Rasim Əliyevin Üstü Açılmamış Qətli Jurnalist Rasim Əliyevin qətli ilə bağlı müstəqil araşdırma



Yüklə 310,94 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix18.04.2017
ölçüsü310,94 Kb.
#14630
1   2   3   4

ifadəsində  göstərmişdir  ki,  08  avqust  2015-ci  ildə  saat  17:30-da  xəstə  Rasim  Əliyevi  travmatoloq 

Vüqar həkimin (red: soyadı məlum deyil) göndərişi ilə USM-si etmiş və müayinə nəticəsində müəyyən 

edilmişdir ki, Rasim Əliyevin qarın boşluğunda sərbəst maye yoxdur, parenximatoz (qara ciyər, dalaq, 

böyrəklər, mədəaltı vəz) orqanlarda hematoma yoxdur. 

 

İş  üzrə  şahid  qismində  dindirilmiş  Azərbaycan  Tibb  Universitetinin  Cərrahiyə  kafedrasının  professoru 



həkim Saday Əliyev istintaqa verdiyi ifadəsində deyir: 8 avqust 2015-ci il tarixdə 1 saylı Şəhər 

Klinik Xəstəxanasında növbətçi həkim cərrah olmuş, ondan başqa məsul növbətçi cərrah dosent həkim 

Babək Zeynalov, digər növbətçi cərrah həkim Əli İsmayılov da həmin sutka növbədə olmuşlar.  

 

2015-ci ilin avqust ayının 8-dən 9-na keçən gecə saat 00:30 radələrində həkim Babək Zeynalov xəstə 



Rasim  Əliyevin  vəziyyətinin  pisləşdiyini,  qarın  boşluğunda  maye  aşkar  edildiyini  və  xəstənin  təcili 

                                                           

21

http://mia.gov.az/index.php?/en/content/193/



 

 

22



163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi 

ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan  imtinaya vadar etmə – 

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 

və  ya  edilməməklə  iki  ilədək  müddətə  islah  işləri  ilə  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 

cəzalandırılır. 

 


 

25 


əməliyyata  götürülməli  olmasını  bildirmişdir.  Dərhal  tərəfindən  əməliyyat  icra  edilmiş,  əməliyyatda 

cərrahlar Əli İsmayılov və Babək Zeynalov, anestezioloq Fətəli Fətəliyev, adını xatırlamadığı tibb bacısı 

da iştirak etmişdir. Əməliyyat 1 saat 35 dəqiqə davam etməklə təxminən saat 02:00 radələrində başa 

çatmışdır.   

 

Əməliyyat  zamanı  qarın  boşluğu  açılarkən  müəyyən  edilmişdir  ki,  orada  1,5  litrdən  çox  qan  və  qan 



laxtaları  vardır.  Qanın  təxminən  1,2  litri  reinfuziya  (təkrarən  xəstəyə  köçürmə)  olunmuşdur.  Təftiş 

zamanı  dalağın  mərkəzindən  qapısına  doğru  gedən  geniş  partlaması,  mədəaltı  vəzinin  quyruğunun 

partlaması  və  mədə-mədəaltı  vəzi  bağının  hemorrogik  inbibisiya  (qanla  hopma)  aşkar  edilmişdir. 

Splenektomiya (dalaq çıxarılması) icra edilmiş, mədəaltı vəzin quyruq hissəsinin zədə deffekti tikilmiş 

və qanaxma tam dayandırılmışdır. Təftiş davam etdirilmiş və digər daxili orqanların zədələnməsi aşkar 

edilməmişdir.  Qarın  boşluğu  yuyulub  qurudulmuş,  sağdan,  soldan  və  çanaqdan  cəmi  üç  drenaj 

qoyulmaqla  əməliyyat  yekunlaşdırılmışdır.  Əməliyyat  boyu  xəstənin  hemodinamik  göstəricilərinin 

nisbətən bərpa olunmasına baxmayaraq (A/T 120-80, nəbz 120) xəstənin saturasiyası düşməyə meyilli 

olduğundan  (60-35  arası)  xəstəyə  əlavə  300  ml  donor  eritrosit  kütləsi,  200  ml  plazma  və  digər  qan 

əvəzedici  məhlullar  köçürülmüşdür.  Lakin  saturasiya  bərpa  olunmamışdır.  Bu  vəziyyət  ağ  ciyərlərin 

zədələnməsi  ilə  əlaqədar  xəstədə  respirator  hipoksiyasının  olması  barədə  şübhələnməyə  əsas 

verdiyindən (travmanı nəzərə alaraq) hər iki tərəfdən torakosentez (plevra boşluğunun drenajlanması) 

icra  edilmişdir.  Bu  vaxt  sol  plevra  boşluğundan  təxminən  120-150  ml  qan  xaric  olunmuş  və  tez  bir 

zamanda kəsilmişdir. Sağ plevra boşluğundan isə yalnız hava qabarcıqları xaric olunmuşdur. Havanın 

xaric olunması fasilələrlə davam etmiş və sonra kəsilmişdir. Xəstə əməliyyatdan sonra ağır vəziyyətdə 

süni  tənəffüs  aparatına  birləşdirilmiş  halda  Reanimasiya  şöbəsinə  yerləşdirilmişdir.  Bütün  gecə  boyu 

xəstəyə intensiv reanimasiyon tədbirlər kompleksi aparılsa da proqressiv inkişaf edən kəskin tənəffüs 

və  ürək  damar  çatmamazılığı  nəticəsində  09  avqust  2015-ci  ildə  saat  05:20-də  xəstə  Əliyev  Rasim 

Məmmədəli oğlunda bioloji ölüm baş vermişdir.    

 

Həkim Babək Zeynalov ifadəsində bildirib: 08 avqust 2015-ci il tarixdə saat 17:15 radələrində KTM-



in  qəbul  şöbəsinə  TTY  (təcili  tibbi  yardım)  stansiyasının  avtomaşını  ilə  həkim  briqadası  tərəfindən 

Əliyev  Rasim  Məmmədəli  oğlu  “başın,  döş  qəfəsinin,  kürəyin  və  qarnın  küt  travması”  diaqnozu  ilə 

gətirilmişdir.  Həmin  xəstə  ilk  olaraq  mənim tərəfimdən  qəbul  olunmuş,  döş  qəfəsinin,  başın  və  üzün 

rengtenoloji müayinəsi, qarın boşluğunun USM edilmiş və laborator analizlər götürülmüşdür. Müayinə 

nəticəsində  döş  qəfəsinin  sağ  hissəsində  8,  9-cu  qabırğaların  yerini  dəyişməyən  qapalı  sınığı  və 

sinusda  az  miqdarda  maye  izlənmişdir.  Qarın  boşluğunun  USM-də  və  kəllənin  rentgen  müayinəsi 

nəticəsində xəstədə patologiya aşkar edilməmişdir. Bundan sonra xəstə dinamik müşahidə məqsədilə 

stasionara qəbul olunmuş və nəzarətdə saxlanılmışdır. Həmin müddətdə huşu tam aydın, aktiv olmuş, 

sərbəst  olaraq  danışmışdır.  Xəstə  Rasim  Əliyev  daxil  olan  zaman  özünü  yaxşı  hiss  etmiş,  sadəcə 

başının, döş qəfəsinin və sol qulağının ağrılarından şikayət etmişdir. Nəzərə almaq lazımdır ki, alınmış 

travma  ilə  əlaqədar  xəstəyə  TTY  həkimi  tərəfindən  müvafiq  ağrıkəsicilər  vurulmuşdur.  Xəstə  Rasim 

Əliyev bütün zəruri müayinələrdən keçirildikdən sonra Cərrahiyə şöbəsinin palatasına yerləşdirilmiş və 

sistem qoşulmuşdur. Tərəfindən mütəmadi olaraq xəstəyə baxış keçirilmiş, xəstədə daxili qanaxmaya 

əsaslı şübhələr olmamış və dinamik müşahidə davam etdirilmişdir. Saat 00:20 radələrində xəstə Rasim 

Əliyevin  vəziyyəti  qəflətən  pisləşmiş,  qarında  yayılmış  ağrılar başlamış, baş  gicəllənmə  ümumi  zəiflik 

qeyd  olunmuş,  A/T  80/50  mm  c/s-na  düşmüş,  bədəni  soyuq  tərlə  örtülmüşdür.  Həmin  əlamətlərə 

əsasən xəstədə dalağın partlaması ilə əlaqədar daxili qanaxmaya şübhə yaranmış və USM nəticəsində 

həmin şübhə təsdiq edilmişdir. Buna görə də xəstə R.Əliyevin üzərində təxirəsalınmaz əməliyyat icra 

edilmişdir.   

 

 



1 saylı Şəhər Klinik Xəstəxanasında Şüa və diaqnostika şöbəsinin müdiri Həkim Tamara Hacıyeva

ifadəsində  göstərib  ki,  08  avqust  2015-ci  il  tarixdə  saat  17:40-da  xəstəxananın  növbətçi  həkimi 

Babək  Zeynalov  Rasim  Əliyev  adlı  xəstəni  yanına  gətirib  şifahi  formada  onun  döş  qəfəsini  rentgen 

müayinə etməyini bildirmişdir. Həmin vaxt xəstə Rasim Əliyev özü yeriyib rentgen otağına gəlmiş və 

aparatın  qarşısına  keçmişdir.  Bundan  sonra  mikrofon  vasitəsilə  Rasimlə  danışıb  hansı  nahiyəsinin 

ağrıdığını  soruşmuş,  sonuncu  əli  ilə  sol  döş  qəfəsinin  aşağı  orta  nahiyəsini  göstərib  həmin  yerin 

ağrıdığını bildirmişdir. Rasim bundan əlavə bədən səthində ağrıyan yer göstərməmişdir. Rasim ağrının 

 

 təsirindən dik dayana bilməmiş və sağ tərəfə əyilmiş vəziyyətdə dayanmışdır. Rentgen müayinəsinin 



dəqiq  nəticələnməsi  üçün  Rasimə  bir  neçə  dəfə  düz  dayanmasını  bildirsə  də,  sonuncu  ağrıdan  düz 

 

26 


dayana  bilmədiyini  demişdir.  Buna  görə  də  məcbur  olub  Rasimi  həmin  vəziyyətdə  müayinə  etmişdir. 

Rentgen müayinəsi zamanı Rasim Əliyevin solda 8 və 9-cu qabırğalarında yerdəyişmiş sınıq və sinusda 

maye  yığılmasını  müəyyən  etmişdir.  Həmin  vaxt  Rasim  Əliyevin  ağrıları  və  duruş  vəziyyəti  onu  tam 

dəqiqliyi  ilə  müayinə  etməyə  imkan  vermədiyindən  və  Rasimin  qabırğalarında  əlavə  sınıqların  da 

olmasından  şübhələndiyindən  xəstəyə  komputer  tomoqrafiya  müayinəsi  məsləhət  görərək  bu  barədə 

xəstəlik tarixində qeyd etməklə Rasimin müalicəsi ilə məşğul olan həkimləri məlumatlandırmışdır.    

  

Rentgen müayinəsini edən həkim bildirir ki, ilk müayinə zamanı sinusda maye yığımı aşkar edib və bu 



barədə  Rasimin  müalicəsi  ilə  məşğul  olan  həkimə  məlumat  verib,  hətta  komputer  tomoqrafiyanın 

edilməsini istəmişdir. Lakin 17:40 radələrindən 00:30-a kimi həkimlər komputer tomoqrafiya etməmiş, 

yenidən  rentgen  müayinə  aparılmamış  və  sinusda  yığılan  mayenin  təmizlənməsi  üçün  cərrahi  tibbi 

müdaxilə  olmamışdır.  Rentgen  sənədlərinə  sinusda  maye  yığımı  aşkarlandığı  qeyd  edildiyi  üçün 

müstəntiqlər  bu  sənədi  cinayət  işi  materiallarına  əlavə  etməyiblər  və  məhkəmə  zamanı  bu  sənəd 

zərərçəkmiş və təqsirləndirilən şəxslərin vəkili tərəfindən tələb edilsə də, məhkəmə bu sənədi almaqda 

maraqlı olmamışdır.   

 

Rasim Əliyevin ölümünün səbəbinin müəyyən edilməsi cinayət işinin istintaqına həkimlərin 



günahı  olmadığı  barədə  məktub  göndərərək  müdaxilə  edən  Səhiyyə  Nazirliyinə  tabe  olan 

ekspertlərə tapşırılmışdır ki, bu ekspertlərin də verdiyi rəy şübhə doğurur. Çünki müstəqil ekspert 

tərəfindən ekspertiza aparılmayıb.   

 

RATİ-nin müşahidə apardığı məhkəmə zamanı ekspertlər dindirilib.   



 

16 fevral 2016-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində 20 avqust 2015-ci il tarixində 

ilkin ekspertiza rəyini vermiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  Səbail rayon 

şöbəsinin eksperti Alim Hüseynov dindirilib. Alim Hüseynov bildirib ki, o, meyidi müayinə edərək rəy 

verib.  Ekspert  bildirib  ki,  Rasim  Əliyevin  üzərində  gözlə  görünən  xəsarət  izləri  yox  idi.  “Rəy 

hazırlayarkən  mənə  Rasim  Əliyevin  ilkin  müayinə  sənədləri  təqdim  edilməyib.  Mən  yalnız  müayinə 

nəticəsində rəy vermişəm. Müayinə nəticəsində müəyyən etdim ki, mərhum Əliyev Rasim Məmmədəli 

oğlunun ölümünə səbəb aldığı zərbələrin yaratdığı travma kompleksi nəticəsində törənmiş kəskin daxili 

qanitirmə  fonunda  inkişaf  edən  ağ  ciyər-ürək  çatışmamazlığı  olmuşdur”,  deyə  Alim  Hüseynov  qeyd 

edib.   

Eyni  məhkəmə  prosesində  13  oktyabr  2015-ci  il  tarixli  məhkəmə  komisiyon  tibbi  ekspertiza 



rəyini  hazırlayan  ekspert  Ziyafəddin  Məmmədov  dindirilib  və  o  bildirib  ki,  Rasim  Əliyevin  meyidini 

görməyib  və  ekspertiza  rəyini  istintaq  orqanının  verdiyi  tibbi  sənədlər  əsasında  verib.  “Sənədlərdən 

görünür  ki,  Rasim  Əliyev  xəstəxanada  müayinə  edilərkən  hər  hansı  problemi  olmadığı  üçün  dərhal 

əməliyyat  edilməyib.  Müvafiq  müayinə  və  müalicələr,  cərrahiyyə  əməliyyatı  səhiyyə  sistemində 

mövcud  olan  təlimata  uyğun  aparılıb.  Mənə  təqdim  edilmiş  sənədlərə  əsasən  rəy  vermişəm  ki, 

ölümünə səbəb dalağın partlaması, mədəaltı vəzin quyruğunun travması nəticəsində baş verən daxili 

qanaxma  fonunda  ağ  ciyərlərin  əzilməsi  hesabına  inkişaf  edən  kəskin  ağ  ciyər  və  ürək-damar 

çatışmazlığı olmuşdur ” deyə Ziyafəddin Məmmədov  qeyd edib. 

Ekspertlərdən  də  ifadələrindən  aydın  olur  ki,  ekspertiza  tam  şəkildə  aparılmayıb.  Bir  ekspertə 

meyid təqdim edilib, ilkin müayinə və müalicə sənədləri təqdim edilməyib, digər ekspert isə yalnız ona 

verilmiş sənədlərə əsasən rəy verib.    

 

Azərbaycanın şah qanunu olan Konstitusiyanın 41-ci maddəsində



23

 göstərilir ki, Hər kəsin sağlamlığını 



qorumaq  və  tibbi  yardım  almaq  hüququ  vardır.    Eyni  zamanda  bu  maddədə  göstərilir  ki,  İnsanların 

həyatı  və  sağlamlığı  üçün  təhlükə  törədən  faktları  və  halları  gizlədən  vəzifəli şəxslər  qanun  əsasında 

məsuliyyətə cəlb edilirlər. Rasim Əliyev verdiyi son müsahibəsində qeyd edir ki, onun qulağında ağrılar 

olduğu  halda  həkim  müayinə  etməyib,  bildirib  ki,  qulaq  həkimi  xəstəxanada  deyil.  Eyni  zamanda, 

Rasim Əliyevin anası Teyfurə Əliyeva da bildirib ki, həkim Rasim Əliyevin həyatına  hər hansı təhlükə 

olduğunu bildirməyib, ailəsi ehtiyac olarsa daha yaxşı imkanlara malik olan xəstəxanaya da aparmağa 

                                                           

23

http://www.azerbaijan.az/portal/General/Constitution/doc/constitution_a.pdf



 

 

27 


hazır olduğunu bildirdiyi halda, həkimlər Rasim Əliyevin vəziyyətinin yaxşı olduğunu bildiriblər. Halbuki 

ilkin rentgen müayinəsi zamanı sinusda maye yığımı aşkarlanıb. Bu fakt ailədən gizlədilib.   

 

Hüquq müdafiə təşkilatları və müstəqil medianın Rasim Əliyevə Səhiyyə Nazirliyinə məxsus olan 1 saylı 



Şəhər Klinik Xəstəxanasında lazımi tibbi yardım göstərilmədiyi barədə həyəcan təbili vurulduğu halda 

prezident 12 avqust 2015-ci il tarixində Səhiyyə Naziri Oqtay Şirəliyevi  “şöhrət ” ordeni ilə təltif edir. 

Bu fakt özü də jurnalistin ölümündə həkimlərin günahkar olduğu şübhəsini gücləndirmiş olur.   

Başqa bir qeyd edilməli məqam ondan ibarətdir ki, prezident Rasim Əliyevin ölümünü nəzarətə götürür 

və  bu  barədə  prezidentin  köməkçisi  10  avqust  2015-ci  il  tarixində    açıqlama  verir.  Amma  elə  bu 

məqamda  xatırlatmaq  yerinə  düşər  ki,  hazırkı  hakimiyyəti  sərt  tənqid  edən  “Monitor”  jurnalının  baş 

redaktoru Elmar Hüseynov 2005-ci ildə evinin önündə qətlə yetirilən zaman Prezident İlham Əliyev söz 

vermişdi  ki,  40  gün  ərzində  bu  qətlin  üstü  açılacaq.  Ancaq  üzərindən  11  il  keçməsinə  baxmayaraq 

jurnalistin qatilləri cəzalandırılmayıb. Elmar Hüseynov ağzından silahla vurulmuşdu və onun köməksiz 

qalması üçün yaşadığı evdə telefonlar söndürülmüşdü.    

Ölkə  prezidenti  İlham  Əliyev    24  avqust  2014-cü  il  tarixində  çıxış  edərkən  bildirir  ki,  Azərbaycanda 

bütün azadlıqlar o cümlədən ifadə azadlığı təmin edilir. Ancaq rəhbərlik etdiyi 13 il ərzində azad fikrini 

ifadə etdiyi üçün ən azı 5 jurnalist  (Elmar Hüseynov, Alim Kazımlı, Novruzəli Məmmədov, Rafiq Tağı 

və Rasim Əliyev) öldürülüb, yüzlərlə jurnalist döyülüb, hədəyə məruz qalıb. Jurnalistlərə qarşı cinayət 

işlədən şəxslər həbs olunmadığı üçün cəzasızlıq mühiti yaranıb və nəticədə hədəfə alınan jurnalistlərin 

sayı artır.  



İnsan Hüquqları haqqında Ümumdünya bəyannaməsi

24

 

Maddə 18 - Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və 

ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, 

dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad 

etmək azadlığı daxildir. 

İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi haqqında Avropa  Konvensiyası 

25

 

Maddə  10.  İfadə  etmək  (ekspression)  azadlığı  1.  Hər  kəs  (öz  fikrini  -  tərc.)  ifadə  etmək  azadlığı 

hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər 

hansı  maneçilik  olmadan  və  dövlət  sərhədlərindən  asılı  olmayaraq,  məlumat  və  ideyaları  almaq  və 

yaymaq azadlığı daxildir.   

Digər müşahidələr / siyasi motivin göstəriciləri 

 

Rasim Əliyevin qətlinin siyasi motivli olduğuna işarə verən bir sıra faktorlar vardır.   



Cinayət  işi  materiallarına  əlavə  edilmiş  Elşən  İsmayılovla  Cavid  Hüseynovun  whatsapp  yazışmasında 

diqqət çəkən bu hissədir. Elşən İsmayılov yazır “Gaga bagisla allahqi bilmirdim soypet senin ustunde 



qurulacag , sadece vasteci sen oldun o telefonu acan kimi mene soyuw soyuwdu varyox , ana soyuwu 

soydu , men bilmirdim bu qurma iwdi . ondan sonra men onla gorusdum.  Ne ola ola ozunu ele de 

pis  eleme  miletin  icinde  yani  oz  xeyirine  necedise  ele  de  ele  .  Onsuzda  menim  adimim  cixib  .  Sen 

taninmiwsan sene 100 , 100 soz  deye biler yaxsi menada . Amma o mene soyende yanimda usaqlar 

var idi .. Bilmirem” 

Elşən İsmayılov Cavid Hüseynovla danışığında bildirir ki, bu işin “qurama iş” olduğunu bilmirdi, bu isə 

onu deməyə əsas verir ki, bu işdəki əsas cinayətkarların özlərinin də planın tam miqyasından xəbərləri 

olmayıb.  Yəni,  bunlar  bu  siyasi  işin  pionları  qismində  olublar.  Cavid  Hüseynov  Səbail  Rayon 

Məhkəməsində etdiyi son çıxış zamanı bildirib ki, istintaq zamanı ona bildiriblər ki,  “ölkəmizə təzyiq 

edilir, buna görə də 2-3 ay yatıb çıxarsan.” Bunu da onu göstərir ki, istintaq orqanı əvvəlcədən bu 

şəxslərin  cəzaları  boynuna  alması  üçün  təzyiq  edib,  məqsəd  isə  qətlin  siyasi  tərəfli  olmadığını  sübut 

etmək olub.  

 

 



                                                           

24

http://www.ohchr.org/EN/UDHR/Documents/UDHR_Translations/eng.pdf



 

25

http://www.echr.coe.int/Documents/Convention_ENG.pdf



 

 

28 


Elşən İsmayılov və Cavid Hüseynov Rasim Əliyevin Facebook sosial şəbəkəsində dostu deyil və ortaq 

dostları da yoxdur. Elşən İsmayılova Rasim Əliyevin yazdığı status barədə başqa bir adam xəbər verib 

və o adamın kimliyi müəyyən olmasa da, bu işdə maraqlı olduğu aydın görünür. Çünki o adam Elşən 

İsmayılovu tanıyıb və onun statusa verəcəyi reaksiyasını təxmin edə bilərdi.   

RATİ tərəfindən aparılan məhkəmə monitorinqi onu deməyə əsas verir ki, məhkəmə formal xarakterli 

olub  və  verilən  cəzaların  yüksək  olması  da  qətlin  siyasi  motivli  olmasından  diqqəti  yayındırmaq 

məqsədi  daşımışdır.  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  keçirilən  məhkəmələrdə  Rasim  Əliyevin 

vəkillərinin vəsatətlərin təmin edilməməsi, işə formal yanaşılması bunu sübut edir

.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

29 


 

NƏTİCƏ  

Azərbaycan  hakimiyyəti  tənqidi  və  müstəqil  səsləri  boğmaq  üçün  mürəkkəb  repressiya  sistemi 

hazırlayıb.  Fərqli  düşüncənin  əzilməsi,  jurnalistlərə  hücumlar,  vətəndaş  cəmiyyəti  təşkilatlarına 

təzyiqlər,  dinc  etirazların  zor  tətbiq  etməklə  yatırılması  və  fundamental  azadlıqların  digər  ciddi 

pozulması  halları  Azərbaycanda  sistematik  hal  alıb  və  bu  cür  əməllərin  cəzasız  qalması  nəticəsində 

daimiləşir.  Nəticədə,  fərqli  baxışlar,  müstəqil  media  və  müstəqil  təşkilatlar  üçün  məkan  getdikcə 

daralır

.  


Ölkədə ifadə azadlığı durumuna gəldikdə, RATİ daha öncəki hesabatlarda qeyd olunmuş nəticələri bir 

daha  təkrar  edərək  ictimai  həyatda  fəal  iştirakı  və  cəmiyyətin  müxtəlif  sektorları  arasında  açıq  fikir 

mübadiləsini stimullaşdıran tolerantlıq mühitinin yoxluğunu narahatlıqla qeyd edir. 

Azərbaycanda  ifadə  azadlığının  durumu  2005-ci  ildə  Elmar  Hüseynovun  qətlindən  sonra  sürətlə 

pisləşməyə  başladı  və  son  üç  ildə  kritik  həddə  çatdı.  Media  təşkilatları,  müstəqil  jurnalistlər  uzun 

müddətdir ki həyəcan təbili çalsalar da, hökumət reaksiya verməyib. 

Beynəlxalq    təşkilatlar  da  Prezident  İlham  Əliyevi  ölkədə  ifadə  azadlığını  və  jurnalistlərin 

təhlükəsizliyini  təmin  etməyə  çağırıb.  Ancaq  Əliyev  hökuməti  jurnalistlərin  həbsini  davam  etdirib, 

media  qanunvericiliyinə  mürtəce  dəyişikliklər  edib,  jurnalistlərə  qarşı  hücumların  üstünün  açılması 

üçün addım atmayıb. Azərbaycan  beynəlxalq təşkilatlara, ATƏT və Avropa Şurası kimi qurumlara üzv 

olanda üzərinə insan hüquqları ilə bağlı öhdəliklər götürsə də, bu öhdəliklər kağız üzərində qalıb.  

Əliyev  hökuməti  elə  bir  mühit  yaradıb  ki,  tənqidi  fikir  səsləndirən  şəxs  və  yaxud  qohumları  ya  həbs 

olunur, ya da digər təhdidlərə məruz qalır. Belə bir kontekstdə, jurnalistlərin fəaliyyətinə ictimaiyyətin 

də artıq hörməti qalmayıb. Cəzasızlığın hökm sürdüyü şəraitdə jurnalistlərin təhlükəsizliyi təmin oluna 

bilməz və siyasi motivli həbslər "fırlanan qapı" prinsipi ilə davam edir. 

Ölkədə neft qiymətlərinin düşməsi ilə artan iqtisadi problemlər də hökuməti insan hüquqları sahəsində 

islahat  aparmağa,  alternativ  fikrə  hörmət  etməyə  məcbur  edə  bilmir.  Əliyev  rejimi  ifadə  azadlığına 

müdaxilə  etməkdən  çəkinmir,  məsələn,  bu  yaxınlarda  siyasiliyi  şübhə  doğurmayan  bir  addım  ataraq 

ölkədə illərdir fəaliyyət göstərən ANS telekanalını bağlayıb.   

Jurnalistlərin  təhlükəsizliyi  təmin  olunmur.  Rasim  Əliyev  polisə  təhlükəsizliyini  təmin  etməsi  üçün 

müraciət  etdiyi  halda  polis  bunu  etməyib  və  nəticədə  o,  iki  həftə  sonra  döyülüb  və  xəstəxanada 

müəmmalı şəkildə dünyasını dəyişib. Həkimlər düzgün tibbi xidməti göstərməyiblər. Ölkə prezidenti isə 

rəhbərlik etdiyi xəstəxanada iki jurnalistin öldüyü səhiyyə nazirinə şöhrət ordeni verməklə ölkədə baş 

verən bütün hüquq pozuntularına dəstəyini nümayiş etdirmiş oldu.   

Tənqidi səsləri susdurmaq üçün hakim maraqlara "müdaxilə" edən jurnalistlərin bir qayda olaraq fiziki 

və  mənəvi  hücumlara,  beş  halda  isə  qətlə,  məruz  qaldığı  cəzasızlıq  mühitinə  görə  məsuliyyət 

Azərbaycan hakimiyyətinin üzərinə düşür. 

Bununla əlaqədar olaraq, RATİ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıq və təzyiqin digər 

formalarına  və  jurnalistlərə  hücum  edən  və  onları  öldürən  şəxslərin  cəzasızlığına  son  qoymağa, 

jurnalistlərə  qarşı  bütün  zorakılıq  halların  üstünün  açılmasını  və  bütün  günahkarların  qanuna  uyğun 

olaraq cəzalandırılmasını təmin etməyə çağırır.  

RATİ Azərbaycan hakimiyyətini jurnalist Rasim Əliyevin qətlini tam şəkildə araşdırmağa, qətldə iştirakı 

olan  hər  kəsi  cəzalandırmağa  və  ölkədə  jurnalistlərə  qarşı  zorakılığa  görə  cəzasızlıq  mühitini  aradan 

qaldırmağa çağırır. 

RATİ  həmçinin  beynəlxalq  təşkilatları  Azərbaycan  hökumətindən  media  azadlığı  ilə  bağlı  öhdəliklərini 

yerinə  yetirməyi  və  jurnalistlərə  qarşı  cinayətləri  tam  və  ədalətli  şəkildə  araşdırmağı  tələb  etməyə 



çağırır.  

 

Yüklə 310,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin