bəZi MəNbələr XoSrov bəy haqqıNda
Ermənilər istisna olmaqla, Xosrov bəy haqqındakı bizə məlum
yazılı və şifahi məlumatlar xoş məramlıdır. Harada hansı vəzifədə,
hansı dinə və millətə məxsus olmalarından asılı olmayaraq insanlar-
la Xosrov bəyin təmasları müsbət və xeyirxah istiqamətlidir. İstər
o, İranda, istərsə də Türkiyədə və Avropanın bir çox şəhərlərində
yaxınlıq etdiyi bütün insan təbəqələri ilə dil tapa bilmiş, heç kimlə
münaqişəyə şərait yaratmamışdır. Onun Almaniyada İsrafil bəylə,
M. Ə. Rəsulzadə və s. insanlarla işi haqqında söhbət açdığımız-
dan burada digər insanların yazıya düşmüş fikirlərinə az da olsa
müraciət edəcəyik.
Münhendə çıxan “Azərbaycan” jurnalının 2-ci sayında vaxtı
ilə Azərbaycan Xalq Cümhuriyyətinin aparıcı insanlarından biri
olmuş Əkbər ağa Şeyxülislamzadə öz xatirələrində Xosrov bəy
Sultanov barədə yazır ki, “AXC-nin elan olunma aktına imza atan
26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.
1918-ci il may ayının 29-da Fətəlixan Xoyskinin təşkil etdiyi
1-ci hökumətdə Xosrov bəy Sultanov hərbi nazir təyin olunmuş,
həmin gün də Nəsib bəy Yusifbəyli (Nəsib bəyi Gəncəli kimi ta-
nısalar da onun Zəngəzur bəylərindən olan Mustafa bəy şəcərəsi
ilə qohumluqları var və Zəngəzurda sovetlər gələnə qədər torpaq
mülkləri də olmuşdur. Z.N.) və Şəfi bəy Rüstəmbəyli ilə Gəncəyə
əmin-amanlıq yaratmağa göndərilmişdir”.
Təbii ki, Azərbaycanda Cümhuriyyət tarixini azdan-çoxdan
bilənlərə deyilən məsələ çoxdan məlumdur.
Hərbi jurnalist Xanlar Bayramov yazır: “Xosrov bəy Paşa bəy
Sultanov 1919-cu il yanvarın 15-də Qarabağın general-qubernatoru
təyin edilmiş, həmin ilin mart ayının 21-dən 30-dək olan Əsgəran
Bəzi mənbələr Xosrov bəy haqqında
135
döyüşlərində daşnak generalı Dronun quldur dəstələrini darma-
dağın etmişdir. İyun ayının əvvəllərində gizli yolla Şuşaya silah
gətirən erməni milli şurasının üzvlərini həbs edib onların Qarabağ
hüdudlarından çıxarılmasına nail olmuşdur.
Xosrov bəy Zaqafqaziya seyminin və Azərbaycan parlamenti-
nin üzvi idi.
19181920-ci illərdə daşnakların Qarabağ və Zəngəzurdan
təmizlənməsində qardaşı Sultan bəylə birgə misilsiz xidmət gös
tər mişdir”.
Şəmistan Nəzərli – “Cümhuriyyət generalları” kitabında
göstərir: “İttihad”ın siyasi lideri Xosrov bəy Sultanov partiyanın
xarici ölkələr bürosunu formalaşdırmaq və bütün ittihadçıları bir
təşkilat ətrafında cəmləşdirmək istəyirdi.
O, 1926-cı ildə Parisdən İrana gedərək burada “İttihad”ın Teh-
ran Komitəsinə Aşur bəy Yusifbəylini, Təbriz Komitəsinə isə qar-
daşı İsgəndər bəyi rəhbər təyin etdi. (Burada bir az qeyri dəqiqlik
var. İsgəndər bəy 1926-cı ildən xeyli əvvəl öldürülmüşdü. Z.N.)
Xaləddin İbrahimli – “Azərbaycan Siyasi Mühacirat” kitabında
yazır: “1936-cı ildə Xosrov bəy Sultanov Türkiyənin Trabzon şə
hərinə qısa müddətə dincəlməyə gəlir. Erməni kəşfiyyatı duyuq dü-
şür ki, Qarabağın qubernatoru, Xankəndi ətrafında erməni quldur
dəstələrini darmadağın edən Xosrov bəy Sultanov Trabzondadır”.
Ermənilər Xosrov bəyi öldürmək istəyirlər. Otel xidmətçisi
məsələni Xosrov bəyə çatdırır. Xosrov bəy dostlarının köməyi
ilə vaxtsız ölümdən xilas ola bilir. Bunun da dəqiqliyi belədir ki,
Xosrov bəyin Trabzonda kifayət qədər yaxınları var idi və onu
ermənilərin güddüyünü bilirlər. Xosrov bəyin qaldığı məkanı elan
etdikləri ünvandan dəyişirlər. Xosrov bəy Trabzonda ömründə
oteldə qalmamışdır. Olsa-olsa, ancaq müəyyən görüşlər, yığıncaq-
lar ola bilərdə.
İsrafil bəyin dediyinə görə, onlar Almaniyadan başqa Polşa-
da, Fransada və Finlandiyada da görüşmüşlər. Ancaq onlar lazı-
mı yerlərə ayrı-ayrılıqda gedərmişlər. Hər kəsində işi başqa-başqa
olarmış. Əlbətdə onları birləşdirən xeyli məsələlər də olmuşdur.
Sultan bəy və Xosrov bəy qardaşları
136
Lakin, İsrafil bəy bu məsələlər haqqında açıqlama verməyi xoşla-
mazdı. Onların birgə əməliyyatları əsasən SSRİ tərəfindən vuru-
şaraq əsir düşmüş türk və müsəlman insanlarının fiziki məhvinin
qarşısını almaq olmuşdur.
SSRİ-ni təmsil edən İsrafil bəy bu işdə öz rəisindən və Mosk-
va rəhbərlərindən xeyli bəhrələnə bilmişdir. Bu məsələdə SSRİ-
nin də marağı olmuşdur. Berlin qurumunun sənədlərinin ermənilər
tərəfindən İngiltərəyə və ABŞ-a ötürülməsinə qədər bu işlər çox
ciddi aparılmışdır. Erməni satqınlığından sonra Berlin qrupu məhv
edilməsə də, Moskva onlara çox da ciddi tapşırıqlar verməmişdir.
Xosrov bəy bir çox dövlət xadimlərindən və siyasətçilərindən
fərqli olaraq təmsil olunduğu “İttihad” partiyasına, Azərbaycan
Xalq Cümhuriyyətinə, rəhbərlik etdiyi Qarabağ general-quber
natorluğuna öz sədaqətliliyi ilə seçilən insanlardandır.
Azərbaycanda və mühacirətdə olarkən bütün həyatını xalqının
azadlığı və səadətinə həsr edən bu görkəmli sərkərdənin və ictimai-
siyasi xadimin məşəqqətli, keşməkeşli, çox mürəkkəb, əzablı, la-
kin şərəfli həyatının hərtərəfli öyrənilməsi və işıqlandırılması bizə
qədər geniş tədqiqatını tapmamışdır. Bizim də onun keçdiyi yolun
tam işıqlandırılmasına iddiamız yoxdur.
Hamıya məlum olduğu kimi 70 il xalqımızın bu böyük oğlu-
nun və digərlərinin adının çəkilməsinə imkan verilməmişdir.
Maraqlı məlumatlardan biri də Xosrov bəylə N.Nərimanovun
yaxın olması məsələsidir. Onların hər ikisi tələbə vaxtından ta-
nış olmuşlar və dostluq etmişlər. Lakin, onların siyasi əqidəsi
bir-birlərindən fərqli olmuşdur. Xosrov bəy cümhuriyyətə, N.Nə
rimanov isə bolşeviklərə sadiq qalmışlar. Hər ikisi vətən yolunda
öz canlarını qurban vermişlər.
Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Xosrov bəy
vətənindən heç yerə getməmişdir. Bolşeviklər cümhuriyyətin se
çilən bir şəxsiyyəti kimi Xosrov bəyi həbs edərək Bakıya gətirmişlər.
Bununla ürəkləri soyumayan və sifətlərini tez-tez dəyişməyi baca-
ran ermənilər mərkəzə nə yazsalar da, Xosrov bəyin ermənilərə
pis olması haqqında heç bir sənəd əldə edə bilməmişlər. Əlləri hər
Bəzi mənbələr Xosrov bəy haqqında
137
yerdən kəsilən ermənilər digər bir alçaqlığa, 70 erməni qadınının
adından ərizə yazaraq onların namusuna Xosrov bəyin toxunma-
sını bildirmişlər. Əlbətdə, bu bayağı ittihama heç kim inanmamış-
dır. İstənilən halda bolşeviklərin Xosrov bəyi buraxmaq rəyləri
olmamışdır. Bunu yaxşı başa düşən N.Nərimanov öz dostunu Ba-
yıl türməsindən qaçırda bilmişdir və bu haqda arxiv sənədləri də
Azərbaycanda saxlanmaqdadır.
Diqqəti cəlb edən fikirlərdən biri də Xosrov bəyin öz dövründə
“Azərbaycan” qəzetinə verdiyi müsahibədir. İstər-istəməz onun
fikirləri ilə tanışlıqdan, onun şəxsiyyəti və kimliyi haqqında oxu-
cuda müəyyən fikir formalaşır.
Xosrov bəy deyir: “ hər halda belə bir fakt böyük təəssüf
doğurur ki, Qarabağda milli qarşılıqlı münasibətlərin düzgün işıq-
landırılmaması, Qarabağda məskunlaşmış millətlər arasında yaran-
mış tamamilə əngəlsiz mehriban qarşılıqlı münasibətlərə nəticələri
çox çətinliklə aradan qaldırıla biləcək zərər vura bilər.
Qarabağ əhalisindən ötrü ən çox arzu olunan hakimiyyət
elə bir hakimiyyətdir ki, onların ac-susuz və lüt-üryan qalması-
na yol verməsin, onların həyat və əmlakları üçün qorxu yaradan
təhlükələrdən qorusun.
Fəal siyasi mübarizədə iştirak etməkdən ötrü Qarabağ əhalisi
həm milli, həm də sosial xarakterli müxtəlif eksperimentlərdən
çoxlu bəlalar çəkmişdir.
Təəssüf ki, özlərini demokrat adlandıran, xalqın demokratiya
anlayışları ilə nə ruhən, nə də mənən heç bir əlaqəsi olmayan si-
yasi partiyaların bəzi nümayəndələri hətta terorizm əməllərindən
çəkinmədən öz məqsədlərinə nail olmaqdan ötrü özlərinin düz-
gün hesab etdikləri yol ilə xalqı dönmədən, durmadan irəliləməyə
məcbur etməyə çalışırlar.
Əhali üzərində aparılan eksperimentlərin əsasını ən yaxşı hal-
da partiya xarakterli nəzəri mülahizələr, ən pis halda şəxsi maraq
və mənafelər təşkil edir. Son iki ay ərzində ermənilər Qarabağın
müsəlmanlar yaşayan bölgələrinə tamamilə təhlükəsiz surətdə
gəlirlər. Digər tərəfdən isə biz görürük ki, müsəlmanların erməni
Sultan bəy və Xosrov bəy qardaşları
138
kəndlərinə getmələri heç də təhlükəsiz deyil və müsəlmanlar öz
işləri ilə əlaqədar onlara baş çəkməyə çox nadir hallarda risk edirlər.
Bunun təqsirini mən xalq kütlələrində deyil, kütləni öz terroru al-
tında saxlayan və onu öz proqramında həyata keçirməyə məcbur
edən ayrı-ayrı şəxsiyyətlərdə görürəm.
Qarabağın erməni əhalisi iqtisadi baxımdan müstəsna dərəcədə
ağır vəziyyətdədir. Əgər Qarabağın müsəlmanlar yaşayan düzənlik
hissəsi erməniləri bolluca taxılla təmin etməsəydi, ermənilərin ya-
şadığı rayonu aclıq bürüyərdi.
İqtisadi baxımdan bölünməz bir vahid olan Qarabağ, siyasi ba-
xımdan da bölünə bilməz. Bütün Qarabağ bölünməz bir vahiddir,
bədəni başdan, başı da bədəndən ayırmaq və bütün vücudun sağ-
salamat qalmasını arzulamaq olmaz.
Qarabağın ermənilər yaşayan dağlıq hissəsini müsəlmanlar ya-
şayan hissəsindən ayırmaq arzusunda olan adamlar ya utopist, ya
da öz xalqının düşməni hesab edilə bilər.
Qarabağ haqqında məsələni bütövlükdə iqtisadi və siyasi bir
vahid kimi danılmaz bir həqiqət olaraq qəbul etməklə onun bu və
ya digər dövlət vahidinə münasibəti barədə məsələni asanlıqla həll
etmək olar.
Yevlaxdan başlayaraq biz müsəlman əhalisinin geniş zolağı-
nı müşahidə edirik. Dağətəyi zonaya yaxınlaşdıqca həmin zolağı
müsəlman və erməni əhalisindən ibarət qarışıq zolaq əvəz edir.
Dağlara qalxdıqca biz demək olar ki, erməni əhalisinə daha
çox rast gəlirik. Amma, bu Zəngəzura, Hacısamlıya, Kəlbəcərə və
hətta Göyçəyə aid deyildir. Deyilən zolaqlardan sonra isə Naxçı-
van müsəlman zolaqları gəlir. Ermənistan dediyimiz yerlərdə də
müsəlmanlar əhalinin əksəriyyətini təşkil edir və erməni rayonu
müsəlman rayonlarının əhatəsində qalır.
Bundan başqa üç qış ayı ərzində Naxçıvandan Zəngəzura, de
mə li həm də Naxçıvandan Ermənistana gedən yol tamamilə bağ-
lanır.
Aydın məsələdir ki, Qarabağ rayonlarının belə bir topoqrafik
vəziyyətində erməni rayonunu Ermənistana birləşdirmək istəyi
Bəzi mənbələr Xosrov bəy haqqında
139
ağılsızlıqdır (Elə bu səbəbdən də ermənilər Zəngəzuru, hazırda isə
Qarabağı işğal etdilər. Z.N.).
Müstəqil Qarabağ yaratmaq axınının tərəfdarları ilə mübahisə
yə girişməyi isə özüm üçün yüngül xasiyyətlilik hesab edirdim,
cünki belə adamlar görünür dövlətçiliyin əsasları haqqında, hətta
ən elementar anlayışlardan belə xəbərsizdirlər və öz xalqlarının
mənafelərini anlamadıqlarından dağıdıcılıq ruhu ilə həddən artıq
zəhərləniblər.
Beləliklə, əhalisinin çox böyük əksəriyyəti müsəlmanlardan
ibarət olan və müsəlman rayonları ilə əhatə edilmiş erməni rayonu
olan iqtisadi bir vahid kimi Qarabağın heç bir vəchlə Ermənistanla
iqtisadi əlaqəsi və onunla ünsiyyətdən ötrü heç bir fiziki imkanı
yoxdur.
Digər tərəfdən Qarabağ Azərbaycanla sıx iqtisadi və həm
də, necə deyərlər, fizioloji əlaqədədir və onun bu sonuncu ilə
(Azərbaycan) birləşməsini Qarabağda məskunlaşmış bu iki xalqın
mənafeləri tələb edir.
Burada söhbət yalnız ədalətli və qərəzsiz idarəetmənin qurul-
masından gedə bilər, bu müddəaya dövlət quruculuğunun əsasını
təşkil edən ciddi qanunçuluğa və hüquq mühafizəsinə dayaqlanan
xalq rifahını əldə etməyə çalışan hər hansı bir dövlət tərəfindən
riayət olunmalıdır.
Qarabağda aparılmış və aparılan işin əsasları aşağıdakılardan
ibarətdir: Dünya siyasətinin əsasını təşkil edən iqtisadi mülahizələr
baxımından Qarabağ əhalisi hamının rifahı naminə aparılmaz bir
vahid olmalıdır.
Hamıya qarşı, xüsusən kasıblara qarşı eyni bərabərdə qərəzsiz
və səmimi bir münasibət olmalıdır.
Gələcək rifahın dinc yanaşı yaşamaq prinsipinə əsaslanacağı
bir təqdirdə hərbi xarakterli tədbirlərin görülməsi cinayətkarlıqdır
və buna yol verilə bilməz.
Bu kimi təcavüzkar tədbirlərin müəllifləri əgər məsuliyyətli
şəxs lərdirsə, mütləq Qarabağın hüdudlarından uzaqlaşdırılmalı-
dır”.
Sultan bəy və Xosrov bəy qardaşları
140
“Azərbaycan” qəzeti 5 aprel 1919-cu il. Göründüyü kimi Xos-
rov bəy müsahibəsində çox mülayim, insani dəyərlərə uyğun və
qəddar düşmənə də xoş məramla yanaşması onun kimliyindən
xəbər verir. Düşmən düşmənçiliyindən, pis əməllərindən çəkinmir,
biz isə öz alicənablığımızdan.
Hər halda deyilənlər tarixi bir həqiqətdir, amma dünya hə qi
qətlərlə yaşayırmı?..
İlham Tumas yazır: “Birinci Cümhuriyyətin Qarabağa general-
qubernator təyin elədiyi bu adam daşnak və bolşevik qüvvələrinə
qarşı qeyri-bərabər döyüşlərdə qalib oldu, erməniyə bir qarış tor-
paq belə vermədi. Həmin ilin yayında əlinə silah alıb Qarabağ ha-
vasına havalanan ermənilər diz çökdürüldü, hamısı bir nəfər kimi
Azərbaycan Hökumətini tanımağa məcbur oldular. Onun qətiyyəti
və hərbi şücaəti sayəsində Şuşadakı gizli daşnak komitəsinin
üzvləri bir nəfər kimi qaçıb dağılmaqdan savayı yol görmədilər.
Ona görə də, əllərindən bir iş gəlməyən daşnaklar bolşe-
vik əhval-ruhiyəli müsəlmanların köməyi ilə şayiə yaymışdı-
lar ki, guya Cümhuriyyətin Hərbiyyə Naziri bu adamı general-
qubernatorluqdan geri çağırır. Bu məqsədlə Üzeyir bəy Hacıbəyov
“Azərbaycan” qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazır-
dı: “Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ
həyatına tamamilə aşina olan bu zat sağlam bir vücudə malik olan
kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırıl-
mış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir
zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qa-
rabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək
istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli
bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm
sayılan bu zat Qarabağın höküməti başında olmasa idi, burası–
Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə
dönüb qətli-qital olmuşdu”.
Unudulmaz Üzeyir bəyin barəsində yazdığı bu qəhrəman in-
san Qarabağın general-qubernatoru Xosrov bəy Paşa bəy oğlu Sul-
tanov idi....
Bəzi mənbələr Xosrov bəy haqqında
141
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında
mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda, daha sonra
Fransa və Almaniyada Tibb Universitetində professor vəzifəsində
çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov
bəy SultanovTrabzonda məskunlaşmış, 1947-ci ildə vəfat etmişdir.
Xosrov bəyin ölüm tarixi 1941-ci, bəzi mənbələrdə isə 1956-cı il
kimi göstərilir.
Xosrov bəy adı və qəhrəmanlıqları dillərdə əzbər, Zəngəzurda
erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşmuş, xalq ara-
sında “laçınlı Sultan bəy” kimi çağrılan məşhur Sultan bəy Sul-
tanovun kiçik qardaşıdır. Bu qardaşlar ümumi işin xeyrinə hətta
illərlə qan düşməni olduqları bəylərin ayağına gedərək, onları
bütün gücləri birləşdirməyə, birgə mübarizəyə səsləyiblər. Sul-
tanovlar var-dövlətlərini Türkiyə və İrandan silah-sursat almağa
sərf eləmiş, Zəngəzur qazısı Bəhlul Behcət tərəfindən yazılmış Ci-
had Bəyannaməsi ilə xalqı düşmənə qarşı cihada qaldırmışdılar.
Ümumiyyətlə, onların Azərbaycan Xalq Cümhuriyyətinin qorun-
ması yolunda müstəsna xidmətləri var.
Xosrov bəy doğrudan da, Qarabağda həm müsəlman, həm
də sadə erməni əhalisi arasında böyük nüfuza malik idi. Əksinə,
o dövrün və indinin xəstə milliyətçi erməniləri isə Xosrov bəyi
nifrət və hikkəylə, ermənilərin ən qəti düşməni kimi xatırlayırlar.
Məsələn, 1919-cu ildə Şuşada erməni qoşununda döyüşmüş Zare
Məlik-Şahnəzərov adlı bir erməni əsgərin “Şuşanın süqutu” adlı
xatirəsindən oxuyuruq. “Şüşanın süqutundan əvvəl mənim yadda-
şıma daha bir hadisə həkk olunub. Mən Müsavatçı qubernatorla
təsadüfən üz-üzə gəldim. Ermənilərə düşmən olan bu qəddar adam
Xosrov bəy Sultanov idi. Məhz bu adam Qarabağda erməni qırğın-
ları təşkil eləmişdi”.
Hər işdə olduğu kimi ermənilər Xosrov bəyə münasibətdə də
tarixi faktları təhrif edirlər.
Xosrov bəy Qarabağa general-qubernator təyin olunanda onun
vəzifə borclarına “erməni hərəkatı ilə mübarizə və bu hərəkatın
tamamilə məhv edilməsi, qayda-qanunun bərpa olunması, məcburi
Sultan bəy və Xosrov bəy qardaşları
142
köçkünlər arasında gəzən epidemiyalarla mübarizə, onlara yar-
dım” kimi məsələlər daxil idi. Sultanovun vətənpərvərliyindən
və qətiyyətindən xəbərdar olan Qarabağın erməni milli yığıncağı
Xosrov bəyin təyinatına etiraz olaraq tərtib elədikləri məktubda ya-
zılmışdı: “Qarabağın erməni milli yığıncağı Azərbaycan hökuməti
tərəfindən təyin olunan general-qubernatorla bağlı bildirir ki, onlar
heç vaxt bu faktla barışmayacaqlar”.
Ancaq Xosrov bəy də öz hüquqlarını və vəzifə səlahiyyətlərini
yaxşı bilirdi. O, da öz növbəsində erməni milli yığıncağından tələb
etmişdi ki, nəzarətində olan silahlı dəstələri buraxsın və Qarabağda
əmin-amanlığın təmin olunmasına maneçilik törətməsin.
Maraqlıdır ki, həmin illərin arxiv materiallarını və mətbuatı
izlədikcə ermənilərin eynən ötən əsrin 80-ci illərin sonlarında tətbiq
elədikləri üsullara əl atdıqlarının şahidi oluruq. Məsələn, 1919-cu
il fevralın 28-dən martın 4-ə qədər Qarabağ ermənilərinin 8-ci qu-
rultayı adlandırılan qeyri-legitim bir qurum general-qubernatoru
Şuşada, Xankəndində və Əsgəranda “günahsız erməniləri” qır-
maqda ittiham edirdi.
Ermənilər bu yalançı bəyənatı əlləri çatdıqları yerlərə və
dövlətlərə, həmçinin Azərbaycan hökumətinə göndərmişdilər.
Həmin ilin martın 8-də isə Azərbaycanın güzəştə getdiyi torpaq-
lar hesabına dövlət qurmuş Ermənistan Azərbaycan Cümhuriyyət
rəhbərliyinə nota göndərir: “Xankəndi və Ağdamda Azərbaycan
hərbi hissələri tərəfindən 400-ə yaxın dinc əhali qətlə yetirilmişdir.
Ağdam, Şuşa yolu erməni əhalisinin üzünə bağlıdır və bu əhali
iqtisadi təcridə məruz qalıb”.
Ancaq Fətəli Xan Xoyskinin bu notaya cavabından görürük ki,
ermənilər baş vermiş olayları özlərinin əbədi və əzəli xislətlərinə
xas şəkildə şərh etmişlər.
Xosrov bəy Sultanov həm də Bakı müsəlman Xeyriyyə
Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə
baş müvəkkil idi. “Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi
üzrə baş müvəkkillik” adlı bu təşkilatın baş müvəkkillik vəzifəsi
isə general-mayor Tamamşevə tapşırılmışdı.
Bəzi mənbələr Xosrov bəy haqqında
143
Bu təşkilatların müharibə dövründəki fəaliyyətləri barədə xey-
li sənədlər, teleqram və məktublar mövcuddur. Məsələn, general
Tamamşevin 4 iyun 1916-cı ildə Xosrov bəy Sultanovun adına
göndərdiyi teleqramda deyilirdi: “Rəhbərlik etdiyiniz Cəmiyyətin
nəzdində neçə yetimxananın mövcudluğu və onlara nə qədər
kimsəsizin yerləşməsi, habelə onların hökumət tərəfindən tam
təmin olunması və ya cəmiyyətinizin də köməyinə ehtiyac olması
haqqında mənə məlumat verməyinizi xahiş edirəm”.
Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra general
Xosrov bəy Sultanov əvvəlcə Türkiyədə, İranda, sonra Fransa,
Almaniyada və Polşada yaşayıb. Türkiyəyə qayıdan Xosrov bəy
Sultanov yenidən Trabzonda məskunlaşıb”.
Böyük iftixar hissi ilə deməliyik ki, Xosrov bəylə yanaşı Laçın
torpağının yetişdirmələri olan general Nurməmməd bəy Şahsuva-
rov, türk ordusunda orgeneral rütbəsi qazanan Firidun bəy Daryalı
da öz sücaətləri ilə təkcə Laçının deyil, bütöv Azərbaycanın fəxri
sayılan insanlarıdırlar.
Paşa bəy ZəNgəZuruN fəXr edəCəyi
ağSaqqaldır
Azərbaycan Respublikası öz müstəqilliyini elan edəndən
sonra, Azərbaycanda unudulmuş, yaxud Sovetlər birliyində araş-
dırma qadağası qoyulmuş mövzulardan biri də bəy nəsillərinin,
onların elinə-obasına fəxarət gətirə biləcək fəaliyyətləri sahəsi
olmuşdur.
Müstəqilliyimizin ilk illərində insanlarımızın əsas qayğı və
fikirlərinin Qarabağ müsibətləri, erməni vəhşilikləri ilə daha çox
çulğalanması bu növ araşdırmaları, müəyyən mənada “kölgə”də
qoymuşdu. Müharibə gedişatının “dondurulma”sı, insanlarımızı
qəhrəman axtarışına istiqamətləndirdi. Odur ki, son illər Azər
baycanın bütün bölgələrində dövlətinə, millətinə, insanlığa və hət
ta nəsl səcərəsinə hörmət qoymuş kişilər yad edilir, onlar haqqında
hərə öz bacardığını qələmə alır.
Mənim isə hörmətli oxucularıma təqdim edəcəyim mövzu,
mənim özüm üçün yeni deyil, illərdir ki, Sultanovlar nəsli ilə əlaqəli
hər bir məlumatı, xüsusəndə bir yazılı mənbəyə əsaslananlarını
toplamışam. Kiçik vaxtlarımda da bu səcərə ilə bağlı söhbətlər
ailəmizdə də, yaşlı nəsl insanlarının bir-birlərinə söhbətlərinə də
çox təsadüf etmişəm. Bu mənada XIX əsrin ikinci yarısı, XX əsrin
əvvəllərində Zəngəzur qəzasında daha çox sayılıb-seçilən üç Sulta-
novlardan biri olan Yuxarı Zəngəzurun Hacısamlı bölgəsindən, ha-
zırda Laçın rayon ərazisi kimi tanınan sahəsində yaşamış və el ara-
sında bütün Zəngəzurda, Aran Qarabağda və Qərbi Azərbaycanda
ağsaqqal kimi tanınmış Paşa bəydən söhbət açacağam. Əslində
onun adı sənədlərdə Əlipaşa kimi gedir. Amma, el arasında hamı
onu Paşa bəy kimi çağırırdı.
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
145
Paşa bəyin nəsl səcərəsi ilə tanışlıq göstərir ki, bizdə olan
mənbələrin hamısı eyniyyət təşkil etmir. Lakin, bununla yana-
şı mənbələrin əksəriyyətində bu və ya digər tərzdə uyğun gələn
məqamlarda az deyildir. Onlardan bir neçəsini olduğu kimi verməyi
daha doğru yol kimi seçdim.
K.Alməmməd – “Sultan bəy kimdir?” yazısında (“Azərbaycan”
qəzeti, №13(76), 30 mart 1991-ci il) göstərilir: “Azərbaycan tor-
pağının dünyaya bəlli görkəmli oğulları çoxdur. Babək qeyrətli,
Koroğlu cürətli ərənlərdən biri də Sultan bəylər nəslindən olan
Sultan bəy Laçınlıdır. Bu nəslə bəylik rütbəsi çar imperatorluğu
tərəfindən XVIII əsrin sonu – XIX əsrin əvvəllərində verilmişdir.
Azərbaycanın Yelizavetopol quberniyasına daxil olan Zəngəzur
mahalı iki sultanlıqdan ibarət idi. Birinci Hacısamlı, ikinci Qa-
raçorlu sultanlığı adlanırdı. Hacısamlı sultanlığı indiki Laçın
və qismən Kəlbəcər rayonunu əhatə edirdi. Burada 1-ci və 2-ci
Alməmməd Sultan hakimlik edirdi. Qaraçorlu Sultanlığı isə indi-
ki Gorus, Qafan (Mədən) rayon ərazilərini, qismən Laçın rayonu-
nun qərb hissəsini əhatə edirdi. Orada isə Həmzə Sultan və onun
oğlu Əsəd Sultan hakimlik edirdi. Bu iki sultanlıq arasında qo-
humluq əlaqələri də vardı. O zamanlar Alməmməd Sultanın kiçik
oğlu Qara Murtuza bəy hər iki Sultanlığın ordusuna başçılıq edirdi.
Onun sərkərdələrindən biri də Sultan bəyin babası Xanmurad ol-
muşdur. (Əslində isə bu belə deyildi. Z.N.) Xanmurad Əsəd Sulta-
nın qızına elçi göndərib onunla evlənmək istəmiş, Əsəd Sultan isə
elçiləri geri qaytarmış, əsilzadə və bəylik rütbəsi olmayan adama
qız verməkdən imtina etmişdir. Bunu özünə sığışdıra bilməyən
Xanmurad Əsəd Sultanın razılığı olmadan qızı qaçırmış və onunla
evlənmişdir. Uzun müddət qəzəblənmiş Əsəd Sultan onunla barışı-
ğa razılıq verməmişdir. Minnətə gəlmiş hörmətli el ağsaqqallarına
da yox cavabı vermişdi. Xanmuradın Paşa və Əmir adlı iki oğlu ol-
muşdur. Əsəd Sultanın bu nəvələrini də tanımaması II Alməmməd
Sultanı da narahat etmiş, öz sarayında Xanmurada bəylik rütbəsi
vermək qərarına gəlmiş, lazım olan sənədləri düzəltdirmişdi. O
vaxtın qanunlarına görə xalq arasında xüsusi hörməti olan şəxslərə
Sultan bəy və Xosrov bəy qardaşları
146
üç nəfər köklü (“yazılma” bəy olmazdı) əsilzadənin zəmanəti
və əsilzadələrin birinə qohumluq sənədi tələb olunurdu. Bəylik
komissiyası Tiflisdə yerləşirdi. II Alməmməd Sultan hazırlan-
mış sənədləri bəylik komissiyasına təqdim edir və oradan təsdiq
üçün Peterburqa-imperatorun sərəncamına göndərir. İmperatorluq
sənədlərlə tanış olur, lakin Xanmurada yox, onun – əsilzadə qızın-
dan doğulmuş oğlanlarına bəylik rütbəsi verilməsi haqda fərman
verir.
II Alməmməd Sultan bir neçə kərə Əsəd Sultanla bu barədə
söhbət edir. Sonuncu söhbətlərin birində Əsəd Sultanın sarayında
böyük bir məclisdə süfrə arxasında Əsəd Sultanla çəkişir. Şərt də
bundan ibarət olur ki, hər kim uduzsa, mərci ödəsin. İki il çəkişmə
davam edir, çox qüvvətli hafizəyə malik olan bu iki hakimin heç
biri mərci udmağa nail ola bilmir. Bir gün çoxlu qar yağır, yollar
kəsilir. Xüsusilə dağ keçidlərindən aşmağa imkan olmur. Bu çov-
ğunlu gündən istifadə edən II Alməmməd Sultan yaxşı bəslənmiş
köhlən atına güvənərək Ağoğlan dağ keçidini aşır, Əsəd Sultan
yaşayan kəndə yaxınlaşır. Yolunu qəsdən dəyişdirib, yol olmayan
yamacla atını sürür və haray çəkir: “borana düşmüşəm”, “kömək
edin”, “yolu azmışam”. Uzaqdan səsi eşidib, borana düşmüş atlı-
nı görənlər Əsəd Sultana xəbər verirlər, ora kömək üçün adamlar
göndərilir. Borana düşmüş adamı xilas edirlər, üzü-gözü sarılmış
adam özünü Əsəd Sultana yetirir. Sarıqlar açılarkən bu adamın II
Alməmməd Sultan olduğunu bilirlər, çox böyük heyrətlə “a kişi, nə
olub”, “bu nə gündür” soruşmağa macal vermədən “bəs bilmirsən
başıma nə gəlib?!” deyə atın cilovunu Əsəd Sultana verir. Özünü
itirmiş Əsəd Sultan atın cilovunu onun əlindən alır. Alməmməd
Sultan hündürdən “apardım” deyir. Məsələ aydın olur, saray adam-
ları hamısı gülüşür, evə daxil olurlar. II Alməmməd Sultan arxa-
yınca Xanmurad və onun uşaqlarına, Əsəd Sultanın nəvələri Paşa-
ya və Əmirə bəylik verilmə sənədlərinə Əsəd Sultana imza etdirir.
Fərman imzalanır və barışıq da başa çatır....”
Paşayev Rüstəm Kamal oğlu özünü Paşa bəyin qohumlarından
sayır və bu yazının müəllifi ilə görüşündə bildirmişdir ki, “... Paşa
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
147
bəyin atasıgil üç qardaş olublar – Xanmurad (Paşa bəyin atası),
Şahmurad və Gülmurad Xanmuradın oğlanları Paşa bəy birinci ar-
vaddan, Əmir bəy 2-ci arvaddan olan övladıdır və Əmir bəyin ana-
sı Əsəd Sultanın qızıdır. Paşa bəyin 7 oğlu, 3 qızı olub. İkiarvadlı
olur. Birinci xanımı Bəyim xanım Qarabağın (hazırda Ağcəvədi ra-
yonu) Pəroğulları bəylərinin qızlarındandır. Bəyim xanımdan olan
övladlar – Sultan, İsgəndər, Xosrov, Rüstəm və bacıları Avtabdır.
Paşa bəyin ikinci xanımının adı Ağaxanım olub və Seyid Mirəzizin
(Qarabağın bütün bölgələrində məşhur olan bütün seyidlər də bu
səcərədən olmaqla Cənubi Azərbaycandan Murtuza bəy tərəfindən
Laçın bölgəsinə gətirilmiş, özünün Aşağı yurd deyilən torpağında
yerləşdirilmiş və sonralar bu yurd “Böyük Seyidlər” adlanmışdır.
(Z.Nəbibəyli“Laçın-85”, 2009-cu il, s. 7384)) qızıdır”.
Paşa bəyin Seyid Mirəzizin qızı Ağaxanımdan dünyaya göz
açan övladları – Zülfüqar, İsrafil, Bahadur, Ziba və Məhbub ol-
muşdur.
Z.Nəbibəyli özünün “Laçın-85” kitabında Paşa bəy, Sultan
bəy və Xosrov bəy haqqında qısa da olsa məlumat vermişdir. O,
yazır: “...Paşa bəy özü çox ağıllı, tədbirli bir el ağsaqqalı olmuşdur.
Müəyyən bir məsələni həll edəndə tanınmış insanların ağsaqqal-
lığı və ya, fikirlərini öyrənməklə qərar verərmiş. Ədalət naminə,
yeri gəldikdə oğlanlarını da danlayar və ya tutduqları qeyri ciddi
mövqedən çəkindirərmiş. Laçında Paşa bəyin adı həmişə yaxşılıq-
da çəkilən bir insan olmuşdur”.
Z.Nəbibəyli “Zəngəzurun qısa tarixi və coğrafiyası” haqqında
ilk elmi kitab yazan bir araşdırıcı kimi – Qarabağa, Zəngəzura və
onların bir parçası olan Laçın bölgəsinə aid yazdığı elmi yazıların
xeyli hissəsində, xüsusən də Xosrov bəyə, Sultan bəyə həsr edilmiş
iri həcmli yazılarında Paşa bəy haqqında da yeni-yeni məlumatlar
vermişdir.
Laçın rayonu Şamkənd Sovetliyinin Çorman kəndində yaşa-
mış Məhərrəmov Məhərrəm özünü Paşa bəy nəslindən sayır və soy
adının əslində Muradov olmalı olduğunu bildirir. Onun söylədiyinə
görə Paşabəylər və onun qardaşları Muradov, yaxud Muradlı olma-
Sultan bəy və Xosrov bəy qardaşları
148
lıdır. Məhərrəmə görə Laçının Çorman kəndi Paşa bəyin dədə-baba
kəndidir, onların Qurdgəzi (Qurdqajı) kəndinə heç bir aidiyyatı
yoxdur. Hazırda 72 yaşı olan Məhərrəm kişi bildirir ki, Paşa bəyin
dağ otağı Çorman kəndindən yuxarı, Qırxqız dağının ətəyində Sa-
rımsaqlı ilə üzbəüz Qətl ağacında olmuşdur. Oğlu Sultan bəyin
dağ otağı da atası Paşa bəyin evinin qarşı tərəfində – Sarımsaqlıda
olmuşdur. Əslində isə bu torpaqlar və yurdlar qabaqlar Qarabağ
xanlığının sərkərdəsi Nəbinin olmuşdur.
Paşa bəy aşıq musiqisini çox sevərmiş. Bu mənada Laçının
Peçeneq (Piçənis) bölgəsinin Subad yaşayış məntəqəsindən olan
Aşıq Abbası tez-tez evinə dəvət edərmiş. Aşıq Abbas həm də çox
hazırcavab bir aşıq olmuşdur. Aşıq Abbasın nəvəsi Cənnət Paşa
bəyin oğlu Xosrov bəylə yaxın olmuşdur. Bu fikir də Məhərrəmin
dediklərindəndir. Məhərrəm kişi onu da qeyd etdi ki, Əmir bəy
Paşa bəyin ögey oğludur, Əsəd Sultanın qız nəvəsidir.
“Soy” adlı elmi-kütləvi dərginin Baş Redaktoru Ənvər Çin
gizoğlunun araşdırmalarına görə Paşa bəyin atası Xanmurad Qa
sımuşağı obasında doğulmuşdur, onun Əlipaşa, Mehralı, Şahmu-
rad, Əmirmurad adlı oğlanları və Mehriban adlı qızı olmuşdur.
Əlipaşa (Paşa bəy) bəy1837-ci ildə Qasımuşağı obasında dün-
yaya göz açmışdı, mədrəsə təhsili alıb, əsas məşğuliyyəti maldar-
lıq olmuşdur.
Bəzi mənbələrə görə isə Qasımuşağı nəslinin babalarının
cənubi Azərbaycandan bu yerlərə gəlmələrini göstərir. Bu fikir
XIX əsrdə yaşamış, Bağdadda təhsil almış, anası və arvadı Paşa
bəyin nəslindən olan, Araflıda yaşamış Süleyman bəy özünün
“Bəyliyin tarixi” kitabında vermişdir. Z.Nəbibəyli Süleyman bəyə
və Mir Mövsün Nəvvabın “19051906-cı illərdə erməni-müsəlman
davası” adlı kitabına istinadan yazır ki, Laçınlılardan (XX əsrin
əvvəllərində) Şuşa, onun kəndlərini, Zəngəzurun bir çox kəndlərini,
Laçının özünə mənsub kəndlərini ermənilərdən müdafiə edən,
erməniləri cəzalandıran əsasən İbrahim bəy Alməmməd bəy oğlu
olmuşdur. Sonralar bu işə Paşa bəy və oğlu Sultan bəy də qoşul-
muşlar, torpaq uğrunda böyük mübarizlik göstərmişlər... 1906-cı
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
149
ilin iyul ayında Şuşa şəhərində baş vermiş erməni-müsəlman da-
vası zamanı Şuşanın müdafiəsini 1-ci yaran İbrahim bəy olmuşdur.
Onun ardınca Sultan bəy şəhərə girmiş, erməni quldurlarına lazımi
cavablar vermişlər. Lakin, bu davada İbraim bəy qəhrəmanlıqla
həlak olmuşdur.....”
Qurdgəzili Sona xanımın söylədiyinə görə, Paşa bəy keçəl
Xanmuradın (el arasında belə deyərdilər) oğludur. Paşa bəyi Mun-
cuqlu çayının ətrafına ova aparırlar və bu dövrdə Paşa bəy hələ bəy
adı almamışdı. Paşa bəy Muncuqlu çayının ətrafındakı qayadan qı-
zıl tapır və o, bir az da sərbəstləşir. Paşanın anası öləndə atası keçəl
Xanmurada Əsəd Sultanlılardan bir bəyin qızını gəlin gətirirlər və
qadının yanında Əmir adlı oğlu olur. Laçının Arduşlu kəndindən
olan Paşa bəyin bir dostu ilə Qarabağın mərkəzi şəhəri, quberni-
yanın mərkəzi olan Gəncəyə təşrif buyuran dostlar Qubernatorun
(rus) iki kiçik oğlunun hər birinə bir yüzlük verirlər və Əmir bəyin
(Paşa bəyin ögey qardaşı) sənədlərindən istifadə etməklə – bəyal
ma sənədlərini Qubernatorun vasitəsi ilə Tiflisə göndərərək Paşa
bəy bəylik alır.
Sona xanımın dediyinə görə Paşa bəyin anası Hətəmlər
kəndindən, atası isə Qurdgəzi kəndindəndirlər. Sona xanımın özü
isə Araflı bəyləri səcərəsinin bir qolundan olmaqla, Hətəm bəyin
oğlu Paşa bəyin qızıdır. Hətəm bəyin atası 2-ci Bərxudar bəydir,
1-ci Bərxudar bəy isə hazırda dünya şöhrəti tapmış böyük sərkərdə,
Qarabağ xanlığını yaradanlardan biri, Zəngəzur mahalının Sultanı
Murtuza bəydir. Sonra xanımın ərinin və qaynatasının da anaları
bu səcərədəndirlər və Qurdgəzi kəndində yaşamışlar.
Paşa bəyin özü də gəncliyində atası Xanmurad kimi çodarlıq
(çarvadarlıq) etmişdir. İstənilən halda, Paşa bəy öz ətrafı arasında
– yəni bəylik adı almamışdan əvvəllərdə də və istərsə də bəylik
aldıqdan sonra da yüksək hörmət sahibi olmuşdur.
Paşa bəy, oğlu Sultan bəyi evləndirəndə gəlini Aran Qarabağ-
dan gətirəndə göstəriş vermişdir ki, gəlini birinci olaraq Cəbrayıl
bəyin qapısına gətirsinlər və bəyin xanımı Qızyetər xanımın xeyir-
duasını alsınlar. Qızyetər xanım çox cəsarətli, mərd, kişi xasiyyət
Sultan bəy və Xosrov bəy qardaşları
150
bir qadın olmuş, heç nədən çəkinməzmiş. Bununla yanaşı əri Cəb
rayıl bəy kimi xeyirxah, əlidüşərli olmuşdur. Böyük Zəngəzur par-
çalandıqdan sonra ailə Alıqulu kəndindəki mülklərində yaşamışdır.
Digər tərəfdən Cəbrayıl bəyin keçdiyi yol, aldığı təhsil Paşa bəy
üçün bir örnək idi. Dostluq və qohumluq əlaqələri var idi. Qızyetər
xanım gəlini və onu gətirənləri çox yaxşı qarşılayır, bəyə bir kəhər
at, gəlinə isə biriliant qaşlı bir qolbağı və el adətinə görə kəlağayi
bağışlayır. Bu həyətdə xeyli çal-çağır məclisi keçir, cavanlar isə
baş üstə at çapırlar, at kəlləsinə güllə atmaqla şənlənirlər.
Cəbrayıl bəy öz dövrünün çox böyük ziyalısı, dövlət xadimi,
sərkərdəsi olmaqla insanlar arasında çox böyük nüfuz sahibi idi. O,
Tatef və Zəngəzur mahalının başçısı olarkən kəndləri bir-bir gəzər,
kasıb insanlara əl tutar, toxum verər, öküz, cüt verər və tapşırar-
mış ki, yaxşı çalışsın, çörək üçün heç kimə əl açmasınlar. Kənd ağ-
saqqallarına və varlılarına isə tapşırarmış ki, gələn payız gələcəm,
elə edin ki, kəndinizdə çörəyə möhtac olan adam olmasın. O, 16 il
Bağdadda ali dini-ruhani təhsili almış, Odessa Tibb Universitetini
bitirmişdi. İnsanların özləri ilə yanaşı, at və öküzlərini də müalicə
edərmiş, özünü xalq arasında çox sadə apararmış. Cəbrayıl bəy
Azərbaycandan yeganə şəxsdir ki, 25 il ruslara qarşı, vətəninin azad-
lığı uğrunda çarpışan Şeyx Şamilə silah-sursatla, atla, pulla yardım
göstərmişdir. Şeyx Şamillə ikinci görüşündə – təsadüfən qolundan
yaralanmışdır. Bu haqda Şeyx Şamilin mirzəsi, “Yeni Musavat”
qəzeti, Süleyman bəy Nəbibəyli “Bəyliyin tarixi” kitabında və Da-
ğıstanın bir çox qəzetlərində müxtəlif illərdə yazılar vermişlər.
Zəngəzurun təbiəti, insanları, oranın yaşayış tərzi, tarixi şəx
siyyətləri, bəyləri, ağaları haqqında xeyli elmi və publisistik yazı-
lar yazılmışdır.
Bu sətrlərin müəllifi isə Zəngəzurun keçmiş tarixi və coğrafi-
yasına aid ilk elmi kitab yazmışdır (Z.N. – “Zəngəzurun qısa tarixi
və coğrafiyası”. Bakı – 2000-il).
Paşa bəyin yaşadığı dövr isə XIX əsrin 2-ci yarısı və XX əsrin
birinci yarısına təsadüf edir. XX əsrin 19051906—ci illərindən
başlayaraq Rusiyanı, o cümlədən onun əsarətində olan Azərbaycanı
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
151
bolşevik üsyanları çuğlamışdı. Bu dövrün bolşevik yazarları əsa
sən sovetləri təriflər, onun siyasi tələbinə uyğun yazılar yazar,
məlumatlat verərdilər. Çox hallarda da başqa çıxış yolu olmurdu.
Belə yazarlardan biri də Nəzər Heydərovdur. O, özünün “Zəngəzur
dağlarında” kitabında (əsər rus dilində 1968-ci ildə, 1972-ci ildə isə
Azərbaycan türkcəsində Bakıda Azərbaycan Dövlət nəsriyyatında
çap edilmişdir) yazır: – “Zəngəzurun ucsuz-bucaqsız yaylaqları çox
qədimdən nəinki bu yerlərin aşağı hissəsinin köçəri-maldarlarını,
hətta Qaryağın (Füzuli), Şuşa, Salyan və Cavad mahallarının mal-
darlarını özünə cəzb edirdi. Köçəriləri öz sürüləri ilə indiki Sisyan,
Laçın, Qafan və Gorus rayonlarının otu bol olan, sərin dağlarında
yaylaqdan yaylağa köçər, üç ay bu yerlərdən qoyun-quzu mələrtisi,
çobanların hay-harayı kəsilməzdi. Cənubi Zəngəzurda qışın müla-
yim keçməsi Bərgüşad, Həkəri dərələrindəki qışlaqlarda, Araz boyu
dərələrdə mal-qara və qoyun saxlamağa imkan verirdi. Zəngəzur
mahalının əhalisi əsasən azərbaycanlılardan və ermənilərdən
(İran dan və Türkiyədən köçürülmələr hesabına) ibarət idi. Bura-
da kürdlər (Qurdlar) və ruslar da yaşayırdı, lakin onlar çox az idi.
Azərbaycanlılar və ermənilər əsasən oturaq həyat sürürdülər.
İnqilaba qədər məhsuldar torpağı, yaxşı qışlağı olmayan Laçın
rayonunun əhalisinin xeyli hissəsi adətən payızda öz heyvanları ilə
Qarabağın aran yerlərinə köçərdilər. Qışlağa köçən kürdlər Şuşaya
Zəngəzur (İrəvan) darvazasından girər, şəhərin içərisindən keçərək
Gəncə darvazasından çıxardılar. O zaman şəhərin kənarından yol
yox idi, yalnız cığırlar var idi. Köçərilər Şuşadan bir-birinin arxa-
sınca ailə-ailə köçərdilər. Görürdün ki, 56 nəfərdən ibarət kürd
ailəsi şəhərin içərisi ilə gedir. Onlar 45 baş qaramalı və 56 qoyun-
quzunu qabaqlarına qatıb aparırlar. Evin bütün avadanlığı ulağa,
öküzə və inəyə yüklənərdi. Ana, körpə uşağını dalına şəllərdi,
ondan böyük uşaqları isə yüklü öküzün, ulağın, yaxud da inəyin
üstünə mindirərdilər.
Cavan, orta yaşlı yoxsul kürdlər Qarabağda xanların, bəylərin
və qolçomaqların qapısında işlərdilər. Əvəzində ağalar onları və
ailələrini yedirərdilər.
Sultan bəy və Xosrov bəy qardaşları
152
Laçın və Qubadlı rayonlarında kürdlərin torpaqları olmadı-
ğına, zootexnika çox aşağı olduğuna görə, babat yaşamaq üçün,
kifayət qədər mal-qara saxlaya bilmirdilər. Kənd təsərrüfatının bu
vəziyyətə düşməsinə uzun əsrlərdən bəri davam edən köçərilik
səbəb olmuşdu. Bütün bu səbəblərə görə kürdlər oturaq həyata
keçmir və əkinçiliklə məşğul olmurdu.
Keçmiş Zəngəzur qəzasında üç Sultanovlar nəsli yaşayırdı.
İndiki Laçın rayonuna daxil olan Qurdgəzi (Qurdqajı) kəndin
dən olan Sultanovlar nəslən, ata-babadan mülkədar deyildilər. Qa-
rabağın general-qubernatoru Xosrov bəyin babası çarvadar olmuş-
du. O zaman xalq arasında deyərdilər: “hər oxuyan Molla Pənah,
hər qatırçı Murad olmaz”. Bax, həmin bu qatırçı Murad, Sultanov-
ların babası idi. Murad varlanıb, Əsəd Sultanlı bəyinin qohumunu
almışdı. Öz doğma oğlu Paşanı isə Əsəd Sultanlı bəyinin oğlu kimi
qələmə vermişdi, güya uşaq yetimdi, dul anası yanınca gətirmişdi.
Sultanovlar çox böyük maldar idilər. Yüzlərlə inəkləri var idi.
Bunlar Zəngəzurda və Qarabağda Hacısamlı cinsi adı ilə məşhur
damazlıq inəklər idi.
Sultanovlar qiymətli Hacısamlı meşələrini muzdurlara qırdırıb
xaricə, Fransaya göndərirdilər. Bu cür onlar varlanıb, bütün qəzaya
meydan oxuyur, kəndliləri meşə işində amansızcasına istismar
edirdilər.
Sultan bəy Sultanov və Zəngəzurun başqa mülkədarları, yox-
sullaşmış bəylərdən seçdikləri yüzbaşılara arxalanaraq, kəndliləri
vicdansızcasına və acgözlüklə çapıb talayır, istismar edirdilər. Çar
hökuməti dövründə Laçın rayonunda şöhrəti Zəngəzurdan uzaq-
lara yayılmış, çoxlu mal-qarası və böyük meşə təsərrüfatı olan
Sultan bəy müsavat hakimiyyəti dövründə o qədər varlanmışdı ki,
(Əslində Sultan bəy müsavata qədər varlı idi. O, müsavatdan heç nə
görməyib Z.N) təpədən dırnağadək silahlanmış qoçular saxlamaq-
la kifayətlənmir, quldur dəstələri saxlayırdı. Zəngəzur qəzasının
Azərbaycan hissəsində hamıya yaxşı məlum idi ki, Sultan bəyin
sərəncamında həmişə bir neçə yüz atlı quldur var və bu yerlərdə
hakimi-mütləq olan bəy onların köməyi ilə kəndliləri həmişə qorxu
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
153
altında saxlayır. Hətta, inqilaba (bolşevik inqilabı nəzərdə tutulur)
qədər onun ixtiyarında olmayan bir çox kəndlərin sakinləri Sultan
bəyin və onun azğınlaşmış qohumlarının haqsız tələblərini sözsüz
yerinə yetirməyə məsbur idi”.
Əlbətdə, bu fikirlərin əksəriyyəti həqiqətə uyğun deyildir.
Bu nu tarixi və elmi araşdırmalarımız sübut edir. Yüzbaşıların bəy
lər dən seçilməsi sırf təhsillə, savadla bağlı olmuşdur. Digər tərəf dən
müsavat hökumətinə qədər də Sultan bəy Paşa bəy oğlu varlı idi.
Sultan bəy müsavat hökumətinin Zəngəzura, o cümlədən onun La-
çın bölgəsinə gəlişinə qədər səlahiyyətinə aid olan kəndlərdən qoçu,
quldur deyil, ilk növbədə sırf silahdan istifadə qaydalarını yaxşı
bilən və kasıb, varlı olmağından asılı olmayaraq bəyləri cəmləmişdi.
Həm də bu bəylər silahdan istifadəni bacarmayan insanlara si-
lahdan istifadəni, döyüşün qaydalarını öyrədirdilər – imkanları
çərçivəsində malları, pulları, atları, silahları və canları ilə vətənin
daşnaklardan mühafizəsi yolunda Sultan bəyin, sonralar Xosrov
bəyin, Paşa bəyin və digər seçilən bəylərin göstərişlərini könüllü
olaraq yerinə yetirirdilər. Məlumatlar göstərir ki, bu döyüşlərdə
ölənlərin əksəriyyəti bəy səcərəsi olan insanlardır. Buna misal ola-
raq Andraniklə döyüşlərdə XVIII əsrin ikinci yarısında Zəngəzur
Sultanı olmuş Murtuza bəyin 35-dən çox yaşayış məntəqələrində
yaşayan nəticə və kötücələrinin Sultan bəylə çiyin-çiyinə döyüşərək
şəhid olduqlarını əyani dəlillərlə göstərmək kifayətdir.
Sultan bəyin qohumlarının isə ayrıca təsərrüfatları yox idi,
onlar sadəcə onun təsərrüfatlarında icraçı idilər. Vətən qarşısında
çox böyük tarixi xidməti olan Xosrov bəyin isə heç bir şəxsi var-
dövləti olmamışdır. Çəkdiyi xərclər və yaşayışı isə atası Paşa bəyin
hesabına idi.
Hətta, “Qızıl Ordunun” 32-ci diviziyası Qarabağda onlara qarşı
qiyam qaldırmış xalqı əzdikdən sonra, Laçın bölgəsinə gəlsələr də
Sultan bəyin qorxusundan indiki Laçın (Abdallar) şəhərindən Ha-
cısamlıya tərəf getməyə cürət etməmişlər. Bolşeviklər o bolşeviklər
idilər ki, ermənilərin xahişini yerinə yetirmək üçün Zəngəzurun
Azərbaycan hissəsindən məcburən taxılı alıb ermənilərə – Xınzirək
Sultan bəy və Xosrov bəy qardaşları
154
ermənilərinə göndərirdilər. Bu işlərin təşkilatçılarından biri – adı
bolşevik özü isə daşnak olan Şmavon Şahnazaryan idi. Bu o Şah-
nazaryanlardan idi ki, Qarabağ xanı İbrahimxəlil xan erməni üs-
yançılarını cəzalandıranda babaları Şahnazaryan (Əslində bu ad
Azərbaycan adı olmaqla Şahnəzər olmuşdur) doğma qızını xana
bəxşiş gətirməklə özünü və ailəsini xanın cəzasından xilas edə bil-
mişdi. Xanın qohumu olmaqla, sonralar Qarabağda geniş əl-qol
açmış, böyük var dövlət toplamışdı. İbrahimxəlil xanın Şahnəzərin
qızından olan oğlunu İran Şahının sarayında xanzadə kimi – bir
növ girov qoymuşdu. Lakin, erməni qızından olan xanın oğlu İran-
dakı ermənilərlə əlbir olmaqla İran şahının ordusunun qabağına
düşərək atasının üstünə gətirərək, Qarabağ xanlığının farsların
əlinə keçməsinə yardımçı olmuşdur. Odur ki, birdəfəlik bilməliyik
– “ilanın ağına da lənət qarasına da”.
Paşa bəyin oğlanları Xosrov bəy Qarabağın general-quberna
toru olaraq, Sultan bəy isə Zəngəzurun Hacısamlı bölgəsinin rəh
bəri olaraq bolşevikləri Qarabağa və Zəngəzura buraxmırdılar və
bu yolda hər iki qardaş xeyli işlər görmüşlər.
Bu işlərdə də daşnak ermənilər cildlərini dəyişərək rus qoşun-
larını bu bölgələrə dəvət etmişlər, ruslarla birlikdə Azərbaycan xal-
qına qarşı müharibənin ön sıralarında getmişlər.
N.Heydərov yazır: – “İngiltərə və ABŞ tərəfindən qızışdırılan
daşnaklar 1920-ci il sentyabrın 24-də Bardiz və Ketekə yaxınlığında-
kı türk qoşunlarına hücum etdilər. Səfərbərliyi qurtarmış türk qoşunu
daşnakların hücumunu dəf edərək, əks hücuma keçdi. Sentyabrın axı-
rında türklər Sarıqamışı, Mərdələki tutdular və indiki Ermənistanın
(Qərbi Azərbaycanın) içərilərinə doğru irəliləməyə başladılar.
İngilis-Amerika imperalistlərinin hesabına görə türk ordusu bir
qədər də irəliləyib, o zaman Azərbaycanda olan Qızıl Ordu hissələri
ilə toqquşmalı idi. Türk qoşunu çətinlik çəkmədən, oktyabrın 20-
də Kars qalasını, noyabrın 7-də isə Aleksandropol şəhərini tutdu.
Türk qoşununun indiki Ermənistanı tamam tutacağını görüb,
Sovet hökuməti noyabrın 11-də yenidən ermənilərə və Türkiyə
hökumətinə öz vasitəçiliyini təklif etdi.
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
155
Noyabrın 18-də on günlük sülh müqaviləsi bağlandı”.
Bu illərdə Zəngəzurda hələ də bolşeviklər qələbə çalmamışdı
və Paşa bəyin oğlanları onlara qarşı mübarizəni davam etdirirdilər.
Xosrov bəy Sultanovun müavini artıq bolşeviklər tərəfə işləyirdi,
bəziləri də ona qoşulmuşdular.
Özləri üçün müstəqil dövlət yaratmaq fürsəti əllərinə düşən
daşnaklar bu imkandan yararlana bildilər. Onlar bolşeviklər tərəfə
keçməklə 1920-ci il noyabrın 28-də Dilicanda Ermənistan fəhlə
və zəhmətkeş kəndliləri inqilabi komitə yaratdı. Ertəsi gün komitə
Ermənistan Sovet Sosialist Respublikası yaradılması haqqında dek-
larasiya verdi. İki gün sonra, 1920-ci il iki dekabrda, Ermənistan
SSR-in suverenliyi haqqında RSFSR ilə Ermənistan SSR arasın-
da müqavilə bağlandı. Beləliklə, Qərbi Azərbaycan Azərbaycanın
əlindən yenidən çıxdı.
Lakin, imperialist dövlətlər hələ də daşnaklara bu gün oldu-
ğu kimi yardım etməkdə davam edirdi. Xosrov bəy və Sultan bəy
qardaşlarının isə heç yerdən yardımları yox idi. Onlarsa əllərindən
gələnləri etməkdə israrlı idilər.
M.B.Traskunov “Qafqazskaya Krasnoznamennaya” kitabı-
na arxiv sənədlərinə əsasən yazmışdır: “Daşnak ordusu Ameri-
ka çörəyi yeyirdi. Yalnız 1920-ci ilin iyulunda ABŞ Ermənistana
50 min əsgər üçün ərzaq, silah və hərbi sursat göndərmişdi.
ABŞ-ın daşnaqlara belə yaxınlıq etməsi İngiltərəyə, Fransaya,
İtaliyaya və digər imperalist hökumətlərə Yaxın Şərqdə və Zaqaf-
qaziyada ərazi zəbt etməyə mane olmurdu. Lloyd-Corc hökuməti
daşnak ordusunun döyüş qabiliyyətini yüksəltmək qayğısına qala-
raq, 1920-ci ildə ona 40 min əsgər üçün silah və paltar göndərmişdi,
Fransa isə 10 min tüfəng və 10 milyon patron vermişdi”. General
Njde (erməni) və onun ən yaxınları istisna olmaqla bütün daşnak
ermənilər bolşeviklərlə birləşərək hər tərəfdən Zəngəzura, Yuxarı
Qarabağa və onun bir bölgəsi olan Laçına hücuma keçdilər.
“Böyük Oktyabr Sosialist inqilabı və Ermənistanda Sovet
hakimiyyətinin qələbəsi”. Sənədlər məcmyəsi. Erevan. Aypetrat,
1957-ci il, səhifə 567-də göstərilir: “Sovet qoşunları Ermənistan
Sultan bəy və Xosrov bəy qardaşları
156
tərəfdən Zəngəzura üç istiqamətdə gedirdi. Ermənistan Qızıl Or-
dusunun (daşnakların) 1-ci, 2-ci və 3-cü polku Verdi-Daralagöz-
Sisyan tərəfdən; 184-cü, 4-cü süvari polku Naxçıvan-Biçənək-
Sisyan tərəfdən; 177-ci və 178-ci polklar Naxçıvan-Ordubad-
Mığrı tərəfdən;1-ci Qafqaz korpusu isə Qarabağ tərəfdən Zəngəzur
üzərinə hücuma keçdi.
İyulun 2-də 1-ci Qafqaz korpusu Gorusa daxil oldu. Onların
arxasınca sisyan tərəfdən gələn hissələr də şəhərə girdi.
Daşnak “hökuməti”, başda general Njde olmaqla Qafan dağla-
rına çəkildi və Mığridən İrana adladı”.
Yazılanlardan məlum olduğu kimi Sultan bəyin belə bir qoşu-
nu yox idi ki, bu boyda bolşevik-daşnak ordusunun qarşısında da-
yansın. Onun yeganə ümid yeri Laçın əhalisi idi. Xosrov bəyin isə
yanında bir nəfərdə olsun insan yox idi. Bütün bunlara baxmaya-
raq qardaşlar 1923-cü ilə kimi bu bölgədə qala bilmişdilər. Hətta,
bolşeviklərin həbs etdikləri Xosrov bəy türmədən çıxmağa nail ol-
muşdu. Xosrov bəylə N.Nərimanov dost idilər, hər ikisi həkim idi.
Müxtəlif fikirlər olsa da, əslində Xosrov bəyi Bayil türməsindən
N.Nərimanov qaçırda bilmişdir və bu haqda Azərbaycan arxivində
sənəd də mövcüddur.
N.Heydərov yazır: – “Keçmiş Hacısamlı mülkədarları Xos-
rov bəy və Sultan bəy Sultanovlar böyük bir antisovet bandanın
fəaliyyətinə başçılıq edirdilər. Digər Sultanovlar Qubadlı sahəsində
Lətifin və Kərimin bandasına başçılıq edirdilər. Zəngilan rayonun-
da, İran sərhəddində Mincivan bəyləri Bəhmən bəyin bandasını
təşkil etmişdilər”. (N.Heydərov – “Zəngəzur dağlarında” – Bakı
– 1972-ci il. səh.131) Həqiqət isə başqadır. Xosrov bəy öz silah-
daşları vasitəsi ilə öz adından ayrıca, atası Paşa bəyin adından
ayrıca həm yazılı və həm də şifahi olaraq çekanın rəisi işləyən,
şəxsən tanıdığı M.C.Bağırova bu insanların dövlət qarşısında gü-
nahsız olduqlarını, daşnak-vəhşi ermənilərdən doğma torpaqlarını
müdafiə etməsində Sultan bəyin qəhrəmanlıq göstərdiyini nəzərə
çatdırmışdır. Xosrov bəyin bu sifarişinə Sultan bəy özünə mənsub
münasibət bəsləmiş və bolşeviklərə inanmadığını bildirmişdir.
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
157
M.C.Bağırov isə qatı kommunist idi, bəylərə mülkədarlara inan-
mırdı, ermənilər kimi millətçi də deyildi. Mərkəzi Komitənin də
tapşırığı burjua təbəqəsini bir sinif olaraq məhv etmək idi. Digər
tərəfdən Azərbaycanda hakimiyyətdə əsasən ermənilər, ruslar,
gürcülər və yəhudilər idi. M.C.Bağırov istəsə idi belə, bu mümkün
deyildi. Ermənilər isə həmişə olduğu kimi “fürsəti fövtə vermir”,
Sultan bəy və Xosrov bəyin öldürülməsini təkidlə tələb edirlər.
Qa rabağ və Zəngəzur ermənilərinin adından cürbəcür tələblər irəli
sürürlər. M.C.Bağırov dostluq etdiyi Sultan bəyin qohumu vasitəsi
ilə onu öldürməyə qərar verir. Lakin, iki yol ayrıcında qalan Sultan
bəyin qohumu onu yaralamaqla bu oyundan yaxasını qurtarmaq
istəyir. Nəticəsi isə ona baha başa gəlir. Sultan bəy də elə ona güllə
atanı onun dostunun əli ilə aradan götürür.
Bir çox erməni, rus, azərbaycan arxivlərində olan məlumatlar
göstərir ki, 19201921-ci illərdə Zəngəzur bölgəsində qanlı qır-
ğınlar davam etməkdə idi. Zəngəzurda bu qırğınları törədən təkcə
Andranik deyildi. Laçından Qarabağa keçə bilməyən ermənilər
1919-cu ilin ikinci yarısından başlayaraq erməni daşnak hökuməti
Zəngəzuru hər vasitə ilə möhkəmləndirirdi. Zəngəzura arası
kəsilmədən bir-birinin ardənca silahlı dəstələr göndərməkdə davam
etdirməkdə idi. 1919-cu ilin dekabr ayında hərbi nazir Dro özü bö-
yük hərbi hissə ilə Zəngəzura gəlir. Bundan əvvəl Dro Zəngəzura
gətirəcəyi qoşununu nəyə qadir olduğunu İrəvanda paradda nüma-
yiş etdirir.
Tarixi məlumatlara görə 1919-cu ilin dekabr ayında, 1920-ci
ilin yanvar və mart aylarında Dro və Njde bir-birinin ardınca üç dəfə
hərbi yürüş edərək, Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərini
talan edib, qoşunlarının bir hissəsi ilə Dağlıq Qarabağa girmişlər.
N.Heydərovun yazdığına görə – “Daşnaqlar müsavat qoşunları
üzərində qələbədən (Qarabağ nəzərdə tutulur) ruhlanaraq, 1919-cu
ilin oktyabr ayında “qardaş ermənilərə kömək” bəhanəsi ilə, əslində
isə müsavat hökuməti əleyhinə üsyan hazırlamaq üçün öz emissar-
ları – Arsen Ter-Mikaelyanı (başçı), polkovnik Dəli-Qazarı və pot-
mistr Martirosyanı qabaqcadan Dağlıq Qarabağa göndərmişdilər.
Sultan bəy və Xosrov bəy qardaşları
158
Emissarlara siyasi işçilərdən Artyom Tumanyanı və Astasatur Ave-
tisyanı da qoşmuşdular. Bütün bu dəstə Qarabağa gəldiyi zaman
daşnaqlar Zəngəzurda müsavat qoşunlarının hücumunun qarşısı-
nı dəf edirdilər və bütün Qarabağı tutmağa hazırlaşırdılar. Müsa-
vat hökuməti də (Xosrov bəyin təşkilatçılığı ilə) öz növbəsində,
Zəngəzuru tutmaq üçün Qarabağda hazırlıq işləri görürdü.
Daşnaqlar Zəngəzuru və Qarabağı Kür çayına, Gürcüstanın
sərhəddinə qədər sağ sahili tamam tutmaq istəyirdilər. Bu onla-
rı nəinki Bakını, hətta Tiflisi də qorxu altında saxlamağa imkan
verərdi. Onlar söz yox ki, Amerika imperalistlərinin köməyi
ilə, özlərinin çoxdankı planlarının birinci hissəsini – “dənizdən
dənizə qədər olan Ermənistan” yaratmaq planlarını bu cür həyata
keçirməyə hazırlaşırdılar. Amerikalılar isə Bakının neft sərvətlərinə
daşnaqların əli ilə çatmaq istəyirdilər”.
Digər mənbə, “SSRİ-də vətəndaş müharibəsi tarixi” cild
3, Moskva, 1957-ci il, səhifə 333-də isə göstərir ki, “...daşnaq-
lar Zaqafqaziyaya Ermənistandan girməyə başlayan Amerika
imperialistlərinin agenti idi. Amerika imperialistləri Ermənistanın
Türkiyə, Rusiya və İran hissələrini birləşdirib, Ermənistan üzərində
ABŞ-ın “dost” protektoratını qurmaq fikrində idilər. Amerika dip-
lomatlarının hesabına görə, “Böyük Ermənistan” bütün Zaqafqazi-
yanı tutmaq üçün ABŞ-ın işini asanlaşdırmalı idi”.
Ondan yüz ilə yaxın vaxt keçsə də erməni də həmin ermənidir,
ABŞ-da həmin ABŞ-dır və digərləri də eyni qayda ilə Azərbayca
nın yeganə ümidi Türkiyə və özüdür. Amma, bununla yanaşı ətraf
ölkələrlə – xüsusən də türk dövlətləri, gürcülər və farslarla “dil”
tapmaq çox gərəklidir.
İndi olduğu kimi, daşnaklar xarici qüvvələrdən dəstək, silah-
sursat, pul, siyasi dəstək almaq üçün Ermənistan respublikası oldu-
ğu halda belə, Zəngəzurda “Yeni Ermənistan hökuməti”, “Dağlıq
Ermənistan hökuməti”, “Azad syunik hökuməti” adı altında erməni
dövlətinin mövcudluğu haqqında cürbəcür bəyanatlar verirdilər.
Əslində isə hökumət kimi daşnaklar nə Zəngəzurda, nə də başqa
bir yerdə fəaliyyət göstərmirdilər.
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
159
Tarixi vərəqlədikcə məlum olar ki, keçmiş SSRİ məkanında,
xüsusən də Azərbaycanda guya bir nəfər də olsa yaxşı bəy, mülkədar,
din xadimi, ziyalı olmamışdır. Düzdür, Sovet hakimiyyəti bu tə bə
qələrin insanlarının hamısının bir sinif olaraq ləğv olması, məhv ol
ması haqqında qərar vermişdi. Lakin, istənilən təbəqə insanlarının
hamısına eyni damğanın vurulması öz-özlüyündə bu quruluşun nə
dərəcədə bəsit, düşüncəsiz və mənəvi dəyərlərə söykənmədiyinə əya
ni bir sübutdur. Çox qəribədir ki, uzun müddət bu quruluş çərçivə
sində formalaşan ziyalılarımızın, tarixçilərimizin, alimlərimizin xey li
hissəsi bolşeviklərin nöqsanlarını bir həqiqət kimi qəbul etmişlər.
N.Heydərov yazır – “Yuxarıda dediyim kimi Hacısamlı bəyləri
– Xosrov, Sultan və İsgəndər Sultanovlar bütün camaatı qorxu al-
tında saxlayan ən qəddar istismarçı və ən zalım müstəbidlər idilər.
Çar hökuməti zamanı nə nahiyə pristavı, nə qəza rəisi yerli kəndlə
ri onların özbaşınalığından qorumaq belə istəmirdi. Zəngəzurun
zəngin təbii sərvətləri – meşə sahələri, yaylaqlar varlı sultanovla-
rın əlində idi. Ehtiyatsızlıq edib sultanovların dalınca bircə kəlmə
pis danışan adamı Sultan bəy cəzasız qoymazdı”. Qeyd edək ki,
Sultan bəy Hacısamlı bölgəsinin bəyi idi və bir çox məsələlərdə
bölgəyə cavabdeh şəxs idi. Bu mənada onu başa düşmək olar. La-
kin, qardaşı Xosrov bəy çox gənc yaşlarından təkcə Hacısamlıdan
deyil, bütün Qarabağdan getmişdi və bu bölgəyə ancaq general-
qubernator kimi gəlmişdi. Onun da mərkəzi Şuşa idi. Xosrov bəy
ancaq Cümhuriyyət məhv olduqdan, bolşeviklər hakimiyyətə
gəldikdən sonra, Bakı türməsindən azad olduqdan sonra Laçına
gəlmiş, öz ata-baba yurdunda yaşamamış, Hacısamlıda onu heç
kim görməmişdir. Çünki o, Sultan və İsgəndər bəy qardaşları ilə
birlikdə Cənubi Azərbaycana getməli olmuşdur. İsgəndər bəyə
gəldikdə isə o, ancaq və ancaq Sultan bəyin təsərrüfatlarında icraçı
bir şəxs olmuşdur. O, dövlət qarşısında məsul şəxs deyildi, heç
bir vəzifə sahibi də deyildi. Digər tərəfdən bu bölgədə Sultanov-
lardan da başqa bəylər var idi. Amma, hakimiyyət sahibi olmayan
bu bəylər də, çox kiçik təsərrüfatı olan bəylər, mollalar, heç nəyi
olmayan ziyalılar da bolşevik quruluşunun qurbanı olmuşlar.
Sultan bəy və Xosrov bəy qardaşları
160
Erməni daşnakların ardınca bolşeviklər bu və ya digər yollarla
Zəngəzurda, Yuxarı Qarabağda, Laçında olan bəyləri ilk növbədə
aradan götürməkdə qərarlı idilər. Bu yolda əsasən ermənilər can
fəşanlıq edir, bölgənin bolşevik özəklərinin fəallarından istifadə
edirdilər. Ermənilər istənilən şəraitdə cildlərini dəyişərək, indidə bol-
şevik adı ilə Sultan bəyi, Xosrov bəyi, qardaşlarını və digər məlum
bəyləri aradan götürmək üçün böyük səylər göstərir, fikir yaradır, bu
insanların hətta gizləndikləri yerləri ruslara xəbər verirdilər.
Sultan bəy də heç cürə bolşeviklərə qarşı mübarizəsindən
ya yınmaq istəmirdi. O, inanırdı ki, Azərbaycan müstəqil olacaq,
Azərbaycan Demokratik Cümhuriyyəti yenidən hakimiyyətə
gələcək. Hətta, qardaşı Xosrov bəyin onun yolunu tutmasını
istəyirdi. Xosrov bəy isə uzun müddət siyasi yol keçmiş bir şəxs
kimi həqiqətləri görməkdə daha uzaqgörən idi.
Laçınlı İsmayıl Mirzəyev bolşevik idi. O, inqilabdan əvvəl Ba-
kıya işləməyə getmiş, 1914-cü ildə bolşeviklərin cərgəsinə qatıl-
mış və Rusiyada vətəndaş müharibəsi illərində Saritsin yaxınlığın-
da bolşevik olaraq Çara qarşı döyüşmüşdü. Digər bolşevik Laçınlı
Ocaqqulu Musayev 1919-cu ildən bolşevik partiyasının üzvü idi
və 1922-ci ildə erməni daşnaqları tərəfindən qətlə yetirilmişdi. Hər
iki şəxs, hətta Zəngəzurda məşhur bolşevik idilər. Lakin, onlar Sul-
tan bəyə qarşı heç bir pis əməllərdə iştirak etməmişlər.
Bununla yanaşı Ocaqqulu Musayevin şəxsində Laçının
Mollaəhmədli kommunist özəyi xeyli güclü idi. Bundan istifadə
edən bolşeviklər buraya, Sultan bəyin və digər bəylərin ələ
keçirilməsi məqsədi ilə 1920-ci ilin may ayından Bakıdan bolşe-
vik Abbas Sultanovu Laçına ezam etmişdilər. Əslən Zəngəzurlu
olan Abbas da qatı kommunist idi, yazılanlara görə çox cəsarətli
adam olmuş, bolşevik ideyasının təbliğlərinə inanmış, özü əsilli
ailədən olsa da Çingiz İldırım sayağı “kommunist yükü” daşı-
mışdır. Abbasın Laçına gəlişini Sultan bəyə çatdırdıqda, o, Araf-
lıdan Mirzə Həmid bəy Nəbibəylini və Teymur Qulu oğlu Allah-
verdiyevi Minkəndə göndərmiş və Abbas Sultanovu öz hüzuruna
gətizdirmişdi (Qeyd edək ki, Mirzə Həmid bəyə bolşeviklərin
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
161
iddialarının çoxu onun Sultan bəylə birlikdəki fəaliyyəti olmuş
və 1935-ci ildə həbs etməklə məhv etmişlər. Araflı Nəbibəyliləri
əvvəllər də Sultan bəylə bir olmuşlar və qohumluq əlaqələri də var
idi). Sultan bəy Abbas Sultanovu yaxşı qarşılamış, birlikdə süfrə
arxasında oturub çörək kəsmişlər, hər tərəfli söhbət etmişlər. Sul-
tan bəy Abbası şəxsən tanımasa da kommunist kimi kimliyini və
Zəngəzurun Qubadlı bölgəsində məlum nəsldən olma məlumatına
malik idi. Onlar ikilikdə çox söhbət etsələr də, biri digərini yola
gətirə bilməmişdi. Axırda hər ikisi əsəbi vəziyyətdə bir-birlərinə
cavab vermişlər. Sultan bəy daha çox təcrübəli və yaşcada böyük
olduğundan, “qonağı” öz evində qarşıladığından özünü nisbətən
ələ ala bilirdi. Abbas isə hesab edirdi ki, onun son anlarıdı, Sul-
tan bəy onu sağ-salamat buraxmayacaq, onsuzda ölürəmsə, heç
olmazsa bildiyimin hamısını üzünə deyim. Əsl həqiqət isə siya-
si düşüncə tərzi idi. Sultan bəy keçdiyi yola, yaşadığı cəmiyyətə
istinad edirdisə, Abbas kommunistlərdən eşitdiyinə və onların
yazdıqlarını oxuduğu mənbələrə inanırdı. Elə burada da yollar ay-
rılırdı. Abbas, Sultan bəyə onun var-dövlətinin alınaraq xalqa pay-
lanmasından, ayrı-ayrı kəndlərdə insanları cəzalandırmasından,
qohum-qardaşlarının türmələrə salınacağından və sair bir çox ol-
muş, yaxud olmamış söhbətləri onun üzünə öz evində dedi. Bütün
bunlara baxmayaraq Sultan bəyin yekun hərəkəti, onun çox böyük
duyğulu insan olmasına əyani sübutdur. Belə ki, Sultan bəy Abba-
sı yaxşı başa düşdüyündən, bütün məqamları yaxşı qiymətləndirə
bilməsinə rəğmən onu Seyid Həmidin yola salması ilə sağ-salamat
buraxmışdır. Seyid Həmid də dolayısı ilə olsa da Sultan bəyə qo-
humluğu çatırdı. Həm atası və həm də anası tərəfdən. Seyid Həmid
Sultan bəyin bir çox tapşırıqlarını yerinə yetirmiş insan olmaqla,
onun xasiyyətini də gözəl bilirdi.
Onun ata tərəfi “Böyük seyidlər” adlanan yaşayış məntəqə
sin dən olmaqla XVIII əsrin ortalarında Murtuza bəyin Cənubi
Azərbaycandan gətirdiyi təhsilli bir ağanın törəmələrindəndir.
Adlı-sanlı, nəfəsli nəsldir, Qarabağın ad çıxarmış seyidlərinin ha-
mısı bu nəsldən olmaqla Laçından getmədirlər. Seyid Həmidin ana
Sultan bəy və Xosrov bəy qardaşları
162
tərəfi Murtuza bəyin malikanəsındə boya-başa çatmış və Araflı-
da yaşamış Hüseyinqulu bəyin qızı İpək xanım olmuşdur. Seyid
Həmid 1918-ci il erməni-müsəlman müharibəsində dayıları hesab
edilən Araflı, Alıqulu, Bülövlü, Yenqıca, Bağırbəyli və s. Bəyləri
ilə çiyin-çiyinə fədakarlıq göstərmişdir. Paşa bəyin ikinci xanımı
“Böyük seyidlər” kəndindən olan Seyid Mirəzizin qızı Ağaxanım
xanım olmuşdur.
Seyid Həmidi Sultan bəylə birləşdirən təkcə dayıları Araf-
lı bəyləri, yaxud Ağaxanım xanım deyildi. Mirzə Həmid bəy
Nəbibəylinin də xanımı həmin seyidlərdən idi və Seyid Həmidin
atası ilə qohum idilər.
Zəngəzurun Hacısamlı hissəsində təkcə Seyid Həmidlə Sultan
bəy deyil, Araflı bəylərinin törəmələrinin 35 bir-birlərinə çox yaxın
yaşayış məskənləri, Sultan bəyin özünün yaşadığı məskən və Böyük
seyidlər kəndi əhalisi bir-birlərinin çevrələrində məskunlaşmışdılar
və bu insanlar bir-birləri ilə qaynayıb qarışmışdılar.
Sultan bəy Hacısamlını tərk edənə qədər Seyid Həmid onunla
təmasda olmuşdur. Lakın, bununla yanaşı Seyid Həmid bolşevik
lər lə də yaxınlıq etmişdir. Laçında bolşeviklər hakimiyyət başına
gəldikdə burada məsul vəzifədə çalışanlardan biri də Seyid Həmid
olmuşdur. Sultan bəyin, Araflı bəylərinin, Seyid Həmidin ana baba sı
Hüseyinqulu bəyin, Alıqulu yaşayış məskənində yaşayan Cəbra yıl
bəyin, Paşa bəyin, Mikayıl bəyin, Alı bəyin törəmələrinin torpaq
larının, mal-qaralarının əllərindən alınaraq ev-eşiklərindən didər
gin edilməsindən sonra hələ də vəzifədə olan Seyid Həmid Böyük
seyidlər kəndindən bir neçə seyid ailəsini Alıqulu kəndinə köçür-
müşdür. Amma, bunu o, dayılarından icazə almaqla etmişdir. Kəndi
ilk saldıran, 100 başı, 1000 başı, Zəngəzurun sultanı olmuş 3-cü
Alməmmədin Alıqulu kəndi ilə üzbəüz Yalkənd kəndini tam məhv
etmişlər və bəyin sağ qalmış törəmələri Kəlbəcərdəki, Tərtərdəki,
Xankəndindəki qohumlarının yanına getməyə məcbur olmuşlar. Bu
sətirlərin müəllifinin babasının da Alıquluda yaxşı imarəti və xeyli
torpaqları, meşələri, bağları olmuşdur. Bolşeviklər imarəti uçurdur-
lar, salamat qalmış yeganə tikili Ağ dama (ağdaşdan divarları olan
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
163
yeganə tikili olmuşdur) isə Böyük Seyidlərdən köçürülmüş Seyid
Əsgərin ailəsi yığışmışdır. Seyid Əsgər kişi bu işləri ürək ağrısı ilə
xatırlayardı. Cəbrayıl bəyin Ağ damı 1970-ci illərin əvvəllərinə
qədər salamat idi. Seyid Əsgər kişi heç kimə dama toxunmağa icazə
verməzdi və həmin damda ömrünün axırınacan yaşadı.
Seyid Həmid bolşeviklərlə axıra kimi əməkdaşlıq edə bilmə
miş, onlar Seyid Həmidin əvvəki fəaliyyətindən xəbər tutduqdan
sonra onun da yaşamasına xitam vermişlər. Hadisədən sonra Seyid
Həmidin xanımı hamilə olaraq öz evində yaşaya bilməmiş, onu
müxtəlif yerlərdə gizli saxlamışlar. Seyidlər kəndi, Alıqulu, Araflı
gənc xanımı müdafiə edə bilməmişlər (qorxularından). İpək xa-
nım hər gecəni başqa-başqa ailələrdə keçirməli olur. Bu hadisədən
xəbər tutan görkəmli şəxsiyyət olmuş Cəbrayıl bəyin özü ilə ya-
şamış oğlu Cəlil bəyin xanımı Qaratel xanım böyük qardaşı Əbil
bəyi öz evinə dəvət edir. Çox qeyrətli xanım olan Qaratel xanım
hadisəni qardaşına danışır. Əbil bəy hamilə xanımı bacısının evinə
gətirir. Əslində bu insanların hamısı yaşayış üçün yararlı olmayan,
heyvanat saxlanılan ayrı-ayrı əlçatmaz yerlərdə gizlənirdilər. Qa-
ratel xanımın da olduğu yer Biləvlidən qərbə meşə içərisində olan
Kişpəyələri adlanan heyvanat saxlanan yerdə idi. Bu meşələrdən
çay axarına düşdükdə Cəbrayıl bəyin malikanəsi, dəyirmanı və üz
bəüz Sultan bəyin qış evi adlanan iki mərtəbəli mülkü qarşıya çı-
xırdı. Bu insanlar hamısı eyni dərdli idilər. Seyid Həmidin anası bir
müddət burada qaldıqdan sonra məsələnin üstü açılır. Əbil bəy Paşa
bəy oğlu Hətəmbəyli bacısının tövsiyəsi ilə İpək xanımı əvvəlcə
Haxnəzər kəndinə, sonra isə Ağcayazı kəndində yaşayan və Mika-
yıl adlı birisi ilə evlənmiş Mürvət adlı bacısının evində yerləşdirir.
Mikayıl bəy, seyid, molla olmadığından o, nəzarətdə deyildi. Onun
ardınca Qaratel xanım və qardaşı Əbil bəy bacıları Mürvət xanıma
bacardıqları yardımı etdilər və İpək xanımın körpəsi işıqlı dünyaya
göz açdı. Bu körpə oxudu, Sumqayıt şəhərində yaşadı, alim oldu.
Bu alim Miriş müəllimdir və hazırda Bakı şəhərində yaşayır.
Abbas Sultanov həqiqətən qatı kommunist olmuş, Bakı bol
şevikləri arasında formalaşmışdı. Bolşeviklərə tam varlığı ilə
Sultan bəy və Xosrov bəy qardaşları
164
ina nan Abbas, nə bəyin ona yaxşı münasibətinə, nədə ki, bəyin
onu məhv edəcəyindən çəkinmədən onun haqqında eşitdiyi və
bildiyini birbaşa dilə gətirirdi. O, çalışırdı ki, Gürcüstanda və
Ermənistanda da bolşeviklərin qələbə çalacağına bəyi inandırsın,
onun tabeçiliyində olan silahlı insanları ətrafından kənarlaşdırsın.
Sultan bəy isə hələ də ümidlə yaşayırdı, özünün, müsavatın qələbə
çalacağına inanırdı.
Kommunistlər Seyid Həmid vasitəsi ilə Sultan bəyə tezliklə
təslim olmağa, Abbasa isə toxunmamağa çağrış etməklə məktub
da göndərmişdilər, bəzi yerli kəndlilərin bolşeviklərə şikayətlərini
də unutmamışdılar. Məktubun hikkəli yazılışı ilə Abbasın danışıq-
larının ümumi tonu uyğun gəlirdi. Kommunistlərin Zəngəzurdakı
rəhbəri isə dünənki erməni daşnak Qaragözov idi. O, Sultan bəyə
hədə-qorxu gələrək – “Abbas üçün, indi bizdə olan Xosrov bəy baş-
da olmaqla, bütün qohum-əqrabanızla cavab verəcəksiniz!” yazırdı.
Armenak Qaragözov sonra Sultan bəyə əslən Bayandur kəndindən
olub, Hoçaz kəndində yaşayan Molla Məhəmmədi (o, molla ol-
mayıb, sadəcə təhsilli adam olub) öldürdüyünü, Biləvli Mahmu-
du tonqalda yandırdığını, 16 yaşlı Novrəstə adlı qızın əhvalatını,
Cabbar bəyin, Talıb bəyin öldürülməsini, Qoturlu Firidun bəyin
İbraih bəyə ərə getmiş qızının Sultan bəyin qardaşı İsgəndər bəyin
almaq istəməsi əhvalatını və sair öz məktubunda xatırlatmaqla onu
hədələmiş və Abbası azad etməyi tələb etmişdir.
N.Heydərov isə Sultan bəyə, onun qohumlarına olan bu iradla-
rı təsdiqləmiş və belə yazmışdır: – “Burada mən mülkədar Sultan
bəyin etdiyi cinayətləri bədii formada təsvir etməyə çalışmıram,
baş vermiş hadisələri həqiqətən olduğu kimi danışıram. Partiya
arxivində cənab Sultan bəyin bu cür bir çox cinayətləri barədə kür-
düstan nümayəndələrinin müfəssəl məlumat verən ərizələri saxla-
nılır. Bax fond 74, cild I, iş 123, səh. 56 və s.”
Qeyd edək ki, Azərbaycanda bolşeviklər hakimiyyətə gəldik
dən sonra, ermənilərin fitvası əsasında mərkəzi Laçın şəhəri ol-
maqla Kürdüstan qəzası yaradılmışdı. Lakin, üç gündən sonra
Azərbaycan KP MK-nə məlum olmuşdur ki, səhvə yol verilmiş-
Paşa bəy Zəngəzurun fəxr edəcəyi ağsaqqaldır
165
dir, burada kürdləri barmaqla saymaq olar. Odur ki, bu bölgədə
məktəblər, idarələr əvvəllər olduğu kimi türkcə fəaliyyətini davam
etdirmiş, qəzalar isə bir müddətdən sonra ayrı-ayrı bölgələrə (ra-
yonlara) ayrılmışdır.
Armenak Qaragözovun bu məktubu və Əliyanlı Ədil bəyin
Hacısamlıya gələrək bolşeviklərin 28-ci diviziyasının süvari, piya-
da və topçu hissələrinin Lısaqoru keçərək Abdallara (Laçına) ya-
xınlaşdıqlarını Sultan bəyə xəbər verdikdən sonra xeyli mübarizə
aparsa da, Hacısamlını tərk etməyə qərar vermişdi. Qalmışdı, vacib
saydığı bir neçə işi yoluna qoymaq. Bu isə 1923-cü ilin ortalarına
kimi çəkdi...
Paşa bəy – bir bəy, bir ağsaqqal olaraq övladlarının uzun müd
dətə – uzun müddətli siyasətə sahib olması yolunda da fəaliyyət
göstərmişdir. Paşa bəyi, onun övladlarını istəməyənləri də özü neyt-
rallaşdıra bilmiş, övladlarını “yoldan çıxmağa” imkan verməmiş,
yeri gələndə lazım bildiklərini cəzalandırmağı da bacarmışdır. Paşa
bəy bir çox məsələləri siyasətçi dövlət xadimləri qədər dərin təhlil
edib, düzgün nəticə çıxarmağı bacarırdı. Amma, elə olurdu ki, onun
bu qabiliyyətini hamı, hətta yaxın qohumları belə tələb olunan
səviyyədə dərk edə bilmirdilər. Paşa bəy, lazım gəldikdə el arasın-
da nüfuz sahibi olmayan ayrı-ayrı insanlarla da əlaqə yaradardı. Bu
işlərdə onun nə qədər haqlı olduğunu isə zaman – vaxt təsdiq edib,
möhürünü vurardı. Paşa bəyin xasiyyətini, qabiliyyətini bilən hər
kəs onun sözünü kəsməz, bir sözünü iki etməzdilər. Səbəbi isə ona
böyük inamın olması idi. Bütün bu hörmətin bünövrəsində isə Paşa
bəyin ədalətin, düzgünlüyün yanında dayanması olmuşdur.
|