Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə229/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   225   226   227   228   229   230   231   232   ...   298
 
 
163 
nist,  xeyirxah və emosional münasibət. 
2.  Ekologiyaya,  ekoloji  təhsil  və  təbiəti  mühafizə  üzrə  biliklərə  yiyələnməyə,  ekoloji 
özünütəhsilə tələbat, ekoloji özünütəhsil. 
3.  Təbiət  mühafizə  fəaliyyətinə  müsbət  münasibət  və  tələbat.  Bu  istiqamətdə  təşəb-
büskarlıq göstərmək və başqalarına nümunə olmaq. 
4. Təbiətin flora və faunasının vəziyyətinə və qorunub saxlanmasına, yaşıllıqların qa-
lınmasına, ağacların və güllərin əkilməsi sahəsində vətəndaş və peşə məsuliyyəti. 
III. Fəaliyyətyönümlü komponent
1. Respublikamızın təbiətini, bitki və heyvanat aləmini, dağlarını, meşələrini, çeşmələ-
rini, çaylarını və göllərini, başqa maddi və mənəvi sərvətlərini sevmək, onlara görə iftixar his-
si keçirmək, təbiəti, onun sərvətlərini qorumaq və başqalarından da bunu tələb etmək.  
2.  Tələbələrin  öz  fəaliyyətlərinin  ekoloji  nəticələrini  görə  və  qiymətləndirə  bilmək  
bacarığına yiyələnmələri. 
3.  Ekoloji  problemli  vəziyyətləri  görmək  və  düzgün  qiymətləndirmək,    zəruri  qərar 
qəbul etmək bacarığı.  
4. Tələbə yoldaşlarının və başqa insanlarının fəaliyyətinin ekoloji nəticələrini görə  və 
qiymətləndirək bilmək bacarığı. 
IV. Fənn-metodik komponent
1. Ekoloji  maariflənmə  və    ekoloji  mədəniyyətin formalaşdırılması  üzrə  işin  əhəmiy-
yətindən, mahiyyətindən, məqsəd və vəzifələrindən, məzmunundan, formalarından, prinsip və 
metodlarından xəbərdar olmaq və faydalana bilmək.  
2. Ekoloji təhsil və ekoloji tərbiyələnmə məqsədilə tədris materialını seçə bilmək  və 
həmin materiallardan bəhrələnmək. 
3. Ekoloji təhsil üzrə ali məktəbdə aldıqları bilikləri pedaqoji təcrübə dövründə tətbiq 
etməyi bacarmaq. 
4.  Pedaqoji  təcrübədə  olarkən  təlim  prosesində  və  dərsdənkənar  tədbirlər  zamanı 
təhkim  olunduqları  siniflərdə  məktəblilərin  ekoloji  maariflənməsi  və  ekoloji  mədəniyyətə 
yiyələnməsi istiqamətindəki işini   təşkil etməyi  bacarmaq.    
5.  Ekoloji  təhsilin  və  ekoloji  tərbiyənin  səmərəli  metod  və  vasitələrini  seçə  və 
şagirdlərlə iş prosesində onlardan faydalanmaq bacarığı. 
6.  Şagirdlərin  ekoloji  tərbiyəliliyi  səviyyəsinin  diaqnostikasını  həyata  keçirmək 
bacarığı. 
Tələbələrə aşağıdakı suallarla müraciət olundu: 
1.  Məktəbin  ərazisinin  yaşıllaşdırılması  kimin  işidir?  (məktəb  rəhbərliyinin,  mənzil-
istismar idarəsinin, tələbələrin, bizim hər birimizin)? 
2. Məktəbin ərazisinin yaşıllaşdırılmasında sənin əməyin nədən ibarətdir?  
Yuxarıdakı suallara alınan cavablar tələbələrin haqqında bəhs olunan məsələyə müna-
sibətini aşkara çıxarmışdır. 
Tələbələrin ekoloji biliklərinin diaqnostikası. Bu məqsədlə bitkilər və heyvanlar aləm-
lərinə dair biliklərin səviyyəsinin müəyyənləşdirilməsi eksperiment zamanı diqqət mərkəzində 
dayandı.  
İlk növbədə tələbələrdə bitkilər aləminə dair biliklərin, məlumatların formalaşdırılması 
və  təsəvvürlərin  yaradılması  sahəsində  səviyyənin  müəyyən  edilməsi  üçün  yoxlama  tapşı-
rıqlar həyata keçirildi.   
Tapşırıq 1. Bitkilər aləminə dair biliklərin səviyyəsinin aydınlaşdırılması. 
Məqsəd: Bitkilər aləminə dair biliklərin səviyyəsinin aydınlaşdırmaq. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin