Ə d ə b i y y a t
Mansurov, E. Gənc
bəstəkarlar öz musiqimizi
xarici modellərə qurban
verirlər [Mətn] : müsahibə
/E.Mansurov //Olaylar.-
2011.-18 yanvar.-S.11.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
28
Bəstəkar
58
MART
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Azərbaycanın BMT-yə qəbulu (02.03.1992)
•
Bədən Tərbiyəsi və İdman Günü (05.03.)
•
Qızıl Aypara Günü (07.03.2008)
•
Bеynəlxalq Qadınlar Günü (08.03.1910)
•
Milli Tеatr Günü (10.03.1873)
•
Beynəlxalq Novruz Günü (21.03.2010)
•
Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqı-
nın tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü
mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət
ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran
yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq
səhifə açmışdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
1 mart
Gün çıxır 6:43
Gün batır 18:33
28 fevral
Gün çıxır 06:52
Gün batır 20:05
19 fevral- 20 mart
Balıq Nişanı
sudur. Yupiter
və Neptunun
himayəsindədir.
Günəşin Balıqlar
bürcündən keçdiyi
dövrdə doğulanlar
incə intuasiyalı
olmaqla yanaşı,
daim bir narahatlıq
hissi də keçirirlər.
200 il
1812-1878
M.F.Axundzadə
59
Milli ədəbiyyat
Dövlət Mükafatı laureatı, nasir Dadaşov Aydın Ərşad oğlunun (01.03.1952)
аnаdаn оlmаsının 60 illiyi
Nasir, tərcüməçi, geologiya-minerologiya elmləri namizədi Sülеymаnоv
Mаnаf Fərəc oğlunun (3.03.1912-24.05.2001) аnаdаn оlmаsının 100 illiyi
Yаzıçı Kərimov Fərman İsmayıl (Fərmаn Kərimzаdə) oğlunun (3.03.1937-
17.03.1989) аnаdаn оlmаsının 75 illiyi
Ədəbiyyаtşünаs аlim, filologiya elmləri doktoru, prоfеssоr Аrzumаnlı Vаqif
Minad oğlunun (05.03.1947) аnаdаn оlmаsının 65 illiyi
Şair, publisist Əfəndiyev Ağamalı Əhməd oğlunun (08.03.1947-24.12.1995)
аnаdаn оlmаsının 65 illiyi
Dramaturq Rəsulov Qeybulla İbadulla oğlunun (18.03.1922-11.09.1988)
аnаdаn оlmаsının 90 illiyi
Nasir, publisist Talıblı Böyükağa Mirqasım oğlunun (Böyükağa Talıblı)
(21.03.1897-1939) аnаdаn оlmаsının 115 illiyi
Şair, nasir, filologiya elmləri doktoru, professor Xəlilov Zahid Abdulla
oğlunun (Zаhid Хəlil) (23.03.1942) аnаdаn оlmаsının 70 illiyi
Əməkdаr incəsənət хаdimi, yаzıçı Оrdubаdi Məmməd Səid Hacağa oğlunun
аnаdаn оlmаsının (24.03.1872-01.05.1950) 140 illiyi
Əməkdаr mədəniyyət işçisi, Əməkdar jurnalist, publisist Məmmədli Qulаm
Məmməd oğlunun (25.03.1897-18.11.1994) аnаdаn оlmаsının 115 illiyi
Əməkdar jurnalist Hacıyev Əşrəf Əhmədpaşa oğlunun (25.03.1932-
05.07.2001) anadan olmasının 80 illiyi
Xarici ədəbiyyat
Nasir Fəthi Həmzə Əli oğlunun (Fəthi Xoşginabi) (22.03.1922-1989)
аnаdаn оlmаsının 90 illiyi
Mühacir şair Almaszadə Əbdülməhəmməd oğlunun (Almas İldırım)
(24.03.1907-14.01.1952) аnаdаn оlmаsının 105 illiyi
Rus yazıçısı Korneyçuk Nikolay Vasilyeviçin (Çukovski Korney İvanoviç)
(31.03.1882-28.10.1969) аnаdаn оlmаsının 130 illiyi
Tarixdə bu gün
Ümumdünya Mülki Müdafiə Günü (01.03.1972)
Azərbaycanın BMT-yə qəbul olunması günü (02.03.1992)
Bədən Tərbiyəsi və İdman Günü (05.03.)
2012
MART
60
Qızıl Aypara Günü (07.03.2008)
Bеynəlxalq Qadınlar Günü (08.03.1910)
ANS müstəqil yayım və media şirkəti təsis edilmişdir (09.03.1992)
Milli Tеatr Günü (10.03.1873)
Daxili Qoşunlar Günü (12.03.1995)
Аzərbаycаn Milli Məclisinin Kitаbхаnаsının fəaliyyətə başlamasının
(19.03.1997) 15 illiyi
Beynəlxalq Novruz Günü (21.03.2010)
İrqi ayrı-seçkiliyin (diskriminasiyanın) ləğv edilməsi uğrunda Beynəlxalq
Mübarizə Günü (21.03.1966)
Beynəlxalq Teatr Günü (27.03.1948)
Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə Bayramı Günü (28.03.1997)
“İzvestiya” qəzetinin nəşrə başlamasının (30.03.1917) 95 illiyi
Azərbaycanlıların Sоyqırımı Günü (31.03.1918)
Coğrafiya.Geologiya
Paleontoloq, geologiya-minerologiya elmləri doktoru, professor Xələfova
Rəxşəndə Əhməd qızının (14.03.1917-17.04.1973) аnаdаn оlmаsının 95
illiyi
Mühəndis işi. Texnika
Sоvеt İttifаqı Qəhrəmаnı, ilk qаdın kоsmоnаvt Tеrеşkоvа Vаlеntinа
Vladimirovnanın (06.03.1937) аnаdаn оlmаsının 75 illiyi
Elektrotexnik, texnika elmləri doktoru, akademik Əfəndizadə Azad Əli
oğlunun (20.03.1907) аnаdаn оlmаsının 105 illiyi
Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Ramazanzadə
Malik Heydər oğlunun (21.03.1912) аnаdаn оlmаsının 100 illiyi
Əməkdar mühəndis, texnika elmləri namizədi Biləndərli Abbas
Əliməhəmməd oğlunun (21.03.1912) аnаdаn оlmаsının 100 illiyi
Biologiya. Kimya.Tibb
Əməkdar həkim, tibb elmləri doktoru, professor Məcidov Balababa Fərəc
oğlunun (12.03.1912-03.07.1975) аnаdаn оlmаsının 100 illiyi
Akademik, biologiya elmləri doktoru, professor Tağıyev Şamxal Kərim
oğlunun (15.03.1922-2007) anadan olmasının 90 illiyi
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, həkim Salayeva Zəhra
Məmməd qızının (15.03.1922-28.11.2005) anadan оlmаsının 90 illiyi
Əməkdar həkim, professor Tağızadə Zərəngiz Əli qızının (16.03.1927)
anadan оlmаsının 85 illiyi
Kimyaçı (neft kimyası), texnika elmləri doktoru, professor Məmmədəliyev
Həbib Mehdi oğlunun (20.03.1912-14.05.1975) аnаdаn оlmаsının 100 illiyi
Oftalmoloq, professor Musayev Paşa İsmayıl oğlunun (Paşa Qəlbinur)
(30.03.1952) аnаdаn оlmаsının 60 illiyi
61
Musiqi. Opera. Balet
Xalq artisti, kamança ifaçısı Eyvazova Şəfiqə Alxas qızının (09.03.1947)
аnаdаn оlmаsının 65 illiyi
Əməkdar artist, xanəndə Kələntərli Yavər Əli qızının (26.03.1902-
05.02.1979) аnаdаn оlmаsının 110 illiyi
Dünya şöhrətli musiqiçi, dirijor Mstislav Leopoldoviç Rostropoviçin
(27.03.1927-27.04.2007) anadan olmasının 85 illiyi
Teatr. Kino.Estrada.Sirk
Хаlq аrtisti, aktyor Şаşıqоğlu Nоdаr İzzətoviçin (13.03.1927) аnаdаn
оlmаsının 85 illiyi
Хаlq аrtisti, aktyor Gəraybəyov Аğаsаdıq Ağəli oğlunun (Gərаybəyli)
(15.03.1897-05.12.1988) аnаdаn оlmаsının 115 illiyi
RSFSR-in Xalq artisti, rejissor Behbudov Ənvər Məcid oğlunun
(20.03.1912) аnаdаn оlmаsının 100 illiyi
Xalq artisti, aktyor Vəliyev Yusif Abdulla oğlunun (22.03.1917-18.03.1980)
аnаdаn оlmаsının 95 illiyi
Fəlsəfə.İqtisadiyyat.Hüquq
Fəlsəfə elmləri doktoru, akademik Daşdəmirov Əfrand Firudin oğlunun
(12.03.1942) аnаdаn оlmаsının 70 illiyi
Filosof, fəlsəfə elmləri doktoru Quluzadə Zümrüd Əliqulu qızının
(17.03.1932) аnаdаn оlmаsının 80 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Əməkdar müəllim Təhmasib Aliyə Mehdi qızının (13.03.1947) anadan
olmasının 65 illiyi
62
Milli ədəbiyyat
60
illiyi
AYDIN DADAŞOV
1952
MART
Aydın Ərşad oğlu Dadaşov 1952-ci
ildə mart ayının 1-də Ağdam şəhərində
anadan olmuşdur.
O, 1972-ci ildə Bakıda Xalq Təsər-
rüfatı İnstitutunun İqtisad fakültəsini
bitirmişdir. A.Dadaşov 1982-ci ildə
Leninqrad Dövlət Teatr Musiqi İnstitu-
tunun Dram sənəti fakültəsini, Mosk-
vada isə 2 illik ali ssenari kursunu bi-
tirmişdir. Əmək fəaliyyətinə 1975-ci
ildə C.Cabbarlı adına Azərbaycan Ki-
nostudiyasında əvvəlcə bədii flimlər
üzrə direktor, sonra isə rejissor və re-
daktor kimi başlamışdır.
Pedaqoji fəaliyyətinə 1998-ci ildən
İncəsənət Universitetinin Televiziya
və radio jurnalistikası kafedrasında
müəllim kimi başlamış, 2000-ci ildən
isə dosent, 2006-cı ildən isə kafed-
ranın professoru vəzifəsinə qədər
yüksəlmişdir.
A.Dadaşov bir çox dərslik və mo-
noqrafiyaların müəllifidir: “Kitablar:
TV və radio tamaşaları” (dərs vəsaiti,
Bakı, 1999), “Həmmüəlliflə ekran
dramaturgiyası” (monoqrafiya, Bakı,
1999), “Ekran publisistikası” (dərs
vəsaiti, Bakı, 2000), “Ssenari yaradıcı-
lığı” (dərslik, Bakı, 2001), “Məhəmməd
Həsən Hacınski” (monoqrafiya, Bakı,
2004), “Dramaturgiya” (dərslik, Bakı,
2004), “Müstəqillik dövrünün drama-
turgiyası” (monoqrafiya, Bakı, 2005),
“İslam və demokratiya” (monoqrafi-
ya, Bakı, 2007), “Folklorumuzun ilk
doktoru”(Məmmədhüseyn Təhmasib)
(Monoqrafiya. Bakı, 2007) və s.
A.Dadaşov 1987-ci ildə Dövlət
Mükafatı laureatı, 2005-ci ildə isə
Əməkdar incəsənət xadimi fəxri adına
layiq görülmüşdür.
Hal-hazırda AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunda baş elmi
işçi vəzifəsində çalışır.
Ə d ə b i y y a t
Cavid Əfəndinin “İblis”I [Mətn]: teatr -125 /A.Dadaşov //Ədəbiyyat qəzeti.-
2008.- 7 mart.- S.2.
Demokratiya və islam [Mətn] /A.Dadaşov; elmi red. F.Qasımzadə; AMEA Fəlsəfə
və Siyasi Hüquqi Tədqiqat İn-tu.- Bakı: Elm, 2007.- 279 s.
Kinoşünaslıq [Mətn] : dərslik /A.Dadaşov; elmi red. R.Bədəlov; ARMTN.- Bakı:
Elm və Təhsil, 2009.- 539 s.
Rejissor Arif Babayev [Mətn] /A.Dadaşov; elmi red. İ.Qazızadə; Azərb. Resp.
Mədəniyyət və Turizm Nazirliyi MEA-nın Memarlıq İn-tu.- Bakı: Nağıl evi, 2006.-
186 s.
Sənədli kinomuzun klassiki [Mətn]: və yaxud bir filmin yaddaşından görüntülər
/A.Dadaşov //Xalq qəzeti.- 2009.- 25 avqust.- S.6.
Teatr – kino problemləri [Mətn]: monoqrafiya /A.Dadaşov; elmi red. İ.Kərimov.-
Bakı, 2008.- 321 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.elm.az
1
Nasir
63
Milli ədəbiyyat
100
illiyi
MANAF SÜLEYMANOV
1912-2001
MART
Manaf Fərəc oğlu Süleymanov
1912-ci il mart ayının 3-də İsma-
yıllı rayonunun Lahıc qəsəbəsində
anadan olmuşdur.1930-cu ildə Pe-
daqoji təmayüllü 18 saylı Bakı şəhər
məktəbini bitirmişdir. 1932-1937-ci
illərdə M.Əzizbəyov adına Azərbaycan
Neft-Kimya Institutunun Geoloji-
kəşfiyyat fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə Qaradağ neft-qaz
mədənləri idarəsində mühəndislikdən
başlamışdır.
Ədəbi yaradıcılığa 1947-ci ildə
“Azərbaycan” jurnalında dərc olu-
nan “Yerin sirri” romanı ilə baslamış-
dır. Bu roman Moskvada on bir dəfə,
Rumıniya, Polşa və Macarıstanda iki
dəfə nəşr olunmuşdur. Bu əsəri Mosk-
vada nəşr ediləndən sonra Manaf Sü-
leymanovu SSRI Yazıçılar Ittifaqının
üzvlüyünə qəbul etmişlər.
O, 1956-cı ildə “Dağlar qoynun-
da”, 1958-ci ildə “Fırtına” romanla-
rını yazmışdır.Manaf Süleymanov
ilk dəfə olaraq Bakı tarixindən, Bakı
milyonçuları və qoçularından, 1918-
1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin şəxsiyyətlərindən
elmi-publisistik kitablar yazmış, nəşr
etdirmişdir. Yazıcının köhnə Bakı haq-
qında “Eşitdiklərim, oxuduqlarım və
gördüklərim” adlı maraqlı bir əsəri
var. Bu əsərdə XIX əsrin sonu, XX
əsrin başlanğıcında Bakının son dərəcə
mürəkkəb, ziddiyyətlərlə dolu qayğılı
günləri təsvir olunmuş, fəhlə sinfinin
beynəlmiləl birliyini zəiflətmək ücün
milli qırğın törədən ikiüzlü millətçi
şovinistlərin, Daşnaq və Müsavat par-
tiyalarının bir cox üzvlərinin iç üzünü
ifşa edilmişdir.
Manaf Süleymanovun yaradıcılığı-
nı fərqləndirən vacib bir sahə də onun
tərcüməçilik fəaliyyətidir. İngilis dili-
ni yaxşı bilən sənətkar uzun illər bir-
başa orijinaldan tərcümələr etmişdir.
Azərbaycan Dövlət Universitetində
indi yazıçı-tərcüməçi Manaf Süleyma-
novun ingilis dilindən tərcümələri ay-
rıca tədqiqat mövzusu kimi öyrənilir.
Oxucular onun tərcüməsində Cek Lon-
don, Steynbek, O.Nenri, M.Korelan,
Qrasi A, Oqato, Aleks la Çuma,
U.A.Makmani, R.Abrams, R.Riv,
A.Paton, S.Moem, Fillim Atman kimi
görkəmli ingilis yazıçılarının əsərləri
ilə tanış olmuşlar.
Bundan əlavə Manaf Süleymano-
vun rəsm əsərlərindən ibarət şəxsi kol-
leksiyası da olmuşdur. Bu kolleksiyanı
200-ə yaxın rəsm əsəri əhatə etmişdir.
Ondan çox elmi əsərin müəllifi
olmuşdur. Manaf Süleymanov Azər-
baycan SSR Ali Soveti Rəyasət Heyə-
tinin Fəxri F ərmanı ilə və bir medalla
təltif edilmişdir.
Sevimli yazıçımız 2001-ci il may
ayının 24-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan milyonçuları
[Mətn] /M.Süleymanov:
Hacı Zeynalabdin Tağıyev.-
Bakı: Gənclik, 1996.- 95 s.
Eşitdiklərim, oxuduqlarım,
gördüklərim [Mətn].- Bakı:
Azərnəşr, 1989.- 373 s.
Cəfərov, N. Dolan, kəfkirim,
dolan [Mətn] : Manaf
Süleymanovun ömür dastanı
/N.Cəfərov.-Bakı: Yazıçı,
1993.- 171 s.
İ n t e r n e t d ə
www.ru.fakebook.com
www.bloqoda.ru
www.en.wikipedia.orq
3
Yazıçı
64
Milli ədəbiyyat
75
illiyi
FƏRMAN KƏRİMZADƏ
1937-1989
MART
Fərman İsmayıl oğlu Kərimzadə
1937-ci il mart ayının 3-də Qərbi
Azərbaycanın Vedibasar rayonunun
Böyük Vedi kəndində anadan olmuş-
dur.
1944-1951-ci illərdə ibtidai təhsilini
doğulduğu kənddə almışdır. Lakin
1948-ci il deportasiyası ilə əlaqədar
orta məktəbi 1954-cü ildə Beyləqan
rayonunun Şahsevən kəndində bitir-
mişdir.
1948-ci ildə başlanan deportasiya-
da onun da nəsli, el-obası sürgünlərə,
səs-küysüz soyqırımlara düçar oldu.
Fərman Kərimzadə də bu taleyi – qaç-
qınlıq həyatını yaşadı...
O, 1955-1960-cı illərdə Əzim
Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq məktəbində təhsil almışdır.
O, ixtisasına görə rəssamdır. Ölkə-
mizin müxtəlif yerlərindən topladığı
sənət nümunələri, maddi-mədəniyyət
abidələrinin qorunub öyrənilməsi,
qədim əşyalar, silah və alət növləri ya-
zıçıya tarixi qəhrəmanların həyatını,
məişətini, mübarizəsini canlandırmaq-
da kömək etmişdir. Abbasqulu bəy
Şadlinskinin ev-muzeyinin açılmasın-
da, Şadlinski ilə bağlı sənədlərin top-
lanmasında yaxından iştirakına görə
(Şadlinskinin 100 illiyi günlərində)
Naxçıvan MSSR Mədəniyyət Nazirli-
yinin Fəxri Fərmanı ilə mükafatlandı-
rılmışdır.
1965-1967-ci illərdə isə Moskvada
Ümumittifaq Kinematoqrafiya İnstitu-
tunun Ssenari fakültəsinin ikiillik kur-
sunu bitirmişdir.
O, 1968-ci ildə Azərbaycan Yazıçı-
lar Birliyinin üzvü seçilmişdir.
Yazıçının ədəbi fəaliyyətində “Çal-
dıran döyüşü”, “Xudafərin körpüsü”
tarixi əsərləri, “Təbriz namusu”, “Qoca
qartalın ölümü”, “Sonuncu eksponat”,
“Ömrümüz-günümüz”, “Heykəl dilə
gəlir”, “Qarlı aşırım” əsərləri xüsusi
yer tutur.
Yazıçı Fərman Kərimzadə əsərləri
və “Qarlı aşırım” romanı əsasında re-
jissor Kamil Rüstəmbəyovun 1971-ci
ildə elə yazıçının öz ssenarisi əsasında
ekranlaşdırdığı “Axırıncı aşırım” filmi
oldu. Bu film Azərbaycan kinosunun
şah əsərlərindən biridir.
Ancaq illər keçsə də Vedini unuda
bilməyən yazıçı Ağrı dağının ağrıları-
nı ürəyində daşıyaraq, 1988-1989-cu
illərdə o qara günləri yenidən yaşadı.
Bu dəfə dərd batmanla gəldi. Vedidə
bir nəfər də azərbaycanlı qalmadı.
F.Kərimzadənin Vətənə olan sevgisi
bir özgə sevgi idi. Bəlkə də buna görə
o, xalqının başına gələn fəlakətlərin
kökünü keçmişdə axtarırdı. Baharda
dünyaya gələn sənətkar elə baharda
da 1989-cu il mayın 17-də dünyasını
dəyişdi.
Ə d ə b i y y a t
Kərimzadə, F. Seçilmiş
əsərləri: 5 cilddə [Mətn].-
Bakı: Ağrıdağ, 2002-2005.-
Xudafərin körpüsü [Mətn]:
roman C.I .- 390 s.; Çaldı-
ran döyüşü: roman C.II.-
2002.-326 s.; Təbriz namusu
[Mətn]: roman 2005.- C.IV
.- 320 s.
Paşayev, Q. Deyilən söz ya-
digardır... [Mətn]: [müəllifin
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri
N.Rəfibəyli, N.Arif və
F.Kərimzadə haqqında çı-
xışları] //Ədəbiyyat qəzeti.-
2009.- 24 yanvar.- S.4.
Vahid, T. “Qarlı aşırım”dan
“Axırıncı aşırım”a doğru
[Mətn]: [yazıçı Fərman
Kərimzadə haqqında] //
Mədəniyyət.- 2011.- 2 mart.-
S.13.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www. adam.az
3
Yazıçı
65
Milli ədəbiyyat
65
illiyi
VAQİF ARZUMANLI
1947
MART
Vaqif Minad oğlu Arzumanlı 1947-
ci il mart ayının 5-də Quba rayonunun
Söhüb kəndində anadan olmuşdur.
1953-cü ildə Xaçmaz rayonunda
orta məktəbdə ibtidai təhsilə başlamış,
1964-cü ildə 2 saylı Xudat şəhər onbi-
rillik məktəbini qızıl medalla bitirmiş-
dir.
1964-1969-cu illərdə Azərbaycan
Dövlət Universitetinin Filologiya
fakültəsində təhsil almışdır. 1969-cu
ildə Azərbaycan SSR Ali və Orta İx-
tisas Təhsili Nazirliyinin göndərişi ilə
vaxtilə oxuduğu Xudat şəhər 2 saylı
onbirillik məktəbdə dil-ədəbiyyat və
tarix müəllimi kimi pedaqoji fəaliyyətə
başlayır. Arzumanlı 1970-1972-ci
illərdə Azərbaycan EA Nizami adı-
na Ədəbiyyat İnstitutunun, SSRİ EA
M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun və Litva EA-nın Dil və
Ədəbiyyatı İnstitutunun, 1979-cu ildə
Azərbaycan Yazıçılar və 2000-ci ildən
isə Azərbaycan Jurnalistlər Birliyinin
üzvü seçilmişdir.
1984-cü
ildə
“Azərbaycan-
Pribaltika ədəbi əlaqələri” mövzusun-
da dissertasiya müdafiə edərək filolo-
giya elmləri doktoru alimlik dərəcəsi,
1991-ci ildə professor adı almışdır.
Vaqif müəllim 1992-ci ildə
Azərbaycan EA Milli Münasibətlər
İnstitutunun direktoru seçilmişdir.
2000-ci ildə Azərbaycan EA
Beynəlxalq Münasibətlər İnstitutu-
nun “Avropa ölkələri” şöbəsinin mü-
diri, Azərbaycan MEA Nizami adına
Ədəbiyyat İnstitutunun “Xarici ölkələr
ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinin
müdiri seçilmişdir. O həmçinin “Ədəbi
əlaqələr” toplusunun baş redaktoru,
“Prometey” elmi-ədəbi-bədii, ictimai-
siyasi, beynəlxalq jurnalın redaksiya
şurasının üzvü seçilmişdir.
“Qızıl Qələm” mükafatına layiq gö-
rülmüş professor 2007-ci ildə Dünya
Azərbaycanlıları Konqresi (DAK) Re-
gionlararası Koordinasiya Mərkəzinin
sədr müavini seçilmişdir.
Professor Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin (DAAM)
növbəti qurultay səlahiyyətli konf-
ransında yenidən DAAM-in vitse-
prezidenti seçilmişdir.
Vaqif Arzumanlının elmi fəaliy-
yətinin ən səmərəli bəhrəsi onun kitab,
elmi əsər və monoqrafiyalarıdır. Onun
Baltikyanı ölkələrlə Azərbaycanın
ədəbi əlaqələr sahəsində, millətlərarası
münasibətlər, Qarabağ məsələlərinin
həlli sahəsində gördüyü işlər təq-
dirəlayiqdir.
Vaqif Arzumanlı Litva və Belorus
Respublikaları Ali Sovetlərinin Fəxri
Fərmanları ilə təltif olunmuşdur. O,
Milli Qəhrəman Əlif Hacıyev adına və
görkəmli türkoloq Bəkir Çobanzadə
adına Beynəlxalq mükafatlara layiq
görülmüşdür.
Ə d ə b i y y a t
Çanaqqalada döyüşən
Azərbaycan türkləri [Mətn]
/V.Arzumanlı //Reytinq.-
2009.- 29 mart.- S.12.
Dünya Azərbaycanlılarının
birliyi müstəqil Azərbaycan
dövlətinin güclənməsi,
nüfuzunun artması deməkdir
[Mətn] /V.Arzumanlı //Azər-
baycan müəllimi.- 2007.- 29
dekabr.- S.10.
N.Nərimanov barədə yeni
faktlar [Mətn] /V.Arzumanlı
//Bakı xəbər.- 2010.- 12
aprel.- S.15.
Qafqaz İslam Ordusu və
Azərbaycanın erməni-
bolşevik işğalından
təmizlənməsi [Mətn]
/V.Arzumanlı // Xalq qəzeti.-
2008.- 16 sentyabr.- S.7.
Türk dünyası və “Böyük
Ermənistan” xülyası [Mətn]
/V.Arzumanlı, X.Baxşəliyeva;
elmi red. M.Qasımlı; ön söz
müəl. H.Çetin.- Bakı, 2008.-
238 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.elibrary.az
5
Ədəbiyyatşünas
66
Milli ədəbiyyat
90
illiyi
QEYBULLA RƏSULOV
1922-1988
MART
Qeybulla İbadulla oğlu Rəsulov
1922-ci il mart ayının 18-də Qax ra-
yonunun İlisu kəndində anadan ol-
muşdur. Yeddiillik məktəbi Qax-
da bitirdikdən sonra Şəki feldşerlik
məktəbində (1935-1939) oxumuşdur.
Qeybulla ordu sıralarına çağırılmış,
İkinci Dünya müharibəsi dövrü bir
müddət sovet ordusu tərkibində İran-
da olmuş (1942), sonra 402 və 416-
cı atıcı diviziyalarında hərbi feldşer
işləmişdir. O, Mozdok şəhərinin azad
edilməsi uğrunda döyüşlərdə yara-
lanmışdır. Ordudan tərxis olunandan
sonra Azərbaycan Dövlət Teatr İns-
titutunun (indiki Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti)
Teatrşünaslıq fakültəsində təhsil al-
mışdır.
Ədəbi fəaliyyətə “Qatar Bakıdan
gəlir” birpərdəli pyeslə başlamış, xalq
yaradıcılığı evi həmin pyesi ayrıca
kitabça halında çap etmişdir (1955).
Azərbaycan Dövlət Radio Verilişləri
Komitəsində müxbir, redaktor (1955-
1957), “Bakı” axşam qəzeti redak-
siyasında Ədəbiyyat və incəsənət
şöbəsinin müdiri (1958-1965), M.
Əzizbəyov adına Azərbaycan Dövlət
Akademik Dram Teatrında Ədəbi
hissə müdiri işləmişdir (1965-ci
ildən). Respublikada keçirilən ən yax-
şı pyeslər müsabiqəsində dəfələrlə
mükafata layiq görülmüşdür. “Əlvida,
Hindistan”, “Söz yarası”, “Nəsillər”,
“Od parçası”, “Gün aydın, əlahəzrət”,
“Günəşlə oyananlar”, “Şəhərli oğlan”,
“Molla Nəsirəddin zarafatı”, “Dzer-
jinski koloniyası” pyesləri respublika
dövlət dram teatrlarında səhnəyə qo-
yulmuşdur. Onun birpərdəli pyesləri,
habelə irihəcmli dramları özfəaliyyət
dərnəklərində və xalq teatrlarında
oynanmışdır. Eyni zamanda “Mosk-
va”, “Serebryannı bor”, “Üç gül”,
“Kranlar səslənir”, “Büllur vaz”, “Pır-
pız xanım”, “Bir “Volqa” məhəbbət”
adlı pyeslərinin televiziya tamaşaları
göstərilmiş, “Sınaq”, “Çağırış”, “Ana
və oğul”, “Mayakovskinin gözü ilə”
və s. pyesləri isə radioda səslənmişdir.
1-ci dərəcəli “Vətən müharibəsi”
ordeni və medallarla təltif edilmişdir.
Aktyor Eldəniz Rəsulov onun oğlu-
dur.
Yazıçı 1988-ci il sentyabr ayının
11-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: |