Referat Fakultə: Biznes və menecment İxtisasın adı: İnformasiya Texnologiyaları Tələbə: Hacıyeva Nərmin Qrup: 1020s


İş masasında yerləşən piktoqramlar (nişanlar)



Yüklə 1,11 Mb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü1,11 Mb.
#43993
növüReferat
1   2   3   4   5
1Windows 7 əməliyyat sistemi.

2. İş masasında yerləşən piktoqramlar (nişanlar)

İstifadəçilərinin işləməsi üçün Windows-un starda olan ekranı İşçi masa adlanan sistem obyektindən ibarətdir. İşçi masa– Windows əməliyyat sisteminin obyektləri və Windows- un idarəetmə elementləri əks olunan qrafiki mühitdir. Verilmiş əməliyyat sistemində kompüterlə işlədikdə bizim işlədiyimizin hamısını ya obyektlərə, ya da idarəetmə elemetlərinə aid etmək olar. Windows 7 əməliyyat sistemi yeni quraşdırıldıqda, başlanğıc vəziyyətdə işçi masada yalnız yüxarı sağ küncdə təkcə Корзина (Recycle Bin (Səbət)) nişanı yerləşir (şəkil 5.1). Lakin qısa müddətdən sonra İşçi masa çoxlu nişanlar dəstəsi ilə dolur, məsələn, bizim quraşdırdığımız proqramların əksəriyyəti, həmin an İşçi masada öz xüsusi nişanlarını qeyd edirlər. Nişanlar– bu, Windows obyektlərinin qrafiki təsviridir, məsələlər paneli isə – əsas idarəetmə elementlərindən biridir.



Hər bir proqram özünün xüsusi kataloqunda yerləşir və İşçi masa mahiyyətcə ən əsas kataloqdur. Əgər biz hər hansı bir proqramı İşçi masada yerləşdirmək istəyiriksə məsələn, Microsoft Word proqramını, onda bu proqramı winword.exe faylı işə salır, hansı ki, Word-ün digər faylları isə bununla birlikdə C:\ Proqram Files\ Microsoft Office\ Office\ qovluğunda yerləşir. Bu faylı hər hansı bir digər qovluğa, o cümlədən İşçi masaya yerini dəyişdirmək olmaz, yoxsa proqram işləməz. Lakin işçi masada onun göstəricisini (qısayolunu) yaratmaq olar. Bu nişan proqramın özünün nişanından ancaq küncündəki oxla fərqlənəcək, lakin əvəzində istifadəçiyə həqiqətən qeyri-məhdud imkanlar verir. Proqramın və ya sənədin özünə ehtiyat etmədən, çəkinmədən nişanı yenidən adlandırmaq və ya yox etmək olar, istənilən dəyişikliklərdən onlar toxunulmaz qalırlar. Proqramın özünün göstəricisini (qısayolunu) biz kompüterdə hara yerləşdirsək də yarlıklar qovluqda yerləşmək, olmaq tələb etmir. Göstəricinin (qısayolun) daxilində proqramın özü deyil, yalnız proqramın dəqiq ünvanını saxlayan istinad yerləşir. Windows- da göstəricilərdən də (qısayollardan da) adi fayllardan ibarət olan qovluqlara oxşayan xüsusi qruplar yaradılır. Onlar faylları deyil, ancaq bizə lazım olan faylların-proqramların və sənədlərin göstəricilərini (yarlıklarını) saxlayır. Belə «göstəricili» («qısayollu») struktura çox gözəl misal Start (Пуск (Başlat)) menyusudur. Beləliklə, İşçi stolda normal, mükəmməl, qiymətli proqram nişanları praktik olaraq yoxdur, lakin nişanları müəyyən «oxlar» daşımayan («Kомпьютер (Computer (Kompüter))», «Kорзина (Recycle Bin (Səbət))» qovluqları) obyektlər isə özlərində İşçi masadan yox edilmələri, silinmələri, ya sadəcə mümkün olmayan, ya da kompüterin işinə təsir etməyən xüsusi proqram obyektləri ifadə edirlər Windows əməliyyat sistemində, istənilən obyektin göstəricisini (qısayolunu) yaratmaq bir neçə metodla mümkündür. Onlardan ən sadəsi– sürüşdürmək metodudur. Lazım olan nişanın üzərinə kursoru qoymaq, sonra siçanın sağ düyməsini sıxmaq və onu buraxmadan, obyekti lazım olan qovluğa və ya İşçi stola sürüşdürmək, sonra siçanın düyməsini buraxmaq lazımdır. Bundan sonra açılmış kontekst menyusundan Создать ярлык (Create shortcuts here (Qısayolları burada yarat)) bölməsini silkmək lazımdır. Bununla da göstərici (qısayol) yaratmaq əməliyyatı yekunlaşacaqdır. İşçi masada göstərici (qısayol) yaratmağın başqa bir yolu Kontekst menyusundan istifadə etməkdir. İşçi masada göstərici (qısayol) yaratmaq üçün İşçi masanın istənilən boş yerində siçanın sağ düyməsini sıxmaq lazımdır. Bu zaman açılan Kontekst menyusundan Создать (New (Yeni)) bölməsinin Ярлык (Shortcut (Qısayol)) əmrini seçmək lazımdır. Bu zaman açılan pəncərədən uyğun sahəyə göstəricisı (qısa yolu) yaradılacaq obyektin yerləşdiyi ünvanı daxil etmək lazımdır (məsələn, faylın tam adını). Bu ünvanı dəqiq bilmədikdə isə həmin sahənin sağ tərəfindəki Обзор (Browse... (Bax...) düyməsini sıxmaqla göstəricisı (qısayolu) yaradılacaq obyektin yerini axtarıb tapmaq olur, bu zamanda həmin obyektin yerləşdiyi ünvan həmin sahədə avtomatik olaraq əks olunacaqdır. Bundan sonra isə həmin pəncərədə Далее (Next (Növbəti)) düyməsinə sıxmaq lazımdır. Bundan sonra açılan pəncərədə isə yaradılmış göstəriciyə (qısa yola) ad daxil etmək tələb olunur, bu adı daxil edib və Готово (Finish (Son)) düyməsini sıxsanız bundan sonra həmin adla İşçi masada göstəricisı (qısayolu) yaradılacaqdır. İşçi masada nişanları istənilən qaydada yerləşdirmək olar. Burada lazım olan nişanın üzərinə nişanın üzərinə siçanın göstəricisini qoyub və sol düyməni sxaraq, onu buraxmadan siçanı sürüşdürməklə həmin nişanı başqa bir yerə daşımaq olar, məsələn, məsələlər panelinə yerləşdirmək olar. Əgər İşçi masada dağınıq şəkildə yerləşmiş nişanları səliqəli şəkildə qruplaşdırmaq üçün İşçi masanın istənilən boş yerində siçanın sağ düyməsini sıxmaq lazımdır. Bu zaman açılan Kontekst menyusundan Вид (View (Görünüş)) bölməsindən Упорядочить значки автоматически (Auto arrange icons (Avtonizamlama piktoqramları)) əmrini seçmək lazımdır.

3. Pəncərələr

Windows əməliyyat sisteminin əsas elementlərindən biri də pəncərədir, ancaq ən əsası da deyil. Kompüterlə işləyən zaman gördüyümüz, işlədiyimiz bütün əməliyyatlar ya işçi stolda baş verir, ya da hər hansı bir pəncərədə. Məhz ona görə də bütün əməliyyat sistemini onun adı ilə adlandırmışlar. Windows əməliyyat sisteminin bütün proqramları pəncərələrdə açılır. Qovluqlar da pəncərə şəklində açılır (şəkil 5.2). Pəncərə ölçülərinin öz istəyimizə uyğun olması üçün onları çəkib genəltmək və yığmaq olur. Windows-da pəncərələr standartdırlar, proqramı da, sənədi də və ya qovluğu da açdıqda onların pəncərə təsvirləri eyni olacaq, sanki bunlar eynidirlər.



Qovluq pəncərəsi

Windows əməliyyat sistemində pəncərə– yuxarısında açılmış qovluq haqqında və ya bu pəncərədə yüklənmiş proqram haqqında məlumat yerləşən çərçivədən ibarətdir. Windows əməliyyat sistemində əsas pəncərə növlərindən biri də qovluq pəncərəsidir. İstənilən qovluğu Windowsda öz pəncərəsində açmaq olur. Eyni vaxtda açılmış pəncərələrin sayı kifayət qədər çox ola bilər və bu konkret kompyuterin parametrlərindən asılıdır. Oxşar idarəetmə elementlərinə və tərtibatına görə pəncərələrin digər növlərini də qeyd etmək olar: dialoq pəncərəsi, sorğu sisteminin pəncərəsi, əlavələrin (proqramların) işçi pəncərələri, bir çox əlavələrin (proqramların) pəncərələrinin daxilində ayrı- ayrı sənədlərin pəncərələri də ola bilər. Bir açılmış pəncərədən digərinə keçmək üçün siçanı pəncərələrin üzərinə silkmək və ya Məsələlər panelində onun istinadına sıxmaq lazımdır. Lakin daha asan yol Alt və Tab klavişlərinin kombinasiyalarının istifadəsidir. Bu zaman ekranda açılmış bütün pəncərələrin siyahısını özündə saxlayan rahat menyu çıxacaqdır. Burada isə Alt klavişasını buraxmadan Tab klavişasının köməyilə sizə lazım olan pəncərəni seçin (və ya onun üzərinə sadəcə siçanı sıxın), bundan sonar düymələri buraxmaq olar. Bu zaman sizin seçdiyiniz pəncərə aktiv olacaqdır və digərlərinin üzərində yerləşəcəkdir. Windows 7- də adı menyu ilə yanaşı, məşhur Aero interfeysinin bir hissəsi olan Aero Pick adlı üçölçülü “dəyişdiricilər” də meydana gəlmişdir (Şəkil). Bu interfeys növünə Win və Tab klavişlərinin kombinasiyaları vasitəsilə keçmək olur. Bu funksiyanı Microsoftun əməkdaşları Linux əməliyyat sistemindən götürmüşlər. Bu interfeys növü ilə İşçi masada açılmış pəncərələrdən birindən o birisinə çox asanlıqla keçmək olur.

Windows 7- də ekranda açılmış bütün pəncərələri bükməklə ekrandan götürərək İşçi stolu təmizləmək üçün ya Win və probel klavişlərinin kombinasiyalarını istifadə etmək, ya da sadəcə siçanın köməyilə ekranın aşağı sağ küncündə yerləşən xüsusi parçaya sıxmaq lazımdır. Burada da Aero Pick xüsusiyyəti vardır, xüsusi parçanın üzərinə sadəcə kursoru gətirdikdə, onda İşçi stolun ekranı üzə çıxıraq görsənir. Bu zaman siçanın düyməsini sıxdıqda pəncərələrin hamısı bükülərək İşçi stoldan yox olurlar.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin