Redaktor və rəyçilər: İlham Məmmədli



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix31.01.2017
ölçüsü5,26 Mb.
#6976
1   2   3   4   5   6   7   8   9

SultaN bəyiN tərəNNüMü
1871–1955-ci illər arası yaşamış xalq qəhrəmanı Sultan bəy 
nəhayət ki, yada düşdü.
Laçın rayon icra hakimiyyəti “Sultan bəyin anadan olmasının 
140 – illik yubileyi”nin qeyd edilməsi haqqında 01 dekabr 2010-
cu  il  tarixli  80  saylı  sərəncam  imzaladı.  Tapşırıq  Sultan  bəy  və 
Qarabağ  general-qubernatoru  olmuş  Xosrov  bəy  haqqında  möv-
cud  sənədlərə  əsaslanmaq  şərti  ilə  tarixi  sənədləri  əldə  etməklə, 
onların  öz  xalqları,  dövlətləri  qarşısında  xidmətlərini  işıqlandır-
mağı nəzərdə tutur. Bu münasibətlə 28 yanvar 2011-ci ildə ziya-
lıların, Sultan bəylərə yaxın insanların Laçın icra hakimiyyətinin 
təşkilatçılığı ilə görüş keçirilmiş, müzakirələr aparılmışdır. Qeyd 
edilmişdir ki, Sultan bəyin, Xosrov bəyin adının əbədiləşdirilməsi, 
qəbrlərinin abadlaşdırılması, hərbi sahədə müvəffəqiyyətlərə görə 
“Sultan bəy” adına mükafatın təsis edilməsi və s. məsələlər həyata 
keçirilməsi tövsiyə olunsun.
Sultan bəyin də, Xosrov bəyin də Vətən qarşısında xidmətləri 
yetərincədir. Lakin, bunlardan ən diqqət çəkənləri 1905–1906 və 
1918–1920-ci illər arasındakı erməni qırğınları ilə bağlıdır.
Sovetlərin  gəlməsi  ilə  əlaqədar  qardaşlar  İrana,  oradan  da 
Türkiyəyə keçməli olmuşlar. Onlar fəaliyyətlərini Azərbaycandan 
kənarda da davam etdirmişlər. Türkiyənin Qars vilayətinin Köç-
qoy kəndində məskunlaşan Sultan bəy, Zəngəzurdakı kimi şəxsi 
təsərrüfatla məşğul olmuşdur. Burada əslən Azərbaycanlı türklər 
üstünlük təşkil edir və Laçın bölgəsindən də insanlar olmuş, on-
ların arasında Sultan bəyə görə gedənlər də var idi. Xosrov bəy 
isə siyasi fəaliyyətini bir az da genişləndirmiş, Türkiyə ilə yanaşı 
Avropada da Vətənin müqəddəratı ilə sıx məşğul olmuşdur. Xos-

Sultan bəyin tərənnümü
67
rov  bəy Türkiyənin  müxtəlif  şəhərlərində,  xüsusəndə Trabzonda 
yaşamışdır.
Azərbaycan zaman-zaman müxtəlif işğallara məruz qalmış, bu 
torpaqlarda müxtəlif adda dövlətlər yaradılmış, Səfəvilərdən sonra 
bütöv bir ölkə 20 xanlığa bölünmüşdür. Bütün bunlara baxmayaraq 
torpaq – torpaqlığında qalmış, sadəcə bir hissəsi – bir, digər hissəsi 
ikinci bir rəhbərliyə tabe olmuşdur.
Rusiyanın  Azərbaycanı  parçalayaraq  Şimal  hissəsinə  ata 
torpağı  kimi  deyil,  düşmən  torpağı  kimi  baxmasından  sonra  bu 
vilayətlərdə  Azərbaycan  türkləri  olmazın  faciələrlə  qarşılaş-
mış,  torpağının  xeyli  hissəsini  itirmişdir.  Belə  ki,  ruslar  Qərbi 
Azərbaycana erməniləri gətirərək məskunlaşdırmış, digər hissəsini 
gürcülərin səlahiyyətinə, başqa bir hissəsini isə Dağıstana bəxşiş 
etmişdir. Lakin, zorən Qərbi Azərbaycana yerləşdirilmiş erməniləri 
ruslar və digər xristian ölkələri silahlandıraraq günümüzdə olduğu 
kimi  xalqımızın  üzərinə  göndərmişlər.  Başqa  tərəfdən  isə  ruslar 
Azərbaycan insanlarından silahları məcburən almış, bu insanların 
oxumasına, inkişaf etməsinə əngəllər törətmiş, bir sözlə bu torpaq-
larda zaman-zaman baş vermiş soyqırıma rəhbərlik etmiş, əhalinin 
doğma  torpaqlarından,  ev-eşiklərindən  Qazaxıstana,  Sibirə,  isti 
vilayətlərə köçürülməsinə sərəncamlar vermişlər.
XX  əsrin  əvvəllərində  “dişi  qana  batmış”  erməni  –  qurdlar 
Azərbaycanın Qərb hissəsində, Qarabağda, xüsusən də Zəngəzurda 
çox böyük qırğınlar törətmiş, bütün kəndləri yandırmış, insanla-
rını məhv etmiş, mal-mülklərini talan edib İran ermənilərinə sat-
mış,  tarixdə  heç  bir  müqayisəsi  olmayan,  insanlığa  yaraşmayan 
vəhşiliklər törətmişlər.
Qulağı  kəsik Andranik  burada  digər  ermınilərlə  müqayisədə 
daha çox vəhşiliklər müəllifi olmuş, güclü və təcrübəli ordusuna, 
arxasında  dayanan  ruslara,  fransızlara,  ingilislərə,  farslara,  yu-
nanlara  güvənərək  Zəngəzurun  şimal  hissəsindən,  hazırda  Laçın 
koridoru adlanan nahiyədən Şuşaya, Qarabağa keçib silahlı Qara-
bağ erməniləri və daha sonra Gəncə ilə Bakıya nəzarət edən digər 
daşnak S.Şaumyanla birləşməklə Şimali Azərbaycanı Tiflis qarışıq 

Sultan bəy və Xosrov bəy qardaşları
68
işğal etməklə “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq ar-
zusunu reallaşdırmaq istəyirdi. 
İstər-istəməz böyük mütəfəkkir – şair Sədi Şirazi demişkən: 
“Ermənidir yer üzünün Əhrimanı
İnsanlığın düşmənidir, düşməni”
Burada “Əhriman” – “Şər və zillət mənbəyi” deməkdir.
Arxasını  doğma  elinə,  Laçın  bölgə  insanlarına,  buranın 
ağsaqqallarına,  qəhrəman  eloğullarına  söykəyən  Sultan  bəy 
Andranik  qoşunlarını  məhv  etməklə  ermənilərin  bu  arzularını 
ürəklərində qoymuşdur. Bu hadisədən sonra xalq qəhrəmanı adı-
nı eldən alan Sultan bəy vətənpərvər el oğlu, türk oğlu olmaqla 
müxtəlif el deyimlərində, şeirlərdə, bayatılarda adı xoş məramla 
dilə gətirilmişdir. Ona ilk qiyməti verənlər də laçınlılar olmuş-
lar.
“Paşa bəy ədaləti ilə, Sultan bəy cəsarəti ilə” ifadəsi xalq ara-
sında kəlama çevrilmişdir. 
1992-ci il 18 may tarixində, hansı səbəbdənsə Laçın ermənilərin 
əlinə  keçdi,  Sultan  bəyi  unutmayan  ermənilər  boş  qalmış  Laçın 
torpaqlarına üç gün ayaq basmaqdan çəkindilər.
Alicənab insan, etibarlı dost, “Humay” milli mükafatı sahibi 
Fətulla Fəcri Zəngəzur və Qarabağ haqqında Ziyadxan Nəbibəylinin 
yazılarının oxucusu olaraq riqqətə gələrək “Vətən” adlı gözəl bir 
şeir yazmışdır.
Vətən oğlu, demə ki, “Bir quru dağ – daşdı Vətən!”
Üz tutub qürbət elə, köçmə ki, nimdaşdı Vətən.
Üzü gülməz qəribin, cənnət ola qürbət əgər,
Tanrının millətə bəxş etdiyi ağuşdu Vətən
Üz tutub qürbət elə, uyma vətənsiz “vətənə”,
Çünki insan nə qədər varsa, ömürdaşdı Vətən.

Sultan bəyin tərənnümü
69
Qayğı görsə, gül açar, qayğıkeş ərlər yaşasın!
Nimdaş olmaz ki, Vətən, daima çağdaşdı Vətən.
İntizardır, boğulur, dardadı torpaqlarımız,
Yarası qövr eləyən ağrılara tuşdu Vətən
Şadlanıb düşmənimiz qəşş ilə dingildəməsin, 
Bir də sellər kimi gördün ki, coşub-daşdı Vətən!
“Zəngəzur getdi necə, bax, Qarabağ da eləcə”!
Vaxtı var hər məqamın, zənn eləmə çaşdı Vətən!
Gün gələr Fəcri özü şahid olar, bir də görər
Bir nəfərtək hamını son döyüşə qoşdu Vətən!
Parçalanmış,  yaralanmış,  itirdiyimiz  yurd  yerlərimiz,  saf 
sularımız,  alovlanmayan  ocaqlarımız,  barlı-baratlı  ellərimiz 
yada  düşdükcə,  el  demiş  “tüstüm  təpəmdəm  çıxır”,  özün-özünü 
sakitləşdirə  bilmirsən.  İstəyirsən  ki,  təkcə  də  olsa  alçaq  hayla 
döyüşə atılasan, onun “otunu suyunu” verəsən.
İstər-istəməz türkün Türkoğlu şeiri xəyallarda canlanır.
Cocuqlar ağlayır yanğın yerində,
Qadınlar titrəyir yıxıq evində,
Vicdanlar sızlayır, eşit, dərində,
Gənc qızlar eyləyir fəğan Türkoğlu!
Bayrağın qaraya nədən boyandı?
Bu halı görənin ürəyi yandı.
Yetişir, sümüyə bıçaq dayandı,
Sən qurtulacaqsan, inan, Türkoğlu!
Əlbəttə bütün xalqımız bu qurtuluşa inanmaq istərdi, inanaq 
ya inanmayaq?

Sultan bəy və Xosrov bəy qardaşları
70
Əslən Laçının Kamallı kəndindən olan, ali təhsilli mühəndis, 
sonralar  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetini  bitirmiş 
kamançacı  Edilxanın  oğlu,  qarmon  ifaçısı,  1964-cü  ildə  Bərdə 
şəhərində  anadan  olmuş  Elçin,  Laçın  haqqında  xeyli  şeirlərin 
müəllifidir. O, “Laçının dərdi” şeirində (“Zəngəzur” qəzeti 15 yan-
var 2003-cü il,  Sultan bəyi belə tərənnüm edir.
Düşmənin bayrağı dalğalanırdı,
Sultan bəy qəzəbdən qan ağlayırdı.
Milləti döyüşə haraylayırdı.
Deyirdi: – qırılıb dizi Laçının.
Vəzifə hərisi: – o nankorları,
Torpaq satanları, yurd satanları,
Qeyrətsiz, şərəfsiz, namussuzları,
Tutacaq çörəyi, duzu Laçının.
Elçinəm, bilirəm zaman gələcək,
Dağlarda çiçəklər, güllər bitəcək
Elimiz Vətəndə bayram edəcək,
Gələcək baharı, yazı Laçının.
Mətbuatda  (“Azad  Hüquqşünas”  qəzeti,  15.05.2010-cu  il 
¹ 03 
(28))  Şahin  Aydəmirin  fizika-riyaziyyat  elmləri  doktoru,  professor 
Knyaz  Məmmədovla  müsahibəsindən  oxuyuruq:  –  “Gözümün  qa-
bağında olan hadisədir. Laçın poçtunda durmuşduq, gözləyirdik ki, 
maşın gəlsin kəndə gedək. Bu an bir zirehli maşın gəldi. Üstündə 5-10 
hərbi formada, əlisilahlı gənc vardı. Həmin silahlı gənclərin əhatəsində 
Etibar Məmmədov da yerə düşdü. Onlar Qubadlıdan gəlirdilər.
Camaat  onların  başına  toplaşdı.  Şuşanın  işğal  olunmasını 
onlara  çatdırdılar.  Laçınla  Şuşanın  arasında  “Yeddiqat”  deyilən 
yüksəklik var. O yüksəkliyi aşıb sonra Şuşa yoluna çıxırdın. Həmin 
yüksəkliyi laçınlı gənclər göz bəbəyi kimi qoruyurdular. Onu deyim 
ki, “Yeddiqat”da oturub erməniləri Laçına buraxmamaq olardı.

Sultan bəyin tərənnümü
71
E.Məmmədov  bildirdi  ki,  “Yeddiqat”ın  başını  siz  qoruya 
bilməzsiniz.  Oranın  mühafizəsini  milli  ordunun  (Rəhim  Qazı-
yevin)  əsgərlərinə  həvalə  etmək  lazımdır.  (Rəhim  Qazıyevlə  E. 
Məmmədov həm də dost idilər. Z.N.)
Nə isə, E. Məmmədovun gətirdiyi silahlı dəstə laçınlı gəncləri 
“Yeddiqat”ın başından düşürdüb müdaxiləni öz üzərlərinə gö tür­
dülər. Təxminən bir saatdan sonra E. Məmmədovun dəstəsi Laçı-
na qayıtdılar. “Dedilər ki, biz Şuşaya qədər getdik, orada heç kim 
yoxdur, özünüzdən şayiə yaymayın (Laçınla Şuşanın arası 43 km-
dir, dağ yoludur və bir saata oraya gedib qayıtmaq mümkün deyil). 
Bu zaman laçınlı gənclər orda olan maşına doluşub “Yeddiqat”ın 
başına üz tutdular. Onlar “Yeddiqat”ın altına çatanda görmüşdülər 
ki,  artıq  yüksəklikdə  ermənilərin  qara  bayrağı  dalğalanır.  Hətta, 
yüksəklikdən bizim uşaqları atəşə tutmuşdular....
Bundan böyük satqınlıq olarmı?
Mən,  deməyə  çətinlik  çəkirəm,  bu  düşünülmüş  hərəkət  idi, 
yoxsa naşılıqdan irəli gəlmişdi”. K.Məmmədov da bir çox laçınlı-
lar kimi doğulduğu vətənə xeyli şeirlər həsr etmişdir.
Kəndimizə, evimizə dönəydim,
Üzümə qapını anam açaydı.
Qucaqlayıb üz-gözündən öpəydim,
Üstümə gün doğub işıq saçaydı
Atam əllərimi bərk-bərk sıxaydı,
Xoş gəldin eyləyib yer göstərəydi.
Anam təbəssümlə bizə baxaydı,
Əvvəlcə ətirli çay gətirəydi.
Eh! Həmən günlərim bir də qayıtmaz,
Çünki nə kəndim var, nə anam, atam
Ürəyim onları heç vaxt unutmaz,
Bəlkə axirətdə onlara çatam.

Sultan bəy və Xosrov bəy qardaşları
72
Əlbətdə, içimizdəki nankorların da qəbahətləri çoxdur. Laçınlı-
lar bu fikirdədirlər ki, ermənilər yüz il bundan sonra da Laçına ayaq 
basmağa cürət etməzdilər. Onlar yaxşı bilirlər ki, Laçında Sultan 
bəy kimi, İbrahim bəy kimi, Alməmməd Sultan kimi, Cəbrayıl bəy 
kimi qorxmaz, igid kişilər yaşayıblar. Qorxmaz insanlar Laçında 
həmişə olub. Laçının işğalından sonra Kamran bəy oğlu–uşağı ilə 
Laçından çıxmadı, ölənə kimi ermənilərlə vuruşdu
Sultan  bəyin  ruhu  narahatdı,  Laçın  qayıtmayınca  o,  dinclik 
tapmayacaq, Əfqanın əriklidən olan nənəsi Həsrət xanımın dediyi 
kimi.
Eləmi, gidi dünya
Namərdi, gidi dünya!
Uyub yağı felinə,
Nahaqqı dedi dünya!
Eləmi, dərdin ağlar,
Dərdlilər dərdin ağlar.
Anasızlar il boyu, 
Yurdsuzlar hər gün ağlar!
Laçın bölgəsinin Güləbird kəndindən olan Hilal Salahov Vətən 
həsrətli bir çox şeirlərin müəllifidir. Vətənpərvər Hilal Salahov da 
Sultan bəyi öz şeirlərində özünəmənsub təmsil etmişdir. O, “Yada 
qalarmı?!” şeirində yazır.
Sultan igidləri yığar başına,
Göstəriş verərdi dəstə başına.
Topunu çəkərdi Gorus başına,
Sultanın yurdu da yada qalarmı?!
Əsirlikdə neçə-neçə analar,
Yetim qalan neçə körpə balalar.
Düşmən tapdağında yatan ulular,
Bizdən Sultan bəyə şikayət eylər.

Sultan bəyin tərənnümü
73
Eşidilmir Sultan bəyin nərəsi,
Atılmır Gorusa topun gülləsi.
Qırx qızın yaylağı, Şəlvə dərəsi,
Qapımın tulası dığaya qaldı.
Sultan bəy xalqımızın gündəlik söhbət mövzusudur. Əslən La-
çından olan xanəndə Məhəbbətə sual verən jurnalist ondan soruşur 
– Məhəbbət bəy ilk dəfə el şənliyində harada olmusan? Yaddaşın-
da hansı təəssüratlar qalıb? O, cavabında deyir: – “El şənliyində 
ilk  dəfə  qəhrəman  türk  oğlu  Sultan  bəy  yurdunda  Laçının 
Şamkəndində olmuşam. Millətimizin – türklərin məğrurluğundan, 
gözəl xüsusiyyətlərindən danışanda həmin toy məclisi yaddaşımda 
canlanır... Bir dəstə kənd cavanının sifarişi ilə “Boz at” mahnısı-
nı oxuyurdum. Onlar rəqs edə-edə göyə güllə atırdılar. Təsadüfən 
cavanlardan  birinin  cibində  açılan  naqan  ayağını  yaraladı.  Buna 
baxmayaraq o, ortadan çıxmadı, qanı axa-axa taqətdən düşənədək 
oynadı (“Təzadlar” qəzeti, 5 – 12.05.1998-ci il)”.
Laçının  Ağcakənd  kəndindən  olan  el  aşığı  Əbdülhüseynin  
oğlu,  kəndin  ağsaqqalı  Bahadurun  bacısı  oğlu  Familin  silsilə 
şeirlərində Sultan bəy, Paşa bəy, İsrafil bəy və digərləri haqqında 
tərənnüm olunmuş fikir sahiblərindəndir. Onun “Laçın haqqında 
xatirələr” şeirində deyilir:
Eşidin, dinləyin ay eloğulları,
Xoş günləri orda qaldı Laçının.
Paşa qeyrətlilər, Sultan soylular,
Axır dilə-dişə saldı Laçının.
El–obamızın seçilən qələm sahiblərindən biri, Qubadlı insan-
larını təmsil edən Mürvət Qədimoğlu fikirlərini sətiraltı çatdırmağı 
bacaran yazarlardandır.
Dayansın mərd insana quyu qazan ürəyi,
Bəzən də ağır bəla tapır aslan ürəyi.

Sultan bəy və Xosrov bəy qardaşları
74
Olur ki, ağlamaqla gülür insan ürəyi,
Gözdən ürəyə axan yaşdan qorxuram, dədə
Neçə ağa qaralar sırıma yamaq olub, 
Çoxları zəhər bişən qazana qapaq olub.
Bir zırpının çiynində özü balqabaq olub,
Adına baş deyilən “boş”dan qorxuram, dədə
Mürvətəm, neçə dərin, neçə dayaz görmüşəm,
Bəzən “mürvətlilərdə” mürvəti az görmüşəm.
Bülbül ötən budaqda oturan qaz görmüşəm,
Kəhər ata deyilən “toş”dan qorxuram, dədə.
Mübarək Ramazan ayının gündəlik dualarının 3-cü günün dua-
sında deyilir: “İlahi bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. 
Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün öz səxavətinlə hasil 
etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin səxavətlisi!” 
Bu duaya əbəs yerə müraciət etmədik. Yaşadığımız günümüzdə 
nöqsanımız  da  çoxdur,  günahımız  da.  Ən  başlıcası  bir-birimizə 
qiymət  verməkdə  çox  diqqətsizik.  Əgər,  kənar  xalqlar,  dövlətlər 
bizə yaxşı qiymət verərsə, bəlkə də ayıla bilərik. Yaxud, tarixi bir 
şəxsiyyətimiz, milli bir kişimiz sağdırsa – biz ona adi gözlə – adi 
qiymətdə  verməyə  meyilli  olmuruq.  O,  şəxs  ölür,  uzun  illərdən 
sonra ayılırıq. Onda da artıq gec olur. Deməli, milliləşməyə hələ 
də çox ehtiyacımız var. Biz niyə beləyik?! Ona görə də deyilən du-
aya gəlin diqqətli olaq. Sultan bəyin, Xosrov bəyin keçdiyi yollar, 
çəkdiyi əziyyətləri dərk etdikcə, fikirləşirsən İlahi bu insanlara nə 
üçün öz dəyərini lazımınca qiymətləndirə bilməmişik.
Günümüzdə  bizimlə  qoşa  addımlayan  kifayət  qədər  mil-
li  düşüncəli,  özünü,  ailəsini  unudaraq  xalqın  ağrı-acısı  ilə  yaşa-
yan çox dəyərli ziyalılarımız, yazarlarımız, mütəxəssislərimiz və 
siyasətçilərimiz var. Amma, bunları “görmürük”. Niyə?! Qadınla-
rımız var, xalq deyimi ilə desək “kişi qeyrətli”. Mənsə deyərdim 
elə “türk qadını qeyrətli”. Deyirlər fəlsəfi yol kişi yoludur. Etiraf 

Sultan bəyin tərənnümü
75
edək ki, bu yolla və böyük addımlarla addımlayan qadın qardaşla-
rımız da var.
Xeyli  müddətdir  tanıdığımız,  özünə,  sözünə,  sənətinə  dəyər 
verdiyimiz  bir  xanımın  yaradıcılıq  gününə,  Yazıçılar  Birliyinin 
Natəvan  evində  toplaşmışdıq.  Onun  bir  neçə  kitabı  eyni  vaxtda 
təqdim  edilirdi.  İlk  çıxış  edən  mən  oldum  (Z.Nəbibəyli).  İmkan 
olsa idi elə özüm axıra kimi təkcə danışardım. Onun “Eyb qeyb ol-
mur” ifadəsi və Qarabağa həsr edilmiş neçə-neçə kitabı bədənimə 
“qızdırma” salmışdı. Bu xanım Sultan bəy, Xosrov bəy şəcərəsinə 
aidiyyatı olan Mahirə xanımdı, Mahirə Abdulladı. Hadisələri çox 
qeyri-adi  şərh  etmiş,  yaradıcılıqda  yeni  üsul  tapmış,  Qarabağ 
faciəsinin ən dərin şüuraltı qatlarını qaldırmış, qana həris, qaniçən, 
yırtıcı xislətli, amansız, insanlıq sırasının vəhşisi hayların ziyakar-
lıq üsullarını dərin psixoloji, həm də çox sadə dildə – “Zəngəzur 
şivə”sində oxucuna təqdim etmişdir.
Adi  söhbətdə  də  digərlərindən  “öz  xüsusiyyətilə”  seçilən 
Mahirə  xanımdan  bir  neçə  kəlmə:  –  “Yurd  ağrısını  boylu  qadın 
kimi çəkməli. Çəkib, çəkib, günlərin bir günü ondan azad olma-
lısan”. Sultan bəylər, Xosrov bəylər, Murtuza bəylər, Alməmməd 
bəylər, İbrahim bəylər, Cəbrayıl bəylər bu ağrıdan öz iradələri ilə 
vaxtında  azad  oldular,  torpaqlarımızı  XX  əsrin  əvvəllərinə  kimi 
biz övladlarına salamat çatdırdılar. Bəs biz!...
O, deyir “Ayrılıq, həsrət yükünü yerə qoymasan, axırın çatıb....”.
Vaxt  var  idi  laçınlılar  Qaragöl  uğrunda  uzun  illər  mübarizə 
aparırdılar. Bəziləri də deyirdi “Qaragöl getdi – Laçın getdi...”. La-
kin, onlara dayaq duran olmadı, sözlərini eşitmək istəmədilər. Son-
ra dedilər – “Laçın getdi – Qarabağ getdi...”. Bu fikirə də biganə 
qalan çox oldu. Hazırda da deyirik – “Qarabağsız Azərbaycan yox-
dur....”. Bu doğrudan da belədir.
Mahirə xanım deyir: “...Əsl məhəbbət qərəzsiz, məqsədsizdir, 
o  ki  qala  könlünün  sultanı,  başının  tacı,  döyünən  ürəyin,  görən 
gözün, danışan dilin, qeyrətin, namusun, həyatın özü Vətən ola. 
Vətən dünyadır. Bu Vətənin bir qumu gedəndə çiyinlərin boş qalır, 
gözlərin kor olur, qolların budanır, qədəmlərin qırılır”. 

Sultan bəy və Xosrov bəy qardaşları
76
İçimdə kainat boyda yurd ağrısı var. Bir sualdan asılmışam: 
“Nə üçün? sualının cavabını axtarıram. Sən demə, illərlə bu həsrətə 
yol gəlirəmmiş”.
İndi “kişilərimiz” zəhmət çəkib Mahirə xanıma cavab tapsın-
lar...
Kişilərimizin  çox  gücə  düşməməsi  üçün  Mərkəz  Qacarın  – 
Böyük  şəcərənin  nümayəndəsinin  bir  fikrini  xatırlatmaq  yerinə 
düşər.
Axı əldən gedir qeyrət, arımız.
Şirə qahmar duraq gərək hamımız.
Sükanı hərəmiz bir yana çəksək,
Yüz yerə bölünə bu meşə gərək.
Qarabağla, Zəngəzurla, onun bir parçası olan Laçınla bağlı bü-
tün məlumatları uzun illərdir toplayıram. Təsadüfən mənə qismət 
olan laçınlı Bənövşə Daşdılının “Səndən aralı” kitabı tam olaraq 
Laçına, Vətənə həsr olunmuşdur. 
Bu  yazılar  mənim  hissimə  çox  yaxın  olsa  da,  onun  ancaq 
“Qaçqınlara!” şeirini seçdim. Səbəb isə bu işlərlə məşğul olma-
ğım, onların ağrı – acılarını onlarla birlikdə çəkməyim olub. Bu 
hiss məndə o dərəcədə sehrli olmuşdur ki, Qaçqınlar Komitəsinə 
sədr göndərilmədən etiraz etmişəm.   
 
 
 
 
 
    Mənə qaçqın söyləmə, bu söz başımın daşı,
    Əsir qalan yurdumun, kaş olaydım bir daşı.
Yaxud:      Qaçqın düşəndən bəri fikir verən yox yaşa,
   
Qaçqınlar tez ölürlər, ömrü vurmadan başa .
Sultan bəy torpağının vətəndaşı “qaçqındı”, bu özlüyündə bu 
torpağa böhtandı.....
Laçında Sultan bəy kimi vətənsevər insanlar tarixən çox olub. 
Bunlardan  biri  də  həkim,  tibb  elmləri  namizədi,  çox  yaxın  dost 
Məmmədov Polad Ələsgər oğlu olmuşdu. Biz özümüz tanış olmuş-

Sultan bəyin tərənnümü
77
duq və məlum olmuşdur ki, ailələrimizdə bir-birlərilə yaxındırlar. 
Bəxti üzünə gülməyən, öz dərdi ilə bütün eli qəmləndirən Polad 
həkimin həm də yaxşı şeir yazmaq qabiliyyəti var idi, Laçını çox 
sevərdi. 1970-ci illərin əvvəlləri idi. O, Moskvada xəstəxanada ya-
tırdı. Dostları arasında mən ilk olaraq ona baş çəkməyə getmişdim. 
Polad mənə üzürxahlıq etdi, onu bağışlamağımı istədi və hər iki-
miz kövrəldik. İşin mahiyyəti isə onun mənim sözümə biganəliyi 
olmuşdu.  Onu  bu  xəstəxanaya  yıxan  bir  nəfər  erməni  olmuşdu. 
Mən  ona  erməni  xislətini  açıqlamışdım.  O,  isə  buna  əhəmiyyət 
verməmişdi.  Polad  sonralar  Laçında  Ermənistan  televiziyası-
na  baxmağa  maraq  göstərirdi.  Elə  buna  görə  də  hamıdan  əvvəl 
ermənilərin sərhəddə nəsə törədəcəklərini birinci söyləyənlərdən 
olmuşdu və həqiqətən də onun dedikləri çox qısa zamanda özünü 
göstərdi. Amma, biganəlik həmin vaxtlarda da yetərincə idi....
Xəyalında Polad dağları andı,
Həsrət tonqalında qovruldu yandı.
Əcəb gözəl dövran, gözəl zamandı.
Heyif dustaq edib bu dövran məni....
Sovetlər  birliyi  dövründə  bəylərin,  ağaların,  mülkədarların, 
din  xadimlərinin  adını  çəkmək,  onun  haqqında  yazılar  yazmaq, 
nəğmələr  qoşmaq  müşkül  məsələ  idi. Amma,  laçınlılar  arasında 
belə işləri ürəklərinin tələbi ilə yazıya alanlar tapılırdı. Bunlardan 
biri də Laçının Şəlvədərəsi adlanan torpaqlarından olan Kərəm Ar-
xuddur. Aşağıda Sultan bəyə aid hissəsini verəcəyim şeir “Laçınım 
mənim” adlanır.
Əfsanə deyilmiş bilin nağıllar,
Tarixən tökülmüş çox nahaq qanlar.
Soltan qeyrətlidir səndə oğullar
Qeyrətdən qalasan Laçınım mənim,
Səni var olasan Laçınım mənim.

Sultan bəy və Xosrov bəy qardaşları
78
Tarixə düşübdür Soltanın adı,
Sönməyib alovu, sönməyib odu.
Həmin vaxt gəlib çatırıb budu
Səni var olasan Laçınım mənim
Qeyrətdən qalasan Laçınım mənim.
Əslən Qubadlı bölgəsindən olan Rəhim müəllim texniki elmlər 
namizədi, dossentdir, Texniki Universitetin müəllimidir, xeyli şe-
irin və müxtəlif səpkili yazıların müəllifidir. Onun vətən həsrətli, 
Sultan bəy qeyrətli insanlara həsr etdiyi əsərlərdən birini “Çeşmə 
harayı”nı təqdim edirik.
Billur çeşmə, çəmən xalı, qovun getsin buludları,
Yorulmuşuq bu qovğadan, qoy dincələk bir az barı.
Nə dincəlmək, vətən oğlu, dincəlməyin vaxtıdırmı?
Yağı düşmən torpağında arxayınca at oynadır.
Ağdam onun torpağıdır? Şuşa onun taxtıdırmı?
Natəvanın, Üzeyirin ruhu gəzir bu yerlərdə,
Qaçaq Nəbi, Sultanbəylər düşmənləri salmış dərdə.
Cəbrayılın, Füzulinin çöhrəsində qara pərdə,
Aman Allah, bu fəryada, haqsızlığa dözməz Nər də!
Həkəri də, Bərgüşad da əsirlərin göz yaşıdır.
Çaylar, Xocalı harayı, Qubadlının sirdaşıdır.
Suyu çilə üstümüzə, oyat-oyat çeşmə bizi!
Biganəlik girdabında mürgüləyən qəlbimizi, 
Daş ürəkli insanların ürəyinə ax ey çeşmə!
Did, parçala, sən onları qıyma-qıyma, eşmə-eşmə!
Bəlkə onda bu daş qəlbli insanları oyadasan,
Manqurtları, satqınları sən al – qana boyadasan.
Yağı düşmən qarşısında çaşıb qalıb bu el gücü
Satqınları məhv edəcək səndə olan o sel gücü,
Məcranızı dəyişin siz, dəli Kürüm, xan Arazım!

Sultan bəyin tərənnümü
79
Ayağa qalx Sarı aşıq, qoy dillənsin telli sazım!
Nərəni çək, Qoç Koroğlum, Dəli Həsən, Xan Eyvazım!
Yeriyin düşmən üstünə, qəlbdə qalmasın murazım,
Ulu Göyçəm, Zəngəzurum, Qarabağım əsir düşüb,
Ayağa qalx, intiqam al, vətən oğlu vaxt yetişib!
Şərahil adlı bir şəxs (yeri, şəxsiyyəti bizə məlum deyil) “Sul-
tan bəy” adlı şeirini yazıb (“Təzadlar” qəzeti, 17 aprel 1993-cü il), 
həm də yanıqlı yazıb.
Laçında sarlar gəzir, 
Bu nə büsatdı, Sultan bəy?
Zalım dövran yaxşı bizi
Yaman ağlatdı, Sultan bəy.
Qan – yaş axıtma, Həkərim,
Mövlam böyük, Xudam kərim.
Kimlər bu avand təkəri
Tərsə fırlatdı, Sultan bəy?
Daha nə döyüm döşümə,
Aləm qarışıb işimə.
Nə əlim çatıb Şuşama,
Nə ünüm yetdi, Sultan bəy.
Qarğıma məni, qarğıma,
Qatır saldım qoruğuma 
Tayqulaqlar marığıma
Yamanca yatdı, Sultan bəy.
Ta nə oğul, nə övladıq,
Getdi Şəlvə, getdi Zabux?!
Nə papaq o, nə bığ o bığ,
Nə at o atdı, Sultan bəy.

Sultan bəy və Xosrov bəy qardaşları
80
Elə dəyişdi vaxt, vədə,
Nizam pozulub, ay dədə.
Bu nə bəydi, bu nə dədə,
Bu necə zatdı, Sultan bəy.
Di dikəl, hayla ordunu,
Yandır qaralan ordunu!
Bu “kəs”lər sənin yurdunu
Yağıya satdı, Sultan bəy.
Əbdül Fərəc deyir: “Ağıllı adam başqa bir ağıllı adamla həmişə 
razılaşır, axmaq isə adəti üzrə nə ağıllıyla nə də ağılsızla razılaşır”. 
Bu erməni, yaxud hay dediklərimizdə belədir. Erməni tanıdığımız 
halda, onunla ağıllı adamla danışmaq fərqindəyik. Yaqub Dadaş­
oğlu da öz fikrini belə çatdırır.
Torpaq altda Sultan bəyin yurd yeri,
Balımıza qatılıbdır zəhəri,
Bulanıqdı, lillənibdi Həkəri,
Laçınımız keçib ələ, a millət.
Çoxmu, çoxmu çəkəcəkdi bu zillət?!
Bir olaraq, bir ayağa durmalı,
Birləşərək bir hədəfə vurmalı,
Vahid ölkə, Azərbaycan qurmalı,
Göz yaşını silə-silə, a millət
Çoxmu, çoxmu çəkəcəkdi bu zillət?!
“O tay”, “bu tay” kəlmələrin ataq biz
Zəngəzuru Borçalıya qataq biz,
Yaqub deyir, arzulara çataq biz,
Keçmişini bilə-bilə, a millət
Çoxmu, çoxmu çəkəcəkdi bu zillət?!

Sultan bəyin tərənnümü
81
Göte deyibdi: “İnsan yalnız öz borcunu yerinə yetirməyə çalı-
şanda dəyəri bilinir”. Öz borcunu Laçında döyüşməkdə görən la-
çınlı əsgər Daşqın Paşayev özünün “Dağlar” şeirini Sultan bəyin 
“aran”  otağının  yanında  mənə  (Z.N.)  oxumuşdu.  O,  şeirinin  bir 
yerində belə demişdi:
Qiymət qoydular ağalar sənə,
Sultan bəy ağlayır ağılar sənə,
İndi yiyə durub yağılar sənə,
Fələyin gözləri, kordumu dağlar?
Soltan Laçın isə bayatı deməyi xoşlardı.
Əzizim, Laçınım yox,
Şuşam yox, Laçınım yox,
Yaman dərdə düşmüşəm,
Bir çarə açanım yox!
Laçının Qarakimsə (Qarakeçdi) kəndindən olan ağsaqqal Sa-
day  Axundovun  “Mənim  Laçınımı  qaytar  özümə”  kitabını  və­
rəqləyirəm.  Onun  bütün  şeirləri  Laçına,  onun  dağına  –  dərəsinə, 
la çınlıların  mübarizliyinə,  köçkün  olub  pis  günlərə  düşdüklərinə, 
və tənə – torpağa həsrət qaldıqlarına həsr olunmuşdur. Vətən dərdi 
la çınlıları  şair  olmağa  məcbur  etmişdir,  mübarizə  yolunu  burada 
gö rür, özləri-özlərinə təskinlik verirlər. O, “Vətənə” şeirində yazır:
Fikrim çox dolanır dağı, aranı
Görürsənmi sinəmdəki yaranı.
“Gedirəm” şeirində isə söyləyir:
Xudam kəsdi üstümüzdən sayasın,
Aldı üzümüzün nurun, həyasın.

Sultan bəy və Xosrov bəy qardaşları
82
Yaxud, “Ağladı” adlı şeirində bildirir:
Sultanın sızıltısın, sazın naləsin,
Dağların vədəsiz solan laləsin,
Kim tərk edər Laçın təki qalasın,
Girov qadınlarda saç da ağladı.
Fətulla Fəcri isə daha qətiyyətlidi:
Zəngəzurum, Qarabağım erməninin dustağı,
Göyçəm, Şuşam millətimə göz dağıdır, göz dağı!
Tanrı bizi bağışlamaz, lənət ilə qəhr elər,
Yağılardan arıtmasaq zəbt olunmuş torpağı!
F. Ruzvelt yazır: “Siyasətdə heç nə təsadüfən baş vermir. Əgər 
bir hadisə olarsa, əmin ola bilərsiniz ki, bu, əvvəlcədən planlaşdı-
rıldığı üçün baş verir”. Bunu bilməyən insan millətə atalıq iddia-
sında olmasın. Uzun illərdir Azərbaycana qarşı erməninin, rusun, 
ingilisin, fransızın, farsın, yunanın, ABŞ-ın və s. mövqeləri bəllidir. 
Belə  olduğu  halda,  məyər  əl-qolumuzu  yanımıza  salıb  nəyisə 
gözləməliyik?  Əlbətdə  yox!  Artıq,  Azərbaycan  axırıncı  fitvanın 
qurbanı ola bilər, bizi nə vaxt gözləyir, nə də ki, hansısa ümid.
Əli  ibn  Əbutalib  demiş:  “İnsanlar  öz  zamanlarına  ata-baba­
larından daha çox oxşayırlar”. Amma lazımdır ki, zamandan çox 
ata-babalarımıza oxşuyaq, Sultan bəylərə oxşayaq.
Azərbaycan torpağı Borçalının türk oğlu türk Abbas Abdulla 
vətən üçün, türk dünyası üçün, Urum Kırım arası üçün yazıb yara-
dan, yanıb yaxılan “Vay halına” şeirində yazır:
Türkə düşman olanların 
Vay halına, vay halına.
Sonra peşman olanların 
Vay halına, vay halına

Sultan bəyin tərənnümü
83
Yağmura əyilənin,
Əcnəbiyə gəl deyənin,
Gəvəzənin, hər gələnin
Vay halına, vay halına.
Qarabağda, Zəngəzurda, Laçında millətini, dövlətini, xalqını 
sevən tarixən çox insan olmuşdu. Bunlardan biri də Qarabağ xan-
lığının yaranmasında böyük işlər görmüş Murtuza bəyin nəticəsi 
Cəbrayıl bəy olmuşdur. O, Tatef və Zəngəzur bölgəsinə rəhbərliyi 
zamanı özünü milli bir şəxsiyyət kimi göstərmişdir. Azərbaycandan 
yeganə şəxsdir ki, çox gənc yaşında Şimali Qafqaza gedərək Şeyx 
Şamillə görüşmüş ona yardım etmişdir. Şeyx Şamil (1798 – 1877) 
çox  dindar  olmuşdur,  Cəbrayıl  bəy  də  digər  təhsillə  yanaşı  dini 
təhsil də almışdı. Bu torpaq Sultan bəylə, Xosrov bəylə yanaşı belə 
kişilərdə Vətənə ərmağan etmişdi. 
Şeyx Şamil bu günkü gəncliyə, idarə etmə masalarının sahib­
lərinə  bir  örnəkdir.  Şamil  Şimali  Qafqazın  yarım  əsrlik  şanlı 
mübarizə  tarixinin  qəhrəmanıdır.  Qafqazın  ecazkar  rəhbərinin 
həyat və fəaliyyətinə həsr olunmuş əsərlərinin sayına görə Napal-
yon Bonaportdan sonra dünyada ikinci yerdə durur.
Şeyx Şamil hər şeydən əvvəl otuz il Rusiya imperiyasına dağı-
dıcı zərbə vuran güclü dövlətin İmamətinin başçısı idi. Onun ilk və 
son sözləri “la ilahə illallah” olan fəallarının azad diyarını susdur-
maq imperiyaya uzun illər, hədsiz qanlar hesabına başa gəlmişdi. 
Qafqaz  müharibəsinin  qurtarması  xəbəri  Peterburqa  çatanda,  o 
vaxtkı müdafiə naziri A.İ. Çernişev demişdi: “Allaha şükür, daha 
Qafqaz ildə 25 min rus əsgərini udmayacaq. Rusiyanı üzüb əldən 
salan yaralardan biri də qaysaq bağlamağa başlayır”.
Odur ki, Sultan bəyin, Xosrov bəyin, Murtuza bəyin, Cəbrayıl 
bəyin,  Şeyx  Şamilin  keçdiyi  mübarizə  yollarını  təbliğ  etməklə 
Azərbaycan xalqını ayağa qaldırıb torpaqlarımızı azad etmək gü-
nümüzün əsas məsələsidir.
Şamilin qələbələrinin əsasını insanların ona inamı idi. Şami-
lin yaşıl bayrağı altında qırxdan yuxarı xalqı birləşdirən dahi din 

Sultan bəy və Xosrov bəy qardaşları
84
mücahidini, hətta onu düşmənləri də yüksək qiymətləndirmişlər. 
Şimali Qafqazda olmuş rus zabiti V.S. Krivenko yazırdı: “Əgər, 
Hacı  Murada  qarşı  general  Passek  və  Slensovu  qoya  bilərdinsə, 
Şamilə bərabər adam isə bizdə yox idi”.
Azərbaycan  da  bu  tarixi  məqamlardan  yaralanmalıdır.  Xalq 
qəhrəmanlarının nümunəvi xüsusiyyətlərinin təbliği Azərbaycana 
hava, su kimi lazımdır.
İmam  Şamil  deyirdi:  “Yüksəldikcə  ciddi  ol,  gücləndikcə 
rəhmli!” Biz belə bir gözəl ifadəni təkcə əsgərlərimizə, polisimizə 
deyil, məkrəblilərimizə də öyrətməyə borcluyuq. 
Qafqazın müstəqilliyi uğrunda görkəmli mübariz Şeyx Şamil 
bütün müsbət keyfiyyətləri özündə cəmləşdirmişdi. O, İlahiyyatın 
sirlərinə dərindən yiyələnmiş, fəlsəfə, hüquq, məntiq elmlərinin, 
Şərq əlbəyaxa döyüş növünün mahir bilicisi idi. 
1870-ci ildə Məkkə səfərinə gedən İmam Şamili Türkiyədə 
–  limanda  Sultan Abduləziz  əyanları  ilə  qarşılayır.  Onu  qarşı-
lamağa  çıxmış  əhli  ətəyini,  keçdiyi  yolu  öpərək  ağlayırdı.  Bu 
Şeyx Şamilin öz Vətən mübarizəsi yolunda qazandığı hörmətin 
nəticəsi  idi.  Hətta,  Sultan Abduləziz  Şeyx  Şamilin  dünyadakı 
hörmətindən istifadə edərək, Misirlə Türkiyə arasında müharibə 
həddinə çatmış ziddiyyəti aradan qaldırmaqda vasitəlik etməyi 
ondan xahiş edir. Misirlə Türkiyənin münasibətlərini layiqincə 
bacaran Şamil, hər iki sultan arasında qohumluq əlaqələri yarat-
mağa da nail olmuşdur.
Uzun illər xalq qəhrəmanlarımızı yada salmamaq bizlərə xələl 
gətirmişdir. Xalq həmişə tarixi qəhrəmanları ilə nəfəs almalıdı, ona 
oxşamağa çalışmalıdır. Xalq qəhrəmanları xalqa nümunədir, onu 
milli köklərə kökləyəndi, insanların fəxarətidir.
Günümüzdə seçilib-sevilən şairlərdən biri də dostumuz Fikrət 
Sadıqdır, səmimi və təvazökar. Mənə bağışladığı “Dördlüklər” ki-
tabında 557 dördlüklərin bir çoxunda Qarabağ, Şuşa, Laçın, onların 
işğalı ilə bağlı düşündürücü fikirləri yetərincədir. Özünəməxsus lu­
ğu ilə seçilən iki fikri seçdim.

Sultan bəyin tərənnümü
85
Neçin susub, Bülbül-dilli Qarabağ,
Neçin solub, xari-güllü Qarabağ
Başımıza ələnən kül tökülməz, 
Hürr olmasa əgər külli-Qarabağ
Qarabağa girən həyasıza bax!
Bəs deyil, istila etdiyi torpaq.
Utanmır, zəbt edir sözümüzü də, 
Bilməyir, qədim, türk sözüdür – “Ərsaq”
Məhəmməd  Peyğəmbər  (a.s.)  buyurmuşdur:  “Adi  adamlar 
dirikən ölü kimidirlər, elmlilər isə öldükdən sonra da yaşayırlar”. 
Peyğəmbərimizin fikrindən çıxış edərək, Fikrət Sadıq və digər ziya-
lılarımızın, alimlərimizin göstərə biləcəkləri yollardan, fikirlərdən, 
məsləhətlərdən istifadə etməklə Qarabağımızı, Zəngəzurumuzu, La-
çınımızı azad etməliyik. Bizim torpaqlarımızı ancaq özümüz azad 
etməliyik, kənardan nəyi isə axtarmaq ömründə fayda ver məyəcək.
Bu arzumuza şərik çıxan Fətulla Fəcri “Od püskürərək” yazı-
sında bunu çox gözəl cavablandırır.
Yandıqca Vətən qalxır ahım göylərə yerdən,
Başım nə bəla çəkmədi kərtənkələlərdən?!
Xaç ölkələri dal-dala vermiş kürəyində,
Haylar qudurub, qüdrət alır kələlərdən?!
Düşməndə kini, lövğalığı, hikkəni gör sən,
Atəşkəsə atəşlər açan silsilələrdən!
Üçlük oyununda nə oyun getməyir, Allah!
Kim qurtaracaq bizləri sərsəmləmələrdən?!
Xaç hiyləsidir, guya ki, dərman tapacaqlar,
Canım boğaza gəldi gülünc vəlvələlərdən!

Sultan bəy və Xosrov bəy qardaşları
86
Təmsilçilik əhvalı umurlar hələ bizdən,
Az çıxmamışıq biz buna bənzər tələlərdən!
Tənha balığım naqqabalıqdır arasında, 
Fışqırtı ilə qan tökülür qəlsəmələrdən!
İslammı yatıb, yoxsa müsəlman yoxa çıxmış?
Dünya da xəbərsizdi məgər zəlzələlərdən?!
Vulkan kimi od püskürəcək düşmənə ordum,
Lavamda bişib məhv olacaq pilpilələrdən!
Əsgər gedərəm mən də, qoca yaşıma baxma,
Ta ki, gətirə Fəcri özü müjdə zəfərdən!
Dost  və  həmyerli  Rauf  İlyasoğlu  Vətənlə,  Qarabağla  bağlı 
xeyli  şeirin,  yazıların  müəllifidir.  O,  söyləyir:  “Özümü  heç  vaxt 
öyməmişəm,  sadəcə  Qarabağla  Qarabağı  dəyişik  salan  insanla-
rı  ayılmağa,  torpağı,  Vətəni  sevməyə  çağırmışam”.  O,  “Şeytan 
erməni” şeirində xalq qəhrəmanını belə xatırladır:
Fəxr edirsən, tək qulaq, qürrələnmə,
Bizim Koroğlumuz, Babəkimiz var.
Sultan bəy ruhundan vahimələnmə, 
Əlyar, Alı, Şirin tək igidim var.
Digər bir şeirində Rauf Vətənə öz arzularını belə bildirir.
Füzulimiz, dərd əlindən, alına,
Cəbrayılda nur ocağı, qalana,
Qarabağda, bir Vağzalı çalına,
Elim, obam, Laçınıma, yol sala,
Bayrağımız, Kırs dağında ucala.

Sultan bəyin tərənnümü
87
Otuz kitab müəllifi Dəmir Gədəbəyli erməni keşişə deyir:
Günlərin bir günündə,
Sultan bəyin önündə,
Özün buladı baban.
Paça altından keçib,
Çəkmə yaladı baban.
Əslində  Sultan  bəy  öz  vətəndaşlıq  borcunu  yerinə  yetirmiş-
dir.  Xalq  isə  ona  öz  dəyərini  vermişdir,  dövlət  isə  xalqın  fikrini 
təsdiqləməlidir.
Əli ibn Əbutalib deyib: “Dilini nəyə öyrətsən onu da sənə qay-
taracaq”.
Uzun illərin kədərindən Zahir Laçınsız yazır:
Laçınsızam, saçlarıma düşüb dən,
Vay o günə dönüb dost ola düşmən,
Görməyən gözünə qurban olum mən,
Gündə salan yoxsa səni get-gələ,
Bu dünyada sən nə görmüsən hələ?
Bu da kitaba Ön Söz yazan Zahir Abbasın çox geniş populyar-
lıq qazanan yurd yanğılı başqa bir şeiridir.
Allah ömrümüzə gəl ömür cala,
Qoyma ümüdlərim puç olub sola.
Durub təkbaşına düzəlib yola,
Bir gecə yurduma qayıdacağam.
Bu dərdi, kədəri talamaq üçün,
O daşı, torpağı yalamaq üçün.
Sönmüş ocaqları qalamaq üçün,
Bir gecə yurduma qayıdacağam.

Sultan bəy və Xosrov bəy qardaşları
88
Dərdli ürəyimdə dərd çağlasada,
Fikirdən, qayğıdan qəlb dağlansada.
Dağlara uzanan yol bağlansada,
Bir gecə yurduma qayıdacağam.
Bu mövzuda söhbətimi bir sonluqla bitirmək istəyirəm. Kitabın 
yazılıb nəşr edilməsinin 1 nömrəli təşəbbüskarı olan “Zəngəzur” 
Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri Hacı Nərimanoğlu Qu-
badlıda doğulsa da, ana tərəfi Cijim ocağındandır, Qubadlının Saray 
kəndində yaşayıb ömür sürən üləma Hacı Fətəli Əfəndi ilə Cicim li 
qızı Bahar nənənin (Allah hər ikisinə rəhmət eləsin!) nəvəsidir. 
Hacı qardaşımın bu şeiri gözəl sənətkarımız Məhəbbət Kazı-
movun “Laçınım” mahnısından təsirlənərək yazılıb, bu şeir bir çox 
kitablara salınıb, qəzetlərdə dərc olunub, özü də həzin bir nəğməyə 
çevrilib.
Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin