19
Bəstəkar
104
Musiqi.Opera.Balet
65
illiyi
RAMİZ QULİYEV
1947
APREL
Ramiz Əyyub oğlu Quliyev 1947-ci il
aprel ayının 30-da Ağdam şəhərində ana-
dan olub. O, 1954-cü ildə Ağdam şəhər
7 illik musiqi məktəbinə, 1960-cı ildə
Ü.Hacıbəyov adına Ağdam orta ixtisas
musiqi məktəbinə daxil olub.
O, 1964-1969-cu illərdə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservato-
riyasının Tar və dirijorluq fakültəsində
təhsil almışdır. 1964-1994-cü illərdə
M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının və Dövlət Konsert Bir-
liyinin solisti olub.
1974-1992-ci illər ərzində Ü.Hacıbə-
yov adına Azərbaycan Dövlət Konserva-
toriyasının Xalq çalğı alətləri kafedrasın-
da tar ixtisası üzrə müəllim, baş müəllim,
dosent, professor kimi pedaqoji fəaliyyət
göstərmiş, 1992-2002-ci ildən həmin ka-
fedraya rəhbərlik edir.
R.Quliyev bir sıra dərsliklərin, proq-
ramların, elmi məqalələrin və metodiki
tövsiyələrin müəllifidir.
R.Quliyev 1974-cü ildə musiqiçilərin
Zaqafqaziya festivalında birinci mükafata,
Moskvada keçirilən estrada artistlərinin
V Ümumittifaq müsabiqəsində isə laureat
adına layiq görülüb. Türkiyə, Əfqanıstan,
Suriya, Hollandiya, İsveçrə, ADR, Pa-
kistan, Əlcəzair, Tunis, AFR, Hindistan,
ABŞ, Kanada, Danimarka, İran, İraq,
Fransa, İngiltərə, İsrail, Norveç və s.
ölkələrdə konsertlər verib. 1988-ci ildə
YUNESKO xətti ilə ABŞ-da keçirilən
Beynəlxalq folklor festivalında xüsu-
si diploma layiq görülüb. 1989-cu ildə
“Böyük İpək Yolu” festivalı çərçivəsində
Yaponiyanın 30-dan artıq şəhərlərində
konsertlər verib. 1978-ci ildə Respubli-
ka Lenin komsomolu mükafatı laureatı,
1982-ci ildə Əməkdar artist, 1988-ci ildə
Xalq artisti fəxri adlarına layiq görül-
müşdür. 1994-cü ildə Türkiyənin İzmir
şəhərinin Ege Universitetində, 1997-ci
ildə İsrailin Yerusəlim şəhərində, 1999-cu
ildə İsveçrədə keçirilən Beynəlxalq “Lüt-
sern musiqi festivalı”nda Bern şəhərinin
“La strimpellata” orkestri ilə uğurlu çıxış-
lar etmişdir.
2002-ci ilin avqust ayında Norveçin
Stavanger şəhərində Beynəlxalq musiqi
festivalında iştirak etmiş və konsertlər
vermişdir.
2002-ci ildə Tehran Dövlət Mədəniyyət
və İncəsənət Universitetində “ustad
dərsləri” verib. 1993-cü ildə “Humay”
milli mükafatına, 2001-ci ildə Simurq
Milli mükafat fondunun təsis etdiyi “XXI
əsrin ilk laureatları” ali dərəcəli mükafatı
- “İlin fədakar sənətçisi” fəxri adına layiq
görülmüşdür.
“İncəsənət xadimləri üçün Azərbaycan
Respublikası Prezidentinin mükafatının
təsis edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 8 may 2002-ci
il tarixli Fərmanına uyğun olaraq, uğurlu
səhnə fəaliyyətinə görə Ramiz Quliyev
26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə
Azərbaycan Respublikası Prezidentinin
mükafatı ilə təltif olunmuşdur.
2007-ci ilin may ayında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə Ramiz Quliyev musiqi sənətinin in-
kişafındakı xidmətlərinə görə ölkənin ən
yüksək mükafatı “Şöhrət” ordeni ilə təltif
olunmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan bəstəkarlarının
əsərləri [Mətn] /R.Quliyev.-
Bakı, 2009.
Cəvahir. Ata-oğul 45-ci
“Martişor” Beynəlxalq
Musiqi Festivalında [Mətn]
/Cəvahir //Mərkəz.- 2011.-
10 mart.-S.10.
İmamnəzərli, H. Oxu
tar!: Ramiz Quliyevin
ifasında tarı dinlərkən
düşündüklərim [Mətn]
/H.İmamnəzərli //Yaddaş.-
2007.- 17 may.- S.13.
Ramiz Quliyev “Qızıl Tar”
mükafatına layiq görülüb
[Mətn] //525-ci qəzet.-
2010.- 10 mart.-S.7.
İ n t e r n e t d ə
www. adam.az
www. az.wikipedia.org
www. google.az
30
Tarzən
105
Mədəniyyət.Elm.Maarif
140
illiyi
ÖMƏR FAİQ NEMANZADƏ
1872-1937
APREL
Ömər Faiq Nemanzadə 1872-ci il
aprel ayının 24-də Gürcüstanın keçmiş
Axalcux qəzasının Azquz kəndində
Neman adlı ortabab bir kəndli
ailəsində anadan olmuşdur. O, bir neçə
il molla məktəbinə getsə də, sonradan
rus məktəbinə daxil olmuşdur. Lakin
dindar olan anasının təkidi ilə 1882-
ci ildə İstanbula “Fateh” mədrəsəsinə
göndərilir. Faiq təxminən 10 il bura-
da təhsil alır. 1871-ci ildə Ömər Faiq
məktəb şəhadətnaməsini alıb Qalata
poçtxanasında işə başlayır. Daha sonra
1894-cü ilin payızında Azərbaycanın
qədim şəhəri olan Şəkidə müəllimlik
edir. 1903-cü ilə qədər Şəki, Şamaxı,
Gəncə, Axalsux, Tiflis şəhərlərində
müəllimlik etmiş, xalqın hər bir ehti-
yacına bələd olmuş, xalqa qaynayıb-
qarışmışdır.
Şanlı mübarizə tariximizdə xal-
qımızın ictimai və milli şüurunun
oyanması və formalaşmasında Ömər
Faiqin xüsusi yeri və mövqeyi var-
dır. XX əsrin ilk illərindən başlayaraq
Azərbaycan xalqının milli və mədəni
dirçəlişi, azadlığı və xoşbətliyi uğrunda
cəsarətlə və ehtirasla mübarizə aparan-
lardan biri olmuşdur. O, vətəni və xalqı
üçün döyünən hərarətli bir qəlb sahibi
idi. Yalnız onu qeyd etmək kifayətdir
ki, Ömər Faiq “Mollanəsrəddinçilər”
adı ilə məşhur olan fikir cərəyanının
iki ideya rəhbərindən biri idi.
Ömər Faiqin “Molla Nəsrəddin”
jurnalının yaranmasında böyük rolu
olmuşdur. Bir publisist kimi yaradıcılı-
ğı ərzində 40-dan çox imza işlətmişdir
ki, bunların da əksəriyyəti “Molla
Nəsrəddin” jurnalında dərc olunmuşdur.
Ömər Faiq Cəlil Məmmədquluzadə ilə
birləşərək xalqın gələcək inkişafı üçün
vacib olan “Molla Nəsrəddin” jurnalı-
nı bina etmiş, həm özünün həyatında,
həm də Azərbaycan tarixində “Mol-
la Nəsrəddin” dünyası yaratmışdır.
Jurnalın ilk nömrəsini Mirzə Cəlil və
onun əməl dostu Ömər Faiq tək nəşr
etdirmişdir.
Ömər Faiq elə bir cəmiyyət arzu-
layırdı ki, orada hamı xoş güzaran
keçirsin, hamı azad nəfəs ala bilsin.
Belə bir cəmiyyətin yaradılması ug-
runda mübarizə onun bütün publisistik
fəaliyyətinin əsasını təşkil edirdi.
Sırf bədii poetik yazılarına gəldikdə
isə demək lazımdır ki, bu sahədə onun
yazıları çoxdur. Təkcə “Şərqi-Rus”
qəzetində onun imzalı-imzasız bir
neçə əsər və şeirləri dərc olunmuşdur.
Faiqin ən məşhur bədii əsəri “Həsən
əminin şikayəti” hekayəsidir.
Ömər Faiqin əsərləri bu gün də xal-
qımız tərəfindən sevilə-sevilə oxun-
maqdadır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Ömər Faiq Nemanzadə.-
Bakı: Yazıçı, 1992.- 531 s.
Əsərləri [Mətn]: [məqalələr,
felyetonlar, xatirələr] /
Ömər Faiq Nemanzadə; red.
K.Məmmədov.- Bakı: Yazıçı,
1983.- 150 s.
Kəbutər. Məktəb əyan
oldumu... [Mətn]: Ömər
Faiq Nemanzadə haqqında /
Kəbutər //Yeni Azərbaycan.-
2002.-1 fevral.- S.3.
Vahabzadə, B. Ömər Faiq
Nemanzadə haqqında
[Mətn] //Vahabzadə, B.
Dərin qatlara işıq.-Bakı,
1986.- S.46-50.
24
Publisist
106
MA
Y
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
®
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü
•
(03.05.1993)
İnsan Alverinə Qarşı Mübarizə Günü (06.
•
05.2009)
Şuşa rayonunun işğalının 20-ci ildönümü
•
(08.05.1992)
Faşizm üzərində Qələbə Günü (09.05.1945)
•
Ümummilli lider Heydər Əliyevin Doğum Günü
•
(10.05.1923-12.12.2003)
Bеynəlxalq Ailə Günü (15.05.1994)
•
M.F.Axundzadə adına bağ (bağça)
Şəhərin mərkəzində (Səbail rayonu, Mixail Lermantov küç.) kiçik
bağda heykəli qoyulmuşdur. 1928-ci ildə Azərbaycan zəhmətkeşləri
M.F.Axundzadənin ölümünün əlli illiyini geniş qeyd etdilər. Həmin
ildə heykəlin bünövrəsinin əsası qoyuldu, onun rəsmi açılışı isə 2 may
1930-cu ildə baş verdi. Heykəltəraş P.Sabsaydır. Bağ bir neçə dəfə
rekonstruksiya olunmuşdur – son işlər 2008-ci ildə aparılmışdır.
1 may
Gün çıxır 06:43
Gün batır 20:36
31 may
Gün çıxır 05:13
Gün batır 21:04
21 aprel-
21 may
Buğa bürcünün
Nişanı Yerdir.
Veneranın
himayəsindədir.
Günəşin Buğa
bürcündən
keçdiyi dövrdə
doğulanlar
təbiətcə
emosional
olurlar.
200 il
1812-1878
M.F.Axundzadə
107
Milli ədəbiyyat
Tənqidçi, ədəbiyyatşünas Mirzəyev Knyaz İbrahim oğlunun (01.05.1947)
аnаdаn оlmаsının 65 illiyi
Yаzıçı, mааrifçi və tеаtr хаdimi Adıgözəlov Əsgər аğа Haqverdi ağa
oğlunun (Gоrаni) (03.05.1857-1910) аnаdаn оlmаsının 155 illiyi
Əməkdar jurnalist, ədəbiyyatşünas Novruzov Şövqi Heydər oğlunun
(03.05.1937-14.01.2000) аnаdаn оlmаsının 75 illiyi
Nasir, tərcüməçi Bağırov Cəfər Səfər oğlunun (Cəfər Bağır) (05.05.1912-
17.04.1983) аnаdаn оlmаsının 100 illiyi
Şair, professor Axundzadə Cavad Məhəmmədəli oğlunun (Əhməd Cavad)
(05.05.1892-12.10.1937) аnаdаn оlmаsının 120 illiyi
Şаir, satirik, ictimai xadim, mütəfəkkir Tahirzadə Mirzə Ələkbər
Zeynalabdin oğlunun (Sabir) (30.05.1862-12.07.1911) аnаdаn оlmаsının
150 illiyi
Əməkdar jurnalist, nasir Tarverdiyev Fuad Cəfər oğlunun (31.05.1932)
аnаdаn оlmаsının 80 illiyi
Xarici ədəbiyyat
Gürcü yazıçısı Seretelli Georgi Yefimoviçin (26.05.1842-24.01.1900)
аnаdаn оlmаsının 170 illiyi
Maarifçi-alimi, ictimai xadim Mirzə Məhəmmədəli xan Sadıq oğlu
Tərbiyətin (26.05.1877-17.01.1940) anadan olmasının 135 illiyi
Tarixdə bu gün
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü (03.05.1993)
İnsan Alverinə Qarşı Mübarizə Günü (06. 05.2009)
Şuşa rayonunun işğalının 20-ci ildönümü (08.05.1992)
Faşizm üzərində Qələbə Günü (09.05.1945)
Bеynəlxalq Ailə Günü (15.05.1994)
Ümumdünya İnformasiya Cəmiyyəti Günü (17.05.2006)
Bеynəlxalq Muzеylər Günü (18.05.1977)
Laçın rayonunun işğalının 20-ci ildönümü (18.05.1992)
“Bəhlul” satirik jurnalının (19.05.1907) nəşrinin 105 illiyi
Ümumdünya Metrologiya Günü (30 .05. 1875)
Ümumdünya “Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik” Günü
(21.05.2001)
2012
MAY
108
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü
(23.05.2007)
Аzərbаycаn Dövlət Himninin qəbul оlunmasının (27.05.1992) 20 illiyi
Rеspublika Günü (28.05.1918)
Ümumdünya Tütünlə Mübarizə Günü (31.05.1987)
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Şükürov Şahlar Əvəz oğlunun (17.05.1952-
11.06.1990) аnаdаn оlmаsının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Mərifət Əhməd oğlunun
(22.05.1972-28.01.1992) аnаdаn оlmаsının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Aytəkin İsrayıl oğlunun
(29.05.1967-04.1991) аnаdаn оlmаsının 45 illiyi
Siyasət. Hərbi iş
İctimai xadim Əlizadə Məsud Ağamehdi oğlunun (20.05.1932-27.07.1968)
аnаdаn оlmаsının 80 illiyi
Neft
Neft-qaz sənayesi sahəsində tanınmış alim, professor Orucov Sabit Atabala
oğlunun (31.05.1912-1981) anadan olmasının 100 illiyi
Kimya.Biologiya.Tibb
Əməkdar həkim, Sosialist əməyi qəhrəmanı Qazıyeva Zəhra Kərim qızının
(02.05.1912-1989) аnаdаn оlmаsının 100 illiyi
Əməkdar həkim, tibb elmləri doktoru, professor Fərəcova Kübra Yəhya
qızının (16.05.1907-1988) аnаdаn оlmаsının 105 illiyi
Biologiya elmləri doktoru, professor Əbdürrəhmanov Yusif Ələkbər oğlunun
(18.05.1912-30.11.1977) аnаdаn оlmаsının 100 illiyi
Əməkdar elm xadimi, uroloq, tibb elmləri doktoru, akademik Cavadzadə
Mirməmməd Cavad oğlunun (18.05.1927-07.08.2008) аnаdаn оlmаsının 85
illiyi
Əməkdar elm xadimi, kimyaçı Zeynalov Bahadır Qasım oğlunun
(20.05.1917-) аnаdаn оlmаsının 95 illiyi
Əməkdar elm xadimi, akademik, Dövlət Mükafatı laureatı, kimyaçı Quliyev
Əli Musa oğlunun (31.05.1912) аnаdаn оlmаsının 100 illiyi
109
Teatr. Kino.Estrada.Sirk
Хаlq аrtisti, aktyor Abbasov Ələddin Aslan oğlunun (05.05.1922) аnаdаn
оlmаsının 90 illiyi
Musiqi.Opera. Balet
Xalq artisti, tarzən Quliyev Əliağa Eyvaz oğlunun (09.05.1917-11.01.1998)
аnаdаn оlmаsının 95 illiyi
Xalq artisti, bəstəkar Rüstəmov Səid Əli oğlunun (12.05.1907-10.06.1983)
аnаdаn оlmаsının 105 illiyi
Xalq artisti, tarzən Bağırov Adil Kamil oğlunun (13.05.1937) аnаdаn
оlmаsının 75 illiyi
SSRİ Хаlq аrtisti, bəstəkаr Hаcıyеv Rаuf Soltan oğlunun (15.05.1922-
19.09.1995) аnаdаn оlmаsının 90 illiyi
Xalq artisti, müğənni Rzayeva Həqiqət Əli qızının (20.05.1907-02.08.1969)
аnаdаn оlmаsının 105 illiyi
Хаlq аrtisti, bəstəkаr Əlizаdə Аqşin Əliqulu oğlunun (22.05.1937) аnаdаn
оlmаsının 75 illiyi;
Əməkdar mədəniyyət işçisi, xormeystr Məmmədova Səidə Müslüm qızının
(25.05.1942) аnаdаn оlmаsının 70 illiyi
Xalq artisti, kamança ifaçısı Əliyev Habil Mustafa oğlunun (28.05.1927)
аnаdаn оlmаsının 85 illiyi
Əməkdar incəsənət xadimi, bəstəkar Əlizadə Firəngiz Əliağa qızının (28.05.
1947) аnаdаn оlmаsının 65 illiyi
Хаlq аrtisti Qədimоvа Sаrа Bəbiş qızının (31.05.1922-12.05.2005) аnаdаn
оlmаsının 90 illiyi
110
Milli ədəbiyyat
155
illiyi
ƏSGƏR AĞA GORANİ
1857-1910
MA
Y
Əsgər ağa Haqvеrdi bəy oğlu (Əsgər
ağa Gorani) 1857-ci il may ayının 3-də
Gəncənin
(Yelizavetpol
qəzasının)
Goran-Boyəhmədli kəndində anadan
olub. Bakı şəhər gimnaziyasını qızıl
mеdalla bitirdikdən sonra, o, Moskvada
Pеtrovski-Razumovski adına Əkinçilik
Akadеmiyasına daxil olur. Tələbəlik
illərində inqilabi hərəkatda iştirak etmiş,
gizli “İmdadiyyə” Cəmiyyətinin üzvü ol-
muşdur.
1878-ci ildə Akadеmiyanı bitirəndən
sonra vətənə dönən Ə.Gorani Qubеrniya
katibi, kollеc asеssoru, mülki müşavir
işləmiş, sonralar isə Yеlizavеtpol (Gəncə)
qubеrniyası qəza hakiminin köməkçisi,
Tiflis dairə məhkəməsinin prokuror
nəzarət orqanlarında prokuror yoldaşı, bеş
il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi,
Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk
məktəbinin fəxri nəzarətçisi vəzifələrində
işləyib.
Əsgər ağa Gorani Azərbaycan mədə-
niyyətində, teatr sahəsində öz yеri olan
görkəmli simalardan biridir. Milli teatrı-
mızın şərəfli tarixi ilk dəfə 1873-cü il mar-
tın 10-da Həsən bəy Zərdabinin rəhbərliyi
ilə Bakıda realnı məktəbinin yuxarı sinif
şagirdlərinin hazırladığı “Lənkəran xanı-
nın vəziri” (Teymur ağa), bir ay sonra isə
“Hacı Qara” (Hacı Qara) əsəri ilə başlan-
mışdır.
Ə.Gorani gimnaziyanı qızıl medalla bi-
tirib təhsilini davam etdirmək üçün Nəcəf
bəy Vəzirovla birlikdə Moskvaya gedib,
orada Əkinçilik Akademiyasına getmişlər.
Orada da cəhalətdən, avamlıqdan yaxa
qurtarmaq, millətinin savadlanması üçün
yollar axtarırdı.
Ə.Gorani “Əkinçi”nin ən fəal, dövrə,
zəmanəyə, hadisələrə dəqiq, doğru
münasibətini bildirən müxbirlərindən
olub. Qəzetin 17 nömrəsində müxtəlif
imzalarla 39 məqaləsi dərc olunub.
O, həmçinin maraqlı dram əsərlərinin
müəllifidir. “Qocalıqda yorğalıq” pyesi
müxtəlif teatrların repertuarından uzun
illər düşməmişdi. Həmin əsər əsasında
unudulmaz televiziya rejissoru Rauf Ka-
zımovski tamaşa lentə almışdı.
Goraninin M.Lermontovun, A.S.Puşki-
nin dilimizə çevirdiyi şeirləri indi də oxu-
cuların xoşladığı əsərlər sırasındadır.
Yazıçı Ağa Məhəmməd şah Qacarın
Zaqafqaziyaya hücumundan bəhs edən
“Qara yel” tarixi romanının, “Hənək,
hənək, axırı dəyənək” pyesinin, qadın hü-
quqsuzluğu əleyhinə yazılmış “Qocalıqda
yorğalıq” vodevilinin müəllifidir. Onun
“Qara yel” romanı dünya xalqlarının 20-
dən artıq dilinə tərcümə olunub.
Əsgər ağa Gorani xeyriyyəçilik
fəaliyyəti ilə də məşğul olmuşdur. Ti-
kintisi XIII-XIV əsrlərə aid edilən Ni-
zami məqbərəsi (türbəsi) vaxtilə Mirzə
Adıgözəl bəy Qarabaği və Əsgər ağa Go-
rani tərəfindən təmir etdirilmişdir. Bundan
başqa o, Gəncədə öz hеsabına qız məktəbi
açdırmışdır.
Azərbaycanın görkəmli yazıçısı,
maarifçi-publisist Əsgər ağa Gorani öm-
rünün sonuna qədər Gəncədə ata-baba
mülkündə yaşamışdır. 9 mart 1910-cu ildə
qısa sürən xəstəlikdən sonra vəfat etmiş,
Səbzekar qəbiristanlığında dəfn olunmuş-
dur.
Ə d ə b i y y a t
“Əkinçi”lər [Mətn]:
[görkəmli dramaturq Nəcəf
bəy Vəzirov, şair Seyid
Əzim Şirvani və tərcüməçi,
jurnalist Əsgər ağa Gorani
haqqında] // Şərq.- 2011.-
20,22 yanvar.- S. 11.
İ n t e r n e t d ə
www.az.wikipedia.org.
3
Publisist
111
Milli ədəbiyyat
120
illiyi
ƏHMƏD CAVAD
1892-1937
MA
Y
Cavad Məhəmmədəli oğlu Axundzadə
(Əhməd Cavad) 1892-ci il may ayının
5-də Gəncə qəzasının Şəmkir dairəsinin
Seyfəli kəndində anadan olmuşdur. O,
1906-1912-ci illərdə Gəncə ruhani semi-
nariyasında təhsil almışdır.
Ədəbi fəaliyyətə şeirlə başlamış və
1913-cü ildən çap edilmişdir. Yaradıcılı-
ğa lirik şeirlə başlayan şairin 1916-cı ildə
“Qoşma” adlı ilk kitabı çapdan çıxmış-
dır. 1919-cu ildə isə “Dalğa” adlı kitabı
nəşr olunmuşdur. Onun məşhur “İstiqlal
uğrunda” şeirlər kitabı isə 1928-ci ildə İs-
tanbulda buraxılmışdır.
Əsrin əvvəllərində Türkiyənin düş-
düyü ağır vəziyyət bir türk övladı kimi
Əhməd Cavadı ciddi narahat etmişdir.
O, Abdulla Şaiqlə birlikdə könüllü əsgər
kimi İstanbulda qurulan “Qafqaz kö-
nüllü hissəsi” sıralarına qatılır. Trakya
cəbhəsində Türkiyənin müstəqilliyi uğ-
runda türk qardaşları ilə çiyin-çiyinə vu-
ruşmuşdur.
1914-cü ildə Osmanlı dövlətinin mü-
haribədə iştirak etməsindən həyəcanlanan
Əhməd Cavad “Qara dəniz” şeirini yaz-
mışdı .
Birinci Dünya müharibəsi za-
manı, 1915-ci ildə Türkiyədə rus və
erməni istilasına, özbaşnalığına qarşı
çıxaraq “Azərbaycan xeyriyyə cəmiy-
yəti” vasitəsilə vaxtaşırı türk xalqı-
na kömək göstərmişdir. Azərbaycan
Cümhuriyyətinin qurulmasını sevinclə
qarşılayan Ə.Cavad gecə-gündüz çalış-
mış, əməli işi, bədii yaradıcılığı ilə xal-
qının xoşbəxtliyi, azadlığı üçün əlindən
gələni əsirgəməmişdir. Bakının erməni
daşnaqlarından azad olunmasında iştirak
edən Türk ordusu ilə birlikdə döyüşlərdə
iştirak etmişdir.
1919-cu ildə böyük bəstəkar Üze-
yir Hacıbəylinin, sözləri Əhməd Ca-
vad tərəfindən bəstələnən Azərbaycanın
Dövlət himninin mətni Əhməd Cavadın-
dır.
O, 1922-1927-ci illərdə Azərbaycan
Ali Pedaqoji İnstitutunun Tarix və filolo-
giya fakültəsində təhsil almışdır.
Əhməd Cavad 1934-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Əhməd
Cavadın
tərcüməçilik
fəaliyyəti də çox geniş olmuşdur. O,
A.Puşkin, M.Qorki və bir sıra başqa dün-
ya yazarlarının əsərlərini Azərbaycan
dilinə tərcümə etmişdir. “Şeirlər” (1958),
“Sən ağlama, mən ağlaram” (1991) ki-
tablarının, Fransua Rablenin “Qarqantua
və Pantaqruel” (1961), Vilyam Şekspirin
“Otello”, “Romeo və Cülyetta” (1962),
Şota Rustavelinin “Pələng dərisi geymiş
pəhləvan” (1978) tərcümə kitablarının
müəllifi də məhz o olmuşdur.
Azərbaycanı müstəqil, doğma xalqı-
nı xoşbəxt görmək istəyən Əhməd Ca-
vad, haqsız olaraq həbs edilmiş, dəhşətli
işgəncələrə məruz qalmış, 1937-ci il rep-
ressiyalarının qurbanı olmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Əhməd Cavad. - Bakı :
Şərq-Qərb, 2005. - 295 s.
Ələkbərli, N. Üç budaq:
Əhməd Cavad, Mikayıl
Müşfiq, Almazs İldı-
rım [Mətn]: oçerklər
/N.Ələkbərli.- Bakı :
Şirvannəşr, 2007.- 224 s.
Mustafayeva, G. Qırx beş il-
lik acı ömrün 23 ayı [Mətn]
/G.Mustafayeva //Ədəbiyyat
qəzeti.- 2007.-11 may.- S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
5
Şair
112
Milli ədəbiyyat
150
illiyi
MİRZƏ ƏLƏKBƏR SABİR
1862-1911
MA
Y
Mirzə Ələkbər Zeynalabdin oğlu
Tahirzadə 1862-ci il may ayının 30-da
qədim Şamaxı şəhərində anadan olmuş-
dur. Balaca Ələkbərin 1874-cü ildə on iki
yaşında ikən mollaxanadan çıxıb, məşhur
şair və pedaqoq S.Ə.Şirvaninin dərs de-
diyi məktəbdə təhsilini davam etdirməsi
onun həyatında və yaradıcılıq taleyində
əlamətdar hadisə olmuşdur.
Yaradıcılığının ilk dövründə Sabir
bəzi yumoristik və satirik parçalar istisna
edilərsə, əsasən, mədhiyyə, növhə, mərsiyə
yazmışdır. Bir müddət Aşqabad, Buxa-
ra, Səmərqənd, Mərv, Səbzəvar, Xorasan
şəhərlərində yaşayıb, özbək və türkmən
ziyalıları ilə yaxından tanış olması, həyat
müşahidələrini, bilik və məlumatlarını
zənginləşdirməsi, XIX əsrin axırı və XX
əsrin əvvəllərində C.Məmmədquluzadə,
F.Köçərli, A.Səhhət, S.M.Qənizadə və
başqaları ilə dostluğu, qabaqcıl ictimai
ideyaların təsiri onun yaradıcılıq inkişafı-
na ciddi təkan vermişdir. Maarifpərvərlik
ruhunda yazılmış ilk şeiri 1903-cü ildə
“Şərqi-rus” qəzetində çap olunmuşdur.
1905-ci
ildə
yazdığı
məşhur
“Beynəlmiləl” şeiri xalqlar dostluğuna həsr
edilmişdir. O zamandan Sabir “Həyat”, “İr-
şad”, “Zənbur”, “Dəbistan”, “Həqiqət” və
s. mətbuat orqanlarında şeir və məqalələr
çap etdirmişdir. “Molla Nəsrəddin” jur-
nalında iştirakı (1906-11) Sabir yaradıcı-
lığının ən yetkin və məhsuldar dövrüdür.
Cəlil Məmmədquluzadə ilə yaradıcılıq
və məslək dostluğu Sabir üçün çox fay-
dalı olmuşdur. Onlar “Niyə mən dərsdən
qaçdım”, “Axundla keşişin vədi” və s.
felyetonları birgə yazmışdılar. “Molla
Nəsrəddin” jurnalında şairin “Hophop”,
“Ağlar güləyən”, “Əbunəsr Şeybani”,
“Boynuburuq”, “Sudayi” və s. gizli imza-
larla satirik şeirləri çap olunmuşdur. Sabir
Azərbaycan ədəbiyyatı, ictimai və bədii
fikrin ən böyük simalarındandır. “Bakı
fəhlələrinə”, “Təraneyi-asilanə”, “Fəhlə
özünü ...” kimi şeirlərində Sabir poeziya-
ya fəhlə surətləri gətirmiş, onların böyük
tarixi mübarizəsinə dərin rəğbətini bildir-
mişdir.
Onun şeirləri kitab şəklində yal-
nız onun vəfatından sonra, başda Ab-
bas Səhhət olmaqla qələm yoldaşları
– C.Məmmədquluzadə, Ə.Haqverdiyev,
F.Köçərli və başqa müasirlərinin köməyi
ilə işıq üzü görmüşdür. Sabirin əsərləri
1912-ci ilin axırlarında “Hophopnamə”
adı altında çapdan çıxmışdır. Kita-
ba ad seçərkən A.Səhhət şairin “Molla
Nəsrəddin”də işlətdiyi ilk gizli (Hop-
hop) imzasını əsas götürmüşdür. Bu
“Hophopnamə”nin ilk nəşri idi.
M.Ə.Sabir 1911-ci ildə qaraciyər
xəstəliyindən vəfat etmiş, Şamaxıdakı
“Şahi-Xəndan” xiyabanında dəfn olun-
muşdur.
Şairin adı Azərbaycan xalqı tərəfindən
əbədiləşdirilmişdir. Sabir yaradıcılığı-
na həsr olunmuş bir sıra bədii əsərlərdə
onun obrazı yaradılmışdır. H.Nəzərlinin
“Sabir” pyesi, Mir Cəlalın “Yolumuz ha-
radır?” romanı buna gözəl bir nümunədir.
Sabirabad şəhərinə, respublikada bir sıra
maarif və mədəniyyət ocağına onun adı
verilmişdir.
1958-ci ildə Bakının mərkəzi
küçələrindən
birində
heykəltəraş
M.Qaryağdının yaratdığı M.Ə.Sabirin
heykəli əvvəllər burada qoyulmuş abidəni
əvəz etmişdir.
Dostları ilə paylaş: |