Referat Fakultə: Biznes və menecment İxtisasın adı: İnformasiya Texnologiyaları Tələbə: Hacıyeva Nərmin Qrup: 1020s



Yüklə 1,11 Mb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü1,11 Mb.
#43993
növüReferat
1   2   3   4   5
1Windows 7 əməliyyat sistemi.

5. Tapşırıqlar paneli

Məsələlər (Tapşırıqlar) paneli Məsələlər (Tapşırıqlar) paneli ekranın aşağı hissəsində yerləşir. Bu panel Windows əməliyyat sisteminin bütün versiyalarında vardır, lakin Windows 7- də bu daha maraqlı, rahat və müxtəlif funksiyalarla doldurulmuşdur. Ona görədə onun istifadəsi çox rahatdır. Bu yenilənmiş tapşırıqlar paneli (Task bar) Windows 7- in əsas xüsusiyyətlərindən biridir. Tapşırıqlar panelində ilkin olaraq üç nişan olur: Bələdçi nişanı (bu sizin kompüterin fayl meneceridir), Windows Media universal ifaedicisidir və brauzer (İnternetdə işləmək üçün proqram). Məsələlər (Tapşırıqlar) paneli təkcə bu nişanlarla məhdudlanmır. Buraya istənilən proqramın nişanını siçan vasitəsilə sürüşdürərək də yerləşdirmək olur və o da həmçinin əsas və hər zaman daxil olma imkanına malik olan nişana çevrilir, yəni hər zaman məsələlər panelində olur. Windows 7- də açdığımız istənilən proqramın da nişanı müvəqqəti olaraq onlar bağlanana qədər məsələr panelində əks olunur. Əgər onların da nişanını məsələlər panelində uzun müddətli qalmasını istəyirsinizsə, onda onun nişanı üzərində siçanın sağ düymsini sıxıb, açılan pəncərədən isə Закрепить программу на Панели задач (Pin this program to taskbar (Bu proqramı tapşırıq panelinə daxil et)) əmrini seçmək lazımdır. Eyni qayda ilə istənilən nişanı da məsələlər panelindən yox etmək olur (bu zaman isə siçanın sağ düyməsilə açılan pəncərədən Изъять программу из Панели задач (Unpin this program from taskbar (Bu proqramı tapşırıq panelinindən çıxart)) əmrini seçmək lazımdır (şəkil 5.5)).



Ən maraqlısı isə Məsələlər panelinin köməyilə artıq açılmış proqramların pəncərələrini idarə etmək olur. Aydındır ki, hər bir açılmış pəncərəni “bükərək” onu görünməz etmək olur, onun proqramı isə gözə görünmədən sakit işləyir. Lakin məsələlər panelində siçanın göstəricisini proqramın nişanının üzərinə gətirdikdə proqram pəncərəsinin miniatur təsviri meydana gələcəkdir. Və ya bir neçə açdığınız pəncərələr əks olnacaqdır.



Əgər siçanın göstəricisini proqram nişanının üzərinə gətirsək və bu miniaturu göstərsək, onda bütün digər açıq pəncərələr qısa zaman müddətində şəffaf olur, bizə lazım olan seçdiyimiz pəncərə isə aktivləşir. Lazım olan pəncərəni işçi masada açmaq üçün onun miniatur şəkli üzərində siçanı sıxmaq lazımdır. Məsələlər panelindəki nişanlarda daha bir maraqlı xüsusiyyət də vardır. Bu nişanlardan birinin üzərində siçanın sağ düyməsini sıxsanız, onda onlara uyğun Kontekst menyusu meydana gələcəkdir. Burada isə siz bu proqramda son işlədiyiniz sənədlərin siyahısı görsənəcəkdir (şəkil 5.5). Məsələn, İnternet Explorer proqramının nişanı sizə bir az əvvəl açdığınız Web- səhifələrin siyahısını verəcək.

Nəhayyət məsələlər panelində son yenilik nişanları məsələlər panelində bərkidilmiş proqramları işə salmaqla bağlıdır. Bu proqramları işə salmaq üçün təkcə siçandan istifadə etmək deyil, həm də Win və nişanın Start düyməsindən başlayaraq məsələlər panelindəki nömrəsini bildirən klavişanın kombinasiyasından da (Win+ nişanın məsələlər panelindəki nömrəsi) istifadə etmək olur.

Nəticə

Windows əməliyyat sistemində işarələmə baxımından proqramlar və sənədlər arasında fərq faktiki silinmişdir. Proqramlar da, sənədlər də bir- birinə oxşayan nişanlarla işarə olunurlar. Nişan sənəddən və ya proqramdan ibarət olan bir fayla uyğun gəlir. Məlumdur ki, proqramlar bəzən bir neçə yüz fayldan ibarət olur, lakin Microsoft firması, hesab edir ki, (və bəlkə də əsassız olaraq), onların hamısını istifadəçinin görməsi tamimilə lazım deyil. Onlardan birini, proqramı işə salan bir faylı istifadəçinin görməsi kifayətdir və bu səmərəlidir. Windows əməliyyat sistemində sənədin nişanları həm də faylların genişlənmələrini əvəz edirlər. Lakin bəzi əməliyyatları təhlükəsizlik baxımından original fayllarda əks etdirmək heç cür mükün olmayan və bunun üçün istifadə olunan başqa tip nişanlarda vardır, bunlar yarlıklar (qısayol) adlanırlar. Bu nişanlar adi nişanlardan sol aşağı künclərində qara oxların olması ilə fərqlənirlər. İngilis termini shortcut «yarlık» sözü kimi heç də yaxşı tərcümə olunmamışdur. Daha dəqiq «göstərici (işarə)» kimi tərcümə olunsaydı, daha məntiqli olardı, çünki burada shortcut özü, işçi stolda başqa yerdə yerləşən faylı göstərir, onun kölgəsi, əksi kimi xidmət edir və tərcüməsi isə qısa yol deməkdir. Məsələ ondadır ki, Windows əməliyyat sisteminin qrafiki interfeysinin gözəlliyinə və yeniliyinə baxmayaraq, onun arxasında bizim hamımıza tanış olan, adi «kataloqlar ağacı» strukturu gizlənir.



Ədəbiyyat

https://riyazinf.files.wordpress.com/2014/10/windows-7.pdf



https://az.wikipedia.org/wiki/Windows_7

https://poleznosti-vsyakie.ru/az/lichnyjj-kabinet-beeline/pervye-shagi-raboty-s-windows-7-peremeshchaem-korzinu-s-rabochego-stola-na.html
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin