İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azeriart.net
13
Aktyor
81
Teatr.Kino.Estrada.Sirk
100
illiyi
ƏNVƏR BEHBUDOV
1912-1992
MART
Ənvər Məcid oğlu Behbudov 1912-
ci il mart ayının 20-də Şuşa şəhərində
anadan olmuşdur. Hələ uşaqkən anası-
nın yaratdığı dram dərnəyi onda kiçik
yaşlarından teatra maraq yaratmış-
dı. Teatra vurğunluğu onu Moskvaya
gətirmişdi. 17 yaşlı gənc çətinliklərə
baxmayaraq burada Dövlət Teatr Sənəti
İnstitutunun rejissorluq fakültəsinə
daxil olmuşdur. 1942-ci ildə Ümumit-
tifaq Dövlət Teatr Sənəti İnstitutunun
rejissorluq fakültəsini bitirmişdir.
O, 1944-1946-cı illərdə Ulyanovsk,
1946-1948-ci illərdə Xabarovsk,
1948-1954-cü illərdə Novosibirsk
teatrlarında rejissor və bədii rəһbər
olmuşdur. 1954-1959-cu illərdə Ka-
zanda, Kaçalov adına Böyük Dram
Teatrında və 1959-1964-cü illərdə
Rostovda M.Qorki adına Dram Teat-
rında baş rejissor işləmişdir. Bu illərdə
N.Poqodinin “Tüfəngli adam”, M.
Şoloxovun “Oyanmış torpaq”, N. Qo-
qolun “Ölü canlar”, E. Radzinskinin
“Məһəbbət һaqqında 104 səһifə” və
s. tamaşaların quruluşunu vermişdir.
Görkəmli rejissor 1965-ci ildə RSFSR
Xalq artisti fəxri adına layiq görül-
müşdür.
Ənvər Behbudov 1966-cı ildən
Azərbaycan Opera və Balet Teatrın-
da baş rejissor işləmiş, dahi bəstəkar
Üzeyir Hacıbəylinin “Koroğlu” opera-
sını tamaşaya qoymuşdur.
Ə.Behbudov
1969-cu
ildən
Azərbaycan Rus Dram Teatrının baş
rejissoru olmuşdur. O, burada M. Şat-
rovun “Altı iyul”, M. Dvoretskinin
“Kənar adam”, R. İbrahimbəyovun
“Öz yolunla”, N.Xəzrinin “Sən yan-
masan”, A. Vampilovun “Ötən yay
Çulimskdə”, A.Gelmanın “Bir iflasın
protokolu” və s. əsərləri tamaşaya
qoymuşdur.
Yaradıcılığına qiymət verilmədi-
yində rejissor Ənvər Behbudov ikinci
dəfə Rusiyaya gedir. Lakin çox keçmir
ki, o yenidən Bakıya, qardaşı Rəşid
Behbudovun yaratdığı mədəniyyət
ocağına - Mahnı Teatrına qayıdır. Bu
teatrda olduqca maraqlı tamaşalar ha-
zırlayan baş rejissor burada özünü çox
xoşbəxt sanır. Lakin bu çox uzun sür-
mür. Rəşid Behbudovun vəfatından
sonra Ənvər müəllim birdəfəlik Mosk-
vaya köçür.
Tanınmış rejissor 1965-ci ildə
Azərbaycanın Xalq artisti adına layiq
görülmüş, Qırmızı Əmək Bayrağı və
“Şərəf nişanı” ordenləri, һəmçinin, bir
sıra medallarla təltif edilmişdir.
Ə. Behbudov 1992-ci il martın 28-
də 80 yaşında Moskvada vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Ənvər Behbudov//Azər-
baycan Sovet Ensiklope-
diyası [Mətn]: 10 cilddə.-
Bakı.- 1978.- II cild.- S. 129.
Ənvər Behbudov [Mətn].-
Bakı: İşıq , 1974.- 8 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
20
Rejissor
82
Teatr. Kino.Estrada.Sirk
95
illiyi
YUSİF VƏLİYEV
1917-1980
MART
Yusif Abdulla oğlu Vəliyev 1917-ci il
mart ayının 22-də Dərbənddə doğulmuş-
dur. O, qeyri-adi səhnə danışığına malik,
dramatik-psixoloji rolların misilsiz ifaçı-
sı, zəngin yaradıcılığı ilə Gənc Tamaşaçı-
lar Teatrında aktyor məktəbi yaratmış bir
sənətkardır.
Y. Vəliyev 1933-1936-cı illərdə Bakı
Teatr Texnikumunda təhsil almışdır.
Tələbəlik illərində Milli Dram Teatrının
tamaşalarında kütləvi səhnələrə, sözsüz
rollara çıxmaqla, eyni zamanda Yəhudi
Dövlət Dram Teatrında işləyən aktyor
yəhudi dilində də bir neçə rol ifa etmiş-
dir.
Texnikumu bitirəndə yenicə açılan
Mirzə Ələkbər Sabir adına Nuxa (indi-
ki Şəki) Dövlət Dram Teatrına işləməyə
göndərilən aktyor teatr bağlananadək,
yəni 1949-cu ilədək orada işləyib, teat-
rın ən öncül sənətkarlarından biri olmuş-
dur. Aktyor Nəcəf bəy Vəzirovun “Hacı
Qəmbər” əsərində Əşrəf bəy, Mirzə Fətəli
Axundzadənin “Hacı Qara” əsərində Hacı
Qara, “Molla İbrahimxəlil kimyagər”də
İbrahimxəlil, Sabit Rəhmanın “Toy”
komediyasında Surxay, “Xoşbəxtlər”
komediyasında Sadıq, Cəfər Cabbarlı-
nın “Almaz” əsərində Şərif, “1905-ci
ildə” general-qubernator, “Aydın” da
Aydın, “Oqtay Eloğlu”da Oqtay, “Od
gəlini”ndə Elxan, “Sevil” də Balaş, “Sol-
ğun çiçəklər”də Bəhram, Səməd Vurğu-
nun “Vaqif” əsərində Vaqif, Mirzə İbra-
himovun “Həyat” əsərində Süleyman və
b. tamaşalarda xaraktercə fərqli rollar
yaratmışdır.
Yusif Vəliyev 1949-cu ilin yazında
Şəkidən Bakıya gələrək Rus Dram Te-
atrında aktyorluq edib. Yusif Vəliyevin
əsas yaradıcılığı 1949-cu ilin axırlarından
ömrünün sonunadək Gənc Tamaşaçılar
Teatrı ilə bağlı olmuşdur. Aktyor onlarca
bir-birindən fərqli, yaddaqalan rollar ya-
ratmışdır.
Y.Vəliyev Gənc Tamaşaçılar Teatrının
rus bölməsində hazırlanan Mixail Şatro-
vun “İnqilab naminə” pyesinin tamaşasın-
da Lenin rolunu ifa etmişdir. Onun ifası
sənətkarlıq baxımından rus həmkarlarının
oyunlarından daha canlı və real alınmış-
dır.
Aktyor “Azərbaycanfilm”in kinoların-
da epizodik rollar oynasa da, çox maraq-
lı, yaddaqalan xarakterlər yaratmışdır. O,
“Zirvə” (Bələdçi), “Sən nə üçün yaşayır-
san?” (Balıqçı), “Nəsimi” (Teymurləng),
“Qatır Məmməd” (Halvaçı), “Tütək səsi”
(Qurban), “Arxadan vurulan zərbə” (Qurd
Cəbrayıl), “Uşaqlığın son gecəsi” (İş ic-
raçısı), və s. kinofilmlərində çəkilib. “Nə
yaxşı ki, Səməd Vurğun var...” sənədli
filmində Qacar rolunda “Vaqif”dən bir
parça ifa etmişdir.
Uzunillik səhnə yaradıcılığında əldə
etdiyi sənət nailiyyətlərinə, gənclərə örnək
olan zəngin irs yaratdığına görə Yusif Ab-
dulla oğlu Vəliyev 24 may 1960-cı ildə
Azərbaycan Respublikasının Əməkdar
artisti, 9 fevral 1979-cu ildə Xalq artisti
fəxri adları ilə təltif olunmuşdur.
1980-ci il martın 18-də vəfat edən bö-
yük sənətkar Bakıdakı yeni “Qurd qapısı”
qəbiristanlığında dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Burcəliyeva, Ş. Onun
möcüzəli sənət dünyası
[Mətn] /Ş.Burcəliyeva //
Mədəniyyət.- 2011.-30
mart.- S.11.
İki böyük sənətkarın ad
günüdür [Mətn] // Mərkəz.-
2011.- 19 mart.- S.11.
Məhərrəmova, T. Lenin
rolunu o qədər məharətlə
ifa edib ki…. [Mətn]
/T.Məhərrəmova //Kaspi.-
2010.-18 mart.- S. 15.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Aktyor
83
Fəlsəfə.İqtisadiyyat.Hüquq
80
illiyi
ZÜMRÜD QULUZADƏ
1932
MART
Zümrüd Əliqulu qızı Quluzadə
1932-ci il mart ayının 17-də ziyalı
ailəsində anadan olmuşdur. 1949-cu
ildə orta məktəbi fərqlənmə ilə bitirmiş,
S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinin Tarix fakültəsinin
fəlsəfə şöbəsinə daxil olmuşdur. 1954-
cü ildə universiteti fərqlənmə ilə bitir-
mişdir.
Z.Quluzadə 1954-cü ildən 1957-ci
ilə kimi V.İ.Lenin adına Azərbaycan
Pedaqoji İnstitutunun Fəlsəfə kafed-
rasının aspirantı olmuşdur. 1957-ci
ildə aspiranturanı bitirdikdən sonra
Azərbaycan Milli Elmlər Akademiya-
sının Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunda işə düzəlmişdir. Hazırda
həmin İnstitutun Fəlsəfə və İctimai fi-
kir tarixi şöbəsinin müdiri vəzifəsində
çalışır.
1970-ci ildə Zümrüd xanım “An-
toqonist cəmiyyətdə üstqurumun
rolu” namizədlik dissertasiyasını
müdafiə etmişdir. Onun doktorluq
işi isə Azərbaycan məkanında ən bö-
yük fəlsəfi cərəyanlardan birinə –
“Hürufilik və onun Azərbaycandakı
nümayəndələri”nə həsr olunmuşdur.
Sonralar onun bu qəbildən olan
tədqiqatları sırasına “Насими -
философ и поет Востока” (1973),
“Мировоззрение Касими Анвара”
(1976), “Теоретические проблемы
истории культуры Востока и
низамиведение” (1987), “Из истории
азербайджанской
философии
VII-XVI вв.” (1992), “Проблемы
физуливедения” (2006) kimi əsərlər
daxil edildi.
Bundan başqa, Azərbaycan mə-
kanında Qərb-Şərq problemi fəlsəfi
aspektdə ilk dəfə Zümrüd Quluzadə
tərəfindən “Закономерности развития
восточной философии XIII-XVI вв.”
və “Проблема Запад-Восток” (1984)
monoqrafiyasında tədqiq olunmuşdur.
Zümrüd Quluzadə 1966-cı ildə
çap olunan “Очерки по истории
азербайджанской философии” kita-
bının redaksiya şurasının üzvü, 2002-
2007-ci illərdə çoxcildli “Azərbaycan
fəlsəfə tarixi” kitabının birinci və ikin-
ci cildinin məsul redaktoru olmuşdur.
Zümrüd
Quluzadənin
elmi
fəaliyyətində 1996-cı ildə onun
təşəbbüsü və baş redaktorluğu ilə nəşr
olunan “Şərq fəlsəfəsi problemləri”
adlı beynəlxalq elmi-nəzəri jurna-
lın xüsusi yeri var. Azərbaycan, rus,
ərəb, fars, türk, ingilis, alman və fran-
sız dillərində geniş xülasələrlə dərc
edilən jurnal Azərbaycan mədəniyyət
tarixində fəlsəfəyə dair ilk jurnaldır.
Jurnalın əhatə etdiyi problemlərə, adı-
na görə müasir dünya mədəniyyətində
analoqu yoxdur.
Zümrüd xanım 2001-ci ildə “Elmi
professional qadınların məşvərət
şurası”na üzv seçilmiş və “2000-ci ilin
qadını” fəxri diplomu ilə təltif edil-
mişdir.
Ə d ə b i y y a t
“Xristianlıq: Tarix və
fəlsəfə” adlı yeni kitab işıq
üzü gör¬dü [Mətn]: [Aydın
Əlizadənin eyni adlı kitabı
haqqında] /Z.Quluzadə //
Elm.- 2007.- 2 oktyabr.- S.2.
Azərbaycan dövlətçilik kon-
sepsiyası və Qafqaz Alba-
niyası tarixi “Kitabi-Dədə
Qorqud” eposu işığında
[Mətn] /Z.Quluzadə //Elm.-
2009.- 26 noyabr.- S.5.
Quluzadə, Z. Gender
Azərbaycanda [Mətn]
/Z.Quluzadə; BMT-nin
Əhali Fondu (UNFPA).-
Bakı, 2006.- 328 s.
Quluzadə, Z. Heydər Hü-
seynovun ömür konsepsiyası
[Mətn] /Z.Quluzadə //Elm.-
2009.- 15 iyul.- S.4-5.
Quluzadə, Z. Respublika-
da fəlsəfənin vəziyyəti və
inkişaf persrektivləri [Mətn]
/Z.Quluzadə //Elm.- 2007.-
29 dekabr.- S.14.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
17
Filosof
84
APREL
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Ümumdünya Gülüş Günü (01.04.1564)
•
Kəlbəcər rayonunun işğalı günü (02.04. 1993)
•
Ümumdünya Sağlamlıq Günü (07.04.1950)
•
Ümumdünya Aviasiya və Kosmonavtika Günü
•
(12.04.1962)
Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)
•
Ümumdünya Hemofiliya Günü (17.04.1964)
•
Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)
•
Ümumdünya Yer Günü (22.04.1970)
•
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü
•
(23.04.1996)
1834-cü ildə M.F.Axundzadə Tbilisiyə getmiş, Qafqaz canişininin
baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin
olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü
ildə ona hərbi rütbə - polkovnik rütbəsi verilmişdir.
1 aprel
Gün çıxır 07:50
Gün batır 20:06
30 aprel
Gün çıxır 07:56
Gün batır 20:36
21 mart- 20 aprel
Qoç bürcünün
Nişanəsi
oddur. Marsın
himayəsindədir.
Günəşin Qoç
bürcündən
keçdiyi dövrdə
doğulanlar
qüvvətli və çevik
olurlar.
200 il
1812-1878
M.F.Axundzadə
85
Milli ədəbiyyat
Əməkdar mədəniyyət işçisi, şair Cəfərov Ayaz Rza oğlunun (Ayaz Vəfalı)
(01.04.1937) аnаdаn оlmаsının 75 illiyi
Tənqidçi, ədəbiyyatşünas Əliyev Xeyrulla Salman oğlunun (02.04.1932)
аnаdаn оlmаsının 80 illiyi
Filologiya elmləri doktoru, professor Quliyeva Lalə Hüseyn qızının
(05.04.1942) оlmаsının 70 illiyi
Ədəbiyyatşünas, folklorşünas, dramaturq, filologiya elmləri doktoru,
professor Təhmasib Məmmədhüseyn Abbasqulu oğlunun (12.04.1907-
05.10.1982) аnаdаn оlmаsının 105 illiyi
Əməkdar jurnalist Mirzəyev Osman Mirzə Hüseyn oğlunun (13.04.1937-
20.11.1991) аnаdаn оlmаsının 75 illiyi
Nasir, tərcüməçi Qasımov Əli Camal oğlunun (Əli Səbri) (15.04.1892-
19.02.1983) аnаdаn оlmаsının 120 illiyi
Şair, publisist Əkbərov Əkbər Qurban oğlunun (Əkbər Məftun) (15.04.1912-
14.09.1990) аnаdаn оlmаsının 100 illiyi
Şərqşünas, filologiya elmləri doktoru Eyvazova Roza Hüseyn qızının
(16.04.1937) аnаdаn оlmаsının 75 illiyi
Хаlq şаiri, Əməkdar incəsənət xadimi Hüseynov Məmməd Rаhim Abbas
oğlunun (Məmməd Rahim) (20.04.1907-06.05.1977) аnаdаn оlmаsının 105
illiyi.
Xarici ədəbiyyat
İsland yazıçısı, Nobel mükafatı laureatı Qudyonsson Haldour Gilyanın
(Laksness) (23.04.1902-) аnаdаn оlmаsının 110 illiyi
Tarixdə bu gün
Ümumdünya Gülüş Günü (01.04.1564)
Kəlbəcər rayonunun işğalı günü (02.04. 1993)
Beynəlxalq Uşaq Kitabı Günü (02.04.1953)
Ümumdünya Sağlamlıq Günü (07.04.1950)
Ümumdünya Aviasiya və Kosmonavtika Günü (12.04.1962)
Аzərbаycаn Kitаbхаnа işçilərinin I Qurultаyının (12.04.1962) keçirilməsinin
45 illiyi
Beynəlxalq Mədəniyyət Günü (15.04.1935)
Ümumdünya Hemofiliya Günü (17.04.1964)
2012
APREL
86
Tarixi Abidələrin Mühafizəsi Günü (18.04.1983)
Ümumdünya Yer Günü (22.04.1970)
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü (23.04.1996)
Аzərbаycаn Yаzıçılаr İttifаqının yаrаdılmаsının (23.04.1932) 80 illiyi
Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub (25.04.1997)
Beynəlxalq Əqli Mülkiyyət Günü (26.04.2000)
Ümumdünya Əməyin Mühafizəsi Günü (28.04.1996)
Beynəlxalq Rəqs Günü (29.04.1982)
Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu”
operasının ilk tamaşasının keçirilməsinin (30.04.1937) 75 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Eyvazov Qorxmaz Abış oğlunun
(01.04.1967-10.02.1994) аnаdаn оlmаsının 45 illiyi
Azərbaycanın Əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı
Mustafayev Alı Mustafa oğlunun (14.04.1952-19.11.1991) аnаdаn оlmаsının
60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Teymurov Rizvan Rəhman oğlunun
(16.04.1967-09.12.1991) аnаdаn оlmаsının 45 illiyi
Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Rasim Səxavət oğlunun
(18.04.1962-26.06.1992) аnаdаn оlmаsının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Cəbrayılov Mikayıl Əhmədiyyə oğlunun
(27.04.1952-06.06.1992) аnаdаn оlmаsının 60 illiyi
Coğrafiya. Geologiya
Geoloq, geologiya-minerologiya elmləri doktoru, professor Əlixanov Ənvər
Nəzər oğlunun (17.04.1917) аnаdаn оlmаsının 95 illiyi
Riyaziyyat. Fizika.Astranomiya
Əməkdar elm xadimi, riyaziyyatçı Cavadov Maqsud Əlisimran oğlunun
(13.04.1902-25.05.1972) аnаdаn оlmаsının 110 illiyi
Kimya. Biologiya.Tibb
Kimyaçı Qarayev Siyavuş Fərhad oğlunun (30.04.1942) аnаdаn оlmаsının
70 illiyi
Musiqi. Opera. Balet
SSRİ Хаlq аrtisti, müğənni Məmmədоvа Şövkət Həsən qızının аnаdаn
оlmаsının (18.04.1897-08.06.1981) 115 illiyi
Хаlq аrtisti, bəstəkаr Bədəlbəyli Əfrаsiyаb Bədəlbəy oğlunun (19.04.1907-
06.01.1976) аnаdаn оlmаsının 105 illiyi
Əməkdar incəsənət xadimi, musiqişünas İsmayılov Məmmədsaleh Cəmil
oğlunun (22.04.1912-10.05.1994) аnаdаn оlmаsının 100 illiyi
Xalq artisti, tarzən Quliyev Ramiz Əyyub oğlunun (30.04.1947) аnаdаn
87
оlmаsının 65 illiyi
Teatr. Kino.Estrada.Sirk
Əməkdar artist, aktyor Dadaşov Məmmədağa Ağakərim oğlunun
(12.04.1912-03.12.1996) аnаdаn оlmаsının 100 illiyi
Xalq artisti, aktrisa Qədri Fatma Qədir qızının (14.04.1907-29.02.1968)
anadan olmasının 105 illiyi
Хаlq аrtisti, aktyor Оsmаnlı İsmаyıl Osman oğlunun (24.04.1902-
22.06.1978) аnаdаn оlmаsının 110 illiyi
Хаlq аrtisti, аktrisа Sаdıqоvа Məhluqə Ələsgər qızının (28.04.1917-
15.08.2003) аnаdаn оlmаsının 95 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
Хаlq rəssаmı, SSRİ Dövlət Mükаfаtı lаurеаtı Ахundоv İsmаyıl Hüseyn
oğlunun (15.04.1907-13.09.1969) аnаdаn оlmаsının 105 illiyi
İtаlyаn bоyаkаrı Lеаnаrdо dа Vinçinin (15.04.1452) аnаdаn оlmаsının 560
illiyi
Mədəniyyət. Maarif. Təhsil
Publisist, maarifçi Nemanzadə Ömər Faiqin (24.04.1872-1941) аnаdаn
оlmаsının 140 illiyi
RSFSR, Azərbaycan, Dağıstan MSSR Əməkdar elm xadimi Əmirxanov
Həbibulla İbrahim oğlunun (28.04.1907-1986) аnаdаn оlmаsının 105 illiyi
88
Milli ədəbiyyat
75
illiyi
AYAZ VƏFALI
1937
APREL
Ayaz Rza oğlu Cəfərov (Ayaz Vəfalı)
1937-ci il aprel ayının 1-də Azərbaycanın
Astraxan-bazar (indiki Cəlilabad) rayo-
nunun Sabirabad kəndində anadan olmuş-
dur. O, burada orta məktəbi bitirdikdən
sonra 1954-1959-cu illərdə ADU-nun Fi-
lologiya fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1960-cı ildə
“Ədəbiyyat və incəsənət” qəzeti redaksi-
yasında başlamışdır. Sonra texniki katib,
ədəbi işçi, Tənqid və ədəbiyyatşünaslıq
şöbəsinin müdiri, baş redaktorun müa-
vini olmuşdur. 1996-cı ildən “Ədəbiyyat
qəzeti”nin baş redaktorudur. 1967-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ayaz Vəfalı “Füzuli və folklor” möv-
zusunda elmi araşdırmalar aparmışdır.
Azərbaycan EA Nizami adına Ədəbiyyat
İnstitutunun qiyabi aspiranturasını bitir-
mişdir. 1972-ci ildə “Füzuli və folklor”
mövzusunda namizədlik dissertasiyasını
müdafiə etmişdir.
Bədii yaradıcılığa “Lenin tərbiyəsi
uğrunda” çoxtirajlı universitet qəzetində
çıxan ilk şeirləri ilə başlamışdır. O,
mütəmadi olaraq dövri mətbuatda şeirləri,
tərcümələri və ədəbi-tənqidi məqalələri
ilə çıxış edir.
Ayaz Vəfalı müxtəlif illərdə “İllər və
nəsillər”, “Ürək və od”, “Turacın mahnı-
sı”, “Özü oda yana-yana” şeirlər kitabı-
nın, “Füzuli öyrədir”, “Sənətkar və xalq”,
“Füzuli xəlqiliyi” kimi elmi kitabların
müəllifidir. O, həmçinin Nəvainin “Leyli
və Məcnun” poemasını, T.Şevçenkonun
“Kor qadın” poemasını, dünya xalqlarının
atalar sözü və məsəllərindən ibarət “Ata-
lar sözü – ağıl gözü” kitabını Azərbaycan
dilinə tərcümə etmişdir.
Ayaz Vəfalı yeni çapdan çıxmış
“Yarım əsrlik yol” kitabında 1960-cı
ildən “Ədəbiyyat və incəsənət” qəzeti
səhifələrində çap olunmuş əsərləri top-
lanmışdır.
A.Vəfalı 1984-cü ildə “Azərbaycanın
Əməkdar mədəniyyət işçisi” fəxri adına
layiq görülmüşdür.
Ayaz müəllim 1994-cü ildə bir qrup
görkəmli Azərbaycan ziyalılarının dəs-
təyi ilə yaradılmış “Məhəmməd Fü-
zuli” Beynəlxalq Ədəbi Əlaqələr Fon-
dunun sədridir. O, həmçinin 1991-ci
ildən Azərbaycan Yazıçılar Birliyi İdarə
Heyətinin və 1997-ci ildən isə Yazıçılar
Birliyi Məclisinin üzvü seçilmişdir.
Ə d ə b i y y a t
Bir əsrin dörddə üçü
[Mətn] /Ayaz Vəfalı //
Ədəbiyyat qəzeti.- 2009.- 9
yanvar.
Füzuli xəlqiliyi [Mətn] /
Ayaz Vəfalı.- Bakı: Gənclik,
1994.
İntiqam almaq gərək
[Mətn] /Ayaz Vəfalı //
Ədəbiyyat qəzeti.- 2010.- 2
sentyabr.
Özü oda yana-yana [Mətn]
/Ayaz Vəfalı.- Bakı: Yazıçı,
1988.- 160 s.
Yarım əsrlik yol [Mətn] /
Ayaz Vəfalı.- Bakı: Kitab
evi, 2010.- 554 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
1
Publisist
89
Milli ədəbiyyat
75
illiyi
OSMAN MİRZƏYEV
1937-1991
APREL
Osman Mirzəhüseyn oğlu Mirzəyev
1937-ci il aprel ayının 13-də Bakının
Keşlə qəsəbəsində anadan olmuşdur. Orta
təhsilini 190 saylı məktəbdə alan Osman
Mirzəyev, 1956-cı ildə S.M.Kirov adına
Azərbaycan Dövlət Universitetinin Filo-
logoya fakültəsinin Jurnalistika şöbəsinə
daxil olmuşdur.
Universiteti bitirdikdən sonra o,
“Молодежь Азербайджана” qəzetində
7 il müddətində əmək fəaliyyətini davam
etdirir. Bu müddətdə sıravi tərcüməçi
kimi işə başlayan Osman Mirzəyev sonra-
lar bu qəzetin məsul katibi vəzifəsinədək
yüksəlmişdir.
1968-1990-cı illərdə “Вышка” qəze-
tində çalışan Osman Mirzəyev qəzetin ən
mühüm şöbələrindən olan Partiya həyatı
və təbliğat şöbəsinin müdiri vəzifəsindən
məsul katib vəzifəsinədək böyük yaradı-
cılıq yolu keçmişdir. Daha sonra, 1978-
ci ildə isə o, redaktor müavini vəzifəsinə
təyin olunur.
O.Mirzəyevin peşəkar jurnalist ba-
carığı təkcə mətbuatda deyil, həm də
televiziyada özünü büruzə verirdi. O,
Azərbaycan televiziya məkanında ilk
bədii-publisistik, ictimai-siyasi “Dalğa”
verilişinin yaradıcılarından idi.
O.Mirzəyev Azərbaycanın ictimai-
siyasi həyatında jurnalist, pedaqoq və
publisist kimi fəal iştirak etməklə yanaşı,
həm də 1991-ci ilin parlament seçkilərində
iştirak etmişdi.
1990-cı ilin sentyabrında Osman
Mirzəyev Azərbaycan Respublikası Pre-
zident Aparatının şöbə müdiri vəzifəsinə
təyin olunur.
Osman Mirzəyev Azərbaycan xalqının
tarixinə görkəmli jurnalist, publisist və
yazıçı kimi daxil olmuşdur.
Yazıçı Mirzəyevin yazdığı kitablar da
böyük uğur qazanmışdır. “Qartal uçuş-
da”, “Damla və göl”, “Bir dəfə yaşayırıq”
oçerklər topluları, həmçinin “Adlarımız”
kitabı onun qələminin məhsulu olaraq, bu
gün də oxucuların stolüstü kitablarıdır.
Xüsusilə “Adlarımız” kitabı müəllifin ən
sevimli əsəri olmaqla, xalq arasında öz
populyarlığını hələ də itirməmişdir.
O.Mirzəyevin “Вышка” qəzetində
dərc olunan “Мир твоему дому, брат-
карабахец” və “Мадонна из Садарака”
məqalələri cəmiyyətdə böyük əks-səda
doğurdu və ölkə rəhbərliyinin təşvişinə
səbəb oldu. Bu məqalələrdə müəllif
Dağlıq Qarabağı Azərbaycandan ayı-
rıb, Ermənistana birləşdirməkdə vasitəçi
olan Moskvanın siyasətini kəskin tənqid
atəşinə tutmuşdur.
Osman
Mirzəyev
Azərbaycan
Jurnalistlər İttifaqının “Qızıl Qələm” mü-
kafatı ilə təltif edilmiş, 1988-ci ildə isə
mətbuat sahəsində göstərdiyi xidmətlərə
görə Azərbaycan SSR-in “Əməkdar jur-
nalisti” fəxri adına layiq görülmüşdür.
Əməkdar jurnalist Osman Mirzəyev
1991-ci ildə Xocavənd rayonu yaxın-
lığında, bir sıra digər dövlət xadimləri
ilə birgə içində olduğu “Mİ-8” vertol-
yotunun ermənilər tərəfindən vurulması
nəticəsində şəhid olmuşdur.
Dostları ilə paylaş: |