Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə22/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] / 
Seyid Cəfər Pişəvəri; tərt. 
və tərc. ed.: Ə.Əminzadə, 
T.Musəvi.- Bakı: Azərnəşr, 
1984.- 430 s.
Xatirələr (1941-1945) 
[Mətn]: “21 Azər” 
hərəkatının 60 illiyinə 
həsr olunur / Seyid Cəfər 
Pişəvəri; tərt. ed. Y.Kənani.- 
Bakı, 2005.- 394 s.
Əhmədov, S. Seyidcəfər 
Pişəvəri [Mətn] 
/S.Əhmədov //Azərbaycan 
tarixindən yüz şəxsiyyət.- 
Bakı, 2006.- S.224-226.
Məmmədli, P. Cənubi 
Azərbaycan mətbuatı 
tarixi [Mətn]: dərslik 
/P.N.Məmmədli.- Bakı: Elm, 
2009.- 199 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.orq
www.ayna az.
7
Siyasi xadim

163
Siyasət.Hərbi iş 
525 
illiyi
İYUL
I  İsmayıl  Səfəvi,  Şah  İsmayıl 
Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu 
Şeyx  Cüneyd  Səfəvi  –  Şah  İsma-
yıl Xətai 1487-ci il iyul ayının 17-də 
Ərdəbil  şəhərində  anadan  olmuşdur. 
O,  Şeyx  Səfiəddin  nəslindəndir,  ata-
sı  Şeyx  Heydər,  anası  Ağqoyunlu 
hökmdarı Uzun Həsənin qızı Aləmşah 
bəyimdir.
1488-ci  ildə  atası  Şeyx  Heydər 
döyüşdə  öldürüldükdən  sonra,  İsma-
yıl  anası  və  qardaşları  –  Sultanəli  və 
İbrahim  ilə  birlikdə  İstəxr  qalasında 
(Şiraz) həbsdə saxlanılır. Onda İsma-
yılın  hələ  iki  yaşı  tamam  olmamışdı. 
Bir  müddətdən  sonra  Uzun  Həsənin 
oğlu Rüstəm Mirzə hakimiyyət uğrun-
da  mübarizədə  qardaşlardan  istifadə 
etmək  məqsədilə  onları  həbsdən 
azad  edir.  Lakin  döyüş  zamanı  İs-
mayılın  böyük  qardaşı  Sultanəlinin 
və  “qızılbaşlar”ın  necə  şücaət 
göstərdiyini görüb qorxuya düşür, özü-
nü və sülaləsini gələcək təhlükələrdən 
qurtarmaq üçün Şeyx Cüneyd nəslinə 
son  qoymaq  qərarına  gəlir.  O,  1495-
ci  ildə  Şeyx  Sultanəlinin  üzərinə  qo-
şun  göndərib  Şəməsi  döyüşündə  onu 
öldürtdürür.  Ölümündən  öncə  Şeyx 
Sultanəli Ərdəbilə göndərdiyi İsmayılı 
özünün varisi elan etmişdi Sultanəlinin 
ölümündən  sonra  tərəfdarları  İsmayı-
lı  bir  müddət  Ərdəbildə,  daha  sonra 
Rəştdə gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi 
Mirzə  Əlinin  sarayına  gətirirlər.  Gi-
lana  gələndə  İsmayıl  yeddi  yaşında 
olur. Burada o, Həsən xanın himayəsi 
altında Lələ Hüseyn tərəfindən tərbiyə 
olunur.  İsmayıl  təqribən  6  il  burada 
qalaraq,  tanınmış  əmir  və  alimlərin 
rəhbərliyi altında özünün dini, dünyəvi 
və hərbi təlimlərini davam etdirir.
Şah İsmayıl Xətai 1499-cu ilin av-
qust ayında 13 yaşında özünün yaxın 
tərbiyəçisi  və  məsləhətçisi  olan  bir 
neçə qızılbaş tayfa başçısı ilə birlikdə 
qoşun  toplamaq  üçün  Ərdəbilə  yol-
lanır,  ancaq  şəhər  hakimi  tərəfindən 
təqib olunur. O, 1500-cü ilin yazında 
Şamlı və Rumlu tayfalarından, habelə 
Qaradağ və Talış əhalisindən ona qo-
şulmuş  2  minə  yaxın  qızılbaşla  Qa-
rabağ,  Çuxursəd,  Şuragil,  Kağızman, 
Tircan yolu ilə Ərzincana gəlir.
Ərzincanda  keçirilən  müşavirədə 
Səfəvilərin  iki  düşməni  Şirvanşah 
Fərrux Yasarla  müharibəyə  başlamaq 
qərara alındı və əmirlərinin Gürcüsta-
na və Ermənistana bir neçə basqının-
dan  sonra  İsmayıl  Anadoluda  topla-
dığı  təqribən  7  min  nəfərlik  tərəfdarı 
ilə  1500-cü  ilin  axırlarında  Şirvana 
hücum edir. Cabanı döyüşündə Fərrux 
Yasar məğlub edildi və Şirvanşah öl-
dürüldü.  İsmayıl  üç  gün  düşərgədə 
qaldıqdan sonra Şamaxıya daxil oldu. 
Burada  onu  seyidlər,  qazılar,  rəislər 
və şəhər əyanları qarşıladı. Şamaxıya 
girən İsmayıl şəhərdə yalnız bircə gün 
qaldı. Burada öyrəndi ki, Şirvanşahın 
döyüş meydanından qaçıb canını qur-
tarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) 
Xəzər  dənizinin  sahilindəki  Şəhrinou 
qalasındadır  və  atasının  qoşunlarının 
salamat  qalmış  hissələrini  ətrafına 
toplamışdır. İsmayıl sərkərdəsi Hülafə 
bəyi  qoşunla  oraya  göndərdi,  duruş 
gətirə  bilməyəcəyini  görən  Şeyx-
şah yaxın adamları ilə birlikdə qaçdı. 
17
ŞAH İSMAYIL XƏTAİ 
1487-1524
Dövlət xadimi

164
Müqavimətə  rast  gəlməyən  Hülafə 
bəy,  Şəhrinouda  düşərgə  saldı.  Ertəsi 
gün  İsmayıl  özü  buraya  gəldi.  İsma-
yıl Şəhrinounu tutduqdan sonra Mah-
mudabada  qışlağa  getdi.  Burada  ona 
məlum oldu ki, Bakı şəhərinin əhalisi 
qalalarının  möhkəmliyinə  bel  bağla-
yaraq xərac verməkdən imtina edir və 
müqavimət  göstərirlər.  İsmayıl  uzun 
çəkməyən mühasirədən sonra 1501-ci 
ilin baharında Bakını aldı.
İsmayıl Bakını aldıqdan sonra Gü-
lüstan qalasını tutmağa getdi. İsmayıl 
öz qoşunu ilə Naxçıvan istiqamətində 
hərəkət  edir.  1501-ci  ilin  ortalarında 
Əlvənd  Mirzə  onları  Şərur  düzündə 
qarşılayır.  Şərur  döyüşündə  Əlvənd 
Mirzənin 30 minlik ordusu İsmayılın 7 
minlik qoşunu tərəfindən darmadağın 
edilir. İsmayıl bu döyüşdə də öz yaşı-
na görə qeyri-adi dərəcədə sərkərdəlik 
qabiliyyəti  və  şəxsi  igidlik  nümunəsi 
göstərir.  O  özü  şəxsən  Ağqoyunlu 
qoşununun  sayılan  əmirlərindən  Kar-
qiçay  bəyi  qılınc  döyüşündə  məğlub 
edir.
1501-ci  ilin  payızında Təbrizə  da-
xil  olan  İsmayıl  özünü  şah  elan  etdi. 
Bununla  da  paytaxtı  Təbriz  olan 
Azərbaycanda  Səfəvilər  dövlətinin 
əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini 
rədd  edən Ağqoyunlu  hökmdarı  Sul-
tan Muradla 1503-cü il iyunun 21-də 
Həmədan  yaxınlığında  döyüş  Şah  İs-
mayılın qələbəsi ilə nəticələndi və Ağ-
qoyunlu dövləti süqut etdi.
Çox qısa müddətdə Şah İsmayıl Şey-
bani  xanın  özbək  dövlətindən  tutmuş 
Osmanlı  imperiyasının  sərhədlərinə 
qədər uzanan möhtəşəm bir dövlət ya-
rada bilir.
Bütün  Şabran,  Xorasan  vilayəti 
şah İsmayılın hakimiyyəti altına keçir. 
Sonrakı illərdə Şah İsmayıl bütün İra-
nı, İraqi-Ərəbi Səfəvilər dövlətinə qat-
dı.  Onun  dövründə  Səfəvilər  dövləti 
Yaxın  Şərqin  qüdrətli  dövlətlərindən 
birinə  çevrildi.  Səfəvi  dövləti  öz 
yüksəlişinin  zirvə  nöqtəsinə  çatır. 
Onun  ərazisinin  sahəsi  2  milyon  800 
min kvadrat kilometrə qədər idi. 
Şah  İsmayıl  Xətai  1524-cü  il  may 
ayının  23-də  Cənubi  Azərbaycanın 
Ərdəbil şəhərində vəfat etmişdir. Şeyx 
Səfi kompleksində dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Şah İsmayıl Xətai.- Bakı : 
Oka Ofset, 2005.- 342 s.
Külliyyatı [Mətn]: qəzəllər, 
qəsidələr, nəsihətnamə, 
dəhnamə, qoşmalar /Şah İs-
mayıl Xətai.- Bakı : Əlhudə, 
2004.- 534 s.
Qəzəllər [Mətn] /Şah İs-
mayıl Xətai //Azərbaycan.- 
2006.- № 7.- S.3.
Şah İsmayıl Xətai [Mətn]: 
məqalələr toplusu /Azərb. 
SSR Elmlər Akad. Nizami 
ad  Ədəbiyyat İn-tu; red. A. 
Rüstəmova, O. Əfəndiyev.- 
Bakı: Elm ,1988.
Qasımlı, M. Şah İsmayıl 
Xətainin poeziyası [Mətn] 
/M.Qasımlı.- Bakı : Elm, 
2002.- 176 s.
Məmmədova, G. “Vəhdət 
gülüzarının bülbülü...” 
[Mətn]: Xətai özü-
nü belə adlandırırdı 
/G.Məmmədova //Hərbi 
and.- 2006.- 16 iyul.
Zöhrablı, N. Şah İsmayıl 
Xətai adına internet saytı 
açılıb [Mətn] /N.Zöhrablı 
//Azadlıq.- 2001.- 17-19 
noyabr.- S.12.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az

165
Siyasət.Hərbi iş 
130 
illiyi
KAZIM KARABƏKİR PAŞA 
1882-1948
İYUL
Kazım  Karabəkir  Paşa  1882-ci  il 
iyul  ayının  22-də  İstanbulda  anadan 
olub.  Türkiyənin  görkəmli  hərbi  və 
dövlət  xadimi  Kazım  Karabəkir  Paşa 
Atatürkün  yaxın  silahdaşlarından 
biri  olmuşdur. Ali  hərbi  təhsil  aldıq-
dan sonra (1912-1913) Birinci dünya 
müharibəsində iştirak etmişdir (1914-
1918).  Hərbi  sahədəki  xidmətlərinə 
görə  1918-ci  ildə  diviziya  genera-
lı,  sonra  ordu  generalı  rütbəsinədək 
yüksəlmiş, “paşa” fəxri tituluna layiq 
görülmüşdür. 
Kazım Qarabəkir Paşa Azərbaycanın 
ərazi  bütövlüyünün  təmin  olunma-
sında,  onun  ayrılmaz  tərkib  hissəsi 
olan  Naxçıvan  bölgəsinin  erməni 
silahlı  süvarilərinin  təcavüzündən 
müdafiəsində  mühüm  xidmətlər 
göstərmişdir. 
Həmin 
ərazilərin 
müdafiəsi  Osmanlı  ordusunun  onun 
komandanlıq etdiyi I Qafqaz korpusu-
na həvalə olunmuşdu. 
Kazım  Qarabəkir  Paşa  Türkiyənin 
istiqlal savaşında (1918-1923) fəal iş-
tirak etmiş, Şərq cəbhəsinin komanda-
nı kimi bir sıra əzəli türk torpaqlarının 
geri  qaytarılmasında,  erməniləri  sülh 
bağlamağa məcbur etməsində əvəzsiz 
xidmətlərinə  görə  “İstiqlal  ordeninə” 
layiq görülmüşdür. Azərbaycanda baş 
verən  hadisələrlə  daim  yaxından  ma-
raqlanmış, Qars konfransında ( 1921) 
iştirak etmişdir. 
Naxçıvanın  mədəni  həyatında  ya-
xından  iştirak  edən  Kazım  Qarabəkir 
Paşa  şəhərdə  teatrın  fəaliyyətini 
bərpa  etmiş,  Naxçıvan  teatrında  türk 
yazıçılarının  dram  əsərlərini  tama-
şaya  qoymuş,  tədris  müəssisələri 
açmış,  məktəblər  üçün  Türkiyədən 
çoxlu  sayda  dərsliklər  gətirtmişdir. 
Hərbi  vətənpərvərlik  tər-biyəsinə  bö-
yük  əhəmiyyət  verən  və  nizami  ordu 
quruculuğunun  vacibliyini  nəzərə 
alan  Kazım  Qarabəkir  Paşa  bu  işi 
öyrənmək üçün bir qrup gənci Türkiyə 
məktəblərinə  oxumağa  göndərmişdir. 
Türk xalqının istiqlal mücadiləsi başa 
çatdıqdan sonra ordudan tərxis olunan 
Kazım  Qarabəkir  Paşa  millət  vəkili 
kimi fəaliyyət göstərmiş, 1946-cı ildə 
Türkiyə Böyük Millət Məclisinin baş-
çısı seçilmişdir.
Kazım  Karabəkir  Paşa  1948-ci  il 
dekabr  ayının  26-da  ankarada  vəfat 
etmişdir.
Kazım Qarabəkir Paşanın xatirəsinə 
Naxçıvan  şəhərində Türkiyə  Dəyanət 
İşləri  Vəqfi  tərəfindən  məsçid  inşa 
edilmişdir.  Ümummilli  lider  Heydər 
Əliyev,  Kazım  Qarabəkir  Paşanın 
qızı Timsal Qarabəkir məscidin açılış 
mərasimində çıxış etmişlər.
Ə d ə b i y y a t
Ərtoğrul. Hər bir 
azərbaycanlının qəlbində 
Kazım Qarabəkir Paşa 
[Mətn] /Ərtoğrul //Kaspi.-
2010.- 28 dekabr.-S. 12.
Ərtoğrul. Qəlbimizdəki Ka-
zım Qarabəkir Paşa [Mətn] 
/Ərtoğrul //Kaspi.- 2010.- 
24 dekabr.- S.13.
Kazım Qarabəkir Paşa 
[Mətn] //Azərbaycan Xalq 
Cümhuriyyəti ensiklopedi-
yası.- Bakı, 2005.- S. 77-78
Məmmədova, G. Qarabəkir 
əfsanəsi [Mətn]: sənədli ro-
man /G.Məmmədova.- Bakı 
: Zaman, 2001.- 488 s. 
Musayev, İ. Azərbaycanın 
Naxçıvan və Zəngəzur 
bölgələrində siyasi vəziyyət 
və xarici dövlətlərin siyasəti 
[Mətn]: (1917-1921) 
/İ.Musayev.- Bakı : Elm, 
1996.- 312 s. 
Səfərli, F. Kazım Qarabəkir 
Paşa və Naxçıvanın erməni 
təcavüzündən müdafiəsi 
[Mətn] /F.Səfərli //Naxçıvan 
jurnalı.- 2001.- № 5.- S. 23.
22
Hərbi xadim

166
Tarixdə bu gün 
MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ 
1875
İYUL
22 iyul - Azərbaycanda Milli mətbuat və Jur-
nalistika  günü  kimi  qeyd  edilir.  Azərbaycan 
mətbuatının  banisi  Həsən  bəy  Zərdabi  böyük 
çətinliklərdən sonra  Bakıda Azərbaycan  dilində 
“Əkinçi” qəzetinin çap olunmasına nail olmuş və 
qəzetin  ilk  nömrəsi  1875-ci  il  iyulun  22-də  işıq 
üzü görmüşdür.
“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-
səda  doğurmuşdu.  1875-1877-ci  illər  ərzində 
fəaliyyət  göstərmiş  qəzetin  56  nömrəsi  çap  edil-
mişdir.  “Əkinçi”  qəzeti  xalqımızın  milli  oyanı-
şında,  milli  birliyinin  möhkəmlənməsində  böyük 
rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusi-
ya hakim dairələrini narahat etmiş və iki il sonra 
qəzet bağlanmışdı.
Azərbaycan  mətbuatının  ilk  müjdəçisi 
“Əkinçi”dən  sonra  bu  sahədə  xeyli  irəliləyişlər 
olmuşdu.  XIX  əsrin  sonlarında  “Ziya”,  (1879), 
“Kəşkül”  (1880),  “Kaspi”  (1880-1890-cı  illər) 
qəzetləri nəşrə başlamışdı.
XX  əsrin  əvvəllərində  C.  Məmmədquluzadə, 
M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, 
Ü.  Hacıbəyov  və  başqaları  yeni  demokratik 
mətbuatın  yaranması  uğrunda  mübarizə  aparırdı-
lar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-
rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), 
“Azərbaycan  “  (1918)  kimi  demokratik  ruhlu, 
milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə 
“Molla  Nəsrəddin”  jurnalının  nəşrə  başlanması 
ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası 
qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan 
“İşıq”  jurnalının  bütün  əməkdaşları  qadınlardan 
ibarət idi.
Sovet  hakimiyyəti  dövründə  bütün  sovet  res-
publikalarında  olduğu  kimi  Azərbaycanda  da 
mətbuat sovet ideologiyasının ruporuna çevrilmiş-
di. Azad  və  demokratik  mətbuatdan  söhbət  belə 
gedə  bilməzdi.  Yalnız  bolşevik  rejiminin,  kom-
munist  ideyalarının  təbliği  ilə  məşğul  olan  qəzet 
və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi 
senzura hökm sürürdü. Kommunist Partiyasının or-
qanı olan “Pravda” (bu qəzetin dilimizə tərcüməsi 
“Həqiqət” olsa da, səhifələri qərb demokratiyasına 
qarşı  iftiralarla,  ictimai  və  iqtisadi-siyasi  həyatın 
müxtəlif  sahələrinə  aid  yalan  informasiyalarla 
dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı 
gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.
Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən 
sonra  bir  çox  milli-mənəvi  dəyərlərə  qayıdış 
mətbuat  sahəsində  də  özünü  göstərdi.  Bu  gün 
ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal 
fəaliyyət  göstərir.  Azərbaycan  Respublikası  Pre-
zidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə 
başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalisti-
ka Günü kimi qeyd olunmağa başladı.
22

167
Milli Qəhrəmanlar 
50 
illiyi
RAMİZ QƏMBƏROV 
1962-1992
İYUL
Ramiz Bulud oğlu Qəmbərov 1962-
ci  il  iyul  ayının  2-də  Şuşa  şəhərində 
anadan olmuşdur. 
  O,  1979-cu  ildə  H.Hacıyev  adına 
Şuşa  şəhər  orta  məktəbini  bitirmiş-
dir.  1980-ci  ildə  hərbi  xidmətə  çağı-
rılmış,  1982-ci  ildə  ordudan  tərxis 
olunaraq  Şuşaya  qayıtmışdır.  1986-cı 
ildə  Azərbaycan  İnşaat  Mühəndisləri 
İnstitutuna  daxil  olmuşdur.  Amma 
təhsilini  başa  çatdıra  bilməmişdir. 
Erməni  təcavüzkarlarının  başla-
dığı  Qarabağ  müharibəsi  minlərlə 
qeyrətli  Azərbaycan  oğulları  kimi 
Ramiz  Qəmbərovu  da  torpaqlarımı-
zın  müdafiəsinə  qalxmağa  məcbur 
etmişdi.  Ramiz  1988-ci  ildən  xalq 
hərəkatına  qoşulmuşdu.  O,  1992-ci 
ildə  könüllü  özünümüdafiə  batalyonu 
yaratmış və bu batalyonun başçısı ol-
muşdur.  Onun  taboru  Şuşa  şəhərinin, 
Kərkicahan,  Kosalar,  Nəbilər,  Qay-
balı,  Malıbəyli,  Quşçular,  Göytala 
kəndlərinin  müdafiəsində  mərdliklə 
vuruşmuşdur.
 29 aprel 1992-ci ildə erməni işğal-
çıları Kosalar və Kərkicahan kəndləri 
yaxınlığındakı  postlara  hücum  edən 
zaman  Ramiz  Qəmbərovun  taboru 
döyüşə  atılmış  və  bu  döyüşdə  cəsur 
komandir ağır yaralanmışdır. Bir gün 
sonra 30 aprel 1992-ci ildə dünyasını 
dəyişmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 
Fərmanı  ilə  Qəmbərov  Ramiz  Bulud 
oğlu  ölümündən  sonra  Azərbaycanın 
Milli Qəhrəmanı  fəxri adına layiq gö-
rülmüşdür.
Ramiz  Qəmbərov  Şuşa  şəhərində 
dəfn edilmişdir. 
Azərbaycanın Milli Qəhrəmanı Ra-
miz Bulud oğlu Qəmbərovun xatirəsi 
əbədiləşdirilmiş  –  Bakı  şəhərindəki 
küçələrdən  birinə  onun  adı  verilmiş-
dir.
Ə d ə b i y y a t
Vətən Ramiz kimi igidlərlə 
var olur [Mətn]: Ramizin 
könüllü batalyonu // Azad-
lıq.- 2011.- 19 mart.- S.13.
Əsgərov, V. Qəmbərov 
Ramiz Bulud oğlu [Mətn] //
Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı , 
2005.- S.118. 
Nazim, N. Qəmbərov Ramiz 
Bulud oğlu [Mətn] //Nazim, 
N. İstiqlal ulduzları.- Bakı , 
1995.- S.93-95.
Ramizqızı, B. Ramiz vətən 
uğrunda ölməyin nə demək 
olduğunu göstərdi [Mətn] 
/B.Ramizqızı //Yeni Müsa-
vat.- 2004.- 8 may.- S.4.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
2
Milli Qəhrəman

168
Milli Qəhrəmanlar 
55 
illiyi
TAHİR BAĞIROV 
1957-1992
İYUL
Tahir Əminağa oğlu Bağırov 1957-
ci  il  iyul  ayının  14-də  Türkmənistan 
Respublikasının  Krasnovodsk  (indiki 
Türkmənbaşı)  şəhərində  anadan  ol-
muşdur.  Milliyyətcə  azərbaycanlıdır. 
Əli  Bayramlı  şəhərində  1974-cü  ildə 
8-ci  sinifi  bitirmiş,  həmin  ildə  sürü-
cülük  sənətinə  yiyələnmişdi.  1977-ci 
ilin may ayından 1979-cu ilin sentyabr 
ayınadək  keçmiş  sovet  ordusu  sırala-
rında  həqiqi  hərbi  xidmətdə  olmuş-
dur. Ordudan tərxis olunduqdan sonra 
Azneft-1  istehsalat  birliyində  İES-də 
nəqliyyat sexində işləmişdir.
Tahir Bagırov Milli Ordu hissələri 
təşkil  edilməyə  başlananda  onun  sı-
ralarına  qoşulmuşdu.  1992-ci  ilin  1 
mart  tarixində  843-cu  hərbi  hissənin 
komandirinin əmri ilə Tahir təlim ko-
mandirinin  müavini  təyin  olunmuş, 
sonra  isə  Azərbaycan  Respublika-
sı  Hərbi  Hava  Qüvvələrinin  Mİ-24 
helikopterində  bort  atıcısı  vəzifəsinə 
keçirilmışdi.  Qarabağda  Ermənistan 
ekspedisiya korpusuna qarşı keçirilən 
hərbi əməliyyatlarda iştirak etmişdir.
1992-ci  il  11  oktyabrda  gedən 
döyüş-lərdə  baş  çavuş  T.Bağırov 
qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. İki oğlu yadigar qaldı.
Azərbaycan    Respublikası  Prezi-
dentinin  9  fevral  1993-cü  il  tarixli 
Fərmanı  ilə  Tahir  Əminağa  oğlu  Ba-
gırova Azərbaycanın Milli Qəhrəmanı 
Fəxri adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanın-
da dəfn edilib.
Şirvan  şəhərində  yaşadığı  küçəyə 
və 11 saylı orta məktəbə onun adı ve-
rilib.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Bağırov Tahir 
Əminağa oğlu – baş serjant – Azərbaycan Respublikasının suverenliyi və ərazi 
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
şəxsi igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı, 5 fevral 1993-cü il  [Mətn]//Azərbaycan Respublikası Ali Sovetinin 
Məlumatı.-1993.- №3.- S.11.- (ölümündən sonra).
Əsgərov, V. Bağırov Tahir Əminağa oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın Milli 
Qəhrəmanları.- B., 2005.- S. 34.
Əyyubova, B. Üç səma qartalından biri: [Milli Qəhrəman Bağırov Tahir Əminağa 
oğlu] [Mətn] //Əyyubova, B. Qızıl qan.- Bakı , 1997.- S. 3-5.
 Faxralı, R. Tahir Bağırov [Mətn] //Faxralı, R. Ömrün üfüqləri.- Bakı , 1996.- S. 
119-120.
Seyidzadə, M. Bağırov Tahir Əminağa oğlu [Mətn] //Seyidzadə, M. Milli 
qəhrəmanlar zirvəsi.- Bakı, 2010. - S. 37.
Zeynalov, R. Bağırov Tahir Əminağa oğlu: (1957-1992) [Mətn] //Zeynalov , R. 
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S. 14.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.milliqahraman.az
www.adam.az
www.canbaku.net
14
Milli Qəhrəman

169
Milli Qəhrəmanlar 
45 
illiyi
SƏRXAN OCAQVERDİYEV 
1967-1992
İYUL
Sərxan Surxay oğlu Ocaqverdiyev 
1967-ci il iyul ayının 16-da Goranboy 
rayonunun  Səfikürd  kəndində  anadan 
olmuşdur.  1985-ci  ildə  Tatarlı  kənd 
orta  məktəbini  bitirdikdən  sonra  Xa-
barovsk şəhərində hərbi xidmətdə ol-
muşdur. 1988-ci ildə hərbi xidmət bor-
cunu yerinə yetirib Vətənə dönmüş və 
Gəncə  Maşınqayırma  Texnikumuna 
daxil  olmuşdur.  1991-ci  ildə  təhsilini 
uğurla başa vurub, Gəncə Maşınqayır-
ma Zavodunda əmək fəaliyyətinə baş-
lamışdır.
10  yanvar  1992-ci  ildə  Goranboy 
özünümüdafiə  batalyonuna  üzv  yazı-
lır,  Şəfəq,  Zeyvə,  Tap-Qaraqoyunlu 
kəndlərinin  müdafiəsi  zamanı  qanlı 
döyüşlərdə iştirak edir. Sərxan Ocaq-
verdiyev az müddətdə düşmənin xey-
li  canlı  qüvvəsini  məhv  edərək,  əsl 
Azərbaycan əsgəri kimi yüksək döyüş 
nümunəsi göstərir.
Goranboyun Talış kəndi ermənilərə 
ərazicə  ən  yaxın  kənd  hesab  olunur-
du.  Onlar  bu  kəndə  aramsız  hucum-
lar edirdilər. Lakin Goranboyun mərd 
oğulları  sinələrini  düşmənin  qarşısın-
da sipərə çevirmişdilər.
5 may 1992-ci il... Erməni faşistləri 
növbəti  dəfə  Talış  kəndinə  hucuma 
keçdilər.  Qeyri-bərabər  döyüş  ge-
dirdi.  Vətənin  qeyrətli  oğlu  Sərxan 
Ogaqverdiyev  bu  qanlı  döyüşdə 
qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Preziden-
tinin  7  iyun  1992-ci  tarixli  833  say-
lı  Fərmanı  ilə  Ocaqverdiyev  Sərxan 
Surxay  oğluna  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı 
verilmişdir.
Şəfikürd kəndində dəfn edilmişdir.
Təhsil  aldığı  Tatarlı  kənd  orta 
məktəbi onun adını daşıyır. Goranboy 
rayonunda büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Mudafiə Nazirliyinin hərbi qulluqçularına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verılməsi haqqında : [Ocaqverdiyev Sərxan 
Surxay oğlu – sıravi –Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlü-
yünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi 
şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 
iyun 1992-ci il  [Mətn]//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.- 
№ 13.-S.25.- (ölümündən sonra).
Əsgərov, V. Ocaqverdiyev Sərxan Surxay oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 2005.- S.176.
Quliyeva, N. Ocaqverdiyev Sərxan Surxay oğlu [Mətn] //Quliyeva, N. Ölməzliyə 
gedən yol.-Bakı, 1996.- S.7.
Ocaqverdiyev Sərxan Surxay oğlu [Mətn] //Azərbaycanın Milli Qəhrəmanları: 
biblioqrafiya /tərt.ed. H. Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitab-
xanası.- Bakı, 2008.- S.176. 
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin