SüleyMaN rəhiMov SultaN bəy haqqıNda
XX əsrin 60cı illəri idi. Ali təhsilimin ilk illəri idi. Atam mənə
Əli (Alməmmədi) müəllimi görməyi tapşırmışdı. Onların hər ikisi-
nin özləri də ailələri də bolşeviklərdən çox əziyyətlər çəkmişlər. Əli
müəllim böyük tarixi şəxsiyyət olsa da, ailəni əsasən rəssamlıqla,
fotoqraflıqla dolandırırdı. Atamın tapşırığını heç kim bilməməli
idi. O, tapşırmışdı ki, Əli müəllim bacarsa Xosrov bəy Sultanovun
şəklini onun üçün tapsın. Atamla Xosrov bəy Almaniyada tapış-
mışdılar və hər ikisi eyni amal uğrunda mübarizlik etmişdilər. Ata-
mın cavan, Xosrov bəyin isə ağsaqqal vaxtı olub.
Mən, Əli müəllimin Muxtadir küçəsindəki evinə (o, əvvəllər
içəri şəhərdə yaşayıb) gəlib həyət qapısını açanda onun özü ilə qar-
şılaşdım. Görüşdük, istədim atamın tapşırığını söyləyim. Elə bilir-
dim elə o dəqiqə şəkli alıb gedəcəm. Amma, belə olmadı. Sözün
var, soruşdu. Əli müəllim demişdim ki, sözümü kəsdi. Darıxma,
gedək bulvara, orda kişilər məni gözləyir, sözünü onlardan sonra
deyərsən. Mən isə şəkli tez alıb getmək istəyirdim. Bilirdim ki,
Əli müəllimin görüşləri çox olacaq və bütün gün evə dönməyəcək.
Bütün şəhər onu tanıyırdı. Çarəsiz qalıb onunla bərabər bulva-
ra yollandıq. Getdiyimiz yol boyu onu teztez saxlayır, müxtəlif
sözlər soruşur, suallar verir, bəzən də zarafatlar edirdilər. Mənsə
səbirsizliklə hər dəfə söhbətlərin sonluğunu gözləməli olurdum.
Nəhayət ki, indiki Kukla teatrının yanına çatdıq. Əli müəllim ayaq
saxlayıb əlini gözünün üstünə qoyub ətrafı seyr etməyə başladı. Bir
müddətdən sonra mən tərəfə dönüb gəl dedi, kişilər gəlir. Kişilərin
kimliyini bilmirdim, soruşmamışdım, mənim üçün tez getmək va-
cib idi. Odur ki, heç nəyə fikir vermirdim.
Sultan bəy və Xosrov bəy qardaşları
102
Birdən, Əli müəllim əl çantasını mənə uzadıb, bunu tut dedi.
Özü işə Alman istehsalı olan şəkilçəni qarşı tərəfə tuşladı. Bu
məqamda əli arxasında çarpazlaşmış Süleyman Rəhimovu, solun-
da Alı dayını (Əli Vəliyevi) və Bayram Bayramovu cərgəylə da-
yandıqlarını gördüm. Əli müəllim onların şəklini çəkdikdən sonra
onlarla görüşdü və mənə də onlarla görüşməyə işarə etdi. Əmim
nəvəsidir, yaxşı oğlandı, tələbədi, başdı oğlandı – dedi.
Əlbəttə mən bu böyük şəxsiyyətlərin üçünü də tanıyırdım,
Süleyman Rəhimovun əsərlərini yaxşı bilirdim, elə Əli Vəliyevin
əsərlərin də, Bayram Bayramovu tanısamda əsərləri haqqında
müfəssəl məlumatlı deyildim. Süleyman Rəhimov həmin illərdə
də çox məşhur idi, onu və əsərlərini tanımayanlar yox idi. Hər
yerdə çox hörmətlə qarşılanardı. Zəhmli kişi idi, çox hündür və
dolu bədənli insan idi. Çox səliqəli geyimi, səliqəli saçları, heç
kiminkinə bənzəməyən bığları var idi.
Heç bir düşünülmüş, razılaşdırılmış mövzulardan söhbət get-
mirdi, zarafatlarından da qalmırdılar. Şuxluq yaradan bu növ söhbət
xeyli çəkdi. Mən isə içimdə çəkirdim. Elə ki, bu görkəmli şəxslərin
söhbətləri ciddiləşdi, onların özləridə ciddiləşdi. Hamı gözləyirdi
ki, mövzuya münasibəti birinci olaraq Süleyman Rəhimov bil-
dirsin. Həm də Əli Vəliyevlə Bayram Bayramov az danışardı-
lar. Əli müəllim isə onlardan da az danışardı. Bu söhbət tədricən
siyasətləşdi, cəmiyyətdə olan əyərəskikdən getdi, hamısı eyni fi-
kirli oldular, biridigərini tamamladı. Partiya işçilərinin qeyrietik
davranışından, hədiyyə almalarından, qohumbazlıqyerlibazlıqdan
söhbət düşəndə Əli müəllim söhbətə zarafatyana müdaxilə etdi.
O, dedi: – “Süleyman müəllim mənim işim sizinlədi. Bax,
çox görkəmli, təmiz əqidəli, hökumətdə işləmiş, uzun müddət
cəmiyyətin əyrilikləri ilə barışmayan bir kommunist olmusunuz və
elə də var. İndi isə kommunistlərin əleyhinə danışırsınız, üstəgəl
bəyləri – mülkədarları o ki, var tənqid eləmisiniz. Bu Sultan bəyin
günahı nə idi ki, onu o günə salmısınız”. Süleyman Rəhimov daha
da ciddi görkəm alıb, bir addım qabağa çıxdı. Əli elə bilirsən özü-
mü, özümkiləri beynimdən keçirmirəm. Əli – sən öl, sən öl mən
Süleyman Rəhimov Sultan bəy haqqında
103
“Şamo”nu yazanda bu günkü vəziyyət olsa idi, ömrümdə heylə bir
əsər yarada bilməzdim. Əli biz bu işin dalınca gedəndə elə bilir-
dik ki, kommunistlər nə deyirlərsə heylədə olacaq. Düzdüyü hamı
istəyir, hətta oğrular – əyrilərdə. Düz deyirsən, mən ömrümdə heç
bir əyriliklə, pis əməllərlə barışmamışam. Elə indinin özündə də
beləyəm, özün bilirsənki. Mən ömrümdə ağlıma gətirə bilməzdim
ki, cibində kommunist partiyasının sənədini gəzdirəsən, özündə
rüşvət alasan, yaxud ayrı yerdə ikinci arvad saxlayasan, bunla-
rı gördükcə dəli oluram. Əli, qaldı ki, Sultan bəyə – onun üçün
qəm yemə. Bilirəm sən də bəysən istəmirəm ki, bəylərə toxunul-
sun. Amma, bil və agah ol. Əli Süleyman Rəhimov Sultan bəyə
elə bir əzəmətli heykəl qoymuşdur ki, belə bir heykəli heç kim
qoya bilməz. Bir də bil ki, Sultan bəyin bu heykəlini heç kim sökə
bilməyəcək, Şamonu yaxşı oxu, bir də oxu! Bil ki, Süleymanın
Şamosu dünyanın 60 dilinə tərcümə olunub, sil gözüm bu tarixi
necə siləcəksən. Süleymanı çox yaxşı başa düşməyib, dalımca
danışıblar. Üzbəüz gələndə isə boğazları quruyub. İki kəlmə sözü
birbirinin ardınca deyə bilməyiblər. Belə adamların arasında Sü-
leymanın boyu hamıdan uzun, üzü hamıdan ağdır. Bax belə işlər
əmioğlu....
Əli Vəliyev (Alı dayı) söhbətə müdaxilə etdi. Süleyman, çox
düz buyurursan. Sən öl, heç sən deyəni mən fikirləşməmişəm, doğ-
rudan da əzəmətli bir heykəldir. Beləliklə, Bayram Bayramov və
Alməmməd bəy də Süleyman Rəhimovun fikirlərini təsdiqlədilər,
bəyəndilər və bir daha kommunistlərin “əməlləri” haqqındakı söh
bətlərini davam etdirdilər.
Biz birlikdə bulvar boyu indiki Muğam evinə qədər gəldik. Sü-
leyman Rəhimov xeyli müddət Laçında işləmişdi. Gördüklərindən,
bildiklərindən, kimin haqlı, kimin qərəzli olduqlarından xeyli da-
nışdı. Amma, heç kim onun sözünü kəsmirdi...
M.C.bağırov, S.SultaN bəy, ə.MüSeyib bəy
və ya kiMdir güNahkar?!
Azərbaycan tarixinin müxtəlif dövrlərində müxtəlif cür ha
disələr yetərincədir. Təəssüf ki, Azərbaycan dövlətinə, onun döv
lətçiliyinə və Azərbaycanın kütlədən ayrılıb qabağa çıxmış insan-
larına bu kimi hallar çox baha başa gəlmiş, itkilərimiz heç də az
olmamışdır. Belə bir namünasib hadisə Zəngəzur qəzasında da ol-
muşdu. Belə ki, XX əsrin birinci qərinəsində Zəngəzur qəzasının
torpaqları əvvəlki sərhədləri çərçivəsində qalmamış, müəyyən hissə
İrana, müəyyən hissə Qarabağın digər bölgələrinin tabeçiliyinə
verilməklə, bir hissəsində isə erməni vəhşilikləri tüğyan edirdi.
Söyləyəcəyimiz hadisə isə bilavasitə Azərbaycanda Cümhuriyyətin
iqtidardan getməsi və Qırmızı imperiyanın Azərbaycanı işğalı
ərəfəsinə təsadüf edir. Tarixən Zəngəzurun tabeçiliyi Gəncədə, Şa-
maxıda, Bərdədə, Beyləqanda, Şuşada olmasından asılı olmayaraq,
Zəngəzur bir növ öz “müstəqilliyini” saxlayırdı. Soltanlıq, Mahal,
Qəza statusunda fəaliyyət göstərirdi, əsas mərkəzlərindən biri də
Goruş yaşayış məntəqəsi olmuşdur. Bəzən Zəngəzur sultanlığı tam
müstəqil fəaliyyət göstərsə də, əksərən Qarabağ torpağı olmuş,
və Qarabağ Bəylərbəylik, Vilayət, Sancaq, Xanlıq dövrlərində bu
dövlətin paytaxtından idarə edilmişdir. Qarabağ xanlarının, Gəncə
bəylərinin tarixən Zəngəzurda şəxsi torpaq sahələri və yaylaq yer
ləri olmuşdur. Zəngəzur sultanlığının ən böyük torpaq sahəsi əsasən
XVIII əsrin ortalarında Qarabağ xanlığının yaranmasına təsadüf
edir. Qarabağ xanlığından əvvəl Zəngəzurun sultanı Murtuza bəy
olmuş, Qarabağ xanlığının yaranmasında müstəsna zəhməti oldu-
ğundan, xanlığa tabe olsa da onun səlahiyyətlərinə xeyli torpaq ve-
rilmişdir. İran şahının yanından qaçan Pənahəli, bir il Zəngəzurda
M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
105
başının dəstəsi ilə birgə Murtuza bəyin qonağı qismində yaşamış, bu
müddətdə Murtuza sultan silahsürsat və canlı qüvvə təşkil etməklə
müstəqil Qarabağ xanlığını yaratmağa nail olmuşlar. Pənahəli ilə
Myrtuza bəyin dostluğu Zəngəzur sultanlığının sərhədlərinin in-
diki İran dövlətinin Qaradağ, şimalda isə Göyçə mahalına qədər
genişləndirməyə imkan vermişdir. Nəbibəylilərin uzun müddət bu
sultanlığa rəhbərlik etmələrinin çox dərin kökləri var, amma onla-
rın Qızılbaşlardan əvvəl və Pənahəli xanla isti münasibətlərindən
sonra da XX əsrin əvvəllərinə kimi hakimiyyətlərini qorumaq-
da Ziyadoğulları və Qacarlarla yaxın qohumluq əlaqələrinin də
əhəmiyyəti az olmamışdır. Böyük Zəngəzur Nəbibəylilərdən
son ra parçalanmış, yuxarı hissə Hacısamlı (və ya Hacıxanlı) adı
ilə fəaliyyətdə olmuş və onun hər iki hissəsi yenə də Qarabağın
tərkibində olmuşdur. Elə həmin illərdə də Yuxarı Qarabağa yox,
Yuxarı Zəngəzura siyasi rəhbərliyi Sultan bəy Sultanov etmiş-
dir. Sultan bəyin demək olar ki, Azərbaycandakı ömrü at belində
və keşməkeşli olmuşdur. Cümhuriyyət dövründə isə onun qarda-
şı xosrov bəy Qarabağın generaqubernatoru olmuş, Zəngəzur isə
şimallıcənublu yenə də Qarabağ tabeçiliyində fəaliyyət göstərirdi.
Bu dövrlərdə Nəbibəylilərin Qarabağda, Xankəndində, Gorusda,
Qafanda, Ağcabədidə(taxta körpü), Zəngilanda, Təbrizdə, Xoyda,
Gəncədə, Ərdəbildə mülkləri, qohumqardaşları, çoxlu miqdarda
torpaqları, mədənləri və s. olsa da, Murtuza bəyin öz övladlarının
törəmələri Araflı və onun ətrafında birbirinə yaxın 35dən artıq ya-
şayış məskənlərində, Kəlbəcərin çox hissəsində yaşamaqda davam
edirdilər. Bu yaşayış məntəqələrindən biri də Bülövlük kəndi idi.
Bülövlük kəndi də XVIII əsrin sonları, XIX əsrin əvvəllərinə yurd
yerindən daimi yaşayış məskəninə çevrilmişdir. XX əsrin əvvəllərinə
isə bu kənddə yaşayan bəylər, qədim qaydalarına zidd olaraq ətraf
kəndlərdən olan Ərikli, Piçənis, Qurdgəzi, Arduşlu, Ağcakənd, Qo-
şasu, Qaraçanlı, Alpoud, Kəlbəcərin bəzi kəndlərindən olan, amma
əsilzadə olmayan insanlarla qohumluq əlaqələri qurmuş, qız verib,
qız almışlar. Vəziyyət o yerə çatmışdır ki, bu bəylərdən XX əsrin
əvvəlinə əsilzadəliklərini saxlayan, bülövlükdə Bərxudar bəy və
Sultan bəy və Xosrov bəy qardaşları
106
onun xanımı, Alıquluda isə Böyük Zəngəzurun axırıncı sultanı
ixtisasca həkim Cəbrayıl bəyin kiçik oğlu Cəlil bəy və onun xanımı
yaratdıqları iki ailə istisnalıq təşkil edirdilər.
Sultan bəyə gəldikdə isə babası çalvadar olmuş, sonralar isə
bu kəndlərlə qohumluq yaratmış, bu qohumluqdan istifadə edərək
Murtuza bəyin Araflıda yaşayan törəmələrinin köməkliyi ilə
bəylik titulu qazanmışlar. Sultanlılar kəndindəki bəylərin kökü isə
İrəvanqulu xanının və Nəbibəylilər səcərəsinin (II Alməmməd
bəy) bir qolunun törəmələridir. Son fikirlərin mənbəyi Araflıda ya-
şamış, anası və arvadı Qurdgəzi kəndindən olan yüzbaşı və pristav
işləmiş, Nəbibəylilərin səcərə tarixinin 4cü kitabının bir hissəsini
qeydə almış Süleyman bəy Nəbibəylidir. Belə məlumatı ikinci dəfə
yazıya alan beynəlxalq əlifbanın müəllifi Əli (4cü Alməmməd
bəy) Nəbibəylidir. Atası gözəl xəttat olub, “Quran” ı ərəb dilindən
sətri tərcümə edib, yazılarından Əlyazmalar institutunda saxlanılır.
Sultan bəyin atası Paşa bəy savadsız olsa da, çox ağıllı insan olub,
oğlu Xosrov bəyi də Cəbrayıl bəy Nəbibəylinin Odessada oxudu-
ğu tibb institutuna da Cəbrayıl bəyin həyat və fəaliyyətindən xoşu
gəldiyi üçün göndərmişdir. Xosrov bəy də Paşa bəyin ümidlərini
doğrultmuş, nəinki Cəbrayıl bəy kimi Zəngəzurun sultanı və Qa-
rabağ xanlığının baş sərkərdəsi, o, bütövlükdə bütöv Qarabağın
generalqubernatoru olmuş, “İttihad” partiyası fraksiyası kimi
Müsavat hakimiyyətində təmsil olunmuş, sonralar türkiyədə artıq
“İttihad”partiyasının sədri kimi Məmməd Əmin Rəsulzadə ilə sıx
təmasda olmuş, Müsavatın Azərbaycanda yenidən hakimiyyətə
gələcəyi təqdirdə hakimiyyətdə təmsil olunacağını razılaşdırmışdır.
İkinci Dünya Müharibəsinin əvvəllərində Cəbrayıl bəyin nəvəsi İs-
rafil bəylə Almaniyada bir neçə dəfə görüşmüş, öz tərəfdaşları ilə
birlikdə bir çox azərbaycanlıları, Orta Asiya və digər müsəlman
SSRİ əsgərlərini Hitler konslagerlərindən azad etmişlər. Bu haq-
da Milli Təhlükəsizlik Nazirliyinin qəzetində və digər qəzetlərdə
məlumatlar verilmişdir. 191520ci illərədə Şuşa şəhər polisində
fəaliyyət göstərən Müseyib bəyin ailəsi Laçın bölgəsinin Bülövlük
kəndində məskunlaşmışdır və həm də Qurdgəzi kəndi insanları və
M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
107
Sultan bəylə qohumuqları var idi. Müseyib bəy çox yaraşıqlı, qoçaq,
cəngavər, elobanı istəyən, yeri gələndə əl tutan və sözübütöv ol-
maqla öz dövrünün məşhurlarından olmuşdur. Yaxşı at, yaxşı silah,
xəncər həvəskarı olmuşdur. XX əsrin ilk on illiyində bəylik deyilən
törəmədə və Laçın bölgəsində yaşayanlar arasında II Alməmməd
Sultan və Cəbrayıl bəydən sobra qızıl alışqan, qızıl qəlyan ancaq Mü-
seyib bəydə olmuşdur. Elə vaxt olurmuş ki, “Aynalı” və “Beşaçılan”ı
eyni vaxtda istifadə edə bilirmiş. Əliaçıq, qonaqpərvər, dost yolun-
da ölümə hazır adam imiş. Həm də, sadəlövh, hər şeyə tez inanan,
tez qızışıbtez də soyuyan adam olmuşdur. Bəzən kasıblar arasında
bəy paltarının üstündən köhnə, nümdaş paltarlar geyər, özünü sadə
apararmış ki, ətrafdakı insanlar narahatlıq keçirməsinlər. Bəzən də
kasıbların tərəfini saxladıqda, onları müdafiə etdikdə “başağrısı”
çəkərmiş. Belə bir hadisəyə görə bir dəfə Pircan kəndində “otu-
ran” (o bina sonralar məktəb oldu) pristav nümayəndəliyi onu tutub
cəzalandırmaq istəyirmiş. Bu məqəsdlə də Bülövlükdəki evini gecə
ikən polislər mühasirəyə alırlar. Müseyib bəy polisləri inandırır ki,
özü sərbəst gəlib rəislə danışacaqdır, hər məsələdə xətirhörmətlə
bitəcəkdir. O, elə də edir. O, hamıdan əvvəl Pircana çatır və çox
zəhmli və cəld olduğundan onu qarşılayanlar da, rəisin özü də tu-
tulur, ona heç nə deyə bilmirlər. Müseyib bəy rəisə müraciət edir
ki, məni görmək istəmirdiniz, mənlik nə qulluğunuz var, buyurun,
mən sizin hüzurunuzda. Rəis bu gəlişin və müraciətin o dərəcədə
gözlənilməz olduğundan, Müseyib bəyin zəhmindənancaq “yox
yox, bəy heç nə, sizin sağlığınız” kəlmələrini dildodağı əsəəsə
deyə bilir. Müseib bəy isə sağollaşıb, cəld də otaqdan çıxır. Rəis
özünə gələndə Müseyib bəy tək ağac deyilən yeri artıq keçmişdi.
Ona nə atılan güllə, nə də at çata bilməzdi. Bu hadisədən sonra Mü-
seyib bəy onunla Gorusda görüşür və dostlaşırlar.
Müseyib bəyin ölümü ilə nəticələnən görüş isə Şuşada baş ver-
mişdir. Bolşeviklər çox böyük bir gizli təbliğata başlamışdılar, onun
da mərkəzi Tiflis şəhəri idi. Ən çox Azərbaycan bolşeviklərinə
göstəriş oradan gələrdi. Mir Cəfər Bağırov seyid olsa da, qatı bolşe-
vik idi. Kommunist ideyalarına inanırdı, Tiflisdə çoxlu gürcü bol-
Sultan bəy və Xosrov bəy qardaşları
108
şevik dostları da var idi. Çaparidze, Djerjinski, Beriya, Stalin və
sairlər də bu sırada idilər və bu şəxslər bolşeviklər arasında böyük
nüfuza malik idilər. M.C.Bağırov heç də onlardan geri qalmırdı, bir
çox məsələlərdə isə hətta onlardan qabaqda idi. M.C.Bağırov bir
dəstə bolşeviklərlə Qarabağın bir çox yerlərində, gizli təşkilatlarla
görüşür, tapşırıqlarını verir. Lakin, o, Şuşa şəhərində ələ keçir.
Bir müddət Şuşa həbsində yatdıqdan sonra və Qarabağın general
qubernatoru (milliyətcə rus olub) Gəncədə oturduğundan göstərişlə
onu qubernatora təhvil vermək zərurəti yaranır. Müseyib bəy haq-
qında yuxarıda dediyimiz xüsusiyyətləri nəzərə alınaraq, bu işi ona
həvalə edirlər və tələb edirlər ki, M.C.Bağırovun cənab quberna-
tora təhvil verilməsi haqqında, onun imzası ilə sənəd gətirməlisən.
Qazalaqlar hazır olur, dörd nəfər də polis əməkdaşları Müseyib
bəyin rəhbərliyi ilə Gəncəyə üz tuturlar. Yolda imkan düşən kimi
Bağırov Müseyib bəyin qoçaq adam olduğunu, bəy oğlu olduğu-
nu eşidib, xasiyyətindən də xəbərdar idi, proletariatı müdafiə et-
diyini də bilirdi. Müseyib bəyi Bağırov inandırır ki, bolşeviklər
mütləq qalib gələcək və o halda Müseyb bəyə heç kim heç nə edə
bilməyəcək, çünki Müseyib bəy bolşevikləri, Azərbaycan proletar-
larını müdafiə etmədə öz əməyi və zəhməti olmuş bir şəxs kimi
təqdim edilə bilər və sənədlisübutlu faktda vardır. Müseyib bəy
isə ona bir qamçı çəkərək kəs səsini bolşevik köpək oğlu cavabı-
nı verir və sürücüyə Yoluğa (Yevlax) sür əmri verir. Onlar Yevlax
dəmir yol məntəqəsinə kimi danışmırlar (Şuşada Müseyib bəyi başa
salmışdılar ki, Bağırov çox böyük bolşeviklərdəndir, həm də o da
qoçaq adamdır, ehtiyatlı ol yolda qaça bilər). Yevlaxda isə Müseyib
bəy ətrafındakı polisləri yeməkxanaya aparıb, onlara çayçörək alır
və qeyd edir ki, çörəklərini rahatayxayın yesinlər. O, özü Bağı-
rovun qarovulunda duracaqdır. Müseyib bəy Bağırovun əlqolunu
açır, bəyə layiq onu yedizdirir və YevlaxBakı qatarına bilet alıb
onu yola salır. Bağırov isə bir kağız parçası taparaq yazır: “Bütün
kommunistlərə – Müseyib bəy əsl kommunist, proletariatın da-
yağıdır, Bağırovun xilaskarıdır. Mir.Cəfər .” Sonra Müseyib bəyə
Bağırov bildirir ki, sən bu gündən bolşevik partiyasının üzvüsən,
M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
109
yerli bolşeviklərlə əlaqə qur, onlara dayaq dur, kim səni incidərsə,
sənə verdiyim kağızı ona göstərərsən. Bu həm də sənin partiya bi-
letindir. Onlar ayrıldıqdan sonra Müseyib bəy adamlarını götürərək
Gəncəyə üz tutur. YevlaxGəncə yolunda böyük bir sahədə biçilmiş
taxıl zəmisinə rast gələndə qazalağı saxlatdırır və göstəriş verir ki,
iki nəfər küləş toplasın, diğərlər isə zəminin içində bir xəndək qaz-
sınlar. Yığılmış küləşi qazılmış xəndəyə tökdürür və qızıl alışqanı
ilə ona od vurur. Sonda küləş külünün üstü torpaqla basdırılır və
baş daşı yerinə “burada qatı bir bolşevik əclafı basdırılıb” sözləri
yazılmış taxtanı qoyurlar və o ətrafındakı adamlara müraciətlə
“gördünüz də, qaçmağa cəhd edən qatı bolşeviki öldürdük, yandır-
dıq və üstünü də torpaqladıq” deyir. Hamı Müseyib bəyin sözlərini
təsdiqləyirlər. O, cibindən xeyli pul çıxarıb onları mükafatlandırır
və yollarını davam edirlər. Gəncəyə çatdıqda isə iki nəfər polisi
yanında götürərək qubernatorun yanına girir və əhvalatı yuxarıda
qeyd edildiyi tərzdə şərh edir, yanındakı polisləri də şahid qismində
təqdim edir. Sonra Şuşadan gətirdiyi qubernator “töhvəsini” də ona
təqdim edir və xahiş edir ki, ona bir sənəd verilsin ki, həqiqətən
M.C.Bağırovu Müseyib bəydən təhvil almışdır. Qubernator Şuşa
polis idarə rəisinə öz imzası ilə bir sənəd verir və həm də göstəriş
verir ki, Müseyib bəyin yoldakı bu şücaətinə görə onu mükafatlan-
dırsınlar. Bu hadisə M.C.Bağırovla Müseyib bəyi çox yaxınlaşdırır.
Yaxınlıq əlaməti olaraq M.C.Bağırov Müseyib bəyə bir qızıl cib
saatı və bir ədəd də zərə tutulmuş gümüş qınlı xəncər bağışlayır.
Deyilən dövrlərdə Azərbaycan hələ də gürcülər, farslar, ruslar və
xüsusən də ermənilərlə ortaq məxrəcə tam gələ bilməmişdilər. Rus
bolşeviklərlə erməni daşnak (üzdə bolşevik) qoşunları Azərbaycanı
demək olar ki, işğal etmişdilər. Zəngəzurda, Şuşa və Şuşa ətrafı
kəndlərdə, Laçının Gorusla, Qara göl, Minkənd, Xankəndi üstü
Nərdivandağ erməni kəndləri ilə sərhəd torpaqlarda hələ də atışma
davam edirdi. Digər tərəfədən də həm ermənilər və həm də rus-
lar tərəfindən bolşevikləri Yuxarı Qarabağa buraxmayan Sultan
bəyə hər gün bir elçi, bir canlı və yazılı ultimatumlar göndərilirdi.
Ermənilərin indiki Laçın şəhərinin aşağı hissəsində Zabux körpü-
Sultan bəy və Xosrov bəy qardaşları
110
sü deyilən yerdə ağır zərbə alması, Andranik silahlı qüvvələrinin
məğlubiyyəti Sultan bəyə çox böyük şərəf və şöhrət gətirmişdi. Onu
da qeyd edək ki, Azərbaycan insanlarının ermənilərlə döyüşündə
ermənilərin bu miqyaslı 2ci bir məğlubiyyəti olmamışdır. Bunun
da səbəbi ermənilərin müəyyən məqamlardan istifadə ertmələri,
xaricdən silahsürsat, canlı qüvvə yardımları ilə bağlıdır. Yəni bi-
zim məğlubiyyətlərimizin heç də ermənilərin döyüşkənliyinə aidiy-
yatı yoxdur. Andraniklə bu döyüşdə bütün Laçın əhalisi çox böyük
birlik və həmrəlyik, vətənpərvərlik, ən başlıcası isə əsl milli qeyrət
nümayiş etdirmişlər.Təbii ki, burada Araflı (Alaflı), Yal kəndi, Alı-
qulu, Bülövük, Sultanlar, Yenqıca, Beşbulaq, Dündül, Bağırbəyli
və s. yaşayış məntəqəlrinin bəyləri daha çox öndə gedən olublar,
hərəsi bir “əsgər” birliyinin başında dayanırdı. Bunun da səbəbi on-
ların hamısının silah sahibi, imkan sahibi və silahdan yaxşı istifadə
etmə qabiliyyətləri olmuşdur. Əhali Sultan bəyə nəyə gümanları
gəlirdisə, onunla yardım etmişlər. Andranikə qarşı mübarizədə Paşa
bəyin yanında məşvərət qrupunun səkkiz nəfərindən biri olan və
hamıdan cavan olan Cəlil bəyin (Peterburqda təhsil almış) xanımı
Qaratel xatunun 1958ci ildə bir məclisdə dediyinə görə, o ailə Sul-
tan bəyə Türkiyədən top almaq üçün bir ətək qızılgümüş vermişdir.
Yəni, əhali eyni hava ilə nəfəs almış, hamının nəbzi vətən üçün eyni
cürə döyünmüşdür. Mən deyərdim ki, Laçında 19881992ci illərdə
də həmin abhava hökm sürürdü, heyif ki...
Başda rus şovinist bolşevikləri, bolşevik paltarı geymiş daş-
nak ermənilər və bolşevik ideyasına inanmış siyasi savadsız
Azərbaycan insanları birlikdə Yuxarı Qarabağda, Zəngəzurda, onun
Laçın bölgəsində Sultan bəyi aradan götürmək qərarını verirlər.
Bu, dağlarda, bu eldə asan iş deyildi və Laçının bir neçə adam-
larını çıxmaq şərti ilə, digərləri bolşevizm nə olan bir məfkurədir
bilmirdilər. Odur ki, həmişə olduğu kimi bizə qarşı hiyləyə əl atdı-
lar. M.C.Bağırov Müseyib bəylə əlaqə saxlayacağına qərar verdi,
adam göndərdi, hər cür yardıma və digər məsələləri boynuna çəkdi.
Əlbəttə bu vədlərin içində hədə qorxu da var idi. Müseyib bəy se-
çim qarşısında qalmışdı. Hansı tərəfə üstünlük versəydi nəticəsi
M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
111
eyni cür alınmalı idi. Onu da xatırlatmaq vacibdir ki, bolşevik qo-
şun növlərinin tərkibində olan millətlərin, hətta, Azərbaycana olan
münasibətindən asılı olmayaraq bolşeviklər artıq işğal qüdrətində
idilər. Hər bir bölgəmizə müdaxilə edə bilir, istədiyinə böyük qır-
ğınlar bahasına olsa da, nail olurdu. Bu baxımdan Müseyib bəy
ikibaşlı oyun oynamaq istədi və tərəddüdü uzun çəkdi, heç kimlə
də məsləhətləşmədi, bir sözlə tək başına qərar verdi. O, fikirləşirdi
ki, Sultan bəyi yaralamaqla bolşevikləri neytrallaşdırar. Sultan
bəysə ya çıxıb gedər, yaxud ağsaqqalqarasaqqalla barışıqlıq yara-
dar. Əlbəttə, bu çətin məsələ idi. Heç kimi güllə atandan sonra səni
öldürmək fikrim olmayıb deməyə inam yaratmaq çətindir. Yax-
şı olardı ki, Müseyib bəy elə Sultan bəyin özü ilə açıqdanaçığa
danışıb,ikilikdə bir qərara gələydilər. Bu baş vermədi, Müseyib bəy
Sultan bəyi yaraladı,həm də ağır yaraladı, baxmayaraq o, ürəyində
bunu istəmirdi. Dərin yaralanmağın səbəbi isə Sultan bəyin otur-
duğu yerdə aşağı əyilməsi olmuşdur. O, çox əziyyət çəkdi, dağ-
da, mağarada yaşadı, yaxşı dostların sayəsində müalicə olundu, nə
bolşeviklərin və nə də ki, ermənilərin əlinə keçdi. Sultan bəy Mü-
seyib bəyin bu hərəkətini və nə də ki, ermənilərin əlinə keçdi. Sul-
tan bəy Müseyib bəyin bu hərəkətini ona qəsd kimi qiymətləndirdi
və tədbirini də gördü. Müseyib bəyin Alıyanlı kəndində yaşayan
dostlarını ələ aldı, onun aradan götürülməsinə qərar verdi. Sultan
bəy qardaşı Xosrov bəylə artıq İrana keçmişdi, amma hərdən
hərdən vətəninə məxvi yollarla gəlirdi, uzaq səfərəTürkiyəyə
gedəcəyindən bir çox işlərini, o cümlədən Müseyib bəy məsələsini
də “yoluna” qoymaq istəyirdi və etdi də. Alıyanlıdan olan Müseyib
bəyin dostları onun yanına gəlmədilər, ardınca harasa getmədilər,
pusqu qurmadılar. Sadə bir məktub yazıb, onun içinə bir Quran
ayəsi vərəqi qoyub, Müseyib bəyə bildirdilər ki, sən bu Quran dur-
ma tez bizə gəl səninlə bir vacib işimiz var. Əlbəttə, Müseyib bəy
nə qədər sadəlöv insan olsa da məktubdan şübhələndi, çox ağıllı,
təmkinli xalası oğlu olan Əvil bəylə məsləhətləşdi. Əvil (Evil) bəy
o dəqiqə Müseyib bəyə bildirdi ki, səni çağırırlar öldürməyə, bax-
mayaraq ki, o, Müseyib bəyin Sultan bəyə güllə atdığını bilmirdi.
Sultan bəy və Xosrov bəy qardaşları
112
Müseyib bəy onda Əvil bəyin onunla getməsini istədi. Əvil bəy
heç kimin və ya Müseyib bəyin kiminlə getməsinə qəti etiraz etdi.
Müseyib bəy onu qorxaq adlandırdı. Əvil bəy isə cavabında bildir-
di ki, “ağıllı igid külək əsəndə, ağacın yarpaqlarının xışıltısından
da diksinməli, ehtiyat etməlidir...” Müseyib bəy bir neçə nəfərlə
məsləhətləşsə də, hamı Əvil bəy dediyi qənaətdə idilər. Bərk əsəbiləşən
Müseyib bəyə dəqiq atəş açma məsələsində heç kim çata bilmirdi, çox
güclü və cəld idi, bir sözlə özünün gücünə, qüdrətinə özü də inanır-
dı, istənilən vəziyyətdə qorxu bilməz adam idi. Həm də onun ailəsi
Quran oxuyan, oruc tutan, namaz qılan idilər, Allaha yetərincə sitayiş
edirdilər. Müseyib bəy öz qüdrətinə inandığı kimi, getməməyi də Qu-
rana hörmətsizlik kimi dəyərləndirirdi. Yəni üzbəüz heç kim Müseyib
bəyə əl qaldırmağa cürət edə bilməzdi, heç bacara da bilməzdi. Amma,
yolda təsadüf etdiyi köhnə tanışlarından birini Müseyib bəy özü ilə
götürə bilir və onu məlumatlandırır, psixoloji hazırlayır. Qardaşlar
Müseyib bəyi həmişəkindən daha da yaxşı qarşılayırlar, yeyibiçirlər,
yatmaq məqamı gələndə Müseyib bəy yanındakı adamı başa salır ki,
mənə bir saat yatmaq gərəkdir, silahımda yanımda olacaq. Bir saat
sən yatma, silahın da əlində hazır olsun, bir saatdan sonra sən məni
durğuzarsan, mən sənin qarovulunu çəkərəm, mən ayıq olanda heç ki-
min bizə əl qaldırmağa cürəti çata bilməz. Hərçənd ki, bu belə olmadı,
qarovulda duranı yuxu tutdu və bunu izləyən qardaşlar öz adamları
ilə birlikdə Müseyib bəyi, onun tanışını yatdıqları yerdə güllələdilər.
Sonra gecə ikən meyitləri öz kəndlərindən kənarda – Şuşaya gedən
yolun kənarında, hamının görə biləcəyi bir yerə atdılar.
Müseyib bəyin qətlə yetirilməsi çox böyük sürətlə hər yana,
hətta Dağıstana, Gürcüstana, İrana, Qarabağa, Zəngəzura, Naxçı-
vana, İrəvana və s yerlərə yayılmışdı. Hadisəni İranda eşidən Sul-
tan bəy bir az rahatlansa da, vətənindən, ailə üzvlərindən çox böyük
nigarançılıqla Türkiyəyə üz tutdu. Sultan bəyin, Müseyib bəyin
hər ikisinin vətənləri, ailələri, təsərrüfatları bolşeviklər tərəfindən
min bir əzabəziyyətə düçar oldu. Sultan bəyin nəyi var idisə,
hamısı müsadirə olundu, məhv edildi, təhqir olundu. Bolşevizm
eyfariyası çox güclü təbliğ edilir, doğma qardaşlar ayrıayrı ide-
M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
113
oloji cəbhələrdə birbirinə qarşı döyüşür, vuruşurdu. Sultan bəyin
də ailə üzvləri hətta öz yaşadıqları yerdə qohumları tərəfindən
təhqirlərə məruz qalırdı, eveşikləri dağıdılırdı. Sonralar Əvil bəy
söyləyirmiş ki, Sultan bəyin Nağdalı deyilən (Sultan bəyin bu-
radakı yaylaq yaşayış məskənləri, “Sves” adlı çoxlu malqarası
əsasında əvvəlcə “Nağdalı” heyvandarlıq sovxozu yaradılmış,
daha sonra isə ona Kirovun adını verməkləKirov adına maldar-
lıq sovxozu demişlər və bu sovxoz sovetlər 1991ci ildə dağılana
qədər fəaliyyətdə olmuşdur.) mülkündə bolşeviklər, hətta onların
arasında olan Sultan bəyin nökərnaibləri də burada özlərini yax-
şı aparmadığına və əndazələrini ötdüklərinə görə qeyrətim qəbul
etmədi, oraya getməli oldum. Baxmayaraq ki, xalam oğlu Müseyib
bəyi Sultan bəy öldürtmüşdür. Orada nə görsəm yaxşıdır, dünənki
nökərnaiblər xəncərlərini yorğandöşəyə, yastığa, mütəkkəyə so-
xaraq cırır və ququşunun tükləri aləmi bürümüşdü, ağız deyəni
qulaq eşitmirdi, mənə də fikir verən yox idi. Çarəsiz qalıb havaya
bir güllə atdım və dedim ki, ay bədbəxtlər, bu yastıqların günahı
nədir?! Öz yastıqlarınızın içini samanla doldurursunuz, bundansa,
bu yastıqları, yorğandöşəkləri öz aranızda bölüşdürün. Bu sözdən
sonra Sultan bəyin Nağdalıdakı ev əşyalarının üstündə davadalaş
başlandı. Mən isə buradan uzaqlaşmağa üstünlük verdim.
Müseyib bəyin ölüm əhvalatı M.C.Bağırova çatanda o artıq
“ÇK” deyilən qurumun rəhbəri idi. Bağırovun həmin dəqiqələrdə
keçirdiyi hisləri başa düşmək çətin olsa da bu məsələ ilə bağlı onun
gördüyü tədbirlər nəyi isə dərk etməyə imkan yaradır. Belə ki, Bağı-
rov kifayət edəcək qədər “ÇK” silahlılarını seçdiyi gecələrin birində
Alıyanlı kəndi ətrafında düzür. Onlara əmr edir ki, kəndə girənlərə
və arvaduşaqla işiniz olmasın. Amma, gözə görünən və kənddən
çıxmaq istəyən hər bir kişi güllələnməlidir. Əmr verildiyi kimi icra
edilir, Alıyanlıda xeyli kişi, günahı olduolmadı məhv edilir.
Mərkəz qaşısında məsələyə şərh verən Bağırov bəyin əsl
bolşevik (biletsiz), əsl kommunist, əsl Leninçi və proletarların
müdafiəçisi olduğunu bildirir, onun şəxsində çox böyük bir kom-
munisti itirdiklərini urək ağrısı ilə söyləyir. O, sözünün sonunda
Sultan bəy və Xosrov bəy qardaşları
114
qeyd edir ki, gərək bu kəndi tam məhv edəydik, lakin, biz dədə
babadan arvaduşağa əl qaldırmağı özümüzə rəva bilməmişik.
Hesab edirəm ki, elə burada oturanlar da mənimlə həmfikirdilər,
baxmayaraq ki, Müseyib bəy kimi kommunistə də əl qaldıran,
onunla bir süfrədə çörək yeyən, dostluq edən bu kişiləri həmin
əl dəymədiyimiz qadınlar bu dünyaya gətirmişlər. Amma, La-
çında Müseyib bəylə M.C.Bağırovun bu münasibətlərini demək
olar ki, heç kim bilmirdi. Odur ki Müseyib bəyin ailəsi də bü-
tün qohumövladaları kimi çox pis günə qalmışdı, yaşayış yerləri
tam məhv edilmişdi. Hətta sirf əkinsəpinlə, yaxud cüzi malqara
təsərrüfatı ilə məşğul olan və bəy adını öz soy adının sonunda
eşitməkdən, yaxud xeyirşərə gedəndə, yeganə bəy paltarını əyninə
keçirməkdən başqa heç nəyin sahibi olmayan bəylər də hədəfdə
idilər. Qaçanlar qaçmış, tutulanlar tutulmuş, öldürülənlər öldürül-
müş, digərləri bəyliyini danmış, hansının digər nəsillərlə qohu-
muqları varsaoralı olduğunu sorğusualda bildirmiş, soy adlarını
danmış, bir sözlə nəsl səcərələrindən etiraz etmişlər. Bəzən də tor-
paqlarını, heyvanlarını, mülklərini könüllü olaraq hökümətə, kol-
xoza verəndə belə, onları kolxoza götürməmişlər. Bu əziyyətlərə
dözməyən Müseyib bəyin xanımı (Sultan bəyin qohumu) Xurşud
xanım dünyasını dəyişəndə, iki kiçik yaşlıZeynəblə, Kamran
kiçik bir daxmada yiyəsiz qalırlar. Müseyib bəyin ata qohumla-
rından olan Əbdülkərim bəy “ÇK”nın sorğu sualından iflic olub,
yorğan döşək xəstəsi olmuşdur. Ona qulluq etməyə bir insanın
gücü çatmırdı. Amma, qohumövladı sağ olsunlar. Gündüz gələ
bilməyənlər, gecə gəlib kişiyə baş çəkir, əlindən gələni edirlər.
Zeynəblə Kamran da buraya gələr, Allah verəndən dadar, bəzən də
elə burada da gecələyərdilər. Belə gecələrin birində uşaqlara yazı-
ğı gələn Əbdülkərim bəy və xanımı Əsli xanım arasında Müseyib
bəylə Bağırovun əlaqəsindən qorxaqorxa olsa da, söhbət gedir.
Zeynəb böyük uşaq idi, özü də atası kimi qorxu nədi bilməzdi.
Səhərisi gün evlərindən 23 km aralıda “Kiş pəyələri”adlanan
yerdə yaşayan başqa bir qohumugilə gedir və bildirir ki, məni
aparın M.C.Bağırovun yanına, mən ona bizim günahsız oldu-
M.C.Bağırov, S.Sultan bəy, Ə.Müseyib bəy və ya kimdir günahkar?!
115
ğumuzu deyəcəyəm. Qohumlar pərişan olsalar da Zeynəbə söz
verirlər, havalar işıqkən qardaşının yanına qayıtmağı tövsiyə
edirlər. Zeynəbdən sonra burada qərara alınır ki, M.C.Bağırova
əhvalat haqda bir məktub yazsınlar və bəlkə də bu məktubu digər
qohumlar üçün də xeyri oldu. Elə də edirlər. Araflıda qalan yeganə
yazıboxumağı bacaran qohumun yanına gələrək Zeynəbin fik-
rini ona çatdırırlar. Həmin şəxs Zeynəbin adından uşaq xəttinə
bənzər xətlə sadə bir məktub yazıb, Bağırovdan kömək istəyirlər
və məktubu gecəynən gətirib Şuşadakı poçt məntəqəsinin qapı-
sından asılmış qutuya atırlar. Bir müddətdən sonra Laçın rayon
partiya təşlikatının katibi, polisi, icarəyə komitəsinin sədri xeyli
ərzaq, palpaltar və s. ilə gəlirlər. Bülövlük kəndində, kolxozun
sədrini, komsomolu da oraya çağıtdırırlar. Yerindəcə uşaqların
vəziyyəti ilə tanış olurlar, digər insanlarla söhbət aparırlar. Bu-
radakı adamlar Laçının katibinə bildirirlər ki, bəylikdən heç kim
və heç nə qalmayıb, burada qalanları da birbir yoxlaya bilərsiz.
Yığışmış insanlar bir–bir özlərini təqdim edirlər ki, məsələn mən
Piçənis kəndindənən, buraya gəlin gəlmişəm, özüm də yetimda-
ram, nə ərim qalıb, nə də ki, ərimin digər qohumları. Amma, bizi
də bəy kimi tuturlar, incidirlər, heç bir əsas olmadan harasa uzaq-
lara göndərirlər. Kiçik yaşlı uşağın təşəbbüsü ilə və Bağırovun
göstərişinə əsasən bu kənddə xeyli müddət əminamanlıq olur. La-
kin, bu da uzun çəkmir. Ətraf yaşayış yerindəki insanların siyasi
savadsızlığı və ya səviyyəsizliyi ucbatından ordaburda gizlənmiş
bəyzadələrin əməyə qayıdışı onlara baha başa gəlir. Biri kolxozda
biçin biçdiyi yerdən, digəri xırman döydüyü yerdən, başqa biri-
si isə gecələdiyi evdən sorğusualsız aparılmış, xüsusəndə oxu-
muşlar və bir daha eveşiklərinə dönməmişlər. Onu da deməliyik
ki, söylədiyimiz axırıncı hadisədən sonra Laçında Müseyib bəylə
Bağırovun münasibətləri hər yerə yayılır və Laçına yeni katib
gələndə də Müseyib bəyin oğlu Kamran bəyə və qızı Zeynəb xa-
nıma hər hansı qüsurlarına görə cəza verməkdən çəkinmişlər.
M.C.Bağırovu, Sultan bəyi və Müseyib bəyi ittiham etməyi
isə buraxırıq oxucunun və zamanın səlahiyyətinə...
|