Referat elmi rəhbər: Cəfərova Məhsəti Tələbə: Muradlı Mirkənan Bakı-2023 plan


Sosial idarəetmənin xarakterik xüsusiyyətləri və struktur ünsürləri



Yüklə 63,26 Kb.
səhifə2/4
tarix07.01.2024
ölçüsü63,26 Kb.
#206902
növüReferat
1   2   3   4
Muradlı Mirkənan 823C Sosiologiya

2. Sosial idarəetmənin xarakterik xüsusiyyətləri və struktur ünsürləri.
Qeyd etdiyimiz kimi, idarəetmənin sosiologiyası sosioloji biliyin spesifik sahəsidir; o, idarəetmənin sosial əsaslarını, dinamik sistemini, proseslərini, onların sosial funksiyalarını və prinsiplərini, idarəetmə qərarlarının xüsusiyyətlərini, idarəetmə fəaliyyətinin sosial tərəflərini, onların təşkilatlarda və cəmiyyətdə effektivlik dərəcəsini, idarəetmə sahəsindəki münasibətləri öyrənir.
Sosiologiya başlıca diqqəti sosial sistemlərin idarə olunması, başqa sözlə, sosial idarəetmə üzərində cəmləşdirir.
Sözün geniş mənasında sosial idarəetmə birliklərin, habelə müəyyən çərçivədə sosial hadisə və proseslərin idarə olunması deməkdir. Sözün məhdud mənasında isə o, idarəetmə subyektinin müəyyən fəaliyyət prinsiplərinə əsaslanmaqla idarəetmə obyektinin qarşısında məqsəd və vəzifələrin qoyulmasına, həmin obyektə təsirin rəngarəng vasitə, üsul və metodlarından istifadə etməklə onların həllini təşkil etməyə istiqamətləndirmək deməkdir.
Bioloji və texniki sistemlərin idarə olunmasından fərqli olaraq, sosial idarəetmə ən əvvəl qarşıya şüurlu surətdə məqsədlər qoyulması ilə səciyyələnir; həmin məqsədlər idarəetmə obyektinin səviyyə və miqyaslarından asılı olaraq diferensiallaşır. Məsələn, cəmiyyəti idarəetmə onun keyfiyyət spesifikasını saxlamaqla, onun sabit fəaliyyət göstərməsini, təkmilləşməsini, inkişafını təmin etməklə əlaqədardır. Təşkilatları idarəetmənin məqsədi ən əvvəl struktur bölmələrin ümumi vəzifələrin həllinə yönəlmiş səylərini əlaqələndirməkdən, onların fəaliyyətinin səmərəsini yüksəltməkdən ibarətdir. Fərdi səviyyədə isə idarəetmənin məqsədi işçilərin öz funksional vəzifələrini daha yaxşı həyata keçirməsinə şərait yaratmaqdır.
İdarəetmə cəmiyyətə onun istənilən inkişaf pilləsində daxilən xas olan xassədir; o, ən ümumi xarakter daşıyır, cəmiyyətin sistemli təbiəti, insan əməyinin ictimai kollektiv xarakteri, əməkdə və həyatın digər sahələrində qarşılıqlı təsirdə, ünsiyyətdə olmaq, öz fəaliyyət məhsulların mübadilə etmək zərurəti ilə şərtlənir.
Adətən kortəbii və şüurlu idarəetmə mexanizmlərini fərqləndirirlər. Kortəbii idarəetmə bir-biri ilə kəsişən müxtəlif qüvvələrin, təsadüfi faktların, amillərin sistemə təsirinin nəticəsidir. Şüurlu idarəetmə isə idarəetmə subyektləri (ictimai institutlar, təşkilatlar - ayrı-ayrı rəhbərlər) tərəfindən həyata keçirilir.
Sosial idarəetmə öz obyektinin spesifikası ilə şərtlənən bir sıra xüsusiyyətlərlə səciyyələnir:
1. Sosial idarəetmə insanların birgə fəaliyyətinin müxtəlif variantı mövcud olduğu şəraitdə meydana gəlir, bu fəaliyyətin normal axarını təmin edir, adamların davranışına nizamlayıcı təsir göstərir.
2. Sosial idarəetmə idarəetmənin həm obyektini, həm də subyektini, ictimai münasibətlərin xüsusi növünü - idarəetmə münasibətlərini nəzərdə tutur. Bu münasibətlər inteqral xarakter daşıyır; onlara obyektiv-subyektiv xüsusiyyətlər xasdır;
3. Sosial idarəetmə hakimiyyəti, avtoriteti, habelə iradi məqamları nəzərdə tutur.
4. Sosial idarəetmə insan fəaliyyətinin bir növü, onun ətraf mühitə fəal münasibətlərinin bir forması olduğundan həmin fəaliyyətin məqsəd və vəzifələrini, gedişini, vasitələrini də əhatə edir.
5. Müasir dünyada sosial idarəetmə siyasi xarakter daşıyır. İdarəetmədə insanların ictimai həyatının və fəaliyyətinin təkcə obyektiv tələbatları yox, həm də onların mənafeləri, maraqları nəzərə alınır. Bu mənafelər cəmiyyətdə qərarlaşmış mövqelərin saxlanılmasına yaxud yeniləşməsinə, dəyişilməsinə istiqamətlənə bilər.
Sosial idarəetmənin bilavasitə vəzifəsi sosial sistemdə, təşkilatda sosial nizam yaratmaqdır. Sosial nizam sosial sistemin mütəşəkkilliyini, sosial hərəkətlərin qaydaya salınmasını ifadə edir. Bu o deməkdir ki, sosial nəzarət mövcuddur, müəyyən məhdudiyyətlər, sanksiyalar, normalar fəaliyyətdədir, sosial hərəkətlərin uyğunluğu, əlaqələndirilməsi, sabitliyi təmin edilmişdir. Sosial nizam yaratmaq kimi mürəkkəb vəzifəni yerinə yetirmək üçün idarəetmə orqanı (idarəedici sistem) idarə olunan sistemlə müqayisədə daha yüksək sosial nizam səviyyəsinə malik olmalıdır. Bu, idarəetmənin ən ümumi qanunlarından biridir.
Sosial təşkilatlarda məqsədyönlü idarəedici təsirlə yanaşı sosial nizamın digər mənbələri (təşkilati qayda və özünütəşkil) də mühüm əhəmiyyət kəsb edir. Təşkilati qayda funksiyaların müəyyən səviyyədə ixtisaslaşmasını, sosial hərəkətlərin eyni istiqamətliliyini və sinxronluğunu təmin etməlidir. Təşkilati effekt yüksək olduqca qarşıya qoyulmuş məqsədlərə çatmaq imkanları da artır. Strukturlaşdırılmış sərt iyerarxik sistem bir tərəfdən sosial nizamın saxlanılmasına kömək edir, sosial hərəkətlərin qeyri-müəyyənliyini aradan qaldırır, digər tərəfdən isə idarəetmə strukturlarının bürokratlaşmasını gücləndirir. Sərt iyerarxiyanın qüsurlarını zəiflətməyə kömək edən əsas mexanizm özünütəşkildir. Sosial sistemlər yüksək dərəcədə özünütəşkil edən sistemlər kimi fəaliyyət göstərirlər. Ona görə də sosial idarəetmədə idarəetmə səyləri ilə sistemdə özünütəşkil meylləri arasında optimal nisbət olması mühüm şərtdir. Mövcud ictimai mütəşəkkilliklə sosial qrupların və ayrı-ayrı fərdlərin onun hüdudlarından kənara çıxma səyləri arasında meydana gələn ziddiyyətlərin həlli yollan axtarılmalıdır. Çünki sosial təşkilat təkcə müəyyən məqsədlərə çatmaq instrumenti yox, həm də müxtəlif mənafe və tələbatlara malik adamları birləşdirən spesifik birlikdir. Bundan əlavə, real sosial qayda nəticə etibarilə çoxpilləli və rəngarəng özünütəşkil proseslərindən ibarətdir. Deməli, özünütəşkil sosial təşkilatın mahiyyətli xüsusiyyətidir. Məhz özünütəşkil sayəsində təşkilat canlı orqanizm kimi fəaliyyət göstərir, sosial qaydanı vaxtı keçmiş normalardan xilas edir və yeniləşdirir, dəyişən şəraitə uyğunlaşa bilir. Özünütəşkil proseslərinin məhdudlaşdırılması təşkilati strukturların köhnəlməsinə, idarəetmə münasibətlərinin bürokratlaşmasına, sosial nizam yaratmaq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır və nəticədə idarəetmənin effektivliyi azalır.
Beləliklə, sosial idarəetmədə sosial nizamın üç mənbəyinə uyğun olaraq, idarəetmənin üç növündən bəhs etmək olar:
a) idarə olunan sistemə bilavasitə idarəedici təsir;
b) təşkilati qaydanı idarəetmə;
c) özünüidarə.

Yüklə 63,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin