Realogiyanin əsaslari. Dos. Zeynalova f



Yüklə 1,01 Mb.
səhifə19/19
tarix06.10.2019
ölçüsü1,01 Mb.
#29294
1   ...   11   12   13   14   15   16   17   18   19
Prezentatsiya-Microsoft-Office-PowerPoint

I tip cihazlar boru xətti ilə emala verilən materialların və ya işçi maşından çıxan materiallara nəzarət etmək üçün nəzərdə tutulmuşdur. Onların köməyi ilə verilən materialların yalnız xassələrini tənzimləmək olar, onlar bilavasitə təkrar emal prosesinin gedişini izləməyə imkan vermir. Bunun üçün II tip cihazlardan istifadə olunur. Emal proseslərinə nəzarət etmək üçün nəzərdə tutulmuş bəzi cihazlarınquruluşunu nəzərdən keçirək. «Elqep» cihazı süd laxtasının konsistensiyasını bilavasitə vannada müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Onun iş prinsipi süd laxtasının içindən indentoru çəkib uzatmaqdan ibarətdir. Süd qarışığına, demək olar ki, vannanın dibinə üç halqalı xaç şəklində indentoru 8 endirirlər. Sap 7 güc ölçən cihazın bloku vasitəsilə atılır. Sonra sıfır bölgülü şkalası 5 olan hərəkətli göstəricini 3 yerləşdirir və dəstəyin 4 köməyilə dairəvi lövhənin üzərində yarığı həmin şkalanın laxtanın lazımi konsistensiyasına uygun bölgüsünə əks olaraq quraşdırırlar. Tumbler 1 vasitəsilə cihaz işə salındıqdan sonra, üzərinə sapın sarındığı barabana 6 birləşmiş mühərrik işə düşür. Bu zaman indentor qalxmağa başlayır və laxtanı kəsir.

Laxtalanma prosesində laxtanın qatılığı və indentorun hərəkətinə qarşı müqavimət də artır. Süd laxtası lazımi qatılığa çatdığı zaman (lövhənin üzərindəki yarıq göstəricinin səviyyəsində olduqda) avtomatik olaraq qırmızı lampa yanır 2 və səs siqnalı eşidilir. Qurğunun çatışmayan cəhəti ondan ibarətdir ki, laxtalanan qarışıq lövhənin üzərinə yapışır, bu da laxtanın hazır olmasını göstərən nəticələrin təhrif olunmasına gətirib çıxarır. Bu iş prinsipi ilə işləyən daha bir qurğu ЛТИХПа plastometridir, onun quruluş sxemi şəkil 6.4-də göstərilmişdir. Cihazın iş prinsipi tənzimlənən mühitdə çarxın yaratdığı 2 elektromaqnit sahəsinin təsiri altında lövhələrin 3 yerdəyişməsi zamanı tangensial yerdəyişmə gərginliyinin müəyyən edilməsinə əsaslanır. Nəzarət nümunə götürülmədən, hermetik dəyişdiricinin bilavasitə mühitlə birgə çənə batırılması zamanı həyata keçirilir. Batırılmanın dərinliyini qeyd etmək üçün verici 1 nəzərdə tutulmuşdur. Belə ki, sürüşmənin qarşısını almaq üçün lövhələrin üzərində hazırlanmış qırçınlara 3 ölçmələr zamanı material yapışır ki, bu da çox keçmədən ölçmələrin nəticələrinə öz təsirini göstərir.


Рис. 6.3.«Elqep» konsistometri

Рис. 6.4.

ЛТИХПа plastometri

  Qursaq mayasını əlavə etdikdən sonra ölçü silindrini süd qarışığına salırlar. Onun hərəkətinə qarşı müqavimət laxtanın strukturu bərkidiyinə görə artır və bunu dərəcələnmiş dairə 4 qeydə alır. Diskin 3 köməyi ilə elastometr müqavimətin müəyyən bir qiymətinə görə qurulur və bu qiymətə çatdıqda laxtanın hazır olduğunu bildirmək üçün cihazda səs siqnalı eşidilir. Bu laxtanın kəsilməsini verilmiş struktur-mexaniki xassələr zamanı aparmağa, kəsilmə zamanı laxtanın xassələrini obyektiv qiymətləndirməyə imkan verir, yağların və quru maddələrin itkisini azaldır. Bu cihazın çatışmayan cəhəti ondan ibarətdir ki, xammalın biokimyəvi tərkibi dəyişərsə, laxtanın da struktur-mexaniki xassələri də dəyişəcək, bu isə laxtanın kəsilmə vaxtının müəyyən edilməsində böyük səhvlərə gətirib çıxara bilər.

Laxtalanma prosesində laxtanın qatılığı və indentorun hərəkətinə qarşı müqavimət də artır. Süd laxtası lazımi qatılığa çatdığı zaman (lövhənin üzərindəki yarıq göstəricinin səviyyəsində olduqda) avtomatik olaraq qırmızı lampa yanır 2 və səs siqnalı eşidilir. Qurğunun çatışmayan cəhəti ondan ibarətdir ki, laxtalanan qarışıq lövhənin üzərinə yapışır, bu da laxtanın hazır olmasını göstərən nəticələrin təhrif olunmasına gətirib çıxarır. Bu iş prinsipi ilə işləyən daha bir qurğu ЛТИХПа plastometridir. Cihazın iş prinsipi tənzimlənən mühitdə çarxın yaratdığı 2 elektromaqnit sahəsinin təsiri altında lövhələrin 3 yerdəyişməsi zamanı tangensial yerdəyişmə gərginliyinin müəyyən edilməsinə əsaslanır. Nəzarət nümunə götürülmədən, hermetik dəyişdiricinin bilavasitə mühitlə birgə çənə batırılması zamanı həyata keçirilir. Batırılmanın dərinliyini qeyd etmək üçün verici 1 nəzərdə tutulmuşdur. Belə ki, sürüşmənin qarşısını almaq üçün lövhələrin üzərində hazırlanmış qırçınlara 3 ölçmələr zamanı material yapışır ki, bu da çox keçmədən ölçmələrin nəticələrinə öz təsirini göstərir. Daşınan elastometr (şək. 6.5) laxtanın kəsilməyə hazır olmasını müəyyən etmək üçün nəzərdə tutulmuşdur. O, ölçmə bloku 2, tilləri olan indentor 6 və dinamometrik qurğudan 5 ibarətdir. Elastometr vannanın yuxarı hissəsinə kronşteyn 7 və vintli sıxacın 1 köməyi ilə bərkidilir.


Şəkil 6.5.

Ötürücü elastometr

7

6

5

4

3

2

1

Hər hansı məhsulun emalı zamanı baş verən proseslərə fasiləsiz nəzarət etməklə yanaşı, materialların laboratoriya şəraitində tədqiqi də zəruri hesab olunur. Bu, yeni məhsulların işlənib-hazırlanması zamanı, hələ onları istehsala buraxmazdan əvvəl bu və ya digər texnoloji parametrin dəyişməsinin onların xassələrinə necə təsir edəcəyini bilməyə, daha səmərəli emal və saxlanma rejimlərini seçməyə imkan verir. Qida sənayesində istifadə olunan yığcam cihazlar çox əlverişlidir. Onlar nəinki son məhsula nəzarət etməyə, həm də onun struktur-mexaniki xassələrini laboratoriya şəraitində tədqiq etməyə imkan yaradır. Belə cihazlara yığcam deformasiya ölçən cihazlar aiddir. Maşınqayirma zavodu ВНИИМСа tərəfindən pendirin konsistensiyasına nəzarət üçün Tabaçnikov cihazı hazırlanır . Onun əsas elementi xüsusi çıxarıla bilən probgötürən və ona birləşdirilmiş, fırlanma hərəkətini ölçən dinamometrdir. Probgötürən xarici səth boyunca uzununa qırçınlarla örtülmüdür ki, bunlar pendirə nəzarən sürüşmənin qarşısını alır.

КемТИППа –də “Tətbiqi mexanika“ laboratoriyasında bərk və yumşaq pendirlərdə deformasiyanın gərginlik həddini müəyyən etmək üçün СР –1 cihazının layihəsi işlənib hazırlanmışdır. Bu cihazın fərqləndirici xüsusiyyəti, içərisində ölçmə silindrinin 4, oxun 3 üzərində yerləşdirilmiş, 90о bucaq altında dörd vintli pərlər şəklində hazırlanmış və vintli kəsməsi olan konusşəkilli sonluqla 1 təhciz edilmiş burğunun 2 olmasıdır, bu isə cihazı materiala nəzarən şaquli vəziyyətdə daha dəqiq quraşdırmağa imkan verir. Çünki kəsmənin forması 2 (konusun bucağı) silindrin gövdəsinin aşağı iti tərəfinin bucağına uyğundur. Lakin burğunun diametri ölçmə silindrinin oyuğunun diametrindən kiçikdir. Ölçmə zamanı verilənlərin avtomatik qeydə alınması üçün qurğu ötüb keçmə halqası şəklində hazırlanmış tormoza malikdir ki, bu da ölçmənin dəqiqliyiniartırır.

ППМ – 4 penetrometri konusşəkilli indentorun materiala yeridilməsinə əsaslanır. Onun üstünlüyü dörd ədəd asan dəyişilə bilən gücölçən gilizlərin olmasıdır, onlar müxtəlif bərkliyə malik materialların öyrənilməsinə imkan verir, bundan başqa cihazda rəqəmli indikator- təzyiq ölçən cihaz vardır. İndentor kimi müxtəlif uçlara malik konuslardan, eləcə də bir və ya dördiynəli indentorlardan istifadə etmək olar.  

MÖVZU 13 Reometriya makaron, qənnadı və çörək istehsalında   Çörək, qənnadı və makaron istehsalında yarımfabrikatların və hazır məmulatların reoloji xassələri   Plan:   1.Süd mayası mürəkkəb sistem kimi və onun xarakteristikaları.  2.Xəmir hazırlanma prosesinin intensivləşdirmə üsulları.  3.Baranki xəmirini PM-1 viskozimetrlə tətqiqi.  4.Makaron xəmirinin reoloji tətqiqi.  5.Reoloji xassələrə unun təsiri.  

Xəmir hazırlanmasında tətbiq olunan süd mayası mürəkkəb dispers sistemdən ibarətdir. 1kq maya üçün 0,65 – 0,67 kq nəmlik intervalında sabit axıcılıq həddi müşahidə olunmur. Nəmliyin 0,63-ə qədər azalması bu həddin meydana çıxmasına səbəb olur: maya deformasiya gərginliyinin dinamik həddinə malikdir və 3,5-6 aralığında dəyişir. Yerdəyişmə sürəti 20-105 s–1 diapazonunda olduqda axma indeksinin qiyməti 0,8-ə, quruluşun dağılma tempi 0,2-yə bərabər olur. РМ-2 vizkozimetrində alınan asılılığı göstərir ki, süd turşusu mayası anormal özlülüyə malikdir. Özlülüyü 0,663 – 0,669 кг çovdar mayası rotasiyalı РМ-2 vizkozimetrində 3,6-122 с–1 deformasiya gəlginliyində öyrənilmişdir. Asılılıq qrafikinin qurulması zamanı müəyyən olunmuşdur ki, öyrənilən deformasiya sürətində axma indeksi 0,45-ə bərabərdir. Nəmlik 0,7 olduqda maya anormal maye sistem, 0,61olduqda isə bərk sistem olur. Deformasiya sürəti 50 с–1 –dən çox olduqda özlülüyün azalma intensivliyi nisbətən azdır, yəni, özlülük praktiki olaraq deformasiya sürətindən asılı deyildir.

Çovdar mayasının effektiv özlülüyü onun sıxlığından asılıdır: ρ, kq/m3 750 800 850 900 950 ηef, Pа∙s 2,25 2,35 2,65 3,05 3,35 I və II sort buğda unundan hazırlanmış maye oparanın özlülüyü 0,62 – 0,68 nəmlik diapazonunda 28 оС temperaturda РВ-8 rotasiyalı viskozimetrində öyrənilmişdir. Tədqiqatlar göstərmişdir ki, nəmliyi 0,65 və 0,7 öz xassələrinə görə nyuton mayelərinə yaxınlaşır. Xəmir hazırlanması prosesinin intensivləşdirilməsinin ən səmərəli üsullarından biri maye çörəkçilik yarımfabrikatlarının akustik emalıdır. Reoloji xassələrin öyrənilməsi üçün РМ-2 viskozimetrindən istifadə etmişlər. Emal prosesində oparanın özlülüyünün ən böyük qiyməti 120 dəq qıcqırdıqdan sonra əldə edilir. Nəmliyi 0,44 – 0,62 olan, əla və I sort buğda unundan hazırlanmış mayasız xəmirin özlülüyü 30 оС temperaturda «Reotest» viskozimetrində öyrənilmişdir. Alınmış asılılıqları müxtəlif nəmliklərdə (W, 1 kq xəmirə 1 kq) eksponensial xarakter daşıyır, onlar aşağıdakı kimi ifadə olunur:

burada: W – nəmlik, kq/kq; а1,а2, а3 – əmsallardır. burada: W – nəmlik, kq/kq; Möhkəmlik modulunun G1 və elastikliyin G2 nəmlikdən asılılığı aşağıdakı kimidir burada: b1 и b2 – empirik əmsallardır. Baranki xəmirinin РМ-1 rotasiyalı viskozimetrində tədqiqi göstərmişdir ki, bu xəmir elastik-plastik cisimlərə aiddir. Baranki, vanilli və şəkərli xəmir üçün asılılığı aşağıdakı kimi ifadə olunur: burada: t – temperaturdur, оС; а1, а2, – deformasiya sürətindən asılı olan əmsallardır.

Temperaturun artması zamanı nəinki özlülük, həm də digər reoloji xassələr: G1 möhkəmlik, G2 elastiklik modulu və deformasiyanın gərginlik həddi θ0 də azalır. Tədqiqatlar göstərmişdir ki, reoloji xarakteristikalara temperaturun 30 – 40 оС aralığında dəyişməsi daha çox təsir edir. Nəmlik artdıqda ηЭФ, G1, G2, θ0 kəmiyyətlərinin qiyməti azalır. Xəmirin yetişməsi zamanı baranki xəmirinin özlülük, möhkəmlik və elastiklik modulları kiçilir. Təzyiq nəinki özlülüyə, həm də baranki xəmirinin digər reoloji xarakteristikalarına da təsir göstərir Makaron xəmirinin reoloji xan tədqiqi rotasiyalı viskozimetrdə (t, W) və təzyiq (98∙105 Pa) parametrlərindən asılı olaraq aparılmışdır. Makaron xəmirinin axma əyrilərinin təhlili onu Şvedov-Binqam cisminə aid etməyəimkan verir, deformasiya sürəti artdıqca makaron xəmirinin özlülüyü azalır. Xəmirin temperaturunun artması da özlülüyün artmasına gətirib çıxarır. Deformasiya sürətinin artması ilə temperaturun təsiri zəifləyir. Temperatur artan zaman həm də deformasiyanın gərginlik həddi azalır: 18 оС – 183000 Pа, 40 оС – 5600 Pа, 56 оС – 2100 Pа olur.     Temperatur 40 оС və təzyiq 49∙105 Pа olarsa, deformasiyanın gərginlik həddinin θ0∙10–3, nəmlikdən asılılığı aşağıdakı kimi Pа W, кг/кг olacaq:   W 0,281 0,294 0,306 0,316 0,322 0,355 θ0 8,9 6,55 4,75 3,80 3,0 2,20 Deformasiyanın gərginlik həddi təzyiq artdıqca çoxalır. I sort undan hazırlanmış xəmir üçün nəmlik 0,3 кг/кг, temperatur 40 оС olduqda θ0 qiymətinin dəyişməsi aşağıdakı kimi olacaqdır: р∙10–5, Pа 34 49 68 88 θ0, Pа 4300 5600 6050 6350

Reoloji xassələr həm də unun sortundan da asılıdır. Məsələn, unun sortundan asılı olaraq, deformasiyanın gərginlik həddi dəyişir: nəmlik 0,3 kq/ kq, temperatur 40 оС və təzyiq 49∙105 Pа olduqda, əla sort undan hazırlanmış xəmir üçün o, 3280 Pа; I sort üçün – 5600 Pа; iri üyüdülmüş un üçün – 15000 Pа-dır. Plastik özlülüyün təzyiqdən asılılıq qrafikinin qurulması göstərdi ki, o, deformasiya sürəti 0,13-1,16 с–1 aralığında olanda xətti xarakter daşıyır: , (7.5) burada: р – təzyiq, Pа; а və b – əmsallardır. РВ-8 и РМ-1 cihazlarında vizkozimetriyanın öyrənilməsi onları özlü-plastik Binqam cisimlərinə aid etməyə imkan berir. Deformasiyanın gərginlik həddinə θ0 və plastik özlülüyə ηpl temperaturun və yağlılığın, qismən də nəmliyin dəyişilməsinin (resept daxilində) təsiri üstünlük təşkil edir. Elmi təcrübələr göstərir, deformasiya sürətinin artması ilə özlülüyün qiyməti azalır və sürətin 7 с–1 qiymətində ən kiçik qiyməti alır, quruluşun dağılması həddinə yaxınlaşır. Fəza quruluşunun möhkəmliyini xarakterizə edən son həddən aşağı gərginlikdə axıcılığın zəif keçməsi müşahidə olunur. Belə çox kiçik axma zamanıquruluş dağılır, lakin yenidən bərpa oluna bilir. Bunun səbəbi kiçik deformasiya gərginlikləri zamanı müşahidə olunan praktiki olaraq ən böyük daimi (nyuton) özlülüyüdür.  

MÖVZU 14 Texnoloji prosesləri modelləşdirən müxtəlif cihazlarda unun və xəmirin xassələrinin ölçülməsi   Plan:   1.”Bradenber” firmasının amilografı. 2.Cihaz vasitəsilə xımirin yogrulması zamanı özlülüyün dəyişməsi. 3.Amilografın iş prinsipi. 4.Farinograf vasitısilə xəmirin konsistensiyasına müxtəlif amillərin təsiri. 5.Farinografın iş prinsipi.  

Çörəkbişirmə sənayesində tətbiq edilən bəzi cihazlarda bilavasitə məhsulun özlülüyünün ölçülməsi həyata keçirilmir, lakin onlarda alınan diaqram, onun forması və ölçüləri bu kəmiyyətin qiymətindən asılı olur. Bu cihazlara «Brabender» (Almaniya) firmasının təqdim etdiyi amiloqrafı misal göstərmək olar Bu cihaz xəmirin yoğrulması zamanı özlülüyün dəyişməsini dolayı yolla müəyyən etməyə imkan verir. Qarışdırıcı cihaz 9 unun suda suspenziyası ilə doldurulur, onun içinə həssas ölçü sistemi 6 ilə bağlı olan detal salınır. Elektrik mühərrikinin 1 köməyi ilə qarışdırıcı 9 müntəzəm şəkildə fırladılır, bu zaman özlü material detalı 10 bir qədər bucaq altında çevrilməyə məcbur edir. Beləliklə əmələ gələn an ölçü sistemindən keçərək yazıcı qurğuda 5 qeyd olunur. Lazım gəldikdə suspenziyanı elektrik qızdırıcısı 2 ilə isitmək də olar, temperatur termometrlə 8 tənzimlənir, zəruri temperaturun qurulması dəstəyin 7 fırladılması ilə həyata keçirilir. Tədqiqatı daimi, həm də fasiləsiz və bərabər artan temperaturlarda aparmaq mümkündür. Sonuncu halda avtomatik idarəetmə üçün sinxron mühərrikli 4 qurğu qoşulur


Şəkil 7.1. Amiloqraf

6

7



8

9

10

4



3











2



1

5

  Texnoloji laboratoriyalarda buğda unundan hazırlanmış xəmirin keyfiyyətinin və xüsusiyyətlərinin müəyyən edilməsi üçün farinoqraf adlanan cihazdan istifadə edilir (şək. 7.2). Bu cihazın iş prinsipi ondan ibarətdir ki, xəmir yoğurana 1 450q xəmir qoyulur, yoğurucu pərlər elektrik mühərriki 3 vasitəsilə hərəkətə gəlir, onun oxu diyircəkdə 4 yerləşir. Tədqiq olunan xəmirdə yoğuryoğuran maşının pərlərinə edilən müqavimət dəyişilir və reaktiv bir an kimi mühərrikin gövdəsinə ötürülür və onu əks istiqamətdə çevirir. Bu müqavimət, titrəyişləri yağlı dempfer 8 vasitəsilə azaldılan linglər sistemindən 7 keçərək tərəziyə 5 və qeydetmə cihazına 6 ötürülür. Cihazda «gərginlik-zaman» oxlarında diaqram çəkilir, əyrinin hündürlüyü isə xəmirin sıxlığını göstərir. Termostat 2 xəmir yoğuranı və dempferi qızdırır


Şəkil 7.2. Farinoqraf

5

6

4

3

1

2

8

Çörək xəmirinin bəzi tədqiqatlarının çatışmayan cəhəti ondan ibarətdir ki, tədqiq olunan xəmir nümunəsində mühüm komponentlərdən biri olan maya yoxdur. Bu çatışmazlıq «Brabender» firmasının təqdim etdiyi cihazda – maturoqrafda aradan qaldırılmışdır Maturoqraf Cihaz bir ucu şarnirlə bərkidilmiş, o biri ucunda təkərcik olan, yumruqcuqlu şayba ilə əlaqədə olan ligdən 1 ibarətdir, kinematik cütlüklərin kilidlənmə cəhdləri lingin üzərində qeyri-simmetrik yerləşmiş yük 4, onun üzərində lövhə ilə 3 möhkəm bərkidilimiş, qeydedən pərlə mexaniki surətdə bağlı olan val tərəfindən yaradılır. Xəmir porsiyası (150 q) qaba qoyulur və kameraya yerləşdirilir ki, burada temperatur 30оС və nisbi rütubət 80 – 85%-dir. Təcrübənin əvvəlində qabın dibi və lövhə arasında məsafə çox az olur (36 mm). Cihaz elə tənzimlənir ki, lövhənin xəmirə təzyiqi maturoqrafda təyin edildiyi kimi-200 vahid olsun. Hər 2 dəqiqədə mexaniki şəkildə qaba yerləşdirilmiş xəmirin sıxılması baş verir, bundan sonra lövhə daimi yük kimi qıcqıran xəmirə təzyiq göstərir. Qıcqırma zamanı ayrılan qazların miqdarından, xəmirin qazsaxlama qabiliyyəti və möhkəmliyindən asılı olaraq lövhə müxtəlif səviyyələrə qalxır, amma 2 dəqiqədən sonra yenidən xəmirin içərisinə batır. Diskin yerdəyişməsi qeydetmə mexanizminin diaqramında təsbit edilir. Unun çörəkbişirmə xassələrinin qiymətləndirilməsi üçün üç kəmiyyətdən istifadə olunur: yekun saxlanma müddəti, xəmirin müqaviməti və saxlanma prosesinin sonunda xəmirin sabitləşməsi.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin