Ə d ə b i y y a t
Kərimov, S. Niyazi [Mətn]:
həyat və yaradıcılığı haq-
qında /S.Kərimov.- Bakı :
Yazıçı, 1982.- 88 s.
Maestro Niyazi [Mətn]:
kataloq.- Bakı : Elm, 2000.-
126 s.
Şərif, A. Maestro [Mətn]:
O, dahi idi /A.Şərif //Yeni
mədəni maarif.- №12.-
2008.- S.31-33.
Təhmirazqızı, S. Maestro Ni-
yazi [Mətn] /S. Təhmirazqızı
//Mədəniyyət.- 2010.- 20
avqust.- S. 4.
20
Dirijor
192
SENTY
ABR
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
®
Bilik Günü (15.09.2004)
•
Milli Musiqi Günü (18.09.1995)
•
Hеydər Əliyеv аdınа Bаkı-Tbilisi-Cеyhаn əsаs
•
iхrаcаt bоru kəmərinin təməli qоyulmаsının
(18.09.2002) 10 illiyi
Neftçilər Günü (20.09.1994)
•
Beynəlxalq Sülh Günü (21.09.1981)
•
Beynəlxalq Turizm Günü (27.09.1970)
•
Dövlət Dili hаqqındа Qаnunun (30.09.2002) 10
•
illiyi
Tiflisdəki ev-muzeyi
1834-cü ildə görkəmli yazıçı bu binanı satın alıb və ömrünün so-
nuna kimi bu mənzildə yaşayıb-yaratmışdır. M.F.Axundzadənin vaxtilə
yaşadığı ev hazırda M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyidir. Bir vaxtlar Musiqi Alətləri muzeyi olan binada 1983-cü ildə
M.F.Axundzadənin ev-muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açıl-
mışdır. 2007-ci ilin əvvəlindən hər iki ad ləğv olunaraq M.F.Axundzadə
adına Azərbaycan Mədəniyyəti Muzeyi olmuşdur.
1 sentyabr
Gün çıxır 06:33
Gün batır 20:14
30 sentyabr
Gün çıxır 06:06
Gün batır 19:25
24 avqust-
23 sentyabr
Qız bürcü Nişanəsi
yerdir. Günəşin
Qızlar bürcünün
keçdiyi dövrdə
doğulanlar hər işdə
aydınlıq, dəqiqliyin
olmasını istəyirlər.
200 il
1812-1878
M.F.Axundzadə
193
Milli ədəbiyyat
Şair, dramaturq Rəsul Rza adına beynəlxalq mükafatın laureatı Nağıyev
Ramiq Muxtar oğlunun (Ramiq Muxtar) (05.09.1942) аnаdаn оlmаsının 70
illiyi
Yаzıçı, publisist Mustаfаyеv Mustаfа Şurа оğlunun (Mustаfа Çəmənli)
(10.09.1947) аnаdаn оlmаsının 65 illiyi
Azərbaycan yаzıçısı Vəzirov Yusif Mirbaba oğlunun (Çəmənzəminli Yusif
Vəzir) (12.09.1887-03.01.1943) аnаdаn оlmаsının 125 illiyi
Şair, publisist Alməmmədov Rüstəm Hidayət oğlunun (Rüstəm Behrudi)
(14.09.1957) аnаdаn оlmаsının 55 illiyi
Xarici ədəbiyyat
Rus yazıçısı Tolstoy Aleksey Konstantinoviçin (05.09.1817-10.19.1875)
аnаdаn оlmаsının 195 illiyi
Tarixdə bu gün
Bilik Günü (15.09.2004)
Milli Musiqi Günü (18.09.1995)
Hеydər Əliyеv аdınа Bаkı-Tbilisi-Cеyhаn əsаs iхrаcаt bоru kəmərinin
təməli qоyulmаsının (18.09.2002) 10 illiyi
Neftçilər Günü (20.09.1994)
Beynəlxalq Sülh Günü (21.09.1981)
Beynəlxalq Turizm Günü (27.09.1970)
Dövlət Dili hаqqındа Qаnunun (30.09.2002) 10 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Seyidov Məhərrəm Mirəziz oğlunun
(07.09.1952-16.01.1990) аnаdаn оlmаsının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Senyuşkin Sergey Aleksandroviçin
(15.09.1957-29.02.1992) аnаdаn оlmаsının 55 illiyi
Siyasət. Hərbi iş
Görkəmli sərkərdə, hərb nəzəriyyəçisi Aslanbəyov İbrahim bəy Allahverdi
oğlunun (10.09.1822-07.12.1901) аnаdаn оlmаsının 190 illiyi
Dövlət xadimi Hacıyev Hüsü Hüseynəli oğlunun (26.09.1897-18.05.1931)
аnаdаn оlmаsının 115 illiyi
2012
SENTYABR
194
Kimya. Biologiya. Tibb
Azərbaycan kimyaçısı, professor Babayev Əbülfəz İsmayıl oğlunun
(20.09.1947) аnаdаn оlmаsının 65 illiyi
İlk kimyaçı alim Xanlarov Mövsüm bəy Məhəmməd bəy oğlunun
(24.09.1857-23.02.1921) аnаdаn оlmаsının 155 illiyi
Riyaziyyat. Fizika.Astranomiya
Nobel Mükafatı laureatı, fransız fiziki Jalio-Küri İrenin (12.09.1897-
17.03.1956) аnаdаn оlmаsının 115 illiyi
Rus alimi Siolkovski Konstantin Eduardoviçin (17.09.1857-19.09.1935)
аnаdаn оlmаsının 155 illiyi
Azərbaycanın Əməkdar elm xadimi, akademik, riyaziyyatçı Hüseynov Əşrəf
İsgəndər oğlunun (20.09.1907-26.08.1981) аnаdаn оlmаsının 105 illiyi
Musiqi.Opera.Balet
Аzərbаycаnın Хаlq аrtisti, tarzən Bаkıхаnоv Əhmədxan Məmmədrza
oğlunun (05.09. 1892-26.03.1973) аnаdаn оlmаsının 120 illiyi
Xalq artisti Əlixanova Firuzə Məmmədqulu qızının (09.09.1917-
23.11.1994) аnаdаn оlmаsının 95 illiyi
195
Milli ədəbiyyat
70
illiyi
RAMİQ MUXTAR
1942
SENTY
ABR
Ramiq Muxtar oğlu Nağıyev 1942-
ci il sentyabr ayının 5-də Naxçıvan
şəhərində ziyalı ailəsində anadan ol-
muşdur. On bir yaşından bədii yara-
dıcılıqla məşğul olaraq öz şeirləri ilə
dövri mətbuatda tez-tez çap olunmuş-
dur. “ Üfüqlər qızaranda”, “Müdirin
aqibəti”, “Əlvida köhnə dünya”, “Əgər
sevirsənsə”, “Şəhərli kürəkən”, “Doğ-
ma səmanın ulduzları”, “Qıl körpü”
pyesləri Bakı, İrəvan, Naxçıvan, Ağ-
dam, Qazax Dövlət Dram Teatrlarında
uğurla tamaşaya qoyulmuşdur.
Şair-dramaturq Ramiq Muxtar
həmçinin 1992-ci ilin sonlarında Yeni
Azərbaycan Partiyasının ilk yaradıcı-
larından biri olmuşdur.
Ramiq Muxtar yaradıcılığı həmişə
ümummilli liderimiz Heydər Əliyev tə
rəfindən yüksək qiymətləndirilmişdir.
O, prezident təqaudçusüdür.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Ramiq Muxtar .- Bakı:
“Azərbaycan” nəşriyyatı ,
2007.- 264 s.
5
65
illiyi
MUSTAFA ÇƏMƏNLİ
1947
Mustafa Şura oğlu Mustafayev
1947-ci il sentyabr ayının 10-da Ağda-
mın Çəmənli kəndində anadan olmuş-
dur. İlk təhsilini kənd məktəbində al-
mışdır. Əmək fəaliyyətinə Mingəçevir
Maşın hissələri təmiri zavodunda
qəlibçi kimi başlamışdır (1966-1970).
Bakıda “Kommunist” nəşriyyatında
çapçı köməkçisi, “Paris Kommunası”
adına Gəmitəmiri zavodunda qəlibçi
olmuşdur (1970-1972).
ADU-nun Jurnalistika fakültəsində
təhsil almışdır. 1977-1988-ci ilədək
təyinatla göndərildiyi “Yazıçı” nəşriy_
yatında redaktor, böyük redaktor,
“Klassik ədəbiyyat və folklor” redak-
siyasının müdiri, 1988-1992-ci illərdə
nəşriyyatın Nəsr redaksiyasının mü-
diri vəzifəsində çalışmışdır. Hazırda
“Gənclik” nəşriyyatında baş redaktor
işləyir.
Ə d ə b i y y a t
“Leyli və Məcnun” 100 il səhnədə [Mətn] /Çəmənli Mustafa .- Bakı: E.L , 2008.- 429 s.
Məcnunun Məcnunu [Mətn] /Çəmənli Mustafa.- Bakı: Təhsil, 2010.- 237 s.
Muğam dünyasının xanı [Mətn]: (xatirələr) /Çəmənli Mustafa .- Bakı : Gənclik.- 2001.-271 s.
Mübariz [Mətn] /Çəmənli Mustafa.- Bakı: Təhsil, 2010.- 79 s.
Səsin ruhu [Mətn] : (xatirələr) /Çəmənli Mustafa .- Bakı: Gənclik, 2003.- 288 s.
10
Publisist
Publisist
196
Milli ədəbiyyat
125
illiyi
YUSİF VƏZİR
ÇƏMƏNZƏMİNLİ
1887-1943
SENTY
ABR
Yusif Vəzir Məşədi Mirbaba Mi-
rabdulla oğlu Vəzirov (Yusif Vəzir
Çəmənzəminli) 1887-ci il sentyabr ayının
12-də Şuşa şəhərində bəy ailəsində ana-
dan olmuşdur.
Ağdamda rus məktəbi olmadığı üçün
Yusif Muradbəylidəki rus məktəbinə get-
miş, bir il bu məktəbdə oxuyandan sonra
1896-cı ildə Şuşa realnı məktəbinə da-
xil olmuşdur. Təhsilini rus dilində aldı-
ğı üçün 1904-cü ildə həyatından şikayət
tərzində yazılmış “Jaloba” adlı ilk şeirini
rusca yazmışdı.
1915-ci ildə Kiyev Universiteti-
nin hüquq fakültəsini bitirmişdir. Y.V.
Çəmənzəminli universiteti bitirdikdən
sonra Simferopol, Odessa, Saratov, İstan-
bul və Parisdə yaşamışdır.
On bir dil bilmişdir.
Yusif Vəzir 1912-ci ildə “Yed-
di hekayə”, 1913-cü ildə isə “Həyat
səhifələri” adlı kitablarını Kiyevdə çap
etdirmişdir.
O, 1919-cu ildə yeni yaranmış
Azərbaycan Demokratik Cümhuriyyətinin
Türkiyədə ilk səfiri olmuşdur. Yusif Vəzir
İstanbulda dövlət işilə məşğul olmaqla
yanaşı, öz ədəbi fəaliyyətini də davam
etdirmişdir. Belə ki, Azərbaycanı və
Azərbaycan ədəbiyyatını türk aləminə
tanıtmaq üçün elmi müşahidələrlə zəngin
olan “Azərbaycan ədəbiyyatına bir nəzər”,
“Tarixi-coğrafi və iqtisadi Azərbaycan”
adlı kitablarını yazıb, 1921-ci ildə onları
İstanbulda çap etdirmişdir. “Ağsaqqal”,
“Qoz ağacı”, “Cənnətə vəsiqə”, “Şahqu-
lunun xeyriyyə işi” və s. hekayələri “Keç-
mişin səhifələri” adlı topluda sonralar çap
olunmuşdur. 1926-cı ilin aprel ayında
həmişəlik olaraq mühacirətdən vətəninə
qayıtmış Yusif Vəzir ilk əvvəl “Bakı işçi-
si” nəşriyyatında bədii şöbənin redaktoru,
sonralar Dövlət Plan Komitəsinin ictimai-
mədəni bölməsində ixtisası üzrə vəkil
işləmiş və eyni zamanda müəllimliklə də
məşğul olmağa başlamışdı. Eyni zamanda
Yusif Vəzir Ruhulla Axundovun redaktəsi
ilə çıxmış “Rusca-Azərbaycanca lüğət”in
müəlliflərindən biri olmuşdur. Azərbaycan
dilində terminologiyanın yaradılmasında
da Yusif Vəzir Çəmənzəminlinin böyük
xidməti olmuşdur.
“Qızlar bulağı”, “Studentlər”, “1917-
ci il” adlı romanlarını çap etdirmişdir.
O, 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı
komik pyesini bitirmişdir. 1936-1937-ci
illərdə “Qan içində” və 1961-ci ildə çap
olunmuş “İki od arasında” əsərlərini yaz-
mışdır. Onun əsərləri Parisdə, İstanbulda
nəşr olunmuşdur. Yusif Vəzir tərcümələr
üzərində də işləmişdir. O, L.Tolstoyun,
I.Turgenevin, A.Neverovun, N.Qoqolun,
B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun
və s. bir neçə əsərlərini rus dilindən
Azərbaycan dilinə tərcümə etmişdi.
O, kino-ssenarilərin tərcüməsi işində
də fəal iştirak etmişdi. Azərbaycan dilində
ilk səsli film olan məşhur “Çapayev” fil-
minin ssenarisini də Azərbaycan dilinə
1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə
etmişdi.
Yusif Mirbaba oğlu Vəzirov Stalin rep-
ressiyasının qurbanı olmuş, 1940-cı ildə
həbs olunaraq Qorki vilayətinin Suxobez-
vodnoye həbs düşərgəsinə göndərilmiş,
1943-cü ildə orada vəfat etmişdir. Bakıda
və Şuşada küçə, məktəb, kitabxana, res-
publikada bir sıra başqa mədəni-maarif
müəssisələri onun adı ilə adlandırılmış-
dır.
Ə d ə b i y y a t
Əsərləri [Mətn]: 3 cilddə. /
Yusif Vəzir Çəmənzəminli;
tərt.ed. M.Axundova, red.
T.Hüseynoğlu.- Bakı:
Avrasiya Press, 2005.- C.I.
.- 360 s.; C.II .- 664 s.; C.III
.- 440 s.
Axundlu, Y.İ. Ədəbi
portretlər [Mətn]
/İ.Y.Axundlu.- Bakı: Adiloğ-
lu.- 2004.- 240 s.
Məcidqızı, L. Çəmənzəminli
və rus mədəniyyəti [Mətn]
/L.Məcidqızı.- Bakı:
Azərnəşr, 2002.-152 s.
İ n t e r n e t d ə
www.anl.az
www.azerbaijan.az.
www az.wikipedia.org
12
Yazıçı
197
Tarixdə bu gün
HEYDƏR ƏLİYEV ADINA
BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ
2002
SENTY
ABR
Heydər Əliyev adına Bakı-Tbilisi-
Ceyhan Əsas İxrac Boru Kəməri “Əsrin
müqaviləsi” çərçivəsində Xəzər dənizinin
Azərbaycan sektorunda hasil olunacaq
xam neftin dünya bazarına çıxışını təmin
etmək üçün inşa edilmiş boru nəqliyyat
vasitəsidir. Kəmərin uzunluğu 1767 ki-
lometrdir, onun 443 km-i Azərbaycanın,
248 km-i Gürcüstanın, 1076 km-i isə
Türkiyənin ərazisindən keçir. Kəmərin
istismar müddəti 40 il, orta ötürücülük
qabiliyyəti ildə 10 milyon barel nəzərdə
tutulub.
Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti BTC layihəsində iştirak
etmək məqsədi ilə AzBTC Co. Törəmə
şirkətini yaratmış və bu şirkət layihənin
iştirakçıları olan neft şirkətlərinin kon-
sorsiumu tərəfindən yaradılmış BTC
Company şirkətində 25%-lik paya ma-
likdir. AzBTC Co. Şirkəti daxil olmaq-
la layihənin bütün iştirakçıları layihənin
dəyərinin 30%-lik hissəsini öz vəsaitləri
hesabına, qalan 70%-lik hissəni isə
beynəlxalq maliyyə institutlarından, ixrac
kredit agentliklərindən və kommersiya
banklarından cəlb edilmiş kredit vəsaitləri
hesabına maliyyələşdirirlər. Azərbaycan
dövləti adından Azərbaycan BTC Co.
Şirkətindəki 80%-lik payın təmsilçisi
kimi Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi (İİN) çıxış edir, bu payın
maliyyələşdirilməsi isə Dövlət Neft Fondu
tərəfindən həyata keçirilir. BTC layihəsində
Azərbaycan Respublikasının iştirakı-
nın təmin edilməsi ilə bağlı öhdəliklərin
yerinə yetirilməsi, o cümlədən ölkənin iş-
tirak payının maliyyələşdirilməsi ilə bağlı
məsələlər “Bakı-Tbilisi-Ceyhan Əsas İx-
rac Boru Kəməri layihəsində Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin işti-
rak payının maliyyələşdirilməsi haqqın-
da” Azərbaycan Respublikası Prezidenti-
nin 30 iyul 2002-ci il tarixli Fərmanı ilə
tənzimlənir.
2002-ci ildən 1 fevral 2007-cı il tari-
xinədək olan dövr ərzində ümumilikdə
298 mln. AZN məbləğində vəsait Heydər
Əliyev
adına
Bakı-Tbilisi-Ceyhan
Əsas İxrac Boru Kəməri layihəsində
Azərbaycan Respublikasının iştirak payı-
nın maliyyələşdirilməsinə yönəldilmişdir.
BTC Neft İxrac Boru Kəməri Xəzər
dənizindəki neft yataqlarından hasil olu-
nan xam nefti Aralıq dənizinin Türkiyə
sahilinə nəql edir və oradan da tankerlərə
yüklənərək Avropa bazarlarına yola salı-
nır.
Boru kəmərinin diametri Azərbaycanda
və Türkiyədə əsasən 42 düymdür. Gür-
cüstan ərazisində boru kəmərinin diamet-
ri 46 düymdür. Boru kəmərinin diametri
Türkiyədə Ceyhan dəniz terminalına enən
axırıncı eniş boyu hissədə 34 düymədək
azalır. Boru kəmərinin ötürmə qabiliyyəti
gündə bir milyon barel neftdir.BTC boru
kəmərlərinin obyektlərinə daxildir:
8 nasos stansiyası (Azərbaycanda 2,
Gürcüstanda 2, Türkiyədə 4); 2 aralıq
ərsinburaxma stansiyası; 1 təzyiqazaltma
stansiyası; 101 kiçik siyirtmə .
Bakı-Tbilisi-Ceyhan Boru kəməri
Kompani (BTC Ko) şirkəti bütövlüklə
boru kəmərinin tikintisinə və istismarına
cavabdehdir. Bu, 11 səhmdar tərəfindən
təşkil olunaraq korporasiya kimi qeydə
alınmış birgə müəssisədir, şirkətin ən bö-
yük səhmdarı olan BP tərəfindən idarə
olunur.
Ə d ə b i y y a t
Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan neft
kəməri [Mətn]: biblioqrafik
göstərici; M.F.Axundov adı-
na Milli Kitabxana..- Bakı,
2009.- 238 s.
Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin beynəlxalq və
regional əhəmiyyəti [Mətn]
: beynəlxalq konfrans: 6-7
iyun 2002-ci il. Tezislər.-
Bakı: Adiloğlu, 2002.- 232 s.
Заславший и Дело труба
Баку-Тбилиси-Джейхан и
казахстанский выбор на
Каспии [Текст].- Москва:
Европa, 2005.-177 с.
18
198
Tarixdə bu gün
BEYNƏLXALQ SÜLH GÜNÜ
1981
SENTY
ABR
Bu günün dəyərini bəlkə də hər biri-
miz anlamırıq, lakin düşünməyə dəyər.
Biz bu dünyada yaşayırıq, onun bizə
bəxş etdikləri ilə qidalanır, gözəllikləri ilə
həyatımızı rəngarəng edirik, lakin təşəkkür
olaraq əvəzində ona nə bəxş edirik?!
Ümumiyyətlə, necə ki, bir-birimizə qarşı
münasibət bəsləyiriksə, eynisini də yaşadı-
ğımız planetə qarşı edirik. Boş eqoizmdən
qurtulmaq və qlobal düşünmək üçün heç
olmazsa, özünüzə bir gün ayırın. Dəyərmi
bütün bunlara, düşünün?! Təəssüflər ol-
sun ki, bəzi insanlara bir dünya azlıq edir.
Dünya – stabil həyatın əsasıdır. Bu, bütün
ölkələrə və onların vətəndaşlarına aid-
dir. Sülh olduğu zamanda biz təhsil ala
və işləyə bilirik, həm maddi, həm də ki,
mənəvi cəhətdən inkişaf edə bilirik. Ma-
terial narahatlıq hiss etmədən sağlam ailə
qura bilirik.
21 Sentyabr tarixində bütün dünyada
Beynəlxalq Sülh Günü qeyd olunur. Bu gü-
nün əhəmiyyəti çox böyükdür. Beynəlxalq
Sülh Günü BMT-nin 30 noyabr 1981-ci
ildəki qərarı ilə bütün dünyada qeyd olu-
nur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu
qərarın lehinə səs vermişdir. 1999-cu ildə
rejissor Ceremi Cilli insan cəmiyyətinin
əsas problemləri və nisbətən təcili həll
olunmalı olan məsələlər barəsində “Pe-
ace one day”i yaratdı. Onun əsas cəhd
etdiyi o idi ki, heç olmasa ildə bircə gün
bütün dünyada insan zorakılığının baş
verməsinin qarşısını alsın, atəşkəs olsun.
21 Sentyabr nəinki yalnız xalqlar ara-
sında, həmçinin, ailələrdə, məktəblərdə
köklü zorakılığa qarşı mübarizənin əldə
olunmasına nail olmaq üçün bir gündür.
Bu səbəbdən də 21 Sentyabr bütün planet
insanları üçün çox vacibdir.
Bugünki gün üçün əsas məqsədlərdən
biri 2012-ci ilə kimi 3 milyard insanı bu
günə cəlb etməkdir, bu səbəbdən də ya-
şından, irqindən, milliyətindən, dinindən
və cinsindən asılı olmayaraq, sülhə nail
olmaq istəyən hər kəsin yardımına ehti-
yac var.
“Peace one day” çalışır ki, praktiki
olaraq, 21 Sentyabrı qeyd edən, zorakı-
lığa etiraz edən, bütün dünyada sülhün
lehinə olan cəmiyyətin bütün sektorları-
nı, rəhbərlik də daxil olmaqla, Birləşmiş
Millətlər Təşkilatına daxil olan bütün
idarəedici təşkilatları, regional və qeyri-
hökumət təşkilatlarını bu işə cəlb etsinlər.
İçimizdə olan İnsanlıq və Bəşəri Sev-
gini əməllərimizlə üzə çıxaraq, o zaman
dünya həqiqətən yaşanmalı və gözəl ola-
caq, inanın mənə…
21
199
Milli Qəhrəmanlar
60
illiyi
MƏHƏRRƏM SEYİDOV
1952-1990
SENTY
ABR
Məhərrəm Seyidov Mirəziz oğlu
1952-ci il sentyabr ayının 7-də Şərur
rayonunda anadan olmuşdur. 1969-cu
ildə burada N.Nərimanov adına orta
məktəbi bitirmişdir. Məhərrəm Bakı
Xüsusi Milis Məktəbibini də bitirmiş-
di. Milis kapitanı Məhərrəm Şərur ra-
yonunda baş inspektor işləyirdi.
1990-cı ildə Sədərək rayonu da baş-
qa rayonlar kimi erməni yaraqlılarının
hücumlarına məruz qalırdı. 18 yanvar
1990-cı il ermənilər Kərki kəndinə hü-
cum edərək evləri yandırır, silahsız,
günahı olmayan dinc sakinləri min bir
vəhşiliklərlə qətlə yetirirdilər. Şərur
rayon Daxili İşlər şöbəsi məlumatı
alan kimi polis işçilərini hadisə yerinə
göndərir, qanlı döyüşlərdə hər iki
tərəfdən xeyi ölən və yaralananlar
var idi. 19 yanvar polis kapitanı Azər
mühasirəyə düşmüşdü… Məhərrəm
onu xilas etmək tapşırığını öz üzərinə
götürdü, o, vuruşaraq polis kapitanı-
nın yanına çata bildi, ama o özü də
mühasirəyə düşdü, son nəfəsinəcən
vuruşaraq döyüşçü dostlarını xilas
edən Məhərrəm qəhrəmancasına həlak
oldu.
Ailəli idi, dörd övladı qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 6 iyun 1992-ci il tarixli 831
saylı Fərmanı ilə kapitan Seyidov
Məhərrəm Mirəziz oğlu ölümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Şərur rayonunun Şəhidlər Xiyaba-
nında dəfn edilib.
Şərur şəhərində qəhrəmanımızın
adına küçə var, tuncdan büstü qo-
yulub. Buradakı 2 saylı orta məktəb
Məhərrəm Seyidovun adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : [Seyidov Məhərrəm
Mirəziz oğlu Naxçıvan MR Şərur RDİŞ nəzdində mühafizə şöbəsinin baş inspekto-
ru, milis kapitanı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün
qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi
igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 6 iyun
1992-ci il [Mətn] //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.-
№13.- S. 24.- (ölümündən sonra).
Cəmilzadə, H. Mənim qəhrəmanlığımı el biləcək [Mətn] //Cəmilzadə, H.
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1993.- S. 12-26.
Əsgərov, V. Seyidov Məhərrəm Mirəziz oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 198.
Seyidzadə, M. Seyidov Məhərrəm Mirəziz oğlu [Mətn] //Seyidzadə, M. Milli
qəhrəmanlar zirvəsi.- Bakı, 2010. - S. 205.
Yusifoğlu. İ. Kapitan Seyidov küçəsində [Mətn] //Yusifoğlu, İ. Ölümü tanrıdan
gələnlər.- Bakı, 1999.- S. 8-9.
Zeynalov, R. Seyidov Məhərrəm Mirəziz oğlu: (1952-1990) [Mətn] //Zeynalov, R.
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S. 60.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.milliqahraman.az
www.adam.az
www.zengilan.com
Dostları ilə paylaş: |