Ayrı-ayrı proseslərin aparılmasının qiymətləndirilməsi üçün yarımfabrikatların reoloji xassələrindən müvəffəqiyyətlə istifadə edilə bilər. Eyni proseslərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş müxtəlif konstruksiyalı texnoloji maşınlar təkrar emal olunan kütləyə təsir dərəcəsinə görə fərqlənir ki, bu da qeyri-bərabər struktur-mexaniki xassələrə malik olan son məhsulların və müxtəlif keyfiyyətə malik hazır məhsulun alınmasına gətirib çıxarır. Ayrı-ayrı maşınların yarımfabrikatların xassələrinə təsirinin öyrənilməsi verilən çörək sortunun istehsalı üçün daha məqsədəuyğun konstruksiyalar və daha əlverişli emal rejimləri seçməyə imkan verir. Çörək istehsalı keyfiyyətinin artırılması üçün ən vacib məsələlərdən biri xəmir yoğrulması prosesinin avtomatlaşdırılmasıdır. Fasiləsiz çörək yoğrulması prosesi xamir yoğuran aqreqatlarda həyata keçirilir, onlar da fasiləsiz işləyən xəmir qarışdırandan, unun və duru komponentlər üçün dozatorlar və nəzarət-ölçü aparatlarından ibarətdir. İş prosesində xəmiryoğuran maşına müxtəlif qüvvələr təsir edir, onların təsiri altında tənzimlənən təzyiq verilmiş qiymətdən fərqli qiymət alır, buna görə də avtomat tənzimlənmə üsulu ondan ibarətdir ki, tənzimlənən parametrin qiyməti sabit qiymətlər alsın. Bundan ötrü tənzimləyici tənzimlənən obyektə o vaxta qədər idarəedici təsir göstərir ki, təzyiqin qiyməti verilmiş qiymətə bərabər olsun. Dozatorlardan daxil olan komponentlərdən biri nizamlayıcı parametr ola bilər. Onun düzgün seçilməsi üçün bu komponentin dozalanma şərtlərini və resept üzrə tələb olunan digər komponentlərin sabit dozalanması zamanı xəmirin reoloji xassələrinin bu komponentin müxtəlif faiz qiymətlərindən asılı olaraq dəyişməsini nəzərə almaq lazımdır. Tədqiqatlar göstərir ki, xəmirin konsistensiyasına unun və mayanın miqdar nisbəti çox təsir göstərir. Burada maya məhlulunu nizamlayıcı komponent kimi götürmək məqsədəuyğundur, belə ki, o, avtomatik paylayıcı stansiya tərəfindən dozalaşdırıla bilər. Yoğrulmuş xəmirin konsistensiyasının nizamlanması prosesini həyata keçirmək üçün aşağıdakı funksiyanı bilmək vacibdir:
∆р = ∆р (∆η),
burada: ∆р – çıxış təzyiqinin onun verilmiş qiymətinə uyğun olan sabit qiymətindən kənaraçıxmasıdır %;
∆η – özlülüyün çıxış təzyiqinin verilmiş qiymətinə uyğun olan qiymətindən kənaraçıxmasıdır %.
∆η kəmiyyətini öz növbəsində tələb olunan idarəedici təsir – maya məhlulunun dozalaşdırılmasının dəyişməsi əmsalı ilə əlaqələndirmək olar, belə ki, asılılıq aşağıdakı kimidir:
∆η = ∆η(∆GM).
Sonuncu asılılığı aydınlaşdırmaq üçün müəyyən təcrübələr aparmaq lazımdır. Bir sıra çörək məhsulları üçün nəticələr müvafiq ədəbiyyatlarda vardır. Mürəkkəb formalı kanallarda axının hesablanması üsulundan istifadə edərək, müxtəlif tərkibli maya məhluluna nəzarən, ona uyğun işçi təzyiqi avtomatik nizamlama sisteminin vericisinin quraşdırıldığı yerdə müəyyən etmək olar. Hesablamanın nəticələrinə görə ∆η = ∆η(∆GM) qrafiki qurulmuşdur (şək. 4.2). Alınmış xətti asılılıq nizamlanma obyekti kimi xəmiryoğuran maşınlarda tətbiq oluna bilər. Düz xəttin əyilmə bucağının tangensi КOB obyektinin ötürmə əmsalını КOB = 2,6 qiymətində müəyyən edir. Təzyiqin qiyməti bütün komponentlərin normal dozalanması halında təcrübə yolu ilə alınmış qiymətdən 12% fərqlənirdi. Vaxtında nizamlanma prosesinə, yəni dinamik nizamlanmaya müəyyən tələblər irəli sürülür. Nizamlayıcının seçilməsi və onun qurulması zamanı onun t/T nisbəti ilə xarakterizə olunan xassələrini nəzərə almaq vacibdir. (t –nəqliyyatın gecikmə zamanı, s; Т – obyektin zaman sabiti, nizamlanma obyektinin statik xarakteristikası t kəmiyyətini yayılma əyrisinə üzrə obyektə təsir anından bu təsirə konsistensiya vericisinin reaksiyası anınadək keçən zaman kəsiyinin ölçülməsi yolu ilə təyin edirlər. Nəqliyyatın gecikmə zamanı xəmirin qabda orta qarışma sürətindən asılıdır. Konsistensiyanın dəyişmə intensivliyini xarakterizə edən zaman sabitini də bu əyriyə görə müəyyən edirlər.
∆GM, %
Şək. 4.2. ∆η = ∆η(∆GM)
statik xarakteristikası
Xəmir yoğuran maşından və dozalayıcı stansiyadan ibarət olan nizamlayıcı obyekt üçün izodrom qanun tətbiqü edilə bilər. İzodrom, yəni mütənasib-inteqral qanuna əsasən nizamlayıcı iki qurulma parametrindən ibarətdir: nizamlayıcının КÖ ötürmə əmsalı və ТİZ izodrom müddəti. КÖ ötürmə əmsalı: КR = КS / КOB kimidir, burada: КS – nizamlayıcı sistemin ötürmə əmsalı; КOB – obyektin ötürmə əmsalı. Mexaniki nizamlanmanın quruluş sxemi şəkil 4.3-də göstərilmişdir. Maşının boru xəttinin çıxışında işçi təzyiqin qiymətinə mütənasib olan səs siqnalları D vericisindən elektron nizamlayıcıya daxil olur. Nizamlayıcının ölçmə bölməsində ÖB elekton siqnallar sabit əmsala vurulur və verilmiş qiymətlə müqayisə olunur. Nizamlanan parametrin verilmiş qiymətinin qurulması adətən naqilli potensiometrlə NP həyata keçirilir. Ölçmə bölməsi- çıxışı faza-həssas gücləndirici ilə birləşdirilmiş dəyişən cərəyan körpüsüdür. Verilmiş qiymətdən fərqli qiymət alındıqda xəbərdarlıq siqnalı elektron bölməyə EBdaxil olur, burada güclənir, müvafiq tənzimlənmə qaydası yaradılır və çıxış elementi ÇE vasitəsilə icraedici mexanizmin İM start qurğusuna SQ təsir edir. Bundan başqa elektron bölməyə naqilsiz vericidən mövqe üzrə siqnallar daxil olur ki, onlar da nizamlayıcı orqanla əks əlaqəni ƏƏ təmin edir. Elektrik icraedici mexanizmin əsas elementləri elektrik mühərriki, reduktor, nizamlayıcı orqanla NO mexaniki əlaqə üçün çıxış qurğusu və mühərrik söndükdə öz-özünə tormozlanmanı, fövqəladə vəziyyətlərdə və s. mexanizmin dayanmasını təmin edən əlavə qurğudur. Nizamlayıcı orqan – maşının boru xəttinin çıxışında işçi təzyiqin qiymətindən asılı olaraq, maya dozatorunun qabında müəyyən səviyyədə dayanan porşendir. Sxemdə həmçinin nizamlayıcı orqan üçün mövqe göstəricisi MG də nəzərdə tutulmuşdur.
NP
V
ÖB
EB
ÇE
ƏƏ
SQ
NO
İM
MG
Şəkil. 4.3. Xəmirin konsistensiyasının mexaniki tənzimlənməsi sxemi