Ə d ə b i y y a t
Hophopnamə [Mətn] : 2
cilddə / M.Ə.Sabir; tərt.,
izahların və lüğətin müəl.:
filol. e.d., prof. Məmməd
Məmmədov.- Bakı : Şərq-
Qərb, 2004.
Cəfər, Ə. Mirzə Ələkbər
Sabir şeirinin qafiyə lüğəti
[Mətn] / Ə.Cəfər.- Bakı :
Qanun, 2005.-130 s.
Избранные произведения
[Текст] /М.А.Сабир. - Л.:
Сов.писатель, 1983.- 303
с.
Керимова, Е. Внутренний
мир М.А.Сабира [Текст]:/
Е.. Керимова, филос.
очерк. - Баку, 1999.- 47 с.
Мирахмедов, А. Плачуший
смех [Текст]: жизнь и
творчество М.А.Сабира
/пер. В.Богуславского.-
Москва: Художественная
литература, 1989.- 317 с.
30
Şair
113
Xarici ədəbiyyat
135
illiyi
170
illiyi
MƏHƏMMƏDƏLİ XAN
SADİQ OĞLU TƏRBİYƏT
1877-1940
MA
Y
Mirzə Məhəmmədəli xan Sadiq oğlu
Tərbiyət 1877-ci il may ayının 26-da
Təbrizdə anadan olmuşdur. O, Təbrizdə
yeni tipli “Tərbiyət” mədrəsəsi və eyni
adlı kitabxana açmış, “Gəncine yi fünun”
jurnalını nəşr etdirmiş, “İttihad” qəzetinin
redaktoru olmuşdur.
M.Tərbiyət Yaxın Şərq və Avropa
ölkələrinə səfər etmiş, bir müddət Bakı-
da iranlıların “İttihad” məktəbində müdir
işləmişdir.
O, İran inqilabının fəal iştirakçısı
olmuş, onun məğlubiyyətindən sonra
Berlində və İstanbulda mühacirətdə yaşa-
mışdır.
M.Tərbiyət 1921-ci ildə vətənə qa-
yıtmış, Cənubi Azərbaycan Maarif
İdarəsinin rəisi, Təbrizin bələdiyyə rəisi
olmuş, bir neçə dəfə İran Milli Məclisinə
deputat seçilmişdir.
“İran və fars mətbuatı dəftərindən
səhifələr” əsərində XX əsrə qədərki
Cənubi Azərbaycan mətbuat və mətbəə
tarixi işıqlandırılır.
Onun qədim dövrlərdən XX əsrin 30-
cu illərinədək yazıb-yaratmış Azərbaycan
şair, yazıçı, rəssam, nəqqaş, xəttat, musi-
qiçi, alim, jurnalist, və digər mədəniyyət
xadimləri haqqında geniş məlumat veril-
miş “Danişmandani Azərbaycan” əsəri
Azərbaycan ədəbiyyatı və mədəniyyəti
tarixinə dair mühüm mənbədir.
M.Tərbiyətin Cənubi Azərbaycanın
coğrafiyasına dair əsərləri də var. O, ərəb,
fars, fransız və ingilis dillərini mükəmməl
bilirdi. Firdovsinin 1000 illik yubileyində
Bakıda olmuşdur.
Alim, maarifçi demokrat, ictimai xa-
dim Mirzə Məhəmmədəli xan Sadıq oğlu
Tərbiyət 1940-cı il yanvarın 17-də vəfat
etmişdir.
Ə d ə b i y y a t
Mirzə Məhəmmədəli xan
Sadıq oğlu Tərbiyət [Mətn]
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı ,
1986.- IX cild.- S.254-255.
26
SERETELLİ GEORGİ
YEFİMOVİÇ
1842-1900
Seretelli Georgi Yefimoviç 1842-ci
il may ayının 26-da Gürcüstan SSR-nin
Saçxere rayonunun Qorisa kəndində ana-
dan olub. 1860-cı ildə Peterburq Univer-
sitetinin Fizika-riyaziyyat fakültəsinə da-
xil olmuşdur. Universitet illərində tələbə
iğtişaşlarında iştirakına görə həbs oluna-
raq, bir neçə ay Kronştadt qalasında sax-
lanılmışdır.
O, 1863-cü ildə vətənə qayıtmış
və 1860-70-ci illər gürcü inqilabi-
demokratik hərəkatının “Meore-dasi”nin
fəal xadimlərindən olmuşdur. 1893-cü
ildən nəşr etdirdiyi “Kvali” qəzeti 1897-
ci ildən “Mesame-dasi”nin orqanı idi.
Yazıçı “Qulkan”, “İlk addım” ro-
manlarında, povest və hekayələrində
gürcü həyatının sosial ziddiyyətlərini,
təhkimçiliyin iflasını realistcəsinə təsvir
etmiş, əməkçi xalqa dərin rəğbətini
göstərmişdir.
Gürcü yazıçısı, publisist, tənqidçi, ic-
timai xadim 1900-cü il yanvar ayının 24-
də vəfat etmişdir.
Ə d ə b i y y a t
Əsərləri [Mətn]: Asmat /
Seretelli Georgi Yefimoviç;
tərc. ed. Ə.Aslanov.- Bakı:
Azərnəşr,1951.- 100 s.
Hekayələr [Mətn] /Se-
retelli Georgi Yefimoviç;
tərc. ed. R.Şıxəmirov; red.
R.Salamova.- Bakı: Gənclik,
1976.- 94 s.
Publisist
Gürcü yazıçısı
114
Tarixdə bu gün
ŞUŞASIZ 20 il
1992
MA
Y
Ərazisi – 0.29 min kv.km
Əhalisinin sayı – 29,0 min nəfər
İnzibati mərkəzi – Şuşa
İşğal tarixi – 8 may 1992
1992-ci il may ayının 8-nə keçən
gecə erməni birləşmələri Şuşa şəhərinin
işğalı ilə başa çatan əməliyyat keçir-
di. Erməni hərbi birləşmələri keçmiş
sovet ordusunun 366-cı alayının 40
zirehli texnikasının bilavasitə iştirakı
və köməyi ilə səhər saat 6-dək şəhəri
kütləvi şəkildə artilleriya atəşinə tut-
du. Uzun sürən artilleriya atəşindən
sonra düşmənin minə yaxın əsgəri üç
tərəfdən şəhərə hücuma keçdi və Şuşa
işğal edildi.
Qeyd etmək lazımdır ki, Şuşaya
hücumdan bir neçə saat öncə Tehran-
da İran Prezidentinin vasitəçiliyilə
Ermənistan və Azərbaycan dövlət
başçıları Qarabağ münaqişəsinin dinc
yolla həllinə dair saziş imzalamışdı.
Azərbaycanın dilbər guşəsi, musi-
qi, mədəniyyət ocağı olan Şuşa şəhəri
dünyanın bəzi aparıcı dövlətlərinin
məzlum xalq kimi tanıdıqları, əslində
nəinki xalqımıza, bütün insanlığa qar-
şı terror siyasəti həyata keçirən məkrli
ermənilər tərəfindən işğal olunub. 289
kvadrat kilometr ərazisi olan Şuşa
şəhərində həmin dövrdə 24.900 əhali
yaşayıb. İşğalı zamanı 200-ə yaxın
insan qətlə yetirilib, 600 nəfər yara-
lanıb, 150 nəfər əlil olmuş, 552 körpə
yetim qalmış, 20 mindən artıq əhali isə
məcburi köçkün vəziyyətinə düşmüş-
dür.
İşğal nəticəsində Şuşadakı bir sıra
tarixi-mədəniyyət abidələri düşmən
tərəfindən talan edildi. Beş minə ya-
xın eksponatı olan Şuşa Tarix muze-
yi, Dövlət Xalça muzeyinin filialı və
Xalq Tətbiqi Sənəti muzeyi, Qarabağ
Dövlət Tarix muzeyi, həmçinin Laçın
rayonundakı Ağoğlan məbədi, dünya
əhəmiyyətli arxeoloji abidə sayılan pa-
leolit dövrünə aid Azıx mağarası, Xo-
calıdakı Əsgəran qalası, Kəlbəcər tarix
muzeyinin və digər mədəniyyət ocaq-
larının, rəsm qalereyalarının bənzərsiz
ekspozisiyaları dağıdılıb və talan olu-
nub, müqəddəs məbəd və məscidlər
təhqir edilib, kitabxanalar yandırılıb,
misilsiz əlyazma nümunələri məhv
edilib.
Bu siyahıya Xan mağarası, Qa-
xal mağarası, Şuşa qalası da olmaq-
la bütövlükdə 279 dini, tarixi və
mədəni abidə daxildir. Ermənilər
Azərbaycana məxsus olan bir çox
abidənin məhv edilməsinə və ya onla-
rın erməniləşdirilməsinə nail olublar.
Onlar Şuşada 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil məktəbini,
mədəni-maarif, kənd təsərrüfatı tex-
nikumlarını, 8 mədəniyyət evini, 14
klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3
muzeyi, Şərq musiqi alətləri fabrikini
dağıdıblar.
Artıq Şuşanın işğalından 20 il ötür.
Yəqin ki, bu illərin üstünə illər əlavə
olunmayacaq. Allah bütün şəhidlərə
rəhmət eləsin!
Ə d ə b i y y a t
Haşimi, Abdulla Əmir. Bir
neçə söz [Mətn] /Abdulla
Əmir Haşimi .- Germany;
Stockholm :[s.n.], 2009.
-134 s
Nərimanoğlu, M. Şuşa
qalalar şəhəri, muzeylər
məskəni idi: Şuşanın
işğalından 18 il keçir
[Mətn] /M.Nərimanoğlu
//Azərbaycan.-2010. -7
may.-S. 11.
Şirinova, A. Şuşasız 19
il... : Şuşada 480 nəfər
soydaşımız qətlə yetirilib,
600 nəfər yaralanıb, 22 min
nəfər didərgin düşüb [Mətn]
/A.Şirinova //Xalq cəbhəsi
.-2011.- 7 may .- S. 10.
Uğur. Düşmən tapdağı
altında qalan Şuşa: Bura
Azərbaycan türklərinin
sevimli şəhəri, yurd yeri
olub, yenə də olacaq... //
Xalq cəbhəsi.- 2011.-6 may.-
№80.- S. 14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.voanews.com
8
115
Tarixdə bu gün
LAÇININ İŞĞALINDAN 20 İL ÖTÜR
1992
MA
Y
Ərazisi – 1,84 min kv.km
Əhalisinin sayı – 73,1 min nəfər
İnzibati mərkəzi – LAÇIN
İşğal tarixi – 18.05.1992
Bu gün Azərbaycanın strateji cəhətdən
mühüm əhəmiyyət kəsb edən Laçın rayo-
nunun işğalından 20 il keçir.
1992-ci il may ayının 18-də erməni iş-
ğalçıları rayonun yüzlərlə mədəni-məişət
obyektini, onlarla qəsəbə, kənd və tari-
xi abidələrini dağıdaraq talan edib. İş-
ğal nəticəsində 63 min 341 Azərbaycan
vətəndaşı öz yurdundan didərgin düşüb.
1835 kvadrat kilometr ərazisi olan ra-
yonun 121 kəndi var. İşğal zamanı 300-
dən artıq hərbi və mülki şəxs həlak olub
və itkin düşüb. İşğal altında 8950 bina, o
cümlədən 7 sənaye və tikinti müəssisəsi,
471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə
tarix-mədəniyyət abidəsi qalıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri
Ermənistan tərəfindən işğal olunduqdan
sonra erməni silahlı qüvvələri intensiv
şəkildə ağır artilleriyadan rayon mərkəzini
atəşə tutub.
Şuşa şəhərinin Turşsu deyilən
ərazisindən və Ermənistan istiqamətindən
hücuma keçən düşmən mayın 18-də La-
çını işğal edib. Əhəmiyyətli geostrate-
ji mövqeyə malik olan Laçının işğalı
Azərbaycan iqtisadiyyatına ciddi ziyan
vurub.
Təbii sərvətlərlə zəngin olan Laçın ra-
yonunda Turşsu, Qaladərəsi, Ağanus, Xır-
manlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağ-
dalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli
bulaqlar mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazir-
liyinin rayonun işğalı ilə bağlı yaydığı
məlumatda bildirilib ki, Laçın rayonu
ərazisində ümumi ehtiyatları 1124 ton
olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarı-
bulaq), ehtiyatları 4457 min ton olan və
əhəng istehsalına yararlı Laçın əhəngdaşı,
ehtiyatları 2533 min kubmetr olan və is-
tismara cəlb edilən üzlük daşı istehsalına
yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı,
mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğ-
lan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan
külü və digər təbii sərvətləri var.
Laçın rayonundakı Qaragöl Dövlət
Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlı-
ğı da hal-hazırda işğal altındadır. Ümumi
sahəsi 240 hektar olan qoruqda 68 növdən
və 27 ailədən ibarət bitki örtüyü var. 1961-
ci ilin noyabr ayında heyvan və quşları
qoruyub saxlamaq və artırmaq məqsədi
ilə yaradılan Dövlət Təbiət Yasaqlığının
ərazisində cüyür, qaya keçisi, çöl donuzu,
ayı, turac, kəklik, qaratoyuq kimi nadir
fauna növləri məskunlaşıb. 1989-cu ildə
yasaqlıqda aparılan yoxlama zamanı dağ-
keçisi (bezoar keçisi) 96, qaban 360, cü-
yür 320, ayı 110 baş, eləcə də çoxlu sayda
canavar, porsuq, dələ, qırqovul, kəklik
qeydə alınıb.
İşğalçı dövlət beynəlxalq hüquq nor-
malarına, zəbt olunan Azərbaycan tor-
paqlarından Ermənistan qoşunlarının
qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin
qətnamələrinə məhəl qoymayaraq hazırda
Laçında qanunsuz məskunlaşma aparır.
Bu gün onların hər biri Qarabağın iş-
ğal altından qurtulacağı günü gözləyir.
Onların hər biri illər əvvəl uzaq düşmüş
istəklərinin, arzularının cücərəcəyi anla
yaşayırlar.
Qarabağa böyük qayıdışın olacağına
hamımız inanırıq.
Ə d ə b i y y a t
Ağamirzə, T. Ermənilər
həmişə Laçına yiyələnmək
arzusunda olmuşlar //Vətən
səsi.- 2011.-13 may.-S.3
Cəbrayılov, R. Laçınlılar
tezliklə yurda dönəcəklərinə
inanırlar //Xalq qəzeti.-
2011.-18 may.-
№106.- S. 9.
Alıoğlu, S. Laçın
Azərbaycanın əzəli və əbədi
torpağıdır // Respublika. -
2011.-18 may.- №103. - S.7.
İ n t e r n e t d ə
www.fenomen.az
www.pearl.az
www.milli.az
www.avciya.az
18
116
Tarixdə bu gün
ÜMUMDÜNYA DİALOQ VƏ İNKİŞAF
NAMİNƏ MƏDƏNİ MÜXTƏLİFLİK GÜNÜ
MA
Y
Birləşmiş Millətlər Təşkilatının təşəb-
büsü ilə may ayının 21-i Ümumdün-
ya Dialoq və İnkişaf naminə Mədəni
Müxtəliflik Günü kimi qeyd olunur.
Qeyd edək ki, 2001-ci ilin noyabırn-
da YUNESKO-nun Mədəniyyətlərin
Müxtəlifliyinə dair ümumi Bəyannaməsi
qəbul edildikdən sonra Baş Assambleya
bu sənədi və onun həyata keçirilməsi üçün
Fəaliyyət Planının əsas istiqamətlərini
alqışlayıb və 21 may tarixini Ümum-
dünya Dialoq və İnkişaf naminə Mədəni
Müxtəliflik Günü elan edib. Bir sözlə,
bu gün mədəni müxtəlifliyin dəyərləri
haqqında anlayışımızı artırmağa və daha
səmərəli şəkildə yanaşı yaşamağı öyrən-
məyə imkan yaradır.
Hazırda mədəniyyətlərarası və sülh
naminə dialoqa hazır olan, ərazisində yaşa-
yan milli azlıqların hüquqlarına hörmətlə
yanaşan Azərbaycanda da Mədəni
Müxtəliflik Günü yüksək səviyyədə
qeyd olunur, BMT-nin Azərbaycandakı
nümayəndəliyinin təşəbbüsü ilə bu mü-
nasibətlə müxtəlif mədəniyyət tədbirləri
keçirilir. Təsadüfi deyil ki, BMT-nin İc-
timai İnformasiya Departamentinin Azər-
baycandakı nümayəndəsi Envera Seli-
moviç deyir “Nəzərə alsaq ki, incəsənətə
mədəniyyətlərarası dialoq üçün qlobal
dil kimi baxıla bilər, müxtəlif ölkələrdən
olan rəssamlar öz əsərləri ilə bizə bir daha
xatırladır ki, bəşəriyyətin fundamental
sərvəti onun müxtəlifliyidir. Qeyd etmək
lazımdır ki, müxtəlif mədəniyyətlərin
birləşdiyi və eyni zamanda öz tolerantlı-
ğı ilə məşhur olan bir məkan baxımından
Azərbaycandan daha qənaətbəxş yer yox-
dur”.
Hazırda Azərbaycanda rus, ukraynalı,
kürd, lak, ləzgi, tat, tatar, gürcü, ingiloy,
talış, avar, məshəti türkləri, yəhudi, al-
man, yunan və başqa xalqların 20-dən çox
müxtəlif mədəni cəmiyyətləri fəaliyyət
göstərir. Üç dini cəmiyyətin – islam,
xristian və iudaizmin nümayəndələri bü-
tün dövlət tədbirlərində iştirak edirlər.
Mədəni müxtəlifliyin dəstəklənməsi və
qorunması Azərbaycan Respublikasının
dövlət siyasətində də öz əksini tapıb.
Azərbaycan tolerant bir dövlətdir,
ölkədə bütün xalqların və dinlərin nüma-
yəndələri eyni hüquqa malikdirlər: “Bu
müddəalar Azərbaycan Konstitusiyasın-
da da təsbit olunub. Hər bir Azərbaycan
vətəndaşı mədəniyyətin müxtəlif sahə-
lərindən bərabər səviyyədə istifadə edə
bilər və bu da “Mədəniyyət haqqında”
qanunda öz əksini tapıb.
Azərbaycanın effektli dövlət siyasəti
ona gətirib çıxarır ki, ölkə yavaş-yavaş
beynəlxalq aləmdə mədəni müxtəlifliyin
ixracçısına çevrilir. Bundan əlavə,
Azərbaycan Avropa Şurası, İslam Konf-
ransı Təşkilatı və İSESKO-ya üzv olan
yeganə dövlətdir. Bundan çıxış edən
Mədəniyyət və Turizm Nazirliyi bu ya-
xınlarda böyük mədəniyyətləri və si-
vilizasiyaları
yaxınlaşdırmaq
üçün
“Mədəniyyətlərarası dialoqa dair Bakı
Prosesi”nin təşəbbüsçüsü oldu.
Azərbaycan Respublikası mədəni
müxtəlifliyə və mədəniyyətlərarası dia-
loq məsələsinə böyük diqqət ayırır, xalq-
lar arasında sülhün və qarşılıqlı anlayı-
şın əldə olunmasında bütün beynəlxalq
təşəbbüsləri dəstəkləyir.
Ə d ə b i y y a t
Mehparə. Bəşəriyyətin
fundamental sərvəti onun
müxtəlifliyidir [Mətn] /
Mehparə //Mədəniyyət.-
2009.- 22 may.- S. 9.
İ n t e r n e t d ə
www.anl.az
www.azerworld.info
www.icmal.az
www.medeniyyet.az
www.timeturk.com
21
117
Tarixdə bu gün
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT HİMNİ
1992
MA
Y
Azərbaycan Respublikasının Dövlət
himni Azərbaycan dövlətinin, onun
müstəqilliyinin və milli birliyinin müqəd-
dəs rəmzidir.
28 may 1918-ci il tarixdə Azərbaycan
istiqlaliyyəti elan olunduqdan sonra
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət
bayrağı və gerbi ilə bərabər Dövlət him-
ninin də yaradılması və qəbul edilməsi
məsələsi qarşıya çıxmışdı.
1920-ci il yanvarın 30-da Azərbaycan
Xalq Cümhuriyyətinin Nazirlər Şura-
sı Cümhuriyyətin milli himninin hazır-
lanması haqqında qərar qəbul etdi və bu
məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən
müsabiqə elan edildi.
Bununla əlaqədar bəstəkar Üzeyir
Hacıbəyli və şair Əhməd Cavad “Azər-
baycan marşı” adlı əsər yazırlar və müsa-
biqəyə təqdim edirlər. Lakin 1920-ci il ap-
relin 28-də Xalq Cümhuriyyətinin süqutu
Azərbaycanın milli himnini qəbul etməyə
imkan vermədi.
1991-ci ildə ölkəmiz yenidən müstə-
qillik əldə etdikdən sonra Azərbaycan
Respublikasının Dövlət himninin qəbulu
məsələsi öndəmə çıxır. 1992-ci il mayın
27-də Milli Məclis “Azərbaycan Res-
publikasının Dövlət himni haqqında”
Azərbaycan Respublikası Prezidenti-
nin Qanunu qəbul edir. Qanuna əsasən,
1919-cu ildə musiqisi böyük bəstəkar
Üzeyir Hacıbəyli və sözləri Əhməd Ca-
vada məxsus olan “Azərbaycan marşı”
Azərbaycan Respublikasının Dövlət him-
ni kimi təsdiq edildi.
1993-cü il Azərbaycan Respublikası
Milli Məclisinin 2 mart tarixli qərarı ilə
Azərbaycan Respublikası Dövlət him-
ni haqqında əsasnamə təsdiq edilmiş-
dir. Azərbaycan Respublikasının Dövlət
himninə dərin ehtiram bəsləmək hər bir
vətəndaşın borcudur.
Əsasnaməyə əsasən Azərbaycan Res-
publikasının Dövlət himni aşağıdakı hal-
larda ifa olunur:
a) dövlət bayramlarına həsr olunmuş
təntənəli yığıncaqların və iclasların açılışı
və bağlanışı zamanı;
b) Hər gün Azərbaycan Respublika-
sı Mlli Televiziya və Radio verilişlərinin
əvvəlində və axırında;
c) Azərbaycan xalqının və dövlətinin
həyatında çox mühüm tarixi hadisələr
münasibətilə, Azərbaycanın görkəmli
siyasi, dövlət, hərbi xadimlərinin, mil-
li qəhrəmanlarının, elm, ədəbiyyat və
incəsənət xadimlərinin şərəfinə abidələrin
və lövhələrin açılışı zamanı;
ç) Dövlət və ictimai orqanlar, müəs-
sisələr, idarələr və təşkilatlar tərəfindən
keçirilən mərasimlər və digər təntənəli
tədbirlər zamanı Azərbaycan Respublika-
sının Dövlət bayrağı qaldırılarkən;
d) Azərbaycan Respublikasına rəsmi
görüşə gələn xarici ölkələrin dövlət və
hökumət başçıları qarşılanarkən və yola
salınarkən – müvafiq ölkənin Dövlət him-
ni ifa olunduqdan sonra.
Azərbaycan Respublikasının Dövlət
himni “Azərbaycan Respublikasının Döv-
lət himni haqqında” Azərbaycan Respub-
likasının 1992-ci il 27 may tarixli Qanunu
ilə təsdiq edilmiş mətnə və musiqi redak-
siyasına tam müvafiq surətdə ifa olunma-
lıdır. Azərbaycan Respublikasının Dövlət
himni ayaq üstə dinləməli və ya oxuma-
lıdırlar.
Ə d ə b i y y a t
Dövlət himni [Mətn] //
Azərbaycan Milli Ensiklo-
pediyası: 25 cilddə.- Bakı,
2007.- Azərbaycan cildi.-
S.6.
Məmmədova, S.
Mədəniyyətşünaslıq
[Mətn]: (dərs vəsaiti)
/S.K.Məmmədova.- Bakı:
Kooperasiya, 2001.- 202 s.
İ n t e r n e t d ə
www.meclis.gov.az
www.az.wikipedia.org
27
20
illiyi
118
Milli Qəhrəmanlar
60
illiyi
ŞAHLAR ŞÜKÜROV
1952-1990
MA
Y
Şahlar Əvəz oğlu Şükürov 1952-
ci il may ayının 17-də Kəlbəcər ra-
yonunun Zülfüqarlı kəndində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən
sonra Azərbaycan Xalq Təsərrüfatı
İnstitutuna daxil olmuşdur. 1972-ci
ildə təhsilini başa vuraraq, ordu sırala-
rına yollanmışdır.
Ordudan tərxis olunduqdan sonra
Bakıda İslah Əmək müəssisələrinin
birində işləmişdir. Daha sonra
fəaliyyətini Ucar rayon Daxili İşlər
şöbəsində davam etdirmişdir.
1986-cı ildə Rostov Ali Polis Aka-
demiyasını bitirmiş, 1987-ci ildə
Zərdab rayon DİŞ-də əməliyyat işləri
üzrə rəis müavini vəzifəsinə təyin edil-
mişdir. Polis mayoru rütbəsinə qədər
yüksələn Ş.Şahlar 1990-cı ildə Tərtər-
Kəlbəcər yolu ilə hərəkət edən maşın
karvanı Ağdərə ərazisindən keçərkən
düşmənin qəfil hücumu ilə qarşılaşır.
Qeyri-bərabər döyüşdə qəhrəmanlıq
nümayiş etdirərək həlak olur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə polis mayoru Şükürov
Şahlar Əvəz oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Kəlbəcər rayonunun Zülfüqarlı
kəndində dəfn edilmişdir.
Zərdab rayonunda adına küçə var.
Məktəblərin birinə onun adı verilmiş-
dir.
Ə d ə b i y y a t
Əsgərov, V. Şükürov Şahlar
Əvəz oğlu [Mətn] //Əsgərov,
V. Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.-
S.210.
Fəxri, Z. Yaza və yoza
bilmədiyim yuxu [Mətn]
/Z.Fəxri.- Bakı : Adiloğlu,
2005.- 94 s.
Nazim, N. Şükürov Şahlar
Əvəz oğlu [Mətn] //Nazim,
N. İstiqlal ulduzları.- Bakı,
1995.-S.161-163.
Zeynalov, R. Şükürov Şahlar
Əvəz oğlu [Mətn] //Zeyna-
lov, R. Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı , 1996.-
S.109.
Dostları ilə paylaş: |