Referat mövzu: Quba Xanlığı Elmi rəhbər: Nigar Axundova Tələbə: Şirinov Novruz plan giriş



Yüklə 66,16 Kb.
səhifə3/3
tarix09.01.2022
ölçüsü66,16 Kb.
#51119
növüReferat
1   2   3
BİZ.NÜM.Qrup 8 Şirinov Novruz Azərbaycan Tarixi Referat

2. Quba xanlığının xarici siyasəti 


 Quba şəhəri öz tarixi kecmişi ilə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Zəngin bir  kecmişə malik olan bu şəhər Azərbaycan tarixində mühüm rol oynayan bir çox tarixi simalar, görkəmlialimlər  və bacarıqlı dövlət xadimləri yetişdirmişdir. Qubanın XVIII əsrdə yetişdirdiyi qabaqcıl adamlarından biri də  məşhur dövlət xadimi Fətəli xandır.  Quba xanlığının  ən parlaq dövrü Fətəli xanın hakimiyyəti illərinə  təsadüf edir.Onun babaları uzun illər qanlı  carpışmalarda iştirak edərək Qubada xanlıq etmişlər.  Fətəli xanın babası Hüseynxan Qubaya tabe olan Məclis kəndində yaşamış  və  şah sarayında böyük  hörməti olmuşdur. Tarixi vəsiqələr göstərir ki, Süleyman Səfəvi (1667-1694) şahlığnın sonuncu illərində Yeni  kənd feodalları  Məclis kəndinin torpaq və  sərvətinə sahib olmaq ücün oraya basqın edib kəndi talan edirlər.  Əhalisinə divan tutur. Kicik Hüseyn bu qarışıqdan özünü xilas edib Salyana qacır, oradan da İsfahana gələrək  şəxsən şah sarayına təqdim olunmaq və şahla görüşmək ücün vasitələr axtarmağa başlayır.  
Həmin bu vaxtlar İsfahan feodallarından birisinin qızı Zəhra xanım Hüseyn xanın cəsarət və mərdliyini  görüb ona məhəbbət bağlayır. Hüseyn xan bir müddət şah sarayında qaldıqdan sonra doğma vətənə qayıdır və  rəsmi fərmanlarla Qubaya xan təyin olunur.  
Həmin vaxtdan Xudat qalası Quba xanlığanın mərkəzi elan olunaraq möhkəm bir istinadgaha cevrildi.  
Hüseyn xan ölənə  qədər Quba xanlığının siyasi azadlığı  uğrunda fədakarcasına mübarizə aparıb onu feodal  basqınlarından qorumuşdur. Fətəli xan onun üçüncü nəvəsi idi. 1758-ci ildə atası Hüseynəli xan öləndən sonra Quba xanlığına oğlu Fətəli xan keçdi. 23 yaşlı Fətəli xan  (o, 1735-ci ildə anadan olmuşdur) hakimiyyəti əlinə alar-almaz birinci növbədə əz ərazisini mökəmləndirmək,  sərhəddini möhkəmləndirmək və qonşu xanlıqları özünə tabe ötmək fikrinə düşür.  Fətəli xan həqiqətən öz əsrinin bacarıqlı  və  tədbirli dövlət xadimi, də yaxşı  sərkərdəsi idi. Məşhur  Azərbaycan tarixicisi A.Bakıxanov onun haqqında bələ yazır: "Fətəli xan Qafqaz  tarixində diqqətə layiq bir  şəxsiyyətdir. O, öz ağlı, səxavəti və bacarığı  nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra  
ağıllı  və çalışqan hakim olduğunu göstərdi, bütün ətrafındakı adamları özünə  cəlb etdi, düşmənlərinin  fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi.  
Qafqaz tarixindən yazan Butkov isə onun barəsində "Fətəli xan ağıllı, igid, tədbirli,  şöhrət səvən idi,  yorulmaq nə olduğunu bilməzdi deyə  tərif edir. Fətəli xan hər vasitə ilə Quba xanlığını möhkəmləndirməyə çalışırdı. O, mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi yığılmasını nizama salaraq, xəzinənin  gəlirinin artmasını  təmin etdi. Muzdlu qoşunun sayı artırıldı. S.Qmelinin verdiyi məlumata görə Quba  xanlığının xeyli qoşunu və topu var idi. Kicik topların bir hissəsi arabalarda yerləşdirilmişdi və xanlığın paytaxtı  Quba qala halına salınmışdı».  
Qubalı  Fətəli xan bununla yanaşı öz sərhədlərini möhkəmləndirmək məqsədilə Muğandan döyüşkən  şahsevən köcərilərinin bir hissəsini xanlığın ərazisinə köcürmüşdü.  
Fətəli xan Azərbaycanın qonşu xanlıqlarını ilhaq etmək yolu ilə öz torpaqlarını  gənişləndirməyə  calışırdı.  Fətəli xan öz məqsədinə nail olmaq ücün birinci növbədə ona müqavimət göstərən  Şəki və  Şirvan xanlıqlarını özünə tabe etməyi qərara alır. Şirvan feodalları onun cavanlığından istifadə edərək tez-tez Qubaya  talancı basqınlar edirdilər.  
1758-ci ildə  Fətəli xan Şamaxı yaxınlığındakı ilk vuruşmasında  Şirvan xanlarına qalib gəlib öz  güsücünü onlara göstərdi. Lakin bu qalibiyyət onu arxayın edə bilməzdi. Hər tərəfdən Fətəli xana qarşı baş  qaldıran feodalların səsini kəsmək və onlara qalib gəlmək ücün etibarlı adamlar tapmaq lazım idi.  
Hələlik Fətəli xan Şəki xanlığının taleyi ilə maraqlanırdı. Həmin bu vaxtlar, yəni 1759-cu ildə Şəki xanı  Ağa Kişi bəy öz qaynatası olan Qazıqumrlu Məhəmməd xan tərəfindən xaincəsinə öldürülür. Məhəmməd xan  Şəki xanlığının sərvətini Ərəş sultanı ilə bölüşdürür və özünü Şəkidə hakim  elan edir. Lakin Məhəmməd xanın  ağalığı 40 gün davam edə bildi.  
Şəki  əhalisi bu qırx gün ərzində  hədsiz vergilər, qanunsuz cərimələr verməklə, zülmkar hakimə qarşı  üsyana hazırdaşdılar. Hüseyn ağa (Şəkili Hacı Çələbinin nəvəsi) Ağa Kişi bəy öldürüləndən sonra Fətəli xana  pənah aparıb ondan kömək istədi. Əlverişli bir şəraitin yaranmasını görən Fətəli xan qoşun çəkib Şəki üzərinə  hərəkət etdi.  Qazıqumux talanlarından təngə gələn əhali bu xəbəri eşidən kimi Quba xanının qarşısına cıxdı və onu  böyük təntənə ilə qarşıladı. Cağırılmamış qonaq ev sahibindən hörmətsizlik görüb öz yerinə çəkildi. Fətəli xan  Hüseyn ağanı Şəkiyə xan təyin etdi və Şəki xanlığı həmin vaxtdan Fətəli xanın vassalı oldu.  Həmin il Fətəli xana başqa bir xoşbəxtlik də üz verdi. Dərbənd camaatı öz xanlarından narazı olduqları  ücün elcilər göndərib Fətəli xanın onlara xan olmasını arzu etmişdilər.  Dərbənd qalasının böyük siyasi və strateji əhəmiyyəti var idi. Hələ ilk orta əsrlərdə  Dərbənd Qafqaz  tarixində mühüm rol oynamış  və  həmin vaxtlarda məşhur idi. Cənubi Rusiyaya və Ön Asiyaya gedən ticarət  karvanları «Dəmir qapı» Dərbənddən keçməli idi. Uzaqgörən Fətəli xan bütün bu üstünlükləri başa düşmüş və  ona görə də dərbənddilərin təklifini qəbul etmişdi.  
XVII  əsrdə  və XVIII əsrin birinci yarısında Dərbənd sultanlıq idi. XVIII əsrdə  Dərbənd o qədər də  böyük olmayan bir şəhər idi. Onun əhalisi əsasən əkinciliklə, bağçılıqla, ticarət və sənətkarlıqla məşğud olurdu.  Böyük strateji əhəmiyyət kəsb edən Dərbənd Rusiyanın, Türkiyənin və İranın diqqət mərkəzində idi.  Azərbaycanın başqa xanlıqları kimi Dərbənd də XVIII əsrdə  İran zülmündən azad olur və  Dərbənd  sultanlığı müstəqil xanlığa çevrilir.  
Xanlığın mərkəzi olan Dərbən qalası uzunluğu 6 verst 400 sajen olan qalın daş divarla hörülmüşdü.  Həmin dövr üçün  xarakterik üslubda müdafiə olunmuş Dərbənd cox möhkəm dəmir qapılara malik idi.  
XVII əsr səyyahlarının verdiyi məlumatdan aydın olur ki, Dərbənd cox möhkəm hərbi nöqteyi-nəzərdən  xüsusi  əhəmiyyətə malikdir. Dərbənd xanı istədiyi zaman «...5000-dən 6000-dək piyada və süvari» toplaya  bilərdi.  
Dörd hissədən ibarət olan şəhərin narın qala guşəsində xan sarayı yerləşmişdi.  
XVIII əsrin 50-ci illərində Dərbənd hakimi Məhəmməd Hüseyn xan idi. Onun dövründə xanlığın daxili  və xarici vəziyyəti möhkəm deyildi. Əhalinin cox hissəsi ağır vergilərə tab gətirə bilmirdilər.Əhali Məhəmməd  Hüseyn xanın zülmündən qurtarmaq ücün yollar axtarırdı və tezliklə buna nail olurlar».  
Mənbələrdə Məhəmməd Hüseyn xandan gizlin Quba xanı Fətəli xana müraciət etdiyi göstərilir. Şəhərin  əhalisi Fətəli xanın simasında...ədalətli, yaxşı hakim arzulayırdılar.  
Quba xanlığı ilə xalq kütlələrindən başqa, feodallar və varlı  təbəqənin nümayəndələri də birləşmək  
fikrində idilər. Bəhs etdiyimiz dövrdə Dərbənddə iki qrup əmələ kəlmişdi.Birinci qrupa iri feodallar daxil idi və  Məhəmməd Hüseyn xan tərəfindən müdafiə olunurdu. Onlar Quba xanlığı ilə birləşməyin əleyhinə idilər. 
Quba xanlığına rəğbət bəsləyən ikinci qrupa sənətkarlar, tacirlər,  əhalinin yoxsul təbəqəsi və  xırda  feodallar daxil idilər.  
Dərbənd xanlığında  əmələ  kəlmiş belə bir vəziyyətdən Fətəli xan məharətlə istifadə etdi. Fətəli xan birdən-birə Dərbəndə hücum edə blməzdi. Çünki, belə hərəkət Dağıstanın cənubundakı feodalların narazılığına  səbəb olacaqdı...Feodallar Quba xanlğının Dərbəndi tutmasına razı olmazdılar. Çünki, onlar yaxşı bilirdilər ki,  Dərbəndi ələ keçirən Quba xanlığına sonradan gücləri çatmadacaqdır.  
Fətəli xanın qarşısında duran çətin məsələlərdən biri də  Dərbəndə hakim olmağın düzgün yolunu  axtarmaq idi. Quba xanlığı  Dərbəndə hucum etməklə özunə qarşı  cənubi Dağıstan feodallarının blokunun  meydana çıxmasına yol vermək istəmirdi.  Digər tərəfdən, Quba xanlığının bu məsələnin həllində vəziyyətin çətinləşməsində Şamaxı xanı ilə pis  münasibətdə olması idi. 1758-ci ildə  Şamaxı xanın Beşbarmaq yaxınlığıandakı  məğlubiyyətindən sonra Quba  
xanlığına qarşı mübarizə ücun özünə sərfəli imkan axtarırdı.  
Belə bir gərgin vəziyyətdən qələbə ilə çıxmaq ücün xüsusi məharət, bacarıq və siyasətçi olmaq lazım  idi. Belə bir siyaəət antiquba blokunun   yaranması qarşısını ala bilərdi.  
Quba xanı cənubi Dağıstan feodadları arasındakı narazılıqdan məharətlə istifadə edir və cənubi Dağıstan  hakimlərindən Tarku-Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə  və Taba-soran hakimi ilə  əlaqəyə  girib, 1752-ci ildə Dərbəndə yürüş etdi.  
Həmin ittifaq Dərbənd xanlığına qarşı yaranmışdı. Fətəli xan ən  əvvəl dağlarla Kaspi dənizi arasında Samur çayının sağ sahilindəki Müşkürü, Niyazabada, Şabranı, Rustovu və Beşbarşğı tabe etdi. Sonra öz  müttəfiqlərinin köməyi ilə Dərbəndi mühasirəyə  aldı və iki aydan sonra onu ələ kecirdi.  Xüsusi hazırlıqdan sonra müttəfiqlərin orduları  təyin olunmuş vaxtdan tez hücuma keçir və  şəhərin  əhalisi Dərbənd darvazalarını müttəfiqlərin üzünə acır.  
Şəhər tamamilə alındıqdan sonra müttəfiqlər Fətəli xana göstərdikləri kömək müqabilində Quba və  Dərbənd xanlıqlarının bir sıra kəndlərindən gəlir toplamaq hüququnu aldılar. Dərbənd xanlığının var-dövləti  Quba xanlığının ixtiyarına kecdi.  Qafqazşünasların  əsərlərində  Dərbəndin Quba xanlığı  tərəfindən tutulması haqda az məlumat vardır.  Mənbələrin verdiyi məlumata görə  Dərbəndin tamamilə tutulması 2 ay davam etmiş  və  şəhər 1759-cu ilin  noyabrında təslim olmuşdur. 
Dərbəndin Quba xanlığına birləşdirilməsi haqda olan məlumatları iki qrupa ayırmaq olar. Bir sıra  mənbələrdə deyilir ki,  birləşmə  hər  şeydən  əvvəl Dərbənd feodallarının və hakimlərinin xahişi nəticəsində,  digər qrupu isə Quba xanlığının «...cox incə siyasəti» nəticəsində başa catdırıldığınıı göstərirlər.  
Əlbəttə, Dərbəndin Quba xanllığına birləşdirilməsində silah gücündən cox yuxarıda göstərdiyimiz əhali  təbəqəsinin Quba xanlığına olan rəqbəti olmuşdur.  Əsas amillərdən biri də Quba xanlığının cənubi Dağıstan  feodallarına qarşı yeritdiyi incə, bacarıqlı siyasəti olmuşdur.  
Dərbəndi birləşdirəndən sonra Quba xanlığının Azərbaycan siyasi həyatında tutduğu mövqeyi daha da  artdı. Fətəli xan Dərbəndə yaxınlaşan zaman belə bir siyasətə  əl atdı.O, danışıq bahanəsi ilə ilə  Məhəmməd  Hüseyn xanı öz düşərgəsinə cağırdı, onu həbsə aldı, gözlərini cıxartdı, əvvəl Qubaya, oradan isə ömürün sonuna  kimi saxlandığı Bakıya göndərdi. Dərbənd hakimi Məhəmməd Hüseyn xan Bakıya köcürüləndən sonra Dərbənd  naiblərlə idarə olunmağa başlanır. Artıq, Dərbənd Quba xanlığının ikinci siyasi, hərbi  əhəmiyyətli mərkəzinə  cevrilir.  
M.Biberşteynin yazdığına görə "...Fətəli xan və onun xələfləri Dərbəndə  ən vacib, əsas mülki kimi  baxmış və onun daimi iqamətgahı olmuşdur.   
Beləliklə, Dərbənd xanlığının ilhaqı ilə Quba xanlığının ərazisi xeyli genişləndi və o qüvvətli bir xanlıq  kimi  şöhrət qazanmağa başladı. Doğrudan da dərbəndlilərin Fətəli xana ayrıca bir hüsni rəğbəti var idi. Bu  münasibəti hiss edən və  şəxsən Fətəli xanı görən məşhur  rus alimi Qmelin belə yazır: «Dərbənd  əhalisi onu  sevirdi...Şamaxı  təbəələri Fətəli xandan razı idilər».  1759-cu ilin axırlarında Fətəli xanın  şöhrəti hər tərafə  yayılmışdı. Onun qüvəətlənməsindən qorxuya düşən irticaçı xanlar birləşmək və  Fətəli xana ağır zərbələr  vurmaq ücün müxtəlif vasitələr axtarırdılar. Hamıdan cox Şirvanlı  Ağası xan və onun köməkcisi Məhəmməd  Səid xan əl-ayağa düşürdülər.  
Dərbənd Quba xanlığı ilə birləşdirildikdən sonra Quba xanlığı Bakı xanlığı haqqanda fikirləşməyə  başladı. Bakı xanlığı iqtisadi cəhətcə varlı, onun mərkəzi Bakı isə Kaspi dənizinin ən yaxşı möhkəş1əndirilmiş  ticarət limanlarından biri idi.  
XVII  əsrin ortalarında ingilis səyyahı C.Xanvey «…Bakının  ətrafında hündür yərlərdə  nəzarət etmə  qüllələrinin olduğunu qeyd edir.  
XVII  əsrin ikinci yarısında Bakı xanlığının Abşeron yarımadasının Maştağa və Binəqədi naibliklərini  əhatə edirdi. Əgər Bakı xanlığını  başqa xanlıqlarla müqayisə etsək onun həm ərazi, həm də əhali cəhətcə kiçik  olduğunu görərik. Bundan istifadə edən qonşu feodallar Bakı xanlığına tez-tez basqınlar edərdilər. Belə yürüşlər  təsərrüfatın  əsas sahələrinə xüsusilə, neft, duz istehsalına, zəfəran becərilməsinə böyük zərər vururdu. Bakı  xanlığında olan tacir və feodallar böyük zərər çəkdiyindən xana öz narazılıqlarını acıq-aydışn bildirirdilər.  
Belə şəraitdə Bakı xanlığının onu qonşu feodalların basqınlarından qoruyan güclü müttəfiqlərə ehtiyacı vardı.  
Bakı xanlıqanın bu zəif hissəsindən Quba xanlığı məharətlə istifadə etdi.  
Bir tərəfdən Fətədi xan Bakı xanlığını iqtisadi cəhətcə sıxdı,  digər tərəfdən feodalizm dövrünə xas olan  «nigah siyasətini» tətbiq edərək Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd edilmiş bacısı Xədicə Bikəni Bakı xanı  Məlik Məhəmmədə ərə vərir. Möhkəm və amiranə xarakterə malik Xədicə Bikənin vasitəsi ilə Fətəli xan zəif  iradəli Bakı xanını özünə tabe etdi. Xədicə Bikə qardaşının sözünə möhkəm qulaq asaraq Bakı xanlığının daxili  işlərin qarışır və məsələləri Quba xanlığının xeyrinə yönəldirdi.   .Səyyahların yazdığına görə… «Bakı xanı bütün ömrü boyu Fətəli xana sadiq olduğunu bildirmişdi». Bunun da  əsas səbəbi Xədicənin ərini özünə tabe edə bilməsi idi.  
Hətta, Məlik Məhəmməd xan olmadıqda xanlığı Xadicənin özü idarə edirdi. Bakı xanlığı Quba  xanlığının vassalı olmuş və onun hərbi səfərlərində dz iştirak etmişdir. Əhməd bəy Cavanşir yazır ki,... «Quba  xanı Dərbəndin, Qubanın və Bakının hakimidir».   
Beləliklə, yuxarıda qeyd etdiyimiz faktlar göstərir ki, Bakı xanlığı formal olaraq özünün idarə üsulunu  
saxlamasına baxmayaraq, faktiki olaraq, vassal hüququna malik idi.  
Fətəli xan Bakını silah gücünə dəyil, incə həmlə nəticəsində özünə tabə edə bilmişdi. 
Quba xanı iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik olan Kaspi sahillərinin bir hissəsini Dərbənddən  Kürün mənsəbinə qədər olan yerləri öz hakimiyyəti altına aldı. Fətəli xan Dərbəndi ələ keçirdikdən sonra, öz mövqeyini möhkəmləndirdikdən sonra Şirvan xanlığı idə hesablaşmaq haqqında düşünməli oldu.  
Şamaxı xanlığı iqtisadi cəhətcə  gəlirli sahələrə  və  təbii sərvətləri olan bir əraziyə malik idi. O, şimal- 
şərqdən Quba, şərqdən Bakı, şimali-qərbdənn Şəki, cənubi-qərbdən Qarabağ xanlıqları ilə həmsərhəd idi.  Mənbələrdə göstərilir ki, müharibə vaxtı Şamaaxı xanı 10-12 minə qədər əsgər toplaya bilərdi. Faktdan  göründüyü kimi XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqları  sırasında hərbi cəhətcə mühüm yerlərdən  birini tuturdu.  Şamaxı xanlığı uzun müddət Quba xanlığına qarş müharibələr aparmış  və güclü müqavimət  göstərmişdir.  
Lakin, Dərbənd və Bakı xanlıqlarını özunə tabe etdikdən sonra Quba xanlığının hərbi qüvvəsi daha da  artdı. Belə bir şəraitdə Şamaxı xanlığına qarşı açıq və geniş planların həyata kecirilməsi işinə başlamaq olardı.  Quba xanlığı  Şamaxı xanlığına böyük əhəmiyyət verirdi. Onların fikrincə  Şamaxı xanlığı  gələcəkdə  Şəki və Qarabağ xanlıqlarına qarşı mübarizə ücün hərbi meydan olmalı idi. XVIII əsrin 60-cı illərindən Şamaxı  xanlığı iki tərəfdən Quba xanlığı ilə mühasirə olunmuş və dənizlə əlaqəsi tamamilə kəsilmişdi. Quba xanlığına  qarşı mübarizəyə hazırlaşmaq məqsədilə 1763-cü ildə köhnə  və yeni Şamaxı birləşdirilir. Lakin bu Şamaxı  xanlığının müdafiəsi ücün kifayət deyildi. Fətəli xan Şirvanda baş verən hadisələri izləyirdi. Fətəli xan Şirvan  xanı Ağası xandan onun torpaqlarını Dağıstan feodallarının basqınlarından müdafiə etmək əvəzinə də bac istədi.  Lakin Ağası xan bundan imtina etdi, bu da tərəflər arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi.  1765-ci ildən Quba xanlığı ilə Şamaxı xanlığı arasında 4 il müddətinə cox kəskin mübarizə getdi.  Uzun müddət Quba xanlığının ordusu müvəffəqiyyət qazana bilmərdi. Bunun əsas səbəbi «...Şəki xanı  Hüseyn xan Şamaxı xanına köməklik edirdi". S.Qmelinin məlumatına görə «...Hüseyn xanın köməyi ilə  Şamaxının müdafiəsi elə möhkəmləndirilmişdi ki, Quba xanı bundan dəhşətə gəlirdi».  
Fətəli xan tezliklə onların arasına nifaq sala bildi. Bunun nəticəsində mübarizə meydanında qüvvələr 
Quba xanlığının xeyrinə oldu. Şəki xanı  Şamaxı xanının məğlubiyyətindən sonra «...ona Şamaxının  gəlirlərindən bir hissəsinin ayrılacağına ümid bəsləmişdi».  
Belə hadisədən təşvişə düşən Şamaxı xanı Məhəmməd Səid xan köhnə Şamaxıya çoxlu miqdarda ordu  toplayaraq, Quba xanlığı tərəfindən olacaq təhlükəsinin qarşısını almazağa hazırlaşmağa başladı.  Şamaxının özündə də iki tirəlik əmələ gəldi. Məhəmməd Səid mübarizəsiz Quba xanlığı ilə birləşmək  fikrini irəli sürmüş qüvvələrə qarşı mübarizə aparır.  
Quba xanlığı 1765-1767-ci illərdə  Şamaxı xanlığına qarşı geniş mübarizəyə başlayır və 1767-ci il vəziyyət tamamilə gərginləşir. Şamaxı xanlığının birləşdirilməsi ücün real imkanlar yaranır.  
Bir çox xanların təklifini qəbul edən «Fətəli xan Şamaxı xanı ilə mübarizəni dayandırmağı, sülh  danışıqları  aparmağa razı olduğunu bildirir». Şamaxı xanı da mübarizə aparmağa cürət etmirdi. Cünki,  Şamaxının bir çox hakimləri ona sadiq deyildilər.  
Şirvan xanlığını  tək başına məğlub edə bilməyəcəyini yaxşı bilən Fətəli xan öz vassalı olan şəkili  Hüseyn xanı öz tərəfinə çəkdi. Tərəflər arasında dostluq ittifaqı yarandı.1767-ci ildə  birləşmiş qüvvə Şamaxını  mühasirəyə aldı. Bir tərəfdən də Quba xanlığının köhnə müttəfiqləri  Qazıqumux və Qaraqaytaq muzdlu  dəstələri də Şamaxı üzərinə hərəkət etdilər. Beləliklə, çox çətin vəziyyətə düşən Şirvan xanı təslim oldu.  Şirvan qaliblər arasında bölüşdürüldü.  Şirvan xanlığının az bir hissəsi - Saadan və Kassan mahalları  
Şəki xanlığına, xanlığın iqamətgahı daxil olmaqla Şirvanın böyük bir hissəsi Quba xanlığının əlində qaldı. Fətəli  xan əsir düşmüş Şamaxı hakimlərinin boyük sərvətini ələ keçirdi.  
Şirvan qələbəsindən sonra Fətəli xanınnüfuzu nəinki bütün Azərbaycanda və Qafqazda, habelə bütün 
İranda artdı. Lakin Fətəli xanla Hüseyn xan arasındakı ittifaq cox cəkmədi ki, pozuldu. Vahid mərkəzləşdirilmiş  Azərbaycan dövləti yaratmaq məqsədində olan Fətəli xan Hüseyn xanın Şirvandakı naibini qovdu və onun da  hissəsini öz hakimiyyəti altında birdəşdirdi. 
1763-cü ilin avqustundan etibarən  Şamaxı xanlığı bütün mahalları ilə birlikdə Quba xanlığının  tabeliyində olan şimali şərqi Azərbaycanın tərkibinə daxil edildi. Beləliklə, 1768-ci il Şamaxı xanlığının Quba  xanlığı ilə birləşdirilməsinin ilk dövrü sayılır.  
Bundan sonra Fətəli xan Hüseyn xanı özünə barışmaz düşmən etmiş olur. Şamaxı xanlığının tamamilə  tabe edilməsindən sonra Cavad xanı da Qubanın vassalığını qəbul etdi.  Cavad xanlığı kicik bir tarixi dövrü əhatə etməsinə baxmayaraq, o XVII əsr Azərbaycan xanlıqları ilə  birlikdə Quba xanlığının tərkibinə daxil olmuş və şimal-şərqi Azərbaycanın birləşdirilməsində iştirak etmişdir.  Mənbələrdə göstərilir ki,Cavad xanlığı haqqanda cox az məlumat vardır. Şamaxıdan aşağıda Kürlə Araz  arasında yerləşən Cavad hələ XVI əsrdən də əvvəl mövcud idi. Onun əhalisi maldarlıqla və əkinçiliklə məşqul  olurdu. XVI əsrdə Cavadda «...yaxşı tiklmiş evərin və bağların» olduğu göstərilir. Cavad Şamaxı xanlığına tabe  idi.  
XVIII əsrin ortalarında Nadir şah dövlətinin zəifliyindən istifadə edən Cavad yarı asılı xanlığa çevrilir.  
Xanlığın mərkəzi olan Cavad isə  ətrafı möhkəm hasarla əhatə olunmuş qalaya çevrilmişdir. 
Mənbələrdən aydın olur ki, Cavad xanlığı hazırkı Azərbaycanın Sabirabad, Şirvan (köhnə Əli –Bayramlı) kimi  rayonlarının ərazisini əhatə edir. Lakin, onu da qeyd etmək lazımdar ki, Cavad xanlığı XVIII əsrdə baş vermiş hadisələrlə ayaqlaşa bilmirdi. Belə ki, Cavad xanlığı nə döyüşkən şahsevən koçəriləri ilə, nə də Qaradaq, Ərdəbil köçərilərinə qarşı  mübarizə apara bilmirdi. Tez-tez onların hücumlarına məruz qalan Cazad xanlığının möhkəm bir müttəfiqə  ehtiyacı var idi. O, belə bir müttəfiqi Fətəli xanın şəxsində görürdü. Beləliklə, yuxarıda göstərildiyi kimi, 1768- ci ildən Cavad xanlığı Quba xanlığının vassalığanı qəbul etməli olmuşdur.  
Muğanın Cavadla birlikdə Quba xanlığına birləşdiriməsini  Fətəli xanın II Yekaterinaya göndərdiyi  məktubundan da aydın görmək olar.  Quba xanlığına birləşdiriləndən sonra Cazad xanlığı Fətəli xanın hərbi yürüşlərlərində fəal iştirak edir.  
O, hətta 1769-cu ildə  Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin qəsdin ləğv edilməsinə xüsusi  xidmət göstərmişdir..  
Cavad xanı Quba xanın ən inanılmış adamlarından biri idi O, hətta Quba xanlığının gizli məclislərində  də iştirak etmək hüququnu qazanmışdı.  
Şamaxı, Cavad xanlıqlarının va Muğanın Quba xanlığına birləşdirilməsini Fətəli xanın gələcək  planlarının həyata keçirilməsi işində böyük əhəmiyyəti olmuşdur,  Şamaxı və Cavad Azərbaycanın şimal və cənub xanlıqları üzərinə gələcəkdə olacaq yürüşlər zamanı əsas dayaq   nöqtəsi təşkil etməli idi.   Şamaxı xanlığı Quba xanlığına uzun sürən müharibələrin nəticəsində silah gücünə tabe edildiyi halda,  Cavad xanlığının birləşməsi isə tamamilə başqa xarakterdə olmuşdur. Yəni o, könüllü birləşmişdi.  
Göründüyü kimi, XVIII əsrin ikinci yarısında Quba xanlığı  Dərbənddan Cavada qadər Azərbaycanın  şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirilşdi. Qubalı  Fətəli xan öz torpaqlarını genişləndirmək  uğrunda mübarizədə əsas eitibari ilə xırda və orta feodallara arxalanırdı.  
Fətəli xanın siyasəti həm də  fеodal ara müharibələrinə nifrət edən oturaq əkinçi  əhali tərəfindən  müəyyən dərəcədə müdafiə olunurdu.  
Tacirlər də Fətəli xanın belə xarici siyasətinə tərəfdar idilər. Çünki, onlar başa düşürdülər ki, ölkənin  qüvvətli bir hökmdar hakimiyyəti altında birləşməsi həm daxili, həm də xarici ticarətin inkişafı ücün geniş  imkan yaradar.  
Bələliklə, XVII əsrin ikinci yarısında  şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi işində  Qubalı Fətəli xanın xüsusilə böyük xidmətləri olmuşdur.  
XVIII  əsrin ikinci yarısında feodal müharibələrinin qızğın bir dövründə  və xarici vəziyyətin belə bir  gərgin vaxtında heç kəs Fətəli xan kimi bu cür qalibiyyət əldə edə bilməzdi. Fətəli xan bu müvəffəqiyyətilərə  ancaq öz bacarığı, zəkası  və  cəsarəti sayəsində nail ola bilmişdi. Ona görə  də xalqımız onu sevir və adını  tarixlərlə iftixarla qeyd edir.  
Doğrudur, Fətəli xan Azərbaycanı tam mənası ilə birləşdirə bilmədi, ancaq o, bu işdə ilk dəfə böyük bir  təşəbbüs göstərdiyindən onun fəaliyyəti mütərəqqi hesab olunur.  
Bəzi tarixçilər onu bir zülmkar kimi qələmə verməyə çalışırlar. Fətəli xan həqiqətən də öz düşmənlərinə  qarşı  qədar idi. Əgər onda bu sifətlər olmasaydı, onun xanlığı bu qədər geniş sahəyə malik ola bilməz və ya 20 - yə qədər böyük, xırda feodalları itaətdə saxlamay bilməzdi.  
O, belə hərəkət etməsəydi, xain və hiyləgər düşmənlər onu tezliklə aradan qaldıra bilərdilər. Fətəli xan  ehtiyatla dolandığından düşmənlərin düzəltdiyi sui-qəsd də baş tutmurdu.  
Fətəli xan bəzi feodal hakimlərdən fərqli olaraq dini məsələlərə fikir vermirdi. O, yəhudi, sünni və şiə  məzhəblərinə mənsub olanların hamısı bir gözdə görür və akademik Qmelinin yazdığı kimi «sünniləri də şilərəi  sevdiyi qədər sevir. Hər ikisinə də meyl edir… Fətəli xanın rəftarına görə yaxın tanışlar onun bu məzhəblərə aid olan qanunları qəbul etmədiyini təsdiq edirlər».   
  Fətəli xan Azərbaycan tarixində unudulmaz bir simadır. Azərbaycanın birləşdirməyə  və müstəqil bir  dövlət yaratmağa təşəbbüs edən  Şirvanşah  İbrahim və  Şah  İsmayıl Səfəvi kimi məşhur dövlət xadimlərinin  sırasında qubalı Fətəli xanın da adı hörmətlə göstərilir.  
Beləliklə, Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şirvan kimi mahallarını Quba ətrafında  birləşdirərək möhkəm və vahid bir Azərbacyan dövləti yarada bildi. Bundan başqavaxtilə Dərbəndə tabe olan  Müşkür,  Şabran, Beşbarmaq və Qazıqumux və Tabasaran hökmdarları, Talış  və Gilan xanları, Avar, Şamaxı  feodalları Fətəli xana tabe oldular.  
Cənubi Azərbaycanın Təbriz, Qaraba, və  Ərdəbil kimi qüvvətli xanlıqları, Fətəli xanla hesablaşmalı  oldular. Beləliklə, Fətəli xan otuz illik mübarizə  nəticəsində  şimal-şərqi Azərbaycan torpaqlarını vahid bir  dövlət ətrafında birləşdirməyə müvəffəq oldu.  





3.Mədəniyyət




Memarlıq və şəhərsalma. Şəki və Şuşa şəhərləri kimi Quba şəhəri də XVIII-XIX əsrlərdə xanlıq mərkəzi kimi daha qədim yaşayış məskəninin yerində formalaşmışdı. Azərbaycanın ən yaxşı təbii məkanlarından birində yerləşən Quba şəhəri, Quba xanlığının ilk mərkəzi olmamışdır. Erkən formlaşma dövründə kiçik yaşayış məntəqəsi olan Xudat xanlığın paytaxtı seçilmişdi. 1747-ci ildə Hüseynəli xan Qubalı iqamətgahını Xudatdan Qubaya köçürmüşdür.[195] Quba qala-şəhəri dəniz səviyyəsindən 642 metr yüksəklikdə, Qudyalçayın yaratdığı terrasda, çay sahilindən 33-34 metr yüksəklikdə yerləşən Quba şəhərinin ətrafı Qaraçaya kimi sıx meyvə bağları ilə örtülmüşdü. Qərb tərəfdə Şahdağa açılan mənzərə fonunda bağları meşələr əvəz edirdi. Ş. Fətullayev Quba qalasının 1811-ci ilə aid hərbi planına istinadən qeyd edir ki, qala-şəhər Qudyalçayın yuxarı terrası boyunca qərb-şərq istiqamətində uzanmaqla[196] “möhkəm olmayan çiy kərpicdən hörülmüş, hündürlüyü 3-4 sajen, eni bir sajen olan və 400 sajen uzunluq və 130 sajen eninə uzanan qala divarları ilə əhatə olunmuşdu. Qala divarları üç qapıya malik idi.”[197]


Quba qalası daxilində şəhərin planlaşdırma strukturu azad xarakterli inşaat xüsusiyyəti daşıyırdı. Bu azad planlaşdırma sistemi daxilində ticarət sıraları ilə tikilmiş və məscid binalarına aparan bir neçə əsas küçə diqqət cəlb edirdi.[198] Qalanın qərb hissəsi şərq hissə ilə müqayisədə daha az məskunlaşmışdı.[198]

Xanlıa dövrü mədəniyyətinin nümunələrindən biri Hüseynəli xan tərəfindən inşa olunmuş və sələfləri tərəfindən bərpa edilib dekorativ bəzək verilmiş Quba xan sarayı idi. Bişmiş kərpicdən inşa olunmuş bu sarayın tavanı gül şəkillərlə bəzədilmişdi. Divarlarının zəngin kirəc dekorasiyası və təsvirləri fərqlənirdi.[199]Quba xan sarayının tam memarlıq və planlaşdırma xüsusiyyətlərini əks etdirən qrafik materiallar dövrümüzə gəlib çatmamışdır.[198] Buna baxmayaraq sarayın nəqli təsviri P. Butkov tərəfindən verilmişdir: Şeyxəli xanın evi zərif kərpiclər və yonulmamış daşlardan tikilməklə üzlənməmişdir: bəzi otaqlar tamamilə üzlənmişdir və onlardakı sənətkar işinə təəccüblənməmək mümkün deyil. Alebastr üzərində oyma işləri isə elə səviyyədədir ki, təqlid edilməyə layiqdir. Plafonlar gül rəsmləri ilə bəzədilmişdir.”[197]

Quba qalasının baş planına görə, qalanın üç qapısına aparan üç əsas küçə öz başlanğıcını Xan sarayının yerləşdiyi meydandan götürürdü.[200] Mülkiyyət sahibindən asılı olaraq məhəllələr müxtəlif formalara malik idi. Su təminatı çaydan çəkilmiş saxsı borular vasitəsiylə həyata keçirilirdi.[200] Qudyalçayın sol sahilindəki aşağı terrasda azad planda tikilmiş binalar və sinaqoqlardan təşkil edilmiş yəhudi məhəlləsi yerləşirdi.[200] Gəncə və Şəki qalalarından fərqli olaraq Quba qalası narınqala və ya xan qəsrinə malik olmamışdır.[200]

1811-ci ildən etibarən Quba qalasında ciddi möhkəmləndirmə işləri aparılır. Qərb və şərq tərəfdən qala divarları fleşlər vasitəsiylə möhkəmləndirilir. Cənub divarının mərkəzində bastion inşa edilir, bütün köhnə divarlar bərpa və təmir edilir.[200] Quba xanlığının mövcudiyyəti dövründə yaradılmış mədəniyyət abidələrindən biri də Fətəli xanın həyat yoldaşı Tuti Bikə üçün Dərbənddə inşa olunmuş türbədir. Ümumi hündürlüyü 4-5 metr olan 8 guşəli mərkəzli zal və ona bitişik 4 kiçik otaqdan ibarət olan türbənin interyeri tağlı tavanla örtülüb. Türbə 1787-1788-ci illərdə tikilmişdir.[201]



Zəngin memarlıq üslubuna malik olan ən qədim məscidlərdən biri olan Cümə məscidi1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilmişdir. Binanın tikilisi 1792-ci ildə başlanmış və müəyyən fasilələrlə 10 ilə başa çatdırılmışdır. Bu məscid təkcə Qubada deyil, ölkənin bütün şimal-şərq bölgəsində ən qədim dini mərkəzlərdən biri olub. Məscidin tikintisində, əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi (yəni qiblə olan tərəfi) Mədinə şəhərində olan Quba məscidində olduğu kimi işlənib. Məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 m2-dir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib.[202]

Sənətkarlıq. Quba xanlığında sənətkarlıq yüksək inkişaf etmişdi. Sənətkarlığın ən çox inkişaf etmiş sahəsi toxuculuq idi. Xanlıq ərazisində qoyunçuluğun inkişaf etməsi toxuculuğun inkişafı üçün əlverişli zəmin yaradırdı. Rus səyyahı M.F.Biberşteyn Quba xanlığının qoyunçuluq üçün çox inkişaflı olduğunu qeyd edərək yazırdı: “Quba xanlığında qoyunları yayda dağlarda, qışda düzənliklərdə otarmaq mümkündür. Qışda bu yerlər və dənizin həndəvəri çoxlu qoyun sürüləri ilə dolu olurdular.” P.Q.Butkov Quba xanlığında qoyunçuluqla yanaşı pambıqçılığın da yayıldığını yazaraq burada pambıqla qoyun yunundan evdə işlətmək və satış üçün mahud, xalı, xalça həmçinin pambıq parçalar toxunduğunu qeyd edirdi. Dərbənd şəhəripambıqyun habelə ipək parçaların toxunduğu mərkəz idi.[203]


Toxuculuq istehsalında qadın əməyindən istifadə olunması kütləvi səciyyə daşıyırdı. Qadınlar sərbəst vaxtlarında yun, pambıq və ipək eşib ip halına salır, sonra isə parça toxuyurdular.[203] XVIII əsrin ikinci yarısında Dərbənd şəhərində 200-dən çox ipək toxuyan dəzgah fəaliyyət göstərirdi. Tarixi ədəbiyyatda XVIII əsrin sonunda Dərbənddə 195 karxana olması haqqında məlumat var. 1796-cı ildə bu şəhərdə 30 ipək toxuyan emalatxana fəaliyyət göstərirdi. Bu emalatxanalarda istehsal edilən tafta və darayi adlı parçalar öz keyfiyyətlərinə görə Şamaxıda toxunan parçalardan geri qalmırdılar. Bu dövrdə Dərbənddə fəaliyyət göstərən 113 toxucu emalatxanasında müxtəlif çeşidli pambıq parçalar hazırlanırdı. Şəhərdə toxunan pambıq parçalar yerli tələbatı ödəməklə yanaşı, xarici ölkələrdə də ixrac edilirdi. 1789-1991-ci illərdə Dərbənddən Rusiyaya yerli emalatxanalarda istehsal olunmuş 23407 ədəd basma və bez parçalar ixrac olunmuşdu.[204]

Xanlıq əhalisinin əhəmiyyətli hissəsi başlıca olaraq bitkiçiliq və heyvandarlıq məhsullarının emalı ilə bağlı ev sənətləri ilə məşğul olurdular. Quba şəhəri və onun ətrafında Nügədi, Çiçi, Amsar, Rustov və digər kəndlərdə əl dəzgahları olan çoxlu xalça karxanaları var idi. Quba xalçaları öz keyfiyyəti, naxışları və boyaların parlaqlığı ilə Azərbaycanın hüdüdlarından kənarlarda, bütün Cənubi Qafqazdaİranda və Rusiyada şöhrət qazanmışdı.[205]

Quba xanlığında toxunan xalçalar öz keyfiyyətinə və bədii tərtibatlarına görə seçilirdilər. Digər xalçalara nisbətən daha yüksək qiymətləndirilirdilər. Xanlığın İmamqulukəndÇiçiZeyvə və Pirəbədilkəndlərində toxunan xalçalar xüsusilə məşhur idilər. Həmin xalçalar sapların naziklikləri, ilmələrin sıxlığı, rəsmləri ilə fərqlənirdilər. Çiçikəndində toxunan Xırdagül çiçiAlçagül çiçiadlı xalçalar xarici bazarlarda və yarmarkalarda ən rəvac mal hesab edilir, müxtəlif ölkələrin xalça mütəxəssislərinin diqqətini cəlb edirdilər.[205] Xalça toxumaqla ancaq qadınlar məşğul olurdular. XIX əsrinəvvəllərində tərtib edilmiş təsvirlərindən məlum olur ki, xanlıq ərazisində 850 ailə xalçavə palaz toxumaqla məşğul olurdular. Ailələrin hər biri ildə ən azı bir xalça və iki palaz toxuyurdu.[207]

Toxuculuqla sıx bağlı olan boyaçılıq istehsalı da Quba xanlığında yayılmışdı. Xanlıq ərazisində, xüsusən də Dərbənd ətrafında rus mənbələrində “marena” adlandırılan boyaqotunun bitməsi boyaçılığın inkişafı üçün əlverişli zəmin yaradırdı. Marena qırmızı rəng əldə etmək üçün ən yaxşı xammal hesab olunurdu. Marena həm də xarici ölkələrdə, ilk növbədə Rusiyada ixrac olunurdu. Təkcə 1778-1781-ci illər ərzində Dərbənddən quru yolla Qızılyara 39.382 pud[q 18] 1789-1793-cü illərdə isə dəniz yolu ilə Həştərxana 3 min puda yaxın marena göndərilmişdi.[208]Rusiyaya ixrac olunan marenanın miqdarı daha çox idi. Alman səyyahı Peter Simon Pallas 1794-cü ildə Həştərxanda olarkən bura eyni vaxtda hər birinə 5 min pud marena yüklənmiş beş gəminin yan aldığını görmüşdü.[209]



Dəmirçilik sənəti də xanlıqda geniş yayılmış sənətlərdən biri idi. Xanlıq dövründə Qubada 15, Dərbənddə 11 dəmirçi fəaliyyət göstərirdi. Dəmirçilər başlıca olaraq kotan və dəmir gavahınlı xış, müxtəlif bellər, zəncirlər, baltaoraq, dəryaz, dırmıq hazırlayırdılar. Dəmirçilərin digər hissəsi məşiət əşyaları – dəmir tavalar, saclar, manqallar, sacayağı, kilid, maşa, ərsin və s. istehsal edirdilər. Başqa bir qrup dəmirçilər isə müxtəlif sənətkarlar üçün əmək alətləri – çəkic, zindan, müxtəlif mişarlar, kərkilər və digər kəsici alətlər hazırlayırdılar.[210]

Xanlığın dağlıq ərazisində qızıl, gümüş və qurğuşun yataqları aşkar edilmişdir. Lakin Fətəli xan qonşu Dağıstan feodallarının qızılvə gümüş yataqlarını ələ keçirməyə cəhd edəcəklərindən ehtiyat edərək onların basdırılması barədə göstəriş verdi. Qurğuşunyataqları isə istismar olunurdu. Dərbənddə silahqayırma emalatxanası vardı. Bu şəhərdə və ona bitişik bölgələrdə ev şəraitində bazar üçün pambıq parçalar da istehsal edirdilər. Qubada ev sənətkarlıq istehsalında boyaq istehsalı mühüm yer tuturdu. Burada böyük miqdarda şal toxunurdu. Quba, Dərbənd, Axtı, Doqquzparada silah düzəldirdilər. Azərbaycanda zərgərlik sənətinin ən çox yayıldığı yerlərdən biri də Quba xanlığı idi.[211]


Elm, ədəbiyyat və təhsil. Xanlıq dövründə bütövlükdə Azərbaycanda olduğu kimi Quba xanlığında da feodal-ara müharibələri və yadelli hücumlarının təsiri nəticəsində maarif, elm və mədəniyyət ümumən tənəzzül vəziyyətində idi. Bununla belə bu dövrdə həmin sahələrdə bir çox uğurlar da qazanılmışdır. Quba xanlığında mədəniyyətin vəziyyəti günümüzə çox az gəlib çatmışdır. O dövrün tanınmış alimlərindən biri Əcicli Hacı Məhəmməd Çələbi olmuşdur. O, müxtəlif elmləri, xüsusən də şəriət qanunlarını gözəl bilirdi. Hacı Məhəmməd Çələbidən “Tadvin əl Əlici” adlı əsər qalmışdı. Bu əsər ilahiyyatçılar üçün bir vəsaitə çevrilmişdi. Yeddi dəfə Məkkəni ziyarət etmişdi. Mütəfəkkirin xalq arasında hörməti çox böyük idi. 1808-ci ildə Şeyxəli xanla şamaxılı Mustafa xan arasında döyüş getdiyi anda Hacı Məhəmməd Çələbinin cənazəsi şəhər qəbiristanlığına gətirildikdə hər iki tərəf silahlarını yerə qoyub alimin xatirəsini yad etmişdilər.[212]


Molla Məhəmməd ibn Molla Nəcəfqulu Bakuvi Bakı xanlığının tədqiqatçısı olmaqla yanaşı, eyni zamanda Quba xanlığının alimi idi. Təltifat işləri və elmi dərəcə etibarilə əsrinin tanınmış simalarından biri olmuşdur. Ondan bir çox əsər yadigar qalmışdır. II Mirzə Məhəmməd xanın müəllimi olmuşdur. Şeyx Bəhaiddin Məhəmməd Amilinin “Kəşkül” adlı kitabını, Fətəli xanın xahişi ilə ərəbcədənfarscaya tərcümə etmişdir. Onunla Hacı Məhəmməd Çələbi Əlici, şiə və sünniməzhəblərini birləşdirmək haqqında tədqiqat aparmışdır.[213]

Quba xanlığının məşhur aşıqlarından biri də Xaltanlı Tağıdır. Tağı Xaltanlı 1776-cı ildə Qubanın Xaltan kəndində anadan olmuş, ömrünün sonuna qədər bu kənddə yaşamışdır. Bir çox ölkələri gəzib-dolaşmış, orada çoxlu aşıqlarla deyişmişdir. Aşıq şerinin əllidən artıq növündə şeirlər yazmışdır. Xaltanlı Tağı XIX əsrin aşıqlarından biridir. Şirvan məktəbinin qurucusu idi. “Bənzərsən”, “Olmaz”, “De görüm”, “Nədi” onun yaradıcılığında əsas yer tutan əsərlərdəndir.[214]

Məktəblər məscidlərin bir guşəsində, xüsusi dükanlarda, yaxud şəxsi evlərdə yerləşir və adətən, onların yaradıcılarının, müəllimlərin adını ilə adlandırılırdı. Məktəbdə adətən ancaq bir müəllim olurdu və o məktəbin həm də rəisi – məktəbdarı idi. Məktəbdarlar məktəb binasına çəkdikləri xərc müqabilində, habelə tədris haqqı kimi şagirdlərin valideynlərindən hər həftə “həftəlik” adlanan pul, peşkəş, bayramlıq alırdılar. Müəllimlər məktublar, dualar yazmaq, kəbin kəsmək və digər işlərlə də məşğul olurdular. Bir qayda olaraq, uşaqlar 6 yaşından məktəbə gedirdilər. Dərs otaqları həsir və ya kilimlə döşənir, şagirdlər əyləşmək üçün özləri ilə evdən döşəkçə gətirirdilər. Uşaqlar məktəbdə başıaçıq və ayaqqabısız otururdular.[214]

Dərs müddəti, adətən, gündə 6-8 saat davam edirdi. Dərs vəsaiti çox məhdud idi. Şagirdlər əlifbanı öyrəndikdən sonra Quranın “Cüzəmmə” adlı kiçik bir hissəsini, sonra isə Quranı oxuyub başa çatdırır, habelə Sədi Şirazinin “Gülüstan” kitabını və digər kitabları oxuyurdular. Məktəbdə təhsil müddəti qeyri-məhdud idi, konkret hər bir şagirdin təhsilini başa vurması haqqında müəllimin nə vaxt vəsiqə verməsindən asılı idi. Məktəblərlə yanaşı fərdi təhsil növü də mövcud idi. Xanın və əyanların, tacirlərin uşaqları ilə onların evində ayrılıqda bir müəllim məşğul olurdu. Bu üsula “sərxana” deyirdilər. Bir çox yoxsullar imkanları olmadığından uşaqlarını məktəbə göndərmirdilər.[214]

Bir növ ali tədris müəssisələri olan mədrəsələrdə ixtisaslı ruhani kadrları yetişdirilirdi. Mədrəsələr, adətən, böyük məscidlərin; xüsusilə cümə məscidlərinin nəzdində yerləşirdi. Mədrəsə binasında qismən geniş bir dərs otağı və tələbələrin yaşadıqları kiçik otaqlar – hücrələr olurdu. Mədrəsədə təlim edən şəxs müdərris, təhsil alan şəxs isə tələbə adlanırdı. Tələbə mədrəsədə əlifbanı, Quranı öyrənməklə yanaşı, islam fəlsəfəsi, islam qanunları, ərəb-fars dillərini də öyrənirdi. Mədrəsələrdə müəyyən dərəcədə ədəbiyyat, riyaziyyat, astronomiya elmləri də tədris olunurdu.[215]

Fənlərin müxtəlifliyinə baxmayaraq, onların hamısı bir müdərris tərəfindən tədris olunurdu. Mədrəsələrdə yaş fərqi nəzərə alınmır, ayrı-ayrı yaşlılar bir yerdə məşğul olurdular. Tədris vəsaiti çox az olduğundan tələbələr vaxtın çoxunu xətlərini gözəlləşdirməyə sərf edirdilər. İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsn-xəttə xüsusi diqqət yetirilirdi. Mədrəsə bitirənlərin əksəriyyəti gözəl xəttə malik olurdu. Ən istedadlı tələbəni müəyyən müddət şəxsən baş ruhani – müctəhəddin özü çalışırdı. Müctəhidlər əksər hallarda tələbə ilə öz evində məşğul olurdular.[215]



NƏTİCƏ
Azərbaycan ərazisində yaranmış xanlıqalardan biridə Quba xanlığı idi .

Quba xanlığı Azərbaycan ərazilərinin birləşdirilməsinə cəhd göstərən və buna qismən nail ola bilmişdi. Birləşdirmə siyasətinin ən böyük göstəricisi Fətəli xan olmuşdur.

Fətəli xan Azərbaycan tarixində unudulmaz bir simadır. Azərbaycanın birləşdirməyə  və müstəqil bir  dövlət yaratmağa təşəbbüs edən  Şirvanşah  İbrahim və  Şah  İsmayıl Səfəvi kimi məşhur dövlət xadimlərinin  sırasında qubalı Fətəli xanın da adı hörmətlə göstərilir.  
Beləliklə, Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şirvan kimi mahallarını Quba ətrafında  birləşdirərək möhkəm və vahid bir Azərbacyan dövləti yarada bildi. Bundan başqavaxtilə Dərbəndə tabe olan  Müşkür,  Şabran, Beşbarmaq və Qazıqumux və Tabasaran hökmdarları, Talış  və Gilan xanları, Avar, Şamaxı  feodalları Fətəli xana tabe oldular.  
Cənubi Azərbaycanın Təbriz, Qaraba, və  Ərdəbil kimi qüvvətli xanlıqları, Fətəli xanla hesablaşmalı  oldular. Beləliklə, Fətəli xan otuz illik mübarizə  nəticəsində  şimal-şərqi Azərbaycan torpaqlarını vahid bir  dövlət ətrafında birləşdirməyə müvəffəq oldu. 

1806-cı ildə Quba xanlığı Rusiya tərəfindən ələ keçirildi. 1810-cu ildə isə əyalətə çevrildi. Əyalətin nəzarəti Bakı xanı II Mirzə Məhəmməd xana verildi. Şeyxəli xan dağlara qaçdıqdan bir müddət sonra vəfat etdi. O, ölümünə qədər Rusiya ilə mübarizələr apardı




ƏDƏBİYYAT SİYAHISI


  1. Hacınski, İsgəndər bəy (1959). Qubalı Fətəli xanın həyatı. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı. səh. 228 səh.

  2. Mustafazadə, Tofiq (2005). Quba xanlığı(azərb.). Bakı: Elm. 480 səh.

  3. Azərbaycan tarixi. XIII-XVIII əsrlər. III cild. Bakı: "Elm". 2007. səh. 692 + 56 səh.

  4. Bayramova, Nailə (2009). Şamaxı xanlığı. Bakı: "Təhsil".

  5. Bakıxanov, Abbasqulu ağa (2000). Gülüstani-İrəm (azərb.). Əsgərli, M. tərəfindən tərcümə olunub. Bakı: Minarə. 224 səh.

Yüklə 66,16 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin