DİSSERTASİYA İŞİNİN ƏSAS MÜDDƏALARI
Dissertasiya işinin girişində mövzunun aktuallığı, tədqiqatın məqsədi, vəzifələri, dissertasiya işinin predmeti, obyekti , tədqiqatın metodları, elmi yenilikləri, strukturu və həcmi , praktiki əhəmiyyəti verilmişdir.
Dissertasiya işinin 1ci fəslində mehmanxana fəaliyyətinin nəzəri metodoloji əsasları təhlil olunmuşdur. Bu fəsildə mehmanxana fəaliyyəti ilə bağlı nəzəri tədqiqatlar öz əksini tapır.
Mehmanxana biznesi-hər bir fərdi müəssisənin uğuru təkcə özəl idarəetmə qərarlarının axınından, turizm xidmətləri bazarının inkişafındakı ümumi meyillərdən və bütövlükdə ümumi iqtisadi vəziyyətdən deyil, həm də sənayenin spesifik xüsusiyyətlərindən asılıdır.
Müasir şəraitdə mehmanxana biznesi yerləşmə ilə bağlı xidmətlərin göstərilməsinə yönəlmiş dinamik inkişaf edən iqtisadi fəaliyyət sahəsidir. Bu sahədəki müəssisə subyektləri mehmanxana müəssisəsini idarəetmə obyekti kimi səciyyələndirmək üçün zəruri olan bir sıra spesifik xüsusiyyətlərə malikdir.
Dostları ilə paylaş: |