İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
17
Milli Qəhrəman
119
Milli Qəhrəmanlar
40
illiyi
MƏRİFƏT NƏSİBOV
1972-1992
MA
Y
Mərifət Əhməd oğlu Nəsibov
1972-ci il may ayının 22-də Qazax
rayonunun Məzəm kəndində dünyaya
gəlib. İlk təhsilini 1979-cu ildə doğma
kəndlərində almış, 1989-cu ildə Aşağı
Əskipara kənd orta məktəbini bitir-
mişdir.
1990-cı ildə hərbi xidmətə çağı-
rılmış, bir il sovet ordusu sıralarında
xidmət etmişdir. Vətənə qayıdan M.
Nəsibov Milli Ordu sıralarına çağırı-
lır. Döyüş zamanı həmişə öndə olmağa
üstünlük verir, şəxsi igidlik göstərirdi.
Qazax rayonunun Ermənistanla sərhəd
kəndlərini cəsur bir əsgər kimi qoru-
yurdu. 1992-ci il yanvarın 28-də Qa-
zax rayonunun Quşçu Ayrım kəndində
gedən mövqe döyüşləri zamanı
qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 7 iyul 1992-ci il tarixli 833
saylı Fərmanı ilə Nəsibov Mərifət
Əhməd oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində
dəfn edilmişdir. Qazax rayonundakı
Heydər Əliyev parkında adına bulaq
tikilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Nəsibov Mərifət
Əhməd oğlu – sıravi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bü-
tövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı, 7 iyun 1992-ci il / [Mətn]/Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı.- 1992.- № 13.- S.25.- (ölümündən sonra).
Əsgərov, V. Nəsibov Mərifət Əhməd oğlu // Əsgərov, V. Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S. 169.
Seyidzadə, M. Nəsibov Mərifət Əhməd oğlu [Mətn] //Seyidzadə, M. Milli
qəhrəmanlar zirvəsi. - Bakı, 2010. - S. 173.
Zeynalov, R. Nəsibov Mərifət Əhməd oğlu: (1972-1992) [Mətn] //Zeynalov, R.
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S. 101.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.milliqahraman.az
www.zengilan.com
www.adam.az
22
Milli Qəhrəman
120
Milli Qəhrəmanlar
45
illiyi
AYTƏKİN MƏMMƏDOV
1967-1991
MA
Y
Aytəkin İsrayıl oğlu Məmmədov
1967-ci il may ayının 29-da Gədəbəy
rayonunun Göyəli kəndində anadan
olmuşdur. 1974-cü ildə orta məktəbə
daxil olur və 1984-cü ildə orta təhsilini
başa vurmuşdur.
Həmin il texniki-peşə məktəbində
rəngsaz peşəsinə yiyələnir. 1985-ci
ildə hərbi xidmətə çağırılır. Əfqanıstan
müharibəsində iştirak edir. Ermənilər
tərəfindən ölkəmizdə elan olunmamış
müharibə başlayanda, 1991-ci ilin
fevralında DİN-nin Xüsusi Təyinatlı
Polis Dəstəsinə daxil olur. Həmin ilin
aprel ayında Xanlar rayonunun Quşçu
kəndi uğrunda gedən döyüşdə rəşadət
göstərir.
Əhalinin təhlükəsizliyini təmin
edərkən döyüşdə ağır yaralanır. Onun
həyatını xilas etmək mümkün olmur.
Məmmədov Aytəkin 1991-ci ildə
qəhrəmancasına həlak oldu.
Subay idi.
Göyəli kənd qəbristanlığında dəfn
edilmişdir.
Göyəli kənd orta məktəbi onun adı-
nı daşıyır. Büstü qoyulmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı fərmanı ilə Məmmədov Aytəkin
İsrayıl oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı
verilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Məmmədov Aytəkin
İsrayıl oğlu – polis nəfəri – Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 8 oktyabr 1992-ci il [Mətn] //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.-
(ölümündən sonra).
Əsgərov, V. Məmmədov Aytəkin İsrayıl oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 138.
Nazim, N. Məmmədov Aytəkin İsrayıl oğlu: (1967-1991) [Mətn] //Nazim, N. İstiq-
lal ulduzları.- Bakı, 1995.- S. 108-110.
Seyidzadə, M. Məmmədov Aytəkin İsrayıl oğlu [Mətn] //Seyidzadə, M. Milli
qəhrəmanlar zirvəsi. - Bakı, 2010. - S. 139.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.milliqahraman.az
www.gedebey.net
www.adam.az
29
Milli Qəhrəman
121
Neft
100
illiyi
SABİT ORUCOV
1912-1981
MA
Y
Sabit Atabala oğlu Orucov 1912-
ci il may ayının 31-də Bakı şəhərində
anadan olmuşdur.
Orta təhsilini Bakıda almış alim
1929-1931-ci illərdə orta məktəbdə
dərs demiş, 1931-1936-cı illərdə
Azərbaycan Sənaye İnstitutunda (indi-
ki Azərbaycan Dövlət Neft Akademi-
yası) oxumuşdur.
S.Orucov 1936-1946-cı illərdə
Kompressor təsərrüfatında mexa-
nik, neftçıxarma ustası, Suraxa-
nı mədənlərində direktor olmuş-
dur. O, “Orcenikidzeneft”in idarə
rəisi, “Azərneftkombinat”da qazma
üzrə rəis müavini, “Azneftdə” baş
mühəndis işləmişdir. Xəzər dəniz neft
yataqlarında, xüsusilə də Neft Daşla-
rında neft çıxarılmasına böyük əmək
sərf etmişdir. Bütün bu xidmətlərinə
görə o, 1964-cü ildə Azərbaycan SSR
Əməkdar elm və texnika xadimi fəxri
adına layiq görülmüşdür.
S.Orucov 1946-1947-ci illərdə
SSRİ Neft Sənayesi Nazirliyində şöbə
müdiri, 1947-1949-cu illərdə “Kras-
nodarneft” Birliyində rəisin birinci
müavini – baş mühəndis, 1949-1953
və 1955-1957-ci illərdə SSRİ Neft
Sənayesi nazirinin müavini, 1957-
1959-cu illərdə Azərbaycan Xalq
Təsərrüfatı Şurasının sədri, Nazirlər
Soveti sədrinin müavini, 1959-62-
ci illərdə Azərbaycan Nazirlər So-
vetinin SSRİ Nazirlər Sovetindəki
nümayəndəsi, 1962-1965-ci illərdə
SSRİ Dövlət Plan Komitəsində neft və
qaz sənayesi məsələlərilə məşğul ol-
muş, 1965-1972-ci illərdə SSRİ Neft
Sənayesi nazirinin birinci müavini,
SSRİ Neft Komitəsinin sədri və Dün-
ya Neft konqreslərinin sədr müavini
seçilmişdir.
S.Orucov 1972-1981-ci illərdə
SSRİ Qaz Sənayesi naziri olmuşdur.
Onun SSRİ qaz sənayesinin inkişa-
fında böyük xidmətləri olmuşdur.
Xüsusilə Sibirdə qaz sənayesinin inki-
şafına diqqət yetirmişdir.
Texnika elmləri doktoru, professor
S.Orucov elmi fəaliyyətini də davam
etdirir. O, “Yüksəkdərinlikli iribloklu
dəniz neft buruqları özülləri”, “İranın
neft sənayesi”, “Qaz sənayesi inkişaf
yolunda” kimi əsərlərin müəllifidir.
S.Orucov 1950-1951-ci illərdə
SSRİ Dövlət mükafatı laureatı, 1970-
ci ildə Lenin mükafatı, 1980-cı ildə
Sosialist Əməyi Qəhrəmanı adına la-
yiq görülmüşdür.
Sabit Orucov 3 dəfə Lenin ordeni,
Oktyabr İnqilabı ordeni, 4 Qırmızı
Əmək Bayrağı opdeni, medallarla təltif
olunmuşdur. O dəfələrlə Azərbaycan
və SSRİ Ali Sovetinə deputat seçil-
mişdir.
Sabit Atabala oğlu Orucov 1981-ci
ildə Moskvada vəfat etmişdir.
Ə d ə b i y y a t
Aslanov, V. Nəsillərə
nümunə olan görkəmli
şəxsiyyət [Mətn] /V.Aslanov
//Xalq qəzeti.- 2009.-16
iyul.- S.5.
Fəcri, F. Od oğullar [Mətn]
/F.Fəcri.- Bakı : Mütərcim,
2004.- 144 s.
Hacızadə, A. Sabit Oruco-
vun xatirəsi Moskvada ehti-
ramla yad edildi [Mətn]: [S.
Orucovun anadan olması-
nın 90 illiyi ilə əlaqədar]
/A.Hacızadə //Azərbaycan.-
2002.-4 iyun.-S.8
Мамедов, Р.
Соотечественники
[Текст] /Р.Мамедов.-
Баку: Зия-Нурлан, 2009.-
279 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
31
Professor
122
Kimya.Biologiya.Tibb
85
illiyi
MİRMƏMMƏD CAVADZADƏ
1927-2008
MA
Y
Mirməmməd Cavad oğlu Cavad-
zadə 1927-ci il may ayının 18-də
Lənkəran şəhərində anadan olmuşdur.
1943-cü ildə 1 saylı Lənkəran şəhər
orta məktəbini, 1948-ci ildə ADTİ-nin
Müalicə-profilaktika fakültəsini bitir-
mişdir.
1951-ci ildə II Moskva Tibb İns-
titutundakı Urologiya kafedrası as-
piranturasında oxumuş, 1954-cü ildə
namizədlik dissertasiyasını müdafiə et-
mişdir. 1954-cü ildən 1957-ci ilə qədər
Krım Tibb İnstitutunda assistent, sonra
urologiya üzrə dosent olmaqla, Krım
vilayətinin baş uroloqu işləmişdir.
1962-ci ildə doktorluq dissertasiya-
sını müdafiə edərək tibb elmləri dok-
toru adı almışdır. 1963-cü ildə Bakıya
dəvət olunmuş və müsabiqə yolu ilə
Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutu-
nun Urologiya və operativ nefrelogiya
kafedrasına müdir seçilmişdir.
Azərbaycana qayıtdıqdan sonra o,
yüksək səviyyəli elmi-klinik müəssisə
yaratmış və bununla da müasir klini-
ka məktəbinin və urologiya elmində
yeni istiqamətin təməlini qoymuş-
dur. M.Cavadzadənin rəhbərliyilə bir
neçə xəstəxananın urologiya şöbələri
birləşdirilmiş və respublikada urologi-
ya və onunla əlaqədar elmlərin inkişa-
fına təkan verilmişdir.
M.C.Cavadzadənin elmi tədqiqatları
xarici ölkələrdə geniş şöhrət tapmış-
dır. O, dəfələrlə ölkəmizi dünyanın bir
çox ölkələrində keçirilən elmi simpo-
zium və konfranslarda təmsil etmiş,
beynəlxalq forumlarda çıxışlar etmiş-
dir.
Mirməmməd Cavadzadə 1964-cu il-
dən professor, 1967-ci ildən Əməkdar
elm xadimi adına layiq görülmüşdür.
O, Azərbaycan Milli Elmlər Akademi-
yasınınnın həqiqi üzvü olmuşdur.
M.C.Cavadzadə tibb elminin inki-
şafındakı xidmətlərinə görə 18 may
2007-ci ildə Azərbaycan Respubli-
kasının Prezidenti İlham Əliyevin
Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif
edilmişdir.
Tanınmış həkim-uroloq, akademik,
Cavadzadə Mirməmməd Cavad oğlu
2008-ci il avqust ayında vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Xroniki böyrək çatışmazlığı:
etiopatogenezi klinikası,
diaqnostika və müalicəsi
[Mətn]: monoqrafiya:
praktiki həkimlər üçün
vəsait /M.Cavadzadə.- Bakı:
Çaşıoğlu, 2007.- 175 s.
Qəlblərdə yaşayan insan
[Mətn]: [Zərifə Əliyeva
haqqında] /M.Cavadzadə
//Respublika.- 2008.- 27
aprel.- S.5.
Kərimov, S. Dünya şöhrətli
uroloq-cərrah [Mətn]
/S.Kərimov //Azərbaycan.-
2009. - 20 may.- S. 6.
Kərimov, S. İnsanların
sağlamlığına həsr olunmuş
ömür [Mətn] /S.Kərimov
//Respublika .- 2005. -12
yanvar.- S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
18
Akademik
123
Kimya.Biologiya.Tibb
100
illiyi
ƏLİ QULİYEV
1912-1989
MA
Y
Əli Musa oğlu Quliyev 1912-ci il
may ayının 31-də Gəncə şəhərində
anadan olmuşdur.
O, 1931-ci ildə Bakı Pedaqoji Tex-
nikumunu bitirdikdən sonra bir sıra
kənd məktəblərində müəllimlik etmiş-
dir. 1934-1939-cu illərdə S.M.Kirov
adına Azərbaycan Dövlət Universite-
tinin Kimya fakültəsinin tələbəsi ol-
muşdur. Sonrakı illərdə o, Azərbaycan
Elmi-Tədqiqat Neft Emalı Sənayesi
İnstitutunda, Respublika Elmlər Aka-
demiyasının Neft Kimyası Prosesləri
İnstitutunda işləmişdir.
1987-ci ilə qədər onun həyatı və
elmi fəaliyyəti respublika Elmlər Aka-
demiyasının Aşqarlar Kimyası İnsti-
tutu ilə bağlı olmuşdur. Ə.M.Quliyev
institutun yaradıldığı gündən ona baş-
çılıq etmişdir.
Böyük Vətən müharibəsi illərində
Ə.M.Quliyev ordunun döyüş qabiliy-
yətinin möhkəmləndirilməsinə, mü-
hüm əczaçılıq preparatları yaradıl-
masına yönəldilən işlərə rəhbərlik
etmişdir.
Ə.M.Quliyevin tədqiqatları geniş
şöhrət qazanmış, bir çox dərsliklərə
və monoqrafiyalara daxil edrlmişdir.
Görkəmli alim 800 elmi əsər yazmış-
dır, o cümlədən ixtiraları üçün 170
müəllif şəhadətnaməsi almışdır.
Onun rəhbərliyi altında 70-dən çox
doktorluq və namizədlik dissertasiyası
müdafiə edilmişdir. O, respublikanın
ictimai və elmi həyatında yaxından iş-
tirak edirdi .
Uzun illər S.M.Kirov adına ADU-
da dərs demiş və 1951-60-cı illərdə
Üzvi kimya kafedrasının müdiri ol-
muşdur. Əli Quliyev neft məsələlərinə
dair keçirilən konqres və simpozium-
larda məruzələrlə çıxış etmişdir. İki
dəfə SSRİ Dövlət Mükafatı laureatı,
2 Qırmızı Əmək Bayrağı və 3 “Şərəf
nişanı” ordeni və medallarla təlif olun-
muşdur.
Akademik Əli Musa oğlu Quliyev
1989-cu ilin yanvar ayının 31-də 77
yaşında vəfat etmişdir.
Ə d ə b i y y a t
Əli Musa oğlu Quliyev
[Mətn] //Azərbaycan Sovet
Ensiklopediyası: 10 cilddə.-
Bakı, 1979.- C.III .- S.267.
İ n t e r n e t d ə
www.press.bsu.edu.az
www.library.adau.edu.az
31
Akademik
124
Teatr.Kino.Estrada.Sirk
90
illiyi
ƏLƏDDİN ABBASOV
1922
MA
Y
Ələddin Aslan oğlu Abbasov
1922-ci il may ayının 5-də qədim
Gəncə şəhərində anadan olmuşdur.
Sənətə olan böyük həvəsi onu 1937-
ci ildə Gəncə Dövlət Dram Teatrının
nəzdindəki aktyor studiyasna gətirib
çıxarmışdır. Studiyadakı iki illik
təhsil müddətində o, teatrın yardımçı
heyətində çalışıb, tamaşalarda kütləvi
səhnələrdə iştirak edib.
Ələddin Abbasov 1939-cu ildən
Gəncə Dövlət Dram Teatrı truppası-
nın üzvü olmuş və ömrünün sonuna
qədər bu kollektivdə çalışmışdır. O,
Böyük Vətən müharibəsi iştirakçısı
olmuşdur. Müharibədən sonra doğ-
ma kollektivə qayıdaraq aktyorluq
fəaliyyətini davam etdirmişdir. Ta-
maşaya qoyulan əsərlərin demək olar
ki, əksəriyyətində baş rollarda çıxış
etmişdir. O, lirik-psixoloji üslublu ta-
maşalarda məhəbbət qəhrəmanlarını
bacarıqla oynayıb. Xarakterik səs
tembri, ifadəli sifət cizgiləri, cazibəli
səhnə görkəmi olan aktyor tamaşaçı-
ların böyük məhəbbət və rəğbətini qa-
zanmışdır.
Sənət uğurlarına görə Ələddin Ab-
basov 1958-ci ildə Əməkdar artist,
1971-ci ildə isə Pespublikanın Xalq
artisti fəxri adına layiq görülmüşdür.
Ələddin
Abbasov
teatrdakı
fəaliyyəti ilə yanaşı, “Azərbaycanfilm”
kinostudiyasının istehsal etdiyi bir çox
filmlərdə çəkilmişdir. İsmayıl Şıx-
lının ssenarisi əsasında rejissor Hü-
seyn Seyidzadənin çəkdiyi “Dəli Kür”
filmində Cahandar ağa rolu ilə əsl
Azərbaycan “kişi”sinin obrazını ya-
ratmışdır. O, “Mən ki, gözəl deyildim”
(İmran), “Özgə ömrü” (Ata), “Qatır
Məmməd” (Məşədi Göyüş) və sairə
bədii filmlərdə bir çox uğurlu obrazlar
yaratmışdır.
Ələddin Aslan oğlu Abbasov Teatr
Xadimləri İttifaqının üzvüdür, Prezi-
dent təqaüdçüsüdür.
Ə d ə b i y y a t
Ağaoğlu, T. Arzularına çatan
sənətkar [Mətn] /T.Ağaoğlu
//Azərbaycan.- 2008.- 4
oktyabr.-S.6.
İsmayılova, P. “Dəli
Kür”də səhvlər var [Mətn]
/P.İsmayılova //Həftə içi.-
2011.- 6 yanvar.-S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
5
Aktyor
125
Musiqi. Opera. Balet
105
illiyi
SƏİD RÜSTƏMOV
1907-1983
MA
Y
Səid Əli oğlu Rüstəmov 1907-ci
il may ayının 12-də İrəvanda anadan
olmuşdur. 1919-cu ildə Rüstəmovlar
ailəsi Bakıya köçür və Səid Müəllimlər
seminariyasına daxil olur. Həmin
məktəbdə musiqi dərsləri keçilirdi.
Səid burada truba çalmağı öyrənir.
Səidin musiqi istedadı müəllimlərdən
birinin diqqətini cəlb edir. O, Səidi
Üzeyir Hacıbəylinin yanına aparır. Bu
da Səidin taleyini həll edir. S. Rüstəmov
1924-cü ildə musiqi məktəbinin Xalq
çalğı alətləri şöbəsinə qəbul olunur.
Səid Rüstəmov 1926-cı ildə Müəl-
limlər Seminarıyasını bitirdikdən sonra
Süleyman Sani Axundovun müəllimi
olduğu 19 nömrəli birinci dərəcəli
məktəbə müəllim təyin olunur. 1932-ci
ildə Azərbaycan Dövlət Pedaqoji İns-
titutunu bitirir. Səid Rüstəmovu digər
sənətkarlardan, sənət dostlarından
fərqləndirən cəhətlərdən biri də odur
ki, o, pedaqoji fəaliyyətə ümumtəhsilin
əsaslarını öyrədən məktəbdə başlayıb.
Musiqi məktəbləri üçün “Not sa-
vadı” dərsliyinin əsas tərtibçilərindən
biri olanda da, ilk “Tar məktəbi” dərs
vəsaitini yazanda da, 1931-ci ildə res-
publikamızda notla çalan ilk xalq çal-
ğı alətləri orkestrinin bədii rəhbəri və
baş dirijorunun köməkçisi, sonralar
isə orkestrin bədii rəhbəri və baş diri-
joru, Fioletov adına klubun mahnı və
rəqs ansamblının (1945), Azərbaycan
Dövlət mahnı və rəqs ansamblının
(1951) rəhbəri vəzifəsində çalışanda
da öyrətmək məharəti ilə tanınan pe-
daqoq kimi nəzərə çarpmışdır.
S. Rüstəmovun pedoqoji fəaliy-
yəyinin mühüm bir dövrü Ü. Hacı-
bəyov adına Azərbaycan Dövlət
Konservatoriyası ilə bağlı olmuşdur.
O, bu mötəbər ali musiqi təhsili oca-
ğında Xalq musiqisi kafedrasının ya-
radıldığı vaxtdan istedadlı tarzənlərin
yoluna işıq tutmuşdur. Dahi Üze-
yir Hacıbəylinin vəfatından sonra
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri seçilməsi və 1953-cü ilədək tut-
du]u v’zif’dustad müəllimin adına
layiq çalışması, həm də onun ictimai
xadim kimi yetişməsini göstərirdi.
1937-ci ildən 1953-cü ilə qədər
S.Rüstəmov 20-dən artıq səhnə
əsərlərinə
musiqi
bəstələmişdir.
M.F.Axundovun
“Hacı
Qara”,
S.Vurğunun “Vaqif”, C.Cabbarlının
“Od
gəlini”
və
“Almaz”,
S.Rəhmanın “Toy”, M.Hüseynin və
İ.Əfəndiyevin birgə yazdıqları “İn-
tizar”, A.Şirvanzadənin “Namus”
və digər səhnə əsərlərinin musiqisi
S.Rüstəmova aiddir.
Səid Əli oğlu Rüstəmovun geniş,
çoxcəhətli fəaliyyəti, gərgin əməyi
layiqincə qiymətləndirilmişdir. O,
1938-ci ildə Əməkdar incəsənət xadi-
mi, 1957-ci ildə Azərbaycan Respub-
likasının Xalq artisti fəxri adlarına,
1951-ci ildə isə SSRİ Dövlət Mükafa-
tına layiq görülmüşdür. İki dəfə Qır-
mızı Əmək Bayrağı ordeni, Xalqlar
Dostluğu ordeni və bir sıra medallarla
təltif olunmuşdur.
Səid Rüstəmov 1983-cü ilin iyun
ayında 76 yaşında vəfat etmişdir.
Ə d ə b i y y a t
Tar məktəbi [Mətn]: dərslik
/S.Rüstəmov.- Bakı: İnkişaf
Şirkəti MMC, 2008.- 143 s.
Əfəndiyeva, İ. Gözəl və
təkrarolunmaz mahnıla-
rın müəllifi [Mətn]: Səid
Rüstəmov-100 /İ.Əfəndiyeva
//Musiqi dünyası.- 2007.- №
1-2.- S. 39-41.
Kazımov, N. Səid Rüstəmov
[Mətn]: dərs vəsaiti
/N.Kazımov.- Bakı: Çaşıoğ-
lu, 2007.- 92 s.
Novruzov, A. Səid
Rüstəmovun tar məktəbinə
yeni bir baxış [Mətn]
/A.Novruzov //Konservatori-
ya.- 2009.- № 1.- S. 59.
Quliyeva, A. Səid
Rüstəmovun folkloristika
sahəsində fəaliyyəti [Mətn]
|A/Quliyeva //Musiqi dünya-
sı.- 2006.- № 1-2.- S. 188.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
12
Bəstəkar
126
Musiqi.Opera.Balet
90
illiyi
RAUF HACIYEV
1922- 1995
MA
Y
Rauf Sultan oğlu Hacıyev 1922-ci
il may ayının 15-də Bakı şəhərində
dünyaya göz açmışdır.
Yeddi yaşında ikən Rauf Hacıyev
Orta İxtisas musiqi məktəbinin fortepi-
ano sinfinə daxil olmuşdur. Görkəmli
musiqişünas, pedaqoq Kövkəb xanım
Səfərəliyevadan dərs alıb. O, hələ
təhsil illərində fortepiano üçün bir sıra
instrumental pyeslər – “Tarantella”,
“Dagıstan”, “Ləzgihəngi” kimi əsərlər
yazmışdır.
R. Hacıyev 1938-ci ildə Bakı Orta
İxtisas musiqi məktəbinin nəzəri-
bəstəkarlıq şöbəsinə daxil olmuşdur.
1940-cı ildə 18 yaşında olarkən
Mustafa
Mərdanovun
librettosu
əsasında “Tələbələrin kələyi” adlı mu-
siqili komediyasını yazmışdır.
1941-ci ildə R. Hacıyev Azər-
baycan Dövlət Konservatoriyasına da-
xil olmuşdur.
1948-ci ildə O, yenidən Azər-
baycan Dövlət Konservatoriyası-
na daxil olmuş və bir müddət sonra
Moskva Dövlət Konservatoriyasına
göndərilmişdir. Bakıya qayıtdıqdan
sonra R.Hacıyev böyük bəstəkarımız
Qara Qarayevin rəhbərliyi altında
öz sənətini daha da təkmilləşdirmiş,
Niyazi ilə birlikdə “Kolxoz” süita-
sını yazmışdır. Bu əsərlə bəstəkarın
kantata-oratorial janrlara olan marağı
üzə çıxır. O, 1950-ci ildə S.Rüstəmin,
S.Vurğunun və M.Rahimin sözlərinə
“Bahar” kantatasını bəstələmişdir.
Müxtəlif illərdə R.Hacıyev 150-
dən artıq mahnı yazmışdır. “Mənim
Azərbycanım”, “Sevgilim”, “Lirik
mahnı”, “Leyla”, “Bahar gəlir”, “An-
caq sən”, “Sevimli şəhər” və s. kimi
mahnılar nadir sənət nümunələri he-
sab olunur.
R.Hacıyev 15-dən artıq bədii və
sənədli filmə musiqi bəstələmişdir.
60-cı illərdə bəstəkarı daha çox
operetta janrı özünə cəlb etmişdir.
Bəstəkarın yazdığı yeddi operettadan
beşi “Romeo mənim qonşumdur”,
“Kuba, məhəbbətim mənim”, “Qaf-
qaz əsəri”, “Ana mən evlənirəm”,
“Yolayrıcı” Moskva Dövlət Operetta
Teatrının səhnəsində tamaşaya qoyul-
muşdur. “Romeo mənim qonşumdur”
“Azərbaycanfilm” kinostudiyasında
rejissor S.Mahmudbəyovun qurulu-
şunda ekranlaşdırılmışdır.
R.Hacıyevin axırıncı operettası
Üzeyir Hacıbəylinin anadan olması-
nın 100 illiyinə həsr olunmuş “Ordan-
burdan” əsəridir.
Bəstəkar “Üç inqilab”, “Alov” və
”Hürriyyət” adlı baletlərin müəllifidir.
Rauf Hacıyev 80-ci illərdə sımfo-
nik musiqi sahəsində səmərəli işlər
görmüş, 1982-ci ildə kamera orkestri
üçün ikinci simfonyasını, simfonik or-
kestr üçün “Şeyx Sənan”, 1983-cü ildə
“Səbuhi”, 1984-cü ildə isə “Həzi Asla-
nov” simfonik poemalarını yazmışdır.
1978-ci ildə SSRİ Xalq artisti adına
layiq görülmüşdür. “Lenin” ordeni,
“Qırmızı Əmək Bayrağı” və “Şərəf ni-
şanı” ordenləri ilə təltif edilmişdir.
Rauf Hacıyev 1995-ci il sentyabr
ayının 19-da Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: |