Referat elmi rəhbər: Kazımova Xəyalə Tələbə: Ağazadə Türkan Bakı-2023 plan


Azərbaycan Respublikasının maliyyə siteminin ayrı – ayrı əlaqələrinin xarakteristikası



Yüklə 64,7 Kb.
səhifə2/4
tarix19.12.2023
ölçüsü64,7 Kb.
#185733
növüReferat
1   2   3   4
Ağazadə Türkan 421S Maliyyə

2. Azərbaycan Respublikasının maliyyə siteminin ayrı – ayrı əlaqələrinin xarakteristikası
Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir.
Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir: Azərbaycan Respublikasının dövlət büdcəsi; Bələdiyyələrin büdcəsi.
Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır.
Büdcədənkənar fondlar həm sosial və həm də iqtisadi xarakterli olurlar. Büdcədənkənar fondlar ciddi təyinata malikdir. Onların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrüfatçılığın bazar şəraitinə keçildiyi dövrdə aşağıdakı büdcədənkənar dövlət sosial fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu. Bu fondlar dövlət mülkiyyətində olub, maliyyə sisteminin müstəqil maliyyə - kredit idarələri kimi fəaliyyət göstərirdilər. Büdcədənkənar fondlar məqsədli təyinata (əhaliyə göstərilən sosial xidmətin maliyyələşdirilməsi) malikdir.
Sosial təyinatlı büdcədənkənar fondlarla yanaşı iqtisadi təyinatlı fondlar da yaradılır ki, onların hesabına dövlətin iqtisadi vəzifələrinin həll edilməsi tələbatı təmin edilmiş olur. İqtisadi fondlara misal olaraq Dövlət Yol Fondunu, Sahibkarlığa Kömək Milli Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondunu, Məşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondunu, Dövlət Neft Fondunu və s. göstərmək olar.
Qeyd etmək lazımdır ki, istər sosial təyinatlı və istərsə də iqtisadi təyinatlı fondlar müəyyən dövrlərdə yaradıla və ləğv edilə bilər. Belə ki, Azərbaycan Respublikasında yuxarıda sadalanan büdcədənkənar fondların əksəriyyəti ləğv edilmiş və xüsusi təyinatlı büdcə fondlarına çevrilmişlər.
Bütün büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri hesabına əmələ gəlir. Büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar AR – nın Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinədarlığında cəmləşdirilmişdir.
Dövlət krediti maliyyə sistemində xüsusi yer tutur. Dövlət krediti – öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasibətlərini ifadə edir. Dövlət krediti tədiyyələrin könüllü olaraq dövlət xəzinəsinə ödənilməsinə əsaslanır. Dövlət krediti dövlət istiqrazlarını, pul – şey lotoreyalarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti eyni zamanda dölətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır.
Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir.
Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər kommersiya və qeyri – kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır. Beləliklə, müəssisələrin maliyyəsinə maliyyə sisteminin aşağıdakı həlqələri daxildir: kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi; qeyri – kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi; dövlət və ya bələdiyyə müəssisələrinin maliyyəsi; ictimai təşkilatların (birliklərin) maliyyəsi.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə əsasən kommersiya təşkilatları elə hüquqi şəxslərdir ki, onun fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdir. Kommersiya təşkilatları olan hüquqi şəxslər istehsal kooperativləri, təsərrüfat orqanları və cəmiyyətləri, dövlət müəssisələri, bələdiyyə unitar müəssisələri formasında yaradıla bilərlər.
İstehsal – təsərrüfat fəaliyyəti prosesində müəssisələr öz xüsusi vəsaitlərini mənfəət, amortizasiya ayırmaları və məqsədli pul vəsaitləri fondlarının yaradılması hesabına formalaşdırır. Müəssisələr zəruri hallarda cəlb edilmiş vəsaitlərdən də istifadə edirlər. Cəlb edilmiş vəsaitlər isə: borc alınmış vəsaitlərdən (kredit formasında); səhm buraxılışı və onların satışı hesabına daxil olan səhm kapitalı; konkret investisiya layihələri iştirakçılarının pay vəsaitlərindən ibarətdir.
Müəssisələrin maliyyəsi mikroiqtisadiyyatın əsasını təşkil edir. Maliyyə resurslarının əksəriyyət hissəsi burada formalaşır. Maliyyə sisteminin ümumi durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və maliyyə resurslarının dəyərcə qiymətləndirilməsinin idarə edilməsinə, onların balanslaşdırılmasının təmin edilməsinə imkan verir. Müəssisələrin mənfəəti bütün səviyyəli büdcələrin gəlirlərinin formalaşdırılmasında həlledici rol oynayır. Büdcədən sosial sferanın, iqtisadiyyatın, investisiya proqramının, müdafiənin, ekologiyanın və s. maliyyələşdirilməsi təmin edilir.

Yüklə 64,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin