Mövzunun aktuallığı. Ölkəmizdə turizm sahəsi inkişafını sürətlə davam etdirir. Turizm sahəsinin genişlənməsi bir çox sahələrdə öz müsbət təsirini göstərməkdədir. Qədim zamanlardan bəri Azərbaycanın tranzit təsislərində və qədim ticarət yollarında yerləşməsi ölkədə yaşayış yerlərinin formalaşmasına və inkişafına səbəb olmuşdur. Müasir dövrdə ölkəmizdə mehmanxana biznesinin inkişaf etdirilməsinə ehtiyac çoxdur. Mehmanxanalar turizm sənayesinin bir qoludur, onun formalaşması, inkişafı və işləməsi üçün şərait yaradır. Mehmanxana biznesinin inkişafı ölkədə dövlət tərəfindən nəzarətdə saxlanılan sahə kimi çıxış edir.Mehmanxana biznesinin dövlət tərəfindən tənzimlənməsi, sənayenin qanunlar çərçivəsində fəaliyyəti, xidmət və məhsulların keyfiyyəti, vergilərin qanuni yığılması və s.təmin olunur. Buna görə də beynəlxalq mehmanxana biznesinin təcrübəsindən yaralanmaq və ölkəmizdə tətbiq etmək əsas prioritet məsələlərdən biridir. Bunun üçün də indiki zamanda bu mövzu öz aktuallığını saxlamaqdadır.