Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
145
Tarix müəllimliyi ixtisası üzrə kadr
hazırlığının bəzi məsələləri
İntiqam Cəbrayılov,
pedaqogika üzrə elmlər doktoru, professor
Е-mail: intiqamcebrayilov@mail.ru
Ряйчиляр: т.ц.е.д., проф. Н.М.Гулийева
т.ц.е.д., проф.Т.М.Достийев
Açar sözlər: təhsil, təlim, tələbə, bakalavr, ixtisas, tarix müəllimi, proqram, bilik,
bacarıq, tələb, şəxsiyyət
Ключевые слова: образование, обучение, студент, бакалавр, специалъностъ,
учителъ истории,
программа, знание, умение, требование, личностъ
Key words: education, training,student, bashelor, specialty, history teacher, program,
knowledge, skill, demand,
personality
Tədqiqatlar göstərir ki, rəqabətəqabil şəxsiyyətin formalaşdırılması, neft kapitalının
insan kapitalına çevrilməsi tələbi pedaqoji kadr hazırlığı qarşısında mühüm vəzifələr qoyur.
Belə ki, ilkin pedaqoji kadr hazırlığının keyfiyyətinin təminatı üzrə sistemin yaradılması və
müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yara-
dılması vacibdir. Bu baxımdan pedaqoji kadr hazırlığı prosesində, o cümlədən tarix ixtisası
üzrə kadr hazırlığında aşağıdakı məsələlərə diqqət yetirilməsi məqsədəuyğundur:
— tarix müəllimlərinin praktik hazırlığı sahəsində problemlərin aradan qaldırılmasına
imkan verən, beynəlxalq təcrübədə özünü doğrultmuş internatura modelinin tətbiq edilməsi və
ali məktəb məzunlarının ixtisasları üzrə rəsmi əmək fəaliyyətinə başlamazdan əvvəl inter-
natura keçmələri;
— müəllim kadrları hazırlığının keyfiyyətinin yüksəldilməsinə diqqətin artırılması,
buraxılış qruplarının sessiyalararası dövrdə və imtahanlarda, o cümlədən dövlət imtahanların-
da nəzarətin gücləndirilməsi;
— müvafiq keyfiyyətlərə malik olmayanların tarix müəllimliyi peşəsinə yiyələnməmə-
ləri üçün pedaqoji ixtisaslara qəbul prosesinin təkmilləşdirilməsi və təsadüfi seçimin qarşısı-
nın alınması;
— fənn müəllimləri üçün təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəl-
miş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiya-
sının və müvafiq resursların hazırlanmasının təmin edilməsi;
— yeni təhsil proqramlarına və İKT-yə əsaslanan təlim metodologiyalarına uyğun me-
todik vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran
yeni mexanizmlərin yaradılması;
Dövlət standartları və proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələrin-
də təhsilverənlərin, o cümlədən tarix müəllimlərinin keyfiyyət göstəricilərinə aşağıdakı məsə-
lələr daxildir:
— öz fəaliyyətlərində innovativ təlim, informasiya-telekommunikasiya, müasir texni-
ka, yeni istehsal və pedaqoji texnologiyalardan
istifadə etmək;
— ali təhsilli olmaqla yanaşı, müvafiq elmi dərəcəyə malik olmaq;
— mütəmadi
olaraq öz elmi səviyyəsini, bilik və bacarıqlarını artırmaq.