Referat Fakultə: Biznes və menecment İxtisasın adı: İnformasiya Texnologiyaları Tələbə: Hacıyeva Nərmin Qrup: 1020s



Yüklə 1,11 Mb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü1,11 Mb.
#43993
növüReferat
1   2   3   4   5
1Windows 7 əməliyyat sistemi.

3. Menyu

İşçi masanın hər bir obyektilə, hər bir qovluqla və ya nişanla çoxlu müxtəlif əməliyyatlar yerinə yetirmək olur. Məsələn, işə salma və ya açma əməliyyatı. Lakin digərləri də vardır. İstənilən nişanı və ya qovluğu yenidən adlandırmaq, silmək, kopyalamaq və ya yerini dəyişdirmək olar. İstənilən obyektin göstəricisini (yarlıkını) yaratmaq olar. Nəhayət, istənilən obyektin xarici görünüşünü, onun xassələrini dəyişdirmək olar.

Kontekst menyusu Kontekst menyusunda əməliyyatların sayı və çeşidi obyektdən asılı olaraq fərqlənir. Məsələn, elə əməliyyatlar var ki, onlar yalnız fayllara aiddir, elə əməliyyatlar da var ki, onlar yalnız qovluqlara aiddir. Beləliklə obyektlərlə bağlı əməliyyatların universal siyahısı yoxdur. Belə hallarda Windows əməliyyat sisteminin Kontekst menyusu adlanan faydalı funksiyası kömək edir. Əgər siçanın göstəricisini müəyyən obyektin üzərinə qoyub və siçanın sağ düyməsini sıxsaq, onda Kontekst menyusu meydana gələcəkdir. Burada həmin obyektə aid olan əməliyyatların siyahısı çıxacaqdır.

Start(Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi

Windows əməliyyat sisteminin əvvəlki versiyalarında da ən əsas obyektlərdən biri də Start (Пуск (Başlat)) düyməsidir. Windows 7 əməliyyat sistemində bu düymənin daxilində adı yazılmır, formasıda dəyişdirilmişdir və dairəvi şəklə salınmışdır, lakin öz funksiyasını saxlamışdır: bu yenə də əvvəlki versiyalardakı kimi Windows- un genişlənmiş “anbarına” girişi təmin edir. İdarəetmə panelinə də istinad bu düymədə yerləşmişdir. Burada həmçinin digər “sistem” istinadları da, məsələn, Компьютер (Computer (Kompüter)) qovluğuna, şəxsi sənədlər qovluğuna istinadlarda burada yerləşmişdir. Əsasən Start (Пуск (Başlat)) düyməsinin daxilində sizin kompüterdə quraşdırılmış bütün proqramların qısa yolları (yarlıkları) saxlanılır. Onu da qeyd edək ki, Windows XP- dəki Start (Пуск (Başlat)) menyusu və Windows 7/8- in Start menyusu tamamilə başqa cür görünür, lakin onlarla işləmə prinsipi dəyişməz qalır. Windows 7- də Start (Пуск (Başlat)) menyusu iki sütundan ibarətdir. Sol sütunda bizim tez- tez istifadə etdiyimiz proqramların nişanları, həmçinin Windows- un bir sıra xidməti proqramlarının (Kalkulyator, ekranın çəkilişlərini yaratmq üçün Ножницы (Shipping Tool (Qayçılar)), Paint (Boyama) qrafiki redaktoru, Windows Media Player ifaedicisi) nişanları yerləşir. Burada bəzi nişanların sağında ox işarəsi görünür. Bu oxun üzərində siçanı sıxdıqda, bu proqramda sonuncu açılmış sənədlərin siyahısı açılır. Bu sütunda nişanlar daimi dəyişir. Bu nişanlardan hansısa biri sizə lazım olmazsa, onu asanlıqla paneldən yox etmək olur, onun üçün həmin bölməni seçib və uyğun kontekst menyusundan Удалить из этого списка (Remove from this list (Bu siyahıdan sil)) əmrini seçmək lazımdır. Bu sütundakı nişanların altında Все программы (All Programs (Bütün proqramlar)) yazısı yerlışir. Bu bölmə kiçik oxla təhciz olunmuşdur. Burada sizin kompüterinizdə quraşdırılmış bütün proqramların nişanları yerləşir. Bu bölmənin aşağısında isə həmçinin axtarış sətri də yerləşir. Windows 7- də yaxşı axtarış vasitəsi vardır. Bunun vasitəsilə sizin kompüterdə açar sözlər əsasında istənilən sənədi asanlıqla tapmaq olur və ya hətta əgər siz poçtu Şəbəkədə deyil, Windows Mail Live kimi proqramında saxlayırsınızsa, onda elektron məktubları da həmin qayda ilə asanlıqla tapmaq olur. Sağ sütunda isə ən faydalı qovluqlara istinadlar və Windows əməliyyat sisteminin idarəedici modulları yerləşir. Burada ilk dörd sətrdə sizin musiqi kolleksiyalı, sənədli, filmli və fotoşəkilli fərdi qovluqlarınıza istinadlar, həmçinin sizin multimedialı Kitabxana kataloqunuza istinadlar yerləşir. Burada növbəti nişan Компьютер (Computer (Kompüter)) adlanır. Компьютер (Computer (Kompüter)) istinadı Windows 7 əməliyyat sistemində fayl menecerinin pəncərəsini açır. Bunun sayəsində sizin kompüterinizdə quraşdırılmış bütün informasiya daşıyıcılarına daxil ola bilmə imkanı əldə edirsiniz.



Baş menyu

Sağ sütunun növbəti bölmələri aşağıdakılardır.

 Панель управления (Control Panel (İdarəetmə Paneli)). Bu bölmə Windows 7- nin əsas “idarəetmə mərkəzinə” girişi təmin edir. Burada Windows 7- in bütün tənzimləmə vasitələri vardır.

 Программы по умолчанию (Default programs (Susmaya görə Proqramlar)). Bu yeni bölmə bizə müəyyən növ sənədləri hansısa konkret proqramla əlaqələndirməyə imkan verir. Məsələn, MP 3- sənədlərini həm standart Windows Media Player proqramı ilə, həm də digər proqramlarla, məsələn, AİMP və ya Foobar 2000 proqramlarının köməyilə ifa etmək olur. Filmlərə də standart ifaedicilərdə deyil, Windows Media Classic proqramında baxmaq rahatdır. Nəhayyət, elektron poçtu biz ya Windows Live poçt proqramının köməyilə, ya da The Bat və ya Microsoft Outlook proqramları ilə oxuya bilərik. Əvvəllər bu məqsədələ Windows əməliyyat sistemi bizim istifadə edəcəyimiz proqramı özü seçirdi. İndi isə Windows 7- də nəhayyət ki, məşhur proqramların sərbəst seçə bilmək imkanı əldə edilmişdir.

 Справка и поддержка (Help and Support (Kömək və Dəstək)). Bu bölmə vasitəsilə Windows 7 üzrə müfəssəl elektron dərsliyə daxil olmaq olar. Onu da qeyd edək ki, Windows 7- də operativ sorğu sistemi F1 klavişası ilə işə düşür. Пуск (Start (Başlat)) menyusunun sağ sütununun aşağı hissəsində kompüteri söndürməyə xidmət edən xüsusi düymə yerləşmişdir. Bu bölmə Завершение работы (Shut down (Söndür)) adlanır. Bu bölmədə də bir neçə alt bölmələr də vardır (Şəkil). Onlar bu bölmənin sağ küncündəki ox işarəsi ilə aktivləşirlər.

Burada aşağıdakı bölmələr vardır.

 Сменить пользователя (Switch user (İstifadəçini dəyiş)). Bu bölmə kompyuter çox istifadəçili rejimdə işləyirsə, yəni bir neçə “Fərdi konfiqurasiyalar” vardırsa, onda bu bölmə vasitəsilə kompyuterdə bir istifadəçi rejimindən digərinə kompyuteri yenidən yükləmədən keçməyə imkan verir.

 Выйти из системы (Log off (Seansı bitir)). Bu bölmə kompüteri yenidən yükləməyin bir növ yüngül formasıdır. Bu əmri fəallaşdırdıqda kompüter qrafiki örtüyü və əlavə xidməti proqramları yenidən yükləyir, əməliyyat sisteminin nüvəsi isə yaddaşda qalır.

 Блокировать (Lock (Kilidlə)). Bu əmri fəallaşdırdıqda Windows bütün ekranı və orada yerləşən hər şeyi gizlədir və bu zaman ekranda yalnız “ekran fonu” qalır. Bundan sonra yenidən işçi rejimə qayıtmaq üçün yalnız öz qeydiyyat parolunuzu daxil etməlisiniz.

 Перезагрузкa (Restart (Yenidən başlat)). Bu bölmə isə Windows- u tam şəkildə yenidən yükləməyə xidmət edir.

 Сон (Sleep (Yuxu)). Bu rejim kompyuteri söndürəndə bütün açılmış pəncərələri və işə salınmiş proqramları yaddaşda saxlamağa imkan verir.

 Гибернация (Hibernate (Mürğüləmə)). Bu bölmə cari seansı yaddaşda saxlayaraq kompüteri söndürür. Bu zaman kompüteri yenidən işə salanda Windows 7 əməliyyat sistemi cari seansı bərpa edir.




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin