16
Milli Qəhrəman
170
Milli Qəhrəmanlar
60
illiyi
ASİF MƏHƏRRƏMOV
1952-1994
İYUL
Asif Yusif oğlu Məhərrəmov
1952-ci il iyul ayının 26-da Ağdam
şəhərində doğulmuşdur. 1969-cu ildə
Ağdam şəhər 1 saylı orta məktəbini
bitirmişdir.
Ermənilərin 1988-ci ildə başlayan
təcavüzünə qarşı Ağdam rayonunun
Abdal-Gülablı, Xıdırlı, Əmirallar,
Şırxavənd, Bağbanlar, Əhmədavar
kəndlərində dayaq dəstələri yaradılır-
dı. Hərəkat böyüdükcə Asif Qarabağın
digər rayonları ilə də sıx əlaqə saxla-
yırdı. 1990-cı ildə o, Ağdam könüllü
özünümüdafiə dəstəsini yaradır və tor-
paqlarımızın qorunmasında yaxından
iştirak edir. 1991-ci il noyabrın 15-də
isə dövlət tərəfindən ilk könüllü tabor
yaradılır.
1991-ci il dekabrın 31-də Xramort
kəndinin azad edilməsində rəşadət
göstərir. Xocalı faciəsi zamanı uşaq
və qadınların xilas olunmasında canını
əsirgəmir.
A.Məhərrəmov 1992-ci ilin mart
ayının 7-də 859 saylı hərbi minaaxta-
ranlar hissəsinin komandiri təyin edi-
lir.
10 mart 1992-ci ildə məhz onun
köməyi nəticəsində Aranzəmin, Pirca-
mal, Dəhraz kəndləri düşməndən azad
edilir. 1992-ci il martın 20-də öz dəstəsi
ilə kömək etmək üçün Füzuli rayonu-
na gedir və erməni quldurlarını böyük
itkilərə məruz qoyur. 24 iyun 1992-ci
ildə Naxçıvanik yolunda ağır yaralanır.
Bir müddət müalicə olunur və yenidən
cəbhəyə qayıdır. 1993-cü il fevralın
22-də Şelli uğrunda gedən döyüşlərdə
iştirak edir. 1993-cü il oktyabrın 27-
də Asifin səhhəti ağırlaşır. O, hərbi
hissəni təhvil verib müalicəsini davam
etdirmək məcburiyyətində qalır. 1994-
cü ildə bu məqsədlə Yaltaya gedən
polkovnik-leytenant A. Məhərrəmov
həmin il iyulun 1-də vəfat edir.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 7 dekabr 1992-ci il tarixli
350 saylı Fərmanı ilə Məhərrəmov
Asif Yusif oğluna “Azərbaycanın Mil-
li Qəhrəmanı” fəxri adı verilmişdir.
“General Məhəmməd Əsədov” müka-
fatına layiq görülmüşdür.
Bakı şəhəri 2-ci Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir. Bakı şəhərində
adına küçə var.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Məhərrəmov Asif
Yusif oğlu – taqım komandiri – Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 7 dekabr 1992-ci il [Mətn] //Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı.- 1992.- № 24.- S.50.- (Ölümündən sonra).
Çəmənzəminli M. Fred Asif: Azərbaycanın Milli Qəhrəmanı podpolkovnik Asif
Məhərrəmova həsr olunmuş sənədli povest.- Bakı: Gənclik, 1996.- 170 s.
Abbasoğlu B. Od sönər, ad yox... //Abbasoğlu B. Ölərkən dünyaya gələn oğullar.-
Bakı, 2004.- S. 54-72.
Məhərrəmov Asif Yusif oğlu //Əsgərov V.Azərbaycanın Milli Qəhrəmanları.- Bakı,
2005.- S. 133-134.
Zeynalov R. Məhərrəmov Asif Yusif oğlu (Fred Asif) //Zeynalov R. Azərbaycanın
Milli Qəhrəmanları.- B., 1996.-S. 48.
26
Milli Qəhrəman
171
Riyaziyyat.Fizika.Astranomiya
80
illiyi
MƏHƏMMƏDƏMİN
ŞAHTAXTİNSKİ
1932-2011
İYUL
Məhəmmədəmin Həbibulla oğlu
Şahtaxtinski 1932-ci il iyul ayının 10-
da Bakı şəhərində anadan olmuşdur.
O, akademik, kimya elmləri doktoru
H.B.Şahtaxtinskinin oğludur.
M.Şahtaxtinski 1956-cı ildə Mosk-
va Energetika İnstitutunun Radiotex-
nika fakültəsini bitirmişdir. O, 1961-
1967-ci illərdə Azərbaycan Milli EA
Fizika İnstitutunda elmi və baş elmi
işçi, 1968-1987-ci illərdə laborato-
riya müdiri işləmişdir. 1987-ci ildən
institutun Bərk cisimlər elektronikası
şöbəsinin rəhbəridir. Elmi tədqiqatları
bərk cisimlər fizikasına aiddir.
1970-ci ildə M.Şahtaxtinski fizika-
riyaziyyat elmləri doktoru, 1971-ci
ildə isə proffessor adı almışdır.
M.Şahtaxtinskinin rəhbərliyi ilə
yüksək keyfiyyətli, iqtisadi cəhətdən
sərfəli poladlar yaradılmış, böyük
sürətlə işləyən etibarlı və sərfəli, sağ-
lamlıq üçün zərərsiz çapetmə metodi-
kası işlənib hazırlanmışdır.
O, 1972-ci ildə Fransada keçirilən
Kristalların
yetişdirilməsi
üzrə
Beynəlxalq konfransda məruzə ilə çı-
xış etmişdir. Bu məruzə elm aləmində
çox yüksək səviyyədə qəbul edilmiş-
dir.
1989-cu ildə professor Azərbaycan
Milli Elmlər Akademiyasının akade-
miki seçilmişdir.
M. Şahtaxtinski 1991-ci ildə
Azərbaycan Respublikasının “Əmək-
dar elm xadimi” adına layiq görül-
müş, Azərbaycan Fizika Cəmiyyətinin
prezidenti və Avropa-Asiya Fizika
Cəmiyyətinin vitse-prezidenti seçil-
mişdir.
Akademik, Əməkdar elm xa-
dimi M.Şahtaxtinski 2004-cü ildə
Azərbaycan Respublikası Preziden-
tinin fərmanı ilə “Şöhrət” ordeni ilə
təltif edilmişdir.
Şahtaxtinski Məhəmmədəmin Həbi
bulla oğlu 2011-ci il aprel ayının 23-
də Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Şahtaxtinski Məhəmməd
Həbibulla oğlu [Mətn]: en-
siklopedik məlumat //ASE:
10 cilddə.- Bakı , 1987.-
C.X .- S.480.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
10
Akademik
172
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
85
illiyi
TOKAY MƏMMƏDOV
1927
İYUL
Tokay Həbib oğlu Məmmədov 1927-ci
il iyul ayının 18-də Bakıda anadan olmuş-
dur. 1942-ci ildə yeddinci sinfi bitirdikdən
sonra Tokay Məmmədov Bakı Rəssamlıq
Məktəbinə imtahan verir. O zaman
Bakı Rəssamlıq Məktəbinin nəzdində
heykəltəraşlıq şöbəsi yenicə təşkil edil-
mişdi. P.Sabsay, F.Əbdürrəhmanov,
C.Qaryağdı həmin heykəltəraşlıq şö-
bəsində fəaliyyət göstərirdilər. Tokay
bilavasitə ilk milli heykəltəraşımız
F.Əbdürrəhmanovdan dərs almağa başla-
yır. Leninqrad Rəssamlıq Akademiyasını
bitirmiş F.Əbdürrəhmanov öz şagirdlərini
dünya klassik incəsənətinin ən mütərəqqi
ənənələri ilə tanış edirdi.
1945-ci ildə Tokay Məmmədov
Əzim Əzimzadə adına Bakı Rəssamlıq
Məktəbinin üçüncü kursunu bitirərək Le-
ninqrad şəhərinə gedir və İ.E.Repin adına
Rəssamlıq Akademiyasının Heykəltəraşlıq
fakültəsinə qəbul olur. Ali təhsil aldığı
dövrdə, yəni 1947-ci ildə Azərbaycanın
xalçaçı rəssamı Lətif Kərimovun portret
büstünü hazırlayır. Bu portretin yaradıl-
ması təsadüfi deyildi. Lətif Kərimovu uşaq
vaxtlarından tanıyan heykəltəraş müstəqil
şəkildə ilk dəfə görkəmli alimin portretini
canlandırır.
1960-cı ildə o, Üzeyir Hacıbəyovun
Bakı Musiqi Akademiyasının önündə
ucaldılmış heykəlini yaratmışdır.
Tokay Məmmədov ali təhsilini
bitirdikdən sonra Leninqradda heykəltəraş
kimi işə başlayır və Leninqrad Rəssamlar
İttifaqının üzvü seçilir. Heykəltəraş Ba-
kıya qayıtdıqdan sonra Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbində pedaqo-
yi fəaliyyətə başlayaraq burada yetişən
gənc rəssamlara həm rəsm, həm də
heykəltəraşlıqdan dərs deyərək onlara
sənətin sirlərini öyrədir.
Heykəltəraşın yaratdığı “Nizami
Gəncəvi” portreti 1955-ci ildə Varşava-
da Gənclərin Beynəlxaq Ümumdünya
sərgisində uğurla nümayiş etdirilib. Əsər
şairin adını daşıyan Ədəbiyyat Muzeyində
qorunub saxlanılaraq nümayiş olunur.
Heykəltəraş monumental sahədə
həmçinin Azərbaycan şairi “İmaməddin
Nəsimi” və “XI qızıl ordu” abidələrini ya-
radıb.
Tokay Məmmədov yaradıcılığının ilk
günlərindən başlayaraq heykəltəraşlığın
qabartma sahəsində bir çox insanın
surətlərini canlandırıb. Bu qabartmalardan
ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Meh-
di Hüseynzadənin portretidir. Mərmərdən
yaradılan bu qabartmada qəhrəman bir
əlində qumbara tutmuş vəziyyətdə təsvir
edilib. Bu əsər heykəltəraşın gənclik
illərində yaratdığı və ona uğur qazan-
dırdığı əsərlər sırasında durur. Əsər bir
çox beynəlxaq sərgidə uğurla nümayiş
etdirilərək yüksək qiymətə layiq görülüb.
Tokay Məmmədov 1978-ci ildə
SSRİ Dövlət Mükafatı, 1982-ci ildə
Azərbaycan Dövlət Mükafatına layiq gö-
rülüb. O, həmçinin “Şərəf nişanı”, “Xalq-
lar dostluğu”, 2002-ci ildə isə ümum-
milli lider Heydər Əliyevin fərmanı ilə
“Şöhrət” ordenləri ilə təltif olunub. 85
yaşlı heykəltəraş Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında yetişən gənc
heykəltəraşlara sənətin sirlərini onlara
öyrədir.
Ə d ə b i y y a t
T.N.Məmmədovun
“Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında [Mətn]:
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı //
Azərbaycan.- 2002.- 8
avqust.- S.1.
Abdullayeva, F. Adi daş
sənət əsərinə çevriləndə
[Mətn] /F.Abdullayeva //
Mədəniyyət.- 2011.- 18
fevral.- S.11.
Sadıqov, S. Daşlarda
canlanan həyatın yaradıcısı
[Mətn] /S.Sadıqov //Kaspi.-
2008.- 6 iyun.- S. 12.
Şeyxov, Y. Qranitdə donan
musiqi [Mətn]:Tokay
Məmmədov - 80 /Y.Şeyxov
//Mədəniyyət.-2007.- 13
iyul.- S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
18
Heykəltəraş
173
Kitabxana işi. Kitabxanaşünaslıq
150
illiyi
NİKOLAY ALEKSANDROVİÇ
RUBAKİN
1862-1946
İYUL
Nikolay Aleksandroviç Rubakinin
1862-ci il iyul ayının 13-də Oraniyen-
baum (indiki Lomonosov şəhərində)
tacir ailəsində anadan olmuşdur. Atası
Oraniyenbaum şəhərinin başçısı ol-
muşdur.
O, on iki yaşında olarkən məcara
pomanı və pyes yazmış, on üç yaşın-
da “Стрела” əlyazma jurnalını çap
etdirmiş, on altı yaşında isə “Uşaq
mütaliəsi” adlı ilk məqaləsi nəşr olun-
muş və bu məqalədən qonorar da al-
mışdı.
N.A.Rubakin Peterburq Universi-
tetinin 3 fakültəsini – tarix-filologiya,
təbiətşünaslıq və hüquq fakültələrini
bitirmişdir. Lakin buna baxmayaraq öz
həyatını kitabxana işinə həsr etmişdir.
Nikolay Aleksandroviçin XIX əsrdə
Rusiya kitabxana-nəşriyyat işinin in-
kişafında cox böyük əməyi olmuş-
dur. Belə ki, A.Rubakin O.A.Popova,
U.D.Sitina nəşriyyat firmasının və
“Издатель” Birliyinin rəhbəri olmuş-
dur. O, həmçinin Rusiya Savadlan-
ma Komitəsinin katibi kimi də uzun
müddət fəaliyyət göstərmişdir.
N.A.Rubakin 1905-1907-ci illərdə
Rusiya inqilabında yaxından iştirak
etmişdir. Siyasi baxışlarına görə təqib
olunmuş və bu səbəbdən də 1907-ci
ildə İsveçrəyə köçmüş və ömrünün
sonunadək burada yaşamışdır. Həmin
illərdə Rubakin Rusiyada çapdan çıx-
mış kitabları toplayaraq İsveçrədə
“Nadir Rus Kitabxanası” təşkil etmiş-
dir.
O, kitab təbliği problemlərini
işləmiş, bibliopsixologiya nəzəriy-
yəsini yaratmışdır.
Maarif sahəsindəki xidmətlərinə
görə Sovet hökuməti A.N.Rubakinə
1930-cu ildən fərdi pensiya təyin et-
mişdir.
Rus kitabşünası, biblioqraf, yazıçı,
Beynəlxalq Bibliopsixologiya İnstitu-
tunun yaradıcılarından biri olan Niko-
lay Aleksandroviç Rubakin 1946-cı il
noyabr ayının 23-də Lozanna şəhərində
vəfat etmiş, Moskva şəhərində dəfn
olunmuşdur.
Vəsiyyətinə görə İsveçrədə təşkil
etdiyi “Nadir Rus Kitabxanası” Rusi-
ya Milli Kitabxanasının fonduna veril-
mişdir.
Ə d ə b i y y a t
Bayramov, Ə. Psi-
xologiya [Mətn]:
dərslik /Ə.S.Bayramov,
Ə.Ə.Əlizadə.- Bakı, 2009.-
620 s.
Əjdərov, E. Nikolay Ruba-
kinin yaradıcılığında bibli-
opsixologiya nəzəriyyəsi və
kitabxanaşünaslıq [Mətn]
/ E.L.Əjdərov //Kitabxa-
naşünaslıq və informasiya
.-2010.- № 3.-S.91-98.
Hacıyev, Z. Fəlsəfə [Mətn]:
dərslik /Z.Hacıyev.- Bakı:
Adiloğlu, 2001.- 639 s.
Xələfov, A. İnformasiya
cəmiyyətinin formalaş-
masında kitabxanaların
vəzifələri [Mətn] // Xələfov,
A.A. Kitabxanaşünaslıq və
biblioqrafiya.- Bakı, 2005.-
№2.- 152 s.
Рубакин, Н.
Библиологическая
психология [Текст]
/Н.А.Рубакин.- Москва:
Академический Проект
Трикста, 2006.- 800 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
13
Biblioqraf
174
AVQUST
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
•
(01.08.2001)
Azərbaycan Kinosu Günü (02.08.1898)
•
Hərbi Dоnanma Günü (05.08.1992)
•
Bеynəlxalq Gənclər Günü (12.08.1999)
•
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə
•
Yardım Fondu yaradılıb (17.08.1942)
Azərbaycan Sərhəd Qoşunlarının Yaranması
•
Günü (18.08.1994)
Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993)
•
Füzuli rayonunun işğalı günü (23.08. 1993)
•
M.F.Axundzadə adına Respublika Dövlət mükafatları
1965-ci ildə ədəbiyyat və incəsənət sahəsində ən görkəmli əsərlər
yaradılmasına həvəs oyatmaq məqsədilə M.F.Axundzadə adına 3 Res-
publika Dövlət mükafatının təsis edilməsi haqqında qərar qəbul edil-
muşdir. Mükafatların hər birinin məbləği 2500 manat idi. Bu qərar
Azərbaycanda Sovet hakimiyyəti qələbəsinin 45-ci ildönümündə qəbul
edilmişdir. M.F.Axundzadə adına mükafata layiq görülən şəxlərə
“M.F.Axundov adına mükafat laureatı” adı, döş nişanı və diplom veri-
lirdi. Mükafatın ilk laureatları Mirzə İbrahimov “Kəndçi qızı” pyesinə,
Azərbaycan qrafiki, Respublikanın Xalq rəssamı Maral Rəhmanzadə
“Azərbaycan” və “Vətənim” adlı rəngli linoqravyuralar silsiləsinə,
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı səhnəsində tama-
şaya qoyulmuş “Antoni və Kleopatra” tamaşasının quruluşçu rejisso-
ru Tofiq Kazımov, rəssamı Tahir Salahov, bəstəkarı SSRİ Xalq artis-
ti Qara Qarayev, aktyorlar SSRİ Xalq artisti Hökümə Qurbanova və
Azərbaycanın Xalq artisti Əli Zeynalov olmuşlar.
1 avqust
Gün çıxır 06:49
Gün batır 20:56
31 avqust
Gün çıxır 06.31
Gün batır 20:15
22 iyul-
23 avqust
Şirin Nişanəsi
oddur. Ulduzlar
padşahı olan
Günəşin
himayəsindədir.
Günəşin şir
bürcündən keçdiyi
dövrdə doğulanlar
hökmlü və daxili
aləmləri zəngin
olur.
200 il
1812-1878
M.F.Axundzadə
175
Milli ədəbiyyat
Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Hacıyev Aqil
Cəfər Xəndan oğlunun (10.09.1947) аnаdаn оlmаsının 65 illiyi
Şairə Natəvan Xurşidbanu Mehdiquluxan qızının (15.08.1832-02.10.1897)
аnаdаn оlmаsının 180 illiyi
Аzərbаycаnın Хаlq şаiri, Əməkdаr mədəniyyət işçisi Dilbаzi Mirvаrid Paşa
qızının (19.08.1912-12.07.2001) аnаdаn оlmаsının 100 illiyi
Ədəbiyyatşünas, tənqidçi, nasir, filologiya elmləri doktoru Ağayev İslam
Məmməd oğlunun (20.08.1932) аnаdаn оlmаsının 80 illiyi
Şair, publisist Nəsibov Davud Məcid oğlunun (Davud Nəsib) (25.08.1942-
26.03.2003) аnаdаn оlmаsının 70 illiyi
Filologiya elmləri doktoru, professor, ədəbiyyаtşünаs Pаşаyеv Qəzənfər
Məmməd oğlunun (27.08.1937) аnаdаn оlmаsının 75 illiyi
Tarixdə bu gün
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08.2001)
Azərbaycan Kinosu Günü (02.08.1898)
Hərbi Dоnanma Günü (05.08.1992)
Bеynəlxalq Gənclər Günü (12.08.1999)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu yaradılıb
(17.08.1942)
Azərbaycan milli manatının dövriyyəyə buraxıldığı gün (15.08.1992)
Azərbaycan Sərhəd Qoşunlarının Yaranması Günü (18.08.1994)
Beynəlxalq Humanitar Yardım Günü (19.08.2003)
Ramazan bayramı günü (20.08.2012)
Xüsusi Dövlət Mühafizə Xidməti Əməkdaşlarının Peşə Bayramı Günü
(23.08.2008)
Cəbrayıl rayonunun işğalı günü (23.08. 1993)
Füzuli rayonunun işğalı günü (23.08. 1993)
Azərbaycan Demokratik Firqəsi müstəqil fəaliyyətə başlamışdır
(24.08.1917)
Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib
(24.08.2002)
Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)
Türkiyə Cümhuriyyətinin Zəfər Bayramı Günü (30.08.1922)
Qubadlı rayonunun işğalı günü (31.08.1993)
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ehtiram İsrayıl oğlunun (01.08.1972-
2012
AVQUST
176
23.08.1993) аnаdаn оlmаsının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Rövşən Nəriman oğlunun
(30.08.1972-13.05.1992) аnаdаn оlmаsının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Nəcəfov Yunis İsa oğlunun (31.08.1967-
24.08.1992) аnаdаn оlmаsının 45 illiyi
Siyasət. Hərbi iş
Cənubi Аzərbаycаn dеmоkrаtik hərаkаtının rəhbəri Səttаrхаn Hаcı Həsən
оğlunun (15.08.1867-09.11.1914) аnаdаn оlmаsının 145 illiyi
Mühəndis işi. Texnika
Əməkdar mühəndis, dövlət xadimi Seyidov Həsən Nemət oğlunun
(16.08.1932) аnаdаn оlmаsının 80 illiyi
Kimya. Biologiya.Tibb
Azərbaycanın Əməkdar həkimi və Əməkdar elm xadimi Mirsəlimov
Mirmehdi Mirmövsüm oğlunun (11.08.1897-05.03.1957) аnаdаn оlmаsının
115 illiyi
Tarix. Din
Tarixçi jurnalist və publisist Nəzərli Şəmistan Əmiraslan oğlunun
(12.08.1942) anadan olmasının 70 illiyi
Tarixçi, tarix elmləri doktoru, professor Quliyev Əlövsət Nəcəfqulu oğlunun
(23.08.1922-06.11.1969) аnаdаn оlmаsının 90 illiyi
Akademik, şərqşünas-alim Məmmədəliyev Vasim Məmmədəli oğlunun
(27.08.1942) аnаdаn оlmаsının 70 illiyi
Teatr. Kino.Estrada.Sirk
Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, Teatr Xadimləri
İttifaqının İdarə Heyətinin sədri, teatr rejissoru Nemətov Azərpaşa Zəfər
oğlunun (13.08.1947) аnаdаn оlmаsının 65 illiyi
Musiqi. Opera. Balet
Azərbaycanın Xalq artisti, xanəndə Quliyeva Qəndab Nəbi qızının
(10.08.1947) аnаdаn оlmаsının 65 illiyi
Xalq artisti, xanəndə Qasımov Alim Həmzə oğlunun (14.08.1957) аnаdаn
оlmаsının 55 illiyi
SSRİ Хаlq аrtisti, Mаqоmаyеv Müslüm Məhəmməd oğlunun (17.08.1942-
25.10.2008) аnаdаn оlmаsının 70 illiyi
SSRİ Хаlq аrtisti, SSRİ Dövlət Mükаfаtı lаurеаtı, dirijоr Hаcıbəyоv-
Tаğızаdə Niyazi Zülfüqar oğlunun (Niyаzi) (20.08.1912-1984) аnаdаn
оlmаsının 100 illiyi
177
Milli ədəbiyyat
65
illiyi
AQİL HACIYEV
1947
AVQUST
Aqil Cəfər Xəndan oğlu Hacıyev
1947-ci il avqust ayının 10-da Azər-
baycanın Şuşa şəhərində Azərbaycan
ədəbiyyatşünası, tənqidçisi, şair və
tərcüməçi, filologiya elmləri doktoru,
professor Cəfər Xəndanın ailəsində
anadan olmuşdur.
Bakıda 6 saylı orta məktəbi
bitirdikdən sonra ADU-nun (indiki
BDU-nun) Filologiya fakültəsində
təhsilini davam etdirmişdir. (1965-
1970). Sonra M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Rus
ədəbiyyatı tarixi kafedrasına məqsədli
aspiranturaya göndərilmiş və 1973-cü
ildə “A.S.Puşkinin “Ərzuruma səyahət
əsəri” və “XIX əsrin 20-30-cu illərinin
rus oçerki” namizədlik dissertasiyası-
nı müdafiə etmişdir.
1973-cü ilin dekabrında Azərbaycan
Dövlət Universitetinin Rus ədəbiyyatı
kafedrasında işə götürülür. Burada
müəllim (1974-1976), baş müəllim
(1976-1981), dosent (1981-1983)
vəzifələrində çalışır. Hələ 35 yaşı ta-
mam olmayan Aqil Hacıyev 1982-ci
ildə Tbilisi Dövlət Universitetində fi-
lologiya elmləri doktoru elmi dərəcəsi
almaq üçün “XIX əsrin I yarısı rus
ədəbiyyatında şərq motivləri, rus-
Qafqaz ədəbi əlaqələri” mövzusun-
da doktorluq dissertasiyası müdafiə
edir. 1983-cü ildə Rus ədəbiyyatı ta-
rixi kafedrasının professoru, 1984-cü
ildə həmin kafedranın müdiri seçilir.
1982-1984-cü illərdə o, təbiət elmləri
fakültələri üçün Rus dili kafedrasının
müdiri, 1990-1992-ci illərdə isə filolo-
giya fakültəsinin dekanı olub.
Aqil Hacıyev 1987-ci ildən Yazıçı-
lar İttifaqının üzvü seçilmişdir. Türk
folkloruna dair silsilə araşdırmalarına
görə 1993-cü ilin sentyabrında Ankara-
dakı Türkiyə folklor qurumunun fəxri,
rus-Qafqaz qarşılıqlı münasibətləri
problemlərinin tədqiqinə görə 2003-
cü ildə Tbilisidəki Beynəlxalq sosial-
iqtisadi Elmlər Akademiyasının həqiqi,
rus ədəbiyyatı tarixi problemlərinə həsr
olunmuş əsərlərinə görə isə 2003-cü
ildə Sankt-Peterburq Elm və İncəsənət
Akademiyasının müxbir üzvü seçilib.
Müxtəlif illərdə Azərbaycan At-
testasiya Komissiyasının eksperti və
humanitar-ictimai elmlər şöbəsinin
müdiri, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının ekspert şurasının sədri
və rus ədəbiyyatı müəllimləri semi-
narının rəhbəri, Azərbaycan dili və
ədəbiyyatı ixtisası üzrə müdafiə şura-
sının sədri, rus dili və ədəbiyyatı ixti-
sası üzrə müdafiə şurasının sədr müa-
vini olub.
Dostları ilə paylaş: |