Redaktor və rəyçilər: İlham Məmmədli


ZəNgəZur tariXiNə qıSa bir baXış



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix31.01.2017
ölçüsü5,26 Mb.
#6976
1   2   3   4   5   6   7   8   9

ZəNgəZur tariXiNə qıSa bir baXış
Zəngəzur adının özünü müxtəlif yazarlarımız müxtəlif cür də 
şərh edirlər. Z.Nəbibəyli “Zəngəzurun qısa tarixi və coğrafiyası” 
(200 il) elmi əsərində çox qədim mənbələrə müraciət etmişlər.
O, yazır: “Azərbaycanın doğma torpağı Zəngəzur, babalarımı-
zın daşlaşmış heykəlləri, əsirlərlə yadellilərə sinə gələn, qara­boz 
qayaları qılınc, güllə yaralı Zəngəzur!”
İxtiyar babalar sənə “Zəngizar” demişlər. Sənin təbii qurulu-
şunla uyuşan “daşlıq, qayalıq” deməkdir, adının mənası. Min illərin 
ərzində sinəsinə dağ çəkilən bu torpağın adı çevrilib “Zəngəzur” 
şəklinə  düşmüşdür.  Bədxahlar  bunu  əsas  götürüblər  ki,  guya 
“Zəngəzur” sözündəki “Zur” ermənicə “dərə” mənasını verir.
Məhz səhv olaraq bu doğma torpağımızın adını “Zəngli dərə” 
olduğunu iddia edirlər. Hələ bu yazılan azmış deyə Zəngəzur adı-
nın onun başçısı Zolsdzor və ya Cofqacorun adından, yaxud da VII 
əsrdə burada yaşayan skiflərin (Saklar) adı ilə (Sak­zak­Zaksdzor, 
Zanqezur)  bağlı  olduğunu  da  deyirlər.  Erməni  mənbələrində 
Zəngəzuru  Sünük  kimi  yazırlar.  Doğrudur,  Zəngəzurda  Cünük 
knyazlığı  olub.  Bu  isə Alban  dövləti  ilə  bağlıdır  və  heç  də  ona 
şəhadət etmir ki, Zəngəzur ermənilərə mənsubdur.
Ermənilər unudurlar ki, ilkin ərəb, fars mənbələrində Sünük 
adı xatırlanmır, Zəngəzuru Sisikan və yaxud Sisacan kimi yazır-
lar. 
Uzun illər Zəngəzurun tarixi, coğrafiyası, etnoqrafiyası Azər­
baycan mütəxəssisləri tərəfindən öyrənilməyib, unudulub. Xüsusi 
ilə XX əsrin əvvəllərində Zəngəzurun Ermənistana “pay” verilməsi 
buranı bizlərə bağlı sahə etmişdir. Bundan istifadə edən saxtakar 
ermənilər  Zəngəzurun  abidələrini  özlərinə  çıxıblar.  Kəndlərin, 

Sultan bəy və Xosrov bəy qardaşları
28
dağların,  çayların,  düzlərin  tarixən  formalaşan  həqiqi  azəri­türk 
adlarını dəyişib qondarma adlar qoyublar.
Bu baxımdan Zəngəzurun tarixinə qısa nəzər salmağı özümüzə 
borc bildik.
Zəngəzur qəzası inzibati­ərazi vahidi kimi 25.02.1868­ci ildə 
Yelizavetpol  (Gəncə)  quberniyasının  yaranması  ilə  formalaşıb, 
ərazisinə indiki Sisyan (Qarakilsə), Gorus, Qafan, Mığrı, Zəngilan, 
Qubadlı,  Laçın  bölgələri,  həmçinin  Kəlbəcərin,  Qarabağın  xey-
li  hissəsi  daxil  idi.  Bu  doğma  torpaqlarımızın  çox  hissəsi  (4.5 
min kvadrat kilometr) 30.09.1920­ci ildən Rusiyanın köməkliyi, 
ermənilərin hiyləsi ilə alınıb Ermənistana verildi. Beləliklə, keçmiş 
Zəngəzur qəzasından Azərbaycan ərazisində kiçik (2.5 min kvadrat 
kilometr) bir sahə (Zəngilan, Qubadlı, Laçın) qaldı. Zəngəzur tari-
xin bütün mərhələlərində azərbaycanlılara, Azərbaycan türklərinə 
məxsus yaşayış yeri olub. Bunu eramızdan əvvəlki mənbələr və 
hətta əsatirlərdəki məlumatlara arxalanaraq deməyə haqqımız var-
dır. Belə ki, əsatirlərin birində deyilir ki, “Səməndər quşu Qaf adlı 
yanar bir dağda od içərisində yaşayır” Fikrimizcə yanar Qaf dağı, 
odda  yanmayan  Səməndər  quşu  atəşpərəstliyin  rəmzidir.  Yazılı 
ədəbiyyatda da antik dövrün dahi şairi Esxilin “Zəncirlənmiş Pro-
metey” əsərində belə bir məlumata rast gəlirik ki, Prometeyin od 
Allahı Efestdən odu oğurlayıb insanlara verilməsi Allahlar Allahı 
Zevsi qəzəbləndirir.
Zevs  paslı  zəncirlərlə  Prometeyi  yalçın  qayalara  bağlatdı-
rır. Prometey axırda göy gurultuları və ildırım işıqları içərisində 
yerə çökür. Atəşi insanlara verdiyindən o, öz həyatını qurban ve-
rir. Hər iki tarixi mif (istər səməndər quşu, istərsə də Prometey) 
atəşpərəstliyin  bir  təşəkkül  tapmasının  dəqiqləşdirilməsinə  bir 
köməkdir.  Bütün  şərq  ədəbiyyatında  özünə  yer  tutan  yanar  Qaf 
dağının adından götürülmüşdür. Simurq quşu (bu quşa Səməndər, 
Zümrüd, Ənqa da deyirlər) yaşayan yanar Qaf dağı (Zəngəzurda) 
Naxçıvanın sərhəddi boyunca uzanan Zəngəzur silsiləsindədir. 
Bu dağın hündür yeri 3904 m olan qapıçıq (Qafıcıq) zirvəsidir. 
Qapıcıq dağının adı türk mənşəlidir. Yəni “balaca qapı” deməkdir. 

Zəngəzur tarixinə qısa bir baxış
29
Bəzi mənbələr səhv olaraq Qafqaz sözünün Qara dəniz sahilindəki 
“Qaz­qaz” tayfalarının adından götürüldüyünü yazırlar. (“Qələm” 
qəzeti,  16.12.1994­il  ).  Bu  da  onunla  əlaqədardır  ki,  istər  e.ə., 
istərsə də bir və ikinci minilliklərdə yunan, ərəb və Şərq ölkələrinin 
başqa  yerlərindən,  İrandan­Cənubi Azərbaycandan  gələn  səyyah 
və tacirlər əvvəlcə Ordubad, Gilan (bu şəhərin xarabalıqları indiyə 
qədər  qalır)  şəhərlərinə  gələr,  Gəmiqaya  dağından  keçib  Oxçu 
çay  dərəsinə  enər  və  buradan  Qafan,  Qarakilsə,  Zəngilan  və  s. 
ərazilərə bu qısa, yaxın yol ilə gedərmişlər, yəni Qapıcıq dağının 
ətəyindən  keçərdilər.  Bu  mənada  Qapıcıq  darvazanı­dəhlizi  xa-
tırladaraq çətin və keçilməz olduğundan hər iki tərəfə kiçik qapı 
rolu oynayan bir məkandır. Bu səbəbdən də keçid “Qapıcıq” ad-
lanmışdır. Zəngəzurda qapıcıq adı ilə səsləşən Qapçıqay yer adı 
da  (meşəsi)  mövcuddur.  Məna  etibarı  ilə  bu,  iki  hissəyə  –  “Qa-
pıcıq” və “ay” hissələrinə bölünür. Birincisi bilavasitə Qapıcığın 
ən az dəyişilmiş (“ı” səsi düşüb) formasıdır. Qapıcıqla eyniləşən 
Qapçıqay isə Bəsitçayın yuxarı axınında, İşıqlı dağının şərq yama-
cındadır. Bunun ikinci hissəsi olan “ay” sözü və yaxınlığındakı da-
ğın adının İşıqlı olması, həmçinin qəbirüstü daşlarda həkk olunan 
Günəş, aypara şəkilləri haradasa bu yerlərdə yaşayanların Günəşə, 
Aya sitayiş etmələrinə şəhadət edir. Bu baxımdan Xustun dağında-
kı məbədə müvafiq İşıqlı dağı ətrafında, yəni Qapçıqay bölgəsində 
belə məbədgahın olması ehtimalı vardır. Adlar öz növbəsində bu 
yerlərin Azərbaycan­türk torpağı olması və müsəlman dini qalıq-
larının mövcudluğunu da sübut edir. Göründüyü kimi Qapçıqay, 
Qapıcıq, Qapan (Qafan) sözləri eyni kökdən (“qapı”, “qaf”) yara-
nıb. Qafanınsa ayrılıqda Qaf dağı kimi səslənməsi daha düzgün-
dür. Deməli, Səməndər quşunun yaşadığı Qaf dağı, gözümüz qarşı-
sında buludlara baş vuran Zəngəzurdakı Qapıcıq dağıdır. Ərazinin 
sakinləri  bu  günün  özündə  də  dağın  adını  olduğu  kimi  Qapıcıq 
deyirlər. Əsatirdə və yazılı ədəbiyyatda isə dağın adı “Qaf” kimi 
səslənir. Bunun da səbəbi ərəb əlifbasında “P” səsinin olmaması-
dır. Şərq ədəbiyyatında “Qaf” kimi yazılan dağ əslində “Qap”dır. 
Deməli, Qaf dağının yeri də məlumdur, mənası da açılıb. 

Sultan bəy və Xosrov bəy qardaşları
30
Arxeoloji tədqiqatlar göstərir ki, Zəngəzur dağları Eosen yaş-
lıdır və əsasən vulkanagen süxurlardan təşkil olunmuşdur. Görü-
nür uzun müddət ərzində yanar vulkan lavalarının axması bu dağı 
“yanar Qaf” kimi şöhrətləndirmiş və xalqın yaddaşında əfsanəyə 
çevirmişdir. 
Mirəli Seyidov yazır: “Tarixi dil, tarixi mifik, etnoqrafik ma-
terialları yad etmədən” biz Azərbaycan tarixini doğru və düzgün 
öyrənə bilmərik. 
İkinci mifik mənbələrdən biri də Esxilin “Zəncirlənmiş Prome-
tey” əsərindəki Prometeydir. Prometeyi çay allahı İnaxın qızı İoya 
təsvir  edir  ki,  Qafqaz  dağları­dağların  sultanıdır.  O,  bu  dağların 
yamyaşıl olmasından, zirvəsindən qüdrətli çay axmasından, dağla-
rın dövrəsində gecə­gündüz Ay dolanmasından, orada olan ərsevən 
Amazonka  qızlarından  söz  açır.  Əlbəttə,  tarixi  məlumatlardan 
bəllidir ki, albanların Ay məbədlərinin olması onların Aya sitayiş 
etmələrinə dəlalət edir. Hələ b.e­nın 24­cü ilində vəfat etmiş Stra-
bon albanların ən müqəddəs Ay məbədinin İberiya (Gürcüstan) ya-
xınlığında olması barədə xəbər verir. O, qeyd edir ki, “Onlar (yəni 
albanlar) İberiya yaxınlığında yerləşən Selenaya məbədinə sitayiş 
edirdilər.” 
Strabonun  vətəni Yunanıstanda  Zevs­göy Allahı,  Helios­Gü­
nəş Allahı, Selenya isə Ay ilahəsidir. Yəqin ki, Strobon albanların 
Göyə, Günəşə və Aya inandıqlarını nəzərə alaraq, bu adları yunan-
lar kimi Zevs, Helios və Selena adlandırmışdır. Əsərdə Prometeyin 
Göy allahı Zevs tərəfindən çarmıxa çəkdirildiyi göstərilir. Maraqlı 
burasıdır  ki,  Strabon  adını  çəkdiyimiz  əsərində  yazır  ki,  “Kahin 
vəzifəsini albanlarda hökmdardan sonra ən hörmətli adam yerinə 
yetirir. Həmin şəxs böyük və sıx əhalisi olan müqəddəs vilayətə 
başçılıq edir.Həm də məbədin qullarını işlədir, qullardan biri gü-
nah işlədərsə, kahinin əmri ilə onu tutub müqəddəs zəncirlə bağla-
yır, sonra isə İlahiyə qurban verirlər.” 
Göründüyü  kimi,  Prometeyin  Zevs  tərəfindən  dözülməz 
əzablarla  cəzalandırılması,  onun  müqəddəs  zəncirlə  bağlanma-
sı  alban  adət­ənənəsinə  uyğundur  və  deməli,  Prometey  Alban 

Zəngəzur tarixinə qısa bir baxış
31
həyatından götürülmüş sürətdir. Buradan belə bir nəticəyə gəlmək 
olur ki, bütün bu yuxarıda deyilənlər Alban torpağında cərəyan et-
mişdir. 
Tarixi araşdırmalara görə atəşpərəstliyin yaradıcı peyğəmbəri 
Zərdüşt olmuşdur. Bu peyğəmbərin həyatı haqqında dəqiq məlumat 
çox olması da, onun çox qədimdə yaşadığı ehtimal olunur. Yunan 
və Roma müəlliflərinin fikrincə, Zərdüşt e.ə. altı min il, bəlkə də 
əvvəl  yaşamışdır.  Müasir  tədqiqatçıların  çoxu  e.ə.  1000­600­cü 
illər  arasında  yaşadığını,  bəziləri  isə  Makedoniyalı  İsgəndərdən 
258 il əvvəl olduğunu hesab edirlər və s. 
İqrar Əliyev yazır ki, Zərdüştün vətənini Sibirdən qərbi İrana 
qədər olan ərazidə, yəni Orta Asiyada, Midiyada (Raqa şəhərində) 
və  Cənubi  Azərbaycanda  axtarırlar.  Ümumiyyətlə,  mənbələrdə 
Zərdüşt  adının  cürbəcür  formalarına  rast  gəlirik  –  Zoraastr,  Zo-
road, Zardüşt, Oraastr, Zoravestr, Zərdüşt (Zəngəzurlu Vəli) və s. 
Son dövrlərdə onun Azərbaycanda, Sasanilər İranının baş Zərdüşt 
ziyarətgahında yerləşdiyini və Avesta Kanonun burada formalaşdı-
ğı qeyd olunur. Bu, peyğəmbərin din sistemində Ahuramazda (son-
ralar Oramazd, Hürmüzd) ali Allah hesab edilir. 
Şər qüvvələrin başında Anqramanyu, (Ahrumonyu Əhriman) 
du rur. Bunu deməkdə məqsədimiz Zərdüşt dininin təlimi, ideya-
sı haqqında söz açmaq deyil, onun təşəkkül tapdığı yeri dəqiq ləş­
dirməkdir. 
Tarixi mənbələrdən göründüyü kimi, Zərdüşt dini atəşpərəst­
likdir və bu dinin ideyaları məzdəkilərin və babəklərin (xürrəmidin­
lərin) ideologiyasına xeyli təsir göstərmişdir. 
Səməndər quşunun Qaf dağında yaşaması, Prometeyin qafqaz-
lı olması ehtimalları sübut edir ki, Zərdüşt dini Qafqazda təşəkkül 
tapmışdır.  Alban  hökmdarı  III  Vaçaqan  (487­510)  zərdüştliyin 
dərin  kök  saldığı  Albaniyada  bütün  atəşgahların  tikilməyini  və 
itaət etməyi qadağan etmişdir. Bu hökmə məruz qalan atəşpərəstlər 
ilk müqəddəs atəşgahdan odu başqa yerə köçürməyə məcbur ol-
muşlar. Əl­Məsudinin (e.ə.956) “Mürüc” əsərində bu odun Xos-
rov  hökmdarı  I  Qubadın  (488­510)  oğlu  Xosrov  Ənuşirəvan 

Sultan bəy və Xosrov bəy qardaşları
32
(531­579) tərəfindən Əş­Şizəyə köçürülməsi məlum olur. Əş­Şiz 
Urmiyanın 140 km cənub­şərqində yerləşən, indi xarabalığı qalan 
Qazaka şəhəridir. Əl­Məsudinin məlumatı bir daha təsdiq edir ki, 
atəşpərəstliyin təşəkkül tapdığı yer ancaq Arran adlı məkandır.
Araşdırmalardan  belə  nəticəyə  gəlmək  olur  ki,  atəşpərəstlik 
Zəngəzur mahalının Qafan ərazisində təşəkkül tapmışdır. Bu fikri­
mizi  təsdik  edən  dəlillərdən  biri  də  ərazidəki  Bərgüşad  silsilə­
sindəki  Aramazd  zirvəsinin  (3399m)  və  Bərguşad  adlarının  ol-
masıdır. Əvvəldə deyildiyi kimi atəşpərəstliyin din sistemində ali 
Allahı Ahura­Mazdadır. Bunu Oramazd və Hürmüzd kimi də ya-
zırlar. Belə olduğu halda atəşpərəstliyin ali Allahı olan Oramazd 
(Ahura­Mazda) ilə Bərgüşad silsiləsinin zirvəsi olan Aramazdım 
adları arasında demək olar ki, ciddi fərq yoxdur. Oramazd – Ara-
mazd eyni kökdən yaranan adlardır. Elə indinin özündə də yerlilər 
üzünü zirvəyə tutub “ya Aramaz, mənə kömək eylə” deyirlər.
Qurani­Kərimin 22­ci surəsinin 17­ci ayəsində deyilir: ”Zərdüşt 
həqiqətən peyğəmbər, onun dini isə səmavi din olmuşdur”.
Əhura­Məzda  qarşısında  o  müstəqil  Tanrı  olur.  Hətta,  II 
Yəzdkadin andlarından biri belə idi: “İşığı ilə dünyanı işıqlandı-
ran və hərarəti ilə bütün kainatı isindirən Böyük Tanrı Günəşə and 
olsun.” 
Xristian  ruhanilərindən  çoxusu  Zərdüşt  dinini  qəbul  edib, 
Günəşə pərəstiş edərək qurbanlar təqdim etmişlər.
Avestadan məlum olur ki, təbiət ünsürlərinə pərəstiş etməklə 
Zərdüştlər arasında tamamı ilə yayılmış və ciddi iş olmuşdur. Bu 
ünsürlərdən tədriclə “Əhura­Məzda”nın övladı da olmuşdur. 
Bununla  əlaqədar  göstərdik  ki,  Bərgüşadın  etimologiyası 
barədə oxuculara azacıq məlumat verək. Bərgüşad adı əslində üç 
sözdən ibarətdir – “Bar,” “guş”, “ad”. Diqqətlə araşdıranda görü-
nür ki, hər üç söz ayrı­ayrılıqda mənalanır. Sözün əvvəlində gələn 
“Bar”(u), yaxud “Bər”(i) sözləri türkcə allah deməkdir. Bu günün 
özündə azəri türkləri arasında bu ifadə “Bari ilahi, sən özün sax-
la!”, “Bari ilahi, sən özün şahidsən” və s. kəlamlar işlədilir. Sözün 
ikinci  hissəsi  “kiş”  isə  yenə  də  türkcə  “din”,  “əqidə”  deməkdir. 

Zəngəzur tarixinə qısa bir baxış
33
Sonuncu “ad”, “od” isə özlüyündə “od”, “atəş” sözünün özü he-
sab edilir. Göründüyü kimi “Bərgüşad” sözü əslində “Od allahına 
inam” və ya “Od allahı məbədi” mənasını verir.
Fikrimizcə, bu ərazidəki Kiş kəndi, Kiş çayı, Kiş məbədi (Şəki­
Zəngəzurda), Keşiş dağı (Laçın Hətəmlər kəndi yaxınlığında), Ke-
şiş kəndi (Qafan rayonu), Keşiş ağacı (Nüvədi kəndi, Mığrı rayo-
nu) sözləri də eyni kökdən yaranmışdır və azəri­türk mənşəlidir. 
(Əslində kilsəyə də kimsə deyilməlidir.)
Deyilənlərdən məlum olur ki, Zəngəzur mahalı, xüsusi ilə Qa-
fan bölgəsində e.ə. minilliklərdə, bəlkə də daha əvvəl Zərdüşt dininə 
sitayiş edənlər yaşamışlar. Deməli, bu dinə, bu inama söykənənlər 
başqa xalqlar deyil, indiki Zəngəzur mahalının sakinləri Xürrəmi­
din dininə sitayiş edən Azərbaycan türkləri olmuşlar.
Bir  az  dərindən  fikirləşdikdə  istər  türkün  Tanrıçılığı  olsun, 
istər yəhudilərin iudistliyi olsun, istər xristianlıq və istərsə də islam 
dini olsun – gözə görünməyən mifik Allaha ibadətdir, sitayişdir, 
inam təbliğidir. Ancaq, Zərdüştlükdə Yer kürəsi canlıların hamısı-
nın görə biləcəyi sehrli bir Günəş vardır.
Günəş özü­özlüyündə bir növ bütün canlı və cansızların dün-
yaya gəlmə səbəblərindən biridir. İnsan onsuz mövcud ola bilməz, 
qida tapmaz, yaşaya bilməz, inkişaf tapa bilməz. Odur ki, Günəşə 
sitayişi  bizcə  Zəngəzurlular  düzgün  tapmışlar  və  elm  nə  qədər 
inkişaf  etsə  də  Günəş  öz  sirrlərini  özündə  saxlayacaq  və  həyat 
mənbəsi  olaraq  qalacaqdır.  O  da  məlumdur  ki,  qalaktikada  hər 
bir qrup planetlərin bir günəşi var və o planetlər öz günəşlərindən 
bəhrələnirlər.  Əgər,  hər  hansı  qrup  planetlərin  günəşi  yoxdursa, 
deməli orada həyat yoxdur.
Zəngəzur ərazisində məskunlaşmış qədim əhali haqqında e.ə. 
yaşamış Strabon, Feofan, Skesiyalı Metrodor, Hippokrat və başqa-
ları məlumat vermişlər.
 Feofan yazır ki, Skif tayfaları olan Hel və Lehlər­amazonkalar 
və albanlar arasında yaşayırdılar. Skepsiyalı Metrodor və Qipsikrat 
isə iddia edirlər ki, amazonkalar Qafqaz dağlarında Geravi adlanan 
Şimal ətəklərdə qarqarlarla qonşuluqda yaşayırdılar.

Sultan bəy və Xosrov bəy qardaşları
34
Məlumatlarda  qeyd  olunan  tayfa  adları  Zəngəzurda  olan 
toponimlərdə  öz  əksini  tapmışdır.  Məsələn,  Zəngəzurun  Mığrı 
ərazisində olan Leh (Lek), Lehvaz kəndləri indi də Leh tayfaları-
nın, Nüvədi kəndinin ərazisində aşkar edilən Qarqar yazıları (daş 
üzərində), həmçinin Həkəri çayının ətrafındakı Xocahan yaxınlı-
ğındakı Hal kəndi məhz Hell tayfalarının adını daşıyır. Yaxud da 
Şıxovuz (ermənilər dəyişib Şkao deyirlər), Maqovuz kəndlərinin 
adı  (atəşpərəst  oğuz)  oğuzların  adı  ilə  üst­üstə  düşür. Yaxud  da 
Saqqarsu  çayı  (Şumercə  qumlu  çay),  Sapadərə  (Sumercə  çoban 
dərəsi) və s.türk mənşəli toponimlərdir.
Kığı  dərəsi  boyunca  Zeyvə  kəndində  dərənin  sonuna  qədər 
salınan  17­18  kəndlər  də  azəri  türklərinə  məxsus  məskənlərdir. 
Bütünlükdə Qarakilsə (Sisyan), Gorus, Mığrı bölgələri ərazilərin­
dəki türk mənşəli dağlar, çaylar, dərələr, təpələr Zəngəzurun ancaq  
azəri türklərinə mənsub olduğuna bir daha sübutdur.
Eramızın 1­ci minilliyində Zəngəzur mahalında ərəb xilafətinə 
qarşı Vətən uğrunda vuruşan Xürrəmidinlərin rəşadətli döyüşləri 
bütün Şərq ölkələrinə səs salmışdı. Xürrəmidinlilərə əvvəlcə Ca­
vidan ibn­Şəhrək, 816­cı ildən sonra isə Babək Xürrəmidin rəh­
bərlik  etmişdir.  Xürrəmidinlərə  rəhbərlik  edən  Babək  dərin 
zəkaya, əfsanəvi döyüş qabiliyyətinə malik bir qəhrəman olub. Bu 
torpaqda boya­başa çatan Babək 816­cı ildən müəllimi Cavidanın 
vəfatından sonra 837/38­ci illərə qədər öz vətəni və xalqı uğrunda 
xilafətə  qarşı  mərdliklə,  rəşadətlə  vuruşmuş,  əsl  xalq  qəhramanı 
olmuş, adına onlarca dastanlar yazmışlar.
Aparılan axtarışlardan məlum olur ki, Babəkin xilafət ordula-
rına qarşı vuruşduğu Bəzzeyn qalası indiki Qafan bolgəsinin “Da-
vidbeq” (əvvəlki adl Quşçulu olub) kəndindəki möhtəşəm qaladır.
Quşçulu kəndinin əsl adını ermənilər 1945­ci ildən sonra də­
yiş dirib Davidberq qoymuşlar. Davidbeq özlüyündə 1722­1728­ci 
illərdə türklərə qarşı vuruşan ermənilərə başçılıq etmiş bir şəxsdir. 
O, 1728­ci ildə Alizor qalasında ölmüş və orada basdırılmışdır.
Quşçulu kəndi Xustup və Gözbel dağları arasındakı Oxçu çayı-
nın sahilində yerləşir. Kəndin qarşısındakı möhtəşəm, orta əsrlərdə 

Zəngəzur tarixinə qısa bir baxış
35
tikilmiş Babək xürrəmidinə məxsus qalanı da sahibsiz görən hiyləgər 
ermənilər ona Davidbeqin adını vermişlər. Quşçulu kəndinin başı 
üstündə də ikinci bir qala var. Bu qala Xustub dağının sıldırım qa-
yaları arasında tikildiyindən insanlar bu qalaya müqəddəs yer kimi 
ziyarətə gedirdilər. Sakinlərin dediyinə görə hər iki qala arasında vaxtı 
ilə onları birləşdirən zəncir varmış. Ermənilər bu tarixi məlumatdan 
da öz məqsədləri üçün sui istifadə edərək “Davidbeq” kinosunu bu-
rada  çəkmişlər.  Guya  Davidbeqin  döyüşçüləri  qaladan­qalaya  bu 
zəncirlə keçirmişlər. Əslində isə hər iki qala Babək Xürrəmidinin 
Bəzzi qalasıdır. Qalanın ikiliyinə görə ərəblər (eyn) sonluğu qəbul 
edərək Bəzzi çox məlumatlarda “Bəzzeyn” kimi yazmışlar, yəni iki 
və ya bir neçə Bəzz. Buraya yaxın olan kəndləri ermənilər uçurub 
yerində Qacaran şəhərini salıblar. Babəkin sərkərdəsi Cavidanla bağ-
lı Pir Davidan adlı müqəddəs Ziyarətgahı və kəndi dağıdıb yerində 
mis­molibden mədəni salmışlar. Bu kəndin qəbiristanlığındakı Pir­
Davidan məqbərəsi əslində xürrəmidinlərin peyğəmbəri Cavidana 
məxsusdur. Cavidanın əsl adı isə Davidan olmuşdur.
Ermənilərin saxta ad verdiyi “Davidbeq qalası”nın Bəzzeyn ol-
masını sübut edən dəlillərdən birisi də Şahi (Şəki) qalasıdır. Bu qala 
Qarakilsə bölgəsinin Şəki kəndində, Bazarçayın sahilində xarabalı-
ğı qalmış Şəki (Şahi) qalasıdır. Şahi qalası Z.Bünyadov tərəfindən 
araşdırılıb  (Azərbaycan  VII­IX  əsrlərdə  –  Z.Bünyadov).  Qala 
Vəcnə ibn­Ər­Rəvvad tərəfindən salınmış, IX əsrin əvvəllərində isə 
ibn­Baisin əlinə keçmişdir. 837­38­ci ildə Babəki xəyanətkarlıqla 
ərəblərin əlinə verdiyinə görə Şəki vilayəti bütövlüklə erməni Səhl 
ibn Sunbata verilmişdir. Beləliklə də Şəki qalası bir müddət Səhlin 
ixtiyarında olmuşdur.
Bəzzeyndən üç klometr aşağıda Oxçuçayın üstündə Darvaza 
(Dərvaza) adlı dar bir yer vardır. Burada Oxçuçayın üstünə əyilmiş 
qayada ağzından açar sallanan nəhəng bir ayı heykəli tikilmişdir.
Nəhəng heykəl sanki darvazanı qıfıllayıb, açarını da heç kimə 
vermək istəmir. Bu bütün tarixi məlumatlarla səsləşən Bəzzeyn qa-
lasının özündən bir qədər uzaqdakı darvazasıdır. Xilafətin ordusu 
aylarla bu darvazanı sındırıb qalanın yaxınlığına gələ bilməmişlər.

Sultan bəy və Xosrov bəy qardaşları
36
Torpaqlarımızı asanlıqla əlinə keçirən ermənilər iddia edirlər 
ki, Zəngəzurun ilk adı Sünük olmuşdur. Bu səhv fikirlə Zəngəzura 
dərindən  bələd  olmayan  yazarlarımızın  bəziləri  də  razılaşırlar. 
Əslində isə Zəngəzur mahalı bütünlüklə deyil, onun yalnız 7 er­
məni  kəndi  Sünikgilan  adlanıb.  Belə  ki,  IX  əsrin  1­ci  yarısında 
bu ərazidə Knyaz Vacaq (Vacaqan da deyirlər) adlı birisi olmuş-
dur. 828­ci ildə onun ölümündən sonra qızı İbnat al­Kəldanniyə 
Babəkə ərə getmiş və bu kəndlər də bütövlükdə, əvvəllərdə olduğu 
kimi Babəkin əlində qalmışdı.
Zəngəzurun tarixi ilə olduqca az və qeyri­səhih məlumatları olan 
bəzi tədqiqatçılar qibləyə tərəf qoyulmamış qədim qəbirlərin mü səl­
manlara deyil, ermənilərə məxsus olması fikrini irəli sürməsi böyük 
və bağışlanmaz səhvdir. Xatırladaq ki, İslama qədərki dövr lərdə Azər­
baycanda ölənlərin qibləyə tərəf dəfn edilmədiyini unutmaq olmaz.
Zəngəzurda  xaraba  qalmış  bütün  erməni  kəndlərinin  qəbi­
ristanlıqlarındakı  qəbrlərin  hamısında  sinə  daşı  qəbr  uzunluğun-
da bütöv bir daşdan ibarətdir. Müsəlman qəbirlərində hansı tərəfə 
qoyulmasından asılı olmayaraq özlərinə aid qaydaları, dəfn etmə 
ənənələri olmuşdur.
Bəzi  müəlliflər  hətta  daş  üzərində  həkk  olunan  bütün  xaç 
şəkillərini də səhvən erməni xaçı adlandırırlar. Unutmaq olmaz ki, 
albanların da qəbir daşlarında xaça oxşar nişanələr olmuşdur. La-
kin, bunların erməni xaçlarından xeyli fərqi vardır. Albanlara xas 
olan qəbirüstü xaçların uc tərəfi ox şəkilli, bir tərəfi isə saya olsa 
da dörd ox eyni ölçüdədir. 
Bütün  bunlardan  sonra  qətiyyətlə  deməyə  haqqımız  var  ki, 
Zəngəzur və bütövlükdə Zəngəzur­Göyçə zonası, indiki Ermənistan 
Qərbi Azərbaycan torpaqlarıdır.
Həkim, şair­publisist Musa Urud isə özünün “Zəngəzur” ki-
tabında “Zəngəzur” toponimi bu torpaqlarda yaşamış Zəngı türk 
tayfaları  ilə  əlaqələndirir.  Və  bu  sözün  ərəblərin  Azərbaycana 
gəlişindən  sonra  formalaşdığını  bildirir.  Söz­Zəngı  tayfa  adı  ilə 
ərəblərin  “Sur”  daş­divar  mənasını  verən  sözün  birləşməsindən 
alındığını güman edir.

Zəngəzur tarixinə qısa bir baxış
37
Zəngi  türk  tayfası  türk  dünyasının  müxtəlif  bölgələrində  öz 
tarixi ata­baba adları ilə indi də yaşamaqdadırlar və bu tayfanın 
adı ilə doğurdanda bir çox yerlərdə yer­yurd adları günümüzdə də 
mövcudluğunu saxlamaqdadır.
Özbəkistan türk respublikasında Zəngi tayfaları öz adları ilə 
yaşamaqla yanaşı – orada Zəngi, Zəngitəpə, Zəngərik və s. çoxlu 
miqdarda toponimlər qalmaqdadır. Bu ad elmi mənbələrin bildir-
diyi kimi Qazaxıstanda, Əfqanistanda, Cənubi Azərbaycanda, bü-
tün Qafqazda və o cümlədən Şimali Azərbaycan toponimlərində 
yetərincədir.  Onlardan  bir  neçəsinin  adını  çəkmək  fikirimizcə 
maraq  doğura  bilər.  Məsələn:  Türkiyədə­Ərzincan  Gürcüstanda­
Zəngişamlı, Zəngənə, Şimali Azərbaycanda­Zəngilan, Sanqalçal, 
Yardımlı  bölgəsində­Zəngəran,  Sabirabad  bölgəsində­Zəngənə, 
Ağ dam bölgəsində­Zəngişalı, Qobustanda­Zəngidərə çayı, İsmayıl­
lıda­Zəngı çayı, İrəvan mahalında­Zəngibasar, Zəngilər, Zəngilli, 
Zəngi çayı kimi toponimlər, əlbəttə “Zəngi” sözü əsasında forma-
laşıblar.
Musa  Urud  xalq  şairimiz  Zəlimxan Yaqubun  bu  mövzudakı 
şeirindən nümünə gətirməyi də unutmayıb.
Zəngəzur­Zəngin, haray,
Döyüşüm, cəngim, haray.
Yurd həsrəti çəkəndən
Açılmır zəngim, haray 
Zəngi türk tayfalarının adları “Kitabi Dədə Qorqud”da, Mah­
mud  Qaşqarinin  –  “Lüğəti­it­Türk”də,  Rəşid  əd  Dinin  “Oğuz­
namə”sində,  Əbdülqazinin  –  “Səcəreyi­Tərakimə”sində, A.Bakı­
xanovun  yazılarında,  xalq  qəhramanı  Babək  haqqında  yazılan 
yazılarda, Ağqoyunlı, Qaraqoyunlu, Əmir Teymur, Səfəvilər və s. 
haqqında yazılan mənbələrdə də rast gəlinir.
Zəngəzuru  tən  ortadan Aran  Qarabağ  və  Naxçıvan­İrəvanla 
birləşdirən şosse yol XX əsirdə tamamlanmış və poçt yolu adını al-
mışdı. Şuşa­Laçın­Gorus, ardınca Naxçıvan­İrəvan yol birləşməsi­

Sultan bəy və Xosrov bəy qardaşları
38
ətrafları sıldırım qayalıqlı dağlar olmaqla, çox gözəl təbiətə malik 
bir bölgədir.
Sultan bəyin, Xosrov bəyin, Paşa bəyin dünyaya göz açdıqları 
Zəngəzurun Hacısamlı nahiyəsi də bütün Zəngəzurda olduğu kimi 
qədim tarixi abidələrilə də çox zəngin bir diyardır. Bu yurd Nuh 
peyğəmbərin məskunlaşdığı bir yurddur. Zəngəzurun istənilən ya-
şayış  məntəqəsində  qədimdən  qalan  hər  hansı  bir  abidə  haqqın-
da yaşlıları sorğu­sual etdikdə deyərdilər: “Nə bilim a bala, bura-
lar hamısı Nuh Nəbidən qalmadı”. Yeri gəlmişkən qeyd edək ki, 
həqiqətən  Zəngəzurda  Nəbi  adı  müqəddəs  olmaqla,  valideyinlər 
bu adla öz övladlarını daha çox adlandırmışlar.
Bəzi  tarixi  mənbələrə  görə  indiki  Yuxarı  Qarabağda,  onun 
Zəngəzur bölgəsində, ümumilikdə Qərbi Azərbaycanda yeni eradan 
əvvəl VII əsrdə bu torpaqlarda uti, ud, sod, mar, qar­qar, leq, qel, uz 
və s. türk tayfaları yaşayırdı və buraya gələn saklar, kimmerlər də 
bu tayfalarla qaynayıb­qarışdılar, bir çox tarixi keşməkeşdən sonra 
eradan əvvəl IV əsrdə Alban dövləti yarandı. Onun ərazisi Qərbdə 
Gürzan  (İberiya)  və  Ərməniyyə  ilə,  Şimalda  dağıstan  (Sarmati-
ya) ilə həmsərhəd olmaqla, paytaxtı əvvəl­əvvəl Qəbələ, sonra isə 
Bərdə şəhəri oldu. Albaniya dövlətinin böyük bölgələrindən biri də 
süni, yaxud Sisakan adlanırdı. Bir çox mənbələrə görə Sisikan türk 
tayfalarının qədim kökləri, hazırki çin dövləti tabeçiliyində olan 
uyğurların  yaşadığı  məkanla  əlaqədardır,  buradakı  Syunnu  türk 
tayfalarının  törəmələridirlər.  Onlar  Orta Asiyaya,  Qafqaza,  Qara 
dəniz sahillərinə səpələnməklə, hazırki Zəngəzura gəlmiş və yerli 
türk tayfaları ilə bir məkanda yaşamışlar və elə bu səbəbdən də Si-
sakan adlanmaqla, qədim sak, iskit, yaxud skif adlanan saqat(saqa) 
boyuna qohum türk tayfaları olmuşlar.
Bir  sözlə  tarixi  ardıcıllığı  izlədikdə­məlum  olur  ki,  Sakların 
və kimerlərin (Saqat­qəmərlərin) Qafqaza gəlişi yeni eradan əvvəl 
VII əsrə təsadüf edir.
Zəngəzur da yeni eradan əvvəl 675­550­ci illər arasında Göyçə 
gölü də daxil olmaqla Kür­Araz ovalığı ilə birlikdə Midiya (Ma-
day) dövləti tərkibində olmuşdur. Sonra, Zəngəzur e.ə. əvvəl 550­

Zəngəzur tarixinə qısa bir baxış
39
530­cu  illər  arasında  Əhəmənilər  dövləti  çərçivəsində  fəaliyyət 
göstərmişdir.
Əhəmənilər dövləti­Ərməniyyə (türk dövləti), Şərqi Gürcüstanı, 
Kür­Araz ovalığını əhatə etməklə 1­ci Daranın vaxtına təsadüf edir.
Daha sonra yeni eradan əvvəl 3­cü əsr və yeni eranın 226­cı 
ilinədək Qafqazın bir çox əraziləri, o cümlədən, indiki Zəngəzurun 
ərazisi Partiya dövlətinin tərkibində olmuşdur.
Yeni  eranın  226­651­ci  illəri  arasında  Zəngəzur  Sasanilər 
hökm ranlığında olmuşdur.
Yaşadığımız eranın 656­889­cü illəri arasında Zəngəzur Ərəb 
xilafəti tabeçiliyində olmuşdur. Deyilən zaman kəsiyində Qafqaz-
da İslam yayıldı, Qafqaz Albaniyasının bütün bölgələri kimi Sünik 
də xilafətin tabeçiliyində oldu və Albaniya Aran, Sünik isə Sisəcan 
(Sisəkan) adlandırıldı. 
Zəngəzur  (Sünik)  IX­XI  əsrlərdə  Sacilər  (889­942­ci  illər), 
Salarilər (941­981­ci illər), Şəddadilər (971­1088­ci illər) dövlət lə rinin 
tabeliyində  olmuşdur.  Deyilən  dövrlərdə  Ərməniyyənin  bö  yük  bir 
hissəsi adları çəkilən dövlətlərin tabeliyində fəaliyyət gös tərmişdir.
Mağol­tatarlar XII əsrdə Cənubi Azərbaycanı və Qafqazı tut-
maqla öz hökmranlıqlarını yaratdılar ki, bu da hülakilər, elxanilər 
dövrü adlanmaqla, Zəngəzuru da əhatə edirdi.
Zəngəzur 1385­ci ildən Əmir Teymurun Qafqazı işğal etməsi ilə 
Qafqaz, İranın çox hissəsi, şərqi Anadolu da daxil olmaqla, bir­birini 
əvəz edən Cəlairlər (1385­1410),Qaraqoyunlular (1410­1467), Ağqo-
yunlular (1468­1501) hakimiyyətləri daxilində olmuşdur.
Zəngəzurda deyərdilər – “Şər qarışanda yatmazlar. Şər qarışan-
da qismət paylanır”. Bu mənada Zəngəzurun da daxil olduğu 1051­
1590­cı illər Səfəvilər dövləti, yaxud Böyük Azərbaycan dövləti ya-
randı. 1590­1748­ci illərdə Qafqazın, Anadolunun və İranın bir çox 
əraziləri kimi, Zəngəzur bölgəsi də Osmanlı, Səfəvilər və Nadir Şah 
türklərinin hakimiyyəti çərçivəsində fəaliyyət göstərməli oldular. 
Nadir şahın ölümündən sonra yaranan Qarabağ xanlığı Zəngə­
zuru da əhatə edirdi. Qarabağ xanlığının yaranmasında Zəngəzura 
rəh bərlik edən və Zəngəzurun, Qarabağın, Ərdəbilin, Xoyun, Təbri­

Sultan bəy və Xosrov bəy qardaşları
40
zin bəzi yerlərində torpağı, təsərrüfatı, mülkü olan Murtuza bəy 
Pənahəliyə yaxından yardımçı olmuş və bu münasibətlə Zəngəzur 
sultanlığının  sahəsi  Sisyan,  Qafan­Tatev,  Mığrı,  Güney,  Çalba-
yır, Hacısamlı, Kolair mahallarından xeyli kənara çıxaraq indiki 
Kəlbəcəri keçərək Tər­tərə qədər, indiki Zəngilan, Qubadlı, Laçın, 
Basarkeçəri, Araz  çayının  cənub  tərəfini,  Zəngəzurun  qərbindən 
xeyli torpaqların buraya qatılması ilə nəticələndi. 
XIX əsrin əvvəlləri ermənilərin əli ilə Rus imperiyası Şimali 
Azərbaycanı, onun xanlıqlarını işğal etdi və bu haqda Rusiya ilə 
İran arasında 1806, 1813 və 1828­ci illərdə Kürəkçay, Gülüstan və 
Türkmənçay müqavilələri bağlanmaqla Qarabağ, İrəvan və Nax-
çıvan xanlıqları rus işğalçılarının əlinə keçdi. Əlbətdə Azərbaycan 
həmin illərdə Dərbənd və Borçalı bölgələrini də itirmişdi.
Rusların idarəçilik qaydalarına uyğun olaraq 1868­ci ildə Ye-
lizavetpol (Gəncə) quberniyası yaradılmaqla onun tərkibində çox 
böyük sahəyə malik Zəngəzur qəzası da öz təsdiqini tapdı.
Rusiyada sovetləşmə çox şirin vədlər versə də, işğalın sonra-
kı – yəni 1920­ci ildən sonrakı dövrləri Azərbaycana – xüsusən 
Zəngəzura, Yuxarı Qarabağa və Qərbi Azərbaycana çox ağır itkilər 
gətirdi və Zəngəzur 1920­ci ilin bir dekabrında yeni yaradılan So-
vet Ermənistanına qeydsiz­şərtsiz hədiyyə edildi.
Zəngəzurun Laçın bölgəsindən olan Sarı Aşıq demiş:
 
Bu qala, yaman qala,
Düşmüşəm yaman qala.
Rəvamı, Yaxşı ölə,
Yerində yaman qala?!
Belə  olarmı?! Amma  olub,  bu  reallıqdır.  Son  dövrlər  tarix-
çi  alimlərimizlə  yanaşı  digər  yazarlarımız,  vətənpərvərlərimiz, 
publisistlərimiz  Zəngəzur,  onun  tarixi  şəxsiyyətləri,  bu  torpağa 
borclu qalmayanlarımızı özlərinə məlum səviyyədə mətbuatda işıq-
landırırlar. Bu isə çox yaxşıdır. Onların hər birinə diqqət yetirdikdə 
hansısa bir yeniliyə də rast gəlmək olur. Bu da bizləri sevindirir.

Zəngəzur tarixinə qısa bir baxış
41
Musa  Urud  yazır:  “Andranik  və  yerli  erməni  quldurlarının 
başçısı Şahnəzərov Zabux­Qaladərəsi istiqamətində hücum etsələr 
də, Şuşaya daxil ola bilmədilər. Laçınlı Sultan bəyin başçılıq et-
diyi, əsasən Haçışamlı əhalisindən təşkil olunmuş azərbaycanlılar 
Andronikin dəstəsinə sarsıdıcı zərbə vuraraq onu yenidən geriyə – 
Gorusa qayıtmağa məcbur etmişdir.
Bu fikir “Azərbaycan” qəzetinin 28 oktyabr, 1918­ci il tarixli 
sayında və “Müxtəsər Xronoloji Ensiklopediya”da da, öz əksini tap-
mışdır. Ensiklopediyada göstərilir: “14 dekabr 1918­ci il Zəngəzur. 
Azərbaycan. Gəncə qubernatorunun 1918­ci il 14 dekabr tarixli 70 
saylı teleqramında deyilir ki, cəllad Andranik başda olmaqla erməni 
quldurlar  “Kalandərəsi  yaxınlığındakı  müsəlman  kəndlərinə  bas-
qın  etmiş,  müsəlmanları  qırmışlar  və  vəhşiliklər  törətmişlər”.
Tədqiqatçılar  da  təsdiqləyərlər:  “A.Mikoyanın  təhriki  ilə  məhz 
tayqulaq Andranikin və Hamazaspin daşnak quldur dəstələri Maku 
və Xoydan başlayaraq, Zəngəzurdan keçib, Qarabağa quldurcasına 
basqın etmiş, dinc azərbaycanlı əhalini qırmışlar.”
Bu dövrdə Zəngəzurda vəziyyət o yerə çatmışdır ki, Andronik 
Ozanyan Gorusda möhkəmləndikdən sonra burada “Zəngəzur qu-
bernatorluğu” yaratdığını, Gorusu qubernatorluğun paytaxtı, özü-
nü isə qubernator elan etmişdir.
Azərbaycanın vəziyyəti çox ağır idi. Azərbaycanda da sovet­
ləşmə işləri gedirdi. Lakin, Sovet Rusiyasının Xarici İşlər Komis-
sarının  Sovet  Azərbaycanının  Ermənistandakı  fövqəlada  nüma­
yəndəsi isə erməni Dövlətov idi.
Zəngəzurda möhkəmlənən və vaxtaşırı öz təxribatçı fəaliyyəti­
ni davam etdirən, Azərbaycan kəndlərinə basqınlar edən, Gorusda 
və Qubadlıda yerləşən qəza şuralarını təhlükədə saxlayan daşnaq 
Njdenin  silahlı  qüvvələri,  onun  Tevan  və  Tarxan  kimi  əlaltıları 
İrəvandan hərbi yardım, maddı və siyası təminat aldıqları halda, 
Azərbaycan hökuməti Zəngəzuru erməni basqınlarından qoruyub 
saxlayan, insanlar arasında böyük güc və nüfuz sahibi olan Sulta-
nov qardaşlarının imkanlarından istifadə etmədi. Yurdunu və xalqı-
nı sevən Sultanov qardaşlarına bir inamsızlıq nümayiş etdirdilər. 

Sultan bəy və Xosrov bəy qardaşları
42
1920­ci  il  12  mayda  Ermənistanın  Xarici  İşlər  Nazirliyi 
Azərbaycan  Şura  hökümətinə  Xosrov  bəy  Sultanovla  əlaqədar 
göndərdiyi notada “erməni qırğınlarının təşkilatçısı Sultanov qır-
mızı lent taxaraq yenə də hakimiyyətdədir” – yazırdı.
Təbii ki, Xosrov bəyə hansı hakimiyyətin iş başında olması-
nın çox da böyük fərqi yox idi. ADR dövründə general­qubernator 
olanda da, Şuşa İnqilab Komitə sədri olanda da, eyni məsuliyyətlə 
işinə sədaqətli idi.
Onun  mübarizəsi  yurd  uğrunda  idi,  torpaq  uğrunda  idi, 
vətəninin, dövlətinin bütovlüyü uğrunda idi. Xosrov bəy ermənini 
taniyırdı. Azərbaycan  torpağına  göz  dikənlər,  onu  parçalayanlar, 
insanlarını məhv edənlər onun düşmənləri idilər.
Xosrov bəy də, Sultan bəy də özlərinin müqəddəs mübarizələ­
rini mərdi­mərdana aparmaqda israrlı idilər.
AXC­i dövründə Xosrov bəy Gorusa girmək, Zəngəzuru daş-
naklardan təmizləmək üçün icazə istəmişdi. Lakin, Xosrov bəyə 
heç bir icazə və lazimi köməklik edilməmişdi.
Bütün  bunlara  baxmayaraq  1920­ci  ilin  martında  X.Sultanov 
Novruz bayramı ərəfəsi ermənilərin Şuşada qaldırdığı qiyamı dəf edə 
bildi.  Qarabağdakı  bütün  daşnaq  qüvvələri  zərərsizləşdirdi,  erməni 
əməkçiləri ilə vətəndaş sülhünün əldə olunmasına nail oldu.
Xosrov  bəy  qardaşı  Sultan  bəylə  Zəngəzurun  azad  edilməsi 
yolunu işləyib hazırladı. Lakin, bu tarixi fürsəti, elə tarixin özü ona 
imkan vermədi, milli hökümət çökdü, bütün işlər alt­üst oldu.
Həmişə  bizi  qabaqlayan  ermənilər  bolşevik  hökümətinin 
Qara bağı,  onun  bir  bölgəsi  olan  Zəngəzuru  və  Naxçıvanı  Er mə­
nistana birləşdirməyi tələb edirdilər. Onlar utanmadan, çə kin mə dən 
azərbaycan türklərinin qanını içən general Dronu Zən gəzurda erməni 
Sovet  qoşunlarının  komandanı  təyin  etmişdilər. Azərbaycanda  isə 
ermənilər və onların havadarları ruslar tərəfin dən ortaya atılmış “Qır-
mızı Kürdüstan” avantürasını əlində “əsas” kimi tutaraq Xosrov bəyi 
millətçilikdə günahlandırıb həbs etmiş, Sultan bəyi isə vətənindən 
qaçaq salmağa məcbur etmişdilər. Həqiqətdə isə Musa Urudun yaz-
dığı kimi kürd əhalisi dövlət qurmaq iqtidarında deyildilər. Kürdlər 

Zəngəzur tarixinə qısa bir baxış
43
Zəngəzura XVII əsrdən sonra gəlmiş və indiki Laçın, Qubadlı və 
Zəngilan bölgələrinin bir neçə kəndində məskunlaşmışdılar”.
O,  daha  sonra  yazır:  “Zəngəzur  kürdünü  dövlət  qurmaq-
dan  çox,  əmin­amanlıq  şəraitində  mal­qoyununu  otarıb,  birtəhər 
külfətini dolandırmaq düşündürürdü. İkinci bir tərəfdən, kürdlərin 
Azərbaycandan ayrılmasının nə siyasi­ideoloji, nə də tarixi­coğrafi 
əsası  yox  idi.  Daşnak  Andranik  və  onun  qaniçən  davamçıları 
Azərbaycan türkləri ilə yanaşı, kürdləri də qanına qəltan etmişdi. 
Digər tərəfdən hələ Anadoluda kürdlərlə ermənilər arasında milli­
etnik və dini zəmində başlamış dərin düşmənçilik unudulmamış-
dı.  Eyni  zamanda  müsəlman  kürdlərin  öz  dindaşlarından  ayrılıb 
xaçpərəst ermənilərə sığınmağı da ağılasığan deyildi”.
Əlbətdə, deyilən bu həqiqətlərə onu da əlavə etmək gərəkdir 
ki, bu məsələ ermənilərin növbəti bir fitnəkarlığından başqa bir şey 
deyildi.
Sovetlərin Azərbaycanı işğal edərək, onun milli və vətənpərvər 
insanlarını məhv etməsi, ölkədən uzaqlaşdırılması da Zəngəzurun 
ermənilərə verilməsinə münbit şərait yaratmışdı.
Bu  işdə  N.Nərimanov  da  səhvə  yol  vermiş  və  sonradan  öz 
səhvini düzəltməyə nə qədər çalışsa da xeyri olmamışdı, Zəngəzur 
ermənilərdə qalmış, özü isə aradan götürülmüşdür.
O  illərdə  N.Nərimanov  V.Ə.Leninə  yazırdı:  “Həmişə  Denikini 
müdafiə edən Ermənistan müstəqillik qazanır və əlavə olaraq da Azər­
baycan torpaqlarını alır. Zaqafqaziya respublikaları arasında hamıdan 
əvvəl  özünü  Sovet  Rusiyasının  ağuşuna  atan Azərbaycan  isə  həm 
müstəqilliyini, həm də ərazisini itirir. Azərbaycanın indiki vəziyyəti 
elədir ki, Mirzəyanlar heç bir maneəsiz onun taleyini həll edirlər”.
M.Urud yazır: “Bəlkə də N.Nərimanov, Ə.Qarayev və M.Hü­
seynovla birlikdə Ak(b)p MK­nin 1920­ci il 30 noyabr tarixli büro 
iclasında Q.Oreonikidze, S.Ter­Danelyan, Y.Stasova, Q.Kaminski 
və  başqalarına  Zəngəzurun  Ermənistana  verilməsi  barədə  qərar 
qəbul etməyə mane ola bilsəydi və bir gün sonra tarixə bədnam 
“Nərimanov bəyanatı” kimi daxil olmuş çıxışı etməsəydi, Zəngəzuru 
bağışlamaqla yanaşı Ermənistana iki yüz milyon manatlıq kredit 

Sultan bəy və Xosrov bəy qardaşları
44
ayırmasa idi əksinə Azərbaycan ordusunu, yaxud milisini Sultan 
bəy  Sultanovun  köməyinə  göndərsə  idi,  Zəngəzur  könüllülərinə 
silah  və  patron  yardımı  etsə  idi,  referendum  keçirilməsi,  yaxud 
başqa bir siyasi manevr edə bilsə idi, indi hər şey tamamı ilə baş-
qa cür ola bilərdi. Lakin, Nərimanov aldandı və gecikdi. Erməni 
kommunistləri isə gecikmədilər.
Azərbaycanı  parçalamaq  və  bizim  torpaqlarımızın  hesabına  
yaratdıqları dövlətlərinin ərazilərini daha da genişləndirmək məqsə­
di ilə daşnakların başladıqları, lakin müvəffəq ola bilmədikləri iş-
ğalı başa çatdırdılar.
1921­ci il iyulun 20­də Ermənistan SSR Xalq Komunissarla-
rı Soveti respublikanın ərazi bölgüsünü 9 qəzadan ibarət olmaq-
la təsdiq etdi. Doqquzuncu qəza indiki Sisyan, Qafan, Gorus ra-
yonları və Mığrı rayonunun bir hissəsinin ərazisindən ibarət olan 
Zəngəzur qəzası elan olundu.
Zəngəzurun  Ermənistana  verilməsi  prosesi  təəssüflər  olsun 
ki,  sonrakı  illərdə  də  davam  etdirildi.  1927­ci  ildə  Zaqafqaziya 
MİK  Rəyasət  Heyətinin  qərarı  ilə Azərbaycanın  Mığrı­Cəbrayıl 
qəzasının  27  kəndi,  Zəngəzur  qəzasının  isə  10  min  desyatindən 
çox  yaylaq  ərazisi  Ermənistana  peşkəş  edildi.  1929­cu  il  fevra-
lın 18­də isə Zaqafqaziya MİK Rəyasət Heyətinin M.Sxakayanın 
sədrliyi,  Azərbaycan  nümayəndələrindən  isə  D.Bünyadzadə, 
M.Bağırov  və  S.Yaqubovun  iştirakı  ilə  keçirilən  iclasının  qərarı 
ilə Zəngilan rayonunun daha 3 kəndi – Nüvədi, Ernəzir və Tuğut 
kəndləri Ermənistana verilməklə Zəngəzurda daha bir erməni ra-
yonu – Mığrı rayonu təsis edildi”.
Azərbaycan  Respublikası  öz  müstəqilliyini  çətin  vəziyyətlə 
bərpa etsə də, keçən 20 il ərəfəsində ölkəmiz bir çox yeniliklərə imza 
ata bilmişdir. Qarabağın ermənilərin əlində qalması Azərbaycanı 
bir çox məsələlərdə istədiyi addımı atmağa imkan vermir. Lakin, 
son müstəqillik illərində kölgədə qalmış bir çox məsələlər araşdı-
rılaraq öz həqiqi qiymətini ala bilmişdir ki, bunlardan biri də XX 
əsrin  əvvəllərində  erməni  daşnaklarına  qarşı  qeyrətli  mübarizə 
aparmış Xosrov bəy və Sultan bəy qardaşlarıdır.

Zəngəzur tarixinə qısa bir baxış
45
Bu yazının müəllifinin Sultanovlar haqqında xeyli yazıları özü-
nün bir neçə kitablarında və mətbuatda uzun illərdir işıqlandırılır.
Xosrov  bəyin  və  Sultan  bəyin  Azərbaycanda  tarixiləşməsi 
əsasən  Zəngəzurla  bağlıdır.  Bu  Zəngəzur  qəhrəmanlarının  ailə 
həyatları  ilə  əlaqəli  bəzi  məqamları  da  nəzərdən  qaçırmamağı 
qərara aldıq.
AMEA­nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktoran-
tı Əli Əhmədov “Adları tarixə həkk olunmuş Sultanov qardaşları” 
adlı yazısında (525­ci qəzet, 24 iyul 2011­il) göstərir: “Azərbaycan 
Dovlət tarix arxivindən əldə etdiyim sənədlər Əli Paşa bəy, onun 
qardaşları  və  övladları  haqqında  qiymətli  məlumatlar  verir.  Bu 
sənədlər  Əli  Paşa  bəyə  və  onun  qardaşlarına  verilmiş  bəylik 
şəhadətnaməsidir. Bu sənədlərin birində yazılır: “Yelizavetpol qu-
berniyasının Şuşa, Zəngəzur və Nuxa qəzaları ilə ali silkə mənsub 
olmaq hüquqlarını müəyyən etmək üçün yaradılmış Şuşa bəy ko-
missiyasının 21 dekabr 1827­ci il 374 saylı protokoluna əsasən Əli 
Paşa bəy Xan Murad bəy oğlu Sultanovun, onun arvadı Bəyim xa-
nımın, oğlu Sultan bəyin, qızı Aftab xanımın bəy nəslinə mənsub 
olması təsdiq edilir”.
Şuşa  bəy  komissiyasının  yuxarıda  adı  çəkilən  qərarı  16  av-
qust 1877­ci ildə Qafqaz canişini tərəfindən təsdiq edilir. Əli Paşa 
bəy  Sultanov  və  onun  ailə  üzvləri  Yelizavetpol  quberniyasının 
Zəngəzur  qəzasının  bəyləri  siyahısına  daxil  edilir  və  ona  1613 
saylı şəhadətnamə verilir. Bu sənədin qiymətli cəhətlərindən biri 
də  burada  Əli  Paşa  bəyin  və  onun  ailə  üzvlərinin  anadan  olma 
tarixlərinin göstərilməsidir. Sənəddən məlum olur ki, 1872­ci ildə 
Əli Paşa bəyin 35, Bəyim xanımın 28, Sultan bəyin 1, Aftab xanı-
mın 3 yaşı olmuşdur.
Əldə etdiyim digər sənəd Xan Murad bəyin digər oğlu Meh-
ralı bəy haqqındadır. Şuşa bəy komissiyasının 21 dekabr 1827­ci 
il 374 saylı protokoluna əsasən 30 yaşlı Mehralı bəy Xan Murad 
bəy oğlu, onun arvadı 28 yaşlı Tutu xanım, oğlu 7 yaşlı Mərdan 
Əli bəy, 5 yaşlı Xanlar bəy və 3 yaşlı Həmzə bəy Yelizavetpol qu-
berniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilmiş 

Sultan bəy və Xosrov bəy qardaşları
46
və bu barədə Mehralı bəyə 16 avqust 1877­ci il tarixdə 164 saylı 
şəhadətnamə verilib.
Üçüncü sənəd Şah Murad bəy Xan Murad bəy oğlu haqqında-
dır. Şuşa bəy komissiyasının 21 dekabr 1872­ci il 374 saylı pro-
tokoluna əsasən 22 yaşlı Şah Murad bəy və onun arvadı, 20 yaşlı 
Nanə Pəri xanım Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 
bəyləri  siyahısına  daxil  edilmiş  və  Şah  Murad  bəyə  1615  saylı 
bəylik şəhadətnaməsi verilib.
1949­1954­cü  illərdə  Azərbaycan  SSRİ  Ali  Sovetinin  sədri 
işləmiş Nəzər Heydərov “Zəngəzur dağlarında” kitabında yazır ki, 
o dövrdə Qafanın mis mədənlərində çıxarılan mis qatırlarla Şuşaya 
gətirilir, oradan arabalarla Yevlaxa (Yolaxa) daşınır. Xan Murad da 
ilk var­dövlətini mis daşımaqla toplayır.
Əvvələr  də  yazdığımız  kimi,  M.M.Nəvvab  qeyd  edir  ki, 
ermənilər  1905­ci  ildə  rus  çarı  II  Nikolayın  və  Qafqaz  canişi-
ni  S.Ş.Vorontsov­Daşkovun  himayəsindən  istifadə  edərək  si-
lahsız  dinc  türk  əhalisinə  qarşı  qırğına  başlayarkən  İbrahim  bəy 
Alməmməd bəy oğlu ilə yanaşı Paşa bəy və oğlu Sultan bəy də La-
çın igidlərini cəm edərək Şuşanı və sonra da Zəngəzuru, Qarabağı 
müdafiə işlərində iştirak etmişlər. Ermənilər Şuşanı ələ keçirmək 
üçün Gəncə və İrəvandan 10 min silahlı toplayıb öz qüvvələri ilə 
birləşdirmiş,  Şuşada  olan  rus  generalı  Qoloşşapova  10  min  ma-
nat  rüşvət  verərək  rus  əsgərlərini  də  ermənilərlə  eyni  cəbhədə 
döyüşməsinə razılıq əldə etmişdilər. Yenə də İbrahim bəy 68 yaşlı 
Paşa bəy 1906­cı ildə şuşalıları bu qırğından qurtarmışlar.
Bəzi  mənbələrə  görə  1919­cu  ilin  oktaybr­noyabr  aylarında 
AXC hökməti Qarabağa Cavad bəy Şıxlınskinin rəbərliyi ilə 1­ci 
piyada diviziyasını asayışı bərpa üçün göndərir. Burada da Xosrov 
bəyin göstərişi ilə özü ilə yanaşı, çətin də olsa Sultan bəyi də bu 
döyüşlərə qoşa bilir.
Əli  Əhmədov  yazır:  “31  may  1920­ci  ildə  XI  Qızıl  ordu 
hissələri Zəngəzura yenidən hücuma başlayır. Professor İ. Musa-
yevin  verdiyi  məlumata  görə,  23  iyul  1921­ci  ildə  Sultan  bəyin 
hərbi dəstələri təkisilah edilir, özü isə İrana qaça bilir. 

Zəngəzur tarixinə qısa bir baxış
47
25 iyul 1921­ci ildə Sultan bəyin evi Ə.Qarayev və Şuşa Qəza 
İcraiyyə Komitəsinin sədri S.Mahmudbəyov tərəfindən müsadirə 
olunur”. 
Professor  M.  Qasımlı  göstərir  ki,  1930­cu  ildə  Azərbaycan 
hökümətinə daxil olan məlumatda Sultan bəyin Azərbaycanda olan 
qaçaqalara İran vasitəsi ilə kömək etdiyi xəbərini verirlər.
Azərbaycan təhlükəsizlik təşkilatlarına daxil olan bəzi məlu­
mat lara görə, Cənubi Azərbaycanın Larıcan kəndində Sultan bəyin 
250  nəfərlik  silahlı  dəstəsi  sərhəddi  keçməyə  hazır  imiş.  Sovet 
höküməti Sultan bəyin həbs olunması və ya İrandan çıxarılması 
üçün İran hökümətinə nota verir. Bundan sonra Sultan bəy İranı 
tərk edərək Türkiyəyə keçməyə məcbur olur.
Paşa bəyin oğlu Xosrov bəy çox vətənpərvər, siyasi savadlı, hu-
manist fikirli bir insan olmuşdur. Əvvəllərdə qeyd etdiyimiz kimi 
Azərbaycan  Cümhuriyyətinin  Ensiklopediyasının  2­ci  cildində 
Xosrov bəy haqqında xeyli məlumatlar verilmişdir. Burada onun 
1903­cü ildə Novorossiyski Universitetinin Tibb fakültəsini bitir-
diyi də qeyd olunur.
Xosrov bəy 28 aprel 1920­ci il işğalından sonra iki həftə Qa-
rabağ  hərbi  İnqilab  Komitəsinin  sədri  olur.  1920­ci  ilin  12  may 
tarixində XI Qızıl Ordunun Xüsusi Şöbəsinin müdürünün əmri ilə 
həbs olunur və 1920­ci ilin 9 avqustunda onun şəxsi işi Ali Tri-
bunala  verilir.  L.Şüküroğluna  görə  Xosrov  bəyin  həbsdən  azad 
olunmasına Azərbaycan XKS sədri, tələbə dostu N,Nərimanov və 
Şuşada  onun  müavini  olmuş  Çingiz  İldırım  olmuşdur.  Professor 
İ.Musayev isə Xosrov bəyin həbsdən azad olunmasını qardaşı Sul-
tan bəylə əlaqələndirir.
Qardaş Türkiyədə  özünə  sığınacaq  tapan  Xosrov  bəy Vətən 
uğrundakı mübarizəsini ömrünün son günlərinə qədər davam et-
dirmişdir. O, qəriblikdə “İttihad” partiyasının sədri seçilmiş, Mü-
savat başqanı M.Ə.Rəsulzadə ilə Türkiyədə, Almaniyada, Polşa-
da onunla fəaliyyətdə olmuş, bu yazının müəllifinin atası, Sovet 
hərbiçisi  İsrafil  bəyin  təşkilatçılığı  ilə  M.Ə.Rəsulzadənin  təklifi 
ilə  Türkiyə  Tibbi  Komissiyasının  tərkibinə  daxil  olmaqla  SSRİ 

Sultan bəy və Xosrov bəy qardaşları
48
müsəlman əsirlərinin faşist ölümündən azad edilməsində bir həkim 
kimi fəaliyyət göstərmişdir.
Paşa bəyin oğlu, Xosrov bəy və Sultan bəyin qardaşı Rüstəm bəy 
haqqında da müxtəlif müəlliflər müxtəlif cür məlumatlar verirlər. 
Əli Əhmədov yazır: “Sultanovlar ailəsinin digər üzvü, Sultan bəyin 
qardaşı Rüstəm bəy Sultanov və onun oğlu İskəndər bəy Sultanov haq-
qında  məlumatları  tədqiqatçı­jurnalist  L.Şüküroğlunun  2000­ci  ildə  
çap edilmiş “Cümhuriyyət höküməti repressiya mən gənəsində” yazı-
sında tapırıq. Bu mənbədən aydın olur ki, Rüstəm bəy Sultanov 1875­ci  
ildə  Zəngəzurun  Qurd  Qaji  (Qurd gəzi)  kəndində  anadan  olub,  
1935­ci ildə həbs edilərkən Bakıda neft mühəndisi vəzifəsində işlə yib”.
Rüstəm bəyin oğlu İskəndər bəy Sultanov haqqında Azərbay­
can Xalq Cümhuriyyətinin Ensiklopediyasının 2­ci cildində ve ril­
miş məlumata görə, o, 25 may 1897­ci ildə Zəngəzur qəzasında  
anadan  olub,  1919­cu  ildə  ADR  höküməti  tərəfindən  Berlin 
Universitetinə oxumağa göndərilmişdir. İskəndər bəy 1933­cü ildə 
Bakıya gəlir və 1935­ci ildə “alman casusu” kimi həbs edilir.
Onu  da  qeyd  edək  ki,  Rüstəm  bəy  ömrünün  xeyli  hissəsini 
Bakı  neft  mədənlərində  mühəndisliyə  həsr  etmiş,  heç  bir  siyasi 
fəaliyyətdə olmamışdır. Bu yazının müəllifinin ata babası Sankt­
Peterburq  Texnologiya  İnstitutunu  bitirdikdən  sonra  Bakıya  – 
Rüstəm bəyin yanına gəlmiş və onlar xeyli bir yerdə çalışmışlar.
Cəlil  baba  Bakı  şəraitində  yaşaya  bilmədiyindən  Zəngəzura 
dönmüş, orada Sultan bəyin Andranikə qarşı mübarizəsinə “baş qoş-
duğu” üçün və “Musavat” üzvü olduğu üçün Sovetlər dönəmində 
tutularaq məhv edilmişdir.
Zəngəzur tarixi çox zəngindir, çox qədimdir, araşdırılması va-
cib olan məqamlar da çoxdur.

     
Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin