Referat kurs: 1 Qrup: 828c müəllim: İbişov Salman Tələbə: Məmmədov Rövşən plan


Azərbaycan Eldənizlər dövlətinin yaranması



Yüklə 177,41 Kb.
səhifə3/5
tarix20.11.2023
ölçüsü177,41 Kb.
#162076
növüReferat
1   2   3   4   5
Məmmədov Rövşən 828C Azərbaycan tarixi

3. Azərbaycan Eldənizlər dövlətinin yaranması
Atabəylər (Eldənizlər dövlətinin tarixi coğrafiyası). Səlcuq ipmeriyası dövründə yaranan institulardan biri atabəylik institutu idi. bütün imperiya üzrə atabəylik institutu 10 qola bölünürdü. Şamda Burilər, İbrildə beytəkinlər, Mosulda Zənginlər, Diyarbəkirdə Artukilər Xilatda Sekmanilər, Fransada Salqarilər, Luristanda Xəzərəspilər, Kirmanda Qultuqxanilər, Orta Asiyada Xarəzmşahlar və Azərbaycanda Eldənizlər atabəylikləri mövcud idi. atabəylər Səlcuq nəslindən olan vəliəhdlərin tərbiyəsi ilə məşğul olurdular. Atabəyi elə “Lələ” və yaxud “tərbiyəçi” mənasını verirdi.
XII əsrin əvvəllərində Səlcuq imperiyası faktiki olaraq 4 sultanlığa bölünmüşdür. Bunlar Suriya, Konya, İraq və Kirman sultanlıqları idi. bütün tarixi Azərbaycan torpaqları İraq sultanlığına daxil idi. İraq sultanlığı 1118-ci ildən 1194-cü ilə qədər mövcud olmuşdur. Eldəniz Şəmsəddin adlı canişin İraq Sultanı II Toğrulun oğlu Arslan şahın atabəyi təyin olunmuşdur. 1175-ci ildə II Toğrulunun ölümündən sonra Şəmsəddin eldəniz onun dul qadını Möminə xatunla evləndi və 1136-cı ildə ona xidmətə görə iqta edilən ərazilərdə Eldənizlər dövlətinin əsasını qoydu. Bu dövlətin paytaxtı ilk öncə Bərdə, daha sonra Naxçıvan, Həmədan, Təbriz, İsfahan və Marağa şəhərləri olmuşdur. Paytaxtların çoxluğu onunla izah olunur ki, Eldənizlər köçəri həyat tərzinə uyğun olaeaq xəzinə və hərbi nəqliyyatı həmişə öz yanlarında saxlamış, harada məskən salsalar oranı mərkəz kimi qəbul etmişlər. Eldənizlər (Atabəylər) dövlətinin ərazisi əsasən tarixi Azərbaycan torpaqlarını və Şimali – qərbi İran vilayətlərini əhatə edirdi. Aran və Şirvan əraziləri də müəyyən dövr bu dövlətin – nüfuz dairəsində olmuşdur. Ağsunqurilər və Əhər hakimlikləri də Eldənizlər dövlətindən asılı vəziyyətdə olmuşlar. Eldənizlər dövlətinin ərazisi bir sıra vilayət və əyalətlərə bölündü. Onun tərkibinə müxtəlif dövrlərdə Azərbaycan, naxçıvan, Fars İran, Rey və Həmədan vilayətləri daxil olmuşdur. Azərbaycan vilayəti dedikdə bura Cənubi Azərbaycan, Naxçıvan, Qaradağ, Talış, Muğan, Arran, Şirvan və Şəki əyalətləri daxil idi. Azərbaycan əyaləti ümumən şimalda Dərbənddən cənubda Həmədana və Mosula qədər, qərbdə Ani şəhəri və Gürcüstana qədər və Şərqdə isə Qəzvinə və Gilana qədər əraziləri əhatə edirdi. Ölkənin ən böyük şəhərləri sırasına Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Şamaxı, Gəncə, Şəki, Şəmkir, Dərbənd, Beyləqan, Xoy, Urmiya, Bakı və s. şəhərlər daxil idi. Onların bəzilərinin əhalisinin sayı 100 min nəfəri keçirdi.
Nəticədə qeyd edək ki, Atabəylər dövründə azərbaycanın tarixi –coğrafiyasında mühüm dəyişiklik baş verdi. Həmin dövrdə Azərbaycan əraziləri artmış vilayət kimi onun hüdudları genişləndirilmişdir. Azərbaycan tarixində səfəvilərə qədər Azərbaycan ən geniş ərazilərə məhz Atabəylər dövləti dövründə malik olmuşdur. Ancaq Atabəylər Azərbaycanı siyasi cəhətdən vahid, mərkəzləşmiş dövlət halında birləşdirə bilmədilər. Müxtəlif yerlərdə vassal dövlət və dövlət qurumları fəaliyyətini davam etdirirdilər. Böyük Səlcuq imperatorluğunun parçalandığı dövrdə yaranmış ən qüdrətli dövlətlərdən biri Azərbaycan atabəylərinin idarə etdiyi Eldənizlər dövlətidi.
Eldənizlər dövləti. Böyük səlcuq imperatorluğunun tənəzzülü dövründə meydana gələn müstəqil Azərbaycan dövlətlərindən biri də Azərbaycan atabəylərinin idarə etdiyi Eldənizlər dövləti idi. Eldənizlər dövlətinin ərazisi qabaqlar İraq Səlcuq sultanlığının tərkibinə daxil idi. Böyük Səlcuqlu imperatorluğunun parçalanması dövründə meydana gələn İraq Səlcuq sultanlığı (1118-1194) İraq, İran və Güney Azərbaycan torpaqları daxil olmaqla Güney Qafkazın bir hissəsini də əhatə edirdi.
Orta əsrlərdə Azərbaycan dövlətiçilik tarixində Atabəylər dövləti mühüm yer tutur. Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Akademik Z.Bünyadov "XII-XIII" əsrlərdə Atabəylər dövləti əsrində göstərir ki, Şəmsəddin Eldəniz "Böyük Atabəy (atabəy ələzəm) adlanmağa başladı, onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nusrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi. Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nufuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən, onun bütün vassalları sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq "haqq-ədalət və sakitlik içərisində yaşamağa başladı."


Yüklə 177,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin