Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə231/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   227   228   229   230   231   232   233   234   ...   298
 
 
165 
baxımından  başqa  heyvanlardan  kiçik  ölçülərinə  görə  fərqlənirlər.  Ümumilikdə  onların  6 
ayağı (3 cüt) olur. 
Həşəratlar  harada  gəldi  yaşayırlar:  ağaclarda,  otların  içində,  torpaqda,  evlərdə   və 
s.  Bəzi heyvan və quşlar bu həşəratlarla qidalanır, bir sıra ölkələrdə həşəratları hətta insanlar 
da yeyirlər.
 
2. Hansı həşəratlar sancır?  Hansılar insan üçün təhlükəli deyil? 
Ağcaqanadın  sancması    insana  çox  ziyan  vermir.  Lakin    kiçik  yaşlı  uşaqlar  bundan 
zərər çəkə bilərlər. Bu hal, adətən  sancmaların sayı çox olduqda baş verir. 
Məsləhət  bilinir  ki,  balaca  uşaqlarda  xoşagəlməz  hissiyyatı  azaltmaq    məqsədilə  
sancma yerinə çay sodası məhlulunda (1 stəkan suya 1 çay qaşığı çay sodası əlavə etməklə) 
isladılmış  parça  qoyulur.  Eyni  zamanda  su  ilə  bərabər  nisbətdə  qarışdırılan  araqdan  və  ya 
nanənin dəmləməsindən də istifadə  oluna bilər.  
  Erkək ağcaqanadlar deyil, insan və heyvanları yalnız dişi ağcaqanadlar sancır, erkək 
ağcaqanadlar isə bitki şirələri ilə qidalanır. 
Mütəxəssislərin məsləhətinə görə, ağcaqanad  sancarkən   onu öldürmək lazım deyil. 
Əks təqdirdə, onun zəhərli iynəsi qırılıb bədənin sancılan yerində qalır və uzun müddət ağrısı 
keçmir. 
Evdə  ağcaqanadın  olmaması  üçün  insanlar  müxtəlif  vasitələrdən  istifadə  edirlər.  Ağ-
caqanadlar kamfora iyini xoşlamır. Odur ki, kamforanı qızdırıb buxarlandırmaqla evi ağcaqa-
naddan təmizləmək olar.  
Bağda, çəmənlikdə, çay kənarında, həyətdəki sarayda,  meşədə gəzinti zamanı bəzən 
dəriyə gənələr  yapışır. Gənələri,  adətən başda, boyunda, oynaqların altında olur. Gənə sanc-
masının bir sıra fəsadları olur.  Belə ki,  sinir sistemi, oynaqlar və ürəyi zədələyən və ifliclərə, 
hətta ölümə də gətirib çıxaran çox təhlükəli yoluxucu xəstəliklərin inkişaf etməsi mümkündür.    
 Arı və başqa həşəratların sancması da son dərəcə təhlükəli ola bilər. Həssas insanlarda 
hətta  allergik  şok  da  baş  verir.  Boyun,  dil,  yuxarı  göz  qapaqlarının  sancılması  xüsusən  təh-
lükəlidir.  Çoxsaylı  sancmalar  nəticəsində  ağır  zəhərlənmə  inkişaf  edir,  allergiya  əlamətləri:  
ümumi zəiflik, avazıma, baş ağrısı, başgicəllənmə, sinədə sıxıntı hissiyyatı, nəbzin sürətlən-
məsi, təngnəfəslik və s. meydana gəlir.   
Bu kimi hallarda tez “təcili yardım” çağırmaq lazımdır! Arının iynəsi steril iynə vasi-
təsilə ilə çıxarılmalıdır. Arının iynəsini çıxardıqdan sonra sancılan yerə buz qoyulur. 
İnsanlar  böcək  sancmaları  ilə  də  rastlaşa  bilərlər.  Güclü  allergiya  olmadıqda,  böcək 
sancması bir elə təhlükəli deyil. Sancılan yerdə kiçik şiş olarsa, həmin yer sabunlu su ilə yu-
yulur,  buzla kompres edilir.  
Əqrəb  sancması  təhlükəlidir.  Zəhərin  gücü  əqrəbin  quyruğundakı  boğuq  sayı  ilə  düz 
mütənasib olur. Zəhər sinir sisteminə və ürəyə təsir göstərir. Ağız suyu ifrazatı artar, əzələlər 
sıxılar. Sidik qaçırma və iflic də qaçılmazdır. Sancılan yerdə ağrı, yanma və keylik hiss olu-
nur. Sancma zamanı amonyakdan istifadə edilir. Lakin yara bağlanmamalı, insana spirt veril-
məməlidir.   
Fəaliyyətin nəticələrinin qiymətləndirilməsi:
 
1.  Yüksək  səviyyə  (3  bal).  Tələbə  öz  seçimini  edir.  Səciyyəvi  xüsusiyyətləri  bilir. 
Əsaslandırmağı bacarır. Çətinlik çəkmədən, sualı cavablandırır. Heyvanlara, quşlara, həşərat-
lara  öz münasibətini bildirir. 
2. Orta səviyyə (2 bal). Tələbə bəzi suallara tam cavab verə bilmir. Səciyyəvi xüsusiy-
yətləri bilir. Bəzi suallara qısa cavab verir. Heyvanlara, quşlara, həşəratlara  öz münasibətini 
bildirir. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin