Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

134
Cövdət İsmayıl oğlunun (18.06.1917-18.01.2002) аnаdаn оlmаsının 95 illiyi
SSRİ Хаlq аrtisti, SSRİ Dövlət Mükаfаtı lаurеаtı Məmmədоv Murtuzа 
Məşədi Rzа (Bülbül) оğlunun (22.06.1897-26.09.1961) аnаdаn оlmаsının 
115 illiyi
Teatr. Kino.Estrada.Sirk
Xalq artisti Drozdov Aleksandr Aleksandroviçin (11.06.1892-15.06.1968) 
аnаdаn оlmаsının 120 illiyi
Xalq artisti Bağırov Hacıbaba Ağarza oğlunun (12.06.1932) аnаdаn 
оlmаsının 80 illiyi
Хаlq аrtisti, аktrisа Hаcıyеvа Sоnа Salman qızının (25.06.1907-24.12.1979) 
аnаdаn оlmаsının 105 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Şərqşünas, maarifçi Mirzə Məhəmməd Əli Hacı Qasım (Kazım Bəy) 
oğlunun (22.06.1802-27.11.1870) аnаdаn оlmаsının 210 illiyi

135
Milli ədəbiyyat
55 
illiyi
AFAQ MƏSUD 
1957
İYUN
 
Afaq  Məsud  qızı  Vəliyeva  (Afaq 
Məsud)  1957-ci  il    iyun  ayının  3-də 
Bakıda anadan olub. O, 1979-cu ildə 
Azərbaycan  Dövlət  Universitetinin 
Jurnalistika fakültəsini bitirib.
Afaq  Məsud  1979-1986-cı  il-
lərdə  “Azərbaycanfilm”  kinostu-
diyasında  redaktor,  redkollegiya-
nın  üzvü,  1986-1988-cu  illərdə 
“Azərbaycantelefilm”də 
direktor 
vəzifələrində çalışıb. 
1981-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin  üzvü,  1990-cı  ildən  Res-
publika  Tərcümə  və  Ədəbi  Əlaqələr 
Mərkəzinin  sədri,  “Xəzər”  dünya 
ədəbiyyatı  jurnalının  baş  redaktoru-
dur.
“Üçüncü  mərtəbədə”  (1976), 
“Şənbə  gecəsi”  (1980),  “Keçid” 
(1984),  “İzdiham”  (1991),  “Subbot-
niy veçer” (Moskva 1984) “Azadlıq” 
(1997),  “Yazı”  (2005)  kitabları  nəşr 
edilib.  “Can  üstə”,  “O  məni  sevir”, 
“Yol üstə” pyeslərinin müəllifidir. 
Əsərləri rus, ingilis, fransız, alman, 
fars,  özbək  dillərinə  tərcümə  və  nəşr 
edilib. 
Əsərləri əsasında “Sərçələr”, “Qo-
naqlıq”,  “Gecə”,  “Cəza”  televiziya 
filmləri çəkilib. 
2003-cü ildə Vyana Universitetində 
A.Məsud  yaradıcılığını  tədqiq  edən 
doktorluq  işi  müdafiə  edilib  (Dohan, 
S. “Avropa şərqşünaslığında qadın ya-
zarlar”). 
Afaq Məsud bir sıra mükafatlara la-
yiq görülüb.
Ə d ə b i y y a t
Duyğuların imperiyası 
[Mətn] /Afaq Məsud //525-ci 
qəzet.- 2009.- 9 may.- S.19.
Xoşbəxtlik mən özüməm 
[Mətn] /Afaq Məsud //
Zaman.- 2011.- 24-25 fev-
ral.- S. 7.
II İohann [Mətn] /Afaq 
Məsud.- Bakı: Mütərcim, 
2009.- 58 s.
İnsan – dünyanın yamağı 
[Mətn] /Afaq Məsud // 
Ədalət.- 2010.- 25 dekabr.- 
S. 12-13.
 İbrahimova, K. “Dünya-
nın gözəlliyi onun...sirridir 
[Mətn] /K.İbrahimova //
Hərbi And.- 2007.- 10 fev-
ral.- S.15.
 Qadın yazıçıların triumfu 
[Mətn]: [M.F.Axundov adına 
Milli Kitabxanada Günel 
Anarqızı, S.Mürvətqızı və 
Afaq Məsudun “II İohann” 
kitabının təqdimatı olub ] 
//525-ci qəzet.- 2010.- 12 
yanvar.- S.7.
Vətən nədən başlayır [Mətn] 
//525-ci qəzet.-2009.- 21, 27 
noyabr; 5,12, 19 dekabr.- 
S.19.
İ n t e r n e t d ə
 www.az.wikipedia.org
3
Yazıçı

136
Milli ədəbiyyat
65 
illiyi
ELDAR BAXIŞ
1947-1996
İYUN
 Eldar Baxış oğlu Ağayev 1947-ci 
il iyun ayının 22-də Qubadlı rayonu-
nun  Diləli  Müşkanlı  obasında  kəndli 
ailəsində  döğulmuşdur.  Burada  ibti-
dai  məktəbi,  Qubadlıda  isə  onbirillik 
məktəbi  bitirib  Azərbaycan  Dövlət 
Universitetinin  Tarix  fakültəsində 
təhsil almışdır.
Bakı kəndlərində müəllimlik etmiş, 
əsgəri xidmətdə olmuşdur. Azərbaycan 
Dövlət Televiziya və Radio verilişləri 
Şirkətində  kiçik  redaktor,  redaktor 
(1972-1988), televiziyanın ədəbi-dram 
verilişləri baş redaksiyasının televiziya 
tamaşaları şöbəsinin böyük redaktoru 
(1988-1990) vəzifələrində çalışmışdır. 
O, “Səs” və “Nəfəs” qəzetlərini yarat-
mış,  onlardan  birinin  (“Səs”)  baş  re-
daktoru olmuşdur.
Eldar  Baxış  1992-1993-cü  illərdə 
yenidən Azərbaycan Televiziya və Ra-
dio Şirkətində Gənclik Yaradıcılıq Bir-
liyinin İctimai-Siyasi şöbəsinin müdiri 
işləmişdir.
1993-cü  ildən  radionun  Bilgi  və 
Uşaq  dünyası  verilişləri  Baş  redaksi-
yasının baş redaktoru olmuşdur.
Eldar  Baxış  1981-ci  ildən  Azər-
baycan  Yazıçılar  Birliyinin  üzvüdür. 
“Köynək”  adlı  ilk  şeiri  1966-cı  ildə 
“Azərbaycan gəncləri” qəzetində dərc 
olunmuşdur.  Həmin  vaxtdan  dövri 
mətbuatda  müntəzəm  olaraq  çıxış  et-
mişdir.  Əsərləri  SSRİ  və  xarici  ölkə 
xalqlarının  dillərinə  tərcümə  olun-
muşdur.  1985-ci  ildə  Vladivostokda 
keçirilən  Ümumittifaq  poeziya  festi-
valında iştirak etmişdir. 
  Bir  çox  xalqların  ədəbiyyatından 
seçmə  nümunələri  doğma  dilimizə 
çevirmişdir. 1982-ci ildə Kukla teatrı 
onun  “Məlikməmməd”  pyesini  tama-
şaya qoymuşdur. Bu  pyes Mərdəkan 
Xalq  Teatrı  aktyorlarının  ifasında 
Praqada  nümayiş  etdirilmişdir.  Eyni 
zamanda  Xalq  Teatrlarının  Tbilisidə 
keçirilən  Ümumitifaq  baxışında 
yüksək  mükafata  layiq  görülmüşdür. 
1981-ci  ildə  “Azərbaycan”  jurnalın-
da  çap  etdirdiyi  “Qaravun  dərənin 
dükançası”  onun  ilk  nəsr  əsəridir. 
“Uzun Həsən” pyesi Şuşa Dövlət Te-
atrında tamaşaya hazırlansa da erməni 
təcavüzü  üzündən  öynanılmamışdır. 
Eldar Baxış 1992-ci ildə Özbəkistanın 
“Ürək  dostları”  klubunun  fəxri  üzvü 
seçilmişdir.
Eldar  Baxış  əsasən  böyüklər  üçün 
yazan  istedadlı  şairlərimizdən  biri 
olmuşdur.  Onun  poeziyasında  uşaq 
dünyasına  çox  yaxın  olan  gözəl  bir 
xüsusiyyət  vardır.  Şair  həmişə  ən 
sadə görünən məsələlərdən yazmışdır. 
Amma bu sadə əhvalatların arxasında 
onun  ciddi,  maraqlı  fikirləri  dayanır. 
Bu sadəlik Eldar Baxışı uşaqlar üçün 
də əsər yazmağa sövq etmişdir.
Gözəl  insan,  istedadlı  şair  Eldar 
Baxış  1996-cı  il  mayın  22-də  Bakı-
da  vaxtsız  vəfat  etmiş  və  Xırdalan 
qəbiristanlığında dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Atlı oğlanlar [Mətn] /Eldar 
Baxış.- Bakı : Gənclik, 
1990.- 160 s.
Deyə bilmədiyim şeirlər 
[Mətn] /Eldar Baxış.- Bakı : 
Yazıçı, 1988.- 80 s.
Ölüsü ilə ərəbcə, dirisi ilə 
rusca [Mətn] /Eldar Baxış.- 
Bakı : Yazıçı, 1994.- 128 s.
Qara ilə Qaracanın nağılı 
[Mətn] /Eldar Baxış.- Bakı : 
Gənclik, 1986.- 96 s.
Əhmədli, N. Şair Eldar 
Baxışın xatirəsinə [Mətn]: 
(şeir) /N.Əhmədli //Yeni 
Azərbaycan.-2002.- 3 may.-
S.12.
22
Şair

137
Milli ədəbiyyat
170 
illiyi
HƏSƏN BƏY ZƏRDABİ 
1842-1907
İYUN
  Həsən  bəy  Məlikov  (Zərdabi)  1842-
ci  il  iyun  ayının  28-də  keçmiş  Göyçay 
qəzasının Zərdab kəndində anadan olmuş-
dur. Həsən bəy ilk təhsilini mollaxanada 
almış, sonra Şamaxı qəza məktəbində oxu-
muş, orta təhsilini isə Tiflisdə tamamlamış-
dır.  1861-ci  ildə  Moskva  Universitetinə 
daxil olan Həsən bəy Zərdabi dörd il son-
ra  həmin  universitetin  təbiyət-riyaziyyat 
fakültəsini bitirmişdir.
Bir  müddət  Tiflisdə  qulluq  edəndən 
sonra Qubada məhkəmədə işləyən Zərdabi 
daha  sonra  Bakıya  gələrək  burada  rusca 
orta məktəbdə təbiətdən dərs deməyə baş-
ladı.
O  zaman  Azərbaycanın  mərkəzi 
şəhəri  kimi  Bakının  sürətli  inkişafı  milli 
mətbuatımızın  yaranması  zərurətini  do-
ğurdu.  Doğma  ana  dilində  qəzetə  böyük 
ehtiyac  olduğunu  dərk  edən  Həsən  bəy 
Zərdabi qəzet çap etmək üçün hökumətə 
müraciət  etdi.  Bununla  əlaqədar  böyük 
mütəfəkkir  əzab-əziyyətdən  sonra  1875-
ci  ilin  22  iyulunda  Bakıda  qubernatorun 
mətbəəsində Azərbaycan dilində “Əkinçi” 
qəzetinin  nəşrinə  müvəffəq  oldu.  Bu 
mətbu  orqanla  milli  mətbuatımızın  əsası 
qoyuldu.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 
29 sentyabrına qədər çapını davam etdirən 
“Əkinçi”  ayda  iki  dəfə  300-400  tirajla 
nəşr  olunurdu.  Bu  illər  ərzində  qəzetin 
56 nömrəsi çıxmışdır. “Əkinçi” qəzetində 
Nəcəf bəy Vəzirovun, Əsgər ağa Gorani-
nin Moskvadan, Məhəmmədtağı Əlizadə 
Şirvaninin 
Şamaxıdan, 
Heydərinin 
Dərbənddən  göndərdikləri  məktublar, 
Seyid  Əzim  Şirvaninin  şeirləri  və  Mirzə 
Fətəli  Axundovun  “Vəkili-naməlumi 
millət”  imzası  ilə  məqalələri  dərc  olu-
nurdu.  Həsən  bəy  Zərdabinin  yaratdığı 
“Əkinçi”  qəzetinin  dəsti-xətti  əsasən  bir 
ideya  üzərində  qurulmuşdu.  Zərdabi  və 
onunla birlikdə bu qəzetdə çalışan bir sıra 
maarifpərvər,  demokratik  naşirlər  Şərqin 
geriliyini,  ətalət  və  süstlüyünü  həqiqi 
azadlığın olmamasında görürdülər. 
1880-ci  ildən  başlayaraq  Həsən  bəy 
doğma kəndi Zərdabda yaşamağa başladı. 
O,  kənd  təsərrüfatı  sahəsində  kəndlilərə 
yaxşı məsləhətlər verir, məqamı yetişəndə 
yerli  camaata  öz  maarifpərvər,  demok-
ratik  ideyalarını  da  çatdırırdı.  Bakıdan 
kənarda yaşamasına baxmayaraq Zərdabi 
yenə də mətbuatda fəal iştirak edirdi. Belə 
ki, 1880-1890-cı illərdə naşirin Bakıda və 
Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, 
“Novoye  obozreniye”  və  s.  qəzetlərdə 
Azərbaycan və rus dillərində çoxlu elmi-
kütləvi məqalələri nəşr olunmuşdur.
Həyatının  son  illərində  Zərdabi  Bakı 
şəhər  Dumasında  maarif  şöbəsində 
rəsmi  vəzifədə  çalışaraq  Bakı  və  ətraf 
kəndlərdəki  məktəblərə  başçılıq  edirdi. 
1906-cı ildə Bakıda keçirilən Azərbaycan 
müəllimlərinin  birinci  qurultayında  fəal 
nümayəndələrdən biri də qocaman maarif 
xadimi, görkəmli mütəfəkkir Zərdabi ol-
muşdur.
Gərgin  elmi  fəaliyyətlə  məşğul  olan 
Həsən bəy Zərdabi iflic xəstəliyinə tutul-
du və 1907-ci il noyabr ayının 28-də vəfat 
etdi.  O,  1907-ci  ildə  köhnə  Bibiheybət 
məscidinin  yaxınlığında  dəfn  olunsa 
da,  1937-ci  ildə  həmin  ərazi  dağıdılır. 
Sümü2klərini  bir  neçə  il  ailəsi  saxlayıb.
Nəhayət,  Həsən  Bəy  Zərdabinin  50  illik 
yubleyi  qeyd  olunarkən  onun  sümükləri 
Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Bədəni salamat saxlamaq 
düsturüləməli [Mətn]: (gi-
giyena) /Həsən bəy Məlikov 
Zərdabi; ön söz: X.Kazımlı; 
tərtibçi: T.Aydınoğlu; red. 
Ə.Bayramov.- Bakı: Adiloğ-
lu, 2006.- 72 s.
Həsən bəy Zərdabi və 
“Əkinçi” [Mətn]: bioqra-
fik məqalələr, məktublar, 
xatirələr, tədqiqatlar /
red. heyəti: M.Yaqub, 
T.Aydınoğlu, V.Tofiqli, 
N.Zöhrablı; burax. məs. 
V.Tofiqli] .-Bakı, 2010.- 225 
s.
Nağıyeva, C. Həsən bəy 
Zərdabi arxivinin təsviri 
[Mətn] /C.Nağıyeva; red. 
M.Məmmədova AMEA 
Məhəmməd Füzuli adına 
Əlyazmalar İnstitutu.- Bakı: 
Nurlan, 2008.- 91 s.
İ n t e r n e t d ə
www.wikipedia.org
28
Maarif xadimi

138
Milli ədəbiyyat
200 
illiyi
MİRZƏ FƏTƏLİ AXUNDZADƏ  
1812-1878
İYUN
Mirzə  Fətəli  Məhəmmədtağı  oğlu 
Axundzadə  (Axundov)  1812-ci  il  iyun 
ayının 30-da Nuxa (indiki Şəki) şəhərində 
anadan olmuşdur.
Fətəlinin  ruhani  olmasını  istəyən 
Axund  Hacı  Ələsgər  (anasının  əmisi) 
1832-ci  ildə  onu  Gəncəyə  aparır.  Gənc 
Fətəli  burada  məntiq  və  fiqh  elmlərini, 
habelə  dahi  Azərbaycan  şair  və  filosofu 
Mirzə  Şəfi  Vazehdən  xəttatlıq  sənətini 
öyrənmişdir. 
Dövrünün  müasir  elmlərilə  maraqla-
nan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus 
məktəbinə daxil olur və bir il burada təhsil 
alır. 
1834-cü  ildə  o,  Qafqazın  baş  haki-
mi  baron  Rozenin  dəftərxanasında  Şərq 
dilləri  üzrə  mütərcim  şagirdi  vəzifəsinə 
düzəlmişdir. Həmin ildən ta ömrünün so-
nuna  qədər  baş  dəftərxanada  əvvəl  mül-
ki,  sonralar  hərbi  işlər  üzrə  mütərcim 
vəzifəsində çalışan M.F. Axundzadə Ru-
siya və İran ilə Türkiyə dövlətləri arasında 
aparılan bir sıra mühüm diplomatik danı-
şıqlarda fəal iştirak etmişdir. Zaqafqaziya 
daxilində  hökumətin  bəzi  vacib  dövlət 
tədbirlərinə  cəlb  olunmuşdur.  1873-cü 
ildə  ona  hərbi  rütbə  -  polkovnik  rütbəsi 
verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti 
Qafqaz  şöbəsinə  üzv  seçilən Axundzadə 
sonralar  Qafqaz  Arxeoqrafiya  Komis-
siyasında  tədqiqat  işlərinə  cəlb  olunur. 
Axundzadə “Əkinçi” qəzetinin nəşrinə bö-
yük əhəmiyyət vermiş, onun səhifələrində 
“Vəkili  Milləti-Naməlum”  imzası  ilə 
məqalələr dərc etdirmişdir. 
1857-ci  ildə  M.F.Axudzadə  ərəb 
əlifbası  əsasında  yeni  əlifba  tərtib  edib, 
həmin əlifba layihəsini dövrünün məşhur 
dilşünas  alimlərinə,  şərqşünaslarına 
göndərmiş, bu məsələ ilə əlaqədar dəfələrlə 
Türkiyəyə səfər etmiş, əlifba islahatı uğ-
runda fəal mübarizəyə başlamışdır. Lakin 
onun bu arzusu həyata keçməmişdir.
M.F.Axundzadə 
bədii 
yaradıcı-
lığa  “Səbuhi”  təxəllüsü    ilə  yazdığı 
“Zəmanədən şikayət” adlı şeirlə başlamış-
dır.  O,  1837-ci  ildə  A.S.Puşkinin  vəfatı 
ilə  əlaqədar  “Puşkinin  ölümünə  Şərq 
poeması”nı yazır. 
M.F.Axundzadə  1850-ci  ildə  yazdığı 
“Hekayəti-Molla  İbrahimxəlil  kimyagər” 
əsəri  ilə  Azərbaycan  ədəbiyyatında  dra-
maturgiyanın  əsasını  qoymuşdur.  Sonra 
bir-birinin ardınca “Hekayəti-Müsyö Jor-
dan həkimi-nəbatat və dərviş Məstəli şah 
caduküni-məşhur” (1850), “Hekayəti-xırs 
quldurbasan”  (1851),  “Sərgüzəşti-mərdi-
xəsis” (“Hacı-Qara”) (1852) və “Mürafiə 
vəkillərinin  hekayəti”  (1855)  adlı  kome-
diyalarını yazmışdır. 
1857-ci ildə o,  Azərbaycan nəsrinin ilk 
nümunəsi  olan  “Aldanmış  kəvakib”  adlı 
povestini,  1865-ci  ildə  “Kəmalüddövlə 
məktubları”  adlı  məşhur  fəlsəfi  əsərini 
yazmışdır.
O,  bədii  yaradıcılıqla  yanaşı  bir  çox 
tənqidi məqalələr də yazmışdır.
Mirzə  Fətəli  Axunzadə  1878-ci  il 
fevralın 27-də (yeni təqvimlə martın 10-
da)  vəfat  etmişdir.  Dahi  sənətkarın  öz 
vəsiyyətinə  görə  o,  Tiflisdə  müsəlman 
qəbiristanlığında, sadiq müəllimi və dos-
tu  M.Ş.Vazehin  qəbri  yaxınlığında  dəfn 
olunmuşdur.
Ə d ə b i y y a t
Əsərləri [Mətn]: 3 cilddə /
Mirzə Fətəli Axundzadə.- 
Bakı : Şərq-Qərb, 2005.- 
C.1.- 296 s.; C.II.-376 s.; 
C.III.- 296 s.
Mirzə Fətəli Axundzadənin 
200 illik yubileyinin 
keçirilməsi haqqında : 
Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı, 13 
aprel 2010-ci il  [Mətn]//
Azərbaycan.- 2010.- 14 
aprel.- S.2.
Abbaslı, T. Azərbaycan 
teatrının banisi [Mətn] 
/T.Abbaslı //Mədəniyyət.- 
2010.- 21 may.- S.13. 
Həsənoğlu, R. Sübhün səfiri 
[Mətn] /R.Həsənoğlu //Mə-
dəniyyət.-2011.- 8 aprel.- S. 
11.
Тагизаде, С. М.Ф.Ахундов 
и Европа [Текст] 
/С.Тагизаде.- Баку, 1991.- 
50 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org 
30
İctimai xadim

139
Xarici ədəbiyyat 
80 
illiyi
ROJDESTVENSKİ 
ROBERT İVANOVİÇ 
1932-1994
İYUN
Rus  şairi  Rojdestvenski  Robert 
İvanoviç  1932-ci  il  iyun  ayının  2-də 
Altay ölkəsinin Kosixa kəndində ana-
dan olub. O, 1943-cü ildə hərbi musiqi 
məktəbində oxuyub. 
Ədəbi fəaliyyətə 1950-ci ildə baş-
lamışdır. İlk şeirləri “Za rubejom” adlı 
jurnalında dərc olunmuşdur. 
Şair  1951-ci  ildə  Litva  İnstituna 
qəbul olunur. 1956-cı ildə həmin insti-
tutu bitirdikdən sonra R. Rojdestvens-
ki Moskvaya gəlir.
R.Rojdestvenski 1972-ci ildə Lenin 
komsomolu  mükafatı,  1974-cü  ildə 
Dövlət  Mükafatı  laureatı  adına  layiq 
görülüb. 
Şair “Bahar bayraqları”, “İzdihamlı 
xiyaban”, “Yaşıdıma”, “Təsir dairəsi”, 
“Xətt”  və  s.  şeir  və  poema  kitabla-
rının  müəllifidir.  Bir  sıra  şeirlərinə, 
“Rekviyem” 
poemasına 
musiqi 
bəstələnmişdir.
Onun  həmçinin  Azərbaycana  həsr 
olunmuş  şeir  və  məqalələri  vardir. 
“Azərbaycan  –  şairlər  diyarıdır”, 
“Əgər sən Bakını görməmisənsə...” və 
s. şeirləri buna gözəl nümunədir. Onun 
Azərbaycan  haqqında  yazdığı  “Çox 
sağ  ol”  adlı  şeirlər  kitabı  respublika-
mızda  nəşr  olunmuşdur.  Azərbaycan 
poeziyasından  etdiyi  tərcümələri  də 
vardır. Şeirləri bir çox dünya xalqları-
nın dilinə tərcümə olunmuşdur. 
R.Rojdestvenski rus ədəbiyyatında 
özünəməxsus  yer  tutan  Evqeni  Yev-
tuşenko,  Bella  Axmadulina,  Andrey 
Voznesenski  kimi  görkəmli  şairlərlə 
bir sırada durur. 
Robert  Rojdestvenski  1994-cü  il 
avqus  tun  19-da  Moskvada  vəfat  et-
mişdir.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
2
Rus şairi

140
Tarixdə bu gün 
UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ 
1950
İYUN
  1950-ci  il  iyun  ayının  1-də  BMT  Baş Assamble-
yası  tərəfindən  təşkil  olunan  “Qadınların  Beynəlxalq 
Konfransı”nda  uşaq  hüquqlarının  təmin  edilməsi 
ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 
iyun  tarixini  uşaqların  beynəlxalq  müdafiəsinə  həsr 
etmək  qərara  alınıb.  Bundan  sonra  iyunun  1-i  Uşaq-
ların  Beynəlxalq  Müdafiəsi  Günü  kimi  tarixə  dü-
şüb.  Dünyanın  əksər  ölkələrində  olduğu  kimi,  bu 
gün  Azərbaycanda  da  qeyd  edilir.  Bütün  demokra-
tik  dövlətlərdə  olduğu  kimi,  Azərbaycanda  da  insan 
haqlarının  qorunmasına  xüsusi  önəm  verilir.  Təbii 
ki,  uşaq  hüquqları  da  insan  haqlarının  ən  mühüm  və 
ayrılmaz  hissələrindən  biridir.  Nəzərə  alsaq  ki,  uşaq-
lar  bizim  gələcəyimizdir  və  ölkəmizin  gələcəyi  onla-
rın əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq 
bizim  borcumuzdur.  Azərbaycanda  möhtərəm  Prezi-
dentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı 
sayəsində uşaq problemlərinin həllinə xüsusi önəm ve-
rilir, bu istiqamətdə mühüm tədbirlər gerçəkləşdirilir. 
Möhtərəm Prezidentimizin rəhbərliyi altında uşaq hü-
quqlarının müdafiəsi və onlara dövlət qayğısı bu gün də 
yetərincə təmin olunur. Ölkədə uğurla həyata keçirilən 
sosial-iqtisadi  siyasət  ailələrin  rifahının  yaxşılaşdı-
rılmasına, uşaq və yeniyetmələrin həm fiziki, həm də 
mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, 
onların sosial müdafiəsinin gücləndirilməsinə, milli ge-
nofondumuzun möhkəmlənməsinə xidmət edir.
Bu  baxımdan  xüsusilə  fərəhlidir  ki, Azərbaycanın 
birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva 
ailə, qadın və uşaq məsələlərinə böyük diqqət göstərir. 
Onun  rəhbərlik  etdiyi  Heydər  Əliyev  Fondunun 
təşəbbüsü ilə uşaqların hərtərəfli inkişafı istiqamətində 
görülən tədbirlər-məktəblərin yenidən qurulması və in-
şası, sağlamlıq və tərbiyə müəssisələrinin bərpası, xü-
susi  qayğıya  ehtiyacı  olan  uşaqlara  həssas  münasibət 
bütün cəmiyyəti, hər bir dövlət qurumunu vahid ideya 
ətrafında məqsədyönlü fəaliyyətə səfərbər edir.
Ölkəmiz uşaq hüquq və maraqlarının təmin edilməsi 
baxımından beynəlxalq hüququn norma və prinsiplərini 
özünə əks etdirən bir çox beynəlxalq sənədləri ratifi-
kasiya  etmiş,  bu  sahədə  əhəmiyyətli  qanunlar  qəbul 
edilmişdir.  Azərbaycan  1992-ci  ildə  BMT-nin  “Uşaq 
Hüquqları  Haqqında”  Konvensiyasına,  2002-ci  ildə 
isə Konvensiyanın iki əlavə protokoluna qoşulmuşdur. 
Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta 
siyasi  hüquqlara  malik  olmasını  vurğulayır.  1999-cu 
ildə  ölkəmizdə  BMT-nin  “Uşaq  Hüquqları  Haqqın-
da” Konvensiyasının müddəalarını özündə əks etdirən 
“Uşaq  Hüquqları  haqqında”  Qanun  qəbul  edilmişdir. 
Hökumət tərəfindən “Uşaq Hüquqları Haqqında” Kon-
vensiyanın  müddəalarına  uyğun  olaraq  öhdəliklərin 
yerinə yetirilməsi ilə bağlı mütəmadi olaraq hər 5 ildən 
bir dövri hesabat hazırlanır.
Azərbaycan  Respublikası  Prezidentinin  6  fev-
ral  2006-cı  il  tarixli  Fərmanı  ilə  ailə,  qadın  və  uşaq 
problemləri  ilə  iş  sahəsində  dövlət  siyasətini  və 
tənzimlənməsini həyata keçirmək məqsədilə Ailə, Qa-
dın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi  yara-
dılmışdır. Komitə tərəfindən uşaqların müdafiəsi 4 əsas 
istiqaməti əhatə edir:
İnkişaf hüquqları - uşaqların öz potensiallarının tam 
inkişafına olan ehtiyaclarının təmin edilməsi. Həmçinin 
təhsil  almaq,  oynamaq  və  istirahət  etmək,  mədəni 
tədbirlərə  cəlb  edilmə  və  iştirak  etmə,  məlumat  əldə 
etmək, azad fikir və dini hüquqların təmin edilməsi.
Müdafiə hüquqları - uşaqların müxtəlif növ zorakı-
lıq və istismardan qorunması, məsələn, qaçqın uşaqlara 
qayğının  göstərilməsi,  zorakılıq,  cəzalandırma,  hərbi 
münaqişələrə  cəlb  edilmə,  uşaq  əməyinin  istismarı, 
narkotik maddələrin istifadəsi və seksual istismar kimi 
məsələlərə xüsusi diqqətin yetirilməsi.
İştirak hüquqları – uşaqlara yaşadıqları cəmiyyətdə 
fəal  iştirak  etməyə  imkanın  yaradılması  -  azad  fikir 
söyləmək,  onların  həyatlarına  təsir  göstərən  hallarda 
öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ 
gətirmək hüquqlarının təmin edilməsi.
Yaşamaq hüquqları – uşaqların yaşamaq və bunun 
üçün lazımi tələbatları əldə etmək hüquqlarının təmin 
edilməsi.
1

141
Tarixdə bu gün 
20 
illiyi
AZƏRBAYCAN 
YUNESKO-nun ÜZVÜDÜR
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin