Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə197/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   193   194   195   196   197   198   199   200   ...   298
 
 
146 
Ali  ixtisas  təhsilinin  dövlət  standartlarında  –  bakalavr  hazırlığının  məzmununa  və 
səviyyəsinə qoyulan məcburi minimum tələblər, pedaqoji kadr hazırlığının ən mühüm məsə-
lələri əksini tapmışdır. Qeyd edək ki,bakalavriat ali təhsilin birinci səviyyəsidir. Məzuna “ba-
kalavr” ixtisas dərəcəsi verilir. 
Tarix müəllimliyi ixtisası (050113) üzrə əyani təhsil formasında bakalavr proqramının 
mənimsənilməsinin normativ müddəti 4 ildir. 
Bakalavr  peşə  hazırlığına  uyğun  olaraq  ixtisası  üzrə  iş  sahələrində  peşə  fəaliyyətinə, 
eləcə də magistraturada təhsil almağa hazır olmalıdır.  
Bakalavrın,  o cümlədən  tarix ixtisası  üzrə bakalavrın  peşə fəaliyyətinin  əsas sahələri 
aşağıdakılardır: 
— mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə, ixtisas dərəcəsinə 
uyğun gələn istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. 
—  mövcud  qaydaya  riayət  olunmaqla  müxtəlif  təhsil  müəssisələri  (ali  məktəblərdə 
elmi- pedaqoji fəaliyyət sahələri istisna olmaqla). 
İxtisas  (proqram)  üzrə  bakalavr  səviyyəsini  başa  vurmuş  şəxslərin  hazırlığına  (təhsil 
səviyyəsinə və eyni zamanda fənlər üzrə bilik və bacarıqlara) ciddi tələblər qoyulur. 
Təhsil səviyyəsinə qoyulan ümumi tələblər, əsasən aşağıdakı məsələləri əks etdirir: 
—  humanitar  sahədə,  Azərbaycan  tarixi,  xarici  dillərdən  biri,  Azərbaycan  dilini 
bilməsi, ali məktəb tərəfindən seçmə yolu ilə təklif olunan digər fənləri öyrənməsi;  
—  bakalavrın  ictimai  -siyasi  fəaliyyətinin  formalaşdırılmasının  materiyanın  ictimai 
təşkilinin forma və xüsusiyyətlərini anlaması ilə müəyyənləşdirilməsi
—  bakalavrın  ictimai  dünyagörüşü,  yetkinliyinin  cəmiyyətin  istehsal  qüvvəsində 
tarixin  rolunun  əsas  olması  və  onun  cəmiyyətin  inkişafı  prosesinə  təsirini  bilməsi  ilə 
müəyyənləşdirilməsi. 
Fənlər  üzrə  bilik  və  bacarıqlara  qoyulan  tələbləri  isə  aşağıdakı  şəkildə  qeyd  etmək 
məqsədəuyğundur: 
Tarix müəllimliyi ixtisası üzrə bakalavr humanitar fənlər üzrə: 
—  Azərbaycan  tarixinin  əsas  mərhələləri  və  xronologiyası  barədə  elmi  təsəvvürə, 
tarixi  şəxsiyyətlər  və  əsas  tarixi  hadisələr  haqqında  məlumata  malik  olmalı,  tarixi  keçmişin 
qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmalı; 
— Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli, onun 
leksikonundan peşə fəaliyyətində istifadə etməyi bacarmalı; 
—  Xarici  dillərin  birində  danışığın  və  yazının  məzmununu  başa  düşməli,  peşə 
səriştəliliyinin  artırılmasında  mühüm  əhəmiyyət  kəsb  edən  və  xarici  dillərdə  olan  ədəbiyyat 
və mənbələrdən sərbəst istifadə etməyi
Tələbə  təhsil  aldığı  müddətdə  öz  ixtisas  biliklərini    dərinləşdirmək  üçün  bəzi  fənləri 
seçmə yolla öyrənir. 
Seçmə yolu ilə oyrənilməsi nəzərdə tutulan fənləri dinləməklə tələbə sosial mühit və 
sosial  vərəsəlik  münasibətlərini  bilməli,  sosial  təcrübələrin  toplanması,  saxlanılması  və 
ötürülməsi  haqqında  təsəvvürlərə  malik  olmalı,  milli  və  mədəni-tarixi  amillərin  təhsil  və 
tərbiyədə  rolunu mənimsəməlidir. Bundan  əlavə seçmə  fənn vasitəsilə tələbə sosial  davranış 
formaları və qanunauyğunluqlarını bilməli, sosial qruplaşma və topluların yaranma səbəbləri 
və  mənşəyi,  sosial  proseslərin  növləri  və  nəticələri  haqqında  elmi  təsəvvürə  yiyələnməlidir. 
Seçmə fənlərin tədrisi tələbələrə mədəniyyətin forma və növləri haqqında geniş məlumat al-
mağa, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımağa, Azərbaycan mədə-
niyyəti  və  onun  dünya  mədəniyyəti  və  siviliziyasında  tutduğu  yeri  əsaslı  şəkildə  qiymətlən-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin