RedaksiYAŞurasi


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 10,22 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix31.01.2017
ölçüsü10,22 Mb.
#7070
1   ...   14   15   16   17   18   19   20   21   22

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
160
Mehdizadə Büllur Azər qızı (669 bal)
Müntəzəm olaraq sınaq imtahanlarında iştirak edin. Özünüzə, hazırlıq səviyyənizə,
potensial imkanınıza inanın. 
Məhərrəmov Arif Rahib oğlu (666)
İmtahanda uğur qazanmaq üçün tənbəllikdən uzaq olmaq, dərslərə müntəzəm, keyfiyyətli
hazırlaşmaq lazımdır. İlk sınaq imtahanlarında yaxşı nəticə göstərməsəniz,  bunu  özünüzə
dərd etməyin. Səhvlərinizdən nəticə çıxarın, bilmədiklərinizi öyrənin, bildiklərinizi təkrar ‐
layın. 
Xəlfəquliyev Həmid Elçin oğlu (665 bal)
Qarşılarına aydın məqsəd qoysunlar və məqsədə doğru inamla addımlasınlar. Qəbul
imtahanına hazırlıq müddətində fikirlərini daha çox dərslərə yönəltsinlər. İmkan olarsa,
dərsdənkənar məşğələlərə, əyləncələrə də vaxt ayırsınlar. İmtahana hazırlıq zamanı səmərəli
vaxt bölgüsü aparsınlar, sistemli çalışsınlar. Müəllimdən çəkinməmək, ondan bütün sualları
soruşub öyrənmək lazımdır.  
Qafarov Әvəz Әzizağa oğlu (665 bal)
Hər bir abituriyentin bilik səviyyəsinə, mövzuları dərketmə qabiliyyətinə görə öz hazırlıq
metodu olur. Mənim də öz hazırlıq tərzim, proqramım vardı. Qəbula hazırlıq zamanı
aşağıdakı şərtlərə riayət edirdim: həvəslə oxuyur, öyrənir, əzm, iradə nümayiş etdirir və
sistemli çalışırdım. Vaxtı da özüm üçün əlverişli bir tərzdə bölürdüm. 
Pəsiyeva Rübabə Sərvaz qızı (631 bal)
Qəbul imtahanına hazırlaşmaqla bərabər, məktəbin fəal şagirdlərindən olsunlar, intellekt
yarışlarında, olimpiadalarda iştirak etsinlər. 
Məmmədov Xəzər Araz oğlu (622 bal)
Qəbul imtahanına hazırlıq müddətində özünüz üçün ciddi qrafik tərtib edin. Vaxtınızdan
səmərəli və məhsuldar şəkildə yararlanın. Keçilən mövzuları vaxtlı‐vaxtında öyrənin. Qəbul
imtahanı ərəfəsində psixoloji hazırlığa da önəm verməyinizi tövsiyə edirəm.  
Məlikova Aygün İlqar qızı (618 bal) 
Məsləhət görürəm ki, proqramdakı mövzulara aid materialları ətraflı oxusunlar, dərindən
mənimsəsinlər. Bilmədikləri və ya qaranlıq qalan mövzuları araşdırsınlar, müəllimlərdən
soruşub öyrənsinlər. Mövzuları tam dərk etdikdən sonra test tapşırıqları ilə işləsinlər.
İstirahət üçün də vaxt ayırsınlar, ancaq bu vaxtı telefon, televizor və sosial şəbəkələrdə yox,
dostları, ailələri ilə birlikdə keçirsinlər. 
Әsgərli Rəfi Fuad oğlu (610 bal)
Tövsiyəm odur ki, özləri üçün proqram tutsunlar, dərslərini bu proqrama uyğun
hazırlasınlar, çoxlu test tapşırıqları həll etsinlər. Sınaq imtahanlarına mümkün qədər çox
getsinlər. 
Pominova Yekaterina Konstatinovna (607 bal)   
Şəxsi təcrübəmdən çıxış edərək məsləhət görərdim ki, planlı hazırlaşsınlar, diqqətli
olsunlar, öyrəndiklərini təkrarlasınlar, məktəb dərslərinə həmişə hazırlıqlı olsunlar.  

161
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
III qrup 
Məmmədova Günay Şahmar qızı (669 bal)
Mən uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. Bu arzuya çatmağın yeganə yolunu isə
yaxşı oxumaqda, yaxşı təhsil almaqda görmüşəm. Bunu hələ aşağı siniflərdən dərk etmişəm.
Dərslərimə həmişə məsuliyyətlə yanaşmış, öz üzərimdə ciddi çalışmışam. Onu da deyim ki,
iki fənn üzrə müstəqil hazırlaşmışam. Digər fənlərdən isə repetitor yanına getmişəm. Bütün
bunları deməklə gələcək abituriyentlərə bildirmək istəyirəm ki, hər şey insanın öz əlindədir,
yetər ki, istəyin, arzun, iradən olsun. 
Cümşüdova Әminə Hicran qızı (627 bal)
Әvvəla, vaxtınızı düzgün bölün. Oxumağa da, istirahətə də vaxt ayırın. Әzbərçilikdən
uzaq olun. Oxuduqlarınızı dərk edərək mənimsəyin. Öyrəndiklərinizi tətbiq etməyə çalışın.
Məmmədəliyeva Arzu İlqar qızı (627 bal)
Gələcək abituriyentlərə, ilk növbədə tövsiyə edirəm ki, yaxşı bildikləri fənlərin daxil
olduğu ixtisas qrupunu seçsinlər. Çünki hazırlıq müddətində ixtisas seçimi ilə bağlı fikri
dəyişmək arzuolunmaz nəticəyə gətirib çıxara bilər. Ümumiyyətlə, ixtisas seçiminə ciddi,
məsuliyyətlə yanaşmaq lazımdır.
Çağırqanov Elnur Vahid oğlu (609 bal)
Qəbula düşən bütün suallar məktəb proqramına əsaslanır. Buna görə dərsliklərdəki
mövzuları diqqətlə, ətraflı oxuyun. Sizə qaranlıq qalan, çətin olan mövzularla bağlı qeydlər
edin, araşdırmalar aparın. Həmin mövzuları müəllimlərinizlə birgə müzakirə edin.
Öyrəndiyiniz hər bir mövzu üzrə çoxlu test tapşırıqları edin. Bu, biliyinizin daha da
möhkəmlənməsinə, dərinləşməsinə kömək edəcəkdir. 
Hacıyeva Aysel Kamandar qızı (606 bal)
Yüksək bal toplamaq üçün ən vacib məsələ məqsəd və istəyin olmasıdır. Gündəlik dərsləri,
tapşırıqları mütəmadi, ciddi, səliqəli yerinə yetirsəniz, qəbul imtahanında test tapşırıqlarını
həll edərkən heç bir probleminiz olmaz. 
IV qrup 
Hüseynova İlahə Şakir qızı (675 bal)
Hər bir şagirdə, abituriyentə məsləhət görərdim ki,  mövzunu tam, dolğun mənimsəmək
üçün müəllimlərdən ən xırda təfərrüatları da soruşmaqdan çəkinməsinlər.
Abdullayeva Afət Әhməd qızı (667 bal) 
Qəbul imtahanının uğurlu nəticəsinin təməli hazırlıq işlərinin planlı, sistemli şəkildə
qurulmasından asılıdır. İmtahanlara psixoloji və texniki cəhətdən yaxşı hazırlaşmaqda
TQDK‐nın keçirdiyi sınaq imtahanlarının çox böyük rolu var. İmkan daxilində bütün sınaq
imtahanlarında iştirak etmək lazımdır.   

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
162
Anket sorğusu iştirakçılarına əlavə demək istədikləri fikir, arzu və təkliflərlə bağlı da müraciət
olunmuşdu. Həmin müraciətə cavablardan daha çox maraq doğuran nümunələri təqdim edirik:
Rəylər, təkliflər, arzular
I qrup 
Abbasov Nihad Natiq oğlu (700 bal)
Keçirdiyi şəffaf imtahana görə TQDK‐ya təşəkkür edirəm, uğurlarını davam etdirməyi
arzulayıram. 
Allahverdiyev Әli Allahverdi oğlu (700 bal)
“Abituriyent” jurnalı çox mükəmməl, sistemli hazırlanmış bir dərgidir. Jurnalda elm
sahəsində uğur qazanmış insanların həyatı barədə maraqlı yazılar, onların elmi məqalələri
dərc olunsa, məncə, jurnal daha oxunaqlı olar.
Әliyeva Nərmin Çingiz qızı (700 bal)
Qəbul imtahanında cavab kartında  kodlaşdırma üçün əlavə yarım saat ayrılmasını təklif
edirəm. 
Yaqublu Ceyhun Ziyadxan oğlu (695 bal)
TQDK‐nın təşkil etdiyi sınaq imtahanlarının sayı artırılsa, yaxşı olardı. 
Әzimzadə Aysu Qurban (684 bal)
İstərdim ki, qəbul planı azaldılsın, müsabiqə şərti isə qaldırılsın. Yalnız yaxşı biliyi olan
abituriyentlər ali təhsil almaq hüququ qazansın. Fikrimcə, 200 bal müsabiqə şərti kimi çox
aşağıdır.  
Quliyev Ziyəddin Şərəfəddin oğlu (680 bal)
Hazırlıq zamanı TQDK‐nın nəşr etdiyi siniflər üzrə kitabçalar və test toplularından çox
istifadə etdim. Buna görə TQDK‐ya və zəhməti keçən hər bir insana minnətdarlığımı
bildirirəm. 
Novruzova Məryəm İlham qızı (672 bal)
Bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Tələbə adını qazanan bütün həmyaşıdlarımı
isə təbrik edirəm!
Cəbrayılov Məhərrəm Bəkir oğlu (667 bal)
Qəbul imtahanında heç bir problemlə rastlaşmadım. Obyektivliyə, yüksək təşkilatçılığa görə
TQDK‐ya öz dərin minnətdarlığımı bildirirəm. Gələcək abituriyentlərə TQDK‐nın təşkil
etdiyi sınaq imtahanlarında mütəmadi iştirak etməyi məsləhət ğörürəm. 

163
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
Abdulova Zərifə Abıgül qızı (662 bal)
İstərdim ki, müəllimlik ixtisası üzrə müsabiqə şərti həkimlik ixtisası kimi yüksək olsun. Çünki
müəllimlik də həkimlik qədər məsuliyyətli, şərəfli peşədir. Yüksək hazırlıqlı abituriyentlərə
öz ixtisas seçimlərində müəllimlik ixtisaslarına üstünlük verməyi tövsiyə edirəm. 
Həsənov Rəşad Aydın oğlu (652 bal)
Arzu edərdim ki, ölkəmizdəki təhsil sistemi elə bir səviyyədə olsun ki, repetitorlara ehtiyac
qalmasın. 
Әsədova Türkan Münasib qızı (638 bal)
Gələcək abituriyentlərə uğurlar arzulayıram. Bizə yaratdığı şərait üçün isə TQDK‐ya təşəkkür
edirəm.  
II qrup 
İsmayılov Fərid Elxan (680 bal) 
İstərdim ki, qəbul imtahanı ildə bir neçə dəfə ayrı‐ayrı fənlər üzrə keçirilsin. Hər abituriyentə
ən azı iki cavab kartı verilsə yaxşı olar. Yəni cavab kartını doldurarkən təsadüfən, texniki
səhvlərə yol verən abituriyentə daha bir şans verilsin.    
Həsənova Aysel Arzu qızı (674 bal)
Bütün sınaq imtahanlarında iştirak etməyi, dərsliklərlə yanaşı, TQDK‐nın nəşrlərindən
istifadə etməyi və qəbul imtahanına hazırlıq dövründə vaxtı düzgün bölməyi məsləhət
görürəm. 
Qafarov Әvəz Әzizağa oğlu (665 bal)
Qəbul imtahanında bizə yaradılan yaxşı şəraitə, şəffaflığa, obyektivliyə görə TQDK‐nın əməyi
keçən hər bir əməkdaşına təşəkkürümü bildirirəm.
III qrup 
Sultanlı Lalə Asəf qızı (659 bal)
Açıq tipli test suallarının bütün fənlər üzrə test blokuna salınmasının əleyhinəyəm. Çünki bu
tip test tapşırıqlarına az bir vaxtda vərdiş etmək asan deyil. Gələcəkdə açıq tipli test
tapşırıqları bütün fənlər üzrə test blokuna daxil edilərsə, fikrimcə, o zaman imtahan vaxtını
uzatmaq lazım gələcək.  

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
164
Surxayzadə Toğrul Məhərrəm oğlu (658 bal)
İmtahanların təşkili, keçirilməsi və biliklərin obyektiv qiymətləndirilməsi işini yüksək
peşəkarlıqla həyata keçirdiklərinə görə TQDK‐nın rəhbərliyinə və əməkdaşlarına
minnətdarlığımı bildirirəm.
İsayeva Fidan Yunis qızı (612 bal)
Dövlətimizin gənclərə qayğısı böyükdür. Bu qayğının bir qolu da onlara dövlət vəsaiti
hesabına təhsil verməkdir. İstərdim ki, təhsili dövlət hesabına olan ixtisasların və yerlərin sayı
artırılsın.
Misirova Aynur Araz qızı (601 bal)
Jurnalın yüksək bal toplayan abituriyentlərə həsr olunmuş 11‐ci sayını çox təqdirəlayiq iş
hesab edirəm. Mən hələ aşağı siniflərdən jurnalın hər ildə dərc olunan 11‐ci sayını da daim
izləmiş, bizdən əvvəlki yüksək bal toplayan abituriyentlərin tövsiyə və məsləhətlərini böyük
həvəslə oxuyaraq özüm üçün nümunə götürmüşəm.  
IV qrup 
Eynallı Әlişah Elman oğlu (687 bal)
İmtahan keçirilən binalarda buraxılış rejimində iştirak edən işçilərin sayının artırılmasını
istərdim. 
Bahadurova Nəzrin Malik qızı (665 bal)
Çox istərdim ki, TQDK qəbul imtahanlarına hazırlıqla bağlı buraxılış siniflərinin şagirdləri ilə
görüşlər keçirsin.
Vəliyev Rauf Rəhim oğlu (662 bal)
“Bilik qiymətləndirilir” devizini öz fəaliyyətində rəhbər tutaraq təhsilimizə müstəsna
xidmətlər göstərən TQDK‐ya öz dərin minnətdarlığımızı bildiririk.
Gəncəliyev Әdalət Gəncəli (644 bal)
İstərdim ki, qəbul imtahanları il ərzində bir neçə dəfə keçirilsin. Belə olan təqdirdə uğursuz
nəticə göstərən abituriyent növbəti imtahanı bir il gözləməli olmaz. Bundan başqa, TQDK‐nın
keçirdiyi qəbul imtahanlarının vaxtı dəyişdirilsə yaxşı olar. Belə ki, iyul ayında artıq bir çox
xarici universitetlərə, xüsusən Türkiyə universitetlərinə tələbə qəbulu dayandırılır və biz
topladığımız balla bu universitetlərə müraciət etmək üçün növbəti ili gözləməli oluruq. 
Mikayıllı Hüsniyyə Arif qızı (643 bal)
Təklif edirəm ki, IV ixtisas qrupunun imtahan fənlərinin tərkibinə xarici dil fənni də əlavə 
edilsin.

165
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
Həsənov Rövşən Әfqan oğlu (608 bal)
Məleykə xanım Abbaszadə başda olmaqla TQDK‐nın bütün kollektivinə imtahan zamanı
yaratdıqları şəraitə görə təşəkkürümü bildirirəm.  
Quluzadə İlqar Xəqani oğlu (603 bal)
TQDK‐nın rəhbərliyinə qəbul imtahanlarının təşkilində yüksək dərəcədə obyektivlik, şəffaflıq
nümayiş etdirdikləri üçün minnətdarlığımı bildirirəm.
Әziz şagirdlər, sizə builki bilik yarışı öncülləri ilə keçirilmiş anket sorğunun
materiallarından, onların məsləhət və tövsiyələrindən yararlanmağı, qəbul imtahanlarına
hazırlaşarkən onların təcrübəsindən bir örnək, nümunə kimi yaradıcı şəkildə istifadə etməyi
məsləhət görürük. 
Materialı hazırladılar:
"Abituriyent"in analitik‐informasiya qrupunun üzvləri 
Rabil Novruzov
Sədi Nuriyev
Məhbubə Yusubova
Cavahirat Şirinova
Səbinə Vəliyeva
Cəmilə Mir‐Bəşirova

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
166
MӘKTUBLARDAN SӘTİRLӘR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Məleykə Abbaszadəyə
Hörmətli Məleykə xanım, ailəmizin sevincinin həddi‐hüdudu yoxdur. Bu il oğlum
Әhmədov Mir‐Abbas Әhməd oğlu qəbul imtahanında yüksək bal toplayıb. Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının apardığı obyektiv, şəffaf imtahana görə Sizə ailəmiz adından
dərin təşəkkürümü bildirirəm, Allah köməyiniz olsun. 
Әhmədov Әhməd Abbas oğlu
Azərbaycan Respublikası TQDK‐nın sədri 
Məleykə xanım Abbaszadəyə
Məleykə xanım, salam! Sizi narahat edən Xocalı rayon Kosalar kənd sakini Süleymanov
Füzuli Hətəm oğludur. Sizə imtahanların obyektiv və yüksək səviyyədə keçirilməsinə görə
dərin təşəkkürümü bildirirəm. Mənim ilk övladım Süleymanova Sevil Füzuli qızı 2012‐ci ildə
qəbul imtahanında 665 bal toplamışdı. Onda da Sizə öz təşəkkürümü bildirmişdim. Builki
qəbulda isə ikinci övladım Süleymanova Şahnaz Füzuli qızı IV qrup üzrə keçirilən qəbul imta‐
hanında 635 bal toplayaraq müalicə işi ixtisasına qəbul olub. Həkim olmaq mənim özümün
uşaqlıq arzum idi. Lakin müəyyən səbəblərə görə mənim arzum həyata keçmədi. İndi
övladımın timsalında arzuma çatdım. Әgər imtahanlar qeyri‐obyektiv olsaydı, bu, mümkün
olmazdı. Bütün bunlara görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm. 
Bu işdə Respublikanın Prezidenti İlham Әliyev cənablarının əməyini xüsusilə qeyd
etmək lazımdır. Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmiz günü‐gündən çiçək‐
lənir və abadlaşır. Bütün sahələrdə olduğu kimi, təhsilimiz də inkişaf edir. Respublikamızda
gedən bu quruculuq və yaradıcılıq işlərini ancaq nankor insanlar görməyə bilər.
Mən çox şadam ki, Prezidentimizin rəhbərliyi altında Sizin kimi öz işini gözəl bilən
bacarıqlı şəxslər çalışır. 
Sizin keçirdiyiniz sınaq imtahanları abituriyentlər üçün çox yardımçı olur. Məktəblərə
göndərilən sinif testləri kasıb ailələr üçün xeyli köməkdir. Yerlərdə olan kadrlar da çox
düzgün seçilibdir. Onların insanlarla olan münasibəti adamı heyran edir. Bu da onu göstərir
ki, kadr seçimində işlər düzgün aparılır.
Mən eləcə də TQDK‐nın Gəncə regional bölməsinin əməkdaşlarına, xüsusən bu
bölmənin Gəncə regional bölməsinin rəhbəri Nəsimi müəllimə dərin təşəkkürümü bildirirəm.
Bütün bu yazılanlar tək mənim fikrim deyil, Kosalar kəndinin əhalisinindir. Sadəcə
olaraq camaatımız Sizə minnətdarlıqla bağlı müraciəti mənə həvalə etdi.
Hər il Tələbə Qəbulu üzrə Dövlət Komis si ya sına imtahanların təşkili, gedişi və nəticələri ilə bağlı
çoxlu sayda yazılı və elektron məktublar, teleqram və müraciətlər daxil olur. Eyni zamanda,
abituriyentlər arasında aparılan anket sorğusuna cava b larda bu məsələlərə münasibət bildirilir.
Burada ictimai rəyin əks‐sədası olan belə materiallardan bir neçə nümunəni dərc edirik. 

167
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
Məhz imtahanların belə obyektiv keçməsinə görə bizim kənddən xeyli şagird tələbə adı
qazanıb. Biz test üsulu ilə qəbul imtahanlarının uzunömürlü olmasını arzulayırıq.
Mən bir daha Prezidentimizə uzun ömür, can salığı arzulayıram. Sizlərə də bu çətin və
şərəfli işinizdə uğurlar diləyirəm. Arzu edirəm ki, Qarabağ işğaldan azad edilsin və TQDK‐
nın belə bir regional bölməsi Xankəndində yaradılsın. Qəbul imtahanları işğal altında olan
rayonlarda da keçirilsin. Sağ olun! Sizə işinizdə daha böyük uğurlar arzulayıram. 
Hörmətlə, Füzuli Süleymanov
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına
Salam, çox hörmətli TQDK əməkdaşları! Sizə təşəkkür edirəm ki, bu günə qədər bizim
hər bir müraciətimizə dəqiq, səlis, vaxtında və ətraflı cavab  verirsiniz. Keçirdiyiniz ədalətli və
obyektiv imtahan sayəsində ali məktəbə qəbul oldum. Buna görə Sizə minnətdaram. Kaş ki,
həyatda hər şey belə ədalətli həll olunaydı. TQDK ölkəmizdə ən qabaqda gedən dövlət
qurumlarından biri, bəlkə də birincisidir. Bütün gələcək və şərəfli işlərinizdə Sizə uğurlar, bol
nailiyyətlər, daha böyük müvəffəqiyyətlər arzulayırıq.
Tağı Cəfərli
Salam, çox hörmətli TQDK və "Abituriyent" jurnalı. 
Mən, Ağayeva Şəfiqə bu il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq”
fakültəsinə qəbul olmuşam. Bundan əvvəl də Әzim Әzimzadə adına İncəsənət Kollecini bitir‐
mişəm. Rəssamlıq mənim uşaqlıqdan içimdə olan istək və arzudur. Arzumun reallaşması
üçün yaratdığınız şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bu qədər
ədalətlisiniz. Mən və mənim kimi gənclərin özünü təsdiq etməsinə və gələcəyin ziyalı bir
şəxsiyyəti kimi yetişməsinə böyük dəstək verirsiniz. Bizdə yaratdığınız inama və mənəvi gücə
görə hamınıza minnətdaram. Bir daha təşəkkürlər, əziz TQDK və "Abituriyent" jurnalı.
Hörmətlə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 
Rəngkarlıq fakültəsinin 1‐ci kurs tələbəsi Ağayeva Şəfiqə
Hörmətli TQDK və "Abituriyentʹʹ jurnalı redaksiyasının əməkdaşları!
Bu məktubu yazmaqda məqsədim biz abituriyentlərə yaratdığınız şəraitə görə Sizə
təşəkkür etməkdir. Oxumaq, təhsil almaq, cəmiyyətə yararlı bir şəxsiyyət kimi formalaşmaq
mənim ən böyük arzumdur. Mən Ağdam rayonunun Zəngişalı kənd məktəbində təhsil
almışam. Bu kənd döyüş bölgəsində yerləşməsinə baxmayaraq, burada mənim kimi öz
gələcəyini qurmaq istəyən yüzlərlə gənc var. Hazırda mən Bakı Slavyan Universitetinin jur‐
nalistika və filologiya fakültəsinin 1‐ci kurs tələbəsiyəm. Bu universitetdə oxumaq və yaxşı
təhsil almaq mənim ən böyük arzularımdan biri idi. Çox təşəkkür edirəm ki, bu arzumun real‐
laşması üçün minlərlə abituriyent kimi mənə  də hər cür şərait yaratdınız. İstifadə etdiyim
testlər və getdiyim bütün sınaq imtahanları mənə çox kömək oldu. Təşəkkür məktubumu da
bu sahədə bizə böyük dəstək olduğunuz üçün yazıram. Biz Sizin uğurlarınızıq. Qoy
uğurlarınız daim bol olsun!
Hörmətlə, Bakı Slavyan Universitetinin 
Jurnalistika və Filologiya fakültəsinin 
1‐ci kurs tələbəsi Qasımova Diliş

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
168
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına
Hörmətli Məleykə xanım, keçirdiyiniz ədalətli imtahanlara görə Sizə təşəkkürümü
bildirirəm. Sizin obyektiv və şəffaf fəaliyyətiniz  sayəsində minlərlə abituriyent tələbə adını
qazandı. İnanıram ki, bu uğurlarınız getdikcə daha da artacaq. “Abituriyent” jurnalı redak‐
siyasına xüsusi təşəkkürümü bildirirəm, çünki qələbəmin bir qismi jurnalın nəşr etdiyi
vəsaitlər, toplular sayəsində reallaşdı. Nəşrlərin məzmun dərinliyi, çeşid zənginliyi bizlərə
çox böyük köməkdir. Hamınıza işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin I kurs  tələbəsi Kazımova Sevinc
Tələbə Qəbulu üzrə dövlət Komissiyasının 
sədri Məleykə Abbaszadəyə
Qəbul imtahanlarında abituriyentlər üçün rahat şərait yaratdığınıza görə Sizə dərin
minnətdarlığımı bildirirəm. Mən fransız dili müəllimiyəm və öz peşəmi çox sevirəm. TQDK
öz işini hər zaman peşəkarcasına yerinə yetirir. Test kitabçalarının nəşri bizim şagird və abi‐
turiyentlərimizə çox fayda verir. Yaxın gələcəkdə fransız dili üzrə test toplusunun da nəşri
bizlər üçün çox xoş olardı. Ümidvarıq ki, bu arzumuzu nəzərə alacaqsınız. Әvvəlcədən
təşəkkürümü bildirirəm. Mən də bütün gücüm və bacarığımla TQDK‐da çalışmaq istəyərdim.
Bu, mənim ən böyük arzumdur. 
Hörmətlə, 
Nazim müəllim
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
sədri Məleykə Abbaszadəyə
Hörmətli Məleykə xanım!
Savadlı, peşəkar mütəxəssislərin yetişməsi üçün ali və orta ixtisas təhsili məktəblərinə
layiqli, bilikli şagirdlərin seçilib qəbul olunması vacib şərtdir. Sizin rəhbərliyiniz altında
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu istiqamətdə gördüyü işlər, əldə etdiyi
nailiyyətlər göz qabağındadır. Komissiyaya rəhbərlik etdiyiniz dövrdə ali və orta ixtisas mək‐
təblərinə tələbə qəbulunun tam obyektiv və şəffaf keçirilməsinə nail olunmuşdur. Tələbə
qəbulu prosesi cəmiyyətə açıq sistem şəklində həyata keçirilir. Komissiyanın tətbiq etdiyi
yeniliklər şəffaflığın artırılmasına, abituriyentlərin daha hazırlıqlı olmasına xidmət edir.
Bütün bunlar Sizin və rəhbərlik etdiyiniz kollektivin  peşəkar, ədalətli və vicdanlı fəaliyyə‐
tinin nəticəsidir.
Xalqımızın və dövlətimizin mənafeyi naminə gördüyünüz işlərdə Sizə və kollektivinizə
uğurlar arzulayırıq.
Hörmətlə, II qrup Qarabağ əlili, 
məcburi köçkün Orucov Şirindil   

REDAKSİYAŞURASI
M.M.Abbaszadə, N.Ə.Babayev,
F.Ş.Bədəlbəyli, 
A.Q.Abiyev, Ə.T.Əmiraslanov,
A.M.Məhərrəmov, P.A.Nağıyev,
A.M.Paşayev.
REDAKSİYAHEYƏTİ
T.A.Bədəlov (baş redaktor),
R.H.Novruzov (baş redaktorun 
I müavini), İ.M.Allahverdiyev,
A.H.Bağırov,  G.M.Balacanova,
A.H.Batıyeva, N.N.Bayramova,
M.Ə.Əkbərli, V.O.Əkbərov,
N.L.Əliyev,  X.S.Əzimova,
A.E.Həbibov, S.T.Həsənzadə,
N.Z.Hüseynova, Ç.C.Xəlilov,
X.Z.Kərimova, A.Ə.Qasımov,
S.S.Mərdanov, C.F.Orucov,
Ç.İ.Rüstəmov,  O.Y.Şelaginov,
H.R.Zeynalov.
Dİlvəüslubüzrəredaktorlar:
R.H.Novruzov, S.Ş.Nuriyev,
N.M.Musayev, M.Y.Yusubova.
Texnikiredaktor:
M.Ə.Bədəlov.
Kompütervədizayn:
X.S.Mirzəyev, A.Ə.Axundova,
L.M.Ağayeva, İ.İ.Cəfərov.
Redaksiyanыn önvanы: 
AZ1078, Áàêû øÿùÿðè,
A.Salamzadÿ êö÷ÿñè, 28.  
Telefon:
502-47-82(92) (ÒÃÄÊ)
431-62-36 (Redaksiya)
E-mail:
abiturient.journal@gmail.com
web: www.abiturient.az
Æóðíàë Àçÿðáàéúàí
Ðåñïóáëèêàñûíûí
Ìÿòáóàò âÿ Èíôîðìàñèéà
Íàçèðëèéèíäÿ ãåéäÿ àëûíìûøäûð.
(Ëèñåíçèéà B 171,  18 ôåâðàë 1999)
© ÒÃÄÊ – «Абитурийент» – 2015
Òÿëÿáÿ Ãÿáóëó öçðÿ Äþâëÿò
Êîìèññèéàñûíûí  ðÿñìè ðàçûëûüû
îëìàäàí æóðíàëûí âÿ éà îíóí ùÿð
ùàíñû ùèññÿñèíèí òÿêðàð ÷àïû,
éàéûëìàñû, åëåêòðîí âÿ éà
ìåõàíèêè öñóëëà ñóðÿòèíèí
÷ûõàðûëìàñû
ÃАÄАÜАÍÄÛÐ!
Æóðíàë Òÿëÿáÿ Ãÿáóëó öçðÿ Äþâëÿò
Êîìèññèéàñûíûí ðÿñìè ìàòåðèàëëàðû
ÿñàñûíäà ùàçûðëàíìûøäûð.
×àïà èìçàëàíìûøäûð 18.11.2015.
Ðåêëàì ìàòåðèàëëàðûíûí
ìÿçìóíóíà ýþðÿ ðåäàêñèéà
úàâàáäåù äåéèë. 
Ì
öíäÿðèúàò
1
PREZİDENT TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN 
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2
TQDK-nın SƏDRİ M.ABBASZADƏNİN TƏBRİK VƏ TÖVSİYƏLƏRİ
4
PREZİDENT TƏQAÜDÇÜLƏRİ HAQQINDA MƏLUMAT
8
QƏBUL İMTAHANLARINDA YÜKSƏK NƏTİCƏLƏR ƏLDƏ ETMİŞ  
GƏNCLƏR HAQQINDA MƏLUMAT
13
ƏN YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞ GƏNCLƏRLƏ MÜSAHİBƏLƏR
QƏBUL İMTAHANLARINDA 600-dən YUXARI BAL TOPLAMIŞ
ABİTURİYENTLƏR
38
I QRUP
74
II QRUP
96
III QRUP
132
IV QRUP
154
QƏBUL İMTAHANLARINDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞ GƏNC -
L ƏRLƏ ANKET SORĞUSUNUN NƏTİCƏLƏRİ
158
BİLİK YARIŞI ÖNCÜLLƏRİNİN GƏLƏCƏK ABİTURİYENTLƏRƏ 
MƏSLƏHƏT VƏ TÖVSİYƏLƏRİ
162
RƏYLƏR, TƏKLİFLƏR, ARZULAR
165
MƏKTUBLARDAN SƏTİRLƏR
Dünyada  gedən  texnoloji  inkişaf,  elmin  inkişafı,  yeni  texnologiyaların
yaranması  tələb  edir  ki,  biz  də  öz  inkişafımızı  dünyada  gedən  meyillərə
uyğunlaşdıraq. Burada təhsilin səviyyəsi ən başlıca şərtdir. Təhsilin səviyyəsi
hər bir ölkənin ümumi səviyyəsini şərtləndirir. O ölkələr sürətlə inkişaf edir
ki, orada insanlar biliklidir, savadlıdır.
Gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Azərbaycanın gələcəyi onların
biliyindən, savadından, Vətənə bağlılığından asılıdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
"Абитурийент" журналынын 12-ъи сайында:
2015/2016-CI TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALİ
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN BAKALAVRİAT SƏVİYYƏSİNƏ TƏLƏBƏ
QƏBULUNUN NƏTİCƏLƏRİNİN ELMİ-STATİSTİK TƏHLİLİ
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ DÖVLƏT SİFARİŞİ ƏSASINDA TƏLƏBƏ
QƏBULUNUN NƏTİCƏLƏRİ 
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ ÖDƏNİŞLİ TƏHSİL FORMASI ÜZRƏ
TƏLƏBƏ QƏBULUNUN NƏTİCƏLƏRİ
DÖVLƏT VƏ ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ TƏLƏBƏ QƏBULUNUN
MÜQAYİSƏLİ TƏHLİLİ
XÜSUSİ TƏYİNATLI TƏHSIL MÜƏSSİSƏLƏRİNƏ TƏLƏBƏ QƏBULUNUN
NƏTİCƏLƏRİ
BÖLGƏLƏR ÜZRƏ 2015-Cİ İL MƏZUNLARININ QƏBUL
İMTAHANLARINDAKI NƏTİCƏLƏRİNİN TƏHLİLİ
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL
REZİDENTURAYA QƏBUL
ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ TAM ORTA VƏ ÜMUMİ ORTA
TƏHSİL BAZALARINDA TƏLƏBƏ QƏBULUNUN NƏTİCƏLƏRİ
ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİ ÜZRƏ BURAXILIŞ 
İMTAHANLARININ NƏTİCƏLƏRİ
TQDK-NIN İCTİMAİYYƏTİN İSTİFADƏSİNƏ VERİLMİŞ NƏŞRLƏRİ
HAQQINDA MƏLUMAT
TQDK-NIN 2015-Cİ İLDƏ FƏALİYYƏTİ: FAKTLARIN XRONOLOGİYASI

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin