Referat elmi rəhbər: p e. n.,dosent Quliyev Novruz b akı 2021 MÜNDƏRİcat giRİŞ



Yüklə 58,06 Kb.
səhifə14/14
tarix02.01.2022
ölçüsü58,06 Kb.
#43891
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14
Refarat Xəyal Əhmədli

NƏTİCƏ VƏ TƏKLİFLƏR


Aparılan tədqiqatlar bizə aşağıdakı nəticələr çıxarmağa və Azərbaycanda mehmanxana biznesi infrastrukturunun daha da inkişaf etdirilməsinə yönəldilmiş bəzi elmi əsaslandırılmış tövsiyələr hazırlamağa imkan verdi. Tədqiqat nəticəsində bir sıra problemlər qeyd edilə bilər. Azərbaycanda mehmanxana biznesinin inkişafı aşağıdakı şəraitlər mövcuddur:

1. Avropa ilə Asiyanın kəsişməsində əlverişli coğrafi mövqe;

2.Azərbaycanın ölkəyə vacib iş tərəfdaşlarını cəlb etmək üçün iqtisadi potensialı var;

3. Hər il ölkədə çox sayda beynəlxalq tədbir keçirilir: siyasi, iqtisadi və mədəni forumlar, sərgilər.

Tədqiqat zamanı mehmanxana sahəsində bir sıra problemlər müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, bu kimi problemlər bu istiqamətin inkişafına mənfi təsir göstərir. Bu cür problemlərin nümunələri aşağıdakılardır:


  1. keyfiyyət problemi;

  2. qiymət problemi;

  3. viza ilə bağlı problemlər;

  4. yerləşdirmə ilə bağlı problemlər;

  5. sahibkarların fəaliyyətinin tənzimlənməsi problemləri;

  6. zəif beynəlxalq münasibətlər;

  7. innovasiyalardan zəif istifadə;

  8. texniki problemlər və s.

Əvvəla, dövlət bu sahəyə daha çox diqqət yetirməli, sərmayə üçün şərait yaratmalı, mehmanxana sənayesinin inkişafına mane olan bütün problemləri araşdırmaq üçün tədbirlər görməlidir. Həmçinin mehmanxalarda və bu tipli müəssisələrdə qiymətlər üzrə amilini tənzimləmək və xidmət səviyyəsini yüksəltmək lazımdır. Mehmanxana biznesi turizm sahəsinininkişaf etməsi üçün əsas əhəmiyyət kəsb edir. Başqa yanaşmadan mehmanxanaların fəaliyyətinin tənzimlənməsini təkmilləşdirmək və bu sahəyə ixtisaslı mütəxəssisləri cəlb etmək lazımdır.

Aşkar edilmiş çatışmazlıqlar nəzərə alınmaqla mövcud problemlərə aşağıdakı həll yolları təklif edilə bilər:



  • maddi-texniki bazanın və xidmət standartlarının beynəlxalq səviyyəyə çatdırılması;

  • mütəmadi olaraq mehmanxana işçiləri üçün təlim və tədris seminarlarının keçirilməsi;

  • ölkənin regionlarında kiçik mehmanxana seqmentinin genişləndirilməsi;

  • respublika və beynəlxalq əhəmiyyətli kurortların inkişafı üçün yeni proqramların hazırlanması.

Mehmanxanalarda göstərilən xidmətlərin keyfiyyətini artırmaq üçün aşağıdakı istiqamətlərdə işlər aparılmalıdır:

  • xidmətlərin keyfiyyətinin diaqnostikası və standartların hazırlanması;

  • müştərinin tələbi əsasında sorğu keçirərkən müəssisənin praktik təcrübəsini tətbiq etmək;

  • işçilər konsepsiyasında xidmət standartlarının tətbiqi və qəbulu üzrə təlimlərin keçirilməsi;

  • otel işçilərinin dil biliklərinin artırılması;

  • oteli tanıtmaq üçün müxtəlif marketinq vasitələrindən istifadə edilməsi.

Bu gün müştəri xidmətinin keyfiyyəti mehmanxana biznesinin təşkilində mühüm fəaliyyət sahəsi hesab edilməlidir. Müştəri xidmətinin keyfiyyəti mehmanxananın rəqabət qabiliyyətinin vacib bir parametridir, xidmətlərin həyata keçirilməsi mehmanxana biznesinin iqtisadi fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan xidmət proseslərinin davamlı təkmilləşdirilməsi bu gün Azərbaycanda mehmanxanaların böyük əksəriyyəti üçün vacib olan mehmanxana idarəçiliyinin təkmilləşdirilməsinin ayrılmaz hissəsidir. Tədqiqat nəticəsində müəssisələrin hədəf auditoriyasını başa düşmək və marketinq hədəflərini hədəf auditoriyasına uyğunlaşdırmaqla müştəri sadiqliyini təmin etmək mümkündür.



Yüklə 58,06 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin