Rasim Əliyevin Üstü Açılmamış Qətli Jurnalist Rasim Əliyevin qətli ilə bağlı müstəqil araşdırma



Yüklə 310,94 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix18.04.2017
ölçüsü310,94 Kb.
#14630
1   2   3   4

açıqlamanı  verir:  "

 

Bir  daha  xatırladıram  ki,  mənim  mərhum  Rasim  Əliyevin  nə  xəstəxanaya 



qəbulundan,  nə  onun  müayinəsindən  və  nəzarət  olunmasından  xəbərim  olub.  Bu  proseslərdə  iştirak 

etməmişəm.  Onun  valideynlərini  tanımıram,  görməmişəm.  Mənə  yalnız  məsul  cərrah  xəstəni  təcili 

əməliyyat  etməyi  həvalə  etdi  və  xəstəni  mən  yalnız  əməliyyat  stolunda  görmüşəm.  Vəssalam."  

Həkimin müsahibəsinin audioyazısı

11

 axar.az sayında yayılıb



12

.    

Bu  açıqlama  Saday  həkimin  avqustun  10-da  report.az  və  axar.az-a  verdiyi  müsahibələrdəki  daha 

öncəki  açıqlamaları  ilə  aşkar  surətdə  ziddiyyət  təşkil  edir.  Bu  açıqlamalarda  digər  məsələlərlə  yanaşı 

Saday  həkim  Rasim  Əliyevi  xəstəxanaya  qəbul  etdiyini  və  onun  ilk  müayinəsini  həyata  keçirdiyini 

bildirir.

13

 

Həkimlər təzadlı ifadələr veriblər.  



                                                           

10

 Baxın: İstinad 3 



11

https://www.youtube.com/watch?v=UHaekLWPSEE

 

12

 



http://axar.az/news/61277

  

13



 

http://xalqxeber.az/gundem/21968-hekim-rasim-eliyevin-olum-sebebini-achiqlayib.html

  


 

18 


Belə  ki,  Rasim  Əliyevi  ilkin  olaraq  müayinə  edən  həkim  Babək  Zeynalov  istintaqa  verdiyi  ifadəsində 

göstərir ki, Rasim Əliyevin döş qəfəsinin sağ hissəsində 8, 9-cu qabırğaların yerini dəyişməyən qapalı 

sınığı və sinusda az miqdarda maye izlənmişdir. 

Rasim Əliyevin rentgen şəkillərini yoxlayan Kliniki Tibbi Mərkəzin şüa və diaqnostika şöbəsinin müdiri 

Tamara Hacıyeva ifadəsində göstərmişdir ki, rentgen müayinəsi zamanı Rasim Əliyevin sağda 8 və 9-

cu qabırğalarında yerdəyişmiş sınıq və sinusda maye yığılmasını müəyyən etmişdir.   

Kliniki  Tibbi  Mərkəzin  Cərrahiyə  şöbəsində  USM  mütəxəssisi  işləyən  Arzu  Rüstəmova  ifadəsində 

göstərmişdir ki, 08 avqust 2015-ci ildə saat 17:30-da xəstə Rasim Əliyevi travmatoloq Vüqar həkimin 

(red: soyadı məlum deyil) göndərişi ilə USM-si etmiş və müayinə  nəticəsində müəyyən edilmişdir ki, 

Rasim  Əliyevin  qarın  boşluğunda  sərbəst  maye  yoxdur,  parenximatoz  (qara  ciyər,  dalaq,  böyrəklər, 

mədəaltı vəz) orqanlarda hematoma yoxdur.   

RATİ-nin araşdırma qrupu tibb personalının ifadələri də daxil olmaqla iş materiallarını və Rasimin son 

müsahibəsinin  video  görüntüsünü  müstəqil  tibb  eksperti  ilə  paylaşaraq  peşəkar  rəy  verməsini  xahiş 

etmişdir. Adının açıqlanmasını istəməyən ekspertlə aparılmış müsahibənin mətni aşağıda təqdim edilir: 



"Əgər  bir  insan  daxili  orqanlarına  küt  zərbə  alıbsa  bu  zaman  daxili  orqanların  zədələnməsi 

qaçınılmazdır.  Xəstə  rentgen  və  komputer  tomoqrafiyadan  keçirilməli,  daim  müşayiət  altında 

saxlanılmalıdır. Xəstə hər yarım saatdan bir yenidən rentgen müayinədən keçirilməlidir. Çünki əgər ilk 

anlarda daxili qanaxma və yaxud hər hansı orqanın zədələnməsi müşayiət edilmirsə bu o demək deyil 

ki  qanaxma  riski  yoxdur.  Sınıq  zamanı  həkim  ilk  əvvəl  sınığın  növünü,  dərəcəsini  müəyyən  etməli, 

xəstənin həyatı üçün təhlükəli əlamətlər aradan qaldırılmalıdır. Bundan sonra ya şina qoymalı, ya da 

steril  sarğı  qoyub,  şina  ilə  bərkidilməlidir.  Sınmış  sümük  hissələri  yerini  dəyişən  və  ya  dəyişməyən 

olur.  Ümumiyyətlə  sınıqlar  zamanı  ilk  yardım  sınmış  sümüklərin  hərəkətsizliyinin  təmin  olunmasına 

xidmət  etməlidir.  Sınıqlar  zamanı  yardımın  düzgün  göstərilməməsi  xəstənin  vəziyyətini  bir 

qədər də ağırlaşdıra bilər. Eyni zamanda daxili qanaxma vaxtında təyin olunmadıqda, tibbi 

yardım  gecikə  bilər  ki,  bu  da  xəstənin  həlak  olması  ilə  nəticələnə  bilər.  Daxili  qanaxma  riski 

olan xəstə yarı oturaq vəziyyətdə olmalıdır. Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, 

nə  su,  nə  də  ağrını  kəsmək  üçün  dərman  preparatları  vermək  olmaz.  Qanaxma  riski  varsa  xəstəni 

hərəkət etməyə və danışmağa imkan verməmək lazımdır. Ancaq sizin təqdim etdiyiniz video kadrlarda 

görünür  ki,  xəstə  saatlarla  danışıb,  hərəkət  edib.  Həkimlər  də  açıqlamalarında  bildiriblər  ki,  Rasim 

Əliyevə  ağrıkəsici  iynələr  vurulub.  Hansı  səbəbdən  olduğunu  deyə  bilmərəm  amma  bu 

birmənalıdır  ki,  həkimlər  Rasim  Əliyevin  vəziyyətini  diqqətdə  saxlamayıblar.  Vaxtında  və 

düzgün tibbi yardım edilsəydi Rasim Əliyevin yaşamaq şansı çox idi," deyə həkim qeyd edib.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

19 


REAKSİYALAR  

Qətlə ölkə daxilində və xaricində verilən reaksiyalar  

Hökumət  internetin  tənzimlənmə  məsələsini  dəfələrlə  gündəmə  gətirib.  Onlayn  televiziyaların 

lisenziyalaşdırılması    barədə  rəsmilər  dəfələrlə  fikirlər  səsləndiriblər.  Hətta  bəzi  deputatlar  sosial 

şəbəkələrə  də  qadağalar  qoyulmasını  təklif  ediblər.  Rasim  Əliyevin    ölümü  onlayn  tənzimlənmə 

məsələsini yenidən gündəmə gətirilməsinə səbəb olub.   

11 avqust 2015, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov

14

:  

"Sosial şəbəkə, xəbər portallarının tənzimlənməsi heç bir ölkədə mümkün deyil, yalnız terrorizm, insan 

alveri və sair kimi məsələlərdə qadağa qoyulur. Azərbaycanda sosial şəbəkələrdə peşə etik kodeksinə 

əməl  edilməsi  ilə  bağlı  proqram  hazırlanmayıb.  Sosial  şəbəkələrdə  bəzi  insanlar  alçaldıcı  statuslar 

yazırlar. İnsanların dözüm səviyyəsi eyni deyil. Ona görə də təhqiramiz statuslara insanların reaksiyası 

müxtəlif olur və hətta ölüm hadisəsi belə baş verir. Ona görə də fikir söyləyərkən qarşındakı adama da 

hörmət etməlisən."  

12  avqust  2015, 

ATƏT-in  media  azadlığı  üzrə  nümayəndəsi  Dunja  Mijatović  Azərbaycan 

prezidentinə  məktub  ünvanlayaraq  jurnalist  Rasim  Əliyevin  ölümünü  pisləyib.  O,  ölkədə  media 

azadlığının  vəziyyətinin  pisləşdiyini  qeyd  edib  və  hakimiyyəti  jurnalistlərin  təhlükəsizliyini  təmin 

etməyə çağırıb. "Bu son faciəvi hadisə bir daha sübut edir ki, hakimiyyətin konstruktiv dialoqda iştirak 

etməklə  bağlı  beynəlxalq  təşkilatların  xəbərdarlığına  və  vətəndaş  cəmiyyətinin  çağırışlarına  qulaq 

asmasının  və  vəziyyətin  ciddiliyini  inkar  etməyə  son  verməsinin  vaxtı  çoxdan  çatıb,"  Mijatovic 

prezidentə  məktubunda  qeyd  edib.  Dunja  Mijatović  bildirib  ki,  o,  Azərbaycanda  jurnalistlərə  qarşı 

təhlükə və həbs məsələsini dəfələrlə qaldırsa da “təəssüf ki, demək olar heç bir tədbir görülməyib.”

15

  

11  avqust  2015,  Kopenhagendə  yerləşən  media  azadlığı  üzrə  QHT  Beynəlxalq  Mediaya  Dəstək 



təşkilatı  bəyanat  verib

16

:  "Azərbaycanda  jurnalistlərə  hücuma  görə  cəzasızlıq  atmosferi  cinayətlərin 



üstünü açılmaz edir. Bu isə ifadə azadlığına qarşı davamlı repressiyaya təkan verir. Son 10 ildə ölkədə 

jurnalistlərə 300-dən çox hücum olub. Son ildə 7 jurnalist və 5 hüquq müdafiəçisi həbs olunub. Media 

və  insan  hüquqları  mütəxəssislərinə  qarşı  təzyiqlərin  siyahısı  isə  daha  böyükdür.  Hakimiyyət 

jurnalistlərə  qarşı  zorakılıq  cinayətlərinə  görə  cəzasızlığa  son  qoymalıdır.  R.Əliyevin  vaxtsız  ölümü 

Azərbaycanda  ifadə  azadlığının  ağır  vəziyyətdə  olduğunu,  jurnalist  və  hüquq  müdafiəçilərini  qoruma 

mexanizminin yaradılmasının vacibliyini xatırladır."   

11  avqust  2015,  Avropa  Şurasının  baş  katibi  Torbyörn  Yaqland

17

  bəyanat  verib:  “Bu,  ölkədə 



jurnalistlərin  təhlükəsizliyi  ilə  bağlı  durumun  daha  da  pisləşməsini  göstərən,  narahatlıq  doğuran 

əlamətdir.  Azərbaycan  hakimiyyətini  bu  qətli  hərtərəfli  və  sürətlə  araşdırmağa,  günahkarları 

məsuliyyətə cəlb etməyə çağırıram. Bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu 

dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz.”   



10 avqust 2015, Avropa Jurnalistlər Federasiyasının prezidenti Moqens Bliçer bildirib

18



"Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinə qarşı zorakılıq əməlləri üçün cəzasızlıq mühiti hökm 

sürür, ağır cinayətlər cəzasız qalır. Azərbaycanda jurnalistlər və hər bir vətəndaş sosial şəbəkələrdə öz 

fikir və şərhlərini sərbəst bölüşə bilməlidir,"  

                                                           

14

 

https://www.youtube.com/watch?v=naFfCpBiPU4



  

15

 



http://www.osce.org/fom/176611

  

16



 

https://www.mediasupport.org/ims-condemns-killing-journalist-azerbaijan/

  

17

 



https://www.theguardian.com/world/2015/aug/10/azerbaijani-journalist-rasim-aliyev-javid-huseynov

  

18



 

http://www.ifj.org/nc/news-single-view/backpid/1/article/ifj-and-efj-mourn-the-killing-of-journalist-rasim-

aliyev-in-azerbaijan/

  


 

20 


10  avqust  2015,  “Hüquqlar  üçün  İdman”  (Sport  for  Rights)  kampaniyası,  ifadə  azadlığı  təşkilatları, 

birgə  bəyanat  veriblər.  "Rasim  Əliyevin  ölümü  Azərbaycanda  jurnalistlərə  qarşı  zorakılıq  çarxının  bir 



hissəsidir.  Bu  hücum  Avropa  Oyunlarından  sonra  və  Azərbaycanda  noyabrda  keçiriləcək  parlament 

seçkiləri  ərəfəsində  insan  hüquqlarına  qarşı  amansız  basqıların  fonunda  baş  verir,"  deyə  bəyanatda 

qeyd olunur

19

.   


12  Avqust  2015,  YUNESKO  Baş  Direktoru  İrina  Bokova  Rasim  Əliyevin  öldürülməsini  pisləyib. 

“Hakimiyyət  cənab  Əliyevin  ölümünə  görə  cavabdeh  olanların  məsuliyyətə  cəlb  olunmasını  təmin 

etməlidir.  Bu,  qanunun  aliliyi  və  mətbuat  azadlığının  qorunması  üçün  vacibdir.  Jurnalistlərə  qarşı 

törədilən  cinayətlərə  görə  cəzasızlığın  kök  salmasına  yol  vermək  olmaz,”  deyə  xanım  Bokova  qeyd 

edib.


20

    


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                           

19

 

https://www.fidh.org/en/issues/human-rights-defenders/azerbaijan-journalist-rasim-aliyev-murdered-as-human-



rights-crackdown

  

20



 

http://en.unesco.org/news/director-general-calls-investigation-killing-journalist-rasim-aliyev-baku

 


 

21 


HÜQUQ POZUNTULARI  

22 dekabr 2015-ci il tarixində Rasim Əliyevin döyülməsi və xəstəxanada vəfat etməsi ilə bağlı Kənan 

Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa 

ağır  zərər  vurma,  zərərçəkmiş  şəxsin  ölümünə  səbəb  olduqda),  Elşən  İsmayılov  və  Arif  Əliyevin  isə 

həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə 

ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Cinayət  işinin  materiallarından  Cavid  Hüseynovun  Cinayət  Məcəlləsinin  307.1  (ağır  cinayətin 



hazırlanmasını  və  ya  törədilməsini  bilərək  həmin  cinayət  barəsində  xəbər  verməmə)  və  307.2-ci 

(qabaqcadan  vəd  etmədən  ağır  cinayəti  gizlətmə)  maddələri  ilə  təqsirləndirilməsinə  dair  iş  ayrıca 

icraata ayrılıb.  

Rasim  Əliyevin  hüquqlarını  müdafiə  edən  vəkillər  istintaqda  bir  sıra  qanunsuzluqların  baş  verdiyini 

bildiriblər

.    


Rasim Əliyevin vəkilləri və ailəsi bildirir ki, Rasim Əliyevin həkim səhlənkarlığından, vaxtında əməliyyat 

edilməməsi  nəticəsində  vəfat  etməsinə  görə  Klinik  Tibbi  Mərkəzin  həkimlərinin  də  cinayət 

məsuliyyətinə cəlb edilməsini tələb etsələr də, şəhər Prokurorluğu vəsatətləri heç bir səbəb olmadan 

rədd  edib.  9  sentyabr  2015-ci  il  tarixində  Azərbaycanın  səhiyyə  naziri  Oqtay  Şirəliyev  Bakı  şəhər 

Prokurorluğuna  məktub  göndərərək  Rasim  Əliyevin  ölümündə  həkimlərin  rolunun  olmadığını,  ona 

vaxtında müayinə və müalicələr təşkil olunduğunu qeyd edib.   

Rasim Əliyevin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı hesab edir ki,  Bakı şəhər Prokurorluğu  

Cavid  Hüseynovun  Rasim  Əliyevin  qətlində  hər  hansı  formada  iştirak  etmədiyi  qənaətinə  gəlməsi 

əsassızdır.  Çünki  Rasim  Əliyevin  döyülməsi  məhz  Cavid  Hüseynova  görə  baş  verib,  Cavidin  Rasim 

Əliyevə  zəng  etməsi,  Rasimin  məhz  onun  tərəfindən  Bayıla  çay  içməyə  çağırılmağa  təkid  olunması, 

hadisə  baş  verdikdən  sonra  Cavidin  bibisi  oğlu  Elşən  İsmayılova  mesajları  silməyi  və  onun  hansı 

formada  ifadə  verməsini  tapşırması,  Rasim  döyüldükdən  sonra  Elşənin  dostları  ilə  yazışmasında 

problemin  Cavid  tərəfindən  həll  ediləcəyinin  göstərilməsi  Rasim  Əliyevin  Cavid  Hüseynovun 

təşkilatçılığı ilə döyülməsini təsdiq edir. Lakin istintaq orqanı fərqli nəticəyə gələrək C.Hüseynova qarşı 

daha ağır ittihamlar irəli sürməkdənsə, daha  yüngül cinayət məsuliyyətinə səbəb olan ittihamlar irəli 

sürdü.  


 

Məhkəmədə baş verənlər 

Rasim Əliyevin  qətlə yetirilməsi faktı üzrə iki ayrı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

İlk  proses  əsas  cinayətkarların,  cinayət  əməlinin  törədilməsinə  görə  cavabdeh  olan  şəxslərin  -  Elşən 

İsmayılov, Kənan Mədətov, Samir Mustafayev, Arif Əliyev və Camal Məmmədovun təqsirləndirilməsinə 

dair  keçirilib.  Məhkəmə  prosesi  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  keçirilib.  Proses  dörd  ay  davam 

edib.  RATİ-nin  məhkəmə  monitorinq  heyəti  tərəfindən  bütün  məhkəmə  prosesləri  izlənib.  Monitorinq 

heyətinin məlumatına əsasən, bu cinayət işi üzrə 18 məhkəmə prosesi keçirilib.    

Monitorinq heyəti məhkəmə zamanı bir sıra pozuntular qeydə alıblar. Məhkəmə özlüyündə, həmçinin 

cəzasızlıq  məsələsi  barədə  məlumatlılığın  artırılması  baxımından  ictimai  əhəmiyyət  daşıdığı  halda 

məhkəmə  iclasları  kiçik  zalda  keçirilib  və  məhkəməni  elə  də  çox  insan  izləyə  bilməyib.  Halbuki  Bakı 

Ağır Cinayətlər Məhkəməsinin geniş iclas zalı var və jurnalistin işi üzrə iclaslar keçirilən zaman həmin 

geniş zal boş olub.  

Məhkəmə  iclasında  vəkil  vəsatət  verərək  işə  məhkəmədə  baxılmasına  xitam  verilməsi  və  işin  ibtidai 

araşdırmaya rəhbərlik edən prokurora qaytarılmasını xahiş edib. Zərərçəkmiş şəxsin hüququ varisinin 

ibtidai  istintaq  zamanı  verdiyi  vəsatətlərdə  Rasim  Əliyevin  ölümündə  Cavid  Hüseynovun  təşkilatçı 

olması,  həmçinin  Rasim  Əliyevin  ölümündə  həkim  səhlənkarlığının  olması  göstərilsə  də  vəsatətlər 

təmin edilməyib.  

Vəkil iş üçün əhəmiyyət kəsb edən bəzi şəxslərin şahid kimi dindirilməsi barədə vəsatət verib, hansı ki 

bu  şəxslər  istintaq  zamanı  dindiriliblər,  ancaq  ittiham  aktına  şahidlər  siyahısına  əlavə  edilməyiblər. 

Halbuki  həmin  şahidlərin  ifadələri  əhəmiyyətli  olub.  Məhkəmə  vəsatəti  təmin  etməyib.  Vəkil 



 

22 


xəstəxanada olarkən Rasim Əliyevdən izahat alan polis əməkdaşının məhkəmədə dindirilməsini istəsə 

də vəsatəti təmin edilməyib. Hətta Rasim Əliyevin xəstəxanada rentgen aparatından keçirilməsi barədə 

müvafiq sənədlər məhkəmədə araşdırılmayıb.    

Cinayət Məcəlləsinin 314-cü maddəsi səhlənkarlıq cinayəti haqqında deyir: "Səhlənkarlıq, yəni vəzifəli 



şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində onun öz xidməti vəzifəsini yerinə yetirməməsi 

və ya lazımi qaydada yerinə yetirməməsi kimi hərəkətlər fiziki, hüquqi şəxslərin qanuni mənafelərinə 

mühüm  zərər  vurduqda  cinayət  məsuliyyətinə  səbəb  olur.  Bu  kimi  cinayətlərin  istintaqı  Baş 

Prokurorluğun nəzarəti altında hadisənin baş verdiyi yer üzrə prokurorluq orqanları tərəfindən aparılır." 

Məhkəmədə  1  saylı  Şəhər  Klinik  Xəstəxanasının  həkimləri  və  Rasim  Əliyevin  təhlükəsizliyini  təmin 

etməyən polislər barəsində ən azından bu maddə üzrə cinayət işi açılmalı olduğu halda açılmadı.  

Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  1  aprel  2016-cı  il  tarixli  hökmünə  əsasən    təqsirləndirilən  Elşən 

İsmayılov ona irəli sürülmüş hər iki ittiham üzrə təqsirli bilinərək  13 il, Arif Əliyev 12 il 6 ay, Camal 

Məmmədov 11 il, Samir Mustafayev və Kənan Mədətov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.    

Rasim Əliyevə qarşı cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər 

verməmə  ittihamı ilə  həbs  edilən  Qəbələ  futbol  klubunun  kapitanı  Cavid  Hüseynovun  işinə  isə  Səbail 

Rayon  məhkəməsində  baxılıb.  Bu  iş  üzrə  12  məhkəmə  prosesi  keçirilib  və  Cavid  Hüseynov  Səbail 

Rayon Məhkəməsinin 31 may 2016-ci il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib

.    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

23 


MEYDANA  ÇIXAN  MƏSƏLƏLƏR,  ŞƏRHLƏR  VƏ 

TƏHLİLLƏR 

RATİ  Rasim  Əliyevin  ölümünün  baş  verdiyi  şəraiti  araşdıraraq  belə  nəticəyə  gəlib  ki,  Rasim  Əliyevin 

qətli siyasi motivlidir və ədalətin bərqərar olacağına çox az ehtimal var. 

Birincisi,  onun  qətli  onun  təşkilatının  -  2014-cü  ildə  qanunsuz  olaraq  bağlanan  və  2006-cı  ildə 

yaranmasından  bəri  çoxsaylı  təzyiqlərə  və  məhkəmə  iddialarına  məruz  qalan  RATİ-nin  fəaliyyəti  ilə 

əlaqələndirilir.  

RATİ-nin  2006-cı  ildə  təsis  olunmasından  bəri,  onun  əməkdaşları  və  müqaviləçiləri  böyük  təzyiqlərə 

məruz  qalıblar.  2014-cü  ilin  avqustunda  təşkilatın  qanunsuz  olaraq  bağlanması  və  təşkilatın  təsisçisi 

Emin Hüseynovun təqibə məruz qalması bu təzyiqlərin kulminasiya nöqtəsi olub. Rasim Əliyevə qarşı 

2015-ci ilin 8 avqustunda baş vermiş hücum hakimiyyətin RATİ-nin ofisinə reydi, RATİ və onun tele-

layihəsi olan Obyektiv TV-nin ofislərinin bağlanması və fəaliyyətini dayandırmağa məcbur olmasından 

bir il sonraya təsadüf edir.  

Eyni gündə, yəni 2014-cü il avqustun 8-də, RATİ direktoru Emin Hüseynov gizlənmək məcburiyyətində 

qalmış və az müddət sonra İsveçrənin Bakıdakı səfirliyində ona sığınacaq verilmişdi. Hüseynov orada 

10  ay  qaldıqdan  sonra  ona  ölkədən  çıxmağa  icazə  verildi,  lakin  eyni  zamanda  o,  Azərbaycan 

vətəndaşlığından da məhrum edildi.   

Hüquq  mühafizə  orqanları  2014-cü  ilin  avqustunda  RATİ-nin  ofisində  reyd  edərkən  Emin  Hüseynovu 

oranın yaxınlığından müvəqqəti təhlükəsiz bir yerə öz avtomobili ilə aparan Rasim Əliyev olub.  

2014-cü  ilin  oktyabrında  Rasim  Əliyev  RATİ  sədri  seçilərək  Hüseynovu  bu  vəzifədə  əvəzlədi.  Bu 

seçkinin  protokolu  Azərbaycanın  Ədliyyə  Nazirliyinə  göndərildi.  Təşkilatın  ən  ağır  dönəmində, 

hakimiyyətin  şiddətli  təzyiqi  nəticəsində  faktiki  olaraq  iflic  duruma  düşdüyü  bir  vaxtda  RATİ-yə 

rəhbərliyi Rasim Əliyev öz üzərinə götürdü.  

RATİ öz fəaliyyəti ilə diqqətləri Azərbaycanda insan hüquqlarına misli görünməmiş basqılara çəkməyə 

çalışan beynəlxalq təşkilatların koalisiyası olan "Hüquqlar üçün İdman" kampaniyasının bir hissəsi olub. 

"Hüquqlar  üçün  İdman"  kampaniyası  sayəsində  beynəlxalq  media  2015-ci  ilin  iyununda  keçirilmiş  ilk 

Avropa Oyunları kontekstində diqqətlərini Azərbaycana çevirdilər. Basqıların Oyunların ərəfəsində baş 

verməsi təsadüfi deyildi. Özünün 2012-ci il Avroviziya Mahnı Müsabiqəsindəki təcrübəsindən ruhlanan 

Azərbaycan  hakimiyyəti  tənqidi  və  ya  fərqli  fikir  səsləndirməyə  cürət  edən  az  saylı  şəxsləri  hədəf 

almışdı.  Hətta  Avropa  Oyunlardan  sonra  və  parlament  seçkiləri  qabağı  dövrdə  belə  əbədi  repressiya 

dalğasının sonu görünmürdü. 

 

Hökumət Oyunların mediada müsbət işıqlanacağı ümidi ilə resursları qənaət etmədən xərcləyirdi. Lakin 



"Hüquqlar üçün İdman" kampaniyası sayəsində, Oyunlar hökumət və onun beynəlxalq imici üçün piar 

fəlakətinə çevrildi.   

 

Piar  cəhdlərinin  iflas  etməsindən  məyus  olan  hakimiyyət  bəlkə  də  "Hüquqlar  üçün  İdman" 



kampaniyasından  qisas  almağa  çalışırdı.  Hüquq  müdafiəçisi  və  jurnalistə  qarşı  hücumun  atletlər 

tərəfindən,  həm  də  başqa  bir  tanınmış  jurnalist  və  "Hüquqlar  üçün  İdman"  kampaniyası  üzvü  Emin 

Millinin  Azərbaycanın  idman  naziri  Azad  Rəhimovdan  qorxuducu  mesaj  almasından  dərhal  sonra  baş 

verməsi qətllə kampaniya arasında mümkün bağlılığa işarə edir.  

 

Ölümündən öncəki üç həftə ərzində Rasim Əliyev ona sosial şəbəkədə davamlı olaraq təhdid və hədə-



qorxular gəldiyini bildirirdi.  

Məsələn,  Rasim  Əliyev  ölümündən  təxminən  2  həftə  əvvəl,  yəni  25  iyul  2015-ci  il  tarixində  sosial 

şəbəkə  vasitəsilə  jurnalist  fəaliyyətinə  görə  ölümlə  təhdid  olunur.  Təhdid  edən  şəxs  Rasim  Əliyevin 

RATİ-də  fəaliyyət  göstərdiyi  dövrdə  çəkdiyi  foto  və  videolara  görə  cavab  verəcəyini  bildirib.  Rasim 

Əliyev elə 25 iyul tarixində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək təhdid olunduğu barədə 

şikayət edir. Qaynar xəttə müraciətindən qısa müddət sonra Səbail Rayon 8-ci polis bölməsindən zəng 

edib izahat üçün idarəyə çağırırlar və Rasim Əliyev bölməyə gedərək izahat verir.      


 

24 


 

“Polis haqqında” Qanunun 3-cü maddəsində göstərilir ki

21

Azərbaycan Respublikasında polisin təyinatı 



insanların  həyatını,  sağlamlığını,  hüquq  və  azadlıqlarını,  dövlətin,  fiziki  və  hüquqi  şəxslərin  qanuni 

mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Ancaq polis Rasim Əliyevi 

qorumadı və öz vəzifəsini yerinə yetirmədi.    

 

Polislər tərəfindən Rasim Əliyevə qarşı ayrı-seçkilik edilib. Belə ki, Rasim Əliyev öz fəaliyyəti və kimliyi 



barədə məlumat verib və polis də onu qorumaqda maraqlı olmayıb. Halbuki Polis haqqında Qanunun 

5-ci maddəsində göstərilir ki, Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, 

dilindən,  cinsindən,  mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən,  siyasi 

partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün 

şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə 

nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.   

 

Polis  haqqında    Qanunun  14-cü  maddəsində  də  göstərilir  ki,  polisin  əsas  ilk  vəzifəsi  hər  bir  şəxsin 



təhlükəsizliyini təmin etməkdir. Polisin Rasim Əliyevin təhlükəsizliyini təmin etməməsi istintaq orqanı 

və  məhkəmə  tərəfindən  araşdırılmadı.  Bu  hadisənin  üzərindən  olmamış  kimi  keçildi.  Hesab  edirik  ki, 

polislər Rasim Əliyevin qətlində  siyasi sifarişin icraçıları qismində iştirak ediblər.  

Azərbaycan  Respublikasının  ərazisində  hüquq  və  azadlıqların  bərabərliyi,  şəxsi  toxunulmazlığın 

qorunması,  şərəf  və  ləyaqət,  səsvermə  hüquqları,  informasiya,  fikir  və  hər  hansı  bir  şəxsin  ifadə 

azadlığı təmin edilir. Azərbaycan Respublikasının 163-cü maddəsində siyasi mövqeyi və təmsil etdikləri 

mətbuat  orqanı  nəzərə  alınmadan  KİV  təmsilçilərinin  peşə  borclarını  yerinə  yetirməsinə  və 

jurnalistlərin  qanuni  peşə  fəaliyyətinin  həyata  keçirilməsinə  hər  hansı  formada  mane  olmaqla  bağlı 

məsuliyyət müəyyən olunub

22

.    



RATİ-nin  apardığı  araşdırma  ilə  belə  nəticəyə  gəlinib  ki,  tibbi  səhlənkarlıq,  yəni  1  saylı  Şəhər  Klinik 

Xəstəxanasının  tibbi  personalının  vaxtında  və  peşəkarcasına  tibbi  yardım  və  müalicəni  təmin  edə 

bilməməsi Rasim Əliyevin ölümünün əsas səbəblərindən biridir.  

 

 



Kliniki  Tibbi  Mərkəzin  Cərrahiyə  şöbəsində  USM  eksperti  işləyən  Arzu  Rüstəmova  istintaqa 


Yüklə 310,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin