısında  bir  qrup  naməlum  şəxslər  tərəfindən  döyülərək  çoxsaylı  bədən  xəsarətləri ilə 

Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada 

vəfat edib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü 

(qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət 

işi  başlanıb,  şəhər  prokurorluğu  və  şəhər  Baş  Polis  İdarəsinin  əməkdaşlarından  ibarət  istintaq-

əməliyyat  qrupu  yaradılıb.  Cinayət  işinin  istintaqı  Baş  Prokurorluq  və  Daxili  İşlər  Nazirliyinin 

rəhbərliyinin xüsusi nəzarətindədir

7

”.  

Eyni gündə, yəni avqustun 9-da Rasim Əliyevin döyülməsində şübhəli bilinən Elşən İsmayılov, Camal 

Məmmədov,  Arif  Əliyev,  Kənan  Mədətov  və  Samir  Mustafayev  saxlanılır  və  bu  şəxslər  barəsində  10 

avqust tarixində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.  



10 avqust: Prezident Aparatından reaksiya  

Azərbaycan prezidenti İlham Əliyev jurnalistin ölümünün "sürətli və hərtərəfli" araşdırılması göstərişini 

verib.  Prezident  köməkçisi  Əli  Həsənov  isə  dövlət  xəbər  agentliyi  Azərtaca  bildirib  ki,  prezident  bu 

hücumdan "ciddi narahatlıq keçirib" və istintaqa şəxsən nəzarət edəcək. Həsənov əlavə edib ki:  



"Azərbaycan  Prezidenti  bu  faktı  ölkədə  söz  və  məlumat  azadlığına,  kütləvi  informasiya  vasitələrinin 

müstəqil  fəaliyyətinə  təhlükə  və  təhdid  kimi  qiymətləndirərək  qeyd  edib  ki,  demokratik  prinsiplərin 

mühüm  tərkib  hissəsi  olan  KİV  azadlığının  təmin  edilməsi  Azərbaycan  dövlətinin  ali  məqsədi  və 

prioritet  vəzifələrindən  biridir.  Bu  prinsipin  pozulması  dövlətin  maraqlarına  və  həyata  keçirilən 

siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir. Prezident İlham Əliyev hadisə barədə xəbər 

tutan  kimi  Azərbaycan  Respublikasının  Baş  Prokurorluğu  və  Daxili  İşlər  Nazirliyinə  məsələnin  qısa 

müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə 

hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm 

qaydada  məlumatlandırılması  ilə  bağlı  tapşırıqlar  verib.  Azərbaycan  Prezidenti  məsələni  şəxsi 

nəzarətində  saxlayacağını  və  cinayətkarların  tapılaraq  qanuna  uyğun  şəkildə  cəzalandırılacağını 

diqqətə çatdırıb."

8

  

 

11 avqust: Cavid Hüseynovun həbsi   

Avqustun 11-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq futbolçu Cavid Hüseynovun həbs edilməsi ilə 

bağlı  birgə  məlumat  yayıb

9

.   Məlumatda  qeyd  edilir  ki,  istintaqın  hazırkı  mərhələsində  "Cavid 



Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə 

xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə 

yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan" ona Cinayət Məcəlləsinin 307.1 (ağır 

cinayətin  hazırlanmasını  və  ya  törədilməsini  bilərək  həmin  cinayət  barəsində  xəbər  verməmə)  və 

307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan 

olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.   



 

 

 

 

 

                                                           

7

 

http://www.genprosecutor.gov.az/news/5/172



  

8

http://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_jurnalistin_vefatindan_ciddi_narahat_olmus_ve_meselenin_arasdir



ilmasini_sexsi_nezaretine_goturmusdur-876435

  

9



http://prosecutor.gov.az/news/5/170

  


 

17 


 

RASİM 

ƏLİYEVƏ 



SAYLI 

ŞƏHƏR 

KLİNİK 

XƏSTƏXANASINDA 

GÖSTƏRİLƏN 

YARDIM 

VƏ 

MÜALİCƏ İLƏ BAĞLI MÜSTƏQİL ARAŞDIRMA  

Tibb personalının ifadələrində ziddiyyətlər  

13  avqust  2015-ci  il  tarixində,  Rasimin  Əliyevin  müayinə  və  müalicəsi  ilə  məşğul  olan  1  saylı  Şəhər 

Klinik Xəstəxanasının həkimi Saday Əliyev axar.az xəbər saytına müsahibə verib. O, bildirib ki: 

"Rasim  Əliyevi  qəbul  şöbəsində  yoxlamışıq,  rentgen  eləmişik,  analizlər  götürmüşük.  Eyni  zamanda, 

başından  aldığı  zərbələrlə  bağlı  travmatoloqa  da  göstərmişik,  qulaqdan  şikayətinə  görə  qulaq 

həkiminə  də  yoxlatmışıq”.  (Red:  Bu  açıqlama  Rasim  Əliyevin  avqustun  8-də  verdiyi 

müsahibə  ilə  kəskin  ziddiyyət  təşkil  edir.  Həmin  müsahibədə  Rasim  açıq  bildirir  ki, 

xəstəxanada qulaq həkimi yox idi və onun qulağı müayinə olunmamışdı

10

.

“Klinikaya daxil olanda qarın və döş qəfəsində maye olmayıb. İki qabırğasının sındığını aşkar etmişik. 

Ümumi  müayinə  40  dəqiqə  çəkib.  Bu  müayinələrdən  sonra  Rasim  dedi  ki,  getmək  istəyir.  Biz  onun 

xəstəxanada qalmalı olduğunu izah etməyə çalışırdıq. O isə qalmaq istəmirdi. Nəhayət, anası gələndən 

sonra razılaşdı. Ondan sonra qəbul şöbəsindən xəstəxanaya keçirmişik."   

Bu  açıqlamada  həkim  Saday  Əliyevin  Rasimin  valideynləri  ilə  tanış  olduğu  və  müayinələrdə  iştirakı 

görünür.  Həkim  Əliyev  öz  müraciətində  daha  sonra  bildirir:  "Əməliyyat  zamanı  aydın  oldu  ki,  xəstə 

bədənin  hər  tərəfini  əhatə  edən  çoxsaylı,  ağır  travma  alıb.  Rasim  Əliyevin  ilk  müayinədə  qanaxması 

olmayıb.  Ultrasəs  müayinəsi  də  belə  bir  hal  göstərməyib.  Analizin  nəticələrini  əldə  etdikdən  sonra 

arxayın  olduq  ki,  daxili  qanaxma  yoxdur.  Ancaq  onda  iki  məqamlı  partlama  olub.  Dalağı  partlayıb, 

pərdə  dözməyib  yığılıb.  Xəstənin  gəlməsi  ilə  əməliyyatı  arasında  müddət  bir  saat  çəkməyib 

(Red:  Bu  açıqlama  avqustun  9-a  keçən  gecə  saat  1-ə  qalmış  Rasimin  anasına  zəng  edərək 

Rasimin  təcili  əməliyyat olunmalı  olduğunu  deyən  həkim  Babək  Zeynalov  da  daxil  olmaqla 

tibb  personalının  qalan  hissəsinin  ifadələri  ilə  ziddiyyət  təşkil  edir).  Yenidən  müayinə 

edəcəkdik ki, qanaxma ilə bağlı şübhələrə son qoyaq. Bir saat sonra xəbər gəldi ki, xəstənin vəziyyəti  

pisləşib."   

Bundan  əlavə,  həkim  S.Əliyev  Rasimin  xəstəxanaya  daxil  olması  ilə  müayinələrin  aparıldığını  və  bu 

müayinələrin  40  dəqiqə  çəkdiyini  deyir.  Daha  bir  saat  sonra  yoxlayacaqlarmış  ki,  “xəstənin 

vəziyyətinin  pisləşməsi”  xəbəri  gəlib.  Ancaq  daha  sonra  həkim  Saday  Əliyev  bu  ziddiyyətli 



Yüklə 310,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin