1. İlk addımlar. Windows 7-nin işə salınması
Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin modifikasiyaları aşağıdakılardır.
1. Windows 7 Starter Edition. Bu Windows 7- in ilkin versiyası sayılır. Bu versiya az sayda funksiyalardan ibarət olur. Bu versiyada üç ölçülü interfeys olmur. Bu versiyada eyni zamanda maksimum üç sayda proqramı işə salmaq olur. Həm də bu modifikasiya lokal şəbəkə ilə işləmək üçün heç bir vasitəyə malik olmur.
2. Windows 7 Home Basic. Bu modifikasiya Windows 7 Starter Edition- dən nisbətən təkmil versiyadır. Bu modifikasiyada İnternet Explorer brauzeri və Defender müdafiə modulu yerləşdirilmişdir. Burada da üç ölçülü interfeys yoxdur. Bu modifikasiyada çox istifadəçili rejim də vardır.
3. Windows 7 Home Premium. Bu modifikasiya genişləndirilmiş ev versiyası adlandırılır. Burada bir çox geniş imkanlar vardır. Məsələn, burada Windows Media Center proqramı vardır. Bu proqram yüksək dəqiqlikli televiziyanı (HDTV) dəstəklyir, televerilişləri yaza bilir. Bu modifikasiya Fotoalboma və üç ölçülü interfeysə malikdir.
4. Windows 7 Ultimate. Bu modifikasiya ən təcrübəli və tələbkar, ciddi fərdi istifadəçilər üçün nəzərdə tutulmuşdur. Bu versiya özündə əməliyyat sisteminin ev və biznes versiyalarını birləşdirir. Bu modifikasiya həmçinin bərk diski şifrələmək üçün proqram tipli yeni modullara da malikdir. Belə proqram tipli modullar BitLocker adlanır. Onu da qeyd edək ki, bu modifikasiyaların hər birinin də 32 bitli və ya 64 bitli versiyaları da olur.
Windows 7-də idarəetmə vasitələri
Siçan və taçpad
Ümumiyyətlə Windows əməliyyat sistemlərinin bütün versiyalarının, o cümlədən Windows 7 əməliyyat sisteminin idarə edilməsi siçan qurğusunun köməyilə həyata keçirilir. Windows 7 əməliyyat sistemində siçan qurğusunun düymələri və kursor, bunlar ikisi də əsas idarəedici elementlər sayılır. Hər hansı bir proqramı yerinə yetirmək üçün, pəncərəni açmaq üçün və s. üçün sizə Windows interfeysindən uyğun elementin (nişanın, menyunun bölməsinin) üzərinə siçanın göstəricisini gətirmək lazımdır və siçanın sol düyməsini basmaq lazımdır. Windows əməliyyat sistemlərinin Windows 98-ə qədər olan versiyalarında bir sıra hallarda (məsələn, proqramı işə salanda və ya faylı açanda) «iki dəfə silkmə» adlandırılan əməliyyat tətbiq olunurdu (aralarında az zaman intervalı olan yerinə yetirilən iki silkmə). «İki dəfə silkməni» mümkün qədər tez etməyi öyrənmək üçün bir az məşq etmək lazım gəlirdi. Lakin Windows ME və ya Windows XP əməliyyat sistemlərində əmr vermək üçün daha əlverişli variantı– sol düymə ilə bir dəfə silkməni seçmək lazımdır. Windows- un bu idarəetmə qaydası İnternet səhifələrində bir səhifədən digərinə keçmək üçün həmişə hiper əlaqəyə bir dəfə silkməyin kifayət etdiyi əməliyyata uyğunlaşdırılmışdır. Siçan qurğusunun əsasən iki düyməsi və bəzən də onların tam arasında yerləşən kiçik çarx yerləşir. Sol düymənin köməyilə bu və ya digər əməliyyatı yerinə yetirməyə, proqramları işə salmağa, pəncərələrin açılmasını və bağlanmasını həyata keçirməyə əmrlər vermək olur. Sol düymənin daha bir funksiyası– obyekti qeyd etməkdir, seçməkdir. Siçanın sol düyməsini sıxdıqda və onu dərhal buraxmadıqda, silkmədəki kimi sıxılmış saxladıqda və əgər bu zaman kursoru (siçanın göstəricisini) məsələn, mətn üzrə və ya işçi stol üzrə apardıqda həmin mətn hissələri və ya obyektlər qeyd olunacaqdır. Qeyd olunmuş obyektlərlə bir obyekt kimi işləmək olar: yəni onları birlikdə silmək, yenidən adlandırmaq və kopyalamaq olar. Sol düymənin növbəti funksiyası– obyektləri kompüterin ekranında dartıb aparmaqdır. Dartıb aparma obyektin üzərinə siçanın sol düyməsini sıxmaqla və siçanın yerdəyişməsi yolu ilə yerinə yetirilir. Bu funksiya Windows əməliyyat sisteminin fayl menecerlərində işləyən zaman və ya işçi stolu idarə edən zaman istifadə edilir. Siçanın sağ düyməsinin ancaq bir, lakin çox faydalı funksiyası var. Bu kontekst menyusunu ekrana çıxarma funksiyasıdır. Siçan qurğusunun düymələrinin arasındakı sadə kiçik çarx həddən artıq faydalı işlər, məsələlər yerinə yetirə bilir: uzun sənədi və ya İnternet səhifələrini «vərəqləmək», multimedia-proqramlarında səsi tənzimləmək, DVD-disklərdə filmlərin sürətli fırlanmasını işə salmaq, həmçinin işləyən proqramdan asılı olaraq çoxlu sayda digər əməliyyatları da yerinə yetirmək olur. Onuda qeyd edək ki, noutbuklarda siçanı əvəz etmək üçün “taçpad” nəzərdə tutulmuşdur. Taçpad toxunmağa həssas olan xüsusi kiçik sahədir. Burada siçanın kursorunu idarə etmək üçün bu sahə üzərində barmağı hərəkət etdirmək lazımdır, proqramı işə salmaq və ya fayl açmaq üçünsə siçanın sol düyməsinin yerinə, sadəcə taçpada sıxmaq lazımdır. Bununla belə siçanın düymələrinə analoji düymələr də taçpadın aşağı hissəsində vardır. Buna baxmayaraq, bəzən noutbuklara adi mini siçanlar da qoşurlar.
Dostları ilə paylaş: |